121
mək qabiliyyəti əldə edirlər. Nəticədə, mikobakteriyaların
daxil olduğu erkən mərhələdə eksudasiya və alterasiyanın
qeyri-spesifikliyi üstünlük təşkil edir, infiltratda polinuk-
learlar əsas yer tutur,
limfositlər az olur, çoxsaylı miko-
bakteriyalar aşkar edilir. Tədricən hüceyrə reaksiyasının
xarakteri dəyişir, qranulemanın inkişafı, kazeoz (kəsmiyə-
bənzər) nekrozun formalaşması ilə iltihabın proliferativ fa-
zası başlayır, mikobakteriyalar az təsadüf edilir, tuberkulin
sınağı müsbət olur.
Vərəm qranuleması – hiperhəssas ləng tipinin tipik
nümunəsidir. Patomorfoloji olaraq
nəhəng Lanqhans hü-
ceyrələri ilə epitelioid-hüceyrə ocaqları təzahür edir. Qra-
nulemada kazeoz nekrozun dərəcəsi, eləcə də dermanın
zədələnmə dərinliyi və qranulemanın miqdarı ilə limfosit-
lərin, plazma hüceyrələrinin qeyri-spesifik dermal infiltratı
arasındakı nisbətin variasiyasının dəri vərəminin forma-
sından asılı olaraq dəyişir.
Yaddaş!
Tuberkulin sınaqları – vərəmə qoyulan diaqnostik sınaqlar,
insan orqanizminin
vərəm mikobakteriyaları ilə infeksiyaya yoluxmasını, həmçinin infeksiyaya yoluxmuş
və ya vaksinləşmiş şəxslərin reaktivliyini öyrənmək üçün aparılır. Ən çox dərialtı 2
TV tuberkulini yeridilməsi ilə aparılan Mantu sınağı tətbiq edilir. Mantu sınağı 72 saat
sonra qiymətləndirilir: mənfi – infiltratın olmaması və ya yalnız inyeksiya reaksiyasının
olması; şübhəli – 2-4 mm diametrli papulanın olması; müsbət – 5mm və daha böyük
diametrli papulanın olması; hiperergik – infiltratın və ya böyüklərdə - 21 mm və daha
böyük ölçülü, uşaq və yeniyetmələrdə - 17 mm və daha böyük ölçülü vezikulonekrotik
ocaqların olması.
Dostları ilə paylaş: