122
•
indurativ vərəm (tuberculo-
sis indurativa)
•
lixenoid vərəm sin. skroful-
yozluların dəmrovu (tuberculosis lic-
henoides sin.
lichen scrofulosorum)
•
üzün miliar disseminə olun-
muş vərəmi (tuberculosis miliaris dis-
seminatus
faciei)
Birincili dəri vərəmi (Tuberculo-
sis cutis primaria)-
əvvəllər infeksi-
yaya yoluxmamış şəxslərdə inkişaf
edən
•
İnfeksiyanın yoluxma yolu –
ekzogen, aktiv vərəmli xəstənin infek-
siyalı materialı (bəlğəm, tüpürcək və s.) ilə bilavasitə kontaktda olmaqla.
•
Yoluxmaya səbəb olan şərait zədələnmiş dəri-selikli qişa sərhəddidir, (məişətdə
zədə, həşəratların dişləməsi, pişik cirmağı, inyeksion prosedurlar, qulaq deşilməsi, sir-
kumizasiya, yanaşı gedən piodermiya və s.)
•
Çox
nadir hallarda, uşaqlarda təsadüf edilir, böyüklərdə
də xəstəliyin inkişaf
etməsi istisna olunmur.
Lokalizasiya – açıq sahələr (üz, ətraflar), bəzən cinsiyyət üzvləri, konyuktiva, ağız
boşluğunun selikli qişası.
Səpgi elementləri və onların təkamülü – qırmızı-qəhvəyi rəngli, bərk konsistensiya-
lı düyüncük (qabarcıq) və ya düyün.
Sağalma prosesində xora formalaşır,
səthi, ağrılı, 1,5-2sm ölçülü, periferi-
ya üzrə kəskin iltihabı olmayan, dibi
dənəli, irin ifrazatlı, kənarları yumşaq,
oyulmuş, bütünlüklə və ya kənarların-
da bərkimə olur ki, bu da ocağa şankr
formalı xarakter verir. Xora əmələ gəl-
dikdən 2-4 həftə sonra limfangit və
regionar limfadenit yaranır. Limfa dü-
yünləri – ağrısız, izolə olunmuş, əvvəl-
cə bərk,
hərəkətli, sonradan öz arala-
rında və dəri ilə birləşmiş, yumşalaraq
və tez deşilərək xoraya çevrilmiş olur.
Xoralar bir neçə həftə və ya aydan son-
ra sağalır və çapıq əmələ gəlir.
Şək.8.2.Dəri vərəminin
patomorfoloji təzahür-
ləri mərkəzində kazeoz nektar və epitelioidhü-
ceyrə, limfositlər,
nəhəng Lanqhans hüceyrələ-
rindən ibarət periferik lövhəcikli qranulema)
Şək.8.3. Dəri vərəmi (müsbət Mantu sınağı)