Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə72/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   446
DERMATOLOGİYA-dərslik 1

 Antibakterial preparatlar
• 
antibiotiklər (linkomisin, tetrasiklin, eritromisin, gentamisin, fusidin, polimik-
sin, mupirosin-batroban, levamekol, piolizin məlhəmləri, füzafünjin-bioparoks spreyi, 
zinerit losyonu və s.) 
• 
sulfanilamidlər (gümüş sulfadiazin-silvederm krem/sprey, gümüş sulfatia-
zol-arqosulfan məlhəmi).


146
Qlükokortikoidli preparatlar
(məlhəm, krem, losyon, spreylər – lorinden, flusinar, oksikort, polkortolon, prednizo-
lon, deksametazon, hidrokortizon, elokom, advantan, latikort, dermoveyt, selestoderm, 
triderm, deklosid, dermozolon və s.).
Metabolik prosesləri stimullaşdıran preparatlar
(məlhəmlər, gellər – solkoseril, metilurasil, aktovegin, konnettivin plyus).
Retinoidlər (adapalen geli - differin).
İmmunostimulyatorlar (sprey İRS-19).
Dəri vərəminin müalicəsi
sistem antibakterial preparatlarla aparılır, hansı ki, tera-
pevtik effektinə görə 3 qrupa bölünür:
• 
yüksək effektiv preparatlar: izoniazid (tubazid), rifampisin.
• 
orta effektiv preparatlar: etambutol, protionamid (etionamid), 
pirazinamid, streptomisin, kanamisin, sikloserin, florimisin (viomisin).
• 
az effektli preparatlar: PASK, tibon (tioasetazon).
Əsas müalicə kursu orta hesabla 6-12 ay davam edir. Əgər M.tuberculosis dərman 
vasitələrinə həssasdırsa, onda birinci mərhələdə, adətən 2 həftə və ya 2 ay ərzində azı 3 
preparat təyin edilir:
İzoniazid gündə daxilə 600-900 mq (1-2 dəfə qəbula); uşaqlara - daxilə gündə hər 1 
kq bədən çəkisinə 6-12 mq (1-2 dəfə qəbula)
+ Pifampisin gündə daxilə 600 mq (2 dəfə qəbula), acqarına; uşaqlara –daxilə
gündə hər 1 kq bədən çəkisinə 8-10 mq, acqarına, 450 mq-dan çox
olmayaraq
+ Pirazinamid 500 mq gündə 3-4 dəfə və ya 750 mq – 1 q gündə 2 dəfə daxilə; 
uşaqlara –daxilə gündə hər 1 kq bədən çəkisinə 30 mq, 1,5 qramdan çox
olmayaraq.
Sonrakı 4-10 ayda 2 preparat (izoniazid və rifampisin) hər gün və ya həftədə 2-3 dəfə 
(intermit edən terapiya) nəzarət olunan qəbul rejimində təyin edilir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin