Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


X FƏSİL. Dəri və dəri-selikli qişaların leyşmaniozları



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə74/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   446
DERMATOLOGİYA-dərslik 1

X FƏSİL. Dəri və dəri-selikli qişaların leyşmaniozları
LEYŞMANİOZ
Dəri leyşmaniozu (Leishmaniosis cutis), sin. Köhnə dünyanın dəri leyşmaniozu – 
Pendi yarası, Borovcki xəstəliyi, şərq yarası, alep sızanağı, Dehli çibanı, Bağdad çibanı, 
Perixon qızılgülü, Biskra qönçəsi, Saxara şankrı, Sart xəstəliyi, Aşqabad yarası, qara 
qızdırma, kömüryarası, ilyarası; Yeni dünyanın dəri leyşmaniozu – Amerika, Amazon, 
Kolumbiya, Venesuela, espundiya, dum-dum qızdırması, meşə frambeziyası, çiklero, 
ut xorası və başqaları; Leishmania cinsinin parazit ibtidailərinin törətdiyi, isti iqlimli 
regionlar üçün endemik, transmissiv yoluxucu xəstəliklər.
E p i d e m i l o g i y a. Dəri leyşmaniozunun coğrafi yayılması mığmığaların – 
Leishmania daşıyıcılarının yaşayış yeri ilə əlaqədardır. Bir mığmığa populyasiyasının 
inkişafı üçün ( 1 həşərat) 50 gün ərzində temperatur 20˚S-dən aşağı düşməməlidir. Ona 
görə də xəstəliyə Avstraliyadan başqa, tropik və subtropik iqlimli bütün qitələrdə rast 
gəlinir. Zaqafqaziyada – Azərbaycan ; Asiyada – Suriya, İraq, İran, İsrail, Türkiyə, Əfqa-
nıstan, Hindistan, Şri-Lanka, Çin, Özbəkistan, Türkmənistan və s.; Afrikada – Əlcəzair, 
Tunis, Mərakeş, Misir, Liviya, Efiopiya və s.; Cənubi Avropada – Yunanıstan, İspaniya 
və s. ; Cənubi (Kolumbiya, Venesuella, Braziliya və s.) və Mərkəzi ( Texas ştatı, 
Qvatemala, Meksika və s.) Amerikada; Haiti adasında. Tək-tək hallarda dəri leyşmanio-
zuna mötədil iqlimdə də rast gəlinməsi qeyd olunur. ÜST məlumatlarına görə dünyanın 
88 ölkəsində leyşmanioz endemikdir və dəri leyşmaniozlu 12 mln. xəstə vardır. İldə 
400 000-ə qədər yeniləri qeydiyyatdan keçir, 350 mln. isə yoluxma təhlükəsi altındadır. 
İnfeksiya mənbəyi – yoluxmuş insan və ya heyvanlardır ( xırda gəmiricilər : qum 
siçanı, sünbülqıran, kirpi, siçovul, eləcə də canavar və itlər). İnfeksiyanın daşıyıcıları 
– Phlebotomus (Köhnə dünya), Lutzomyia və Psychodopygus (Yeni dünya) cinsindən 
olan dişi mığmığalardır, yoluxmuş insan və heyvanların qanını sorarkən 6-8 saatdan 
sonra artıq yoluxurlar. Özü də dişilər gecə qidalanır. 
Dəri leyşmaniozu ilə yoluxma yoluxmuş mığmığanın sağlam adamı dişləməsin-
dən sonra baş verir. Ağcaqanaddan fərqli olaraq mığmığalar o qədər xırdadır ki, adamlar 
onların dişləməsini hiss etmirlər. Mığmığalar binaların çatlarında, zibillikdə, çınqıllıqda, 
termitlərdə, gəmiricilərin yuvalarında, bitki qalıqlarının çürüntülərinin toplandığı yerlər-
də balalayırlar. Mığmığalar yerə yaxın uçurlar, balaladığı yerdən uzağa getmirlər.
E t i o l o g i y a və p a t o g e n e z. Leyşmanioz törədicisi - Leishmania, parazit 
ibtidailərə aiddir (Protozoa). Leishmania iki formada mövcuddur: qamçılı (promastiq-
li və ya leptomal) və qamçısız (amastiqli ya da leyşmaniozlu). Qamçılı Leishmania – 
hərəkətli, iyəbənzər, hüceyrəxarici forması, 10-15 mkm uzunluğunda, mığmığanın ba-
ğırsağında olur. Qamçısız Leishmania – hərəkətsizdir, dairəvi ya da ovaldır, 2-3 mkm 
uzunluğundadır, hüceyrədaxili forması sahibin ( insan və ya heyvan) orqanizminin reti-
kuloendotelial sisteminin hüceyrələrində məskunlaşır. 
Orqanizmə daxil olan Leishmania dermanın makrofaqları tərəfinfən udulur, hü-
ceyrənin protoplazmasında çoxalmağa başlayır, onu dağıdır və hüceyrəarası boşluğa 
daxil olur, digər hüceyrələrə də keçir. Patoloji proses ilkin olaraq dəridə, mığmığanın 
dişlədiyi yerdə başlayır və törədiciyə çevrilir, nəticədə qranulema (leyşmanioma) inki-
şaf edir, bunun da klinik ekvivalenti papuladır (düyüncük). Leyşmaniyanın çoxlu növlə-


149
rinin aşkarlanması leyşmaniozun klinik formalarını təsnifata görə müəyyən edir. 
L e y ş m a n i o z u n t ə s n i f a t ı:
Köhnə dünyanın leyşmaniozu
• Antroponoz dəri leyşmaniozu, yəni şəhər, quru, gec xoralaşan, ilyarası; növü – 
vərəm dəri leyşmaniozu (törədici Leishmania tropica minor).
• Zoonoz dəri leyşmaniozu, yəni kənd, nəm, kəskin nekrozlaşan, kömüryarası 
(Leishmania tropica mayor törədicisi).
Yeni dünyanın leyşmaniozu
• Yeni dünyanın dəri leyşmaniozu (L. mexicana, L. amazonensis, L. venezuelen-
sis, L. peruviana, L. colombiensis, L. guyanensis törədiciləri).
• Dəri-selikli qişa leyşmaniozu sin. Espundia (Leishmania panamensis, L.brasi-
liensis, L. guyanensis törədiciləri). 
• Diffuz dəri leyşmaniozu (Leishmania pifanoi, L.mexicana, L.aethiopica, L.ama-
zonensis törədiciləri). 
• Visseral leyşmanioz sin. Qara-azar (L. donovani, L. infantum, L. chagasi törə-
diciləri).
Dəri leyşmaniozunun bütün tiplərində klinik formaların müxtəlifliyinə baxmaya-
raq, bir qayda olaraq
• prosesin lokalizasiyası – açıq sahələrdə ( üz, boyun, yuxarı və aşağı ətraflar)
• elementlərin sayı “ vahidlərlə” hesablanır
• ilkin morfoloji element – düyüncük ( qabarcıq), bu da təkamül prosesində 
xoralanma, çapıqlaşma mərhələlərini keçir
• çoxlu səpgilər olduqda – elementlər Langer dərisinin bitişməsi xətti boyu 
yerləşir
Azərbaycanda – endemik zonada dəri leyşmaniozu xəstəliyini Leishmania tropica 
2 növü törədir: L. t r o p i c a m a j o r və L. t r o p i c a m i n o r. Köhnə dünyanın hər 
iki leyşmanioz törədicisi bioloji xüsusiyyətlərinə və prosesin epidemiologiyasına görə 
fərqlənir. L. tropica mayor xəstəliyin zoonoz tipini şərtləndirir, heyvanlarda məskunla-
şır və parazitlik edir. L. tropica minor dəri leyşmaniozunun antroponoz tipini törədir, 
yalnız insanlarda parazitlik edir.
Zoonoz tipə mığmığaların ilin isti vaxtlarında ( may-sentyabr) həyat-fəaliyyəti 
ilə əlaqədar olaraq fəsillik müvafiqdir. Xəstəlik yazda başlayır, yayda güclənir və qışda
azalır. Ən çox aşağı ətraflar zədələnir. İnkubasiya dövrü 1-5 həftə çəkir, xəstəliyin gedi-
şat müddəti 3-6 ay davam edir.
Antroponoz tip fəsli xarakter daşımır, uzun müddət inkişaf edir və ilin istənilən 
vaxtında başlaya bilər. Ən çox üz, ən az isə aşağı ətraflar zədələnir. İnkubasiya dövrü 
orta hesabla 3-6 ay, çox vaxt 1-2 il çəkir.
K l i n i k i şəkil 
Z o o n o z d ə r i l e y ş m a n i o z u zamanı dişlənmiş yerdə tək-tək və ya çoxlu 
( dişlənmiş yerlərin sayından asılı olaraq ) qıpqırmızı rəngdə, 0,2-0,5 sm ölçüsündə p a p 
u l a l a r ( q a b a r c ı q l a r ) əmələ gəlir. Papula (qabarcıq) tez, 3-5 gün ərzində 0,8-
2,0 sm ölçüsünə qədər böyüyərək göyərmiş ya da qıpqırmızı rəngdə, bəzən də çibanı 
xatırladan, lakin sonuncudan elə də bərk olmaması və az ağrıdığına görə fərqlənən xə-


150
mir konsistensiyasında düyünlərə çevrilir. 1-3 həftədən sonra leyşmaniomanın mərkəzi
nekrozu başlayır, xoranın dibi sarımtıl-boz rəng alır. Nekroz mərhələsi 1-3 ay davam 
edir. Nekrotik kütlədən təmizləndikcə periferiya boyunca nəzərə çarpacaq dərəcədə 
mütəkkəyəbənzər infiltratlı vulkanabənzər xora əmələ gəlir, dağılması hesabına isə xo-
ranın ölçüsü artaraq 10 sm diametrinə çata bilir. Eyni zamanda xoranın dibində təzahür 
edən qranulyasiya adacıqları artır və nekrotik toxumanı sıxışdırır, yaranın dibi qırmızı 
rəng alır və dənəvərliyi balıq kürüsünü xatırladır. 2-5 ay qalaraq, xora mərkəzdən ça-
pıqlaşmağa başlayır və 3-6 aydan sonra d a r t ı l a n ç a p ı ğ ı n əmələ gəlməsi ilə 
öz-özünə sağalmağa başlayır. 
Zoonoz dəri leyşmaniozu zamanı çox vaxt xoranın ətrafında s ə p ə l ə n m i ş
q a b a r c ı q l a r və r e g i o n a r l i m f a d e n i t , l i m f a n q o i t formalaşır, 
bunlar da leyşmaniyanın limfa damarları boyunca limfa düyünlərinə qədər miqrasiyası
nəticəsində inkişaf edir və sağalma prosesi 8 aya qədər uzana bilər. Mikrob florasının 
qoşulması da dəri leyşmaniozunun gedişatını çətinləşdirə və sağalmanı ləngidə bilər. 
Zoonoz dəri leyşmaniozu ilə xəstələnmiş adamlarda dəri leyşmaniozunun hər iki tipinə 
ömürlük immunitet formalaşır.
A n t r o p o n o z d ə r i l e y ş m a n i o z u zamanı əmələ gələn leyşma-
nioma - papula ( qabarcıq) adətən zoonoz dəri leyşmaniozundan fərqli olaraq kiçikdir 
( 0,1-0,2 sm), tünd qırmızı rəngdədir, qonura çalır, səthi hamardır. Qabarcığın ölçüsü 
tədricən böyüyür, bərkləşir, dairəvi forma alır, daha intensiv qonur rəngdə olur və 3-6 
aydan sonra diametri 1-2 sm-ə çata bilir. Papulanın (qabarcığın) mərkəzi hissəsində 
buynuzlu qabıq-pulcuqlarla dolmuş vulkanabənzər oyuq formalaşır, iltihab nəzərə 
çarpmır. Qabarcıq mərhələsi orta hesabla 4-8 ay davam edir. Leyşmaniomanın sonrakı 
inkişafı iki yolla baş verə bilər, bu zaman mərkəzi qabıq-pulcuqlar qalınlaşır, iri qabığa 
çevrilir ki, altında sağalma başlayır və ya yastı, ya da mütəkkəşəkilli, kənarı infiltratlı 
üst yara açılaraq qopur ki, bunu da çox vaxt müşahidə etmək olur. Xoralanma mərhələ-
sinin müddəti orta hesabla 3-4 aydır. Leyşmaniomanın geriyə inkişafı xoranın nekrotik 
kütlədən təmizlənməsi, xoranın dibində dənəvərliyin və adacıqların kənarlarının epi-
telizasiyasının təzahür etməsi ilə büruzə verir. Xoranı əhatə edən infiltrat yastılaşır və 
sorulur. Proses çapıq atrofiyası ilə əhatə olunan çapığın əmələ gəlməsi ilə başa ça-
tır. Səpələnmiş, limfangitlər və limfadenitlərin qabarcıqları zoonoz tipində olduğundan 
xeyli gec rast gəlinir. Antroponoz tipin ilkin leyşmaniomunun bütün gedişatı - təzahür 
etməsindən çapıqlaşmaya qədər orta hesabla 6 aydan 1 ilə kimi çəkir, bununla əlaqədar 
olaraq dəri leyşmaniozunun bu tipini ilyarası adlandırırlar. Antroponoz dəri leyşmaniozu 
ilə xəstələnmiş adamlarda yalnız antroponoz dəri leyşmaniozuna immunitet formalaşır 
və onlar təkrar xəstələnə bilərlər.
Dəri leyşmaniozunun həmçinin atipik formaları da ayırd edilir: vərəm və abortiv.
V ə r ə m d ə r i l e y ş m a n i o z u antroponoz dəri leyşmaniozunun xüsu-
si formasıdır ki, toxumalarda saxlanan leyşmaniyaların hesabına ilkin leyşmaniomanın 
reqressiyasından sonra müxtəlif müddətdən sonra immundefisit vəziyyətində ya da su-
perinfeksiya nəticəsində inkişaf edə bilər. 
Vərəm dəri leyşmaniozuna çox vaxt uşaqlarda və gənclərdə rast gəlinir. Bir qay-
da olaraq, proses üzdə, postleyşmanioz çapıq zonasında, nadir hallarda digər sahələrdə 
lokallaşır. Klinik vərəm dəri leyşmaniozu ağımtıl-qonur rəngdə, yastı, konusşəkilli,


151
xırda (5 mm-ə qədər diametrində) ya da hamar, bəzən də üstü qabıqlanan yarımkürə for-
mada papulalarla (düyüncüklərlə) təzahür edir. Papulalar ( qabarcılar) çapığın üstündə 
qrup halında, ya da qabarcıq infiltratlara qatışaraq vərəm qurdeşənəyində olduğu kimi 
lüpusu xatırlada bilər. Lakin çox vaxt onlar çələng kimi halqa, ya da yarımqövs şəklində 
çapığı dövrəyə alır. 
Proses uzun çəkən gedişatı ilə səciyyələnir. Papulalar (qabarcıqlar) uzun müddət, 
bəzən illərlə dəyişmədən qalır. Qabarcıqların bir hissəsi xoralanır, digəri xoralanmadan 
reqressiya edir, lakin həmişə atrofik çapığın əmələ gəlməsi ilə başa çatır. Bəzi müəlliflər 
nodulyar, diffuz-infiltrativ, xora-deformasiya, eitematoz, şişşəkilli, vərəm dəri leyşma-
niozunun qarışıq növlərini ayırd edirlər.
A b o r t i v d ə r i l e y ş m a n i o z u papulanın (qabarcığın) xoralanması ilə 
müşayiət olunmur, çox vaxt onların səthi qabıqlanır, sonra səpgilər izsiz sorulur.
Köhnə və Yeni dünyanın dəri leyşmaniozunun klinik təzahürləri eynitiplidir. 
Lakin Y e n i d ü n y a n ı n d ə r i l e y ş m a n i o z u zamanı dərinin zədələnməsi 
dərinliyi ( hipodermaya qədər) ilə fərqlənir və proses kifayət qədər tez burnun, ağızın, 
udlağın, qırtlağın, nadir hallarda cinsiyyət orqanlarının ( espundia) selikli qişalarına ya-
yılır. Ödem, xoralaşma, selikli qişalarda qansızmalar baş verir. Tənəffüs, çeynəmə, udma 
pozulur, xəstələr arıqlayır. Selikli qişalar 1-2 ildən sonra dəridə xora əmələ gəldikdən 
sonra zədələnir. Digər hallarda dərinin və selikli qişanın zədələnməsi eyni vaxtda proq-
ressivləşir. Çox vaxt qranulematoz-xoralı zədələnmə inkişaf edərək ikincili infeksiyaya, 
toxumalara aid olan selikli qişaların perforasiyasına təhrik edir və sifəti çox çirkinləşdi-
rir. İmmunitet nə güclü, nə də gərgindir. 
V i s s e r a l l e y ş m a n i o z ( q a r a – a z a r ) parazitin dəriyə inokulya-
siyasından (peyvənd) və makrofaqal sistemin hüceyrələri ilə dalağa, qara ciyərə və 
sümük iliyinə çatdırılmasından sonra inkişaf edir. Tipik hallarda qızdırma, anoreksiya, 
bədən çəkisinin azalması, splenomeqaliya, hepatomeqaliya, limfadenopatiya, anemiya, 
leykopeniya, trombositopeniya, hipoalbuminemiya və hiperqammaqlobulinemiya ilə sə-
ciyyələnir. Çox vaxt qrammənfi törədicilərlə şərtlənən ikincili bağırsaq infeksiyası və 
mikobakterial infeksiya ( vərəm) baş verir. Müalicəsiz visseral leyşmanioz praktiki 
olaraq həmişə letal nəticələnir.
H i s t o p a t o l o g i y a. Epidermis – xoralaşmış, nəzərə çarpan akantoz müşahidə 
olur. Derma – histiositlər və plazmatik hüceyrələrlə neytrofillərin qarışığından ibarət 
qranulematoza təmayüllü iltihabla infiltratlaşır. Histiositlər leyşmaniyalarla dolmuş 
olur. 
Dəri leyşmaniozunun d i a q n o s t i k a s ı klinik şəklin, epidemioloji anamne-
zin nəticələrinin, bioptatda və Gimza boyağı ilə rənglənmiş yaxmada xoranın üstündən 
götürülən izdə törədicini aşkarlayaraq öyrənilməsinə əsaslanmışdır. PZR leyşmaniozun 
diaqnozunu təsdiqləyir və Leishmanianın müxtəlif növlərindən fərqləndirməyə imkan 
verir. 
Differensial diaqnostikanı cüzamla aparırlar, bunun üçün zədələnmə ocağında 
hissiyyatın itməsi xarakterdir; vərəm üçün müsbət tuberkulin sınağı xarakterdir ; pio-
dermiya ilə - xüsisilə furunkula, eləcə də karbunkulla aparılır ki, bu zaman başlanğıcı 
kəskin, irinli özəyi və ağrılı olur.
Müalicə. Dəri leyşmaniozunun müalicəsinin əsasən iki metodu mövcuddur: kim-


152
yəvi-terapevtik və destruktiv. Metodlardan hər biri xəstəliyin mərhələsinə, yayılmasına, 
prosesin lokalizasiyasına müvafiq olaraq aparılır. Dəri leyşmaniozunun kimyəvi-tera-
pevtik müalicəsi zamanı birinci cərgə preparatlardan beşvalentli sürmə olub ( natri-
um-stiboqlükonat, meqlümin-antimoniat), parenteral və ocaq daxili yeridilməsi üçün 
tətbiq edilir. İkinci cərgə preparatları pentamidin, B amfoterisini, metronidazol, itrako-
nazol, ketakonazol, xloroxindir. Preparatların dozası xəstənin bədən çəkisinə, yaşına və 
xəstəliyin ağırlığına görə hesablanır. Kursun davamiyyəti terapiyanın effektindən asılı 
olaraq 10-28 gün çəkir. Qabarcıq mərhələsində destruktiv metodlar ( lazero-, elektro-, 
kriodestruksiya) mümkündür.
Profilaktika. Xəstələrin vaxtında aşkarlanması və müalicəsi, eləcə də təbii ocaq-
larda mığmığalardan müdafiənin fərdi vasitələrinin tətbiqi böyük əhəmiyyət kəsb edir. 
Belə ki, bədənin açıq hissələrinə mığmığaları hürküdən vasitələrin çəkilməsi, çarpayı-
nın miçətkənlə örtülməsi. Endemik rayonlarda mığmığaların çoxaldığı yerlərin, yaşayış 
evlərinin və yardımçı tikililərin insektisidlərlə dezinfeksiyası göstərişdir.


153

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin