Sibir xorası sin. bədxassəli pustula (Anthrax sin. pus-
Şək.9.15. Cüzamın
differensiasiya olunmayan
forması
142
tula maligna)
– ən çox dərinin (dəri forması) bəzən ağ ciyər və bağırsağın (ağ ciyər,
bağırsaq, septik formalar) zədələnməsi ilə kəskin bakterial antropozoonoz infeksiyasıdır.
Sibir xorası olan 98% xəstədə dəri forması yaranır.
Epidemiologiya.
•
Sibir xorası hər yerdə rast gəlinir
•
İnfeksiya mənbəyi – infeksiyaya yoluxmuş ev heyvanları və vəhşi heyvanlar
(iri buynuzlu mal-qara, qoyunlar, keçilər, donuzlar, atlar, marallar, camışlar, dəvələr; ot-
yeyən və yırtıcı heyvanlar – tülkülər, çaqqallar, qabanlar və s.), heyvandarlıq təsərrüfatı
torpağı, otlaq, meşə
•
əraziləri və s.
•
İnfeksiyanın ötürülmə yolları: dəri formasında – ekzogen (dəridən), bilavasitə
xəstə heyvanlara qulluq etdikdə, kəsdikdə, dərisini soyduqda, xəstə heyvan cəmdəyini
doğradıqda və ya xəstə heyvan dərisi və yunundan məmulat istehsal etdikdə, həşəratlar
(payız milçəkləri, böyənək) dişlədikdə – transmissiv mümkündür; septik formada – ae-
rogen (xəstə heyvanların dərisi və yununu emal edərkən yun hissəcikləri nəfəs aldıqda
havadan keçir), alimentar – yeməkdə kifayət qədər termiki emal olunmamış xəstə hey-
van əti və ət məmulatlarından istifadə edərkən baş verir. İnsandan insana keçmə halları
qeyd olunmayıb.
•
Sibir xorası – çobanlar, mehtərlər, sallaqxana işçiləri, qəssablar, baytarlar, dab-
baqlar, xəzçilər və s.-nin peşə xəstəliyidir.
•
Keçirilmiş xəstəlik nəticəsində davamlı immunitet yaranır.
Etiopatogenez. Sibir xorasının törədicisi – Sibir xorası basili (Bacillus anthracis) iri
patogen bakteriyalardan biri olub, hərəkətsiz, qrammüsbət, 4-10mkm uzunluqda spor
əmələ gətirən çöplərdir, bütün anilin boyaları ilə boyanırlar. Toxuma yaxmalarında bak-
teriyalar “mirvari boyunbağını” xatırladan zəncir şəklində yerləşir. Zədələnmiş dəridən
(xırda sıyrıntılar, mikrozədələr) törədici orqanizmə düşür, daxil olduğu yerdə hipoderma
ilə sərhəddə toxumaların ödemi və destruksiyası ilə müşayiət olunaraq dermanın dərin
qatlarında hemorragik-nekrotik iltihab əmələ gətirir. Bac.
anthracis daxil olduğu yerdən makrofaqalarla yaxın regio-
nar limfa düyünlərinə daşınır, iltihab əmələ gətirir, baryer
funksiyası, adətən dəyişmir. Bunun nəticəsində prosesin
generalizasiyası olmur və ya gecikmiş müddətdə başlayır.
Sibir xorasının patogenezi əsasında – törədicinin ekzotok-
sinin təsiri zülal koaqulyasiyası, toxumaların ödemi, toksi-
koinfeksion şoka səbəb olur.
İnkubasiya dövrü
– bir neçə saatdan 10-12 günədək,
orta hesabla 2-3 gün.
Sibir xorasının dəri formasının növləri: karbunkulyoz,
edematoz, bullyoz, qızılyeləbənzər. Karbunkulyoz nov üs-
tünlük təşkil edir, digər növlərə daha az hallarda 0,1-0,9%
tezliyində rast gəlinir.
Lokalizasiya – dəri örtüyünün müxtəlif sahələrində,
daha çox açıq hissələrdə (üz, boyun, yuxarı və aşağı ətraf-
lar).
Şək.9.16.Erizipeloid
Şək.9.16.Erizipeloid
143
Səpgi elementləri və onların təkamülü. Karbunkulyoz növ zamanı – qaşınan papula,
çox vaxt tək, bəzən 2-3 və daha çox, qırmızımtıl rəngli, papulo-vezikulaya, sonradan
papulo-pustulaya çevrilir. 1-2 gündən sonra birincili ocaq ətrafında ödem və eritema
yaranması - sibir xorasının xarakterik əlamətidir, çox vaxt yeni vezikulalar əmələ gəlir.
Sağalma prosesində papulo-pustula tez deşilir və böyüməyə meylli, alt toxumalara bərk
yapışmış və ödemli eritematoz val ilə əhatə olunmuş qalın qara qartmaq-qabıq əmələ
gəlməklə quruyur. Sibirxoralı karbunkul ağrısız olur, az hallarda irinləyir. 2-3 həftə ər-
zində qartmaq tədricən qopur və çapıqlaşan dərin xora açılır, ödem və eritema solur.
Sibir xorasının dəri formasının edematoz növü ağır gedişatla xarakterizə olunur, əv-
vəlcə nəzərə çarpan ödem, ardınca törədicinin daxil olduğu yerdə nekroz əmələ gəlir və
sonradan gediş karbunkulyoz növ tipindədir.
Sibir xorasının dəri formasının bullyoz növü törədicinin daxil olduğu yerdə qovuq
yaranması ilə xarakterizə olunur, sonradan toxumaların nekrozu əmələ gəlir.
Qızılyel növü çoxlu miqdarda müxtəlif ölçülü nazik örtüklü, ödemli, hiperemiyalaş-
mış, ağrısız dəri fonunda seroz tərkibli qovuqlarla xarakterizə olunur. Sağalma zamanı
qovuqlar səthi qartmağ əmələ gəlməklə deşilir, çoxlu seroz ifrazatlı xoralar əmələ gəlir,
sağalarkən çapıq qalmır.
Sibir xorasının dəri formasının bütün növlərində regionar limfadenit qeyd olunur,
ağrısızlıqla, irinləməyə meyyli olmayan ləngiyən əks inkişafla xarakterizə olunur.
Diaqnoz klinik şəkil və zədə ocaqlarından yaxmaların mikroskopik tədqiqi əsasında
qoyulur (Bac. anthracis tapılır).
Eritrazma (Erythrasma) – dəri büküşlərinin səthi bakterial infeksiyasıdır.
Epidemiologiya
•
Böyüklərdə rast gəlinir, çox az hallarda uşaqlarda.
•
Kişilər qadınlardan çox xəstələnir.
•
Xəstələnmənin kontagiozluğu azdır.
•
İnfeksiya mənbəyi – xəstə insan.
•
İnfeksiyanın ötürülmə yolları: ekzogen – bi-
lavasitə təmasda olduqda və infeksiyalaşmış əşyalardan
(geyim, hamam əşyaları və s.); endogen – təxribat faktor-
larının təsiri altında (isti rütubətli iqlim, hiperhidroz, piy-
lənmə, gigiyenaya riayət edilməməsi, sukeçirməz geyimdə
uzun müddət qalma) mikroorqanizmlərin patogenliyi art-
dıqda.
Etiopatogenez. Eritrazmanın törədicisi – Corynebacte-
rium minutissimum, qrammüsbət mikroaerofil çöplər olub,
dərinin normal mikroflorasının təmsilçisidir. Təxribat fak-
torlarının təsiri altında lokal müdafiə mexanizmi pozulur,
Corynebacterium minutissimum saprofit formadan pa-
togen formaya keçir, eritrazma əmələ gətirməklə suda həll
olan porfirinlər hasil edilir. Çox nadir hallarda Coryneba-
cterium-un (C.afermentans) digər növü həm fərdi, həm də
digər mikroorqanizmlərlə assosiasiyada eritrazmanı əmələ
gətirən faktor olur.
Şək.9.17. Sibir xorası - B.
аnthracis kultur yaxma-
sında (Qramm üsulu ilə
boyanma)
144
Lokalizasiya – çox vaxt qasıq-bud büküşləri, qoltuqaltı nahiyələr, qarının və süd və-
zilərinin alt büküşləri, sağrılararası nahiyə, bəzən barmaqlararası məsafə və ayaq tağı,
bədən, ətraflar, üz, kişilərdə - cinsiyyət üzvünün pülük və baş hissəsi, qadınlarda – vulva.
Səpgi elementləri və onların təkamülü – qəhvəyi rəngin müxtəlif çalarlarından
açıq-sarıdan kərpici-qırmızı rəngə qədər olan ləkələr, dəqiq sərhədli, dairəvi formalı,
müxtəlif dəyərli pul ölçüsündə, dəqiq və şəbəkə konturlu iri ocaqlarda birləşmiş olur.
Elementlərin səthi hamar və ya azacıq qırışmış olur, yüngül qabıqlanma da mümkün-
dür. Barmaqlararası məsafədə, qopmuş epitelidən yaxalıq kimi əhatə olunmuş eroziyalar
qeyd olunur. Çox vaxt iri ocaqlarla yanaşı xırda satellit səpgilər olur. Sağalma prosesində
sərbəst və ya müalicə nəticəsində, zədə ocaqları ağarır və izsiz itir. Subyektiv hissiyyat-
lar, adətən olmur, bəzən qaşınma, göynəmə qeydə alınır. Zədə ocaqlarına Vud lampası
altında baxdıqda mərcani-qırmızı işıqlanma müşahidə edilir, hansı ki, müayinədən əvvəl
xəstə vanna qəbul etdikdə görünmür. Klinik şəklə və mikroskopik tədqiqatın nəticələrinə
əsasən diaqnoz qoyulur (göbələk mitseliləri olmur).
Bakterial dermatozların müalicəsi etioloji – antibakterial müalicə və orqanizmin im-
mun müdafiə faktorlarının, metabolik və reparativ funksiyalarının gücləndirilməsinə, il-
tihabi reaksiyaların azaldılması, ağırlaşmaların və antibakterial preparatların əlavə təsir-
lərinin qarşısının alınmasına yönəldilmiş patogenetik müalicənin birləşməsini nəzərdə
tutan etiopatogenetik prinsiplər əsasında aparılır. Bununla belə, bakterial dermatozların
məhdud səthi formasında və yüngül gedişində topik təsirli preparatlarla kifayətlənmək
olar; bakterial dermatozların yayılmış səthi və ya dərin formalarında, ağır gedişində -
topik müalicə ilə yanaşı sistem terapiya da aparılır. Dəri vərəmi və cüzamın müalicəsi
xüsusi sxem üzrə aparılır.
Dostları ilə paylaş: |