158
sxem əsasında aparılır.
Əgər doğuşdan 1 ay əvvəl hamilə qadında birincili genital herpes halı və ya doğuşa
bir neçə gün qalmış infeksiyanın klinik residivi baş vermişsə, onda doğuşun Kesar kəsiyi
ilə aparılmasına göstəriş vardır.
Hamilə qadında SHV-nin gəzdirənliyi təsdiq edilərsə (simptomsuz genital herpes)
doğuşdan 2 həftə əvvəl asiklovir vasitəsilə profilaktik müalicə (200 mq dozada gündə 4
dəfə – 5 gün ərzində) aparılır.
Əgər doğuşlar cinsiyyət orqanlarının birncili herpesi ilə üst-üstə düşürsə, yenidoğul-
muşun yoluxma riski daha yüksəkdir. Hamilə qadında genital herpesin residivləri zama-
nı yenidoğulmuşun yoluxma riski cüzidir və 3%-ə qədər təşkil edir.
İnfeksiyalaşmış doğuş yollarından doğulan uşaqlar ömrünün ilk 48 saatı
ərzində
SHV-a görə virusoloji müayinəyə məruz qalmalıdırlar (konyunktivadan,
burundan,
ağız-udlaqdan yaxmalar). SHV və ya xəstəliyinin ilk simptomları aşkar edildikdə müa-
licə aparılmalıdır.
Sahə herpesin mümkün olan ağırlaşmaları
Herpes ensefaliti, meninqoensefalit (nekrotik forma zamanı letallıq 80%-ə çatır), he-
patit, keratokonyunktivit, infeksiyanın residivləşən gedişi, uşaqlıq boynunun prekankro-
zu.
Bətndaxili herpes infeksiyası zamanı letallıq, prosesin generalizasiyası
fonunda
MSS-nin, daxili orqanların zədələnməsi nəticəsində 80%-ə çata bilər.
Herpes infeksiyasının diaqnostikası metodları
Tsank sınağı. Təzə qovuqcuğun möhtəviyyatında (Gimza üsulu ilə boyadıqda)
nəhəng çoxnüvəli keratinositlər aşkar edilir (xəstələrin 75%-də müsbətdir).
Qovuqcuqların möhtəviyyatında monoklonal anticisimlər vasitəsilə SHV antigenlə-
rinin təyin olunması.
Hüceyrə kulturasında patoloji materialdan (qovuqların möhtəviyyatı,
zədələnmiş
sahələrdən
götürülmüş yaxmalar, biopsiya materialı) virusun aşkar edilməsi.
Qan zərdabında SHV-a qarşı anticisimlərin aşkar edilməsi aktiv prosesin getdiyinə
dəlalət edir.
PZR vasitəsilə patoloji materialda SHV-nin DNT-si aşkar edilir.
Histopatologiya
Epidermis hüceyrələrinin ballon edici və retikulyar degenerasiyası, akantoliz, epi-
dermadaxili qovuqcuqların, hüceyrədaxili virus əlavələri (Tsank hüceyrələri) ilə birgə
nəhəng çoxnüvəli keratinositlərin olması. Dermada damarların divarlarının neytrofillər-
lə infiltrasiyası, perivaskulyar infiltratlar (limfositlər, neytrofillər).
Dostları ilə paylaş: