166
dən sonra 3-4 həftə ərzində; yerli olaraq ocaqlara 30%-li üçxlorsirkə turşusu, solkoderm
sürtülür.
Daban(Ayagaltı) ziyilləri. Yandırıcı və keratolitik vasitələr (bax. sadə ziyillərə); kri-
odestruksiya; elektrokoaqulyasiya və karbonqazlı lazer daha effektivdir. Cərrahi müalicə
aparılmır. Dabanlar üçün isti vannalar (450C) 30-45 dəqiqə ərzində həftədə 2-3 dəfə, 20
proseduraya qədər.
Profilaktikası
Şəxsi gigiyena, orqanizmin ümumi reaktivliyinin və immunitetin artırılması.
İTİUCLU KANDİLOMALAR
Ocaqlı və ya çoxsaylı şişəbənzər məməcikli dəri-selikli qişa törəmələridir, çox vaxt
cinsiyyət orqanları nahiyəsində, nadir hallarda – ağız boşluğunda və perianal sahədə
müşahidə olunur.
Dostları ilə paylaş: