165
əşyaları (dəsmal, paltar, ayaqqabı və s.) vasitəsilə baş verir.
İlkin şərait yaradan amillər: dərinin zədələnməsi, dərinin quru olması,
ümumi reak-
tivliyin və immunitetin azalması, vegetativ nevrozlar, şəxsi gigiyenaya əməl olunmama-
sı,
immundepressiv terapiya,
hüceyrə immunitetinin defekti, İİV ilə yoluxma.
Klinik formalar
Sadə (vulqar) ziyillər – yarımdairəvi qeyri-iltihabi dəri rəngində olan, bərk, qabıq-
lanan, bəzən vegetasiya edən, ağrısız, kələ-kötür, çoxsaylı düyüncüklərdir, əksərən əl-
lərdə, bəzən isə diz nahiyəsində yerləşirlər. Onların yerində dəri cizgiləri vizuallaşmır.
Müayinə zamanı lupanın altında tünd nöqtələr (məməcik kapilyarlarının trmbozu əlamə-
tidir) – vulqar ziyillərin diaqnostik simptomu aşkar edilir. Götürülmüş ziyilin yerində qız
elementləri (izomorf reaksiya) meydana gələ bilər.
Yastı (gənclik) ziyilləri – normal dəri və ya qonuru rəngdə olan yastı düyüncüklərdir,
səthləri hamardır, bir qayda olaraq çoxlu saydadırlar; üz nahiyəsində, əllərin arxa səthin-
də, dizlərdə əmələ gəlir. İzomorf reaksiya xarakterikdir.
Ayaqaltı ziyilləri – əvvəlcə parlaq xırda papulalardır, sonra sarımtıl rəngdə törəmələr
meydana çıxıraq, qalın buynuz qatla örtülmüşdür, bir necədir, ağrılıdır. Xırda ziyillər
birləşdikdə mozaikanı xatırladan lövhə əmələ gəlir. Ayaq barmaqları arasında
tez-tez
«öpüşən» ziyillər əmələ gəlir və onları melanoma ilə diferensiasiya etmək lazımdır.
Sapvari (xovlu) ziyillər – çıxıntılar şəklində nazik, bəzən buynuz tipli törəmələrdir,
çox vaxt kirpiklərdə, çənəaltında, boyunda, qoltuqaltı sahələrdə və bədənin digər sahələ-
rində yerləşirlər.
Xəstəliyin gedişi- xronikidir.
Dostları ilə paylaş: