164
göz qapağının ödemi, konyuktivit qeyd olunur, ümumi zəiflik artır. Prodromal dövrün
patoqnomonik simptomu Koplik-Filatov ləkələridir, hansı ki, azı dişlərinin səviyyəsin-
də yanağın hiperemiyalaşmış selikli qişasının fonunda yerləşmiş xaş-xaş dənəsi böyük-
lükdə ağ və bozumtul-ağ rəngdə olur. Koplik-Filatov ləkələri xarici görünüşünə görə duz
kristallarını xatırladır və selikli qişaların bazal hissələrində histoloji olaraq kiçik nekroz
ocaqları qeyd olunur. Koplik-Filatov ləkələri dəridə generalizə olunmuş səpgilər əmələ
gəldikdən 2-3 gün sonra yox olur. Prodromal təzahür dövründə Koplik-Filatov ləkələ-
rindən başqa yumşaq damağın selikli qişasında çəhrayımtıl-qırmızı rəngli xırda ləkələr
müşahidə oluna bilər. Bəzən prodromal dövrdə az nəzərə çarpan, həqiqi qızılca səpgiləri
təzahür etdikdə dərhal yox olan, dəridə xırda nöqtəvari (skarlatinayabənzər) ləkəli və
ya urtikar seyrək səpgilər əmələ gəlir. Prodromal dövr orta hesabla 3-4 gün davam edir.
Generalizə olmuş səpgilər dövrü xəstəliyin 4-5-ci günündə başlayır və dəyişilmə-
miş dəri fonunda al qırmızı rəngli ləkəli-skvamoz səpgilərin təzahür etməsi ilə xarak-
terizə olunur. Səpgilərin birinci elementi əvvəlcə qulaqların arxası və saçların inkişaf
xətti boyunca əmələ gəlir, tezliklə üz, boyun nahiyəsini (I sutka), sonra aşağıdan yuxarı
yayılaraq bədəni (II sutka), daha sonra yuxarı və aşağı ətrafları (III sutka) əhatə edir.
Qeyri-düzgün formalı səpgilərin ölçüsü tez artır, çox vaxt bir-biri ilə birləşir. Bəzən səp-
gilər hemorragik xarakter daşıyır. Səpgilər fonunda bütün qrup limfa düyünləri, bəzən
dalaq da böyüyür. Adətən qaşınma xəstələri narahat etmir. Qızılcalı xəstənin səpgi dövrü
üçün tipik görünüş: şişkin üz; gözün üstü, burun və yuxarı dodaq ödemli, gözlər qırmızı,
irinləşmiş; burundan çoxlu miqdarda ifrazatın olması. Səpgi dövrü orta hesabla 3-4 gün
davam edir.
Piqmentasiya dövründə səpgi təzahür etdiyi ardıcıllıqla sağalır – yuxarıdan aşağıya
(əvvəlcə - üzdə,sonra bədəndə, ətraflarda), dəridə qonur-qəhvəyi
rəngli piqmentasiya
qoyur, hansı ki, izsis itir və ya kəpəkvari qabıqlanma ilə əvəzlənir. Piqmentasiya dövrü
orta hesabla 7-10 gün davam edir.
Qızılca diaqnozu aşağıdakılara əsasən təyin edilir:
•
klinik şəkil;
•
qızılca virusuna qarşı (İFA) İgM, İgG
antitellərinin aşkar edilməsi;
•
qan zərdabında, ağızdan götürülən yaxmalarda (PZR) RNT virusun identifika-
siyası.
Differensial diaqnoz məxmərək, infeksion eritema, infeksion mononukleoz, Kavasa-
ki
xəstəliyi, dərman toksikodermiyası ilə aparılır.
Müalicəsi - simptomatik aparılır.
Dostları ilə paylaş: