162
Diaqnostika
Müsbət Tsank sınağı: Varicella zoster virus antigenlərinin düz immunflüoressensiya
metodu ilə vezikulların möhtəviyyatında və onların dibindən götürülmüş qaşıntıda aşkar
edilməsi; Varicella zoster-in hüceyrə kulturalarında aşkar edilməsi; daxili orqanların, ağ-
ciyərlərin, onurğa beyni və baş beynin EKQ, KT, MRT-si (onların patologiyasını istisna
etmək üçün).
Histopatologiya
Epidermisin ödemi, malpigi qatının yuxarı hissələrində qovuqcuqlar, hüceyrələrin
sitoplazmasının ballonlu degenerasiyası və distrofiyası, nəhəng çoxnüvəli hüceyrələr.
Dermada neytrofillərlə cüzi infiltrasiya, eksositoza meyllik. Analoji dəyişikliklər baş
beyin və onurğa beyninin strukturlarında və generalizə olunmuş infeksiya zamanı daxili
orqanlarda da aşkar edilir.
Ağırlaşmalar. Səpgilərin qanqrenizasiyası, dəri örtüyünün böyük sahələrinin, daxili
orqanların, MSS-nin, onurğa beyninin zədələnməsi ilə birlikdə infeksiyanın generaliza-
siya olması. Postherpetik nevralgiyalar, simpatalgiyalar, qanqlionitlər. İmmundepressi-
ya, şişlər zamanı residivlərin müşahidə olunması.
Dostları ilə paylaş: