Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə60/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   446
DERMATOLOGİYA-dərslik 1

Piodermiyaların təsnifatı
Stafilodermiyalar
Səthi 
dərin
Ostiofollikulit
Furunkul
Follikulit
Karbunkul
Vulqar sikoz
Hidradenit
Yenidoğulmuşların epidemik pemfiqusu
Uşaqların çoxsaylı absesi


100
Vezikulopustulyoz
Streptodermiyalar
Səthi 
dərin
Streptokokk impetiqosu 
Vulqar ektima
• 
yalama
• 
dırnaqətrafı impetiqo
• 
bullyoz impetiqo
Stafilostreptodermiyalar
Səthi 
dərin
Vulqar impetiqo 
Xroniki xoralı piodermiya
Kəskin və xroniki diffuz streptodermiya Xroniki xoralı-vegetasiyaedici 
piodermiya
Şankrformalı piodermiya
Cinsiyyət üzvü və xayalığın
qanqrenası
Dekalvedici (tükləri məhv 
edən) follikulit
Hoffmanın başın tüklü hissəsinin
absesləşən və parçalayan 
follikuliti və
perifollikuliti
Keloid akne
Baldırın pustulyoz və atrofik follikuliti
Alloponun vegetasiyaedici piodermi
yası
Vegetasiyaedici piostomatit
İldırımsürətli sızanaqlar
Üzün piodermiyası
Tədqiqatlar göstərir ki, piodermiyalar çox vaxt qarışıq olur. Bununla əlaqədar olaraq,
piodermiyanın təsnifatının klinik variantını təqdim edirik, harada ki, tük follikullarına 
irinciyin aid olub və ya olmaması əsas götürülür. 
Şək.7.1. Stafilokokklar
Şək.7.2. Streptokokklar


101
Follikul ilə əlaqəli olan piodermiyalar
Follikul ilə əlaqəli olmayan piodermiyalar
Ostiofollikulit
Follikulit
Vulqar sikoz
Furunkul
Karbunkul
Hidradenit
Keloid akne
Dekalvedici (tükləri məhv edən) follikulit
Hoffmanın başın tüklü hissəsinin 
absesləşən və parçalayan follikuliti və 
perifollikuliti
Baldırın pustulyoz və atrofik follikuliti
Xroniki xoralı-vegetasiyaedici 
piodermiya
Psevdomonad follikulit
Streptokokk impetiqosu
• 
yalama
• 
dırnaqətrafı impetiqo
• 
bullyoz impetiqo
• 
vulqar impetiqo
Kəskin və xroniki diffuz streptodermiya
Vulqar ektima
Xroniki xoralı piodermiya
Şankrformalı piodermiya
Cinsiyyət üzvü və xayalıüın 
qanqrenası
Üzün piodermiyası
İldırımsürətli sızanaqlar
Alloponun vegetasiyaedici piodermiyası
Piostomatit
Vegetasiyaedici piostomatit
Yenidoüulmuşların epidemik pemfiqusu
Uşaqların çoxsaylı absesi
Vezikulopustulyoz
Ostiofollikulit
, sin.Bokxart impetiqosu, stafilokokk impetiqosu (İmpetigo Bockhart 
sin.impetiqo staphylogenes) – tük follikulunun ağız hissəsinin irinli iltihabı, follikulun 
zədələnməsi ilə gedən bütün piodermiyalar üçün başlanğıc epizoddur. Daha çox kişilər-
də rast gəlinir.
Lokalizasiya – üz, sinə, yuxarı və aşağı ətraflar, sağrı.
Səpgi elementləri və onların təkamülü - follikulyar pustulalar, içərisindən tük keçən, 
xaş-xaş dənəsindən darı dənəsinə qədər böyüklükdə ölçüsü olan, yarımşar şəkilli, perife-
riya boyunca bərk örtüklü və dar eritematoz taca malikdir, periferiyaya doğru böyüməyə 
və birləşməyə meylli deyil. Sağalma prosesində çapıq qoymayan, sarımtıl qabıqlı, ikin-
cili göyümtül-çəhrayı ləkəli kiçik səthi eroziyalar formalaşır.
Follikulit (Folliculitis) – tük follikulunun irinli iltihabıdır. 
Daha çox kişilərdə rast gəlinir.
Lokalizasiya - üz, yuxarı və aşağı ətraflar, sağrı, bədən.
Səpgi elementləri və onların təkamülü - follikulyar pustulalar, papulalar, papula-pus-
tulalar, içərisindən tük keçən, 1-3 mm ölçüdə, çəhrayı-qırmızı rəngdə, yarımkürə şək-
lindədir. Sağalma prosesində çapıq qoymayan, sarımtıl qabıqlı, ikincili piqmenta-
siyalı eroziyalar formalaşır; follikulitlər dərində yerləşdikdə ağrılıq olur, kiçik xoralar, 
nöqtəvari çapıqlar yaranır.
Vulqar sikoz sin. stafilokokk sikozu (Sycosis vulgaris sin.sycosis staphylogenes) – 
cod tük çıxan zonada tük follikulunun irinli iltihabıdır. Daha çox kişilərdə rast gəlinir, 
xroniki residiv gedişlə xarakterizə olunur.
Lokalizasiya - üz, saqqal, bığ, qaş, qoltuqaltı çuxur, qasıq nahiyəsi, az hallarda başın 


102
tüklü hissəsində.
Səpgi elementləri və onların təkamülü - follikulyar pustulalar, papulalar, papulo-pus-
tulalar 1-3 mm ölçüdə, çəhrayı-qırmızı rəngdə, yarımkürə şəklindədir. Prosesin xroniki, 
residiv xarakterli olması ilə əlaqədar qırmızı rəngli , bütünlüklə infiltrat formalaşır, çox-
saylı pustulalarla örtülmüş olur. Sağalma prosesində çapıq qoymayan eroziyalar, sarım-
tıl qartmaq, ikincili piqmentasiyalar formalaşır. Follikulitlər dərində yerləşdikdə proses 
çapıqlı dəyişikliklərlə və tük follikullarının məhvi (lüpoid sikoz) ilə nəticələnir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin