79
Həkim müalicə təyin edərkən, xəstənin mərkəzi sinir sistemində, endokrin orqanların
hemostazının saxlanmasında tənzimləyici rol oynayan orqanizmin sağlamlığını mütləq
nəzərə almalıdır. Pasiyentin cinsi və yaşı, anamnestik göstəriciləri, əvvəllər aparılmış
terapia, dərman maddələrinin orqanizmə təsiri, dermatozun mərhələ və yayılması hesaba
alınmaqla, müalicə fərdi olmalıdır.
Dermatozlu xəstələrdə müalicənin effektivliyi çox vaxt həkimin etik qaydada qar-
şılıqlı əlaqəsindən asılıdır. Həkimin nüfuzu hər şeydən əvvəl onun xəstəyə səriştəli və
humanist münasibətilə təmin olunur. Pasiyentə fərdi psixoterapevtik yanaşma farmako-
terapiyanın müsbət nəticə verməsinə xeyli kömək edir.
Hazırda dəri xəstəliklərinin ümumi terapiyası üçün
külli miqdarda farmakolo-
ji vasitələtdən və fizioterapiya metodlarından istifadə edilir (cədvəl 6.1.). Dermatozlu
xəstələrin müalicəsi zamanı sedativ, hiposensibilizəedici, hormonal, immun – kimyate-
rapiya, antibiotiklər, fiziki və kurort faktorları və s. çox asanlıqla tətbiq olunur.
Son illər müxtəlif dermatozların terapiyasında müəyyən müvəffəqiyyətlər əldə edil-
mişdir. Yeni dərman preparatlarının işlənib hazırlanması və tətbiq edilməsi (immunmo-
dulyatorlar, aromatik retinoidlər, siklosporin) psoriazlı, atopik dermatitli, piodermiyalı,
sızanaqlı səpgisi olan, qırmızı yastı dəmrovlu, çoxformalı ekssudativ eritemalı, ayrı-ayrı
genodermatozlu xəstələrin müalicəsinin keyfiyyətini artırmağa imkan verir.
Dermatoloqun arsenalı dermatofitiyalı, onixomikozlu, trixomikozlu, kandidozlu
xəstələrin müalicə müddətini azaldan və effektivliyi artıran yeni göbələk əleyhinə pre-
paratlarla (lamizil, orunqal, diflyukan, nizoral) zəngin olmalıdır.
Herpetik infeksiyanın residivlərinin qarşısını almaq üçün asiklovir (zoviraks, viro-
leks, siklovir), qansiklovir, foskarnet, panavir və s. preparatlar tətbiq olunur.
PUVA-te-
rapiya metodunun işlənib hazırlanması və onun retinoidlərlə, essensiale ilə kombinasi-
yası nəticəsində psoriazlı, atopik dermatitli, dərinin T-hüceyrə limfoması olan xəstələrin
müalicə perspektivi xeyli yaxşılaşmışdır.
Dermatozların müalicəsi zamanı pasiyentlərin qanının ultrabənövşəyi və lazer şüaları
ilə şüalandırılmasından daha çox tətbiq olunur.
Eritrodermiyalarda, pustulyoz və artropatik psoriazda, pemfiqusda, toksikodermiya-
larda, övrənin və atopik dermatitin ağır formalarında detoksikasiyanın (hemosorbsiya),
plazmaferezin sorbsion metodu, eləcə də enterosorbentin peroral qəbulu tətbiq edilir.
Qaşınan dermatozların terapiyasında ultrasəs , lazer, QDT(qısa dalğalı tezlikli)-şüa-
lanmanın köməyi ilə reflektor terapiya metodu tətbiq edilir.
Piodermiyanın xoralı və dərin formalarının terapiyası üçün geniş aktiv spektrli yeni
nəsil antibiotiklər yaradılmışdır (netromisin,
amikasin, tienam, meronem, zinnat və s.).
Dərinin melanoma və limfomasının müalicəsi üçün monoklonal anti cisimləri, inter-
leykin-2, intron A və leykinferonun istifadə edilməsinə başlanılmışdır.
Xroniki dermatozlu xəstələrin müalicə və reabilitasiyasında balneoterapiya (fito
əlavələrlə, duz ekstraktları ilə, torf oksidatı və s. ilə vannalar) aparılması mühüm yer
tutur.