241. Pemfiqusun aşağıdakı formalarını ayırd edirlər:
A) bütün sadalananlar
B) vegetasiya edici
C) yarpaqşəkilli
D) vulqar
E) seboreyalı
242. Pemfiqus üçün aşağıdakı simptomlar xarakterdir:
A) Nikolski və Asboe-Hansen
B) Auspits-Voronov
C) Ardi-Horçakov- və Kebner
D) Pospelov və Pilnov
E) “alma jelesi” və “zond”
243. Pemfiqus zamanı birincili elementlər:
A) ləkə
B) mikrovezikula
C) papula
D) pustula
E) qovuq
244. Pemfiqus diaqnozunu təsdiq edir:
A) yaxma-izlərdə akantolitik hüceyrələrin tapılması
B) qovuq mayesində eozinofiliya
C) periferik qanda nəzərə çarpan leykositlər
D) LE-hüceyrələrin tapılması
561
E) nəzərə çarpan trombositopeniya
245. Pemfiqusun müalicəsində ən çox effektli olan preparatlar:
A) antibiotiklər
B) sulfanilamidlər
C) qlükokortikoidlər
D) delagil
E) ftivazid
246. Qlükokortikosteroid terapiyasının ağırlaşmasına aid deyil:
A) osteoporoz
B) hipertenziya
C) peptik xora
D) trombositopeniya
E) şəkərli diabet
247. Seboreyalı pemfiqusun ən çox lokalizasiyası:
A) baş, sinə, kürək
B) ovuc və ayaqaltı
C) cinsiyyət orqanları
D) ətrafların açıcı səthi
E) təbii dəliklər ətrafında dəri büküşləri
248. Dürinq dermatozunun müalicəsi zamanı əks göstərişdir:
A) vitaminlər
B) yod tərkibli preparatlar
C) dapson
D) prednizolon
E) unitiol
249. Dürinq dermatozu üçün xarakterdir:
A) səpgilərin polimorfizmi
B) qovuq ekssudatında eozinofiliya
C) qaşınma
D) elementlərin qruplaşması
E) bütün sadalananlar
250. Dürinq dermatozu diaqnozunu təsdiq etmək üçün dərman sınağının apa-
rılmaası:
A) sulfanilamidlər
B) antibiotiklər
C) qlükokortikoidlər
D) yodidlər
E) novokain
|