Gələcəyin Durumu


Hansı mənfi nəticələr ola bilər?



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15040
1   ...   7   8   9   10   11   12   13   14   15

Hansı mənfi nəticələr ola bilər?
Virtual reallıqlar şəxsiyyətin parçalanmasına – birinin diqqətinin kiber dünyada, digərinin 
isə ənənəvi dünyada cəmləşməsinə - gətirib çıxara bilər. Bu isə insan cəmiyyətinin 
təkamülünə zidd ola bilər. “İkinci həyat” mədəniyyət, əxlaqi prinsiplər, mənəviyyat və digər 
aspektlərdə real həyatla münaqişəyə girə bilər. 
9. Elmin arxasınca qaçmağı gücləndirən ictimai əlaqələr sistemi
2030-cu   ildə   öyrənmə   konsepsiyalarının   və   ya   stereotiplərinin   sosial   marketinqi   geniş 
şəkildə yayılmış olacaq. Mövzulardan bəziləri artıq yayılıb: İntellekt Cazibədardır,  Bilik 
Gözəldir, Bilik Əhəmiyyətlidir, və Cəhalət Yoxsulluğa Bərabərdir. İctimai KİV rəhbərləri 
tez-tez  təhsil  rəhbərləri, təfəkkür  alimləri, və  artistlərlə görüşür ki, öyrənmənin həyatın 
əsas işi olduğunu yaymaq üçün müzakirələr aparsınlar.
9
Bunun baş verməsinə nə səbəb ola bilər? 
Qarşıdan   gələn   elm-tutumlu   iqtisadiyyatlar   sayəsində   biliyin   (elmin)   və   intellektin 
əhəmiyyəti xüsusi olaraq nəzərə çarpacaq, KİV və əyləncə sənayeləri biliyin arxasınca 
gedən   yolda,   məsələn   QİÇS   əlayehinə   “Yu-tu”   qrupunun   iştirakı   ilə   həyata   keçirilən 
“Qırmızı Layihə” kimi proqramlarda mühüm bir rol oynamaq üçün cəlb oluna bilərlər. Bu 
kimi qeyri-rəsmi görüşlər ABŞ-ın Reklam Şurasında baş verir. Buna görə ehtimal var ki, 
yaxın 25 ildə ictimai komunnikasiya vasitələri daha da yayılsın.
Hansı müsbət nəticələr ola bilər?
Bu   sistem   insanların   fantaziyalarını,   yaradıcılığını   və   yenilikləri   inkişaf   etdirə;   əhalinin 
daha təhsilli olmasına səbəb ola və bilik iqtisadiyyatını təkmilləşdirə; demokratik dövlətləri 
9

möhkəmləndirə   və   cəmiyyətlərin  ümumi  rifahını   artıra;   və  yoxsulluğun  azaldılmasında, 
sosial ədalətin artırılmasında və proqressin sürətləndirilməsində əsas rol oynaya bilər.  
Bunun baş verməsinə nə mane olur? 
KİV daxilində fikir ayrılığı, ictimai mühafizəkarlıq və ictimai KİV daxilində peşəkar əxlaqın 
kifayət   qədər  olmaması   bu   ideyanın   həyata  keçməsinə  mane  ola   bilər.   Lakin  əvvəlcə 
cəmiyyətlər təhsilə daha çox tərəfdar olmalıdırlar. Fərdiləşdirilmiş öyrənmənin uğuru ilə 
ictimai   KİV-ə   çox   da   ehtiyac   qalmaya   bilər   və   bu   daha   az   maariflənmiş   hökumətlər 
tərəfindən   yaradılmış   sosial   mühəndisliyin   yeni   bir   forması   kimi   nəzərdən   keçirilə   və 
nəticə etibarilə azad cəmiyyətlər tərəfindən inkar oluna bilər.
Hansı mənfi nəticələr ola bilər?
Verilən ideyalar cansıxıcı ola bilər və onlardan sui-istifadə oluna bilər, bu da təhsilə mənfi 
təsir göstərə bilər.   
10. Portativ süni intellekt cihazları
2030-cu ildə bir çox insanlar özlərilə geniş şəxsi yaddaşa malik və öz sahiblərilə insan 
kimi qarşılıqlı əlaqədə olan kiçik kompüterlər daşıyacaq. Küçədə bir insanlar rastlaşırsız 
və üz cizgilərinin tanınması əsasında qulaqcıqlarınız sizə pıçıldayır: “Bu Billi Consondur. 
Sən onunla 3 il bundan qabaq əyləncə gecəsində tanış olmusan. O pilotdur və onun  
arvadının adı Encidir”. Daha ciddi desək, mexanizm həmçininin şəxsi qərar qəbul etmə 
prosesində   və   informasiyaya   olan   bilavasitə   ehtiyacların   qarşılanmasında   iştirak   edər. 
Bəzi   fərdlər   nanobotlar,   beyin   çipləri   və   paltara   bərkidilir,   nanotexnoloji   qəbuledicilər 
sayəsində bir çoc texnoloji nailiyyətlər əldə ediblər
10
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Çox varlı insanlar tərəfindən istifadə olunan tanıma texnologiyasının (səs, üz və gözün 
torlu   qişası  və   s.),   nanobotların,   beyin   çiplərinin   və  nanotexnoloji   qəbuledicilərin  digər 
növlərinin inkişafı bunun baş verməsinə səbəb ola bilər.   
Hansı müsbət nəticələr ola bilər?
Bu cihazlar yaddaşın təhlilini və qərar qəbul etmə prosesini təkmilləşdirəcək və insan 
bacarıqlarını   sürətlə   artıracaq.   Təbii   olaraq,   daha   varlı   dövlətlər   bunu   birinci   əldə 
edəcəklər, lakin cib kalkulyatoru kimi qiymətlər aşağı düşən zaman onlar bütün dünyada 
geniş şəkildə istifadə olunacaq. İnsanların həyatları və təcrübələri yazıya alınacaq və bu 
da onlara öz həyatlarını daha yaxşı idarə etməyə, öz təcrüəbələrindən bəhrələnməyə, və 
yaşlandıqca öz xoşbəxt anlarını yenidən yaşamağa imkan verəcək. Şəxsi Süni İntellekt 
həmçinin cinayətkarlığı əhəmiyyətli dərəcədə azalda bilər. Təsəvvür edin ki, cibinizdə çox 
təkmilləşdirilmiş bir Quql chiazı daşıyırsız və o sizə küçədən keçən bir nəfəri müəyyən 
etməyə  imkan  verir və  ya  ərazidə  eyni  maraqlara malik  digərl  insanları  göstərir.   Süni 
İntellekt   cihazları   həmçinin   sizə   kiminlə   əlaqə   saxlamığınızı   deyə   və   onlarla   əlaqə 
saxlamağa kömək edə bilər.
Bunun baş verməsinə nə mane olur?
10
  RT   Delphi   istinadları:     Süni   İntellekt   Mərkəzi,   SRI   International,   www.ai.sri.com;   Massaçusets   Texnologiya 
İnstitutu, Kompüter Texnikası və Süni İntellekt Laboratoriyası, www.csail.mit.edu/index.php; Süni İntellektin Tədqiqi 
Jurnalı, www.jair.org.

Üz   tanınmasına  daxil   olan   üz  cizgilərinin  tanınmasının   çətinliyi,   məxfilik   məsələləri   və 
qərar   qəbul   etmə   prosesi   üçün   lazım   olan   digər   informasiya   tələbləri   bunun   baş 
verməsinə əngəl törədə bilər. Cihazların müəyyən (bəzi) istifadələri müdafiə və kəşfiyyat 
mülahizələri səbəbindən məhdudlaşdırıla bilər.  
Hansı mənfi nəticələr ola bilər?
Məxfiliyin itməsi, davamlı şəkildə meydana çıxan əxlaqi məsələlər, varlı-kasıb fərqlərinin 
artması,   cinayətkarlar   tərəfindən   istifadə   və   məxfiliyi   qorumaq   üçün   portativ   “anti-süni 
intellekt cihazları” inşa etmək üçün yarışma və bu cihazlardan asılı hala gəlmiş insanların 
intellektual və emosional bacarıqlarının azalması potensial mənfi nəticələrdəndir.
11.   Öyrənmənin   necə   meydana   çıxdığını   aşkar   etmək   və   bunun   vasitəsilə 
öyrənməni təkmilləşdirmək üçün strategiyalar işləyib hazırlamaq məqsədilə insanın 
sinir hüceyrələrinin əlaqələrinin tam şəkildə xəritələşdirilməsi 
Genlərin şifrələri açıldığı kimi insan beynindəki sinapsların birləşmə sxeminin də şifrələri 
açılaraq oxunub. Bu mürəkkəb xəritədən idraki inkişaf, intellekt və emosiyalar barədə, 
süni intellekt cihazlarını necə inşa etmək haqqında və nəticə etibarilə öyrənmənin sürətini 
və intensivliyini artırmaq haqqında məlumatlar əldə olunub.
11
Bunun baş verməsinə nə səbəb ola bilər?
Artırılmış   intellektin   bilik   iqtisadiyyatında   rəqabət   aparmaq   bacarığına   malik   əsas 
üstünlüyə malik olduğunun dərk edilməsi, irəliləyişə nail olmaq üçün uzun müddət ərzində 
tədqiqatlara pul ayıracaq bəzi ölkələr tərəfindən beynin kütləvi şəkildə araşdırılmasına 
təkan   verəcək.   Allen   Beyin   Atlası   Layihəsi   (siçan   beynində   gen   ekspresiyyasının 
interaktiv,   bütün   genləri   əhatə   edən   təsvirlər   bazası)   nevrologiyada   sürətlə   baş   verən 
irəliləyişlərin   bariz   nümunəsidir.   Əqli   fəaliyyətin   tamamilə   başa   düşülməsi,   dinamik 
skanerləşdirmə   üsullarında   (imkanların   yayılması   və   funksional   Maqnetik   Rezonans 
Təsvirlərdə mövcud olan texniki üsullara icazə verilməsi kimi), məlumat bazasının idarə 
olunmasında,   təsvirlərin   hazır   şəklə   salınmasında,   hesablayıcı   nevrologiyada   və 
avtomatlaşdırılmış  tədqiqatlarda  təkmilləşmələrin olmasını  tələb  edir.  Çünki  bu  gedişlə 
2030-cu   ilədək   bu   iş   başa   çatdırılmaya   bilər.   Hər   halda,   hətta   cüzi   nəticələrin   belə 
öyrənmə   haqqında   mühüm   nevrologiya   anlayışlarını   meydana   gətirəcəyi   ehtimalı   var. 
Hesablamaların   çətinliyi   nəzəriyyəsində   irəliləyişlər,   bu   prosesə   nail   olmaq   üçün 
irəliləyişlərin tədricən baş verməsini qəbul etmək və böyük nailiyyətlər əldə etmə zərurəti 
də bu prosesin əmələ gətirilməsinə kömək edə bilər. 
Hansı müsbət nəticələr ola bilər?
Nevrologiyanın   daha   da   tam   şəkildə   başa   düşülməsi   robot   texnikasının   müstəsna 
proqresi ilə nəticələnə bilər və Süni İntellektdən tutmuş öyrənmənin keyfiyyətini artıran 
kimyəvi preparatlara kimi təfəkkürün bir çox sahələrinə yardım göstərə bilər. Bu, bioloji 
elmlərdə   böyük   irəliləyişlərin   baş   verməsinə,   öyrənmə   nəzəriyyəsində   və   insan 
intellektində,   həmçinin   süni   intellektdə   sıçrayışın   baş   verməsinə   və   bəşər   tarixində 
mühüm bir hadisənin başlanğıcının qoyulmasına səbəb ola bilər.  
11
 RT Delphi istinadları: T. H. Mörfi, J. M. Baraban, və U. G. Viyer, “Kalsium Təsvirindən istifadə etməklə Miniatür  
Sinaptik   Axınlarının   Vahid   Sinaptiklərlə   Cədvəlləşdirilməsi   Sinaptikdən   sonrakı   Nəticədə   Heterogenliyi   aşkara 
çıxarır”,   Neyron   15   (1995),   159–68   səhifələr;   Nevrologiya   üçün   Cəmiyyət,   “Alimlərin   insan   beyninin   İnkişafını 
xəritələşdirməsi”; Stressin davamlı Təsirlərinin Başa düşülməsində İrəliləyişlər etmək, Nikotin və Alkoqol,” pres reliz, 
8 Noyaber 2003; Beyn elmləri Allen İnstitutu, www.alleninstitute/content/about_the_institute.htm.

Bunun baş verməsinə nə mane olur? 
Bu, prosesin çox çətin olduğunu və 25 il ərzində başa vurmaq üçün çox bahalı olduğunu  
düşünməklə qarşısı alına bilən çox mürəkkəb bir tapşırıqdır. Digər əngəl törədici amillərə 
intellektin   və   emosiyaların   sinaps   formalarını   ötüb   keçməsi   və   ya   bu   tədqiqatın 
nəticələrinin, öyrənmə prosesinin fərd üçün şəxsi səviyyədə meydana gəlməsinin başa 
düşülməsində   çox   da   köməyi   olmayacağı   fikri   daxildir.   İnsanlar   üzərində   sınaqların 
aparılması üzrə əsas təhsil təsisatları və əxlaqi məsələlər də bu prosesin qarşısını ala 
bilər. 
Hansı mənfi nəticələr ola bilər?
Əgər bu baş versə, alimlər və həkimlərin hakimiyyətdən və nüfuzdan sui-istifadə etməsi, 
və   insanlar,   heyvanlar   üzərində   sınaqların   aparılması   ilə   bağlı   bir   sıra   problemlərin 
meydana çıxması ilə nəticələnə bilər. Bu, həmçinin insan emosiyalarını sadələşdirə bilər 
və o zaman belə bir sual meydana çıxa bilər: məgər Sevgi sadəcə kimyəvi reaksiyalar 
məcmusudurmu?
12. Yetkin şəxslərin beyinlərini uzun müddət daha sağlam saxlamaq üçün vasitələr
2030-cu   ildə   yaşlanma   prosesində   yetkin   şəxslərin   beyinlərini   daha   sağlam   şəkildə 
saxlamaq üçün texniki üsulların olması nəzərdə tutulub. Məsələn, yetkin şəxslərin sinir-
gövdə   hüceyrələri   klonlaşdırılacaq   və   onların   əvvəl   mümkün   olduğundan   daha   uzun 
müddət ərzində sağlam qalmaları  üçün  yetkin şəxslərin  beyinlərinə yeridiləcək. Bu  da 
qoca   yaşda   öyrənməyə   və   daha   yaşlı   elm-tutumlu   işçi   qüvvəsinin   olmasına   imkan 
verəcək
12
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Həyat səviyyəsinin artırılması, artan siyasi hakimiyyətə malik yaşlanan əhali və azalan 
nəsil   vermə   əmsalı   tibb   elminin   buna   nail   olmasını   sürətləndirəcək.   İnsanlar   həmişə 
fikirləşiblər ki, yaşlıların beyni daha yeni sinir hüceyrələri emal edə bilməz. Lakin tədqiatlar 
göstərir ki, hər gün yeni beyin hüceyrələri yaranır. Hər gün əmələ gələn yeni hüceyrələrin 
çoxu   ölür,   lakin   məşqlər   və   daha   stimullaşdırıcı   mühit   hüceyrələrin   ölüm   dərəcəsini 
azaldır.   Bəzi   tədqiatlar   göstərir   ki,   yaşlıların   davamlı   şəkildə   tədqiqi   yeni   beyin 
hüceyrələrinin   artması   ilə   əlaqəli   ola   bilər.   Sinir   hüceyrəsinin   inkişafının   (yeni   beyin 
hüceyrələrinin   artması)   tədqiqi   yəqin   ki,   2030-cu   ilədək   beyinləri   daha   uzun   müddət 
sağlam saxlamağa nail olacaq və bu tədqiqatın sadəcə bir xəttidir. Yaşlıların beyinləri 
məşğələlər, bioloji əks-əlaqələr, davranış dəyişiklikləri, müalicələr və digər stimulyantlar 
sayəsində daha uzun müddət sağlam qalacaq. Bu proseslər insanları “yaxşıdan da yaxşı” 
edəcək.   
Hansı müsbət nəticələr ola bilər?
Bu vasitələr ruhi xəstəliklər və Alsqeymer və Parkinson xəstəlikləri də daxil olmaqla, beyin 
xəstəliklərini aradan qaldıra, nəticə etibarilə ağıl azlığı olan yaşlıların sayının artmasının 
12
 
RT Delphi istinadları: Monika Qutman, “Yaşlanan Beyin”, USC Health, yaz 2001; Beynin Yaşlanması Beynəlxalq 
Jirnalı,   www.brainaging.ro/Pub-BAJ.htm;   “   Bəzi   Amillər   sayəsində,   Embrionik   gövdə   hüceyələrinin   səciyyəvi 
xüsusiyyətləri ilə mübarizəyə girən yetişkin hüceyrələr”, Medikal Nyus Tudey, 14 Avqust, 2006.

qarşısını ala və yaşlıları işçi qüvvəsinə çevirə bilər. Bu isə azalan nəsil vermə əmsalı-nın 
iqtisadi təsirlərinin azalması ilə nəticələnə bilər.
Bunun baş verməsinə nə mane olur? 
Təfəkkür   elmlərində   bəzi   irəliləyişlər,   bunun   baş   verəcəyinə   inanmayan   insanların,   və 
nəticə etibarilə zəruri tədqiqatlara, əxlaqi məsələlərə pul ayırmama, yaşlılaırın tənəzzülün 
qaçılmaz   olduğu   haqqında   fikirləri,   və   “təbiətin   qanuna”   və   bu   dünyada   ən   mürəkkəb 
struktur   olan   beyinə   müdaxilə   etmək   qorxusu   sayəsində   ləngiyə   bilər.   Bu   vasitələrin 
potensial xərcləri, beynin fəaliyyətini genişləndirmək üçün müvafiq texniki üsulların bütün 
dünyada   istifadəsini   məhdudlaşdıra   bilər.   Funksional   Maqnit   Rezonans   Təsvirləri   kimi 
texniki üsulların nəticələri hasil etməsi gözləndiyindən də çox vaxt apara bilər.    
Hansı mənfi nəticələr ola bilər?
Bu proqram bir qrup müalicə olumayan yaşlı insanı diqqətdən kənarda qoya bilər. Həyat 
dolu yaşlılar isə özlərini gəncliyə-istiqamətlənmiş cəmiyyətlərdən təcrid olunmuş hiss 
eləyə və bundan narazılıq duya, təcrid olunmuş sub-mədəniyyətlər yarada və ya həyat 
keyfiyyətində digər tarazlıqların pozulmasına səbəb ola bilərlər.  
13. Beynin genişləndirilməsi üçün Kimya
Beyin kimyasının araşdırılması intellekti artıran, yaddaşı genişləndirən, diqqətin həcmini 
artıran və görmə qabiliyyətini və görmə-hərəki koordinasiyasını təkmilləşdirən təhlükəsiz 
dərman preparatlarının meydana gəlməsinə səbəb olub.
13
Bunun baş verməsinə nə səbəb ola bilər?
Bunun   baş   verməsi   üçün   beynin   genişləndirilməsinin   dərk   edilməsində   dəyişikliklərə 
ehtiyac   var,   və   dərmanların   istifadəyə   uyğun   olub   olmadığı   haqda   sosial   normalar 
yaratmaq üçün insanlar arasında “genişləndirmə mədəniyyətinin” inkişafı zəruridir. Əxlaqi 
nəticələrin   müsbət   təkamülü,   Müdafiə   Nazirliyinin   Perspektiv   Tədqiqatlar   və   Layihələr 
İdarəsi tərəfindən həyata keçirilən cari araşdırmanın mülki tətbiqatları genişləndirməsi, və 
M. Pardricin yazdığı “Beyin Dərmanlarının Hazırlanması: Beyin Dərmanlarının Gələcək 
İnkişafı”   kimi  mənbələr   haqqında   məlumatlılğın   artması   bu  proqramın  həyata  keçməsi 
ehtimalını artıracaq. Ritilin, Valium və Prozak, insan intelektini “genişləndirməyən”, lakin 
əqli   problemlərə   baxmayaraq   insana   normal   fəaliyyət   göstərməyə   imkan   verən   yeni 
psixotrop   dərman   nümunələridir.   Adrenalin   travmatik   yaddaşları   silmək   üçün   istifadə 
olunmuşdur. 
Hansı müsbət nəticələr ola bilər?
Bu, insanın intellektinin və fiziki fəaliyyətinin artmasına, bundan əlavə yaşlıların beyinlərini 
daha uzun müddətə sağlam saxlamaq üçün şərh edilmiş müsbət nəticələrə gətirib çıxara 
bilər. 
Bunun baş verməsinə nə mane olur?
13
  RT   Delphi   istinadları:   “Psixotrop   Dərman”,   Wikipedia;   “Psixotrop   Dərmanlar”,   Beynəlxalq   Səhiyyə   Təşkilatı, 
www.who.int/topics/psychotropic_drugs/en; “Psixotrop Dərmanlar və Uşaqlar: Məktəblər üçün İstifadəsi, Meylləri, və 
Nəticələri”,   Məktəblərdə   Səhiyyə   və   Səhiyyə   Xidmətləri   Mərkəzi,   Corc   Vaşinqton   Universitetu,   Vaşinqton, 
Kolumbiya Dairəsi, Dekabr 2004.

Sınaqdankeçirmə   və   marketinq   üzrə   tibbi   təlimatlar,   İstifadənin   əxlaqi   prinsipləri, 
dərmanlardan   çəkinmə,   “təbii”   vasitələrə   verilən   yüksək   qiymət,   tibbi   inhisarlar,   və 
“möcüzəli   dərmanların”   naməlum   təsirlərindən   qorxma   bu   imkanın   həyata   keçməsinə 
mane olacaq.
Hansı mənfi nəticələr ola bilər?
“Möcüzəli dərmanların” insanların bütün problemlərini həll edəcəyi haqqında düşüncələr 
təhlükəli nəticələrə gətirib çıxaracaq. Məsələn insanları rəqabətli dərman yarışına, izafi 
dozalara   cəlb   etmək,   və   insan   psixikasının   mürəkkəbliyinə   etinasız   yanaşmaq   kimi 
nəticələrə.   
14. Veb 17.0
2030-cu ilədək, əsrin dönüşündə başlamış Şəbəkədə məlumatların inteqrasiyasına doğru 
meyllər (Quql Örs, Vikipediya, Masaçuset Texnologiya İnstitutunun kurs materialları) elə 
bir   nöqtəyə   çatıb   ki,   dünya   biliyinin   çox   hissəsi   –   məlumatlar,   təhlillər,   müzakirələr   – 
Semantik Veb 17.0-a daxil olub. Bu struktur konsepsiyaların (həm dəqiq və həm də qeyri-
dəqiq)   məntiqi   bünövrəsinə   əsaslanaraq   təşkil   olunub,   təbii   dil   interfeysinə   malikdir, 
dinamikk şəkidlə saxlanılır, və obyektlərin qaşılıqlı əlaqəsini idarə edən məntiqi qaydaları 
“bşa düşən” ağıllı sub-sistemdən ibarətdir. İnterfeys, bilikləri və prosesləri ifadə etmək 
üçün virtual reallıq kimi qrafiki texniki üsullardan intensiv şəkildə istifadə edir
14
.
Bunun baş verməsinə nə səbəb ola bilər? 
Uşaqları tədris etməkdən, böyükləri tədris etməyə və sonra özünütədrisə doğru proqress, 
semantik təhlilin inkişafı və biliklər üzərində müştərək şəkildə işləməyin lazım olduğunun 
başa   düşülməsi,   Web   17.0-ı   insanların   istədiyi   vaxt   və   istədikləri   kimi   öyrənməyə 
getdikləri bir yerə çevirəcək. 
Hansı müsbət nəticələr ola bilər?
Veb 17.0 şəbəkələri daha ağıllı etməli, soğuları və təhlilləri daha dəqiq aparmalı, bilik 
əməkdaşlığının qarşısında duran maneələri aradan qaldırmalı, kütləvi birgə inkişaf üçün 
birgə   imkanların   yaradılmasını   stimullaşdırmalı,   mürəkkəbliyi,   qarışıqlığı,   xaosu   və 
xətaları   azaltmalıdır.   O,   eyni   zamanda   əqli   mülkiyyətə   çıxış   üzrə   ödənişin   iqtisadi 
paradiqmasını   hər   hansı   birgə   mülkiyyətlə   “işləməklə   əlaqədar   bilik   hərəkəti”ndən   irəli 
gələn   gəlir   paradiqmasına   dəyişə   bilər.   Duqlas   Enqlbartın   Açıq   Hipertekstdokyument 
Sistemi və Pyer Levinin İnformasiya İqtisadiyayatının Meta Dili, XML Geo ilə və digər açıq 
yeniliklərlə  birləşə  və  insanlara  özlərini  tarixi  məlumatlar  da  daxil  olmaqla  informasiya 
müxtəlifliyinə,   çoxmədəniyyətli   və   alternativ   perspektivlərə,   real-vaxt   ciddi 
oyunlarda/dəyişiklik oyunlarına, və praktiki əsaslı dialoqlara və konsensusun qurulmasına 
baş vurmağa imkan verə bilər. Şəbəkələşmiş intellektin həmişə mövcudluğu və dərhal 
istifadəsinin mümkünlüyü, və nəyisə bilmək üsullarının artıq mübarizə olmaması, kollektiv 
insan şüurunun xeyli irəliləməsin səbəb olacaq.    
Bunun baş verməsinə nə mane olur?
14
 RT Delphi istinadları: Ulliam E. Halal, “Ağıllı İnternet”, Dövlət Kompüter Xəbərləri, 23 JBMTe 2004; Bill Qeyts, 
“Ağıllı İnternetə doğru”, Ekonomist Qrup, Maykrosoft-dan yenidən çap olunub, Noyabr 2000; Süni İntellekt Fondu, 
alice.pandorabots.com.

Əgər  daha   çox   əxlaqi   vasitələr   həyata   keçirilməsə,   İnternetdən  qeyri-qanuni   və  qeyri-
əxlaqi şəkildə istifadə getdikcə artacaq. Bəzi məhdudiyyətlər təkmilləşdirilmiş semantik 
təhlil,   “fərdiyyətçi   həllərə   qarşı   qrup   həlləri”,   və   açıq-mənbəli   proqram   təminatı 
təşəbbüsləri ilə mübarizə aparan sənayelərə gətirib çıxaracaq.   
Hansı mənfi nəticələr ola bilər?
Yeni virus növləri və informasiya çatdırılmasının idarə olunması üsullarının yeni bilikləri 
sevməyənlər tərəfindən istifadə olunması, Semantik Şəbəkə üzrə bilikləri təhrif edə bilər. 
Keçmişdə, siqaret istehsal edən şirkətlər xərçəng xəstəliyi araşdırmalarını təhrif edirdilər, 
bu   gün   neft   şirkətləri   qlobal   istiləşmə  araşdırmalarını   təhrif   edirlər,   və  gələcəkdə  bəzi 
qruplar   onların   ideologiyalarına   qarşı   çıxan   araşdırmaları   təhrif   etmək   istəyə   bilərlər. 
İdeoloji müharibələrə qarşı Koreya və Vyetnamın sənaye vasitələri ilə mübarizə aparıldığı 
üçün,   gələcəkdə   ideoloji   müharibələrə   qarşı   hələ   ixtira   olunmaqda   olan   informasiya 
müharibəsi vasitələri ilə mübarizə aparıla bilər. Bu da Semantik Şəbəkəni döyüş zonasına 
və   nəticə   etibarilə   az   etibar   olunan   bir   yerə   çevirəcək.   Əsas   geosiyasi   problemlər, 
terrorizm,   ideoloji   münaqişələr   və   hətta   açıq   mənbəli   müzakirələr   informasiya 
müharibəsinin mərkəzinə və ya versiyasına çevrilə bilər.
15. Vahid ömürlük öyrənmə sistemləri
2030-cu  ildə   təhsil   –  körpə  doğulmadan   öncə   həyata  keçirilən  proqramlardan   tutmuş, 
yaşlıları bilik, iş və asudə vaxtda əyləncə ilə təmin edən proqramlara qədər bütün yaş 
qruplarını əhatə edəcək
15
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Ömürlük öyrənmə artıq uzunömürlülük, və həmçinin biliyin gələcək inkişafı və cəmiyyətin 
tədqiqi   ilə  möhkəmləndirilmiş  bir  tendensiyadır;  Yaşlılar  yataqxanası  bunun  müasir  bir 
nümunəsidir. Hal-hazırda İnternet ömürlük öyrənməni qismən də olsa təmin edir, lakin 
bunu çox az insanlar dərk edir. Tarixdə ilk dəfə bu qədər insan özünü uzun müddətə 
təhsilə (təhsil və öyrənməyə) həsr edib. Bütün yaş qruları üçün müxtəlif peşələrin tələb 
etdiyi   səlahiyyətlərin   təkmilləşdirilmiş   təsnifatı,   öyrənmə   prosesinin   başlanğıcını   ibtidai 
məktəbdən qoyulduğunu daha yaxşı anlamaq, və daha humanist təhsil konsepsiyaları ilə 
insanların mənəvi tələblərinə diqqətin artırılması bu imkanın meydana gəlməsi ehtimalını 
artıra bilər. 
Hansı müsbət nəticələr ola bilər?
Müsbət   nəticələrə   təhsilin   islahatlaşması,   marağın   artması,   özünütəkmil,   öyrənmənin 
həyatın daha çox hissəsinə çevrilməsi və cəmiyyətin təkamülünə kömək  daxildir. Körpə 
doğulmadan öncə onun qayğısına qalınmasına xüsusi diqqət yetiriləcək ki o doğulandan 
sonra daha yaxşı fiziki və əqli bacarıqlar nümayiş etdirsin. 
Bunun baş verməsinə nə mane olur?
15
  RT   Delphi   istinadları:   “Yaşlılar   yataqxanas:   Ömürlük   Öyrənmə   Macəraları”,   www.elderhostel.org;   Baş 
Strategiyalar:   STEP   (Tələbələr,   Müəllimlər,   Yaşlılar,   Valideynlər,   Tələbə   Nailiyyətləri)   Proqramı,   Ev  və   Məktəb 
İnstitutu,   Vaşinqton,   Kolumbiya   Dairəsi,   1983;   “ABŞ-da   Həyat:   Yeni   peşələr   və   Təhsil”, 
www.lifeintheusa.com/aging.careers.htm

İqtisadi və mədəni tənəzzül, nəsillər arasında artan fərqlər və varlı və kasıblar arasındakı 
fərqlərin genişlənməsi bu təhsil proqramının təkamülünə əngəl törədəcək münaqişələri 
çoxalda bilər. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin