Sual 3.
Dövlət qulluğu kekçmə anlayışı və onun mərhələləri.
Dövlət qulluğunun şərtləri.
Dövlət qulluğu keçmə - dövlət-xidməti münasibətlərinin yaranması, dəyişməsi və
xitam edilməsini törədən faktların məcmusu kimi başa düşülür.
Bu hüquqi faktlara aşağıdakılar aiddirlər:
dövlət qulluğuna qəbul;
inzibati vəzifələrin tutulması;
dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi;
dövlət qulluqçularının attestasiyası;
dövlət qulluğunda irəli çəkilmə;
118
dövlət qulluğuna xitam verilməsi.
I.
Dövlə t qulluğ una qə bul.
″
Dövlət qulluğu haqqında″ Qanunun 27.1-ci maddəsinə əsasən: Azərbaycan
Respublikasının 16 yaşına çatmış irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial
mənşəindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən,
ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə
uyğun peşə hazırlığına malik olan vətəndaşların dövlət qulluğuna girmək hüququ vardır.
Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda götürülə bilməz:
onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə
malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;
məhkəmə onu müəyyən müddətə dövlət vəzifəsini tutmaq hüququndan məhrum
etmişsə;
bilavasitə tabeliyində və ya nəzarəti altında işləyən vəzifəli şəxslə yaxın qohumluq
və ya qudalıq (ər-arvadların valideynləri), qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;
qanunvericilikdə müəyyən edilmiş başqa hallarda.
Dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-
olmaması qabaqcadan yoxlanıla bilər. Yoxlamanın qaydası qanunvericiliklə müəyyən edilir.
Dövlət qulluğuna qəbul edilən şəxsin şəxsi (ailə) həyatının təfsilatı yoxlanılmamalıdır.
Dövlət qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər. Dövlət qulluğunda
boşalan vəzifələrə vətəndaşlar müsabiqə əsasında təyin edilirlər.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini müvafiq dövlət qulluğunu idarəetmə
orqanına təqdim edirlər. Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 gün ərzində
keçirilir və test imtahanından və söhbətdən ibarət olur. Müsabiqənin elan edilməsi,
keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Azərbaycan
Respublikasının müvafiq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Test imtahanından müvəffəqiyyətlə çıxanlar söhbətə buraxılır. Test
nümunələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik, icra və ya məhkəmə
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hazırlanır və təsdiq olunur.
Qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, müsabiqədən keçmiş namizədlər
dövlət orqanı rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş
namizədləri seçərək öz qərarı ilə bir il müddətində stajçı kimi qulluğa götürür və boş
vəzifəyə təyin edir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işinə
göz qoyur və staj müddəti qurtardıqdan sonra stajçının dövlət qulluğuna götürülməsinin
məqsədəuyğun olub-olmaması barədə tövsiyə təqdim edir. Qanunvericiliklə başqa qayda
nəzərdə tutulmadıqda, tövsiyə müsbət olarsa, stajçı əmək haqqı müqaviləsi (kontrakt)
bağlamaq yolu ilə iki illik sınaq müddəti ilə qəbul edilir. Sınaq müddəti ilə işə qəbul
kontraktının nümunəsi Azərbaycan Respublikasının müvafiq qanunvericilik, icra və ya
məhkəmə hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq olunur. Sınaq müddəti
ə
rzində kontrakt pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri
kontraktın şərtlərinə əməl etməklə işləmiş şəxsin daimi dövlət qulluğuna götürülməsi
haqqında əmr verir və bu şəxslə müvafiq kontrakt bağlanır. Sınaq müddəti ilə bağlı digər
məsələlər qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanları tərəfindən müəyyən
edilir.
Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət
orqanının sənədi ilə təsdiq edilir.
119
II.
Və zifə lə rin tutulması
nzibati vəzifələrin (birinci-doqquzuncu) təsnifatlarına uyğun olan vəzifələrin
tutulması qulluqda müsabiqə və yüksəliş yolu ilə həyata keçirilir.
Boşalmış vəzifənin tutulması üçün namizəd seçilərkən müsabiqə vaxtı aşağıdakılar
nəzərə alınmalıdır:
ixtisas dərəcəsi;
attestasiyanın nəticələri;
boşalmış vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçilməsi və ixtisasın
artırılması.
Müsabiqədə başqa hakimiyyət qolunda dövlət qulluğu keçən dövlət qulluqçuları da
iştirak edə bilərlər.
Vətəndaş dövlət qulluğuna daxil olarkən and içir.
Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında
Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir. Andiçmə bir dəfə
olur. Andın imzalanmış mətni dövlət qulluqçusunun şəxsi işində saxlanılır. Dövlət
qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının
qanunvericilik atkları ilə müəyyən edilir. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər
and içmirlər.
III.
Dövlə t qulluqçularına ixtisas də rə cə lə rinin verilmə si
Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, onun tuta
bildiyi dövlət qulluğu növlərinin və dövlət vəzifələrinin təsnifat siyahısını müəyyənləşdirir,
dövlət qulluqçusuna vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək
hüququ verir.
xtisas dərəcəsi tutulan inzibati vəzifənin təsnifatına uyğun müəyyən edilir:
həqiqi dövlət müşaviri;
1-ci, 2-ci və 3-cü dərəcə dövlət müşavirləri;
dövlət qulluğunun baş müşaviri;
dövlət qulluğu müşaviri, dövlət qulluğunun kiçik müşaviri, dövlət qulluğunun 1-ci
dərəcə referenti;
dövlət qulluğunun 2-ci və 3-cü dərəcə referentləri, dövlət qulluğunun kiçik
referenti.
xtisas dərəcəsi dövlət qulluqçusunun ixtisasına, tutduğu vəzifəyə və qulluq stajına
uyğun olaraq, habelə əvvəllər verilmiş dərəcə nəzərə alınmaqla ardıcıl qaydada verilir.
xtisas dərəcələrinin verilməsi qaydası Azərbaycan Respulikasının müvafiq
qanunvericilik, icra və məhkəmə hakimiyyəti oranı tərəfindən müəyyən edilir. 3-cü dərəcə
dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada
verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.
stefada olan dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır.
IV.
Dövlət qulluqçularının attestasiyası
nzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu beş ildə bir dəfədən çox
olmayaraq attestasiyadan keçirilməlidir. Attestasiya kollegial, obyektiv surətdə, müstəqil
mütəxəssislərin cəlb edilməsi ilə keçirilir. Attestasiya komissiyasının tərkibini və
attestasiyanın nəticələrini müvafiq dövlət qulluğunu idarəetmə orqanı təsdiq edir, dövlət
qulluqçusunun tutduğu vəzifəyə keçirilməsi və ya azad edilməsi məsələsini qoyur.
120
Attestasiya zamanı dövlət qulluqçusunun peşəkarlıq, işgüzarlıq və mənəvi
keyfiyyətləri qiymətləndirilir və onun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyi barədə nəticə
çıxarılır.
Attestasiya ümumi kadr potensialının aşkara çıxarılmasına və dövlət orqanının
funksional təyinatının optimal surətinin təmin edilməsinə kömək göstərməlidir.
Attestasiyanın ə sas mə qsə dlə ri aş ağ ıdakılardır
dövlət
qulluqçusunun
tutduğu
vəzifəyə
uyğun
gəlib-gəlmədiyinin
müəyyənləşdirilməsi;
işçinin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması,
onun peşə səriştəliliyini artırmağa stimullaşdırılması;
qulluqçunun ixtisasının, peşə hazırlığının yüksəldilməsinə və ya təkrar hazırlıq
keçməsinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi;
kadrların irəli çəkilməsinin uzunmüddətli planını tərtib etmək imkanının təmin
edilməsi, habelə dövlət qulluqçusunun vaxtında vəzifədən azad edilməsi və ya daha aşağı
ixtisaslı işə keçirilməsi.
Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı beş komissiya üzvündən
ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Tərkibi vaxtaşırı dəyişən attestasiya
komissiyasına yüksək ixtisaslı mütəxəssislər, dəvət edilmiş elmi ekspertlər daxil olurlar.
ş
çi attestasiyadan keçirilərkən onun işlədiyi struktur bölməsinin rəhbəri orada iştirak
etməlidir. Attestasiya komissiyası attestasiyadan keçən işçinin fəaliyyəti haqqında onun
məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.
Dövlət qulluqçusu üzürlü səbəb olmadan attestasiya komissiyasının iclasına
gəlmədikdə komissiya attestasiyanı onsuz keçirə bilər.
Dövlə t qulluqçusunun attestasiyanın nə ticə lə ri ə sasında attestasiya komissiyası
aş ağ ıdakı qiymə tlə rdə n birini verə bilə r:
tutduğu vəzifəyə uyğun gəlir;
işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra
təkrar yoxlamadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir;
tutduğu vəzifəyə uyğun gəlmir.
Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı dövlət
qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, müvafiq vəzifələr
üzrə vəzifə maaşlarının dəyişdirilməsi, vəzifə maaşlarına əlavələr müəyyən edilməsi, irəli
çəkilmək üçün ehtiyata daxil edilməsi, vəzifələrin aşağı salınması və ya tutduğu vəzifədən
azad edilməsi haqqında tövsiyələr verə bilər, habelə attestasiyadan keçən şəxslərin ixtisasının
yüksəldilməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması barədə təkliflər irəli
sürərkən hansı mülahizələrə əsaslandığını göstərməlidir.
Dövlət qulluqçusunun fəaliyyətinə verilən qiymət açıq səsvermə yolu ilə qəbul edilir.
Attestasiya və səsvermə təsdiq edilmiş tərkibdə olan attestasiya komissiyasının
üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu
ilə müəyyən edilir.
Attestasiyanın nəticələri (qiymət və tövsiyələr) bir nüsxədə tərtib edilən, sədr, katib və
attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya
vərəqinə (əlavəyə) yazılır. Attestasiyadan keçən dövlət qulluqçusunun attestasiya vərəqi və
xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçən dövlət
qulluqçusunun özünə verilir.
121
Dövlət qulluqçusu attestasiyanın nəticələrinin yekunundan yuxarı dövlət qulluğunu
idarəetmə orqanına şikayət edə bilər.
V.
Dövlət qulluğunda irəli çəkilmə
Dövlət qulluqçusu daha yüksək dərəcəli vəzifəyə təyin edilməsi, habelə ona daha
yüksək ixtisas dərəcəsi verilməsi üsulu ilə, habelə müsabiqə nəticəsində dövlət qulluğunda
irəli çəkilə bilər.
Dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini
müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, boşalmış vəzifə olması, habelə boşalmış
vəzifənin tələblərinə uyğun olaraq təcrübə, təkrar hazırlıq keçməyin və ixtisas artırmağın
nəticələri nəzərə alınmaqla həyata keçirilir.
Qulluqçunun irəli çəkilməsindən imtina edilməsi barədə qanunvericilikdə müəyyən
olunmuş qaydada, yəni yalnız müsabiqənin və ya attestasiyanın keçirilməsi qaydasının
pozulduğu hallarda şikayət etmək olar.
Yeni vəzifəyə təyinat Azərbaycan Respublikasının adından həyata keçirilir və müvafiq
orqanın sənədi (vəsiqəsi) ilə təsdiq edilir.
VI.
Dövlət qulluğuna xitam verilməsi
Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:
siyasi vəzifə tutan dövlət qulluqçusunun istefa verməsi;
inzibati vəzifə tutan və ixtisas dərəcəsi olan dövlət qulluqçusunun istefa verməsi;
inzibati vəzifə tutan dövlət qulluqçusunun işdən azad edilməsi;
yardımçı vəzifə tutan dövlət qulluqçusunun əmək qanunvericiliyinə müvafiq
surətdə işdən azad edilməsi;
Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə əlaqədar olaraq işdən azad
edilməsi;
bir ildən çox müddətə azadlıqdan məhrum edilməyə səbəb olan cinayət
məsuliyyətinə cəlb edilməsi.
Siyasi vəzifə tutan dövlət qulluqçusunun istefası aşağıdakı formada həyata keçirilir:
vəzifə səlahiyyətlərinin müddətinin başa çatması nəticəsində istefa. Belə istefaya
çıxana 12 aylıq vəzifə maaşı məbləğində birdəfəlik haqq verilir və həmin haqdan vergi
tutulmur;
vəzifəyə seçən və ya təyin edən orqanın və ya rəhbərin qərarı ilə icbari istefa;
vəzifəyə seçilmiş və ya təyin etmiş orqanın və ya rəhbərin qərarı ilə prinsipcə
razılaşmamaq nəticəsində istefa.
Siyasi vəzifə tutmuş dövlət qulluqçusunun istefası haqqında qərar qəbul edildikdən
sonra ona 6 ay ərzində vəzifə maaşı verilir.
nzibati vəzifə tutan və ixtisas dərəcəsi olan dövlət qulluqçusunun istefası aşağıdakı
formada həyata keçirilir:
yaş həddinə, yəni 65 yaşa çatmasına görə istefa. Bu cür istefaya çıxanlara
hesablanmış pensiyanın 6 aylıq məbləği qədər birdəfəlik haqq verilir və ondan vergi
tutulmur;
Azərbaycan Respublikasında müəyyən edilmiş pensiya yaşına çatdıqda könüllü
pensiyaya çıxma. Bu cür pensiyaya çıxanlara hesablanmış pensiyanın 6 aylıq məbləği qədər
birdəfəlik haqq verilir və ondan vergi tutulmur;
dövlət orqanları rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikasının
qanunvericilik, müvafiq icra və məhkəmə hakimiyyəti orqanının qərarı ilə müvəqqəti istefa.
122
Müvəqqəti istefaya göndərilən dövlət qulluqçusu ″ehtiyatda″ olan sayılır. Müvəqqəti istefa
dövründə ona vəzifə maaşı ödənilir. Dövlət qulluğuna qayıtdıqdan sonra ona əvvəlki
vəzifəsi, yaxud həmin dərəcədən olan başqa vəzifə verilə bilər;
dövlət qulluqçusu öz istəyi ilə istefaya çıxdıqda, əgər tərəflərin sazişində
(kontraktda) digər şərt nəzərdə tutulmayıbsa, dövlət qulluqçusu istefa haqqında ərizə
verdikdən sonra üç ay ərzində qulluğunu davam etdirməlidir;
dövlət qulluqçularının yuxarı orqanın və ya rəhbərin qərarından və hərəkətindən
narazılıq əsasında istefası. stefa qəbul edildikdə dövlət qulluqçusuna 6 ay ərzində maaş
verilir.
nzibati vəzifə tutan dövlət qulluqçusunun işdən azad edilməsinə müvafiq orqanın
rəhbərinin qərarı ilə aşağıdakı hallarda icazə verilir:
andın pozulması;
əgər dövlət vəzifəsinin tutulması Azərbaycan Respublikası Milli Məclisi deputatının
statusu ilə bir araya sığmırsa, Azərbaycan Respublikası Milli Məclisi deputatının
səlahiyyətlərindən əl çəkməkdən imtina etməsi;
dövlət qulluğundan kənarda başqa işə keçmə.
Ə
mək müqaviləsində başqa şərt nəzərdə tutulmayıbsa, ixtisas dərəcəsi olmayan dövlət
qulluqçusu öz istəyi ilə işdən çıxmaq barədə ərizə verdiyi gündən ən çoxu 3 ay müddətində
işdən azad edilir.
Dövlət qulluqçusu öz istəyi ilə və onu həmin vəzifəyə təyin etmiş rəhbərin razılığı ilə
haqqı ödənilmədən uzunmüddətli məzuniyyətə göndərilə bilər.
Dövlət qulluğunun keçirilməsi zamanı ″Dövlət qulluğu haqqında″ Qanunla müəyyən
edilmiş şərtlərə riayət olunmalıdır.
Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Dövlət qulluqçularının ayrı-ayrı
kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qulluq üçün
zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən
5 saatdan çox artıranda, işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.
Dövlət qulluqçularına ildə bir dəfə 30 təqvim günü qədər haqqı ödənilən məzuniyyət
verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət aşağıdakı qaydada verilir:
5 ildən 10 ilədək qulluğa görə - 2 təqvim günü;
10 ildən 15 ilədək qulluğa görə - 4 təqvim günü;
15 ildən çox qulluğa görə - 6 təqvim günü.
Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılarla təmin olunur:
mehmanxanada və ya xidməti yaşayış sahələrində yer, altı aydan çox müddətə
ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil sahəsi;
iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı;
digər zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən onu
göndərən orqanın vəsaiti hesabına xidmətlər.
Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə
aparmağa ixtiyarı vardır. Ona müəyyən edilmiş yaşayış normalarına uyğun gələn məişət
ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl işlədiyi yerdə yaşayış
sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə
düzəlməkdə kömək göstərilir, məktəbəqədər uşaq müəssisələrində yer verilir və lazım
gəldikdə, onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir.
123
Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan başqa məsələlər Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə tənzim olunur.
Yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
N Ə T C Ə
Mühazirəmizi yekunlaşdıraraq qeyd etmək istərdim ki, bu günkü mövzumuz vasitəsi
ilə əldə etdiyiniz biliklərin Sizin gələcək fəaliyyətinizdə həm nəzəri, həm də təcrübi cəhətdən
böyük əhəmiyyəti olacaqdır.
Azərbaycan Respubliasında aparılan hüquqi islahatların nəticələrindən biri də
Konsitusiyamızın 55-ci maddəsinin müddəalarının həyata keçirilməsinin təmin edilməsi
məqsədi ilə ″Dövlət qulluğu haqqında″ 21 iyul 2000-ci il tarixli Qanunun qəbul edilməsidir.
Siz gələcədə Polis Akademiyasını bitirdikdən sonra dövlət hakimiyətinin müstəqil
qollarından biri olan icra hakimiyyətinin həyata keçirilməsində dövlət qulluqçuları kimi
bilavasitə iştirak edəcəksiniz. Ona görə də bu günkü mövzumuzun Sizin gələcək
fəaliyyətinizdə əhəmiyyəti ondan ibarətdir ki, onun vasitəsi ilə birinci növbədə dövlət
qulluğu, onun əsas vəzifələri və prinsipləri barədə anlayışlar və hüquqi biliklər əldə etmiş
oldunuz. kinci növbədə isə bu mövzumuzun vasitəsi ilə dövlət qulluqçusu, onun növləri,
ə
sas vəzifələri, hüquqları və təmnatları bərədə anlayışlar və hüquqi biliklər əldə etmiş
oldunuz. Ən nəhayət Siz, bu günkü mövzumuzun vasitəsi ilə dövlət qulluğu keçmə, inzibati
vəzifənin tutulması qaydası və dövlət qulluğunun şərtləri barədə anlayışlar və hüquqi biliklər
ə
ldə etmiş oldunuz.
Bu günkü mövzumuz vasitəsi ilə əldə etdiyiniz hüquqi bilikləri gələcək fəaliyyətinizdə
rəhbər tutmaqla və onlara riayət etməklə öz xidməti vəzifələriinizi qanunçuluğun tələblərinə
müvafiq olaraq yerinə yetirmiş olarsınız. Öz xidməti vəzifələrinizi düzgün və dürüst yerinə
yetmrməklə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində üzərinizə
düşən vəzifə borclarınızı yerinə yeirmiş olarsınız. Bu isə hər bir dövlət qulluqçusunun əsas
vəzifə borcu və məqsədi olmalıdır.
124
Mövzu № 8: ″″″″ cra hakimiyyə tinin realizə sinin inzibati-hüquqi formaları″″″″
P L A N :
G R Ş
4.
cra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formalarının anlayışı və mahiyyəti.
5.
cra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formalarının təsnifatı və növləri.
6.
nzibati-hüquqi müqavilə.
NƏ T CƏ
Ə
D Ə B Y Y A T:
1.
Azərbaycan Respublikasının Konstitusiyası.
2.
″Normativ-hüquqi aktlar haqqında″ Azərbaycan Respublikasının 26 noyabr 1999-cu il
tarixli Qanunu.
3.
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsi.
4.
A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
5.
E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
6.
V. Abışov, A. smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ 1 hissə. Dərs vəsaiti. Bakı,
2007.
7.
″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti. AR D N-in Polis Akademiyası. Bakı, 2002.
8.
E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000.
9.
D.N.Baxrax. ″Administrativnoe pravo Rossii″. Dərslik. M., 2000.
G R Ş
12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan
Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət
hakimiyyəti qanunverici, icra və məhkəmə hakimiyyətindən ibarətdir. Bu mühazirədə biz,
icra hakimiyyətinin hansı formalarda həyata keçirildiyini nəzərdən keçirəcəyik.
Onu da qeyd etmək istərdim ki, mühazirənin məzmunu həm nəzəri, həm də təcrübi
cəhətdən böyük əhəmiyyət kəsb edir. Çünki icra hakimiyyətinin realizəsində hüquq mühafizə
orqanları öz gündəlik fəaliyyətində inzibati-hüquqi formalarından geniş istifadə edirik.
cra hakimiyyəti orqanlarının qarşısında duran vəzifələrin məzmunundan,
xüsusiyyətlərindən və məqsədlərindən asılı olaraq, icra hakimiyyəti orqanları həmin
vəzifələri həyata keçirən zaman müxtəlif növ hərəkətlər görürlər. Bu hərəkətlər də müxtəlif
zahiri formada olmalıdırlar.
Buna görə də, birinci növbədə araşdırmaq lazımdır ki, icra hakimiyyətinin realizəsi
formalarının hansı növləri mövcuddur və onların həyata keçirilməsinin əsas qaydası nədən
ibarətdir.
Gələcək fəaliyyətinizdə də həmin formalardan qanun çərçivəsində istifadə etmək
məqsədi ilə bu mövzu böyük əhəmiyyət kəsb edir.
ndi isə keçək mühazirənin birinci sualının açıqlanmasına.
|