cra hakimiyyətinin realizəsinin inzibati-hüquqi metodlarının növləri
cra hakimiyyətinin həyata keçirilməsi metodları çox müxtəlifdir. Onlar müxtəlif
ə
saslar üzrə təsnifləşdirilir, əsasən də, idarəetmə subyektlərinin funksiyaları üzrə. Onları
ümumi, yəni idarəetmə prosesinin bütün mərhələlərində istifadə edilən və xüsusi, yəni
idarəetmə prosesinin ayrı-ayrı mərhələlərində və ya ayrı-ayrı funksiyaların həyata
keçirilməsi zamanı tətbiq edilən metodlara bölmək olar.
darəetmənin ümumi metodları kimi inandırma və məcburetmə metodları seçilir.
Bunlar lazımi davranışın, hüquq qaydalarının təminetmə mexanizminin vahid iki qarşılıqlı və
ə
laqəli tərəfləridir. Onlar bir-birini tamamlayırlar.
cra hakimiyyəti orqanları öz fəaliyyətlərinin əsas metodu kimi inandırma metodundan
istifadə edirlər. nandırma müxtəlif izahedici, tərbiyəvi, təşkilati tədbirlərin istifadəsi zamanı
özünü göstərir. nandırmanın köməyi ilə qanunverici müxtəlif subyektlərin vahid iradəsinə
və davranışına nail olur. Bu da hərəkətlərin birliyinin əhəmiyyətli şərtidir.
nandırmanın mahiyyəti ondan ibarətdir ki, o, ictimai münasibətlərə təsiretmə
metodudur. Onun məzmunu isə insanların şüuruna və davranışına təsir edən konkret olan
müxtəlif tədbirlər kompleksindən ibarətdir.
139
nandırma – ardıcıl surətdə həyata keçirilən hərəkətlər prosesi olub, diqqətin
yetirilməsi, marağın oyadılması, istəyin yaradılması və hərəkətlərin stimullaşdırılması kimi
elementləri özündə cəmləşdirir.
Bununla yanaşı inandırma əsasən, mənəvi xarakterli vasitələrlə insanın şüur və
iradəsinə təsiri nəzərdə tutur. Belə təsir nəticəsində özgə iradə könüllü və şüurlu surətdə
şə
xsin öz iradəsinə çevrilir, onda onu inandıran şəxsin baxışlarına uyğun olan baxışlar
formalaşır. Bu baxışlar mənəvi motivlər formasını alır və insan öz fəaliyyətində onları rəhbər
tutur. Lakin, inandırma təsirin əsasən ideoloci, mənəvi xarakter daşıması heç də o demək
deyil ki, inandırma yalnız sözlə ifadə olunan hüquqi təbliğatdır və s. Buna görə də,
inandırma tədbirlərin sisteminə tam əsaslı olaraq müxtəlif təşkilati və təşəbbüs xarakterli
tədbirlər də daxil edilir.
Beləliklə, dövlət idarəetməsində inandırma – vətəndaşların hüquq şüurunun
yüksəldilməsi və onların Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, insan və
vətəndaş hüquq və azadlıqlarına riayət edilməsi ruhunda tərbiyə etmək məqsədilə tərbiyəvi,
izahedici təşəbbüs yaradan kompleks tədbirlərindən ibarət olan, insanların şüuruna və
davranışına təsir etmək üsuludur.
Daxili işlər orqanlarında inandırma metodu
Daxili işlər orqanları ictimai qaydanın mühafizəsində və ictimai təhlükəsizliyin təmin
edilməsində, hüquqpozmalarla mübarizədə demokratik və humanist metodlardan istifadə
edirlər.
Daxili işlər orqanlarının fəaliyyəti sahəsində nizama salınan və mühafizə olunan
ictimai münasibətlərin həcminə görə ən çox yer tutan D O-nun inzibati fəaliyyətidir.
Ə
məliyyat-axtarış və cinayət-prosessual fəaliyyətindən fərqli olaraq inzibati-hüquqi
mühafizə, ictimai qaydanın mühafizəsi və hüquqpozanlara qarşı mübarizədə inandırmanın
istifadə edilməsi imkanları daha çoxdur.
Buna görə də, daxili işlər orqanlarının inzibati fəaliyyətində olan inandırma – inzibati
xətaların xəbərdar edilməsi və qarşısının alınması, həmçinin də hüquq pozanların
tərbiyələndirilməsi üçün işlək vasitədir.
Daxili işlər orqanlarının inzibati fəaliyyətində inandırma metodu aşağıdakı məqsədlərə
nail olmağa xidmət edir:
a) vətəndaşlarda hüquqi davranış adətlərinə daxili tələbat və dözümlüyünün tərbiyə
edilməsi;
b) hüquqazidd hərəkətlərin xəbərdar edilməsi;
v) hüquqpozanlara təsir etmək.
Daxili işlər orqanlarının inzibati təcrübəsində inandırmanın aşağıdakı əsas formalarını
ayırmaq olar:
-
əhali arasında tərbiyəvi işin və hüquqpozmaların törədilməsinə meyilli olan
vətəndaşlarla fərdi işin aparılması;
-
təbliğat-təşviqat fəaliyyətinin aparılması;
-
xidmət göstərilən ərazidə ictimai qaydanın mühafizəsinin vəziyyəti haqqında
dövlət orqanlarına və əhaliyə məlumat vermə;
-
ictimai qaydanın mühafizəsində iştirak edən vətəndaşların təltif edilməsi və s.
140
Dövlət idarəetmə sistemində inandırma vasitələri təsir etmədiyi hallarda məcburetmə
təsiri lazım olur. Bu hallarda, lazımi davranışı təmin etmək üçün məcburetmədən istifadə
etmək lazım olur.
Məcburetmə dövlət idarəetməsinin əsas olmasa da, lakin köməkçi metodudur. Belə ki,
məcburetmə hüquq qaydalarının, mülkiyyətin, vətəndaşların və ictimai təşkilatların hüquq və
maraqlarının mühafizəsi, hakimiyyət aparatının fəaliyyəti üçün normal şəraitin yaradılması
üçün vacibdir.
Cəmiyyətdə məcburetmənin müxtəlif növləri vardır. Üsuluna görə fiziki, psixi və
təşkilati təsirlər vardır.
Fiziki təsir şəxsə, onun əmlakına yönələ bilər. Fiziki məcburetmənin bilavasitə obyekti
rolunda şəxsiyyət və onun maddi vəziyyəti çıxış edir. Fiziki məcburetmə şəxsiyyətə, onun
ə
mlakına və pul vəsaitinə təsir göstərən konkret tədbirlərdə ifadə oluna bilər, yəni o,
subyektin sərəncamında olan bəzi nemətlərin müəyyən miqdarda məhrum edilməsi və ya
məhdudlaşdırılması yolu ilə həyata keçirilir.
Psixi məcburetmənin bilavasitə obyekti insanın psixikası – onun ağlı, emosiyaları,
iradəsidir. Onlara təsir etməklə insanın iradəsini ″daxilən″ formalaşdırmaq və onu lazımi
ictimai davranışa sövq etmək olar. Bu metod qanunçuluğun və dövlət intizamının tələblərinə
riayət etməkdən yayınan və ya inzibati-hüquqi normalarla müəyyən edilmiş davranış
qaydalarını pozan şəxslərə tətbiq olunur.
Təşkilati tədbirlərə misal kimi hüquqların məhdudlaşdırılmasını və məhrum etməsini
(işdən çıxarılma, təşkilatın ləğv edilməsini) göstərmək olar.
Belə bölgü əsasən şərti xarakter daşıyır, belə ki, vətəndaşlara və təşkilatlara tətbiq
edilən bu təsir vasitələri bir-biri ilə uzlaşırlar.
Məcburetmə tədbirləri hüququn həm fərdi, həm də kollektiv subyektlərinə tətbiq edilə
bilərlər.
Hüquqi amillərə görə leqal (hüquqi) və qeyri-leqal, yəni qanuna əsaslanan və qanuna
ə
saslanmayan məcburetməni ayırmaq lazımdır. Qeyri-leqal məcburetmənin növləri kimi,
başqa dövlətlərin təcavüzünü, zəbt etməni, zor tətbiq etməni misal çəkmək olar. ″Dövlətin
daxilində törədilən zorun mənbəyi – cinayətkarlıq, oxlokratiya (kütlənin hakimiyyəti),
bandokratiya (yarımleqal birləşmələrin, mafiyanın və s. hakimiyyəti), həmçinin də bəzən
hakimiyyət strukturlarının sui-istifadələrə yol vermələri, vəzifəli şəxslərin səlahiyyətsizliyi,
səhlənkarlığı və inzibati özbaşınalığı ola bilər.
Hüquq elmi dövlət hakimiyyət göstərişlərinə riayət edilməsinin məcbur edilməsi ilə
məşğul olur, yəni hüquq normaları əsasında və onların pozulmasına görə tətbiq edilən hüquqi
məcburetmələri öyrənir.
Hüquqi (leqal) məcburetmə tədbirlərinə aiddir:
-
intizam məcburetməsi;
-
inzibati məcburetmə;
-
mülki-hüquqi məcburetmə;
-
cinayət-hüquqi məcburetmə.
Dövlət idarəetmə metodu kimi, məcburetmə üçün aşağıdakılar xasdır:
-
o, cəmiyyət üçün zərərli, qanunazidd əməllərlə əlaqədar olaraq həyata keçirilir;
-
onun istifadə olunması, normada ifadə olunan dövlət iradəsi ilə onu pozan fərdi
şə
xsin iradəsi arasındakı münaqişədən irəli gəlir.
141
Hüquqi məcburetmə hüquq normalarını pozan şəxsə, hüququn subyektlərinə tətbiq
edilir. Məcburetmə fərdiləşdirilib, bu hüquqi göstərişləri yerinə yetirmək, yeni
hüquqpozmalara yol verməmək, təqsirkarı və ətrafdakıları tərbiyə etmək üçün subyektə
xaricdən göstərilən təsirdir. Konkret subyektin fiziki, təşkilati, əmlak və mənəvi sahələrə
təsir etməklə məcburetmə fəaliyyətinin nəticələrinə çatmaq olar.
Hüquqi məcburetmə hüquq tətbiqetmə aktlarının vasitəsilə həyata keçirilir. Normalar
özü özlüyündə yalnız məcburetmənin mümkünlüyünü nəzərdə tuturlar, onu da reallığa
çevirmək üçün hüquq tətbiqetmə aktları qəbul edilməlidir.
Məcburetmə ciddi olaraq yalnız qanun əsasında tətbiq edilir.
Hüquq normaları – hansı tədbirlərin, hansı şəraitdə, hansı qaydada və hansı orqanlar
tərəfindən tətbiq edilə biləcəyini nizamlayırlar. Məcburetmə tədbirlərinin dəqiqliklə
nizamlanması Azərbaycan Respublikasının Konstitusiyası ilə elan edilən, vətəndaşın
şə
xsiyyətinin və şəxsi əmlakın toxunulmazlığı prinsiplərinin konkretləşdirici və hüquqi
təminatçısıdır.
Səlahiyyətli orqanlar tərəfindən məcburetmə tədbirlərinin tətbiq edilməsinin əsasları
məcburetmə tədbirlərinin tətbiq edilməsi üçün vacib olan əlamətlər (hüquqpozmanın tərkibi)
qanunvericiliklə müəyyən edilir. Qanuni əsaslar olduqda, hansı məcburetmə tədbirlərin
tətbiq edilməsi normativ qaydada müəyyən edilir. Məcburedici vasitələrin tətbiq edilməsi
qaydasının dəqiq nizamlanması, məcburetmə subyektlərinin dairəsinin və onların
səlahiyyətlərinin müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Məcburetmə tədbirlərin
tətbiqi qaydası qanunla müəyyən edilir. Bu zaman vətəndaşların və təşkilatların hüquq və
maraqlarının mühafizəsi üçün lazımi təminatlar verilir.
Yalnız, dövlət hüquq normalarını qəbul etmək və orada olan sanksiyaları tətbiq etmək
hüququna malikdir. Məcburetmə aparatına malik olan dövlət vətəndaşlara qarşı məcburetmə
tədbirlərini tətbiq etmək hüququna malikdir. ctimai və digər qeyri-dövlət təşkilatlarına
gəldikdə isə, onlar yalnız öz əməkdaşlarına məcburetmə ilə bağlı olan tədbirləri tətbiq edə
bilərlər. ctimai orqanlar isə vətəndaşlara qarşı məcburetməni yalnız dövlətin tapşırığı ilə,
qanunla müəyyən olunmuş hallarda və bir qayda olaraq, dövlət nəzarəti altında həyata keçirə
bilərlər.
Beləliklə, məcburetmə xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən hüquq
tətbiqetmə aktlarının tətbiq edilməsi vasitəsi ilə, hüququn yalnız konkret subyektlərinin
qanunazidd hərəkətləri ilə əlaqədar olaraq onlara qarşı, hüquq əsasında tətbiq edilən, hüquq
qaydasının təmin edilməsi üsuludur.
Dövlət idarəetməsində inandırma və məcburetmə öz əksini inzibati, iqtisadi və sosial-
psixoloji metodlarda tapırlar və həyata keçirilirlər.
nzibati metodlar
nzibati metodlar müvafiq idarəetmə orqanlarının hüquqi hakimiyyət iradəsinin
birtərəfli ifadəsini əks etdirirlər. Onların məzmununda daimi belə orqanların hüquqi
göstərişləri olur.
nzibati metodlar imperativ xarakterə malikdirlər. darəetmə orqanları tabeçilikdə olan
müəssisələr, təşkilatlar və vətəndaşlar üçün icrası hüquqi cəhətdən məcburi olan idarəetmə
qərarlarını qəbul edirlər. Onların yerinə yetirilməsi izahetmə, təşkiletmə, tərbiyələndirmə və
stimullaşdırma, həm də məcburetmə ilə təmin edilir (məsələn, hüquqi məsuliyyətə cəlbetmə).
142
nzibati metodlara (hüquqi ədəbiyyatda onları ″birbaşa təsir metodları″ da
adlandırırlar) aşağıdakı əlamətlər xasdır:
a) iradəyə birbaşa təsir etmək;
b) əmredici xarakter;
c) komandaların bir mənalı olması, yəni tabeçiliyində olanlara əmr edildiyi kimi
yerinə yetirməyi məcbur edir;
ç) idarəetmə müxtəlif, əmrlər isə eyni mənalı olduğuna görə onları çoxlu sayda qəbul
etmək lazım olur, bu da tabeçilikdə olanların fəaliyyətini tam nizamlamaq üçün çoxlu norma
və sərəncamların olmasına gətirir;
d) nəzarət edən aparatın olması;
e) həvəsləndirmə tədbirlərinin tətbiqi və s.;
ə
) qeyri-iqtisadi məcburetmənin geniş istifadə olunması.
nzibati metodlar aşağıdakı növlərə bölünürlər:
ifadə formasına görə:
-
inzibati-hüquqi;
-
inzibati-təşkilati;
hüquqi xüsusiyyətlərinə görə:
-
normativ;
-
fərdi
təsir üsuluna görə:
-
həvəsləndirici;
-
səlahiyyətverici;
-
təltifedici
göstərişlərin formasına görə:
-
qəti;
-
həvaləedici;
-
tövsiyəedici.
nzibati metodlar birtərəfli idarəetmə təsirinin bu və ya digər variantını daima ifadə
edən çoxlu sayda konkret olan müxtəlif təzahürlərə malikdirlər. Bunlar aşağıdakılar ola bilər:
-
idarəetmə sahəsində davranış qaydalarının təyin edliməsi (məs: ictimai qaydanın
mühafzəsi sahəsində);
-
tabeçilikdə olanlar üçün məcburi olan tapşırıqların verilməsi;
-
müəyyən hərəkətlərin edilməsi haqqında göstəriş (məsələn, tabeçilikdə olan
təşkilatda təftiş aparmaq üçün Nazirin əmri);
-
vəzifəyə təyin etmə;
-
vətəndaşların qanuni tələblərinin təmin edilməsi;
-
nəzarətin həyata keçirilməsi.
nzibati metodların istifadəsinin bütün hallarında idarəetmə orqanının birtərəfli iradə
ifadəsi və onun hüquqi hakimiyyətinin təzahür etməsinin bu və ya digər variantı aydın
surətdə üzə çarpır.
darəetmənin iqtisadi metodları
Öz mahiyyətinə görə idarə edilənlərin davranışına birbaşa təsir vasitəsi olan
idarəetmənin inzibati metodları ilə birgə dövlət idarəetmə təcrübəsində, həmçinin
143
idarəetmənin iqtisadi metodlarından da istifadə olunur (hüquqi ədəbiyyatda onlar ″dolayı
təsir metodları″ adlanırlar).
Onların köməyi ilə icra hakimiyyəti orqanı (vəzifəli şəxs) idarə olunan obyektin
maddi maraqlarına təsir etməklə istənilən davranışa nail olur.
darəetmənin iqtisadi metodlarına aşağıdakı xüsusiyyətlər xasdır:
a) idarəedici təsir dolayı yolla, icraçıların tələbatlarını və maraqlarını nəzərə alaraq,
lazımi davranışı təmin etmək üçün şərait yaratmaqla həyata keçirilir;
b) idarəetmə aktları müəyyən hərəkətləri etməyə hüquq verir;
v) tabeçilikdə olanlarda bir neçə variant davranışdan birini və ya əksər davranış
variantlarını seçməyə imkan var;
q) stimullaşdırmanın avtomatik fəaliyyət göstərən mexanizmi hüquqi normalar və
adətlərlə möhkəmləndirilib (gəlirin, güzəştlərin əldə edilməsi);
d) inkişaf etmiş ədalət mühakiməsi mexanizminin olması, mübahisələrin həlli,
vətəndaşların və onların kollektivlərinin qanuni maraqlarının təmin edilməsi.
darəetmənin iqtisadi metodlarına aşağıdakıları aid etmək olar:
-
mükafatın verilməsi;
-
kreditin verilməsi;
-
vergilərdən azad etmə;
-
güzəştlərin verilməsi;
-
qiymətlərin buraxılması;
-
iqtisadi sanksiyaların tətbiq edlməsi.
qtisadi metodlardan istifadə edilməsi dərhal arzu edilən nəticəni vermir, lakin,
icraçıların aktivliyini aşkar etdirir, buna görə də, alınan nəticələr möhkəm olur. Yuxarıların
və aşağıların yaxşı qarşılıqlı fəaliyyət sistemi sabitliyi və inkişafı təmin edir, strateci
nailiyyətlərin əldə olunmasını təmin edir. qtisadi metodların və stimulların idarəetmənin
inzibati metodları ilə qarşı-qarşıya qoyulması yolverilməzdir. Bu, öz mahiyyətinə görə vahid
idarəetmə təsirinin iki istiqamətidir. nzibati göstərişlər kimi, iqtisadi təsir vasitələri də,
hüquqi cəhətdən tərtib olunmasını tələb edir və bu da onları yaxınlaşdırır. Belə ki, maddi
təltif sistemləri, qiymətlər, gəlirdən çıxma normativləri və s. idarəetmənin hüquqi aktları ilə
təsdiq edilir, yəni, inzibati vasitələrin köməyi ilə özlərinin həyat maraqlarını əldə edirlər. Bu,
o deməkdir ki, iqtisadi metodlar inzibati-metodların vasitəsilə hərəkətə gətirilir.
cra hakimiyyəti orqanları tərəfindən iqtisadi və inzibati metodlardan başqa sosial-
psixoloji metodlar da tətbiq edilə bilər.
Bu metodlara aiddir:
1.
Sosioloji metodlar:
-
sosial-kütləvi proseslərin idarəetmə metodları;
-
kollektivlərdə idarəetmə metodları;
-
şəxsiyyətin fərdi davranışının idarəetmə metodları.
2.
Psixoloji metodlar:
-
əməyin humanistləşdirilməsi metodu;
-
psixoloji həvəsləndirmə metodu;
-
psixoloji əsaslar əsasında işçilərin xırda qrupların və kollektivlərin
komplektləşdirilməsi metodu;
-
işçilərin psixoloji xarakterinə görə peşəkar seçilməsi və yerləşdirilməsi.
144
Subyektin obyektə olan müxtəlif təsir fəndləri idarəetmənin qarşılıqlı əlaqəli
vasitələrin vahid istifadə edilməsi prosesi şəklində olmalıdır. Vəziyyəti, fəaliyyət sahəsini,
kadr və texniki potensialı nəzərə almaqla vətəndaşlara və təşkilatlara edilən müxtəlif təsir
metodlarından səmərəli istifadə etməli və onları bir-biri ilə əlaqələndirmək lazımdır.
darəetmə metodları, düzgün idarəetmə zamanı vahid təsir vasitələri sistemini yaradır və bir-
biri ilə bağlı olur.
Lakin, bu və ya digər metodlar və ya obyektiv şəraitin əksinə, ya da əsassız surətdə
geniş tətbiq olunduqda, ziddiyyətlər də yaranır. Təcrübəli rəhbər idarəetmənin bütün
metodlarından bacarıqla istifadə etməli və daha çox effektivliyə nail olmalıdır.
Birinci suala yekun olaraq, bir daha qeyd etmək istərdim ki:
1.
darəetmə metodu dövlət fəaliyyətinin funksiyalarının praktiki surətdə həyata
keçirilməsi və məqsədlərinə çatmaq vasitəsidir.
2.
Hüquqi nizamasalma metodu – bu, inzibati hüququn subyektlərinin funksiyasıdır:
idarəetmə metodu – inzibati hüququn subyektinin funksiyası, bununla belə bütün
subyektlərin yox, yalnız icra hakimiyyətinin subyektlərinin funksiyasıdır.
3.
Aşağıdakı metodları ayırmaq lazımdır:
-
idarəetmə təsirinin metodları;
-
idarəetmə aparatının işinin təşkili metodları;
-
ayrı-ayrı idarəetmə təsirlərinin həyata keçirilməsi metodları.
4. darəetmənin iki əsas metodu var:
-
inandırma;
-
məcburetmə.
Onlar da inzibati, iqtisadi və sosial-psixoloji metodların köməyi ilə həyata keçirilir.
Sual 2. nzibati mə cburetmə
cra hakimiyyətinin realizəsinin metodları arasında məcburetmə xarakterli tədbirlərin
də adı çəkilmişdir ki, onlardan istifadə etməklə icra hakimiyyəti orqanları (vəzifəli şəxslər)
nizama salınan ictimai münasibətlərə lazımi təsir göstərilməsini təmin edirlər. darə
olunanların lazımi davranışını məcburi təmin etmə tədbirlərinin məcmusu inzibati hüququn
institutunu təşkil edir.
nzibati məcburetmə dövlət məcburetmə növlərindən biri olaraq, dövlətin adından və
onun nümayəndələri tərəfindən tətbiq edilir.
Ə
n geniş mənada inzibati məcburetmə inzibati-hüquqi normalarda əks olunmuş
davranış qaydalarının yerinə yetirilməsinin təmin edilməsinə yönəlmişdir.
Məcburetmə tədbirlərinin belə adlandırılması (inzibati məcburetmə tədbirləri) sübut
edir ki, onların tətbiq edilməsi üçün məhkəmədən kənar qayda xasdır, yəni onların tətbiqi
məhkəməyə müraciət etmədən müvafiq icra hakimiyyəti orqanlarının (vəzifəli şəxslərin)
səlahiyyətlərinə aid edilib. Lakin, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hallarda
ayrı-ayrı inzibati məcburetmə tədbirləri məhkəmələr tərəfindən tətbiq edilir. Bu, əsasən,
inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiq edilməsinə aid edilir.
Beləliklə, inzibati məcburetmə dövlət məcburetməsinin xüsusi növü olaraq, funksional
hakimiyyətin subyektləri tərəfindən inzibati xətalarla əlaqədar, inzibati hüquq normaları
ə
sasında tətbiq olunan məcburetmə tədbirlərinin tətbiqindən ibarətdir.
145
nzibati məcburetmə üçün aşağıdakılar xasdır:
1. nzibati məcburetmə dövlət idarəetmə sahəsində yaranan ictimai münasibətlərin
mühafizəsinə yönəlmiş dövlət məcburetməsinin xüsusi növüdür. nzibati məcburetmə
tədbirlərin tətbiq edilməsinin məqsədi, əsası və tətbiq edilmə qaydaları dövlət tərəfindən
müəyyən edilir. Onlar, müvafiq dövlət orqanların və vəzifəli şəxslərin icraedici-
sərəncamverici fəaliyyətləri prosesində istifadə edilir. Bu da onların dövlət hakimiyyət
səlahiyyətlərinin təzahür etməsinin nəticəsidir. Bütün inzibati məcburetmə tədbirlərinə
dövlət hakimiyyət xarakteri xasdır.
2. nzibati məcburetmənin tətbiq edilməsi üçün əsas bir qayda olaraq, inzibati xətanın
törədilməsi və ya hüquqi normada nəzərdə tutulan xüsusi şəraitin yaranmasıdır. nzibati
məcburetmə tədbirləri bu və ya digər təhlükəli nəticələrin yaranmasını xəbərdar etmək üçün
istifadə edilir (məsələn: epidemiya, epizootiya, təbii fəlakət və digər fövqəladə hallar).
3. nzibati məcburetmə tədbirlərini tətbiq etməyə səlahiyyəti olan orqanların (vəzifəli
şə
xslərin) dairəsi normativ-hüquqi aktlarla müəyyən edilir. Onlara aiddir: yerli icra
hakimiyyəti, icra hakimiyyəti orqanları və digər dövlət idarəetmə orqanları və vəzifəli
şə
xslər və s. Beləliklə, inzibati məcburetmə onu tətbiq etməyə səlahiyyəti olan subyektlərin
çoxluğu ilə xarakterizə edilir.
4. nzibati məcburetmənin tətbiqi xidməti tabeçilik münasibətləri ilə bağlı deyil. Bu,
sübut edir ki, inhzibati məcburetmə hüquq subyektlərinin geniş dairəsinə tətbiq edilə bilər.
5. nzibati məcburetmə tədbirləri cinayət cəzalarından fərqli olaraq daha az həcmdə
hüquqi məhdudiyyətləri nəzərdə tutur. Dövlət idarəetmə sahələrində tətbiq edildiyinə görə,
onların tətbiqinin prosessual qaydası öz operativliyi, sadəliyi və qənaətliyi ilə fərqlənir.
6. Bəzi hallarda inzibati yurisdiksiyanın həyata keçirilməsi hüququ ilə hakimlər də
təmin edilirlər. nzibati tənbehlərin tətbiqi sahəsində onların fəaliyyəti əsl mənada ədalət
mühakiməsi yox, inzibati prosesin bir hissəsidir, yəni onlar dövlət idarəetməsini həyata
keçirirlər.
7. nzibati məcburetmə bütün icra hakimiyyəti orqanları (vəzifəli şəxslər) tərəfindən
yox, yalnız inzibati hakimiyyəti həyata keçirməyə səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
tərəfindən tətbiq edilir. Bu xüsusiyyət onunla bağlıdır ki, inzibati məcburetmə tədbirləri
səlahiyyətli icra hakimiyyəti orqanlarının (vəzifəli şəxslərin) bilavasitə tabeçiliyində
olmayan şəxslərə qarşı tətbiq edilir.
8. nzibati məcburetmə tədbirləri dövlət idarəetmə sahəsində ümumməcburi davranış
qaydalarını formalaşdırır (məsələn, yol hərəkətinin təhlükəsizlik qaydaları, sanitar
təhlükəsizliyinin təmin edliməsi və s.).
9. Bir qayda olaraq, inzibati məcburetmə tədbirləri dövlət idarəetmə sahəsində
mühafizə funksiyalarını həyata keçirməyə səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
tərəfindən tətbiq edilir.
10. Hüquq qaydasının pozulmasını müəyyən edərkən və ya öz qanuni tələblərinə qarşı
müqavimətə rast gəldikdə, dövlət idarəetmə orqanlarının vəzifəli şəxsləri müstəqil surətdə və
gecikməyə yol vermədən qanunazidd hərəkətlərin xəbərdar edilməsi və ya qarşısının
alınması və inzibati xəta törədən şəxslərin cəzalandırılması üçün lazımi tədbirlər
görməlidirlər. Deməli, inzibati məcburetmənin xüsusiyyəti törədilmiş hüquq pozuntusuna
qarşı dərhal tətbiq edilməsindədir.
nzibati məcburetmə hüquq qaydasının mühafizəsində əsas rol oynayır.
Hüquqpozmalarla mübarizədə onun profilaktik əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır.
146
Bu, onunla izah edilir ki, daxili işlər orqanları, dövlət müfəttişlikləri və icraedici-
sərəncamverici fəaliyyətinin digər subyektləri müvafiq qaydalara riayət olunmasına
sistematik olaraq nəzarət edir və vaxtında hüquqpozmalara reaksiya verə bilərlər.
nzibati məcburetməyə çoxlu sayda qarşısınıalma vasitələri daxildir (vətəndaşların
inzibati qaydada tutulması, mexanizmlərin istismarının qadağan edilməsi və s.) ki, onların
tətbiqi ictimai zərərli nəticələrin baş verməsinin qarşısını alır. Bir çox hallarda inzibati
məcburetmə tədbirləri şüurunda cəmiyyətə zidd davranış möhkəmlənməyən və birinci dəfə
təsadüfən hüquqpozma törədən şəxslərə qarşı tətbiq edilir. Buna görə bu tədbirlər
tərbiyəedici təsir göstərməklə cinayətlərin profilaktikasında böyük yer tutur. Həyat inandırıcı
şə
kildə sübut edir ki, xırda pozuntuların cəzasızlığı, təqsirkarlara qarşı inzibati-hüquqi
məcburetmə tədbirlərinin tətbiq edilməməsi yeni xətaların və cinayətlərin törədilməsi
ehtimalını artırır.
nzibati məcburetmə tədbirləri çoxsaylı və müxtəlifdir. Onlar tətbiq edilməsinin
məqsədlərinə, əsaslarına və qaydasına görə fərqlənirlər. Bu da onların təsnifləşdirilməsi üçün
ə
sas yaradır.
Bütün inzibati məcburetmə tədbirlərini aşağıdakı növlərə bölmək olar:
1. nzibati xəbərdaretmə tədbirləri.
Onlar bir qayda olaraq xətaların yaranmadığı vaxtda təbtiq edilirlər, ola biləcək zərərli,
arzuedilməz nəticələrin və ya hüquqpozmaların xəbərdar edilməsi vasitəsi kimi ictimai və
dövlət maraqlarının, vətəndaşların təhlükəsizliyinin mühafizəsi məqsədilə həyata keçirilirlər.
Bu tədbirlərin tətbiq edilməsi heç bir hüquqpozmaların törədilməsi ilə bağlı deyil. Onlar
inzibati məhdudiyyətlər rolunda və ya müxtəlif inzibati qadağalar rolunda çıxış edirlər.
Bunlara aiddir:
-
epidemiya və epizootiya zamanı karantinin tətbiq edilməsi;
-
sərhəd sahələrinin bağlanması (məsələn: epidemiya yarandıqda);
-
hərəkət təhlükəsizliyinə təhlükə yarandıqda, nəqliyyatın hərəkət etməsi üçün yolun
və ya küçənin müəyyən hissələrinin bağlanması (məsələn: evlərin uçması, torpaq sürüşməsi
və s.);
-
mülki hava gəmilərinin sərnişinlərinin və onların əşyalarının yoxlanılması;
-
şəxsiyyəti təsdiq edən sənədlərin yoxlanılması;
-
nəqliyyat vasitələrinin texniki baxışı;
-
ictimai yeyinti müəssisələrinin sanitar vəziyyətinin və orada işləyən şəxslərin
məcburi tibbi müayinəsi;
2. nzibati qarşısınıalma tədbirləri. Bu tədbirlərin tətbiq edilməsinin məqsədi baş
vermiş və zamanda davam edən xətaların qarşısını almaqdır.
Bu tədbirlərin sırasına aiddir:
-
gətirilmə;
-
inzibati xəta törədən şəxsin inzibati qaydada tutulması;
-
təhlükəli olan xəstələrin məcburi müayinəsi və müalicəsi;
-
hüquqazidd hərəkətlərin dayandırılması tələbinə tabe olmadıqda bilavasitə fiziki
qüvvənin tətbiqi;
-
asayişi pozan kütləvi ixtişaşların və qrup halında olan zorakı hərəkətlərin qarşısını
almaq məqsədi ilə xüsusi vasitələrin tətbiq edilməsi (rezin dəyənəklər, göz yaşardıcı qaz və
s.);
-
xüsusi hallarda odlu silahın təbtiq edilməsi;
147
-
yoluxucu xəstəliyə yoluxmuş xəstələrin müvəqqəti olaraq işdən kənarlaşdırılması;
-
texniki vəziyyəti müəyən olunmuş tələblərə cavab verməyən nəqliyyat
vasitələrinin istismarının qadağan edilməsi;
-
odlu ov silahlarının və döyüş sursatlarının götürülməsi (məsələn, şəxs sistematik
ictimai qayda pozduqda, spirtli içkilərdən sui-istifadə etdikdə və ya onlar psixi xəstəliklərə
tutulduqda);
3. Normal prosessual fəaliyyət üçün şərait yaratmaq məqsədilə tətbiq edilən inzibati-
prosessual təminetmə tədbirləri. Onlara aiddir:
-
gətirilmə;
-
inzibati qaydada tutma;
-
şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama;
-
nəqliyyat vasitəsinə baxış;
-
şeyləri və sənədləri götürmə;
-
nəqliyyat vasitəsini idarə olunmasından kənar etmə;
-
sərxoşluq vəziyyətini müəyyən etmə;
-
nəqliyyat vasitələrini saxlama və onların istismarını qadağan etmə.
4. nzibati tənbehlər:
-
xəbərdarlıq;
-
inzibati cərimə;
-
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin ödənişlə alınması;
-
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin müsadirəsi;
-
inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun
məhdudlaşdırılması;
-
əcnəbilərin və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxartma;
-
inzibati həbs.
5. Bərpaetmə tədbirləri ziyanın ödənilməsi və əşyaların əvvəlki vəziyyətinin bərpa
edilməsi üçün tətbiq edilir. Onlara aiddir:
-
maddi məsuliyyət tədbirləri (ziyanın ödənilməsi);
-
özbaşına tikilmiş tikililərin sökülməsi;
-
özbaşına tutulmuş yaşayış yerlərindən inzibati çıxartma;
-
qanunsuz əldə olunmuş gəlirin təşkilatlardan alınması.
Müxtəlif dövlət məcburetmə tədbirləri tətbiq edildiyi şəxslərin azadlığını
məhdudlaşdıran və onların hüquq və maraqlarına toxunan çox təsiredici vasitədir.
Onları düzgün istifadə olunmamasını istisna etmək üçün dövlət onların tətbiq
edilməsini dəqiqliklə hüquqla nizamlayır və onları tətbiq etməyə səlahiyyəti olan şəxslərə
lazımi təminatlar verir. Müxtəlif inzibati məcburetmə tədbirləri çoxlu sayda vətəndaş və
təşkilatlara qarşı tətbiq edilir.
Məcburetmə tədbirlərinin tətbiqi qanunvericiliklə ciddi nizamlanır, xüsusən də odlu
silahın tətbiqi, məcburi qaydada müalicə, inzibati qaydada tutma və s. nzibati məcburetmə
tədbirlərinin tətbiqi dövlətin nəzarəti altındadır.
Qeyd edildiyi kimi, inzibati məcburetmə tədbirlərini tətbiq etmək hüququ yalnız
xüsusi səlahiyyətlər verilmiş dövlət idarəetmə orqanları (vəzifəli şəxslər) malikdir. Başqa
148
sözlə desək, bu orqanların dairəsi məhduddur. Bu isə məcburetmə tədbirlərinin tətbiqinə
nəzarəti asanlaşdırır.
nzibati xəbərdaretmə tədbirləri və inzibati qarşısınıalma tədbirləri əsasən, ictimai
qaydanın və bütövlükdə, hüquq qaydalarının mühafizəsi ilə bağlıdır. Buna görə də onları
ə
sasən daxili işlər orqanları və digər nəzarət – təftiş orqanları tətbiq edirlər. Onların həyata
keçirilməsində böyük rol səhiyyə orqanlarına məxsusdur. Lakin, onlar da bu tədbirləri əsasən
öz yoxlama-nəzarət funksiyalarının icrası zamanı tətbiq edirlər (sanitar nəzarəti və s.).
nzibati qaydada tutma kimi inzibati qarşısınıalma tədbirinin tətbiq edilməsi hüququ
Azərbaycan Respublikasının XM-nin 398-ci maddəsinə əsasən yalnız Daxili şlər Orqanları,
Dövlət sərhəddi xidməti, mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə
dəstəsinin yuxarı vəzifəli şəxsinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və
fövqəladə vəziyyət elan olunmuş yerin komendantlığının və xüsusi idarəetmə orqanlarının
vəzifəli şəxslərinə məxsusdur.
nzibati tənbehləri tətbiq edən orqanların siyahısı Azərbaycan Respublikasının XM-
nin 357-ci maddəsində göstərilib. Bunlara aiddir: rayon (şəhər) məhkəmələri, yetkinlik
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, seçki komissiyaları,
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (vəzifəli şəxslər) və
Azərbaycan Respublikasının Milli Bankı. Bu orqanların siyahısı ″Azərbaycan
Respublikasının nzibati Xətalar Məcəlləsinin təsbiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanununun
təsdiq edilməsi barədə″ Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2000-ci il tarixli
Fərmanında göstərilib.
Bu fakt da əhəmiyyətlidir ki, qanun inzibati qaydada tətbiq edilə biləcək məcburetmə
tədbirlərinin növlərini məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasında əks
edilmiş qanunçuluq prinsipinə uyğun olaraq dövlət idarəetmə orqanları yalnız qanuna əsasən
və qanunvericilikdə nəzərdə tutulmuş hallarda inzibati məcburetmə tədbirlərini tətbiq edə
bilərlər. nzibati məcburetmə tədbirlərinin başqa formada tətbiqi qanunazidd sayılır. Qanunla
müəyyən olunmuş qayda inzibati məcburetmə tədbirlərin tətbiq edliməsi zamanı
qanunçuluğun təmin edilməsi böyük rol oynayır.
Barələrində inzibati məcburetmə tədbirləri tətbiq edilən vətəndaşlar və təşkilatlar
ş
ikayət vermək hüququna malikdirlər. Bəzi hallarda belə tədbirlərə görə şikayətlər birbaşa
məhkəmələrə verilə bilər. Əksər hallarda inzibati məcburetmə tədbirlərinin tətbiq edilməsi
barədə idarəetmə orqanının (vəzifəli şəxsin) hərəkətindən şikayət yalnız yuxarı orqana və ya
vəzifəli şəxsə verilə bilər. Bu sahədə qanunçuluğun təmin olunmasının vacib vasitəsi –
prokuror nəzarətidir. Prokurorluq məcburetmə tədbirlərin düzgün tətbiq edilməsinə, bütün
orqanların fəaliyyətinə nəzarət edirlər.
Qanunçuluğun pozulması aşkar edildikdə, prokuror protest verə bilər, təqdimat yaza
bilər və ya cinayət işinin başlanması barədə qərar qəbul edə bilər.
Dostları ilə paylaş: |