Fövqəladə vəziyyət rejimi
Fövqəladə vəziyyət rejiminin hüquqi əsaslarına Azərbaycan Respublikasının
Konstitusiyasının 112-ci maddəsini və ″Fövqəladə vəziyyət haqqında″ Azərbaycan
Respublikasının 04 fevral 1992-ci il tarixli Qanununu aid etmək olar.
Azərbaycan
Respublikasının
Konstitusiyasına
uyğun
olaraq
Azərbaycan
Respublikasının müdafiəsi və onun vətəndaşlarının təhlükəsizliyi üçün Azərbaycan
Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində müvəqqəti olaraq fövqəladə
vəziyyət tətbiq edilə bilər.
Fövqəladə vəziyyət dövlət hakimiyyəti və idarəetmə orqanlarının, vətəndaşların
ictimai birliklərinin, müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətinin elə bir xüsusi
hüquqi recimidir ki, bu, vətəndaşların hüquq və azadlıqlarının, hüquqi şəxslərin hüquqlarının
qanun ilə müəyyən edilən məhdudiyyətlərinə, habelə onlara əlavə vəzifələr tapşırılmasına
yol verir.
Fövqəladə vəziyyət tətbiq edilməsinin məqsədi şəraiti tezliklə normallaşdırmaq,
vətəndaşların hüquq və azadlıqlarını, qanunçuluğu və hüquq qaydasını bərpa etmək, təbii
fəlakətlərin, ekoloci və bəşqa qəzaların nəticələrini aradan qaldırmaqdır.
Fövqəladə vəziyyətin tətbiq edilməsi üçün aşağıdakılar əsas ola bilər:
a) təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloci və başqa qəzalar;
b) Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, onun Konstitusiya
quruluşunun zorla dəyişdirilməsinə yönəldilən hərəkətlər, zorakılıqla müşayiət olunan
kütləvi iğtişaşlar, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal
fəaliyyəti üçün qorxu törədən millətlərarası münaqişələr.
Fövqəladə
vəziyyət
yalnız
″
Fövqəladə
vəziyyət
haqqında″
Azərbaycan
Respublikasının Qanununda göstərilən hallar respublikanın vətəndaşlarının və ya
Konstitusiya quruluşunun təhlükəsizliyi üçün real, fövqəladə, labüd təhlükə doğurduqda bu
təhlükəni fövqəladə tədbirlər görmədən aradan qaldırmaq mümkün olmadıqda tətbiq edilir.
Azərbaycan Respublikasnın bütün ərazisində və ya ayrı-ayrı yerlərində fövqəladə
vəziyyət Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə tətbiq edilir. Azərbaycan
Respublikası Milli Məclisi sessiyasının işlədiyi dövrdə Azərbaycan Respublikası Prezidenti
fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərmanı imzalayan kimi dərhal Azərbaycan
Respublikası Milli Məclisinin təsdiqinə verir. Azərbaycan Respublikası Milli Məclisi 24 saat
ə
rzində bu məsələyə dair qərar qəbul edir.
Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları arasındakı dövrdə fövqəladə
vəziyyət tətbiq edildikdə Azərbaycan Respublikası Milli Məclisinin sədri dərhal Azərbaycan
Respublikası Milli Məclisinin növbədənkənar sessiyasını çağırır. Sessiyada bu məsələyə dair
158
qərar Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanını imzaladığı andan 72 saat
keçənədək qəbul edilir.
Fövqəladə vəziyyətin tətbiq edilməsi məsələsinə dair qərar Azərbaycan Respublikası
Milli Məclisinin tərkibinin azı üçdə ikisindən ibarət çoxluqda qəbul edilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, onun Konstitusiya
quruluşunun zorla dəyişdirilməsinə yönəldilən hərəkətlər, zorakılıqla müşayiət olunan
kütləvi iğtişaşlar, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal
fəaliyyəti üçün qorxu törədən millətlərarası münaqişələrə görə fövqəladə vəziyyət tətbiq
edilməzdən əvvəl Azərbaycan Respublikası Prezidenti fövqəladə vəziyyətin tətbiqinə əsas
verən hərəkətlərin təşəbbüsçü və ya iştirakçısı olan şəxslərə, təşkilatlara, idarələrə
xəbərdarlıqla müraciət etməli, müraciətdə müəyyən olunan müddətdə hüquqa zidd
hərəkətləri dayandırmağı onlardan tələb etməlidir.
Həmin şəxslər, təşkilatlar və idarələr müraciətə tabe olmayıb, hüquqa zidd hərəkətləri
davam etdirdikdə, göstərilən müddət başa çatan kimi fövqəladə vəziyyət tətbiq edilir.
Ə
halinin həyatının və təhlükəsizliyinin qorunması üçün təxirəsalınmaz tədbirlər
görülməsi tələb olunduğu hallarda fövqəladə vəziyyət xəbərdarlıq edilmədən dərhal tətbiq
edilə bilər. Azərbaycan Respublikası Prezidentinin bu barədə olan fərmanı Azərbaycan
Respublikası Milli Məclisinin təsdiqinə verilir.
Fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərmanda aşağıkılar göstərilməlidir:
a) fövqəladə vəziyyətin tətbiq edilməsinin səbəbləri;
b) fövqəladə tədbirlərin siyahısı və hədləri, vətəndaşların hüquq və azadlıqlarının
müvəqqəti məhdudiyyətlərinin tam siyahısı;
c) fövqəladə vəziyyət tədbirlərinin həyata keçirilməsi üçün cavabdeh olan dövlət
orqanları və onların fövqəladə səlahiyyətlərinin dəqiq hədləri;
ç) fövqəladə vəziyyətin qüvvədə olduğu ərazinin sərhədləri;
d) fərmanın qüvvəyə minməsi vaxtı, habelə fövqəladə vəziyyətin tətbiq olunduğu
müddət.
Ə
halinin həyatının və təhlükəsizliyinin qorunması üçün təxsirəsalınmaz tədbirlər
görülməsi tələb olunduğu hallar istisna olmaqla, fövqəladə vəziyyətin tətbiq edilməsi
haqqında fərman qüvvəyə minməsinə azı 6 saat qalmış kütləvi informasiya vasitələri ilə elan
olunur.
Fövqəladə vəziyyətin tətbiq edlməsi haqqında fərman qanunla müəyyən edilən
qaydada və müddətdə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təsdiq
edilmədikdə qüvvədən düşür və kütləvi informasiya vasitələrində müvafiq ərazinin əhalisinə
bu barədə dərhal məlumat verilir.
Fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərmanla fövqəladə vəziyyətin müddəti
60 gündən çox ola bilməz.
Bu müddət başa çatdıqda fövqəladə vəziyyət Azərbaycan Respublikası Milli
Məclisinin qərarı ilə ləğv edilir, yaxud Milli Məclis müəyyən etdiyi müddətə Azərbaycan
Respublikası Milli Məclisinin tərkibinin ümumi sayının səs çoxluğu ilə uzadılır.
Fövqəladə vəziyyət tətbiq edilərkən Azərbaycan Respublikası Milli Məclisinin
sessiyası fövqəladə vəziyyətin qüvvədə olduğu bütün müddət ərzində öz iclaslarını davam
etdirir.
159
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında Fərmanla, yaxud ayrıca
fərmanla müvəqqəti prezident idarə üsulu tətbiq edilə bilər.
Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti və idarəetmə orqanları fövqəladə
vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən aşağı orqanların hər hansı qərarını ləğv
edə bilərlər.
Vəziyyəti tezliklə normallaşdırmaq, hüquq qaydasını və qanunçuluğu bərpa etmək,
vətəndaşların təhlükəsizliyini təmin etmək üçün zəruri olan tədbirlərin görülməsindən ötrü
fövqəladə vəziyyət şəraitində idarəetməni həyata keçirən dövlət orqanlarına fövqəladə
səlahiyyətlər verilə bilər. Göstərilən fövqəladə tədbirlər siyasi hüquqlar haqqında Beynəlxalq
Müahidədə və Azərbaycan Respublikasının ona zidd olmayan qanunlarında sadalanan hüquq
və azadlıqlar istisna olmaqla vətəndaşların hüquq və azadlıqlarının müvəqqəti
məhdudlaşdırılmasını nəzərdə tuta bilər.
Fövqəladə vəziyyətin tətbiq olunduğu ərazinin icra hakimiyyəti orqanları bilavasitə
Azərbaycan Respublikası Prezidentinə, yaxud onun təyin etdiyi orqana tabe etdirilə bilər.
Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olan halların aradan qaldırılması üçün
işləri əlaqələndirdməkdən ötrü, habelə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin dövlət
idarəetmə oqanları öz funksiyalarını lazımınca yerinə yetirmədikdə Azərbaycan
Respublikasının Prezidenti xüsusi müvəqqəti orqanlar yarada bilər.
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazilərdə dövlət hakimiyyəti və idarəetmə
orqanlarının səlahiyyətləri (ali dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri istisna olmaqla)
bütünlüklə və ya qismən bu müvəqqəti orqanlara verilə bilər.
ctimai qaydanı təmin etmək, vətəndaşların həyatını, sağlamlığını, təhlükəsizliyini,
hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini qorumaq üçün fövqəladə vəziyyətin elan
oldunduğu ərazinin daxili işlər və milli təhlükəsizlik orqanlarının qüvvələrindən və
vasitələrindən istifadə edilir.
Azərbaycan Respublikası daxili işlər nazirinin və ya milli təhlükəsizlik nazirinin
təklifi ilə Azərbaycan Respublikasının Prezidenti Daxili şlər Nazirliyinin və Milli
Təhlükəsizlik Nazirliyinin əlavə qüvvələrindən və vasitələrindən istifadə olunmasına dair
qərar qəbul edir.
Fövqəladə vəziyyət tətbiq olunarkən müstəsna hallarda Azərbaycan Respublikası
Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin qüvvələrini və vasitələrini cəlb edir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, onun Konstitusiya
quruluşunun zorla dəyişdirilməsinə yönəldilən hərəkətlər, zorakılıqla müşayiət olunan
kütləvi iğtişaşlar, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal
fəaliyyəti üçün qorxu törədən millətlərarası münaqişələrə görə fövqəladə vəziyyət tətbiq
edilərkən Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının
daxili işlər nazirinə, Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinə və Azərbaycan
Respublikasının müdafiə nazirinə birgə əməliyyat qərərgahı yaratmaq və fövqəladə vəziyyət
tətbiq olunan ərazinin komendantını təyin etmək tapşırıla bilər.
Dövlət idarəetmə orqanları fövqəladə vəziyyət rejiminin təmin olunması məsələlərinə
dair müvafiq ərazidə hökmən icra edilməli olan əmrlər və sərəncamlar verə bilərlər.
Fövqəladə vəziyyət zamanı idarəetmə orqanları yaradıldıqda Azərbaycan Respublikası
Konstitusiyasının 1214 maddəsinin 3-cü bəndinə uyğun olaraq yerli icra hakimiyyətlərinin
160
səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti tərəfindən müvəqqəti məhdudlaşdırıla və
ya dayandırıla bilər.
Fövqəladə vəziyyət tətbiq edildiyi ərazidə olan bütün dövlət orqanları, müəssisələri,
idarələri, ictimai təşkilatlar və vətəndaşlar müvafiq ərazidə xüsusi idarəetməni həyata
keçirən Azərbaycan Respublikasının dövlət orqanlarına hərtərəfli kömək göstərməli, onların
məcburi olan sərəncamlarını və əmrlərini yerinə yetirməlidirlər.
Fövqəladə vəziyyət dövründə konkret şəraitdən asılı olaraq aşağıdakı tədbirlər
müəyyən edilə bilər:
1)
fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə gediş-gəlişlin xüsusi recimi, habelə bu
ə
razidə hərəkət sərbəstliyinin məhdudlaşdırılması;
2)
ictimai qaydanın və əhalinin, xalq təsərrüfatının həyat fəaliyyətini təmin edən
obyektlərin mühafizəsinin gücləndirilməsi;
3)
yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişlər, habelə digər kütləvi tədbirlər
keçirilməsinin qadağan edilməsi;
4)
tətillərin qadağan edilməsi;
5)
nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanılması;
6)
qadağan saatı qoyulması – xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq
edən sənədlər olmadan günün müəyyən vaxtında küçələrdə və başqa ictimai yerlərdə
olmağın qadağan edilməsi;
7)
qabaqcadan senzura qoymaq yolu ilə mətbuatın və digər kütləvi informasiya
vasitələrinin azadlığının məhdudlaşdırılması; səs ucaldan texniki vasitələrin və surətçıxarma
aparatlarının müvəqqəti alınması;
8)
vəziyyətin normallaşdırılmasına ciddi mane olan siyasi partiyaların, ictimai
təşkilatların və kütləvi hərəkatların fəaliyyətinin müvafiq xəbərdarlıqdan sonra
dayandırılması;
9)
vətəndaşların toplaşdığı yerlərdə sənədlərin yoxlanması, müstəsna hallarda isə
vətəndaşlarda silah olması barədə məlumat olduqda şəxsi yoxlama aparılması, əşyaların və
nəqliyyat vasitələrinin yoxlanması;
10)
silah, zəhərli və ya partlayıcı maddələr, döyüş sursatı, spirtli içkilər
gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılması və ya qadağan
edilməsi; müstəsna hallarda vətəndaşlardan odlu və soyuq silahın, döyüş sursatının, zəhərli
və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və təşkilatlardan isə həmçinin təlim
hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti alınması;
11)
fövqəladə vəziyyət rayonunun sakini olmayan və ictimai qaydanı pozan şəxslərin
fövqəladə vəziyyət elan olunan ərazinin hüdudlarından çıxarılması;
12)
yaşayış üçün təhlükəli olan rayonlardan stasionar və ya müvəqqəti mənzillər
verməklə vətəndaşların müvəqqəti köçürülməsi;
13)
ərzaq məhsullarının və birinci tələbat mallarının bölüşdürülməsində xüsusi
qaydanın tətbiq edilməsi;
14)
karantin qoyulması və digər sanitariya tədbirləri, epidemiya və epizootiya əlehinə
tədbirlər görülməsi;
15)
dövlət və başqa müəssisələrin, idarələrin və təşkilatların ehtiyatlarının səfərbərliyə
alınması, onların iş reciminin dəyişdirilməsi, fəaliyyətlərinin fövqəladə vəziyyət şəraitində
zəruri olan məhsullar istehsalına yönəldilməsi, istehsal fəaliyyətində qəza-xilasetmə və bərpa
işləri üçün zəruri olan gigər dəyişikliklər edilməsi;
161
16)
dövlət idarələrinin, müəssisələrinin və təşkilatların rəhbərləri öz vəzifələrini
lazımınca icra etmədikdə onların fövqəladə vəziyyət dövründə işdən kənar edilməsi və
vəzifələrinin müvəqqəti icrası üçün başqa şəxslərin təyin olunması;
17)
müstəsna hallarda təxirə salınmaz qəza-xilasetmə işləri aparmaq üçün əmək
təhlükəsizliyini hökmən təmin etmək şərtilə əmək qabiliyyətli əhalinin və vətəndaşların
nəqliyyat vasitələrinin səfərbərliyə alınması;
18)
rabitədən istifadə üçün xüsusi qaydalar qoyulması.
Fövqəladə vəziyyət şəraitində görülən və dövlət hakimiyyəti və idarəetmə orqanlarının
qanunla müəyyən edilən səlahiyyətlərinin, ictimai birliklərin hüquqlarının, həmçinin
vətəndaşların hüquq, azadlıq və vəzifələrinin dəyişdirilməsinə səbəb olan tədbirlər yaranmış
vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində həyata keçirilməlidir. Respublika
ə
razisinin bir hissəsində belə tədbirlərin görülməsi başqa yerlərdə və bütövlükdə
respublikada dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətlərinin, ictimai
təşkilatların hüquqlarının, habelə vətəndaşların hüquq və vəzifələrinin dəyişdirilməsinə
səbəb ola bilməz.
Bu tədbirlər insan hüquqları sahəsində Azərbaycan Respublikasının qüvvədə olan
beynəlxalq müqavilələrindən irəli gələn öhdəliklərinə uyğun olmalı, habelə ayrı-ayrı
şə
xslərin və ya əhali qruplarının irqinə, milliyətinə, cinsinə, dilinə, dininə, siyasi əqidəsinə və
ya sosial mənşəyinə görə hər hansı ayrı-seçkiliyinə səbəb olmamalıdır.
Fövqəladə vəziyyətin tətbiq edilməsi vətəndaş hüquqları və Siyasi hüquqlar haqqında
Beynəlxalq Müahidədə və Azərbaycan Respublikasının ona zidd olmayan qanunlarında başa
düşülən mənada həyat hüququnun, fikir, vicdan və din azadlığı hüququnun hər hansı şəkildə
məhdudlaşdırılmasına, işgəncələr tətbiq olunmasına, qəddar, amansız, yaxud insan ləyaqətini
alçaldan rəftar edilməsinə və ya cəza verilməsinə əsas ola bilməz. Eləcə də əmələ görə cəza
müəyyən edən və ya cəzanı ağırlaşdıran qanunun geriyə qüvvəsinin tətbiqinə yol verilmir.
Fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloci şəraitin əlverişsiz
olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz
tibbi yardım, sanatoriya, kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunbioloci
preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli
amillərin aradan qaldırılması məqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək
hüquqları vardır.
Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak
edərkən ziyan çəkmiş vətəndaşların pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi
və reabilitasiyanın bütün növləri ilə təmin olunma, qanunvericilikdə müəyyən edilmiş
qaydada müavinət almaq hüquqları vardır.
Güc işlədilməsinin, daxili işlər və milli təhlükəsizlik orqanlarının sərəncamında olan
xüsusi vasitələrin və odlu silahların tətbiq olunmasının qaydası və şərtləri Azərbaycan
Respublikasının qanunları ilə tənzim edilir və fövqəladə vəziyyət şəraitində dəyişidirilə
bilməz.
Fövqəladə vəziyyət elan olunduqda referenduma çıxarlımış məsələnin müzakirəsi
dayandırılır və təyin edilmiş referendum başqa vaxta keçirilir.
Qadağan saatı qaydalarını pozan vətəndaşlar hüquq mühafizə qüvvələri tərəfindən
tutulub qadağan saatı qurtaranadək, üstündə sənədləri olmayan şəxslər isə şəxsiyyətləri
müəyyən edilənədək, ən çoxu üç gün müddətinə saxlanırlar; tutulan şəxslər və onların
yanlarında olan əşyalar yoxlanıla bilər.
162
Qadağan saatı qaydaları istisna olmaqla, fövqəladə vəziyyət reciminin müəyyən edilən
tələblərinin vətəndaşlar tərəfindən pozulması, bu pozuntular Azərbaycan Respublikasının
qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə cinayət məsuliyyətinə səbəb olmadıqda,
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsində müəyyən edilən qaydada inzibati
tənbehə səbəb olur.
Fövqəladə vəziyyətin elan edildiyi yerlərdə fitnəkar şaiyələrin yayılmasına, hüquq
qaydalarının pozulmasına səbəb olan və ya milli ədavəti qızışdıran, habelə ictimai qaydanı
pozan hərəkətlər, vətəndaşların və vəzifəli şəxslərin öz qanuni hüquq və vəzifələrini həyata
keçirməsinə fəal surətdə mane olmaq, eləcə də ictimai qaydanın qorunması sahəsində
xidməti vəzifələrini yerinə yetirərkən daxili işlər və ya milli təhlükəsizlik orqanlarının
ə
məkdaşının, habelə hərbi qulluqçunun qanuni sərəncamına və ya tələbinə mane olmamaq,
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə cinayət
məsuliyyətinə səbəb olmadıqda, Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsində
müəyyən edilən qaydada tənbehə səbəb olur.
Fövqəladə vəziyyət rejiminin təmin edilməsi üçün qəbul olunan aktlar fövqəladə
vəziyyətin qurtarması ilə bir vaxtda, xüsusi məlumat verilmədən qüvvədən düşür.
Fövqəladə vəziyyətin ləğv edilməsi fövqəladə vəziyyət rejiminin pozulmasına dair
işlərin icraatının xitam olunmasına və inzibati qaydada həbs edilən şəxslərin dərhal azad
edilməsinə səbəb olur.
Daxili işlər, milli təhlükəsizlik orqanları əməkdaşlarının və hərbi qulluqçuların
qanunsuz güc işlətməsi, vəzifəli şəxslərin xidmət səlahiyyətlərindən kənara çıxması, o
cümlədən vətəndaşların hüquqlarının müəyyən edilmiş təminatlarını pozması Azərbaycan
Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsini yalnız məhkəmə
həyata keçirir. Bu ərazidə Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təsis
edilən bütün məhkəmələr fəaliyyət göstərir. Hər hansı fövqəladə məhkəmə formalarının və
ya növlərinin təsis edilməsi qadağandır.
Bütün məhkəmələrdə mühakimə icraatı Azərbaycan Respublikasının fövqəladə
vəziyyət tətbiq edilən vaxt qüvvədə olan qanunlarına uyğun surətdə aparılır. Sürətləndirilmiş
və ya fövqəladə mühakimə icraatının hər hansı növlərindən və formalarından istifadə
olunması qadağandır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə fövqəladə vəziyyət tətbiq edilən
ə
razidə cinayət işlərinin və mülki işlərin ərazi məhkəmə aidiyyəti dəyişidirilə bilər.
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının prokurorluq
orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada fəaliyyət
göstərir.
Azərbaycan Respublikasının Milli Məclisi bütün fövqəladə vəziyyət müddətində
qanunlara riayət olunmasına nəzarət edir və müvafiq ərazilərdə yoxlama aparır. Bütün
vəzifəli şəxslər Azərbaycan Respublikası Milli Məclisinin göstərilən funksiyalarının həyata
keçirilməsinə kömək etməyə və tələb olunan məlumatı dərhal verməyə borcludurlar.
Fövqəladə vəziyyətin tətbiq edilməsinə gətirib çıxaran halların səbəb və nəticələrini
aradan qaldırmaq üçün lazım olan işlərin maliyyələşdirilməsi qaydasını Azərbaycan
Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Fövqəladə vəziyyət elan edildikdə Azçərbaycan Respublikasının vətəndaş hüquqları
və Siyasi hüquqlar haqqında Beynəlxalq Müahidədən irəli gələn beynəlxalq-hüquq
163
öhdəliklərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, yaxud Azərbaycan
Respublikasının Milli Məclisi vətəndaşların hüquq və azadlıqlarının göstərilən beynəlxalq
Müahidədə nəzərdə tutulan öhdəliklərdən kənara çıxan məhdudiyyətləri, bu
məhdudiyyətlərin həcmi və belə qərarın səbəbləri haqqında BMT-nin Baş katibinə üç gün
müddətində məlumat verilməsi üçün tədbirlər görürlər.
N Ə T C Ə
Mühazirəmizi yekunlaşdıraraq qeyd etmək istərdim ki, mühazirəmizin gedişatında
qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən
″
nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi″ dövlətin ali məqsədi kimi
müəyyən edilmişdir. Dövlətin bu ali məqsədinin təmin edilməsində iştirak edən dövlət
hakimiyyəti orqanları içərsində icra hakimiyyəti orqanları xüsusi yer tuturlar. Hüquq
mühafizə orqanları qarşılarında duran vəzifələrin yerinə yetirilməsində idarəetmə
metodlarından daha geniş istifadə edirlər.
Ona görə də real vəziyyətdən asılı olaraq, bu vəzifələri yerinə yetirərkən konkret
metodların seçilməsi və onlardan istifadə edilməsi peşəkarlıq və dərin hüquqi biliyə malik
olmanı tələb edir. Ona görə də bu günkü mühazirəmizin mövzusu da öz mahiyyətinə və
ə
həmiyyətinə görə həm nəzəri, həm də təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edir.
Beləliklə, biz idarəetmənin inziati-hüquqi metodlarının əsas növlərini nəzərdən
keçirdik. Bu metodlar icra hakimiyyəti və hüquq mühafizə orqanları tərəfindən geniş istifadə
olunurlar. Bunu da qeyd etmək istərdim ki, idarəetmənin metodlarından istifadə edərkən,
Azərbaycan Respublikası Konstitusyiası, Azərbaycan Respublikasının qanunları və
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli ″ nsan və vətəndaş hüquq
və azadlıqlarının təmin edilməsi üzrə tədbirlər haqqında″ fərmanı əsas götürülür.
Siz, gələcəkdə öz xidməti fəaliyyətlərinizi bir hüquqşünas kimi qüvvədə olan
qanunvericiliyə ciddi riayət etməklə həyata keçirməlisiniz. Qeyd etmək lazımdır ki,
Azərbaycan Respublikası qanunvericiliyi ilə inzibati məcburetmə tədbiri tətbiq etmək
səlahiyyəti olan orqanların siyahısı məhdudlaşdırılıb və onları tətbiq etməyə səlahiyyəti olan
orqanların (vəzifəli şəxslərin) səlahiyyət hədləri müəyyən edilmişdir.
Dostları ilə paylaş: |