Mövzu № 10: ″″″″ darəetmənin (icra hakimiyyəti orqanlarının)
hüquqi aktları″″″″
P L A N :
G R Ş
4.
darəetmə aktlarının anlayışı, əhəmiyyəti və əsas xüsusiyyətləri.
5.
darəetmə aktların təsnifatı və növləri, onların səmərəliliyinin şərtləri.
6.
darəetmə aktlarına qoyulan tələblər və onlara riayət edilməməsinin nəticələri.
NƏT CƏ
Ə
D Ə B Y Y A T :
164
11.
Azərbaycan Respublikasının Konstitusiyası. .
12.
″Normativ-hüquqi aktlar haqqında″ Azərbaycan Respublikasının Qanunu. 14.01.2000-ci
il.
13.
″ cra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarına, baxılması, qəbul edilməsi və
təsdiqi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə″ Azərbaycan Respublikası
Prezidentinin 24 avqust 2002-ci il tarixli Fərmanı.
14.
A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
15.
E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
16.
V. Abışov, A. smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ 1 hissə. Dərs vəsaiti. Bakı,
2007.
17.
″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti. AR D N-in Polis Akademiyası. Bakı, 2002.
18.
E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000.
19.
D.N.Baxrax. ″Administrativnoe pravo Rossii″. Dərslik. M., 2000.
G R Ş
cra hakimiyyətinin həyata keçirilməsi formalarından biri, yəni idarəetmənin inzibati-
hüquqi forması, idarəetmənin hüquqi aktlarının qəbul edilməsində ifadə olunur.
darəetmənin hüquqi aktı idarəetmə qərarının hüquqi ifadə olunan formasıdır. Belə
aktı qəbul etməklə, idarəetmə orqanı (vəzifəli şəxs) qanun əsasında onun səlahiyyətinə aid
olan bu və ya digər məsələni həll edir. Belə idarəetmə qərarı icraedici-sərəncamverici
fəaliyyətin vəzifə və funksiyalarının həyata keçirilməsi üsuludur.
cra hakimiyyəti orqanları onların üzərinə qoyulmuş funksiyaları həyata keçirərək,
tədbirlərin keçirilməsi məsələlərinə aid olan müxtəlif hüquqi aktlar qəbul edirlər. Təbiidir ki,
idarəetmə aktlarının qəbul edilməsi qanuna riayət etməklə həyata keçirilməlidir.
Bu mövzu həm nəzəri, həm də təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edir. Bu
mövzuda normativ-hüquqi aktlar haqqında ümumi anlayış, onların qəbul edilməsi və
qüvvədə olmasının əsaslarını və qaydasını açıqlayacaq.
kinci tərəfdən qeyd etmək istərdim ki, hüquq mühafizə orqanları icra hakimiyyətinin
həyata keçirilməsi prosesində qanunla əsaslandırılmış birtərəfli hüquqi hakimiyyət iradəsini
ifadə edən hüquqi aktlardan geniş istifadə edirlər.
Ə
n nəhayət, bu mövzunun köməkliyi ilə idarəetmənin hüquqi aktlarına qoyulan
tələblər və onlara riayət edilməməyə görə törənən nəticələr də ətraflı açıqlanacaq.
ndi isə keçək birinci sualın açıqlanmasına.
165
Sual 1.
darə etmə aktlarının anlayış ı, ə hə miyyə ti və ə sas xüsusiyyə tlə ri
darəetmə aktları dövlət idarəetmə orqanlarının, onların struktur bölmələrinin və şəxsi
heyətin idarəetmə fəaliyyətlərinin formalarından biridir.
″
Akt″ sözü latın sözü olan ″Aktus″ sözündən yaranmış, tərcüməsi isə, fəaliyyət,
hərəkət, əməl deməkdir. Lakin, inzibati hüquqda ″akt″ anlayışına məzmun əlavə edildiyindən
ona icraedici-sərəncamverici fəaliyyətin hüquqi forması kimi idarəetmə orqanların
hakimiyyət xarakterli göstərişlərinin həyata keçirilməsi və möhkəmləndirilməsi vasitəsi,
eləcədə də həmin orqan qarşısında qoyulan məsələlərin həlli variantı kimi baxılır.
Azərbaycan Respublikasının 14.01.2000-ci il tarixli ″Normativ-hüquqi aktlar
haqqında″ Qanunun 2-ci maddəsinə əsasən:
″Azərbaycan Respublikasının normativ-hüquqi aktı – səlahiyyətli dövlət orqanları
tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını
müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş
rəsmi yazılı sənəddir″.
Normativ-hüquqi aktların növlərindən biri də idarəetmənin hüquqi aktıdır:
darəetmə aktı – dövlət-idarəetmə fəaliyyətinin vəzifə və funksiyalarının həyata
keçirilməsi məqsədi ilə inzibati-hüquqi normaların (inzibati-hüquqi münasibətlərin)
yaranmasına, dəyişməsinə və xitam olunmasına yönəlmiş icra hakimiyyətinin səlahiyyətli
subyektinin qanuna əsaslanan, birtərəfli, hüquqi hakimiyyət iradəsini bildirən rəsmi yazılı
sənəddir.
Məzmun baxımından idarəetmə aktı – idarəetmə qərarıdır. Onda idarəetmə
subyektlərinin fəaliyyətinin məqsədi, vəzifəsi, funksiya və metodları bilavasitə öz əksini
tapmış olur. darəetmə aktların vasitəsilə dövlət idarəetmə funksiyalarının həyata keçirilməsi
prosesində yaranan müxtəlif xarakterli idarəetmə məsələləri həll edilir.
darəetmənin hüquqi aktları icra hakimiyyətinin vəzifə və funksiyalarının həyata
keçirilməsinin əsas hüquqi (inzibati-hüquqi) formasıdır.
Dövlət idarəetmə aktlarının hüquqi əhəmiyyəti müxtəlifdir:
-
onlar hüquq normalarını müəyyən edir, dəyişdirir və ləğv edir (söhbət
idarəetmənin normativ aktlarından gedir);
-
müxtəlif subyektlərin üzərinə konkret vəzifələr qoyur;
-
onlara müəyyən hüquqlar verir (məsələn, idarəetmə sahəsində bu və ya digər
hərəkətlər etmək hüququ, dövlət vəsaitlərinə sərəncam vermək və s.).
darəetmə aktları hüquqi faktlar kimi çıxış edir, yəni idarəetmə sahəsində hüquq
münasibətlərinin yaranmasının, dəyişməsinin və xitam olunmasının əsası kimi çıxış edir
(məsələn, vətəndaşın polis əməkdaşları sırasına qəbul edilməsi müvafiq xidməti
münasibətləri yaradan hüquqi fakt kimi çıxış edir).
darəetmənin bir növ aktları, digər idarəetmə aktlarının qəbul edilməsinə əsas ola bilər
(məsələn, yuxarı təbəqəli orqanın aktı əsasında aşağı təbəqəli orqan öz aktını qəbul edir).
166
darəetmə aktları məhkəmə üçün sübut kimi çıxış edə bilərlər və ya məhkəmədə işinin
başlanması üçün əsas kimi çıxış edə bilərlər (məsələn, işdən xaric etmə haqqında əmr, daxili
işlər orqanları tərəfindən vətəndaşa odlu silah almaq üçün icazənin verilməsi və s.).
Göründüyü kimi, inzibati-hüquqi nizamasalmada idarəetmənin hüquqi aktlarının
təyinatı çox müxtəlifdir.
darəetmə aktlarının xüsusiyyətləri aşağıdakılardır:
-
idarəetmə aktları idarəetmə qərarın hüquqi variantını ifadə edir.
Onlar icra hakimiyyətinin vəzifə və funksiyalarının həyata keçirilməsi məqsədi ilə icra
hakimiyyəti orqanın (vəzifəli şəxsin) fəaliyyəti prosesində qəbul edilir və müxtəlif məsələləri
həll edirlər;
- idarəetmə aktları qanunvericiliyə əsasən icra hakimiyyətinin səlahiyyətli subyektləri
tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul edilir;
- idarəetmə aktı – müvafiq icra hakimiyyəti subyektinin hüquqi hakimiyyət iradəsinin
birtərəfli ifadəsidir;
-
idarəetmə aktları imperativ xarakter daşıyırlar.
Onlar ünvanlandığı subyekt üçün icrası məcburi olan icra hakimiyyəti subyektinin
hüquqi hakimiyyət göstərişini özündə əks etdirirlər;
- idarəetmə aktları – dövlət idarəetmə sahəsində lazımi davranış qaydalarını müəyyən
edirlər;
- idarəetmə aktları – inzibati-hüquqi münasibətlərin yaranması, dəyişməsi və ləğv
olunması üçün hüquqi əsaslar yarada bilər, yaxud belə hüquq münasibətlərini bilavasitə
yaradan, dəyişən və ləğv edən hüquqi fakt kimi çıxış edə bilərlər;
- idarəetmə aktları – qanunqüvvəlidir. Çünki onlar icra hakimiyyətinin səlahiyyətli
subyektləri tərəfindən qanunların icrası məqsədi ilə qəbul edilirlər;
- idarəetmə aktlarının ierarxiyası mövcuddur. Burada aşağı icra hakimiyyəti
orqanlarının (vəzifəli şəxslərin) aktlarının yuxarı icra hakimiyyəti orqanlarının aktlarına
uyğun olması nəzərdə tutulur;
- idarəetmə aktları – icra hakimiyyəti orqanlarının (vəzifəli şəxslərin) fəaliyyəti
prosesində daima istifadə edilən xidməti-hüquqi sənədlərin növlərindən biridir. Bu sənədlər
(arayışlar, vəsiqələr, protokollar, təftiş və yoxlama aktları və s.) hüquqi əhəmiyyət kəsb edən
müəyyən halları əks etdirirlər və ya faktları təsdiq edirlər. Qeyd etmək lazımdır ki, bu
sadalanan aktlar idarəetmənin hüquqi aktları sayılmır, çünki onlarda hüquqi təsir yoxdur;
- idarəetmə aktları – bir qayda olaraq yazılı hüquqi sənəd kimi dərc edilir, yalnız şifahi
də ifadə oluna bilər (məsələn, hərbi döyüş şəraitində verilən əmrlərin çoxu şifahi formada
verilir);
- idarəetmə aktları müəyyən edilmiş qaydada qəbul edilir;
- idarəetmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada protest və ya
ş
ikayət verilə bilər;
- idarəetmə aktları icra olunmadıqda təqsirkar tərəfin məsuliyyəti yaranır (bir qayda
olaraq intizam və inzibati məsuliyyət yaranır).
Qeyd etdiyimiz kimi idarəetmə aktları – icra hakimiyyəti orqanlarının (vəzifəli
şə
xslərin) fəaliyyəti prosesində daima istifadə edilən xidməti-hüquqi sənədlərdən biridir.
Onu da qeyd etmək lazımdır ki, icra hakimiyyəti orqanları (vəzifəli şəxslər) icra
hakimiyyətinin məqsəd və vəzifələrinə nail olmaq məqsədilə öz fəaliyyətlərində müxtəlif
hüquqi aktlardan və sənədlərdən istifadə edirlər. Bu fərqləri aşağıdakı kimi təsvir etmək olar.
167
darəetmə aktları qanundan onunla fərqlənir ki, onlar qanunqüvvəli xarakter daşıyırlar,
yəni qanun əsasında və onu icra etmə məqsədi ilə qəbul edilirlər.
Hüquqi aktlar sistemində qanun ali hüquqi qüvvəyə malikdir, heç bir idarəetmə aktı
qanunu dəyişə və ya ləğv edə bilməz. Əgər, idarəetmə aktı qanuna ziddirsə, onda qanun
tətbiq edilir, belə hallarda qanun idarəetmə aktının təsirini dayandıra və ya onu ləğv edə
bilər.
Azərbaycan Respublikası Milli Məclisinin aktları ilə müqayisədə idarəetmə aktları az
dərəcədə hüquqi qüvvəyə malikdirlər, çünki Milli Məclis dövlət hakimiyyətinin ali orqanıdır.
Yerli icra hakimiyyəti başçısının hüquqi aktları (qərar və sərəncamlar) onlara tabe olan
orqanların və vəzifəli şəxslərin qəbul etdiyi idarəetmə aktları ilə müqayisədə daha çox
hüquqi qüvvəyə malikdirlər.
darəetmə aktları hüquqi xüsusiyyətlərinə, qəbul edilmə əsaslarına və qaydalarına görə
məhkəmələrin hökmlərindən, qərarlarından və qərardadlarından fərqlənirlər.
Məhkəmə aktı – ədalət mühakiməsini hüquqi formada ifadə edir. O, vətəndaşların,
idarə, müəssisə və təşkilatların hüquq və qanuni maraqlarını pozmuş şəxslərə qarşı hüquq
normalarının tətbiqi aktıdır. Buna görə də məhkəmə aktı – məhkəmə tərəfindən hüquqpozma
və ya hüquqi mübahisə barədə olan işlərin baxılması və həll edilməsi ilə bağlı tətbiq edilən
aktdır. darəetmə aktların əksəriyyəti isə idarəetmə sahələrinə rəhbərlik etmək məqsədi ilə
idarəetmə subyektləri tərəfindən hüquqi hərəkətlərinin edilməsi ilə əlaqədar olaraq qəbul
edilir.
Məhkəmə aktları müstəqil olan və yalnız qanuna tabe olan hakimlər tərəfindən
çıxarılır. Deməli, heç kəs məhkəmə tərəfindən baxılan işin necə həll edilməsi barədə göstəriş
verə bilməz. Bundan fərqli olaraq, idarəetmə aktları idarəetmə subyektləri tərəfindən nəinki
qanuna uyğun olmalıdırlar, hətta idarəetmənin yuxarı təbəqəli subyektlərinin göstərişləri
(sərəncamları) əsasında da qəbul edilə bilər.
Prokuror nəzarəti aktlarından (protest, qərar, təqdimat) idarəetmə aktları hüquqi
xüsusiyyətlərinə, qəbul edilmə əsaslarına və qaydalarına görə fərqlənirlər. Prokuror nəzarəti
aktları prokurorun qanunçuluğun pozulmasına dair reaksiya formasıdır, onlar özlərində
hüquqi normalar, həmçinin də idarəetmə aktlarına xas olan idarəetmə (icraedici-
sərəncamverici) xarakterli göstərişləri əks etdirmirlər.
darəetmə aktları mülki-hüquqi aktlarından (əqdlərdən) öz hüquqi təbiətlərinə və qəbul
edilmə əsaslarına görə fərqlənirlər. Mülki-hüquqi aktlara tərəflərin qarşılıqlı formada
iradələrinin ifadəsi xasdır. Mülki-hüquqi akt tərəflərin (müqavilənin iştirakçılarının)
qarşılıqlı razılaşmanın nəticəsidir. Belə ki, idarəetmə aktı maraqlı tərəflərin razılığı olmadan
da qəbul edilə bilər.
Dövlət idarəetmə aktları hüquqi əhəmiyyət kəsb edən sənədlərdən və xidməti
sənədlərdən də fərqlənir.
Hüquqi əhəmiyyət kəsb edən sənədlər (pasport, xidməti vəsiqə, diplom, inzibati xəta
haqqında protokol və s.) özü-özlüyündə konkret hüquq münasibətlərini müəyyən etmir,
dəyişmir və ləğv etmir. Müəyyən olunmuş formada tərtib olunmuş bu sənədlər yalnız
müəyyən faktları təsdiq edirlər.
Xidməti sənədlər (arayışlar, məlumat vərəqəsi, iclasların stenoqrammaları və s.)
hüquqi əhəmiyyət daşımır, lakin onlar informasiya mənbələridirlər. darəetmə aktları xidməti
sənədlər, eləcə də hüquqi əhəmiyyət kəsb edən sənədlər əsasında qəbul edilə bilər (məsələn,
168
işçi tərəfindən xidməti tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi haqqında raport
ə
sasında, orqanın rəhbəri onun mükafatlandırlıması haqqında əmr verə bilər).
darəetmə aktları, həmçinin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və
fondların) aktlarından fərqlənirlər. Onlar qeyri-hökumət təşkilatların adından qəbul edilirlər.
Onlar, yalnız onların üzvləri üçün məcburidir, bu aktların həyata keçirilməsi qeyri-hökumət
təşkilatın özünün vasitə və metodları ilə təmin edilir. Qeyri-hökumət təşkilatların aktları
dövlət hakimiyyəti xarakterinə malik deyildirlər. Bununla belə dövlət orqanlarının ayrı-ayrı
funksiyalarının yerinə yetirilməsi qanunla qeyri-hökumət təşkilatlarına tapşırılan hallarda,
onların aktları dövlət-hakimiyyət xarakteri daşıya bilər (məsələn, həmkarlar təşkilatı
tərəfindən əməyin mühafizəsi qaydalarına, təhlükəsizlik texnikası və sənaye sanitariyası
qaydalarına nəzarət).
Birinci sualı yekunlaşdıraraq qeyd etmək istərdim ki:
1. darəetmə aktı – dövlət-idarəetmə fəaliyyətinin vəzifə və funksiyalarının həyata
keçirilməsi məqsədi ilə inzibati-hüquqi normaların (inzibati-hüquqi münasibətlərin)
yaranmasına, dəyişməsinə və xitam olunmasına yönəlmiş icra hakimiyyətinin səlahiyyətli
subyektinin qanuna əsaslanan, birtərəfli, hüquqi hakimiyyət iradəsini bildirən rəsmi yazılı
sənəddir.
2. darəetmə aktların müxtəlif xüsusiyyətləri mövcuddur. Bunlardan əsasları isə
aşağıdakılardır:
- idarəetmə aktları idarəetmə qərarın hüquqi variantını ifadə edir. Onlar icra
hakimiyyətinin vəzifə və funksiyalarının həyata keçirilməsi məqsədi ilə icra hakimiyyəti
orqanın (vəzifəli şəxsin) fəaliyyəti prosesində qəbul edilirlər və müxtəlif məsələləri həll
edirlər;
- idarəetmə aktları – dövlət idarəetmə sahəsində tələb olunan lazımi davranış
qaydalarını müəyyən edirlər;
- idarəetmə aktları – inzibati-hüquqi münasibətlərin yaranması, dəyişməsi və ləğv
olunması üçün hüquqi əsaslar yarada bilərlər, ya da belə hüquq münasibətlərini bilavasitə
yaradan, dəyişən və ləğv edən hüquqi fakt kimi çıxış edə bilərlər;
- idarəetmə aktları – qanunqüvvəlidirlər, yəni onlar icra hakimiyyətinin səlahiyyətli
subyektlər tərəfindən qanunların icrası məqsədi ilə qəbul edilirlər;
- idarəetmə aktları müəyyən edilmiş qaydada qəbul edilirlər;
- idarəetmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada protest və ya
ş
ikayət verilə bilər;
- idarəetmə aktları icra olunmadıqda təqsirkar tərəfin məsuliyyəti yaranır (bir qayda
olaraq intizam və inzibati məsuliyyət yaranır).
3. darəetmə aktları icra hakimiyyəti orqanlarının (vəzifəli şəxslərin) fəaliyyəti
prosesində istifadə edilən müxtəlif hüquqi aktlardan, xidməti sənədlərdən və hüquqi
ə
həmiyyət kəsb edən sənədlərdən hüquqi xüsusiyyətlərinə, məzmununa, qəbul olunma
ə
saslarına və qaydalarına görə fərqlənirlər.
Sual 2.
darəetmə aktların təsnifatı və növləri, onların effektivliyinin şərtləri
cra hakimiyyətinin məqsədi, vəzifələri və funksiyaları müxtəlif xarakterli və
məzmunlu idarəetmə aktlarının köməyi ilə təcrübi olaraq həyata keçirilir. Bu da idarəetmə
169
aktlarının müxtəlif meyarlara əsasən təsnifatının və onların növ müxtəlifliyinin labüdlüyünü
yaradır.
darəetmə aktları hüquqi xüsusiyyətlərinə, ifadə olunma formasına, qüvvədə olma
müddətinə, aktı qəbul edən orqanlara, qüvvədə olan əraziyə və onları qəbul edən orqanların
səlahiyyətlərinin xarakterinə görə müxtəlif növlərə bölünür.
1. Hüquqi xüsusiyyətlərinə görə idarəetmənin hüquqi aktları aşağıdakılardı:
a) normativ;
b) fərdi (inzibati) aktlara bölünürlər;
c) ümumi əhəmiyyətli.
cra hakimiyyə tinin normativ aktları – nəzərdə tutulmuş bütün hallarda dəfələrlə
tətbiq edilmək üçün şəxsiz xarakterli qaydaları müəyyən edirlər. Onlar eyni tipli ictimai
münasibətləri nizamlayan inzibati-hüquqi normalarından ibarətdirlər. Məsələn, D O-da
xidmət keçmə haqqında Əsasnamə, odlu ov silahının əldə edilməsi qaydaları və s.
Normativ aktlar müəyyən edilməmiş müddətdə qüvvədə olurlar. Onlar ləğv
edilməyənə qədər və ya onları dəyişən yeni aktların qəbul edilməməsinə qədər tətbiq edilir.
Bu növ aktlara nəzəriyyədə və təcrübədə qanunlardan fərqli olaraq ″Azərbaycan
Respublikasının qanunvericiliyi″ kimi adlandırırlar. Normativ aktda əsas – onun
″
normayaradıcı əhəmiyyəti″dir, yəni onda qüvvədə olan inzibati hüquq normalar sisteminə
ə
lavələr edən, dəyişdirən və onları aydınlaşdıran vacib müddəaların olmasıdır. Bir sözlə,
idarəetmənin normativ-hüquqi aktı – hüququn əsas mənbələrindən biridir.
darəetmənin fərdi aktları – icra hakimiyyəti orqanları (vəzifəli şəxsləri) tərəfindən
qəbul edilən və ən geniş istifadə edilən hüquqi aktların növüdür. cra hakimiyyətinin fərdi
aktlarının məzmununda hüquq normaları, ümumi qaydalar yoxdur. Onlar icra hakimiyyətinin
səlahiyyətlərinə daxil olan konkret məsələlər üzrə qərarları müəyyən edir. Burada daim
müəyyən şəxslərə aid olan konkret hüquqi göstərişlər olur (məs.: vəzifəyə təyin etmə
haqqında əmr və s.). Bu aktlarda hüquq normalarını konkret şəxslərə və hallara tətbiq edilir.
Onlar hüquqi faktlar kimi çıxış etməklə konkret inzibati hüquq münasibətləri yaradır,
dəyişdirir və ya ləğv edir.
darəetmənin fərdi aktlarında icra hakimiyyəti orqanlarının fəaliyyəti öz əksini tapır.
Bu aktların köməyi ilə idarəetmə aparatının heyəti yaradılır, işdə olan çatışmamazlıqların
operativ surətdə aradan qaldırılması təmin edilir və dövlət intizamını pozanlara qarşı təsir
tədbirləri tətbiq edilir.
Ümumi ə hə miyyə tli idarə etmə aktları – normativ və fərdi aktlara xas olan
ə
lamətlərə malikdir. Onların məzmununda ümumi davranış qaydaları olur, yəni onlar konkret
icraçılara yox, qeyri-məhdud şəxslər dairəsinə ünvanlanır, eyni zamanda onların bir dəfə
tətbiq edilməsi nəzərdə tutulur (məs.: istirahət gününün bir tarixdən digər tarixə keçirilməsi
haqqında Nazirlər Kabinetinin qərarı). Ədəbiyyatda ümumi əhəmiyyətli idarəetmə aktları,
həm də qarışıq (mürəkkəb) tipli aktları kimi də adlandırır.
2. darəetmə aktları ifadə olunma formasına görə yazılı, şifahi və konklyudent olurlar.
Yazılı aktlarla yanaşı, şifahi aktlar da olur (əmrlər, sərəncamlar). Onlar müxtəlif
idarəetmə məsələlərinin operativ surətdə həlli prosesində istifadə edilir. Yazılı aktlar kimi
ş
ifahi aktlar da hüquqi nəticələr yaradır. Onların icrası dövlətin məcburetmə qüvvəsi ilə
təmin edilir. Şifahi aktın yerinə yetirilməməsi və ya lazımi dərəcədə yerinə yetirilməməsi
hüquqi məsuliyyət yarada bilər.
170
darəetmə subyektinin iradəsi ayrı-ayrı cestlər, işarələr, siqnallar və digər konklyudent
hərəkətlər vasitəsilə ifadə oluna bilər. Bunlara Dövlət Yol Polisi əməkdaşı tərəfindən
nəqliyyatın və sərnişinlərin hərəkətini nizamlayan jestlər, dəmiryolu, su və hava
nəqliyyatında istifadə edilən siqnallar və s. xüsusi işarələri aid etmək olar.
Konklyudent aktlar da inzibati-hüquqi və digər hüquq münasibətlərinin yaranmasına,
dəyişməsinə və ləğv olunmasına səbəb olur. Dövlət Yol Polisi əməkdaşlarının nəqliyyatın
hərəkətini qadağan edən jesti polisin səlahiyyətli işçisinin göstərişidir, buna görə də sürücü
nəqliyyat vasitəsinin hərəkətini icazə verən işarə verilənə qədər dayandırmalıdır, əks halda
müxtəlif məcburetmə tədbirləri tətbiq edilə bilər.
3. Qüvvədə olma müddətinə görə idarəetmə aktları: təsir müddəti müəyyən edilməmiş
(müddətsiz), müddətli və müvəqqəti olur. Əgər, idarəetmə aktında onun qüvvədə olan
müddəti göstərilməyibsə, onda o müddətsiz sayılır və ləğv edilənə qədər qüvvədə olacaqdır.
Ə
gər idarəetmə aktında onun qüvvədə olma müddəti göstərilibsə, onda müddət
çatdıqdan sonra akt öz qüvvəsini itirir. Müvəqqəti aktlar bir qayda olaraq, müəyyən bir
müddət ərzində, adətən qısa müddətdə qüvvədə olurlar. Belə aktların adında onların
müvəqqəti olması göstərilir.
4. darəetmə aktlarını qəbul edən orqanlara görə: fərmanlara, qərarlara, əmrlərə,
sərəncamlara, göstərişlərə və təlimatlara bölünür.
Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsinə əsasən, Azərbaycan
Respublikasının Prezidenti icra hakimiyyətinin təşkili məsələləri üzrə fərmanlar və
sərəncamlar qəbul edir. Ümumi qaydalar müəyyən edildikdə Azərbaycan Respublikasının
Prezidenti fərmanlar, digər məsələlər üzrə isə sərəncamlar qəbul edir. Məsələn, o,
Azərbaycan Respublikası Baş Nazirinin, Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin edir
və vəzifədən azad edir, özünün səlahiyyətli nümayəndələrini, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin edir və azad edir (Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsi).
Qərar və sərəncamlar Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabineti tərəfindən qəbul edilir.
Qərarları, sərəncamlardan fərqləndirən yeganə əhəmiyyətli əlamət onların qəbul
edilmə qaydasıdır. Qərarlar kollegial qaydada qəbul edilir, sərəncamlar isə qərar əsasında
təkbaşına qəbul edilir. Lakin, onları bir-birindən fərqləndirən nisbi xarakter daşıyan digər
ə
lamətlər də var. Belə ki, sərəncamlara nisbətən qərarlar əsasən normativ xarakter daşıya
bilər. Qərarlar orqanların səlahiyyətləri çərçivəsində daha vacib məsələlər üzrə qəbul
edilirlər.
Qərarlar kollegial qaydada yerli icra hakimiyyəti orqanların səlahiyyətlərinə aid olan
məsələlər üzrə qəbul edilirlər. Məsələn, təsərrüfat və sosial-mədəni məsələlər üzrə, ictimai
qaydanın mühafizəsi üzrə və s. Qərarlar yalnız kollegial qaydada qəbul edilə bilər və
normativ və ya qeyri-normativ xarakter daşıyırlar. Yerli icra hakimiyyəti başçılarının
qərarları, sərəncamları və göstərişləri arasındakı fərqi onların qəbul edildiyi məsələlərin
ə
həmiyyətliliyi və mürəkkəbliyi, o cümlədən qəbul etmə qaydasına görə aparmaq olar.
Ə
Dostları ilə paylaş: |