Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə19/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

Mövzu  10: ″″″″ darəetmənin (icra hakimiyyəti orqanlarının)  

hüquqi aktları″″″″ 

 

P L A N : 

 

G R Ş 

4.

  darəetmə aktlarının anlayışı, əhəmiyyəti və əsas xüsusiyyətləri. 



5.

  darəetmə aktların təsnifatı və növləri, onların səmərəliliyinin şərtləri. 

6.

  darəetmə aktlarına qoyulan tələblər və onlara riayət edilməməsinin nəticələri.  



NƏT CƏ 

 

Ə

 D Ə B   Y Y A T : 

 


 

164 


 

11.


 Azərbaycan Respublikasının Konstitusiyası. . 

12.


 ″Normativ-hüquqi aktlar haqqında″ Azərbaycan Respublikasının Qanunu. 14.01.2000-ci 

il. 


13.

 ″ cra  hakimiyyəti  orqanlarının  normativ-hüquqi  aktlarına,  baxılması,  qəbul  edilməsi  və 

təsdiqi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə″ Azərbaycan Respublikası 

Prezidentinin 24 avqust 2002-ci il tarixli Fərmanı. 

14.

 A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 



15.

  E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 

16.

 V. Abışov, A.  smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″  1 hissə. Dərs vəsaiti. Bakı, 



2007.      

17.


 ″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti.   AR D N-in Polis Akademiyası. Bakı, 2002.  

18.


 E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000. 

19.


  D.N.Baxrax.  ″Administrativnoe pravo Rossii″. Dərslik.   M., 2000. 

 

 



 

 

 



 

 

                                                                                 G   R   Ş 



 

cra hakimiyyətinin həyata keçirilməsi formalarından biri, yəni idarəetmənin inzibati-

hüquqi forması, idarəetmənin hüquqi aktlarının qəbul edilməsində ifadə olunur. 

darəetmənin  hüquqi  aktı  idarəetmə  qərarının  hüquqi  ifadə  olunan  formasıdır.  Belə 

aktı  qəbul  etməklə,  idarəetmə  orqanı  (vəzifəli  şəxs)  qanun  əsasında  onun  səlahiyyətinə  aid 

olan  bu  və  ya  digər  məsələni  həll  edir.  Belə  idarəetmə  qərarı  icraedici-sərəncamverici 

fəaliyyətin vəzifə və funksiyalarının həyata keçirilməsi üsuludur. 

cra  hakimiyyəti  orqanları  onların  üzərinə  qoyulmuş  funksiyaları  həyata  keçirərək, 

tədbirlərin keçirilməsi məsələlərinə aid olan müxtəlif hüquqi aktlar qəbul edirlər. Təbiidir ki, 

idarəetmə aktlarının qəbul edilməsi  qanuna riayət etməklə həyata keçirilməlidir. 

Bu  mövzu  həm  nəzəri,  həm  də  təcrübi  cəhətdən  böyük  əhəmiyyət  kəsb  edir.  Bu 

mövzuda  normativ-hüquqi  aktlar  haqqında  ümumi  anlayış,  onların  qəbul  edilməsi  və 

qüvvədə olmasının əsaslarını və qaydasını açıqlayacaq. 

kinci tərəfdən qeyd etmək istərdim ki, hüquq mühafizə orqanları icra hakimiyyətinin 

həyata keçirilməsi prosesində qanunla əsaslandırılmış birtərəfli hüquqi hakimiyyət iradəsini 

ifadə edən hüquqi aktlardan geniş istifadə edirlər. 

Ə

n  nəhayət,  bu  mövzunun  köməkliyi  ilə  idarəetmənin  hüquqi  aktlarına  qoyulan 



tələblər və onlara riayət edilməməyə görə törənən nəticələr də ətraflı açıqlanacaq. 

ndi isə keçək birinci sualın açıqlanmasına. 

 

 

 



 

 


 

165 


 

 

 

 

 

 

Sual 1.  

darəetmə aktlarının anlayışı, əhəmiyyəti və əsas xüsusiyyətləri 

 

darəetmə aktları dövlət idarəetmə orqanlarının, onların struktur bölmələrinin və şəxsi 



heyətin idarəetmə fəaliyyətlərinin formalarından biridir. 

Akt″  sözü  latın  sözü  olan  ″Aktus″  sözündən  yaranmış,  tərcüməsi  isə,  fəaliyyət, 



hərəkət, əməl deməkdir. Lakin, inzibati hüquqda ″akt″ anlayışına məzmun əlavə edildiyindən 

ona  icraedici-sərəncamverici  fəaliyyətin  hüquqi  forması  kimi  idarəetmə  orqanların 

hakimiyyət  xarakterli  göstərişlərinin  həyata  keçirilməsi  və  möhkəmləndirilməsi  vasitəsi, 

eləcədə də həmin orqan qarşısında qoyulan məsələlərin həlli variantı kimi baxılır. 

Azərbaycan  Respublikasının  14.01.2000-ci  il  tarixli  ″Normativ-hüquqi  aktlar 

haqqında″ Qanunun 2-ci maddəsinə əsasən: 

         ″Azərbaycan  Respublikasının  normativ-hüquqi  aktı  –  səlahiyyətli  dövlət  orqanları 

tərəfindən  qəbul  edilmiş,  göstərişləri  ümumi  məcburi  xarakter  daşıyan,  hüquq  normalarını 

müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş 

rəsmi yazılı sənəddir″. 

Normativ-hüquqi aktların növlərindən biri də idarəetmənin hüquqi aktıdır: 

            darəetmə  aktı  –  dövlət-idarəetmə  fəaliyyətinin  vəzifə  və  funksiyalarının  həyata 

keçirilməsi  məqsədi  ilə  inzibati-hüquqi  normaların  (inzibati-hüquqi  münasibətlərin) 

yaranmasına,  dəyişməsinə  və  xitam  olunmasına  yönəlmiş  icra  hakimiyyətinin  səlahiyyətli 

subyektinin  qanuna  əsaslanan,  birtərəfli,  hüquqi  hakimiyyət  iradəsini  bildirən  rəsmi  yazılı 

sənəddir. 

Məzmun  baxımından  idarəetmə  aktı  –  idarəetmə  qərarıdır.  Onda  idarəetmə 

subyektlərinin  fəaliyyətinin  məqsədi,  vəzifəsi,  funksiya  və  metodları  bilavasitə  öz  əksini 

tapmış olur.  darəetmə aktların vasitəsilə dövlət idarəetmə funksiyalarının həyata keçirilməsi 

prosesində yaranan müxtəlif xarakterli idarəetmə məsələləri həll edilir. 

darəetmənin  hüquqi  aktları  icra  hakimiyyətinin  vəzifə  və  funksiyalarının  həyata 

keçirilməsinin əsas hüquqi (inzibati-hüquqi) formasıdır. 

Dövlət idarəetmə aktlarının hüquqi əhəmiyyəti müxtəlifdir: 

-

  onlar  hüquq  normalarını  müəyyən  edir,  dəyişdirir  və  ləğv  edir  (söhbət 



idarəetmənin normativ aktlarından gedir); 

-

  müxtəlif subyektlərin üzərinə konkret vəzifələr qoyur; 



-

  onlara  müəyyən  hüquqlar  verir  (məsələn,  idarəetmə  sahəsində  bu  və  ya  digər 

hərəkətlər etmək hüququ, dövlət vəsaitlərinə sərəncam vermək və s.). 

darəetmə  aktları  hüquqi  faktlar  kimi  çıxış  edir,  yəni  idarəetmə  sahəsində  hüquq 

münasibətlərinin  yaranmasının,  dəyişməsinin  və  xitam  olunmasının  əsası  kimi  çıxış  edir 

(məsələn,  vətəndaşın  polis  əməkdaşları  sırasına  qəbul  edilməsi  müvafiq  xidməti 

münasibətləri yaradan hüquqi fakt kimi çıxış edir). 

darəetmənin bir növ aktları, digər idarəetmə aktlarının qəbul edilməsinə əsas ola bilər 

(məsələn,  yuxarı  təbəqəli  orqanın  aktı  əsasında  aşağı  təbəqəli  orqan  öz  aktını  qəbul  edir). 


 

166 


 

darəetmə  aktları  məhkəmə  üçün  sübut  kimi  çıxış  edə  bilərlər  və  ya  məhkəmədə  işinin 

başlanması üçün əsas kimi çıxış edə bilərlər (məsələn, işdən xaric etmə haqqında əmr, daxili 

işlər orqanları tərəfindən vətəndaşa odlu silah almaq üçün icazənin verilməsi və s.). 

Göründüyü  kimi,  inzibati-hüquqi  nizamasalmada  idarəetmənin  hüquqi  aktlarının 

təyinatı çox müxtəlifdir. 

darəetmə aktlarının xüsusiyyətləri aşağıdakılardır: 

-

  idarəetmə aktları idarəetmə qərarın hüquqi variantını ifadə edir.  



Onlar icra hakimiyyətinin vəzifə və funksiyalarının həyata keçirilməsi məqsədi ilə icra 

hakimiyyəti orqanın (vəzifəli şəxsin) fəaliyyəti prosesində qəbul edilir və müxtəlif məsələləri 

həll edirlər; 

- idarəetmə aktları qanunvericiliyə əsasən icra hakimiyyətinin səlahiyyətli subyektləri 

tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul edilir; 

- idarəetmə aktı – müvafiq icra hakimiyyəti subyektinin hüquqi hakimiyyət iradəsinin 

birtərəfli ifadəsidir; 

-

  idarəetmə aktları imperativ xarakter daşıyırlar.  



Onlar  ünvanlandığı  subyekt  üçün  icrası  məcburi  olan  icra  hakimiyyəti  subyektinin 

hüquqi hakimiyyət göstərişini özündə əks etdirirlər; 

- idarəetmə aktları – dövlət idarəetmə sahəsində lazımi davranış qaydalarını müəyyən 

edirlər; 

-  idarəetmə  aktları  –  inzibati-hüquqi  münasibətlərin  yaranması,  dəyişməsi  və  ləğv 

olunması  üçün  hüquqi  əsaslar  yarada  bilər,  yaxud  belə  hüquq  münasibətlərini  bilavasitə 

yaradan, dəyişən və ləğv edən hüquqi fakt kimi çıxış edə bilərlər; 

-  idarəetmə  aktları  –  qanunqüvvəlidir.  Çünki  onlar  icra  hakimiyyətinin  səlahiyyətli 

subyektləri tərəfindən qanunların icrası məqsədi ilə qəbul edilirlər; 

-  idarəetmə  aktlarının  ierarxiyası  mövcuddur.  Burada  aşağı  icra  hakimiyyəti 

orqanlarının  (vəzifəli  şəxslərin)    aktlarının  yuxarı  icra  hakimiyyəti  orqanlarının  aktlarına 

uyğun olması nəzərdə tutulur; 

-  idarəetmə  aktları  –  icra  hakimiyyəti  orqanlarının  (vəzifəli  şəxslərin)  fəaliyyəti 

prosesində daima istifadə edilən xidməti-hüquqi sənədlərin növlərindən biridir. Bu sənədlər 

(arayışlar, vəsiqələr, protokollar, təftiş və yoxlama aktları  və s.) hüquqi əhəmiyyət kəsb edən 

müəyyən  halları  əks  etdirirlər  və  ya  faktları  təsdiq  edirlər.  Qeyd  etmək  lazımdır  ki,  bu 

sadalanan aktlar idarəetmənin hüquqi aktları sayılmır, çünki onlarda hüquqi təsir yoxdur; 

- idarəetmə aktları – bir qayda olaraq yazılı hüquqi sənəd kimi dərc edilir, yalnız şifahi 

də  ifadə  oluna  bilər  (məsələn,  hərbi  döyüş  şəraitində  verilən  əmrlərin  çoxu  şifahi  formada 

verilir); 

- idarəetmə aktları müəyyən edilmiş qaydada qəbul edilir; 

-  idarəetmə  aktlarından  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  protest  və  ya 

ş

ikayət verilə bilər; 



-  idarəetmə  aktları  icra  olunmadıqda  təqsirkar  tərəfin  məsuliyyəti  yaranır  (bir  qayda 

olaraq intizam və inzibati məsuliyyət yaranır). 

Qeyd  etdiyimiz  kimi  idarəetmə  aktları  –  icra  hakimiyyəti  orqanlarının  (vəzifəli 

şə

xslərin)  fəaliyyəti  prosesində  daima  istifadə  edilən  xidməti-hüquqi  sənədlərdən  biridir. 



Onu  da  qeyd  etmək  lazımdır  ki,  icra  hakimiyyəti  orqanları  (vəzifəli  şəxslər)  icra 

hakimiyyətinin  məqsəd  və  vəzifələrinə  nail  olmaq  məqsədilə  öz  fəaliyyətlərində  müxtəlif 

hüquqi aktlardan və sənədlərdən istifadə edirlər. Bu fərqləri aşağıdakı kimi təsvir etmək olar. 


 

167 


 

darəetmə aktları qanundan onunla fərqlənir ki, onlar qanunqüvvəli xarakter daşıyırlar, 

yəni qanun əsasında və onu icra etmə məqsədi ilə qəbul edilirlər. 

Hüquqi  aktlar  sistemində  qanun  ali  hüquqi  qüvvəyə  malikdir,  heç  bir  idarəetmə  aktı 

qanunu  dəyişə  və  ya  ləğv  edə  bilməz.  Əgər,  idarəetmə  aktı  qanuna  ziddirsə,  onda  qanun 

tətbiq  edilir,  belə  hallarda  qanun  idarəetmə  aktının  təsirini  dayandıra  və  ya  onu  ləğv  edə 

bilər. 

Azərbaycan Respublikası Milli Məclisinin aktları ilə müqayisədə idarəetmə aktları az 



dərəcədə hüquqi qüvvəyə malikdirlər, çünki Milli Məclis dövlət hakimiyyətinin ali orqanıdır. 

Yerli icra hakimiyyəti başçısının hüquqi aktları (qərar və sərəncamlar) onlara tabe olan 

orqanların  və  vəzifəli  şəxslərin  qəbul  etdiyi  idarəetmə  aktları  ilə  müqayisədə  daha  çox 

hüquqi qüvvəyə malikdirlər. 

darəetmə aktları hüquqi xüsusiyyətlərinə, qəbul edilmə əsaslarına və qaydalarına görə 

məhkəmələrin hökmlərindən, qərarlarından və qərardadlarından fərqlənirlər. 

Məhkəmə  aktı  –  ədalət  mühakiməsini  hüquqi  formada  ifadə  edir.  O,  vətəndaşların, 

idarə,  müəssisə  və  təşkilatların  hüquq  və  qanuni  maraqlarını  pozmuş  şəxslərə  qarşı  hüquq 

normalarının tətbiqi aktıdır. Buna görə də məhkəmə aktı – məhkəmə tərəfindən hüquqpozma 

və ya hüquqi mübahisə barədə olan işlərin baxılması və həll edilməsi ilə bağlı tətbiq edilən 

aktdır.  darəetmə  aktların  əksəriyyəti  isə  idarəetmə  sahələrinə  rəhbərlik  etmək  məqsədi  ilə 

idarəetmə  subyektləri  tərəfindən  hüquqi  hərəkətlərinin  edilməsi  ilə  əlaqədar  olaraq  qəbul 

edilir. 

Məhkəmə  aktları  müstəqil  olan  və  yalnız  qanuna  tabe  olan  hakimlər  tərəfindən 

çıxarılır. Deməli, heç kəs məhkəmə tərəfindən baxılan işin necə həll edilməsi barədə göstəriş 

verə bilməz. Bundan fərqli olaraq, idarəetmə aktları idarəetmə subyektləri tərəfindən nəinki 

qanuna  uyğun  olmalıdırlar,  hətta  idarəetmənin  yuxarı  təbəqəli  subyektlərinin  göstərişləri 

(sərəncamları) əsasında da qəbul edilə bilər. 

Prokuror  nəzarəti  aktlarından  (protest,  qərar,  təqdimat)  idarəetmə  aktları  hüquqi 

xüsusiyyətlərinə, qəbul edilmə əsaslarına və qaydalarına görə fərqlənirlər. Prokuror nəzarəti 

aktları  prokurorun  qanunçuluğun  pozulmasına  dair  reaksiya  formasıdır,  onlar  özlərində 

hüquqi  normalar,  həmçinin  də  idarəetmə  aktlarına  xas  olan  idarəetmə  (icraedici-

sərəncamverici) xarakterli göstərişləri əks etdirmirlər. 

darəetmə aktları mülki-hüquqi aktlarından (əqdlərdən) öz hüquqi təbiətlərinə və qəbul 

edilmə  əsaslarına  görə  fərqlənirlər.  Mülki-hüquqi  aktlara  tərəflərin  qarşılıqlı  formada 

iradələrinin  ifadəsi  xasdır.  Mülki-hüquqi  akt  tərəflərin  (müqavilənin  iştirakçılarının) 

qarşılıqlı razılaşmanın nəticəsidir. Belə ki, idarəetmə aktı maraqlı tərəflərin razılığı olmadan 

da qəbul edilə bilər. 

Dövlət  idarəetmə  aktları  hüquqi  əhəmiyyət  kəsb  edən  sənədlərdən  və  xidməti 

sənədlərdən də fərqlənir. 

Hüquqi əhəmiyyət kəsb edən sənədlər (pasport, xidməti vəsiqə, diplom, inzibati xəta 

haqqında  protokol  və  s.)  özü-özlüyündə  konkret  hüquq  münasibətlərini  müəyyən  etmir, 

dəyişmir  və  ləğv  etmir.  Müəyyən  olunmuş  formada  tərtib  olunmuş  bu  sənədlər  yalnız 

müəyyən faktları təsdiq edirlər. 

Xidməti  sənədlər  (arayışlar,  məlumat  vərəqəsi,  iclasların  stenoqrammaları  və  s.) 

hüquqi əhəmiyyət daşımır, lakin onlar informasiya mənbələridirlər.  darəetmə aktları xidməti 

sənədlər, eləcə də hüquqi əhəmiyyət kəsb edən sənədlər əsasında qəbul edilə bilər (məsələn, 


 

168 


 

işçi  tərəfindən  xidməti  tapşırığın  müvəffəqiyyətlə  yerinə  yetirilməsi  haqqında  raport 

ə

sasında, orqanın rəhbəri onun mükafatlandırlıması haqqında əmr verə bilər). 



darəetmə  aktları,  həmçinin  qeyri-hökumət  təşkilatlarının  (ictimai  birliklər  və 

fondların) aktlarından fərqlənirlər. Onlar qeyri-hökumət təşkilatların adından qəbul edilirlər. 

Onlar, yalnız onların üzvləri üçün məcburidir, bu aktların həyata keçirilməsi qeyri-hökumət 

təşkilatın  özünün  vasitə  və  metodları  ilə  təmin  edilir.  Qeyri-hökumət  təşkilatların  aktları 

dövlət hakimiyyəti xarakterinə malik deyildirlər. Bununla belə dövlət orqanlarının ayrı-ayrı 

funksiyalarının  yerinə  yetirilməsi  qanunla  qeyri-hökumət  təşkilatlarına  tapşırılan  hallarda, 

onların  aktları  dövlət-hakimiyyət  xarakteri  daşıya  bilər  (məsələn,  həmkarlar  təşkilatı 

tərəfindən  əməyin  mühafizəsi  qaydalarına,  təhlükəsizlik  texnikası  və  sənaye  sanitariyası 

qaydalarına nəzarət). 

Birinci sualı yekunlaşdıraraq qeyd etmək istərdim ki: 

1.  darəetmə  aktı  –  dövlət-idarəetmə  fəaliyyətinin  vəzifə  və  funksiyalarının  həyata 

keçirilməsi  məqsədi  ilə  inzibati-hüquqi  normaların  (inzibati-hüquqi  münasibətlərin) 

yaranmasına,  dəyişməsinə  və  xitam  olunmasına  yönəlmiş  icra  hakimiyyətinin  səlahiyyətli 

subyektinin  qanuna  əsaslanan,  birtərəfli,  hüquqi  hakimiyyət  iradəsini  bildirən  rəsmi  yazılı 

sənəddir. 

2.  darəetmə  aktların  müxtəlif  xüsusiyyətləri  mövcuddur.  Bunlardan  əsasları  isə 

aşağıdakılardır: 

-  idarəetmə  aktları  idarəetmə  qərarın  hüquqi  variantını  ifadə  edir.  Onlar  icra 

hakimiyyətinin  vəzifə  və  funksiyalarının  həyata  keçirilməsi  məqsədi  ilə  icra  hakimiyyəti 

orqanın  (vəzifəli  şəxsin)  fəaliyyəti  prosesində  qəbul  edilirlər  və  müxtəlif  məsələləri  həll 

edirlər; 

-  idarəetmə  aktları  –  dövlət  idarəetmə  sahəsində  tələb  olunan  lazımi  davranış 

qaydalarını müəyyən edirlər; 

-  idarəetmə  aktları  –  inzibati-hüquqi  münasibətlərin  yaranması,  dəyişməsi  və  ləğv 

olunması  üçün  hüquqi  əsaslar  yarada  bilərlər,  ya  da  belə  hüquq  münasibətlərini  bilavasitə 

yaradan, dəyişən və ləğv edən hüquqi fakt kimi çıxış edə bilərlər; 

-  idarəetmə  aktları  –  qanunqüvvəlidirlər,  yəni  onlar  icra  hakimiyyətinin  səlahiyyətli 

subyektlər tərəfindən qanunların icrası məqsədi ilə qəbul edilirlər; 

- idarəetmə aktları müəyyən edilmiş qaydada qəbul edilirlər; 

-  idarəetmə  aktlarından  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  protest  və  ya 

ş

ikayət verilə bilər; 



-  idarəetmə  aktları  icra  olunmadıqda  təqsirkar  tərəfin  məsuliyyəti  yaranır  (bir  qayda 

olaraq intizam və inzibati məsuliyyət yaranır). 

3.  darəetmə  aktları  icra  hakimiyyəti  orqanlarının  (vəzifəli  şəxslərin)  fəaliyyəti 

prosesində  istifadə  edilən  müxtəlif  hüquqi  aktlardan,  xidməti  sənədlərdən  və  hüquqi 

ə

həmiyyət  kəsb  edən  sənədlərdən  hüquqi  xüsusiyyətlərinə,  məzmununa,  qəbul  olunma 



ə

saslarına və qaydalarına görə fərqlənirlər. 

 

Sual 2.  

darəetmə aktların təsnifatı və növləri, onların effektivliyinin şərtləri 

 

            cra  hakimiyyətinin  məqsədi,  vəzifələri  və  funksiyaları  müxtəlif  xarakterli  və 



məzmunlu  idarəetmə  aktlarının  köməyi  ilə  təcrübi  olaraq  həyata  keçirilir.  Bu  da  idarəetmə 

 

169 


 

aktlarının müxtəlif meyarlara əsasən təsnifatının və onların növ müxtəlifliyinin labüdlüyünü 

yaradır. 

           darəetmə  aktları  hüquqi  xüsusiyyətlərinə,  ifadə  olunma  formasına,  qüvvədə  olma 

müddətinə, aktı qəbul edən orqanlara, qüvvədə olan əraziyə və onları qəbul edən orqanların 

səlahiyyətlərinin xarakterinə görə müxtəlif növlərə bölünür. 

           1. Hüquqi xüsusiyyətlərinə görə idarəetmənin hüquqi aktları aşağıdakılardı: 

a) normativ; 

b) fərdi (inzibati) aktlara bölünürlər; 

c) ümumi əhəmiyyətli. 



           cra  hakimiyyətinin  normativ  aktları  –  nəzərdə  tutulmuş  bütün  hallarda  dəfələrlə 

tətbiq  edilmək  üçün  şəxsiz  xarakterli  qaydaları  müəyyən  edirlər.  Onlar  eyni  tipli  ictimai 

münasibətləri  nizamlayan  inzibati-hüquqi  normalarından  ibarətdirlər.  Məsələn,  D O-da 

xidmət keçmə haqqında Əsasnamə, odlu ov silahının əldə edilməsi qaydaları və s. 

Normativ  aktlar  müəyyən  edilməmiş  müddətdə  qüvvədə  olurlar.  Onlar  ləğv 

edilməyənə qədər və ya onları dəyişən yeni aktların qəbul edilməməsinə qədər tətbiq edilir. 

Bu  növ  aktlara  nəzəriyyədə  və  təcrübədə  qanunlardan  fərqli  olaraq  ″Azərbaycan 

Respublikasının  qanunvericiliyi″  kimi  adlandırırlar.  Normativ  aktda  əsas  –  onun 

normayaradıcı  əhəmiyyəti″dir,  yəni  onda  qüvvədə  olan  inzibati  hüquq  normalar  sisteminə 



ə

lavələr  edən,  dəyişdirən  və  onları  aydınlaşdıran  vacib  müddəaların  olmasıdır.  Bir  sözlə, 

idarəetmənin normativ-hüquqi aktı – hüququn əsas mənbələrindən biridir. 

           darəetmənin fərdi aktları – icra hakimiyyəti orqanları (vəzifəli şəxsləri) tərəfindən 

qəbul  edilən  və  ən  geniş  istifadə  edilən  hüquqi  aktların  növüdür.  cra  hakimiyyətinin  fərdi 

aktlarının məzmununda hüquq normaları, ümumi qaydalar yoxdur. Onlar icra hakimiyyətinin 

səlahiyyətlərinə  daxil  olan  konkret  məsələlər  üzrə  qərarları  müəyyən  edir.  Burada  daim 

müəyyən  şəxslərə  aid  olan  konkret  hüquqi  göstərişlər  olur  (məs.:  vəzifəyə  təyin  etmə 

haqqında əmr və s.). Bu aktlarda hüquq normalarını konkret şəxslərə və hallara tətbiq edilir. 

Onlar  hüquqi  faktlar  kimi  çıxış  etməklə  konkret  inzibati  hüquq  münasibətləri  yaradır, 

dəyişdirir və ya ləğv edir. 

darəetmənin  fərdi  aktlarında  icra  hakimiyyəti  orqanlarının  fəaliyyəti  öz  əksini  tapır. 

Bu  aktların  köməyi  ilə  idarəetmə  aparatının  heyəti  yaradılır,  işdə  olan  çatışmamazlıqların 

operativ  surətdə  aradan  qaldırılması  təmin  edilir  və  dövlət  intizamını  pozanlara  qarşı  təsir 

tədbirləri tətbiq edilir. 



           Ümumi  əhəmiyyətli  idarəetmə  aktları  –  normativ  və  fərdi  aktlara  xas  olan 

ə

lamətlərə malikdir. Onların məzmununda ümumi davranış qaydaları olur, yəni onlar konkret 



icraçılara  yox,  qeyri-məhdud  şəxslər  dairəsinə  ünvanlanır,  eyni  zamanda  onların  bir  dəfə 

tətbiq edilməsi nəzərdə tutulur (məs.: istirahət gününün bir tarixdən digər tarixə keçirilməsi 

haqqında  Nazirlər  Kabinetinin  qərarı).  Ədəbiyyatda  ümumi  əhəmiyyətli  idarəetmə  aktları, 

həm də qarışıq (mürəkkəb) tipli aktları kimi də adlandırır. 

            2.  darəetmə aktları ifadə olunma formasına görə yazılı, şifahi və konklyudent olurlar. 

Yazılı  aktlarla  yanaşı,  şifahi  aktlar  da  olur  (əmrlər,  sərəncamlar).  Onlar  müxtəlif 

idarəetmə  məsələlərinin  operativ  surətdə  həlli  prosesində  istifadə  edilir.  Yazılı  aktlar  kimi 

ş

ifahi  aktlar  da  hüquqi  nəticələr  yaradır.  Onların  icrası  dövlətin  məcburetmə  qüvvəsi  ilə 



təmin  edilir.  Şifahi  aktın  yerinə  yetirilməməsi  və  ya  lazımi  dərəcədə  yerinə  yetirilməməsi 

hüquqi məsuliyyət yarada bilər. 



 

170 


 

darəetmə subyektinin iradəsi ayrı-ayrı cestlər, işarələr, siqnallar və digər konklyudent 

hərəkətlər  vasitəsilə  ifadə  oluna  bilər.  Bunlara  Dövlət  Yol  Polisi  əməkdaşı  tərəfindən 

nəqliyyatın  və  sərnişinlərin  hərəkətini  nizamlayan  jestlər,  dəmiryolu,  su  və  hava 

nəqliyyatında istifadə edilən siqnallar və s. xüsusi işarələri aid etmək olar. 

Konklyudent aktlar da inzibati-hüquqi və digər hüquq münasibətlərinin yaranmasına, 

dəyişməsinə  və  ləğv  olunmasına  səbəb  olur.  Dövlət  Yol  Polisi  əməkdaşlarının  nəqliyyatın 

hərəkətini qadağan edən jesti polisin səlahiyyətli işçisinin göstərişidir, buna görə də sürücü 

nəqliyyat  vasitəsinin  hərəkətini  icazə  verən  işarə  verilənə  qədər  dayandırmalıdır,  əks  halda 

müxtəlif məcburetmə tədbirləri tətbiq edilə bilər. 

           3. Qüvvədə olma müddətinə görə idarəetmə aktları: təsir müddəti müəyyən edilməmiş 

(müddətsiz),  müddətli  və  müvəqqəti  olur.  Əgər,    idarəetmə  aktında  onun  qüvvədə  olan 

müddəti göstərilməyibsə, onda o müddətsiz sayılır və ləğv edilənə qədər qüvvədə olacaqdır. 

Ə

gər  idarəetmə  aktında  onun  qüvvədə  olma  müddəti  göstərilibsə,  onda  müddət 



çatdıqdan  sonra  akt  öz  qüvvəsini  itirir.  Müvəqqəti  aktlar  bir  qayda  olaraq,  müəyyən  bir 

müddət  ərzində,  adətən  qısa  müddətdə  qüvvədə  olurlar.  Belə  aktların  adında  onların 

müvəqqəti olması göstərilir. 

           4.  darəetmə  aktlarını  qəbul  edən  orqanlara  görə:  fərmanlara,  qərarlara,  əmrlərə, 

sərəncamlara, göstərişlərə və təlimatlara bölünür. 

Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsinə əsasən, Azərbaycan 

Respublikasının  Prezidenti  icra  hakimiyyətinin  təşkili  məsələləri  üzrə  fərmanlar  və 

sərəncamlar  qəbul  edir.  Ümumi  qaydalar  müəyyən  edildikdə  Azərbaycan  Respublikasının 

Prezidenti  fərmanlar,  digər  məsələlər  üzrə  isə  sərəncamlar  qəbul  edir.  Məsələn,  o, 

Azərbaycan  Respublikası  Baş  Nazirinin,  Nazirlər  Kabinetinin  üzvlərini  vəzifəyə  təyin  edir 

və  vəzifədən  azad  edir,  özünün  səlahiyyətli  nümayəndələrini,  Azərbaycan  Respublikası 

Silahlı  Qüvvələrinin  ali  komanda  heyətini  vəzifəyə  təyin  edir  və  azad  edir  (Azərbaycan 

Respublikası Konstitusiyasının 109-cu maddəsi). 

Qərar  və  sərəncamlar  Azərbaycan  Respublikası  və  Naxçıvan  Muxtar  Respublikası 

Nazirlər Kabineti tərəfindən qəbul edilir. 

Qərarları,  sərəncamlardan  fərqləndirən  yeganə  əhəmiyyətli  əlamət  onların  qəbul 

edilmə  qaydasıdır.  Qərarlar  kollegial  qaydada  qəbul  edilir,  sərəncamlar  isə  qərar  əsasında 

təkbaşına  qəbul  edilir.  Lakin,  onları  bir-birindən  fərqləndirən  nisbi  xarakter  daşıyan  digər 

ə

lamətlər  də  var.  Belə  ki,  sərəncamlara  nisbətən  qərarlar  əsasən  normativ  xarakter  daşıya 



bilər.  Qərarlar  orqanların  səlahiyyətləri  çərçivəsində  daha  vacib  məsələlər  üzrə  qəbul 

edilirlər. 

Qərarlar kollegial qaydada yerli icra hakimiyyəti orqanların səlahiyyətlərinə aid olan 

məsələlər  üzrə  qəbul  edilirlər.  Məsələn,  təsərrüfat  və  sosial-mədəni  məsələlər  üzrə,  ictimai 

qaydanın  mühafizəsi  üzrə  və  s.  Qərarlar  yalnız  kollegial  qaydada  qəbul  edilə  bilər  və 

normativ  və  ya  qeyri-normativ  xarakter  daşıyırlar.  Yerli  icra  hakimiyyəti  başçılarının 

qərarları,  sərəncamları  və  göstərişləri  arasındakı  fərqi  onların  qəbul  edildiyi  məsələlərin 

ə

həmiyyətliliyi və mürəkkəbliyi, o cümlədən qəbul etmə qaydasına görə aparmaq olar. 



Ə


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin