Sual III
cra hakimiyyətinin anlayışı, xüsusiyyətləri və məqsədi
Vahid dövlət hakimiyyətini təşkil edən qanunverici, icra və məhkəmə hakimiyyəti
qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir. Göstərilən bu
prinsipdən keçmiş Sovetlər ttifaqı dövründə imtina edirdilər. Həmin dövrdə «qanunverici
hakimiyyətlə icra hakimiyyətinin birləşdirilməsi» kimi şüarlar işlədilirdi. Bu şüarlar birbaşa
elmə və təcrübəyə tətbiq edilir və ″Bütün hakimiyyət Sovetlərə″ kimi fikirlərin
12
formalaşmasına gətirib çıxarmışdı. Keçmiş SSRi-də hakimiyyətlərin bölünməsi rəsmi olaraq
Qərb alimlərinin fikri kimi qəbul edilir və dövlət idarəetməsində tətbiq olunmurdu .
Həqiqətdə ″hakimiyyətlərin bölünməsi″ nəzəriyyəsi aşağıdakı kimi prinsipial əsaslardan irəli
gəlir:
dövlət hakimiyyəti bir şəxsə və ya bir dövlət orqanına məxsus olarsa, bu totalitar
və antidemokratik rejim deməkdir ;
dövlət hakimiyyəti yalnız qanunvericilik hakimiyyəti ilə məhdudlaşdırıla bilməz .
Çünki o bu və ya digər qolun fəaliyyətinin vahid əsasını təşkil edir.
cra hakimiyyəti müəyyən dövlət orqanlarının və vəzifəli şəxslərin icraedici-
sərəncamverici fəaliyyətlərini təşkil edən və həyata keçirən dövlət hakimiyyəti qollarından
biridir.
cra hakimiyyəti dövlət hakimiyyətinin digər qollarından aşağıdakı xüsusiyyətlərinə
görə fərqlənir:
1.
cra hakimiyyəti vahid dövlət hakimiyyətinin müstəqil qolu olub, qanunverici və
məhkəmə hakimiyyəti ilə sıx qarşılıqlı əlaqədədir.
2.
cra hakimiyyəti yalnız funksional səlahiyyət mənasında müstəqildir. O qanunların
təcrübi cəhətdən reallşdırılmasına xidmət edir. Dövlət hakimiyyətinin digər səlahiyyətləri
qanunverici və məhkəmə hakimiyyətinin payına düşür.
3.
cra hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında qurulmuş dövlət
hakimiyyət mexanizminin vacib atributudur. O qanunverici və məhkəmə hakimiyyətləri ilə
qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4.
cra hakimiyyəti başqalarının fəaliyyətinə və davranışına müəyyənedici təsirlər
göstərmək bacarığına və başqalarının iradəsini öz iradəsinə tabe etmək hüququna malikdir. O
hakimiyyətin hüquq tətbiqetmə və hüquq icraetmə funksiyası vasitəsi ilə həyata keçirilir. cra
hakimiyyətinin bu əlaməti dövlətin hüquqi təbiətini açıqlayır. Bu əlamət özünüidarəetmə
vasitəsi kimi icraçılığı idarəetmədən fərqləndirməyə imkan verir.
5.
cra hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolu olub, dövlətin icra fəaliyyəti
ilə eyniləşdirilə bilməz. Dövlət fəaliyyətinin bu növü icra hakimiyyəti vasitəsilə reallaşdırılır.
cra hakimiyyəti bu halda icra fəaliyyətinin funksional səlahiyyətlərinin ifadəsindən
ibarətdir.
6.
cra hakimiyyəti mahiyyətcə hüquqtətbiqedici fəaliyyət növüdür. Hüquq
tətbiqedici fəaliyyət dedikdə, hüquq tətbiqetmənin xüsusi növü başa düşülür. Qeyd etmək
lazımdır ki, hüquqtətbiqetmə fəaliyyətini məhkəmə orqanları da həyata keçirir. Lakin onların
hüquq tətbiqetmə fəaliyyətləri məzmunca və məqsədcə bir-birindən fərqlənir. Məhkəmə
hakimiyyəti tərəfindən hüquq tətbiqedici fəaliyyət qüvvədə olan qanunvericiliyin pozulması
ilə əlaqədar olaraq tətbiq edilir. cra hakimiyyəti tərəfindən hüquq tətbiqedici fəaliyyət onun
təsiri altında olan sosial, iqtisadiyyat, mədəniyyət və s. obyektlərin normal və effektiv
fəaliyyəti üçün qanunvericiliyin tələblərinin birbaşa icrası prosesində tətbiq edilir.
7.
cra hakimiyyəti müəyyən icraedici səlahiyyətlərə malik xüsusi subyektlərin
fəaliyyətində özünü biruzə verir. cra hakimiyyəti dövlət hakimiyyət mexanizmində müvafiq
orqanlar ilə təmin edilmişdir. Təbii ki, dövlət hakimiyyətinin qanunvericilik və məhkəmə
orqanları icra hakimiyyəti orqanları sisteminə daxil deyildir.
Beləliklə, icra hakimiyyəti özünün ″dinamik″ keyfiyyətlərini dövlət orqanları vasitəsi
ilə əldə edir. Onlar icra hakimiyyəti subyektləri qismində çıxış edirlər. Azərbaycan
Respublikası Konstitusiyasının 9, 114, 124, 134, 137, 140-141-ci maddələrinə əsasən, icra
13
hakimiyyəti orqanları Azərbaycan Respublikasında vahid icra hakimiyyəti sistemini təşkil
edir.
8.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin birinci hissəsinə
ə
sasən, Azərbaycan dövləti unitar quruluş forması əsasında təşkil edilmişdir. cra
hakimiyyəti orqanlarının səlahiyyətlərinin Konstitusiya və digər qanunvericilik aktları ilə
dəqiq müəyyən olunması onların hüquqi təbiəti ilə bağlıdır. Məsələn: Azərbaycan
Respublikası Konstitusiyasının 114-cü maddəsinin 2-ci hissəsinə əsasən, Nazirlər Kabineti
Azərbaycan Respublikası Prezidentinin yuxarı icra hakimiyyəti orqanıdır. Milli
Təhlükəsizlik Nazirliyi, Daxili şlər Nazirliyi, Təhsil Nazirliyi və s. nazirliklər icra
hakimiyyətinin mərkəzi icra hakimiyyəti orqanlarıdır.
9.
cra hakimiyyəti inzibati hakimiyyətlə eyniləşdirilə bilməz. Beləki inzibati
hakimiyyət məhkəmədən kənar səlahiyyətlərin, yəni inzibati məcburetmələrin yerinə
yetirilməsi ilə bağlıdır. nzibati məcburetmə icra fəaliyyətinin qarşısında duran məsələlərə
nail olma vasitələrindən biridir. Burada icra hakimiyyətinin məzmunu yalnız xəbərdaredici
tədbirlərin tətbiq edilməsi ilə bitmir. Onun subyektlərinin malik olduqları hakimiyyət
səlahiyyətləri bilavasitə məhkəmədənkənar qaydada həyata keçirilir.
10.
cra hakimiyyəti dövlət hakimiyyətinin bütün vacib atributlarını özündə
cəmləşdirməsi ilə xarakterizə olunur. Məsələn: maliyyə, ordu, polis, təhlükəsizlik xidmətləri,
cəza çəkmə müəssisələri və s.
Yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, icra hakimiyyəti ilə
müqayisədə dövlət idarəetməsi daha geniş anlayışa malikdir. cra hakimiyyəti məlum
mənada dövlət idarəetməsindən törəmişdir. O dövlət idarəetmə mexanizmində həyata
keçirilən dövlət hakimiyyət səlahiyyətlərinin xarakter və həcmini müəyyən etmək üçün təşkil
edilmişdir. Digər tərəfdən dövlət idarəetməsi icra hakimiyyətinin təcrübi cəhətdən həyata
keçirilməsinə yönəldilmiş fəaliyyət növüdür.
cra hakimiyyətinin əsas məqsədləri aşağıdakılardır:
vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi;
ölkə iqtisadiyyatının inkişafı, vətəndaşların, cəmiyyətin və dövlətin rifahının
yüksəldilməsi üçün şəraitin yaradılması;
insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi;
insan və vətəndaşların mənəvi, sosial, iqtisadi və siyasi hüquq və azadlıqlarının
reallaşdırılması, idarə, müəssisə və təşkilatların normal fəaliyyəti üçün şəraitin yaradılması.
Sualı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim:
1. cra hakimiyyəti müəyyən dövlət orqanları və vəzifəli şəxslərin icraedici-
sərəncamverici fəaliyyətlərini təşkil edən və həyata keçirən dövlət hakimiyyəti qollarından
biridir.
2. cra hakimiyyəti dövlət hakimiyyətinin digər qollarından aşağıdakı xüsusiyyətlərinə
görə fərqlənir:
icra hakimiyyəti Azərbaycan Respublikası dövlət hakimiyyətinin nisbətən müstəqil
qolu olub, dövlət hakimiyyətinin digər qolları olan qanunverici və məhkəmə hakimiyyəti ilə
qarşılıqlı əlaqədədir.
icra hakimiyyəti funksional səlahiyyət mənasında müstəqildir.
icra hakimiyyəti dövlət hakimiyyət mexanizminin vacib atributudur.
14
icra hakimiyyəti hakimiyyət səlahiyyətlərinin istənilən digər təzahürü kimi
başqalarının fəaliyyətinə və davranışına müəyyənedici təsirlər göstərmək bacarığına və
imkanına malikdir.
icra hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolu olub, dövlət fəaliyyətinin
növü ilə eyniləşdirilə bilməz. Dövlət hakimiyyətinin müvafiq növü hakimiyyətin özü deyil,
onun təcrübi olaraq həyata keçirilməsi formasıdır.
icra hakimiyyəti mahiyyətcə hüquq tətbiqedici fəaliyyət növüdür.
icra hakimiyyəti icraedici səlahiyyətlər ilə təmin edilmiş xüsusi subyektlərin
fəaliyyətində özünü biruzə verir
icra hakimiyyəti orqanlarının səlahiyyətləri Konstitusiya və digər qanunvericilik
aktları vasitəsi ilə dəqiq müəyyən edilmişdir.
icra hakimiyyəti inzibati hakimiyyətlə eyniləşdirilə bilməz.
icra hakimiyyəti dövlət hakimiyyətinin bütün vacib atributlarını özündə
cəmləşdirmasi ilə xarakterizə olunur.
3. cra hakimiyyətinin əsas məqsədləri aşağıdakılardır:
vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi;
ölkə iqtisadiyyatının inkişafını, vətəndaşların, cəmiyyətin və dövlətin rifahının
yüksəldilməsi üçün şəraitin yaradılması;
insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi;
insan və vətəndaşların mənəvi, sosial, iqtisadi, siyasi hüquq və azadlıqlarının
reallaşdırılması, idarə, müəssisə və təşkilatların normal fəaliyyəti üçün şəraitin yaradılması.
Sual IV.
Daxili işlər sahəsində dövlət idarəetməsi
Dövlət idarəetməsi müxtəlif sahələrdə həyata keçirilir. Dövlət idarəetmə sahəsinə
təsərrüfat, sosial-mədəni və inzibati-siyasi quruculuğun müxtəlif istiqamətlərində fəaliyyət
göstərən, eləcə də bir-biri ilə obyektiv surətdə bağlı olan idarə, müəssisə və təşkilatların idarə
olunması daxildir.
Daxili işlər sahəsində idarəetmə dövlət idarəetmə sahəsində inzibati-siyasi idarəçiliyin
nisbi-müstəqil istiqamətlərindən biridir. Daxili işlər sahəsində idarəetmə bir-biri ilə müxtəlif
idarəetmə əlaqələrində olan sahələrə bölünür.
Daxili işlər sahəsində idarəetmə ictimai qaydanın qorunması və ictimai
təhlükəsizliyin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının mühafizəsi, onların
cinayət və digər hüquqazidd qəsdlərdən qorunması , eləcə də dövlət orqanlarının və ictimai
qurumların normal fəaliyyəti, vətəndaşların əməyi və istirahətləri üçün normal şəraitin
yaradılması üzrə səlahiyyətli dövlət orqanlarının fəaliyyətidir.
Daxili işlər sahəsində idarəetmənin məzmunu çox mürəkkəb struktura (quruluşa)
malikdir. Daxili işlər sahəsində idarəetmənin məzmununa aşağıdakı vəzifələrin
(funksiyaların) yerinə yetirilməsi zamanı yaranan ictimai münasibətlər daxildir:
ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi;
cinayətlərin və digər hüquqpozmaların xəbərdar edilməsi;
insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və mülkiyyətin
hüquqazidd qəsdlərdən qorunması;
dövlət idarələri və digər obyektlərin mühafizəsi;
cinayətlərin üstünün açılması, qeydiyyatı və uçotu;
15
cinayətkarların aşkara çıxarılması və tutulması;
təhqiqatın və istintaqın aparılması;
inzibati tənbehlərin və ya başqa təsir tədbirlərinin tətbiq edilməsi;
tutulmuş və inzibati xətalara görə həbsə alınmış şəxslərin saxlanılması;
əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi;
kriminalistik və başqa tədqiqatların aparılması;
müqavilələr əsasında əmlakın mühafizəsi;
icazə-qeydiyyat işinin aparılması;
yol hərəkəti qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi;
yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi;
yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sisteminin
təşkil edilməsi və s.
Beləliklə, daxili işlər sahəsində idarəetmə müstəqil və spesifik sahə olaraq aparılan
hüquqi dövlət quruculuğu sahəsində müxtəlif xüsusi tədbirlərin həyata keçirilməsində
mühüm vəzifəni yerinə yetirir.
Daxili işlər sahəsində idarəetmə dövlət idarəetməsinə xas olan xüsusiyyətlərlə yanaşı,
özünəməxsus xüsusiyyətlərə də malikdir. Bu sahədə idarəetmə hüquq mühafizə kimi
səciyyəvi cəhəti ilə xarakterizə olunur. Onun fəaliyyəti qanunların və qanun qüvvəli aktların
həyata keçirilməsinə, hüquqpozmaların xəbərdar edilməsinə və qarşısının alınmasına,
vətəndaşların hüquqlarının və azadlıqlarının və onların üzərinə qoyulmuş vəzifələrin həyata
keçirilməsi üçün şəraitin yaradılmasına, vətəndaşlarda hüquq düşüncəsinin tərbiyə
edilməsinə, hüquq normalarına və qüvvədə olan qanunvericiliyə hörmətlə yanaşmalarına
yönəlmişdir.
Daxili işlər sahəsində dövlət idarəetməsinin xüsusiyyətləri aşağıdakılardır:
daxili işlər orqanları ictimai qaydanı bilavasitə təcrübi olaraq öz qüvvə və
vasitələri ilə təmin edirlər;
daxili işlər orqanlarının əməkdaşları xidmət üzrə onlara tabe olmayan şəxslərə təsir
etmək imkanına malikdirlər;
daxili işlər orqanlarının ayrı-ayrı xidmətləri (polis, yanğından mühafizə və s.)
qanunla təhqiqat funksiyaları ilə təmin edilir , əməliyyat axtarış və cinayət-prosessual
məcburiyyət tədbirləri həyata keçirə bilərlər;
daxili işlər orqanlarında dövlət idarəetməsi başqa orqanlara xas olmayan
özünəməxsus fəaliyyət formaları ilə həyata keçirilir (əməliyyat-axtarış fəaliyyəti və s.);
daxili işlər orqanları geniş həcmdə inzibati-nəzarət funksiyalarını həyata keçirir
(ictimai qayda, pasport-qeydiyyat sistemi, icazə sistemi və s.);
daxili işlər orqanlarında dövlət xidmətinin aparılmasının tam özünəməxsus
xüsusiyyətləri vardır (xüsusi hazırlıq, xüsusi rütbələrin verilməsi, xüsusi intizam və s.).
Daxili işlər sahəsində idarəetmənin xüsusi (sahəvi) prinsipləri aşağıdakılardır:
a) qanunçuluq prinsipi dövlət idarəetməsinin və daxili işlər sahəsində idarəetmənin
ə
sas prinsipidir. D O-da qanunçuluq prinsipi bütün əməkdaşlar tərəfindən qanunlara və
onlara əsaslanan qanun qüvvəli normativ-hüquqi aktlara, eləcə də D N-in normativ aktlarına
dəqiq və düzgün riayət olunması ilə ifadə edilir.
b) peşə sirri ilə aşkarlığın uzlaşdırılması prinsipi. Polisin fəaliyyəti cəmiyyətdə açıq və
aşkar surətdə həyata keçirilir və müvafiq ərazidə ictimai qaydanın qorunmasının vəziyyəti
haqqında müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. Bunun üçün kütləvi informasiya
16
vasitələrindən istifadə olunur. Qeyd etmək lazımdır ki, daxili işlər orqanları tərəfindən
vəzifələrin uğurla yerinə yetirilməsi bir sıra hallarda aşkarlığın peşə sirri ilə uzlaşdırılması
zərurətini yaradır və bir sıra tədbirlərin gizli qaydada reallaşdırılması ilə bağlı olur.
Gizli şəraitdə bir sıra tədbirlərin reallaşdırılması ictimai qaydaınn maksimum və
effektiv təmin edilməsinə xidmət edir. Bu hal daxili işlər orqanlarının təşkili və fəaliyyətinin
demokratik xarakterinə zidd deyil.
v) subordinasiya prinsipi daxili işlər orqanları əməkdaşları arasında tabeliçilik
münasibətlərini ciddi olaraq tənzimləyir . Bu münasibətlər kiçik rütbəli əməkdaşların yüksək
rütbəli əməkdaşlara tabe olmaları, eləcə də əməkdaşların bilavasitə və yuxarı rəislərinə
tabeçiliyi və xidməti intizama dəqiq riayət etmələri əsasında qurulur. Xidməti tabeçilik daxili
işlər orqanlarının normal fəaliyyəti üçün əsas şərtlərdən biridir. D O-da intizam ″Daxili işlər
orqanlarının
ntizam
Nizamnaməsi″nə
uyğun
olaraq
qurulur.
Subordinasiya prinsipinin həyata keçirilməsinə təkbaşçılıq prinsipinə dəqiq riayət etməklə
nail olmaq olur.
Subordinasiya prinsipi müzakirə edilən məsələlərdə təkbaşçılığın kollegiallıqla
uzlaşdırılmasını nəzərdə tutur. Bunun geniş yayılmış formalarına müxtəlif növ xidməti
iclasların keçirilməsini misal göstərmək olar. D O əməkdaşları xidməti zərurətlə bağlı təcili
qərar qəbul etmək və yubanmadan hərəkət etmək məcburiyyətində olurlar. Burada fəallıq,
cəsarət, bacarıq və operativlik bir sıra hallarda həlledici rol oynayır.Qeyd olunan hərəkətlərin
vaxtında həyata keçirilməsi qarşıya qoyulmuş məqsədə nail olmanı təmin edir. D O
ə
məkdaşlarının operativ müstəqilliyi konkret hüquqi göstərişin həyata keçirilməsi üçün daha
effektiv, məqsədəuyğun, münasib, səmərəli vasitə və metodların seçilməsində özünü əks
etdirir. Belə hallarda qanun əməliyyat aparatı əməkdaşlarına operativ surətdə məqsədəuyğun
və əlverişli qərar seçmək hüququ verir. D O-nun istənilən əməkdaşı tərəfindən operativ
qərarın qəbul edilməsində profesional intuisiya və abstrakt düşüncə deyil, elm və yaradıcılıq
ə
sas götürülməlidir.Operativlik elmilik, səmərəlilik və optimallıq prinsipləri ilə qarşılıqlı
ə
laqədə olmalıdır.
q) insan və vətəndaş hüquq və azadlıqlarına hörmət daxili işlər orqanları (polisin)
fəaliyyətinin əsas prinsiplərindəndir. Bu prinsip Azərbaycan Respublikası ″Polis haqqında″
Qanununun 4-cü maddəsinin 1-ci bəndində və Azərbaycan Respublikasının Daxili şlər
Nazirliyi haqqında Əsasnamənin 2.1 maddəsində öz əksini tapmışdır. Respublikamızda
insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması sahəsində dövlət tərəfindən bir
sıra tədbirlər həyata keçirilmişdir . Belə ki, 22 fevral 1998 tarixli ″ nsan və vətəndaş hüquq
və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında″ Azərbaycan Respublikası
Prezidenti Fərman vermişdir. Bu fərmanda deyilir:
″
.... Azərbaycan Respublikasının Prokurorluğu, Daxili şlər və Milli Təhlükəsizlik
Nazirliklərinə tapşırılsın və Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin
ki, təhqiqat, istintaq və məhkəmə orqanları tərəfindən insan hüquqları sahəsində
qanunvericiliyin tətbiqi təcrübəsi ümumiləşdirilsin, insan hüquq və azadlıqlarının pozulması
hallarının aradan qaldırılması təmin olunsun.
5. Azərbaycan Respublikasının Ədliyyə, Daxili
ş
lər, Milli Təhlükəsizlik
Nazirliklərinə və Azərbaycan Respublikasının Prokurorluğuna tapşırılsın ki, azadlıqdan
məhrum edilmiş və ibtidai istintaq zamanı həbsə alınmış şəxslərin saxlanılması şəraitinin
yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirsinlər...″
17
Cinayətkarlığa qarşı mübarizə və hüquqpozmaların xəbərdar edilməsi sahəsində polis
ə
məkdaşları qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məcburetmə təsir
tədbirlərini tətbiq edərkən insan və vətəndaş hüquq və azadlıqlarına hörmətlə
yanaşmalıdırlar. Əks halda polisin cəmiyyət qarşısında nüfuzu aşağı düşər və vətəndaşlarla
qarşılıqlı münasibəti zəifləyə bilər. Digər tərəfdən belə hərəkətlərə yol verən polis əməkdaşı
qanun qarşısında məsuliyyət daşımalıdır.
ğ
) D O-nun fəaliyyətində vətəndaşlar, orqan və ictimai birliklərlə qarşılıqlı əlaqə
prinsipi
D O fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq D O ilə vətəndaşlar arasında
qarşılıqlı əlaqənin aşağıdakı formaları mövcuddur:
polisin ştatdankənar əməkdaşı qismində ;
hal şahidləri qismində və s. formada iştirak.
D O-nun vətəndaşlarla, orqan və ictimai birliklərlə qarşılıqlı əlaqəsinə başqa formaları
da göstərmək olar. Məsələn, müxtəlif məzmunda mühazirələrin oxunması, yeni qəbul
olunmuş qanunların izah edilməsi.
d) Avtoritarlıq prinsipi D O-nun fəaliyyətində daha qabarıq şəkildə özünü biruzə verir.
Avtoritarlıq bir tərəfdən hakim iradənin formalaşmasını, digər tərəfdən ona sözsüz tabeçiliyi
tələb edir. Nüfuz və tabeçilik dövlət idarəetmə prosesində yaranan münasibətləri
möhkəmləndirir. Daxili işlər sahəsində idarəetmə nüfuz və tabeçilik əsasında ardıcıl olaraq
həyata keçirilir. .
N Ə T C Ə
Mühazirənin mövzusunun planını təşkil edən sualların açıqlanması vasitəsi ilə əldə
etdiyiniz nəzəri biliklərin mahiyyəti və əhəmiyyəti ondan ibarətdir ki, Sizin hər biriniz
müvafiq bir hüquq mühafizə orqanlarında xidmət göstərəcəksiniz və həmin xidmətin həyata
keçirilməsi zamanı idarəetmənin mövcud olan elementləri simasında çıxış edəcəksiniz. kinci
tərəfdən isə öz xidməti vəzifələrinizi yerinə yetirən zaman idarəetmənin və dövlət
idarəetməsinin qarşısında duran vəzifələrin yerinə yetirilməsində qanunçuluq və dövlət
intizamına ciddi riayət etmiş olacaqsınız.
Hüquq mühafizə orqanlarının hər bir əməkdaşı, o cümlədən də Siz necə bir gələcəyin
ali təhsilli hüquqşünasları kimi bu mövzu vasitəsi ilə əldə etdiyiniz anlayışlara və əsas
müddəalara riayət etməklə, onların tələblərini yerinə yetirməklə birinci növbədə idarəetmə
və dövlət idarəetməsi sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsinə, ikinci
növbədə isə xidmət göstərəcəyiniz sahənin qarşısında duran vəzifələrin yerinə
yetirilməsinə nail olmuş olacaqsınız.
Mühazirəni yekunlaşdıraraq qeyd etmək istərdim ki, mühazirə prosesində əldə
etdiyiniz nəzəri bilikləri, ümumi anlayışları, əsas müddəaları dərindən mənimsəməklə və
onları təcrübədə düzgün tətbiq etməklə, Azərbaycan Respublikası Prezidentinin 09 avqust
1994-cü il tarixli ″Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq
qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında″ və 22 fevral 1998-ci il tarixli ″ nsan və
vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında″
Fərmanlarından irəli gələn tələblərin yerinə yetirilməsinə nail olmuş olarsınız.
|