Sual 2.
nzibati hüquq münasibətlərin quruluşu və növləri
Birinci sualda qeyd etdiyimiz kimi, inzibati hüquq münasibətləri dövlət idarəetmə
sahəsində yaranan və inzibati hüquq normaları vasitəsi ilə tənzimlənən ictimai
münasibətlərdir. Göstərdiyimiz kimi, inzibati hüquq münasibətləri ümumilikdə hüquq
münasibətlərinin növlərindən biri olduqları üçün onlara (hüquq münasibətlərinə) xas olan
bütün ümumi əlamətlərə malikdirlər. Bununla yanaşı, inzibati hüquq münasibətlərin
özünəməxsus xüsusiyyətləri mövcuddur.
Bu xüsusiyyətlər ondan ibarətdir ki, inzibati hüquq münasibətləri dövlət idarəetməsi
sahəsində yaranır, yəni iqtisadiyyatın, sosial-mədəni və inzibati-siyasi sahələrin idarə
edilməsində, həmçinin də digər dövlət idarəetmə sahələrində idarəetmə fəaliyyətinin həyata
keçirilməsi zamanı meydana çıxır.
62
nzibati hüquq münasibətləri inzibati hüquq normaları kimi də daxili quruluşa
malikdirlər.
nzibati hüquq münasibətlərin elementləri (əsas hissələri) aşağıdakılardır:
•
nzibati hüquq münasibətlərin subyektləri;
•
nzibati hüquq münasibətlərin obyektləri;
•
nzibati hüquq münasibətlərin hüquqi faktları.
ndi isə bu elementlərin hər birini ayrı-ayrılıqda açıqlayaq.
1. nzibati hüquq münasibə tlə rin subyektlə ri inzibati hüquq və və zifə lə rə malik
olan şə xslə r ola bilə rlə r.
nzibati hüquq münasibətlərin subyektləri aşağıdakılardır:
•
Azərbaycan Respublikasının vətəndaşları;
•
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
•
dövlət orqanları və onların struktur bölmələri, dövlət idarə, müəssisə və
təşkilatları;
•
qeyri-hökumət təşkilatları;
•
dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının qulluqçuları və xidmətçiləri;
•
inzibati hüquqlara və vəzifələrə malik olan qeyri-hökumət təşkilatlarının üzvləri.
Bütün hallarda inzibati hüquq münasibətlərin subyektləri inzibati hüquqlara və
vəzifələrə malik olmalıdırlar. Bu da onların inzibati hüquq subyektivliyini yaradır. nzibati
hüquq subyektivliyi inzibati hüquq qabiliyyətindən və inzibati fəaliyyət qabiliyyətindən
ibarətdir.
nzibati hüquq qabiliyyəti dedikdə vətəndaşın dövlət idarəetmə sahəsində inzibati
hüquqları və vəzifələri daşımaq (sahib olmaq) qabiliyyəti başa düşülür.
nzibati fəaliyyət qabiliyyəti dedikdə müəyyən yaş həddinə çatmaqla vətəndaşa dövlət
idarəetmə sahəsində verilmiş hüquqları öz hərəkətləri ilə həyata keçirmək, üzərinə qoyulmuş
vəzifələri yerinə yetirmək, bunun nəticəsində yeni hüquq və vəzifələr əldə etmək və öz
davranışına görə hüquqi məsuliyyət daşımaq qabiliyyəti başa düşülür.
Azərbaycan Respublikasının vətəndaşlarında inzibati hüquq subyektivliyi onların
doğulduğu vaxtdan yaranır və ölümləri ilə xitam olunur. Dövlət orqanlarında, müəssisələrdə,
idarələrdə, təşkilatlarda və başqa dövlət bölmələrində isə onların müəyyən edilmiş qaydada
təsis olunduqları (təşkil edildikləri) gündən yaranır.
Dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının qulluqçularında inzibati hüquq
subyektivliyi isə onların vəzifəyə təyin olunduqları gündən yaranır.
nzibati hüquq normaların tənzimlənməsinin ümumi obyektini başqa hüquq
normalarında olduğu kimi, ictimai münasibətlər, bilavasitə obyektini isə ictimai
münasibətlərdə iştirak edən subyektlərin davranışları təşkil edir.
Hər bir konkret inzibati hüquq münasibətdə iştirakçılar hüquq münasibətlərinin
obyektini təşkil edən və onlara verilmiş hüquqları və üzərinə qoyulmuş vəzifələri həyata
keçirirlər.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki:
2. nzibati hüquq münasibətlərin obyektini həmin münasibətlərin yaranma səbəbi
təş kil edir.
nzibati hüquq münasibətlərin obyektlərinin iki növü mövcuddur:
63
a) subyektin(lərin) qanunauyğun davranışı nəticəsində yaranan inzibati hüquqi
münasibətlər (məsələn, şəxsiyyət vəsiqəsinin alınması ilə əlaqədar vətəndaşın D O-ya
müraciəti);
b) subyektin(lərin) qanunazidd davranışı(ları) nəticəsində yaranan inzibati hüquqi
münasibətlər (məsələn, vətəndaşın inzibati xəta törətməsi).
nzibati hüquq münasibətlərin yaranmasında, dəyişməsində və xitam olunmasında
hüquqi faktlar əsas rol oynayırlar.
3. Hüquqi faktlar elə faktlardır ki, onlar inzibati-hüquqi nəticələr yaradırlar.
nzibati hüquq münasibətləri inzibati hüquq normaları ilə nəzərdə tutulmuş şəraitin
mövcud olduğu hallarda yaranır, dəyişir və xitam olunur. Bunlar hüquqi faktlardır. Hüquqi
faktlar kimi, bir qayda olaraq, hərəkət, bəzi hallarda isə hadisə çıxış edir.
Hadisələr bu, elə təzahürlərdir ki, onlar şəxslərin (fərdlərin) iradəsindən, davranışından
asılı olmayaraq yaranırlar.
Hər bir inzibati hüquqi münasibətlər onun iştirakçısının hüquq və vəzifələrinin
müəyyən edilmiş qarşılıqlı əlaqələridir. nzibati hüquqi normalar qabaqcadan tərəflərin
səlahiyyətlərinin həcmini, onların qarşılıqlı hüquq və vəzifələrini, həm də vəzifələrin yerinə
yetirilməməsinə və ya hüquqlarının pozulmasına görə hüquqi məsuliyyətlərini müəyyən
edirlər. Subyektlərin birinin subyektiv hüququna görə səlahiyyətləri həmişə başqasının
(digərinin) hüquqi vəzifəsinə uyğun olmalıdır və əksinə.
Hərəkətlər hüquqi fakt kimi subyektin iradəsinin ″aktiv″ ifadə edilməsinin nəticəsidir.
NZIBATI HÜQUQ MÜNASIBƏ TLƏ RIN NÖVLƏ RI
nzibati hüquq münasibətləri öz məzmunlarına, onların iştirakçılarının hüquq və
vəzifələrinin nisbətinə, onları yaradan hüquqi faktların xarakterinə və onların mühafizə
üsullarına görə fərqlənirlər.
1. nzibati hüquq münasibə tlə ri hüquqi mə zmununa görə iki yerə bölünürlə r:
•
maddi inzibati hüquq münasibətləri;
•
prosessual inzibati hüquq münasibətlər.
Maddi inzibati hüquq münasibətləri dedikdə, dövlət idarəetmə sahəsində yaranan o
ictimai münasibətlər başa düşülür ki, onlar inzibati hüququn maddi normaları ilə tənzimlənir.
Prosessual inzibati hüquq münasibətləri dedikdə isə dövlət idarəetmə sahəsində yaranan
o ictimai münasibətlər başa düşülür ki, onlar konkret fərdi işin həlli ilə bağlı olur və inzibati
hüququn prosessual normaları ilə tənzimlənir.
nzibati prosessual münasibətlərə misal olaraq vətəndaşların ərizə, təklif və
ş
ikayətlərinin dövlət idarəetmə orqanları və onların vəzifəli şəxsləri tərəfindən baxılması və
həll edilməsi zamanı yaranan hüquq münasibətlərini göstərmək olar.
Maddi və prosessual inzibati hüquqi münasibətlərin qarşılıqlı əlaqəsi onunla
xarakterizə olunur ki, maddi münasibətlər prosessual münasibətlər vasitəsi ilə yerinə
yetirilirlər. Bundan əlavə inzibati prosessual münasibətlər hüququn bir sıra başqa sahələrinin
hüquq münasibətlərinə xidmət edir, onların yerinə yetirilməsini təmin edirlər. Məsələn,
inzibati prosessual münasibətlərin vasitəsi ilə maliyyə, əmək və hüququn başqa sahələrinin
maddi münasibətləri realizə olunurlar.
2. nzibati hüquq münasibətlərini yaradan hüquqi faktlar öz xarakterlərinə görə
iki yerə bölünürlər:
•
qanunauyğun hərəkətlər əsasında yaranmış (meydana gəlmiş) inzibati hüquqi
münasibətlər;
64
•
qanunazidd hərəkətlər əsasında yaranmış (meydana gəlmiş) inzibati hüquqi
münasibətlər.
Qanunauyğun hərəkətlər inzibati-hüquqi normaların tələbinə uyğun olur. nzibati
hüquq münasibətlərin iştirakçıları olan subyektlərin qanunauyğun hərəkətlərini hüquqi fakt
kimi göstərmək olar. Məsələn, vətəndaş tərəfindən şikayətin verilməsi ilə onunla ərizənin
ünvanlandığı icra hakimiyyəti orqanı (vəzifəli şəxs) arasında konkret inzibati hüquqi
münasibət yaranır.
Hüquqi faktların inzibati hüquqa, əsasən, xüsusiyyəti ondan ibarətdir ki, hüquqi
hərəkətlərin əsas növləri icra hakimiyyəti subyektlərinin hüquqi aktları hesab edilirlər. Qəbul
edilmiş bu hüquqi aktlar fərdi xarakter daşıyır, yəni onlar konkret ″ünvançıya″ və ya inzibati
işə aid olurlar. Onların birbaşa hüquqi nəticələri inzibati hüquq münasibətlərin yaranması,
dəyişməsi və ya xitam olunmasıdır. Məsələn, vəzifəyə təyin etmə haqqında əmr, həmin
şə
xsin dövlət-qulluq münasibətlərinin yaranmasına səbəb olur.
Qanunazidd hərəkətlər isə inzibati hüquq normaların tələblərinə cavab vermir, yəni
onların tələblərini pozur. Bunlar intizam və inzibati xətalardır, onlar dövlət idarəetmə sahəsi
üçün daha xarakterikdirlər.
3. Subyektlərin hüquq və vəzifələrinə və ya bir-birinə qarşı olan münasibətlərinə
görə inzibati hüquq münasibətləri iki qrupa bölmək olar:
nzibati hüquq münasibətlərinə görə bir subyekt o birinə tabe olur (şaquli xətt üzrə
subyektlərin hüquq münasibətləri, ″hakimiyyət-tabeçilik″);
nzibati hüquq münasibətlərinə görə subyektlər bir-birinin tabeçiliyində olmurlar (üfiqi
hüquq münasibətləri, əlaqələndirmə münasibətləri (koordinasiya və razılaşdırma)).
Birinci qrupa aid olan subyektlər inzibati hüquq münasibətlərinə görə tabeçilik
çərçivəsində biri-birinə tabe olurlar. Məsələn, aşağı səlahiyyətli orqanlar yuxarı səlahiyyətli
orqana tabe olurlar; dövlət idarəetmə orqanlarının struktur bölmələrinin öz aralarındakı
tabeçilik münasibətləri və s.
Ş
aquli xətt üzrə inzibati hüquq münasibətlər, inzibati hüquqi münasibətin bir
subyektinin normativ aktının icrası qanunvericiliyə uyğun olaraq, başqa subyekt üçün
məcburi xarakter daşıyan hallarda da yaranır. Belə ki, çox vaxt dövlət idarəetmə orqanı
normativ akt qəbul etmək səlahiyyətinə malik olur, qəbul edilmiş akt yalnız onun bilavasitə
tabeçiliyində olan orqan və təşkilat üçün məcburi xarakter daşıyır, o, həm də onun
tabeçiliyində olmayan orqanlar, təşkilatlar, idarələr, müəssisələr, xidmətçilər və vətəndaşlar
üçün də məcburi xarakter daşıya bilər.
Ş
aquli xətt üzrə yaranan inzibati-hüquqi münasibətlər üçün bir tərəfin iradəsinin ifadə
edilməsi əsasında yaranması xarakterikdir, lakin onların yaranmasında onları yaradan orqan
və ya vəzifəli şəxsin səlahiyyətləri nəzərə alınır. Şaquli inzibati hüquq münasibətləri hüquq
münasibətinin başqa subyektinin iradəsindən kənar və ya asılı olmayaraq da yarana bilər.
kinci qrupa aid olan subyektlər isə inzibati hüquq münasibətlərinə görə bir-birinə tabe
olmurlar. Məsələn: dövlət idarəetmə sistemində elə münasibətlər vardır ki, bu münasibətlərin
iştirakçıları olan idarə, müəssisə, təşkilatlar öz quruluşlarına görə bir-birinə tabe deyillər,
lakin dövlət idarəetmə sistemində onlar eyni bir vəzifəni yerinə yetirən zaman onların hər
biri ayrı-ayrılıqda öz hüquq və vəzifələrini həyata keçirirlər.
4. Müdafiə üsullarına görə inzibati hüquq münasibə tlə r inzibati və mə hkə mə
qaydasında müdafiə olunan inzibat hüquq münasibə tlə rə bölünürlə r.
65
nzibati hüquq münasibətlər inzibati hüquq münasibəti iştirakçılarının inzibati hüquqi
normalarda ifadə olunan tələblərə uyğun davranışıdır. Bu tələblərin pozulması hallarında,
onların inzibati və ya məhkəmə qaydasında müdafiəsinin zərurəti yaranır.
nzibati hüquqi münasibətlərin əksəriyyəti inzibati hüququn subyektlərinin
qanunauyğun hərəkətlərindən, əsasən də fəal (aktiv) hərəkətlərindən yaranır. nzibati hüquqi
münasibətlərin bir hissəsi də hüquqpozmaların törədilməsi ilə əlaqədar olaraq yaranır.
Məsələn: polis ilə hüquqpozmanı törətmiş vətəndaş arasında yaranan münasibətlər.
nzibati hüquqi münasibətlərin müdafiəsindən söz açarkən hər iki halda yaranan
münasibətlərdən danışmaq lazımdır.
Qanunauyğun hərəkətlər əsasında yaranan inzibati hüquq münasibətlərin müdafiəsi
onların qanunvericiliyə muvafiq olan dəqiq inkişafının təmin edilməsindən ibarətdir.
Hüquqpozmalar əsasında yaranan inzibati hüquqi münasibətlərin müdafiəsinə isə
aşağıdakı tələblər qoyulur:
•
qanunvericiliyin tələblərinə uyğun olaraq onların inkişafı və xitam olunması;
•
şəxsin hüquqlarının müdafiəsinin təmin edilməsi;
•
qanunvericilikdə göstərilən məcburetmə tədbirlərinin prosessual qaydalara ciddi
riayət edilməsi ilə tətbiq edilməsi.
Bu tədbirlərdən istənilən formada yayınmanın qarşısı qətiyyətlə alınmalıdır. Bu qrupa
aid olan inzibati hüquqi münasibətlərin də müdafiəsi bundan ibarətdir.
Qeyd etdiyimiz kimi, qanunvericilikdə inzibati hüquqi münasibətlərin müdafiəsinin
iki üsulu inzibati və məhkəmə üsulları müəyyən edilmişdir.
nzibati hüquq münasibətlərin inzibati qaydada müdafiəsi icra hakimiyyəti orqanları
(vəzifəli şəxslər) tərəfindən vətəndaşların şikayətlərinə və ərizələrinə baxılmasından və
inzibati hüquq münasibətlərin yaranmasına, dəyişməsinə və xitam olunmasına nəzarətin
həyata keçirilməsindən ibarətdir. Məsələn: qəbul edilmiş qərarların icrasına nəzarətin
keçirilməsi dövlət orqanlarının vəzifəsidir; ali hakimiyyət orqanları tərəfindən vəzifəyə təyin
edilmiş vəzifəli şəxslər onlara qarşı tətbiq edilmiş intizam tənbehləri barədə şikayəti yalnız
yuxarı instansiya orqanlarına verə bilərlər.
nzibati hüquq münasibətlərin məhkəmə qaydasında müdafiəsi - dövlət orqanlarının və
vəzifəli şəxslərin qərarlarından (hərəkətlərindən və hərəkətsizliklərindən) verilmiş şikayətlər
məhkəmə qaydasında baxıla bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının
Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə
müdafiəsinə təminat verilməsi barədə müvafiq müddəalar mövcuddur. Azərbaycan
Respublikasının vətəndaşlarının şikayət vermə qaydası ″Vətəndaşların hüquq və azadlıqlarını
pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında″
Azərbaycan Respublikasının 11 iyun 1999-cu il tarixli Qanunu ilə tənzimlənmişdir.
kinci sualı yekunlaşdıraraq qeyd etmək istərdim ki:
1.
nzibati hüquq münasibətlərinin elementləri (əsas hissələri) aşağıdakılardır:
•
nzibati hüquq münasibətlərin subyektləri;
•
nzibati hüquq münasibətlərin obyektləri;
•
nzibati hüquq münasibətlərin hüquqi faktları.
2. nzibati hüquq münasibətləri hüquqi məzmununa görə iki yerə bölünürlər:
•
maddi inzibati hüquq münasibətləri;
•
prosessual inzibati hüquq münasibətləri.
3. Onları yaradan hüquqi faktların xarakterinə görə:
66
•
qanuna uyğun faktlar əsasında yaranan inzibati hüquq münasibətlər;
•
qanuna zidd faktlar əsasında yaranan inzibati hüquq münasibətlər
4. Müdafiə üsuluna görə:
•
inzibati qaydada müdafiə olunan;
•
məhkəmə qaydasında müdafiə ounan inzibati hüquq münasibətləri.
Sual 3.
D O-nun fəaliyyətində inzibati hüquqi münasibətlər
D O-nun qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi prosesində daxili işlər
orqanları inzibati-hüquqi tənzimlənmə mexanizminin vasitələrindən istifadə edirlər.
Daxili işlər orqanları və onun vəzifəli şəxsləri özlərinin bilavasitə funksiyalarını
həyata keçirərkən inzibati hüquq normaların həyata keçirilməsi üçün özünün tətbiqetmə
aktlarını qəbul edir.Daxili işlər orqanları və onun vəzifəli şəxsləri öz vəzifələrini həyata
keçirərkən və yaxud da inzibati hüququn başqa subyektləri ilə hüquqi münasibətlər
yaradarkən bu münasibətdə olan iştirakçıların hüquq və vəzifələrinin mövcudluğu əsas amil
olmalıdır, yəni onların mövcud olması vacibdir. Çünki inzibati hüquq münasibətdə olan
subyektin birinin hüququ o birisinin vəzifəsinin yerinə yetirilməsini tələb edir və ya əksinə,
yəni bir subyekt öz vəzifəsini yerinə yetirməklə o birisinin hüququnun həyata keçirilməsini
təmin etmiş olur.D O-nun fəaliyyətində inzibati hüquq münasibətdə olan subyektlərin
hüquqlarından və vəzifələrindən asılı olaraq subyektlərin biri o birinə tabe olur və yaxud da
onların olduqları münasibətdən asılı subyektlər eyni hüquqa və vəzifəyə malik olurlar.
nzibati-hüquqi tənzimlənmə mexanizmində D O-nun əməkdaşları elə inzibati hüquqi
münasibətlərdə olurlar ki, həmin münasibətlərdə D O-nun əməkdaşları dövlət nümayəndəsi
kimi iştirak edirlər, yəni onlar öz vəzifələrini yerinə yetirərkən dövlət adından çıxış edirlər.
D O-nun əməkdaşları dövlət-hakimiyyət səlahiyyətinə malikdirlər. Bu da ki, inzibati-
hüquqi tənzimləmə mexanizmində onların qarşısında duran vəzifələrin yerinə yetirilməsinə
kömək edir. Bu mexanizmin həyata keçirilməsi ilə onlar ictimai qaydanın qorunması və
ictimai təhlükəsizliyin təmin edilməsini həyata keçirirlər. Daxili işlər orqanlarının
ə
məkdaşları həm də ictimai qaydaların pozulmasının qarşısını alırlar. Bu cür qaydaların
pozulmasına şərait yaradan səbəbləri aydınlaşdırır və gələcəkdə onların yenidən
törədilməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirirlər.
Bundan başqa vətəndaşlar tərəfindən ictimai qayda pozularsa, onda həmin vətəndaşlar
D O-nun əməkdaşları tərəfindən inzibati qanunvericiliklə müəyyən edilmiş hallarda və
qaydada tutulub saxlanılır və inzibati məsuliyyətə cəlb olunurlar. Hər bir vətəndaş isə
Respublikamızda mövcud olan qayda-qanunlara riayət etməli və D O-nun əməkdaşlarının
qanuni tələblərinə tabe olmalıdırlar.
Daxili işlər orqanları ilə vətəndaşlar arasında yaranan inzibati-hüquqi münasibətlərdə
hər iki tərəf çox vaxt eyni hüquq və vəzifəyə malik olurlar.Məsələn, hər iki vətəndaşdan biri
özünün hüquq və qanuni marağını həyata keçirmək üçün və yaxud da pozulmuş hüquq və
qanuni marağını bərpa etmək üçün D O-nun əməkdaşlarına müraciət edə bilər. Daxili işlər
orqanlarının əməkdaşları isə hər bir vətəndaşın müraciətinə bir vaxtda öz səlahiyyətləri
çərçivəsində baxmalıdırlar. Əgər vətəndaşın hüquq və qanuni marağı pozulubsa, tezliklə
onun bərpasını təmin etməlidirlər.
Bundan başqa əgər vətəndaş daxili işlər orqanlarına ərizə ilə müraciət edibsə, D O-nun
ə
məkdaşları vətəndaşın bu ərizəsinə qanunla müəyyən edilmiş qaydada baxmalı və vaxtında
67
cavab verməlidirlər. Vətəndaşın ərizəsində qanun pozuntusu aşkar edilərsə, pozulmuş qanun
tezliklə bərpa olunmalıdır.
Vətəndaş daxili işlər orqanlarına ərizə ilə müraciət edibsə, D O-nun əməkdaşları
həmin ərizəni vaxtında həll etməlidirlər. Əgər həll edilmə vaxtı pozurlarsa və yaxud da
ə
rizəyə baxılmazsa, onda D O-nun əməkdaşları inzibati və yaxud cinayət məsuliyyətinə cəlb
olunmalıdırlar.
Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə almaqla D O-nun fəaliyyəti
sahəsində yaranan, dəyişən və xitam olunan aşağıdakı növ inzibati hüquq münasibətləri qeyd
etmək olar:
1.
sistemdaxili münasibətlər, - bu elə münasibətlərdir ki, onların yaranması, dəyişməsi
və xitam olunması daxili işlər orqanlarının sistemində baş verir (məsələn, yeni qurumun
yaradılması, kadrların yerləşdirilməsi və s.);
2.
xarici münasibətlər, yəni sistemdənkənar münasibətlər, - bu elə növ
münasibətlərdir ki, onların yaranması, dəyişməsi və xitam olunması D O-nun qarşısında
duran vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar baş verir (yəni D O-nun sistemindən
kənarda). Məsələn: inzibati xəta törətmiş vətəndaşın məsuliyyətə cəlb edilməsi zamanı
yaranan inzibati hüquq münasibətlər, vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməsi ilə əlaqədar
yaranan inzibati hüquq münasibətləri və s.;
3.
şaquli (hakimiyyət-tabeçilik) münasibətləri, məsələn: Azərbaycan Respublikası
D N və Polis Akademiyası arasında yaranan münasibətlər və s.;
4.
üfiqi (razılaşdırma və koordinasiya) münasibətləri. Məsələn: Nəsimi RP və Səbail
RP arasında yaranan münasibətlər və s.
N Ə T C Ə
Mühazirəmizi yekunlaşdıraraq qeyd etmək istərdim ki, bu günkü mühazirəmizin
mövzusunun sullarının açıqlanması vasitəsi ilə əldə etdiyimiz hüquqi biliklərin Sizin gələcək
fəaliyyətinizdə həm nəzəri, həm də təcrübi cəhətdən böyük əhəmiyyəti vardır.
Mühazirəmizin birinci sualının açıqlanması vasitəsi ilə dövlət idarəetmə sahəsində
yaranan inzibati-hüquqi münasibətlər, onların əsas xüsusiyətləri və qanunverici aktların
maddələrindən irəli gələn tələblərə müvafiq olaraq onların mühafizəsi barədə nəzəri biliklər
ə
ldə etmiş oluruq.Mühazirəmizin ikinci sualının açıqlanması vasitəsi ilə isə dövlət idarəetmə
sahəsində yaranan inzibati hüquq münasibətlərin quruluşu, onun quruluşunu təşkil edən
elementlər, inzibati hüquqi münasibətlərin növləri barədə nəzəri biliklər əldə etmiş
oluruq.Ən nəhayət, mühazirəmizin üçüncü sualı vasitəsi ilə D O-nun fəaliyyətində yaranan
inzibati-hüquqi münasibətlər haqqında da nəzəri biliklər əldə etmiş olduq.
″
Polis haqqında″ Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 2-ci bəndinə
ə
sasən polisin qarşısında duran əsas vəifələrin yerinə yetirilməsində daxili işlər orqanlarının
təşkilati-hüquqi formalarından biri olan inzibati fəaliyyətin həyata keçirilməsi zaman daxili
işlər orqanları müxtəlif xarakterli inzibati hüquq münasibətlərlə olurlar. Bu məqsədlə də bu
günkü mühazirəmizin mövzusunun mahiyyəti ondan ibarətdir ki, Siz onların yaranma,
dəyişmə və xitam olunmalarının əsaslarını və qaydaları barədə ətraflı məlumat əldə etdiniz.
Mühazirəmizin mövzusunu mənimsəməklə Siz, AR Konstitusiyasının 12-ci
maddəsində dövlətin ali məqsədi kimi müəyyən edilmiş ″ nsan və vətəndaş hüquqlarının və
azadlıqlarının yerinə yetirilməsi″ndə hüquq mühafizə orqanlarının üzərinə düşən vəzifələrin
daha da səmərəli və qanunçuluğun tələblərinə müvafiq olaraq yerinə yetirilməsinə nail olmuş
olarsınız.
|