Hipoteza – inzibati hüquq normanın quruluşunun bir elementi kimi o, özündə həmin
normanın realizəsinin faktiki şərtlərini əks etdirir, yəni o, özündə bilavasitə təsir etdiyi
ictimai münasibətləri əks etdirir və bu təsir də konkret hüquq münasibətini yaradır.
Dispozisiya – inzibati hüquq normanın mərkəzi hissəsi olub, həmin hüquq norması
tərəfindən tövsiyə edilən, icazə verilən və ya qadağan edilən davranış qaydasını göstərir.
Sanksiya - inzibati hüquq normanın bir elementi kimi özündə hüquq normasını pozana
qarşı tətbiq edilən təsir tədbirlərini əks etdirir.
3. Hipotezanın üç növü mövcuddur:
sadə, yəni bir şərt (şərait) müəyyən edildikdə;
mürəkkəb, yəni iki və daha çox şərt (şərait) müəyyən edildikdə;
alternativ, yəni bu və ya digər hallardan asılı olaraq davranış qaydası müəyyən
edildikdə.
4. Dispozisiyanın 4 növü mövcuddur:
sadə;
48
təsviri;
göndərici;
blanket.
5.
Sanksiyanın üç növü var:
mütləq-müəyyən edilmiş sanksiya;
nisbi-müəyyən edilmiş sanksiya;
alternativ sanksiyalar.
Sual 2.
nzibati hüquq normaların növləri və onların xarakteristikası
nzibati hüquq normaları öz tənzimləyici istiqamətinə və müvafiq olaraq hüquqi
məzmununa görə müxtəlifdirlər. Onların təsnifatının müxtəlif meyarları mövcuddur. Bu
normaların 2 əsas növü daha ümumi xarakterə malikdir.
1. nzibati hüquq normaları öz məzmununa (tənzimləmə predmetinə) görə iki əsas
növə ayrılır:
¢ maddi inzibati hüquq normaları;
¢ prosessual inzibati hüquq normaları.
Maddi inzibati hüquq normaları. Bu elə normalardır ki, inzibati hüquqla tənzimlənən
idarəetmə münasibətlərinin iştirakçılarının hüquqlarını, vəzifələrini və məsuliyyətini
müəyyən edir (məs.: XM, mad.371.1 - ″Barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılan şəxsin hüquqları...″ (bunlara ″statik″ normalar deyirlər)), yəni faktiki olaraq onların
inzibati-hüquqi statusunu müəyyənləşdirir. Maddi inzibati hüquq normalarda o hüquqi rejim
öz ifadəsini tapır ki, bu recim çərçivəsində icra hakimiyyəti (dövlət idarəetməsi) fəaliyyət
göstərməlidir, tənzimlənən idarəetmə münasibətlərin iştirakçıları hərəkət etməlidir. Bu
normalara misal olaraq müvafiq vəzifəli şəxslərin müəyyən edilmiş vaxtda vətəndaşların
ş
ikayətinə baxmaq üçün vəzifələrini müəyyən edən normalar; icra hakimiyyətinin bu və ya
digər subyektin səlahiyyətlərinin əsasını müəyyən edən normalar və s. normaları göstərmək
olar. Beləliklə, maddi inzibati hüquq normaları icra hakimiyyəti subyektlərinin və müxtəlif
növ idarəetmə obyektlərinin qarşılıqlı təsirinin əsaslarını, onların qarşılıqlı hüquqi
imkanlarını müəyyən edir.
Prosessual inzibati hüquq normaları. Bu normalar elə normalardır ki, maddi
normalarda göstərilən hüquq və vəzifələrin həyata keçirilmə qaydaları və məsuliyyətin təyin
edilmə qaydasını nəzərdə tutur (müxtəlif hərəkətlərin görülmə qaydası göstərilib (məs.: XM,
mad. 423 - ″ nzibati xəta haqqında işə baxılması qaydası″). Bunlara ″dinamik″ normalar da
deyilir. Prosessual normalar dövlət idarəetməsinin dinamikasını və onunla bağlı olan
idarəetmə münasibətlərini tənzimləyir. Prosessual inzibati hüquq normaları vətəndaşların
ə
rizə və şikayətlərinin qəbulu, baxılması və həll edilməsi qaydalarını, inzibati xətalar
haqqında işlər üzrə icraatın aparılması qaydalarını və s. müəyyən edən normalardır. Onların
ə
sas təyinatı - tənzimlənən idarəetmə münasibətləri çərçivəsində maddi inzibati hüquq
normaları ilə müəyyən edilmiş hüquqi vəzifələrin və hüquqların həyata keçirilməsi qaydasını
(prosedurunu) müəyyən etməkdir. Nəzəriyyədə və təcrübədə qəbul olunmuş, proses və
prosessual fəaliyyət haqqında təsəvvürlərə müvafiq olaraq, onların hüquqi mahiyyətinə
diqqəti cəlb etmək lazımdır. Məsələn: cinayət və mülki prosesə münasibətdə. Bu əsasda
inzibati yurisdiksiya normalarını, yəni məhkəmədənkənar formada müxtəlif növ inzibati-
hüquqi mübahisələrin baxılması və həll edilməsi qaydalarını tənzimləyən normaları qeyd
etmək olar. Burada inzibati yurisdiksiyanın həyata keçirilməsi nəzərdə tutulur, yəni
49
təşkilatların və şəxslərin davranışına müstəqil hüquqi qiymət vermək üzrə və lazımi hallarda
inzibati məcburetmə xarakterli tədbirləri tətbiq etmək üzrə müvafiq idarəetmə orqanlarına
mənsub olan səlahiyyətlər (məs.: inzibati xətalar haqqında işlərin baxılması) müəyyən edilir.
Deməli, inzibati-yurisdiksiya normalarında ″hüquq mühafizəetmə″ əlaməti üzə çıxır.
Lakin idarəetmə fəaliyyəti yalnız yurisdiksiya ilə bitmir. Dövlət idarəetməsi
prosesində geniş istifadə olunan idarəetmə qərarlarının hazırlanması və qəbul edilmiş
qərarların qeydiyyatı, icazəvermə və digər funksiyaların da əhəmiyyəti böyükdür. Bu həm də
prosessual hərəkətlərdir.
Bu əlamətə görə gündəlik idarəetmə fəaliyyətinin bir çox istiqamətlərini qaydaya
salan, hər şeydən əvvəl isə idarəetmə aparatının praktiki işini tənzimləyən inzibati prosessual
normaları xüsusi qrupa inzibati prosedur normalarına ayırmaq olar. Buna misal olaraq,
iclasların reqlamentini tənzimləyən, onların iş planlarının formalaşmasının əsasını müəyyən
edən, qərarların hazırlanması və qəbulu, qəbul edilmiş qərarların qeydiyyata alınmasını
müəyyən edən normalar. nzibati hüquq normalarının hüquqi məzmunundan və ya
təyinatının xarakterindən asılı olaraq təsnifatı böyük əhəmiyyətə malikdir.
2. nzibati hüquq normaların hüquqi məzmununun xarakterinə görə aşağıdakı növləri
var:
¢ məcburedici normalar, hər hansı hərəkətlərin görülməsi vəzifəsini müəyyən edir
(məcbur edir) (məs: XM, mad. 427.1: ″ nzibati xəta haqqında iş üzrə qərar onun
baxılmasından dərhal sonra elan olunur″);
¢ qadağanedici normalar, müəyyən hərəkətləri qadağan edir (məs.: XM, mad. 69: -
″
Xırda talama″, mad. 296: - ″Xırda xuliqanlıq″);
¢ səlahiyyətverici normalar, müəyyən hərəkətlərin görülməsi üçün səlahiyyət verir
(məs.: XM, mad.21: - ″... hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta
törətmiş... şəxsi inzibati məsuliyyətdən azad edə bilər...″);
¢ həvəsləndirici normalar, müvafiq maddi və mənəvi təsir vasitələri ilə idarəetmə
münasibətlərinin iştirakçılarının davranışı tənzimlənir.
¢ məsləhətverici normalar, bu elə normalardır ki, onlar müxtəlif hərəkətlərin
görülməsini məsləhət edir.
3. Zamanda təsirinə görə inzibati hüquq normaları aşağıdakı növlərə bölünürlər:
¢ müddətli normalar, bu elə normalardır ki, onların qüvvədə olma müddəti
mövcuddur (məs.: Fövqəladə vəziyyət tətbiq edilməsi barədə Azərbaycan Respublikası
prezidentinin Fərmanı fövqəladə vəziyyət aradan qaldırıldıqdan sonra qüvvədən düşmüş
hesab olunur);
¢ müddətsiz normalar, bu elə normalardır ki, onlar daim qüvvədədirlər (məs.: Yol
hərəkəti qaydaları), yəni bunların qüvvədən düşməsi və yaxud dəyişdirilməsi üçün xüsusi bir
normativ akt qəbul edilməlidir.
4. Məkanda təsirinə görə inzibati hüquq normaları aşağıdakı növlərə bölünurlər:
¢ ümumdövlət normaları (məs. Azərbaycan Respub-likasının XM);
¢ muxtariyyət normaları (məs: Naxçıvan MR Nazir-lər Kabinetinin qəbul etdiyi
qərarlar);
¢ yerli normalar (məs.: Bakı şəhər icra hakimiyyəti başçısının qərarı);
¢ lokal normalar (məs.: Milli Aviasiya Akademiyası rektopunun əmri);
¢ xüsusi normalar (məs.: təbii fəlakət baş vermiş ərazinin miqyasında qüvvədə olan
normalar).
50
5. Fiziki şəxslərə təsirinə görə inzibati hüquq normaları aşağıdakı növlərə
bölünürlər:
¢ bütün vətəndaşlara şamil edilən normalar (məs.: pasport sisteminin qaydaları);
¢ vətəndaşların ayrı-ayrı kateqoriyalarına şamil edilən normalar (hərbi qulluqçular,
müdavimlər, həkimlər və s.).
Bu növ normalardan başqa inzibati qanunvericilikdə xüsusiləşdirilmiş normalar da
mövcuddur.
Tənzimləyici və mühafizəedici normalardan fərqli olaraq, onlar əlavə xarakter
daşıyırlar və məzmunca özlərində müəyyən davranış qaydasını müəyyən etmirlər.
6. Xüsusiləşdirilmiş normaların aşağıdakı növləri mövcuddur:
¢ təsbitedici normalar, ümumiləşdirilmiş şəkildə tənzimlənən münasibətlərin
müəyyən elementlərini ifadə edirlər (məs.: XM, mad. 32: - ″ nzibati tənbeh tətbiq etmənin
ümumi qaydası; mad. 34, 35: - ″Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar″ və s.);
¢ definitiv normalar, hüquqi anlayış və kateqoriyaların elmi ifadə olunmuş təriflərini
ə
ks etdirirlər (məs.: XM, mad.12: - ″ nzibati xəta anlayışı″; mad.13: - ″ nzibati xətanın
qəsdən törədilməsi″ və s.);
¢ prinsip normalar, müəyyən prinsip və vəzifələri əks etdirirlər (məs.: XM, 4-cü
mad. - ″Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri″; mad.
362: - ″ nzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri″).
Bundan başqa, bir çox inzibati-hüquqi normalar yalnız orqan, vəzifəli şəxs, idarə,
müəssisə, təşkilatların fəaliyyətini tənzimləyir. Nazirliklərin verdiyi aktlar əksər hallarda
yalnız bu nazirlik daxilində qüvvədə olur. Bununla belə bir sıra nazirliklər və dövlət
komitələri tərəfindən qoyulan qaydalar sahələrarası xarakter daşıyır və müxtəlif idarə,
müəssisə və təşkilatlar tərəfindən, onların tabeçiliyindən asılı olmayaraq, əməl olunması
məcburidir.
nzibat hüquq normaların qanuni qüvvəyə minməsi qaydası Azərbaycan
Respublikasının ″Normativ-hüquqi aktlar haqqında″ 14 yanvar 2000-ci il tarixli Qanununda
öz əksini tapmışdır.
Bu Qanunda normativ-hüquqi aktların qüvvəyə minməsi qaydaları göstərilmişdir:
dərc edildiyi gündən;
imzalandığı gündən;
aktın özündə göstərildiyi gündən.
Onların qüvvəyə minmə müddəti, həmçinin də onların icraçılara çatdırıldığı gün ola
bilər.
nzibati hüquq normaların müxtəlifliyi onların sistemləşdirilməsi problemini qarşıya
qoyur.
nzibati hüquq Azərbaycan Respublikası hüquq sisteminin ən çox
sistemləşdirilməmişsahələrindən biridir.
Çox hallarda onun dəqiq sistemləşdirilməsi nəzərə çarpmır. Bununla belə, digər hüquq
sahələri ilə müqayisədə inzibati hüquq sürətli inkişafı ilə seçilir (daimi dəyişiklikləri,
yenidənqurma, modifikasiyası ilə). Keçmiş SSR -nin dağılmasından sonra Azərbaycan
Respublikasında faktiki olaraq inzibati hüququn yeni sistemi yaradılmağa başlandı.
Azərbaycan Respublikasının yeni Konstitusiyası belə növ işlərin aparılması üçün möhkəm
hüquqi baza yaradaraq, icra hakimiyyəti mexanizminin təşkil edilməsi və işləməsi məsələləri
üzrə stabil qanunvericiliyin formalaşdırılması, bəzi köhnəlmiş və ziddiyyətli olan bir çox
qüvvədə olan inzibati-hüquqi normaların tənzimlənməsi məsələlərini də qaydaya salır.
51
Hal-hazırda ″ nzibati hüquq″un yalnız bir institutu - ″Azərbaycan Respulikasnın
nzibati Xətalar Məcəlləsi″ sistemləşdirilib. Bu institut özündə inzibati hüququn maddi və
prosessual normalarını birləşdirir.
Lakin bu, qismən kodifikasiyadır. Əlbəttə, bütün inzibati hüququn kodifikasiyası
mümkünlüyünü təsəvvür etmək çətindir. Buna görə də birinci yerdə inzibati hüquq
normaların sistemləşdirilməsi, onların bu günün tələblərinə, aparılan iqtisadi islahatlara
müvafiq uyğunlaşdırılması problemi durur. Aydındır ki, bu halda müvafiq inzibati-hüquqi
materialların təzələnməsi və idarəetmə münasibətlərinin inzibati-hüquqi tənzimlənməsində
olan boşluqların aradan qaldırılması və inzibati hüququn inkorporasiyası tələb olunur.
ndi bir çox idarəetmə məsələlərinin həlli müxtəlif hüquq sahələrinin aktlarında
sistemə salınıb (məs.: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan
Respublikasının Gömrük Məcəlləsi və s.).
Beləliklə, Azərbaycan Respublikasında hüquqi dövlətin möhkəm özülünün
yaradılması üzrə məsələlərin həlli ilə bağlı olan inzibati hüququn sistemləşdirilməsi nəzərə
çarpır.
kinci sualı yekunlaşdıraraq qeyd etmək istərdim ki, inzibati hüquq normaları müxtəlif
meyarlara görə aşağıdakı növlərə bölünürlər:
1.
nizamasalma predmetinə görə - maddi və prosessual.
2.
subyektlərin davranışına təsir metoduna görə - məcburedici, qadağanedici,
səlahiyyətverici, həvəsləndirici, tövsiyəedici.
3.
zamanda təsirinə görə - müddətli və müddətsiz.
4.
məkanda təsirinə görə respublika, yerli, lokal, xüsusi və s.
5.
subyektlərə təsirinə görə - bütün vətəndaşlara və vətəndaşların ayrı-ayrı
kateqoriyalarına və hüquqi şəxslərə
Sual 3.
nzibati-hüquqi normaların hə yata keçirilmə si formaları (üsulları)
və onların xarakteristikası
Hüquq normaları insanların davranışına fəal təsir göstərmək və ictimai münasibətləri
tənzimləmək üçün qəbul edilir. Hüquq normaları insanların davranışına, onların iradəsinə və
ş
üuruna təsir edir. Hüquqi tənzimlənmə sahəsində insanlar hüquq normalarının tələblərinə
uyğun olaraq davranırlar. Vətəndaşların davranışı, ümumi və fərdi maraqları ictimai inkişafın
tələblərinə uyğunlaşdırılır.
Hüquq normalarının realizəsi onların tələblərinin insanların davranışında təcəssüm
etdirilməsidir.
nzibati hüquq norması vətəndaşların optimal davranış variantıdır. Lakin, bunu
fəaliyyətə (həqiqətə) çevirmək üçün inzibati hüququn subyektlərinin davranışlarını inzibati
hüquq normadakı qaydalara qeydsiz-şərtsiz olaraq uyğunlaşdırmaq lazımdır.
Deməli, inzibati hüquq normaların realizəsi inzibati hüququn subyektlərinin inzibati
hüquqların əldə edilməsi və istifadə edilməsi (hüquqlardan istifadə edilməsi), hüquqi
vəzifələrin icra edilməsi, vəzifələrə riayət edilməsi və inzibati-hüquqi normaların tətbiqi
(onların realizəsinin xüsusi forması) kimi qanunauyğun hərəkətləri başa düşülür. Realizə -
hüquq normalarının qaydaları ilə uyğunlaşdırılan hüquq subyektinin davranışında ifadə
olunmasıdır.
52
Hüquq nəzəriyyəsində hüquq normalarının realizəsinin aşağıdakı formaları (üsulu)
mövcuddur:
¢ hüquqların həyata keçirilməsi;
¢ vəzifələrin icrası;
¢ vəzifələrə riayət etmək;
¢ hüquq normalarının tətbiqi.
nzibati hüquq normaların realizəsinin isə aşağıdakı 4 forması mövcuddur:
¢ riayət etmə;
¢ icra etmə;
¢ istifadə etmə;
¢ tətbiq etmə.
nzibati hüquq normaların riayət etmə formasında realizəsi - hüquq subyektinin
inzibati hüquq normaların tələblərinə könüllü olaraq tabe olması ilə xarakterizə olunmasıdır.
Bu normanın mahiyyəti subyektin norma ilə qadağan olunmuş hərəkətlər etməkdən
çəkinməsindən ibarətdir. Beləliklə, riayət etmə subyektin konkret inzibati-hüquqi
münasibətlərə girmədiyi halda da həyata keçirilə bilər.
nzibati hüquq normaların icra etmə formasında realizəsi bu normalarda göstərilən
qaydaların yerinə yetirilməsi üzrə hüquq subyektlərinin aktiv qanunauyğun hərəkətlərində
ifadə olunmasıdır.
Riayət etmədən fərqli olaraq icra etmə subyektlərin ″aktiv davranışı″ ilə xarakterizə
olunur. Müəyyən hallarda ″passiv davranış″, buraxılmış səhlənkarlıq, qeyri-hüquqi davranış
kimi də qiymətləndirilə bilər. nzibati hüquq normaların realizəsinin istifadə etmə forması -
hüquq subyektləri tərəfindən idarəetmə sahəsində subyektiv hüquqların həyata keçirilməsi ilə
bağlı olan qanunauyğun hərəkətlərin həyata keçirilməsindən ibarətdir.
″
cra etməyə″ oxşar olan ″istifadə etmə″ də ″aktiv″ üsullarla həyata keçirilir, lakin
″
icra etmə″dən fərqli olaraq, ″istifadə etmə″ formasında subyektiv hüquqlar realizə olunur.
Məsələn: idarəetmə orqanlarının əsasnamələrində nəzərdə tutulmuş hüquqların həyata
keçirilməsi, yalnız hüquqi əhəmiyyətli hərəkətlərin həyata keçirilməsi yolu ilə mümkündür,
başqa formada bu barədə danışmağa dəyməz. Həmçinin də vətəndaşın öz soyadını dəyişmək
hüququnun reallaşdırılması müvafiq orqana ərizə ilə müraciət etmədən mümkün deyil.
Bundan başqa, birinci iki realizə formasından fərqli olaraq ″istifadə etmə″də subyekt
inzibati-hüquqi normalar ilə ona verilmiş subyektiv hüquqlardan istifadə etmək və ya
etməmək barədə müstəqil olaraq özü qərar qəbul edir. stifadə etmə vasitəsi ilə
″
səlahiyyətverici inzibati hüquq normaları″ realizə olunur.
Digər realizə formalarından fərqli olaraq, ″hüquq tətbiqetmə″ ″aktiv″ yaradıcı, dövlət-
hakimiyyət, ″təşkiledici″ xarakter daşıyaraq, səlahiyyətli orqanlar tərəfindən qanunvericiliklə
müəyyən edilmiş prosessual qaydada həyata keçirilir.
nzibati hüquq normaların tətbiq edilməsinin mahiyyəti dövlətin səlahiyyətli
orqanlarının, ictimai təşkilatların, vəzifəli şəxslərin hərəkətlərinin konkret hüquqi əhəmiyyət
daşıyan faktın müvafiq inzibati hüquq normaya uyğunlaşdırılmasından və dövlət-hakimiyyət
qərarın qəbul edilməsindən, yəni fərdi idarəetmə işlərinin və məsələlərinin inzibati hüquq
normaları əsasında həll edilməsindən ibarətdir.
Öz sosial məzmununa görə inzibati hüquq normaların tətbiq edilməsi idarəetmə
fəaliyyətinin, ″icraedici-sərəncamverici″nin hüquqi formalarından birini özündə əks etdirir.
53
nzibati hüquq normaların tətbiqi dövləti xarakter daşıdığı üçün tətbiq etmənin
subyekti yalnız ″hüquqtətbiqetmə″ səlahiyyətinə malik olan səlahiyyətli orqanlar və vəzifəli
şə
xslər ola bilərlər.
nzibati hüquq normaların tətbiq edilməsinə qoyulan əsas tələblər qanunilikdən,
məqsədyönlükdən, əsaslılıqdan və hüquqtətbiqetmə fəaliyyətinin elmi təşkilindən ibarətdir.
Qanunçuluq. Səlahiyyətli orqanlar və vəzifəli şəxslər idarəetmə işini həll edən zaman
inzibati hüquq normaları yalnız onlara verilmiş səlahiyyətlər çərçivəsində və ya onun
mənasına uyğun surətdə tətbiq edə bilərlər. Qanunçuluq, normaların ciddi prosessual
qaydada tətbiq olunmasına riayət edilməsini tələb edir. Bu da hüquqi normanın dəqiq həyata
keçirilməsini təmin edir. Qanunçuluq prinsipi səlahiyyətli orqan və vəzifəli şəxslərin tək
hüquqları deyil, həm də onlar tərəfindən inzibati hüquq normaların tətbiq edilməsi
vəzifələrini özündə birləşdirir. Qanunla norma orqana aid edilərsə və bu norma həmin orqan
tərəfindən tətbiq edilməzsə, bu, qanunçuluğun pozulması olacaqdır. Məs.: sosial təminat
orqanının ona pensiya almaq üçün bütün sənədləri təqdim etmiş vətəndaşa pensiya
verməkdən boyun qaçırması.
Ə
saslılıq. Əsaslılıq tələbi inzibati hüquq normanın tətbiqinin faktiki əsasına yönəlib.
Hüquqtətbiqedəni istənilən faktlar yox, yalnız o faktlar, hadisələr və hərəkətlər
maraqlandırmalıdır ki, onlar üçün inzibati hüquq normalar qəbul olunmuşdur. Normanın
tətbiq edilməsinin əsaslılığı normanın həm hadisənin özü, həm də yaranmış xarici şərait
barəsində düzgün informasiya əsasında tətbiq edilməsindən ibarətdir.
Ə
saslılıq tələbi məcbur edir ki, hüquqtətbiqedən işin bütün hallarını və yaranmış
vəziyyətin hərtərəfli yoxlanıl-masından sonra qərar qəbul etsin.
Qeyri-hüquqi və şübhəli faktlar işin həll edilməsinin əsası sayıla bilməz və onlar
nəzərə alınmamalıdır. Əsaslılıq tələbi qanunçuluqla sıx əlaqədardır. Bu əlaqə, hər şeydən
ə
vvəl, onunla ifadə olunur ki, iş üzrə hüquqtətbiqetmə aktı faktların hərtərəfli və tam
təhqiqatı əsasında qəbul olsun, bu qanunçuluğun mütləq tələbidir. nzibati hüquq normanın
tətbiqetmə aktı o vaxt qanuni olar ki, o, əsaslandırılmış olsun.
Mə qsə də uyğ unluq. Hüquqtətbiqedən normanın mənasını (məqsədini) və işin faktiki
hallarını araşdırdıqdan sonra iş üzrə daha məqsədəuyğun qərar qəbul etməlidir. nzibati
hüquq normada məqsədəuyğunluq konkret şəraitdə, normada göstərilən məqsədə optimal
qaydaya nail olmaq deməkdir. Deməli, burada söhbət qanunçuluq çərçivəsində, qanunla
müəyyən edilmiş məqsədəuyğunluq haqqında gedir. Məqsədəuyğunluq o deməkdir ki,
hüquqtətbiqedən konkret şəraiti, yaranan vəziyyətin özünəməxsusluğunu, yerini və vaxtını
maksimum surətdə nəzərə almalıdır və bu onun vəzifə borcudur.
Hüquqtətbiqetmə fəaliyyətinin elmi təşkili. Hər hansı ictimai faydalı fəaliyyət kimi
hüquqtətbiqetmə də elmi cəhətdən təşkil olunmalıdır. Bu tələbin mahiyyəti ondan ibarətdir
ki, hüquqtətbiqetmə prosesi zamanı, onun həyata keçirilməsində maksimal effektivliyə az
qüvvə və vasitələrin sərf olunması ilə nail olunsun.
Hüquqtətbiqetmənin elmi təşkili özündə aşağıdakı elementləri birləşdirir:
¢ tədbirlərdə (əməliyyatlarda) müxtəlif sistemlər tətbiq edən subyektlər arasında
hüquqtətbiqetmə üzrə fəaliyyətin məqsədəuyğun bölüşdürülməsi;
¢ bir sistemin hüquq normalarını tətbiq edən subyektlər arasında hüquqtətbiqetmə
səlahiyyətlərinin optimal bölüşdürülməsi;
¢ normaların tətbiq edilmə prosesinin təkmilləşdirilməsi;
¢ bu prosesdə qabaqcıl təcrübə və müasir elmi-texniki vasitələrin istifadəsi.
54
Hüquqtətbiqetmə prosesinin elmi təşkilində idarəetmə aparatı işçilərinin hüquqi,
ümumi, peşəkar və hüquqi mədəniyyətlərinin yüksəldilməsi böyük əhəmiyyət kəsb edir.
Onlar qanunçuluğun əsaslarını bilməli, dövlət orqanlarının səlahiyyətlərinə düzgün sərhəd
qoymağı bacarmalıdırlar.
Hüquq mühafizə orqanları onların üzərlərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi
zamanı inzibati-hüquqi tənzimlənmə mexanizmindən və onun vasitələrindən istifadə edirlər.
Belə ki, Azərbaycan Respublikasının Daxili şlər Nazirliyi qanunla nəzərdə tutulmuş
hallarda yol hərəkəti təhlükəsizliyinin, icazə sistemi qaydalarına riayət edilməsinin təmin
edilməsi və s. üzrə normativ aktlar qəbul edir. Bu aktlar özündə orqanlar, idarələr, təşkilatlar
və vətəndaşlar üçün icrası məcburi olan normaları birləşdirirlər. Azərbaycan Respublikasının
Daxili şlər Nazirliyi daxili işlər orqanları sistemində yaranan təşkilatdaxili idarəetmə
münasibətlərini tənzimləyən normativ aktlar qəbul edir.
Hüquq mühafizə orqanları və vətəndaşlar, həmçinin də inzibati hüququn digər
subyektləri arasında yaranan inzibati-hüquqi münasibətlər, bu münasibətlərin iştirakçılarında
hüquq və vəzifələrin mövcudluğunu nəzərdə tutur. Bir subyektin hüququ ilə digər subyektin
vəzifələri uyğunlaşdırılır və əksinə.
Hüquq münasibətləri iştirakçılarının hüquq və vəzifələrinin xarakterindən asılı olaraq
bu münasibətlər ″hakimiyyət-tabeçilik″ və tərəflərin bərabərliyini xarakterizə edən
münasibətlər formasında ola bilər.″Hakimiyyət-tabeçilik″ münasibəti polis əməkdaşı
tərəfindən hüquqpozmaların xəbərdar edilməsi, qarşısının alınması və hüquqpozanın
məsuliyyətə cəlb edilməsi ilə əlaqədar funksiyaların həyata keçirilməsi zamanı yaranır. Belə
hallarda polis əməşdaşı hakimiyyət nümayəndəsi, dövlət hakimiyyət səlahiyyətləri ilə təmin
edilmiş şəxs kimi çıxış edir. Belə ki, 1999-cu il 28 oktyabr tarixli ″Polis haqqında″
Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, polis əməkdaşının ümumi
hüquqları, 18-20-ci maddələrinə əsasən isə polisin fəaliyyətinin əsas istiqamətləri sahəsində
polis əməkdaşının hüquqları müəyyən edilmişdir. Vətəndaş polis əməkdaşının qanuni
tələblərinə tabe olmalıdır, əks halda o, Azərbaycan Respublikasının XM-nin 310-cu
maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb oluna bilər.
Bununla belə D O ilə inzibati hüququn digər subyektləri arasında yaranan bir çox
münasibətlər tərəflərin bərabərliyi ilə xarakterizə olunur. Məsələn: vətəndaş öz hüquq və
qanuni maraqlarının qorunması üçün polis əməkdaşına müraciət edə bilər. Vətəndaşın bu
hüququna, polisin vətəndaş qarşısında onun hüquqlarını qorumaq və pozulmuş hüquqların
bərpa edilməsi kimi əsas vəzifəsi və vəzifə borcu uyğun gəlir. Polisin səlahiyyətlərinə aid
olan məsələlər üzrə vətəndaşın polisə müraciəti zamanı axırıncının vəzifəsidir ki, vətəndaşın
müraciətinə baxsın, edilmiş müraciət üzrə qərar qəbul etsin və bu haqda vətəndaşa məlumat
versin. Polis əməkdaşı tərəfindən bu vəzifələrin yerinə yetirilməməsi və ya lazımi səviyyədə
yerinə yetirilməməsi onlar üçün qanunvericiliklə nəzərdə tutulmuş intizam və cinayət
məsuliyyətinə gətirib çıxara bilər.
Dostları ilə paylaş: |