Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar


Vergi qanunvericiliyi, vergi n



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə64/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   56   57   58   59   60   61   62   63   64

Vergi qanunvericiliyi, vergi nəzarəti və onun həyata  

keçirilməsi formaları. 

 

Vergi  orqanları  vergilərin  tam  və  vaxtında  yığılmasını  təmin  etmək  məqsədi  ilə  vergi 



nəzarətini  həyata  keçirirlər.  Vergi  nəzarəti  vergi  ödəyicilərinin  və  vergitutma  obyektlərinin 

uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. 

Vergi  nəzarətini  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində  və  Gömrük 

Məcəlləsində  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  Azərbaycan  Respublikasının  Vergilər 

Nazirliyi və Dövlət Gömrük Komitəsi həyata keçirirlər. 

Vergi  nəzarəti  vergi  orqanlarının  və  gömrük  orqanlarının,  onların  vəzifəli  şəxslərinin 

səlahiyyətləri  hədlərində  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə,  Gömrük 

Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. 

Vergi  orqanları  vergi  nəzarətini  vergi  ödəyicilərinin  və  vergitutma  obyektlərinin 

uçotunu  aparmaqla,  uçot  və  hesabat  məlumatlarını  yoxlamaqla,  vergi  ödəyiciləri  və  digər 

şə

xslər  arasında  sorğu  aparmaqla,  gəlir  əldə  etmək  üçün  istifadə  olunan  binaları  müayinə 



etməklə  və  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi  ilə  müəyyən  edilmiş  digər 

formalarda həyata keçirirlər. 

Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi  Azərbaycan  Respublikasında  vergi 

sistemini,  vergitutmanın  ümumi  əsaslarını,  vergilərin  müəyyən  edilməsi,  ödənilməsi  və 

yığılması  qaydalarını,  vergi  ödəyicilərinin  və  dövlət  vergi  orqanlarının,  habelə  vergi 

münasibətlərinin  digər  iştirakçılarının  vergitutma  məsələləri  ilə  bağlı  hüquq  və  vəzifələrini, 

vergi  nəzarətinin  forma  və  metodlarını,  vergi  qanunvericiliyinin  pozulmasına  görə 

məsuliyyəti,  dövlət  vergi  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin  hərəkətlərindən 

(hərəkətsizliyindən)  şikayət  edilməsi  qaydalarını  müəyyən  edir.  Bu  Məcəllə  ilə  Naxçıvan 


 

455 


 

Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən 

edilir. 

Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında vergitutma və 

vergi  nəzarəti  məsələləri  üzrə  ziddiyyət  yarandıqda  vergi  qanunvericiliyinin  aktları  tətbiq 

edilir. 


Vergilər  haqqında  qanunvericilik  vergitutmanın  ümumi,  bərabər  və  ədalətli  olmasına 

ə

saslanmalıdır. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 



Hər  kəsin  konstitusiya  hüquqlarının  və  azadlıqlarının  həyata  keçirilməsinə  maneçilik 

törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 

Azərbaycan  Respublikasının  vahid  iqtisadi  məkanını  pozan  (xüsusilə,  Azərbaycan 

Respublikasının  ərazisində  malların  (işlərin,  xidmətlərin)  və  pul  vəsaitlərinin  azad 

yerdəyişməsini  bilavasitə  və  ya  dolayısı  ilə  məhdudlaşdıran  və  ya  digər  yolla  vergi 

ödəyicilərinin  qanuni  fəaliyyətini  məhdudlaşdıran,  yaxud  maneçilik  törədən)  vergilərin 

müəyyən edilməsinə yol verilmir. 

Heç  bir  şəxs  əldə  etdiyi  mənfəətdən  (gəlirdən)  eyni  növ  vergini  bir  dəfədən  artıq 

etməyə və ödəməyə məcbur edilə bilməz. 

Vergilər siyasi, ideoloci, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan 

digər  xüsusiyyətlər  əsas  götürülməklə  müəyyən  edilə  bilməz  və  diskriminasiya  xarakteri 

daşıya bilməz. 

Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən 

asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır. 

Azərbaycan  Respublikasına  gətirilən  mallar  üçün  həmin  malların  hansı  ölkədən 

gətirilməsindən  asılı  olaraq,  Vergi  Məcəlləsinə  və  gömrük  qanunvericiliyinə  uyğun  olaraq 

müxtəlif gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi mümkündür. 

Azərbaycan Respublikasının vergiləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir, onların 

dəyişdirilməsi  və  ya  ləğv  edilməsi  həmin  Məcəlləyə  dəyişiklik  edilməsi  ilə  həyata  keçirilir. 

Heç bir şəxsin üzərinə Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik 

olan və onunla müəyyən edilməyən, yaxud onunla müəyyən edilən qaydalardan fərqli olaraq 

müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 

Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Vergilər haqqında 

qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, şübhələri vergi ödəyicisinin 

xeyrinə şərh edilməlidir. 

Fiziki  və  hüquqi  şəxslərin  vergilərə  aid  normativ-hüquqi  aktlara  azad  tanış  olmaq 

imkanı təmin edilməlidir. 

Tərkibində  Azərbaycan  Respublikasında  yerləşən  filial  və  (və  ya)  nümayəndəlikləri 

olan  hüquqi  şəxslər  vergi  ödəyicisi  kimi  həm  özünün  olduğu  yer  üzrə,  həm  də  özünün  hər 

filial və (və ya) nümayəndəliyinin olduğu yer uçota alınır. 

Dövlət  qeydiyyatını  həyata  keçirən  Vergilər  Nazirliyi  uçot  üçün  müraciət  etmiş 

şə

xslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin 



sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. 

Daimi  nümayəndəliyin vergi orqanlarında  uçota  alınması  Azərbaycan  Respublikasının 

hüquqi  şəxsləri  üçün  müəyyən  edilmiş  qaydada  həyata  keçirilir.  Olduğu  yer  üzrə  vergi 

tutulmalı olan daşınmaz əmlakın və ya nəqliyyat vasitəsinin vergi orqanlarında uçota alınması 

üçün  ərizə  həmin  əmlakın  qeydə  alındığı  gündən  30  gün  müddətində  verilməlidir.  Vergi 

orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. 



 

456 


 

Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər  

ortaya  çıxdıqda,  təqdim  olunmuş  məlumatlar  əsasında  yuxarı  vergi  orqanı  tərəfindən  qəbul 

edilir. 


Beləliklə,  dövlət  vergi  orqanları  Azərbaycan  Respublikasında  iqtisadiyyatın  idarəetmə 

strukturunu  təkmilləşdirmək,  dövlət  maliyyə  intizamını  gücləndirmək,  dövlət  büdcəsinə 

daxilolmaların yığılmasını həyata keçirir. 

Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi  (bundan  sonra  Nazirlik)  Azərbaycan 

Respublikasında dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və 

digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini 

həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 

Nazirlik hüquqi şəxsdir, müstəqil balansa, üzərində Azərbaycan Respublikasının dövlət 

gerbinin  təsviri  və  öz  adı  həkk  olunmuş  möhürə,  müvafiq  ştamplara,  blanklara,  bank 

hesablarına malikdir. 

Nazirlik  dövlət  büdcəsinin  vəsaiti  hesabına  və  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir. 

Azərbaycan  Respublikası  Prezidentinin  11  fevral  2000-ci  il  tarixli  fərmanına  əsasən, 

Azərbaycan Respublikasının  Vergilər  Nazirliyi  yaradılmışdır. Prezidentin 29  mart 2001-ci il 

tarixli  fərmanına  əsasən  isə  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi  haqqında 

Ə

sasnamə təsdiq edilmişdir. 



 Vergilər Nazirliyin vəzifələri aşağıdakılardır: 

1.  Azərbaycan  Respublikasının  dövlət  vergilərinin  və  digər  büdcə  daxilolmalarının 

düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, 

vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək; 

2. vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinə məlumatların verilməsini, vergilərin 

hesablanması və ödənilməsi barədə onları əvəzsiz olaraq izahatların verilməsini təmin etmək; 

3.  vergi  sahəsində  hüquq  pozuntularını  doğuran  səbəbləri  araşdırmaq  və  belə  halların 

aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək; 

4. vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək; 

5.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  digər  vəzifələri 

yerinə yetirmək. 

Vergilər Nazirliyi aşağıdakı funksiyaları həyata keçirir: 

- vergi siyasətinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır; 

-  Azərbaycan  Respublikasının  vergi  qanunvericiliyinə  riayət  olunmasını,  dövlət 

vergilərinin  və  ona  həvalə  edilmiş  digər  daxilolmaların  düzgün  hesablanmasını,  vaxtında  və 

tam  məbləğdə  dövlət  büdcəsinə  köçürülməsi  ilə  bağlı  dövlət  vergi  orqanlarının  işini  təşkil 

edir; 

-  vergi  qanunvericiliyinə  riayət  olunmasını  təmin  edən  tədbirlər  hazırlayır  və  həyata 



keçirir; 

-  hesablanmış  və  təyinatı  üzrə  daxil  olmuş  vergilərin  uçotunu  aparır  və  bu  barədə 

Respublika Prezidentinə, Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə məlumat verir; 

- vergi ödəyicilərinin uçotunu aparır; 

-  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  vergi  ödəyiciləri  haqqında  məlumatın,  o 

cümlədən, vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət edir və onu təmin edir; 

- ərazi vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirir; 


 

457 


 

 - qanunvericiliyə uyğun olaraq cinayət işləri üzrə təhqiqat, istintaq aparır və əməliyyat-

axtarış fəaliyyətini həyata keçirir; 

- xarici dövlətlərin vergi və digər səlahiyyətli orqanları ilə əməkdaşlıq edir; 

-  dövlət vergi  orqanlarının vahid  avtomatlaşdırılmış  məlumat  sisteminin  yaradılmasını 

təmin edir; 

-  öz  vəzifələrinə  uyğun  olaraq  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  funksiyaları 

həyata keçirir. 

Nazirlik öz vəzifələrini və funksiyalarını mərkəzi və yerli icra hakimiyyəti orqanları, 

hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə həyata 

keçirir. 

Nazirliyin  öz  vəzifələrini  və  funksiyalarını  həyata  keçirmək  üçün  aşağıdakı  hüquqları 

vardır: 

-  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  və  hallarda  kameral  və  səyyar  vergi 

yoxlamaları keçirmək; 

-  vergitutma  bazası,  həmçinin  müəyyənləşdirilməsi,  aksiz  markası  ilə  markalanmalı 

olan, lakin markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların, sahibkarlıq 

fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin vergitutma obyektlərinin uçotu, əhali ilə 

pul  hesablaşmalarının  aparılması  sahəsində  qanunvericiliyə  riayət  olunmasını  yoxlamaq 

məqsədi  ilə  vergi  ödəyicilərinə  qanunla  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  operativ 

nəzarəti həyata keçirmək; 

-  vergi  ödəyicilərindən  vergi  qanunvericiliyinin  pozulması  hallarının  aradan 

qaldırılmasını tələb etmək; 

- qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

Nazirliyin  fəaliyyətinə  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  təyin  edilən 

nazir rəhbərlik edir. 

Vergilər  naziri  Nazirliyə  həvalə  edilmiş  vəzifələrin  yerinə  yetirilməsi  və  onun 

funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Vergilər Nazirinin birinci 

müavini  və  üç  müavini  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  vəzifəyə  təyin 

edilir və vəzifədən azad edilir. 

Vergilər Naziri aşağıdakı səlahiyyətlərə malikdir: 

- Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 

-  Nazirin  müavinləri  arasında  vəzifə  bölgüsünü  aparır,  nazirliyin  müvafiq  struktur 

bölmələrinin idarə olunmasını onlara həvalə edir; 

- Nazirliyin struktur bölmələrinin funksional təyinatı və say tərkibini müəyyən edir və 

zərurət olduqda, həmin strukturda dəyişikliklər  aparır; 

-  qanunvericiliyə  uyğun  olaraq  digər  hüquqlardan  istifadə  edir  və  funksiyalar  həyata 

keçirir. 

Vergilər  Nazirliyində  nazirdən  (kollegiyanın  sədri)  və  nazirin  müavinlərindən, 

Naxçıvan  MR-nın  Vergilər  Nazirindən,  habelə  Nazirliyin  digər  rəhbər  işçilərindən  ibarət 

kollegiya  təşkil  olunur.  Kollegiyanın  tərkibi  vəzifələr  üzrə  Nazirin  təqdimatına  əsasən, 

Respublika Prezidenti tərəfindən təsdiq edilir. 

Kollegiya öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı mühüm məsələlərə baxır və və 

onlar haqqında müvafiq qərarlar qəbul edir. 



 

458 


 

Kollegiyanın  iclasları  kollegiyanın  üzvlərinin  üçdə  ikisi  iştirak  etmək  halları  olduqda 

səlahiyyətlidir.  Kollegiyanın  iclasında  səslər  bərabər  bölündükdə  Kollegiya  sədrinin  səsi 

həlledici hesab edilir. Kollegiyanın qərarları Nazirin əmrləri ilə həyata keçirilir. 



Vergilər Nazirliyinin strukturu aşağıdakı kimidir

Nazir; Nazirin birinci müavini və üç müavin, müşavir, köməkçi və katiblik; 

1. Vergi siyasəti və strategiyasını araşdırmalar Baş  darəsi; 

2. daxili nəzarət Baş  darəsi; 

3. Vergi ödəyicilərinin auditi Baş  darəsi; 

4.  qtisadi təhlil və uçotun təşkili idarəsi; 

5. operativ nəzarət idarəsi; 

6. vergi borclarının məcburi alınması işinin təşkili idarəsi; 

7. kadr siyasəti və hazırlığı idarəsi; 

8. maliyyə-təsərrüfat idarəsi; 

9. informasiya texnologiyası və resursları şöbəsi; 

10. hüquqi təminat şöbəsi; 

11. mühasibatlıq; 

12. xüsusi işlər üzrə bölmə. 

Bunlarla  yanaşı,  Vergilər  Nazirliyi  yanında  vergi  cinayətlərinin  ibtidai  araşdırılması 

Departamenti fəaliyyət göstərir. 

Vergi  orqanlarında  xidmət-Azərbaycan  Respublikasının  icra  hakimiyyəti  orqanları 

sisteminə  daxil  olan  vergi  orqanları  sisteminin  funksiya  və  məqsədlərini  öz  peşəkar 

fəaliyyətləri ilə həyata keçirən respublika vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 

Vergi  orqanlarında  xidmət  haqqında  qanunvericilik  Azərbaycan  Respublikasının 

Konstitusiyasından,  Vergi  Məcəlləsindən,  Dövlət  qulluğu  haqqında  Qanundan,  Azərbaycan 

Respublikasının 12 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Dövlət vergi orqanlarında 

xidmət  haqqında  Əsasnamədən  və  bu  xidmətin  haqqında  qaydalarını  tənzimləyən  digər 

normativ hüquqi aktlardan ibarətdir. 

Vergi orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən vergi orqanlarında 

vəzifə tutan və nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. 

Vergi  orqanlarının  vəzifəli  şəxslərinin  xüsusi  rütbələrinə  uyğun  olaraq  xüsusi  geyim 

forması və fərqlənmə nişanları müəyyən edilir. 

Beləliklə,  mövzunun  birinci  sualına  nəticə  olaraq  göstəririk  ki,  vergi-dövlətin  və 

bələdiyyələrin  fəaliyyətinin  maliyyə  təminatı  məqsədilə  vergi  ödəyicilərinin  mülkiyyətində 

olan  pul  vəsaitlərinin  özgəninkiləşdirilməsi  şəklində  dövlət  büdcəsinə  və  yerli  büdcələrə 

köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 

Vergilər  Nazirliyi  Respublikada  aparılan  vahid  maliyyə  və  büdcə  siyasəti  çərçivəsində 

dövlət  vergi  siyasətinin  həyata  keçirilməsini,  dövlət  büdcəsinə  vergilərin  və  digər 

daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata 

keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 

 

 SUAL 2. Gömrük sahəsində dövlət idarəetməsinin anlayışı  



və təşkilati-hüquqi əsasları. 

 

 

459 


 

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu 

kimi gömrük sahəsində də çox böyük uğurlar əldə edilmişdir. Bu mənada gömrük sahəsində 

dövlət idarəetməsi ilə bağlı əldə olunan biliklərin hüquqi əhəmiyyəti vardır. 

Bu sahənin idarəedilməsi ilə bağlı qazanılmış uğurların bir hissəsini belə qeyd etmək 

olar:  


-  Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsi,  Gömrük  Tarifi  haqqında  qəbul 

olunmuş qanunlar;  

-  çoxsaylı normativ-hüquqi aktlar hazırlanmış; 

- gömrük işi sahəsində kadr hazırlığı, tədqiqat-ekspertiza məqsədilə tədris Mərkəzi; 

- mərkəzi laboratoriya yaradılmış; 

-  habelə  bu  işin  tətbiqi  ilə  əlaqədar  xüsusi  orqan  olan  “Gömrük  xəbərləri”  qəzeti  təsis 

olunmuş;  

-  peşəkar  gömrük  işçilərinin  hazırlanması,  formalaşması  üçün  xüsusi  ədəbiyyatlar  nəşr 

olunmuş  və  Azərbaycan  gömrük  orqanları  sisteminin  beynəlxalq  sferada  əməkdaşlıq  dairəsi 

genişlənmişdir. 

Azərbaycan Respublikasının gömrük işini malların və nəqliyyat vasitələrinin Azərbaycan 

Respublikasının  gömrük  sərhədindən  keçirilməsinin  qaydaları  və  şərtləri,  gömrük 

ödənişlərinin  alınması,  gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti  və  gömrük  siyasətinin 

həyata  keçirilməsinin  digər  vasitələri  təşkil  edir.  Göstərilənlər  dövlətin  daxili  və  xarici 

siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin həyata keçirilməsi deməkdir. 

 Azərbaycan Respublikasının gömrük siyasətinin məqsədi aşağıdakılardan ibarətdir: 

- Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin 

tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi; 

 - Azərbaycan Respublikasının daxili bazarının qorunması; 

- milli iqtisadiyyatın inkişafının stimullaşdırılması; 

 - Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə 

kömək edilməsi; 

-  Azərbaycan  Respublikasının  Konstitusiyasına,  Gömrük  Məcəlləsinə  və  Azərbaycan 

Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən digər məqsədlər. 

Gömrük  sahəsində  dövlət  idarəetməsi  Azərbaycan  Respublikasının  Prezidenti  və 

höküməti tərəfindən həyata keçirilir. Bu sahədə aparıcı funksiya və bilavasitə rəhbərlik Dövlət 

Gömrük Komitəsinə məxsusdur. 

Azərbaycan  Respublikasının  gömrük  siyasəti  gömrük  işini  beynəlxalq  əməkdaşlığın 

genişləndirilməsinə yönəldir. Azərbaycan Respublikasında gömrük işi hamılıqla qəbul edilmiş 

beynəlxalq  normalar  və  təcrübə  ilə  uyğunlaşdırma  və  eyniləşdirmə  istişamətində  inkişaf 

etdirilir. 

Gömrük  orqanları  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını, 

Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsini,  “Gömrük  tarifi  haqqında”  Azərbaycan 

Respublikasının Qanununu və digər qanunvericilik aktlarını rəhbər tutur. 

Qanunvericiliklə  müəyyən  olunmuş  hallar  istisna  olunmaqla,  heç  bir  dövlət  orqanının 

Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarının  müddəalarına  uyğun  fəaliyyət 

göstərən gömrük orqanlarının səlahiyyətinə toxunan məsələlər üzrə qərar qəbul etmək, onların 

funksiyalarını  icra  etmək  və  ya  dəyişdirmək,  onlara  başqa  vəzifələr  tapşırmaq  və  ya 

fəaliyyətinə digər formada müdaxilə etmək hüququ yoxdur. 

Azərbaycan Respublikasının gömrük orqanları aşağıdakı funksiyaları yerinə yetirir: 



 

460 


 

1. Azərbaycan Respublikasının gömrük siyasətinin işlənib hazırlanmasında iştirak edir və 

bu siyasəti həyata keçirirlər; 

2. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyini təmin 

edirlər; 

3. Azərbaycan Respublikasının iqtisadi mənafeyini qoruyurlar; 

4.ticarət-iqtisadi münasibətlərdə gömrük tənzimlənməsi vasitələrini tətbiq edirlər; 

5. gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri alırlar; 

6. Azərbaycan Respublikasının gömrük sərhəddindən malların və nəqliyyat vasitələrinin 

keçirilməsi qaydalarına riayət olunmasını təmin edirlər; 

7.  gömrük  işi  sahəsində  cinayətlərə,  həmçinin  gömrük  qaydalarının  və  vergi 

qanunvericiliyinin  pozulmasına  qarşı  mübarizə  aparırlar,  narkotik  vasitələrin,  silahın, 

Azərbaycan  xalqının  və  xarici  ölkə  xalqlarının  bədii,  tarixi  və  arxeoloci  sərvətləri  olan 

əş

yaların, intellektual mülkiyyət obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların 



və  bitki  növlərinin,  digər  malların  Azərbaycan  Respublikası  gömrük  sərhədindən  qanunsuz 

keçirilməsinin  qarşısını  alırlar;  beynəlxalq  terrorçuluqla  mübarizəyə  və  Azərbaycan 

Respublikasının  təyyarə  limanlarında  beynəlxalq  mülki  aviasiyanın  fəaliyyətinə  qanunsuz 

müdaxiənin qarşısının alınmasına köməklik göstərirlər; 

8.  gömrük  nəzarətini  və  gömrük  rəsmiləşdirilməsini  həyata  keçirir  və  təkmilləşdirir, 

Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  mal  dövriyyəsinin  sürətləndirilməsi  üçün 

şə

rait yarıdırlar; 



9. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparırlar; 

10. dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və 

sağlamlığının,  heyvan  və  bitkilərin,  ətraf  mühitin  qorunması,  gətirilən  malların  Azərbaycan 

istehlakçılarının  mənafeyinin  müdafiəsi  sahəsində  tədbirlər  həyata  keçirilməsinə  kömək 

edirlər; 

11. öz səlahiyyətləri daxilində valyuta nəzarətini həyata keçirirlər; 

12.  müəyyən  edilmiş  qaydada  Azərbaycan  Respublikası  Milli  Məclisinə,  Azərbaycan 

Respublikası  Prezidentinə,  başqa  dövlət  orqanlarına,  idarə,  müəssisə  və  təşkilatlara, 

vətəndaşlara gömrük məsələləri üzrə məlumatlar verilməsini təmin edirlər; 

13.  dövlətin  vahid  maliyyə-təsərrüfat  siyasətinin  həyata  keçirilməsində  iştirak  edir, 

gömrük orqanlarının maddi-texniki bazasını inkişaf etdirir, bu orqanların işçiləri üçün lazımi 

ə

mək və sosial şərait yaradırlar. 



Gömrük  orqanlarının  əsas  vəzifələri  Azərbaycan  Respublikasında  gömrük  işini  təşkil 

etmək  və  onu  təkmilləşdirmək,  gömrük  siyasətini  həyata  keçirmək,  respublikanın  iqtisadi 

mənafeyini və təhlükəsizliyini qorumaq, gömrük ərazisinin vahidliyini təmin etmək, qabaqcıl 

gömrük  tənzimlənməsi  vasitələrinin  tətbiqini  təşkil  etmək,  gömrük  işinə  dair  və  digər 

qanunvericiliyə əməl olunmasını təmin etməkdir. 

Azərbaycan  Respublikasının  gömrük  orqanları  vahid  sistem  təşkil  edən  hüquq-mühafizə 

orqanlarıdır.  Biz  qeyd  etdik  ki,  gömrük  orqanlarına  bilavasitə  rəhbərliyi  Azərbaycan 

Respublikasının  Dövlət  Gömrük  Komitəsi  həyata  keçirir.  Dövlət  Gömrük  Komitəsi 

Azərbaycan  Respublikasında  gömrük  işi  sahəsində  dövlət  siyasətini  həyata  keçirən  mərkəzi 

icra hakimiyyəti orqanıdır. Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş vəzifələri bilavasitə 

özü və ya tabeliyində olan gömrük orqanları, idarə və təşkilatlar vasitəsilə həyata keçirir. 

Dövlət  Gömrük  Komitəsinin  üzərinə  qoyulmuş  vəzifələri  yerinə  yetirmək  üçün  Gömrük 

Komitəsinin aşağıdakı hüquqları vardır: 


 

461 


 

- gömrük siyasətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;  

-  gömrük  işi  haqqında  qanunvericilik  aktlarının  və  digər  hüquqi  aktlarının  layihələrini 

hazırlamaq;  

- dövlət təhlükəsizliyinin, ictimai qaydaların, əhalinin mənəviyyatının, insanların həyat və 

sağlamlığının, heyvan və bitkilərin, ətraf mühitin qorunması; 

-  daxili  bazarın  və  Azərbaycan  istehlakçılarının  mənafeyinin  müdafiəsi  üzrə  tədbirlərin 

həyata keçirilməsində gömrük orqanlarının iştirakını təmin etmək;  

- gömrük recimlərinin müəyyən edilməsi və s. 

Bunlardan  əlavə,  Dövlət  Gömrük  Komitəsinin  ona  həvalə  edilmiş  vəzifə  və  funksiyaları 

həyata  keçirmək  üçün  Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər 

hüquqları vardır:  

-  mərkəzi icra  hakimiyyəti  orqanları da daxil olmaqla,  hüquqi-təşkilati  formasından  asılı 

olmayaraq,  müəssisələrdən  və  təşkilatlardan,  habelə  vəzifəli  şəxslərdən  və  fiziki  şəxslərdən 

sənədlər və məlumatlar tələb etmək;  

- gömrük işi məsələləri üzrə koordinasiya və ekspert şuraları, işçi qrupları və müvəqqəti 

yaradıcı kollektivlər təşkil etmək; gömrük işi və gömrük siyasəti problemlərinin həlli məqsədi 

ilə müqavilə əsasında xarici ölkələrin mütəxəssisləri və alimləri də daxil olmaqla, elmi işçiləri, 

mütəxəssisləri cəlb etmək;  

- rabitə və məlumatların ötürülməsinin xidməti sistemini yaratmaq; tabeçiliyindəki idarə, 

müəssisə  və  təşkilatların  fəaliyyətinə  rəhbərlik  etmək,  onların  əsasnamələrini  və 

nizamnamələrini  təsdiq  etmək,  onların  rəhbərlərini  təyin  etmək,  maliyyə-təsərrüfat 

fəaliyyətinin yoxlanılmasını və təftişini həyata keçirmək və s. 

Dövlət  Gömrük  Komitəsi  öz  səlahiyyətləri  daxilində  gömrük  işi  üzrə  Azərbaycan 

Respublikasının  bütün  ərazisində  qüvvədə  olan,  bütün  dövlət  orqanları,  hüquqi-təşkilati 

formasından  asılı  olmayaraq,  idarələr,  müəssisələr  və  təşkilatlar,  habelə  vəzifəli  şəxslər  və 

fiziki şəxslər tərəfindən icrası məcburi olan normativ aktlar qəbul edir. 

Dövlət Gömrük Komitəsinin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 

1998-ci  il  tarixli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  Dövlət  Gömrük 

Komitəsi haqqında” Əsasnamə ilə nizamlanır. 

Azərbaycan  Respublikasında  bütün gömrük  orqanlarına rəhbərliyi  həyata  keçirən  Dövlət 

Gömrük  Komitəsinə  sədr  başçılıq  edir.  Sədr  Azərbaycan  Respublikasının  Prezidenti 

tərəfindən vəzifəyə təyin edilir və azad edilir. 

 Dövlət  Gömrük  Komitəsinin  sədr  müavinləri  sədrin  təklifinə  əsasən,  Azərbaycan 

Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. 

Dövlət Gömrük Komitəsinin sədri aşağıdakı vəzifələri yerinə yetirir: 

-  Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsini  təmsil  edir,  digər  dövlət 

orqanları ilə onun qarşılıqlı fəaliyyətini təmin edir; 

- Dövlət Gömrük Komitəsi sədrinin müavinləri arasında vəzifə bölgüsü aparır; 

- komitənin səlahiyyətləri daxilində normativ aktları imzalayır (təsdiq edir) və onların icra 

vəziyyətinin yoxlanılmasını təşkil edir; 

-  Dövlət  Gömrük  Komitəsinin  struktur  bölmələrinin  və  tabeçiliyindəki  digər  idarə, 

müəssisə  və  təşkilatların  əsasnamələrini  (nizamnamələrini)  təsdiq  edir;    komitənin  müəyyən 

olunmuş  say  tərkibi  və  əmək  haqqı  fondu  hədlərində  ştat  cədvəlini,  idarəetmə  apartının 

saxlanılması üçün semta xərclərini təsdiq edir; 


 

462 


 

-  gömrük  orqanlarının  və  tabeliyindəki  digər  müəssisə  və  təşkilatların  işçilərini 

mükafatlandırır; 

- ona verilmiş ayrı-ayrı səlahiyyətlərdən tabeçiliyindəki vəzifəli şəxslərin istifadə etməsinə 

icazə verir və başqa funksiyaları da həyata keçirir. 

 Dövlət  Gömrük  Komitəsində  sədrdən  (kollegiyanın  sədri)  və  sədrin  müavinlərindən, 

habelə  gömrük  orqanlarının,  gömrük  laboratoriyalarının,  tabeçilikdə  olan  digər  idarə, 

müəssisə və təşkilatların rəhbər işçilərindən ibarət kollegiya təşkil olunur. Kollegiyanın tərkibi 

vəzifələr  üzrə  Dövlət  Gömrük  Komitəsi  sədrinin  təqdimatına  əsasən  Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən  təsdiq  edilir.  Kollegiya  öz  iclaslarında  Komitənin 

fəaliyyəti ilə bağlı mühüm məsələlərə baxır və onlar haqqında qərar çıxarır. 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi dövlət büdcəsinin vəsaiti hesabına 

və həmçinin, qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.  

Dövlət  Gömrük  Komitəsi  hüquqi  şəxsdir;  onun  üzərində  Azərbaycan  Respublikasının 

Dövlət  gerbi  təsvir  olunmuş  və  öz  adı  yazılmış  möhürü,  müvafiq  möhür  və  ştampları, 

blanklarda və kredit təşkilatlarında hesabı (o cümlədən, valyuta hesabı) vardır. 

Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  strukturu  aşağıdakı  qaydada 

qurulur: 

1. sədr; 

2. sədrin birinci müavini, müavinləri və köməkçisi; 

3. ğömrük nəzarətinin təşkili Baş  darəsi; 

4. qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə Baş  darəsi; 

5. Maliyyə-taarif və valyuta nəzarəti Baş  darəsi; 

6.  stintaq  darəsi; 

7. Kadrlar  darəsi; 

8. Statistika və təhlil  darəsi; 

9.  şlər  darəsi; 

10. Əsaslı tikinti və maddi-texniki təchizat  darəsi; 

11.  speksiya  darəsi; 

12. Xarici əlaqələr şöbəsi; 

13. Mühasibat və uçot şöbəsi; 

14. Mətbuat xidməti şöbəsi; 

15. Hüquq şöbəsi; 

16. Məxfi şöbə; 

17. Növbətçi hissə; 

18. Təsərrüfat xidməti; 

19. Analitik şöbə; 

20. Mühafizə dəstəsi. 

Beləliklə, mövzunun ikinci sualına nəticə olaraq göstəririk ki, Azərbaycan Respublikasının 

gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin daha səmərəli tənzimlənməsi, daxili 

bazarın  qorunması,  milli  iqtisadiyyatın  inkişafının  stimullaşdırılması,  dövlətin  iqtisadi 

siyasətindən  irəli  gələn  vəzifələrin  həyata  keçirilməsi,  habelə  beynəlxalq  normalara  uyğun 

gömrük işinin aparılmasıdır. 

 

Ə T   C Ə 


 

463 


 

Azərbaycan Respublikası dünya inteqrasiyasına yol açdığı bir vaxtda və onun hüquqi 

dövlət kimi formalaşmasında vergi və gömrük sahəsinin rolu böyükdür. 

Respublikamızda  dövlət  vergi  siyasətinin  həyata  keçirilməsini,  dövlət  büdcəsinə 

vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən, bu sahədə dövlət 

nəzarətini  həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanı  olan  Vergilər  Nazirliyi 

yaradılmışdır. 

Mövzunun  birinci  sualında  həm  də  vergiyə  anlayış  verdik.  Vergi-dövlətin  və 

bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində 

olan  pul  vəsaitlərinin  özgəninkiləşdirilməsi  şəklində  dövlət  büdcəsinə  və  yerli  büdcələrə 

köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Azərbaycan Respublikasında dövlət vergiləri, 

muxtar  respublika  və  yerli  vergilər  (bələdiyyə  vergiləri)  müəyyən  edilir.  Bu  sualda 

həmçinin  vergi  sahəsində  dövlət  idarəetməsinin  təşkilati-hüquqi  əsasları  da  öz  əksini 

tapmışdır. 

Mövzunun ikinci sualında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük 

işini  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsinin  qaydaları  və 

şə

rtləri,  gömrük  ödənişlərinin  alınması,  gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti  və 



gömrük  siyasətinin  həyata  keçirilməsinin  digər  vəsaitləri  təşkil  edir.  Respublikamızda 

dövlətin  daxili  və  xarici  siyasətinin  tərkib  hissəsi  olan  vahid  gömrük  siyasəti  həyata 

keçirilir. 

Mövzunu əhatə edən sahələrin fəaliyyəti ilə bağlı əldə etdiyiniz hüquqi biliklər sizin 

təcrübi  fəaliyyətinizdə  köməkçiniz  olacaqdır.  Bu  qarşılıqlı  əlaqə  həm  də  ondadır  ki,  həm 

vergi, həm də gömrük orqanları hüquq-mühafizə orqanlarıdır. 



 

 

 



 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin