Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə62/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   56   57   58   59   60   61   62   63   64

 

  SUAL 2. Ali təhsil müəssisələrinin hüquqi Vəziyyətləri, növləri  

və onların fəaliyyətinin rəhbərliyin həyata keçirilməsi qaydası. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 72 saylı qərarı 



ilə  təsdiq  edilmiş  Ali  təhsil  müəssisəsi  haqqında  Əsasnaməyə  əsasən  Azəraycan 

Respublikasında Dövlət ali təhsil müəssisəsi ali və orta ixtisas təhsili proqramlarını həyata 

keçirən hüquqi şəxs statusuna malik tədris müəssisəsidir. 

 Ali  təhsil  müəssisəsi  Azərbaycan  Respublikasının  Təhsil  Qanununa,  ona  müvafiq 

olaraq  Azərbaycan  Respublikasında  qəbul  olunmuş  digər  qanunvericilik  aktlarına,  bu 

ə

sasnaməyə və özünün Nizamnaməsinə uyğun fəaliyyət göstərir. 



Ali  təhsil  müəssisəsi  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müəyyən  etdiyi 

qaydada yaradılır, qeydiyyata alınır, yenidən təşkil olunur və ləğv edilir. Təşkilatlar hüquq 

formasına  görə  dövlət  və  qeyri-dövlət  ali  təhsil  müəssisələri  yarada  bilərlər.  Dövlət 

orqanları,  Azərbaycan  və  xarici  ölkələrin  dövlət  və  qeyri-dövlət  müəssisələri,  təşkilatları, 

cəmiyyətləri,  idarələri,  habelə  Azərbaycan  və  xarici  ölkə  vətəndaşları  ali  təhsil 

müəssisəsinin  təsisçisi  ola  bilərlər.  Qeyri-dövlət  ali  təhsil  müəssisələri  maarifçilik, 

xeyriyyəçilik  niyyəti  ilə  yaradılır  və  şəxsi  qazanc  məqsədi  güdmür.  Təsisçilərlə  təhsil 

müəssisələri  arasında  münasibətlər  təhsil  qanunvericiliyinə  müvafiq  müqavilələr  əsasında 

qurulur. 

Ali  təhsil  müəssisəsi  təhsil,  tərbiyə,  elm  və  mədəniyyət  mərkəzi  kimi  aşağıdakı 

vəzifələri yerinə yetirir: 

- hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, ali təhsil alma və ixtisasartırma 

tələblərinin ödənilməsi; 

- təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi; 

- elmi araşdırmalar aparılması; 

- çoxpilləli ali məktəblərdə yüksək ixtisaslı elmi-pedaqoci, elmi kadrlar hazırlanması; 

- elmi-pedaqoci və elmi kadrların attestasiyasının keçirilməsi; 

- ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasının təmin edilməsi; 

-  mədəni-maarifçilik,  nəşriyyat,  maliyyə-iqtisadi,  təsərrüfat,  elmi-istehsalat,  təhsil 

sahəsi ilə bağlı kommersiya fəaliyyətinin və xarici əlaqəlrin təmin edilməsi. 

 Ali  təhsil  müəssisəsinin  filialları,  fakültələri,  hazırlıq  şöbələri,  kafedraları,  elmi-

tədqiqat  laboratoriyaları,  aspiranturası  (yeni  təhsil  strukturlarına  keçid  müddətində) 

doktoranturası,  əlavə  ixtisas  təhsili  üçün  tədris  bölmələri,  təcrübə  təsərrüfatları,  tədris 

teatrları və digər bölmələri ola bilər. 

Ali təhsil müəssisəsi tərkibində və onun nəzdində bilavasitə profilinə uyğun istehsalat 

və digər xarakterli (elm, tədris, təlim-tərbiyə və s.) müəssisə, təşkilat və idarələr fəaliyyət 

göstərə bilər. 

Ali  təhsil  müəssisəsinin  struktur  bölmələrinin  (filiallardan  başqa)  yaradılması, 

dəyişdirilməsi  və  ləğv  edilməsi  ali  təhsil  müəssisəsinin  nizamnaməsinə  müvafiq  özü 

tərəfindən aparılır və bu halda təsisçiyə məlumat verilir. 



 

436 


 

Ali  təhsil  müəssisəsi  nəzdində  müxtəlif  pillədən  olan  tədris  müəssisələrinin  (orta 

məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s.) elmi-tədqiqat mərkəzləri və 

institutların yaradılması, yenidən təşkili və ləğv edilməsi Nazirlər Kabineti tərəfindən təsdiq 

edilmiş  qaydalara  əsasən  həyata  keçirilir.  stehsalat  müəssisələrinin,  klinikalarının, 

ə

czaxanaların və s. yaradılması, yenidən təşkili və ləğv olunması ilə müəssisələr haqqında 



Qanuna müvafiq olaraq həyata keçirilir. 

Ali  təhsil  müəssisəsi  öz  işini  müstəqil  surətdə  planlaşdırmaq,  təlim-tərbiyə,  elmi-

tədqiqat, metodik, maliyyə-təsərrüfat, iqtisadi-kommersiya və s. məsələləri sərbəst surətdə 

həll  etmək,  təlimin  forma  və  metodlarını  müəyyən  etmək,  müəssisəni  kadrlarla 

komplektləşdirmək, o cümlədən başqa dövlətlərin vətəndaşlarını işə qəbul etmək, müəyyən 

olunmuş  əmək  haqqı  fondu  çərçivəsində  müəssisəsinin  quruluşu  və  ştat  cədvəlini  təsdiq 

etmək,  maliyyələşdirmənin  müxtəlif  növlərindən  sərbəst  istifadə  etmək,  tədris-tərbiyə 

müəssisəsində iaşə üzərində ictimai nəzarəti həyata keçirmək hüququna malikdir. 

Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə, 

təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris elmi-

istehsalat  birlikləri  (assosiasiyaları)  yaratmaq,  ərazi  tədris  istehsalat  birlikləri  və 

assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan 

təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə 

müəyyən  olunur.  Hüquqi  şəxs  statusuna  malik  tərkib  hissəsi  olan  təhsil  müəssisəsi  vahid 

təhsil müəssissəsi kimi fəaliyyət göstərir. 

 Ali ixtisas təhsilini aşağıdakı təhsil müəssisələri həyata keçirirlər: 

- ali kolleclər;  

- institutlar;  

- konservatoriyalar;  

- akademiyalar,  

- universitetlər və s; 

 Universitet  ali  təhsil  müəssisəsidir,  fəaliyyəti  ali  təhsil  və  ondan  sonrakı  təhsil 

mərhələsində  elmin,  texnikanın  və  mədəniyyətin  təbiət,  humanitar  və  başqa 

istiqamətlərində  fundamental  elmi  tədqiqat  işlərinə  yönəlir.  Universitet  təhsilin  və 

mədəniyyətin aparıcı inkişaf mərkəzi olmaqla əhali arasında elmi biliklərin yayılmasına və 

mədəni-maarif işlərinin həyata keçirilməsinə kömək edir; 

 Akademiya  ali  təhsil  müəssisəsidir,  fəaliyyəti  ali  təhsil  və  ondan  sonrakı  təhsil 

mərhələsində  elmin,  texnikanın  və  mədəniyyətin  əsasən  bir  sahəsinin  inkişafına  yönəlir. 

Akademiya öz fəaliyyət dairəsində aparıcı elmi və metodik mərkəzdir. Müəyyən sahə üçün 

geniş miqyasda yüksək ixtisaslı mütəxəssislər hazırlayır və rəhbər mütəxəssislərin yenidən 

hazırlanmasını həyata keçirir; 

  nstitut müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərməklə elmin, texnikanın və 

bir  sıra  istiqamətləri  üzrə  təhsil  proqramlarını  yerinə  yetirir  və  elmi  tədqiqatları  həyata 

keçirir; 

Ali  kollec  müstəqil  ali  təhsil  müəssisəsi  kimi  tam  və  yaxud  natamam  ali  təhsil 

proqramlarını yerinə yetirir; 

Konservatoriya  ixtisaslaşmış  ali  təhsil  müəssisəsidir,  fəaliyyəti  ali  təhsil  və  ondan 

sonrakı  mərhələsində  musiqinin,  sənətin  və  mədəniyyətin  inkişaf  mərkəzi  olmaqla  əhali 

arasında mədəni-maarif işlərinin həyata keçirilməsinə kömək edir. 


 

437 


 

Dövlət ali təhsil müəssisəsinin, rəsmi adına onun yaradıcılığı və yaxud yenidən təşkil 

olunduğu  vaxt  verilir  və  lazım  gəldikdə  təsisçinin  təklifi  ilə  respublika  Nazirlər  Kabineti 

tərəfindən dəyişdirilə bilər. 

Dövlət  ali  təhsil  müəssisələrində  vətəndaşlar  pulsuz  təhsil  almaq  hüququna 

malkidirlər,  həmin  tədris  müəssisələrində  əlavə  pullu  təhsil  qrupları  da  yaradıla  bilər. 

Qeyri-dövlət ali təhsil müəssisələrində vətəndaşlar ödənişli və ödənişsiz təhsil ala bilərlər. 

Həmin müəssisələrdə ödəniş haqqının miqdarı onların rəhbərliyi tərəfindən müəyyən edilir. 

Azərbaycan Respublikasında ali məktəblərə qəbul dövlət tərəfindən müəyyən olunmuş 

qaydada həyata keçirilir. 

Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  və  Təhsil  Nazirliyi    ali  təhsil  sistemini 

idarə edən başlıca subyektlərdir. Yerli dövlət idarə orqanları öz səlahiyyətləri çərçivəsində 

ə

razilərində yerləşən ali təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirməkdə, 



təsərrüfat təchizatını təmin etməkdə iştirak edə bilərlər. 

Yerli  dövlət  idarə  orqanları  ali  təhsil  müəssisələrinin  idarə  olunması  ilə  əlaqədar 

məsələlərə müdaxilə etmirlər. 

Dövlət  ali  təhsil  müəssisələri  təhsil  qanunvericiliyinə,  xüsusi  normativ  aktlara  və  bu 

ə

sasnaməyə müvafiq olan nizamnamə əsasında idarə olunur. 



Qeyri-dövlət  ali  məktəblərinin  idarə  olunması  respublikanın  təhsil  qanunvericiliyinə, 

müəssisə haqqında qanuna, xüsusi normativ aktlara və bu əsasnaməyə müvafiq nizamnamə 

ə

sasında  həyata  keçirilir.  Bu  ali  məktəblərin  təsisçiləri  təhsilin  dövlət  standartlarına 



müvafiq qurulmasına məsuliyyət daşıyırlar. Ali məktəbin fəaliyyəti nəticəsində əldə edilən 

gəlirdən təhsil müəssisəsinin daha da inkişaf etdirilməsi məqsədi ilə istifadə olunur, təhsilin 

maddi-texniki  bazası  genişləndirilir  və  müasirləşdirilir,  təlim  stimullaşdırılır, 

təkmilləşdirilir,  elmi  araşdırmalar,  təhsil  alanların  və  müəllimlərin  sosial-  iqtisadi 

mənafeləri  daha  dolğun  təmin  edilir,  ali  məktəblərin  xarici  ölkələrlə  əlaqələri 

genişləndirilir.  Əldə  olunan  gəlirdən  şəxsi  qazanc  məqsədi  ilə  istifadə  olunmasına  icazə 

verilmir. 

Ali  təhsil  müəssisəsinin  Nizamnaməsi  onun  ali  orqanında  (Elmi  Şurasında)  qəbul 

olunur və təsisçi tərəfindən təsdiq edildikdən sonra Təhsil Nazirliyində qeydiyyata alınır. 

Ali  təhsil  müəsissəsinə ümumi  rəhbərliyi həmin  müəssisənin  rektorunun sədr  olduğu 

və  müəyyən  olunmuş  qaydada  yaradılmış  seçkili  orqan  -  Elmi  Şura  həyata  keçirir.  Elmi 

Ş

uranın  tərkibinin  seçilmə  qaydası,  onun  hüquq  və  vəzifələri  Təhsil  Nazirliyi  tərəfindən 



dövlət ali təhsil müəssisələri üçün təsdiq edilmiş vahid əsasnamədə müəyyən olunur. 

Ali təhsil  müəssisəsinin  fəaliyyətinə bilavasitə  rəhbərlik  rektor  (prezident)  tərəfindən 

edilir. Rektor (prezident) Təhsil Nazirliyinin təsdiq etdiyi nümunəvi qaydaları özündə əks 

etdirən  ali  təhsil  müəssisəsinin  nizamnaməsinə  müvafiq  olaraq  5  il  müddətinə  (iki 

müddətdən artıq olmayaraq) seçilir və özünü doğrultmadığı halda geri çağrılır. 

Rektorla  müəssisənin  Elmi  Şurası  arasında  səlahiyyətlərin  bölünməsi  Elmi  Şuralar 

haqqında Əsasnamə və ali təhsil müəssisəsinin Nizamnaməsi ilə müəyyən olunur. 

Rektor  öz  səlahiyyətlərinin  bəzilərinin  icrasını  prorektorlara  və  ali  məktəbin  digər 

rəhbər işçilərinə verə  bilər.  O,  özünün  bu  haqda qərarını əmrlə  rəsmiləşdirir,  müəssisənin 

Elmi Şurasında elan edir və təsisçiyə bildirir. 

Fakültəyə mövcud qaydada elmi dərəcəsi və elmi adı, kifayət qədər elmi-pedaqoci stac 

və  səriştəsi,  yüksək  səviyyəli  elmi  nailiyyətləri,  göstəriciləri  olan  və  həmin  fakültədə 



 

438 


 

hazırlanan  ixtisaslar  (və  ya  ixtisas)  sahəsində  mütəxəssis  sayılan  əməkdaşlar  sırasından 

seçilmiş dekan başçılıq edir. 

Kafedraya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada seçilmiş və ya təyin 

olunmuş  müdir  başçılıq  edir.  Kafedranın  işi  Təhsil  Nazirliyi  tərəfindən  təsdiq  olunmuş 

Ə

sasnamə və ali məktəbin Nizamnaməsinin müvafiq tələbləri əsasında qurulur 



Ali  təhsil  müəssisəsində  təhsil  qanunvericiliyini  pozanlar  qanunla  müəyyən  olunmuş 

qaydada məsuliyyət daşıyırlar. 

Ali təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikası qanunvericiliyi və müəssisə 

Nizamnaməsi tələblərinin icra edilməsinə bilavasitə nəzarəti səlahiyyəti çərçivəsində Təhsil 

Nazirliyi həyata keçirir. 

Tədris  planlarını  yerinə  yetirmədikdə,  təhsil  Qanununu,  əsasnaməni  və  oxuduğu  ali 

təhsil  müəssisəsinin  nizamnaməsində  nəzərdə  tutulan  qaydaları  pozduqda,  tələbələrə 

xəbərdarlıq,  töhmət,  şiddətli  töhmət,  məktəbdən  xaric  olunma  kimi  intizam  təsir  ölçüləri 

tətbiq edilə bilər. 

Ali  təhsil  müəssisəsində  təhsil  qanunvericiliyinin  icrasına  və  təhsilin  dövlət 

standartlarına riayət edilməsinə, təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətinin 

təmin  olunmasına,  elmi-pedaqoci  kadrların  attestasiyasının  keçiril-məsinə,  baza  təhsil 

planlarının, proqramlarının, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların 

hazırlanmasına Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzarət edir. 

Ali  təhsil  müəssisəsi  tərəfindən  Azərbaycan  Respublikası  qanunvericiiyinə,  müəssisə 

Nizamnaməsi  tələblərinin  icra  edilməsinə,  təhsil  və  maliyyə-təsərrüfat  fəaliyyətinə 

bilavasitə nəzarəti öz səlahiyyəti çərçivəsində Təhsil Nazirliyi və təsisçi həyata keçirir. 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  10  noyabr  1997-ci  il  tarixli  792  saylı 

ə

mri ilə Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə təsdiq edilmişdir. 



Ali təhsil müəssisəsinə ümumi rəhbərlik mövcud qaydada təşkil olunmuş və rektorun 

başçılıq  etdiyi  Elmi  Şura  tərəfindən  həyata  keçirilir.  Elmi  Şuranın  səlahiyyət  müddəti  3 

ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin 

tələbi ilə həyata keçirilə bilər. 

Tutduqları  vəzifələrinə  görə  Elmi  Şuranın  tərkibinə  ali  təhsil  müəssisəsinin  rektoru 

(sədr),  tədris  işləri  üzrə  prorektoru  (sədr  müavini),  prorektorlar,  elmi  katib,  dekanlar,  ali 

təhsil  müəssisəsinin  tərkibində  fəaliyyət  göstərən  elmi-tədqiqat  institutlarının  direktorları, 

həmkarlar təşkilatının sədrləri (əməkdaşların və tələbələrin), şöbə müdirləri və Tələbə Elmi 

Cəmiyyətinin sədri daxil olur. Elmi Şuranın digər üzvləri ali təhsil müəssisəsinin professor-

müəllim və elmi işçilərinin ümumi sayının 3-10 %-i təşkil edir. Bu miqdar rektor tərəfinən 

professor-müəllim  və  eli  işçilərin  sayından  asılı  olaraq  müəyyənləşdirilir.  Elmi  Şuraya 

namizədlər  hər  bir  fakültənin  professor-müəllim  və  elmi  işçilərin  ümumi  iclasında  gizli 

səsvermə  yolu  ilə  seçilir.  Bundan  əlavə  Elmi  Şuranın  tərkibinin  10  %-ə  qədər  ali  təhsil 

müəssisəsinin  başçısı-  rektoru  tərəfindən  ümumi  saya  əlavə  olaraq  təyin  edilə  bilər  (ali 

təhsil  müəssisəsinin  daxilindən).  Professor-müəllim  elmi  işçilərin  ümumi  sayının  2/3 

hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Fakültəyə ayrılan yerlərə iştirakçıların 50 %-

dən artıq daha çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər. Hər hansı bir 

ə

məkdaş  şura  üzvlüyündən  çıxdığı  halda  boşalan  yeri  həmin  fakültənin  (bölmənin) 



nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər. 

Elmi  Şura  təhsil  müəssisəsinin  tabe  olduğu  orqanın  göstərişinə  əsasən  yaradılır  və 

tərkibi onun tərəfindən təsdiq edilir. 


 

439 


 

Ali  Təhsil  müəssisəsinin  Elmi  Şurası  aşağıdakı  kimi  məsələlərə  baxır  və  müvafiq 

tədbirlər həyata keçirir: 

-  Ali  Təhsil  Müəssisəsinin  Nizamnaməsini  qəbul  edir,  onda  əlavələr  və  dəyişikliklər 

aparır,  tələbələrin,  müəllimlərin,  əməkdaşların,  aspirant,  doktorant  və  dinləyicilərin  daxili 

intizam qaydalarını təsdiq edir; 

- ali təhsil müəssisəsinin inkişaf proqramını təsdiq edir; 

- hər il ali məktəbin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir; 

-  mütəxəssislərin,  elmi-pedaqoci  kadrların  hazırlanması,  onların  ixtisaslarının 

artırılması və yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat 

işləri ilə bağlı məsələləri həll edir; 

- Elmi Şuranın üzvləri içərisindən Şuranın katibini seçir, təhsil və elm, sosial-iqtisadi 

və  təsərrüfat  fəaliyyətləri  üzrə  komissiyalar  yaradır.  Onların  hesabatlarını  dinləyir  və 

müvafiq qərar qəbul edir; 

-  Şuranın  işini  təşkil  etmək,  iclasları  hazırlamaq  və  qərarların  həyata  keçirilməsinə 

nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir; 

-  fakültələrin,  kafedraların  və  ali  təhsil  müəssisələrinin  digər  struktur  bölmələrinin 

yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir; 

-  vaxtaşırı  fakültələrin  tədris,  elmi-tədqiqat  və  tərbiyə  işləri  haqqında  hesabatını 

dinləyir; 

- professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlarının, 

orden və medallarının verilməsinə təqdim edir; 

- kafedra müdirlərini, professorları, baş elmi işçiləri seçir və onların vaxtından əvvəl 

tutduqları vəzifələrindən azad olunmaları məsələlərinə baxır; 

-  müstəsna  hallarda  -  fakültə  Elmi  Şuraları  olmadıqda  və  münaqişələr  yarandıqda 

rektorun qərarı ilə fakültə dekanlarını, dosent, baş müəllim və assisentləri, elmi işçiləri seçir 

və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır. 

Elmi  Şura  tədris  ili  və  hər  semestr  üçün  nəzərdə  tutulmuş  iş  planı  üzrə  işləyir.  Elmi 

Ş

uranın  iş  planı  Şura  iclasında  müzakirə  olunub  qəbul  edilir  və  rektor  tərəfindən  təsdiq 



edilir. 

Tədris,  elmi  və  tərbiyə  işlərinin  bütün  məsələləri  üzrə  Elmi  Şuranın  qərarları  açıq 

səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin, kafedra müdirlərinin, fakültə 

dekanlarının  seçilməsi  və  geri  çağırılması,  professor,  dosent  və  fəxri  adların  verilməsinə 

təqdimat zamanı isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir. 

Elmi  Şuranın  qərar  çıxarması  üçün  onun  üzvlərinin  ən  azı  2/3  hissəsinin  iştirakı 

vacibdir.  Elmi  Şurada  iştirak  edənlərin  ümumi  sayının  50  %-dən  çoxu  müzakirə  olunan 

məsələnin leyhinə səs verərsə qərar qəbul olunmuş hesab edilir. 

Elmi Şuranın qərarları yalnız ali məktəbin rektoru tərəfindən təsdiq olunduqdan sonra 

qüvvəyə minir. 

Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və elmi katibi tərəfindən 

imzalanır və elmi katibdə saxlanılır. 

Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir 

və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir. 

Ə

sas  səbəblər  olduqda-  Elmi  şuranın  qəbul  etdiyi  qərarın  obyektiv  olmadığı, 



qanunvericiliyə  zidd  olduğu  müəyyənləşdirildikdə  ali  məktəbin  Elmi  Şurasının  qərarı 

həmin ali məktəbin tabe olduğu mərkəzi idarəetmə orqanı tərəfindən ləğv oluna bilər. 



 

440 


 

Beləliklə, ikinci suala nəticə olaraq göstərmək olar ki, Azərbaycan Respublikasında ali 

təhsil  müəssisələri  ali  və  orta  ixtisas  təhsili  proqramlarını  həyata  keçirən  hüquqi  şəxs 

statusuna malik olan təhsil müəssisələridir. Digər tərəfdən isə sualın açıqlanması prosesində 

ali  təhsil  müəssisələrinin  ali  kolleclər,  institutlar,  konservatoriyalar,  akademiyalar, 

universitetlər  və  s.  kimi  növləri  və  onların  fəaliyyətinə  rəhbərliyin  həyata  keçirilməsi 

formaları haqqında hüquqi biliklər əldə etmiş oldunuz. 

Ə

n nəhayət ali təhsil müəssisələrinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən ali 



təhsil müəssisələrinin Elmi Şurasının aparıcı rolu barədə hüquqi biliklər əldə etmiş oldunuz.  

 

 



SUAL  3.  POLIS  AKADEMIYASI  -  DÖVLƏT  ALI    TƏHSIL  MÜƏSSISƏSI 

KIMI. 

 

 Azərbaycan  Respublikası  D N-in  Polis  Akademiyası  (bundan  sonra  Akademiya) 

Azərbaycan  Respublikası  Prezidentin  23  may  1992-ci  il  tarixli  782  saylı  Fərmanına  və 

Nazirlər  Kabinetinin  9  iyun  1992-ci  il  tarixli  321  saylı  qərarına  əsasən  yaradılmış, 

Azərbaycan Respublikası Daxili  şlər Nazirliyinin birbaşa tabeçiliyində olan dövlət ali təhsil-

elm müəssisəsidir.  

 D N-in  02  sentyabr  1997-ci  il  tarixli    324  №-li  əmri  ilə  Polis  Akademiyasının 

Nizamnaməsi  təsdiq  edilmişdir.  Polis  Akademiyasında  tədris  prosesinin  təkmilləşdirilməsi 

tədbirlərinə dair D N 05 dekabr 2001-ci il tarixli 470 № -li əmrini vermişdir. 

Akademiya hüquqi şəxsdir. Müəyyən olunmuş qaydada ona təqdim edilmiş bayrağa və 

üzərində  Azərbaycan  Respublikasının  Dövlət  gerbinin  təsviri  və  öz  adı  həkk  olunmuş 

möhürə  malikdir.  O,  Respublika  D N,  həmçinin  onun  razılığı  ilə  müqavilə  əsasında  başqa 

nazirliklər, təşkilatlar, eləcə də digər dövlətlər üçün ali hüquq təhsilli kadrlar hazırlayır. 

 Polis Akademiyasında tədris əyani və qiyabi formalarda həyata keçirilir. Akademiya 

birinci  dərəcəli  ali  təhsil  ocağıdır,  öz  fəaliyyətində  Azərbaycan  Respublikası 

Konstitusiyasını,  qanunlarını,  Prezidentin  fərmanlarını,  Nazirlər  Kabinetinin  qərarlarını, 

Daxili  şlər  və  Təhsil  Nazirliklərinin  normativ  aktlarını  və  Polis  Akademiyasının 

Nizamnaməsini rəhbər tutur. 

Akademiya öz fəaliyyətini Azərbaycan Respublikası D N-in tabeçiliyində olan orqan 

və hissələrlə, həmçinin kadrları hazırlanan başqa nazirliklər, təşkilatlar, eləcə də dövlətlərin 

müvafiq orqanları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirir. 

 Akademiyanın qarşısında duran əsas vəzifələr aşağıdakılardır: 

- daxili işlər orqanlarının ali hüquq təhsilli mütəxəssislərə olan tələbatını ödəmək; 

-  müdavim  və  dinləyicilərə  hüquqi  və  mənəvi  tərbiyəni,  yüksək  intizamı,  icraçılıq, 

mənəvi mətinlik və fiziki dözümlülük xüsusiyyətlərini aşılamaq; 

-  Akademiyada  hazırlanmış  mütəxəssislərin  ixtisasına  uyğun  olaraq  daxili  işlər 

orqanları fəaliyyətinin aktual problemləri üzrə tədqiqat işlərini təşkil etmək və aparmaq, əldə 

edilmiş nəticələri daxili işlər orqanlarının iş təcrübəsinə və tədris prosesinə tətbiq etmək; 

 - daxili işlər orqanları əməkdaşları ilə ixtisasartırma kursları keçirmək; 

-  dərsliklər,  dərs  vəsaitləri,  monoqrafiyalar,  mühazirələr,  elmi  əsərlər,  məcmuələr, 

konfrans materialları, məlumat bületenləri hazırlamaq və nəşr etmək; 

- elmi informasiya fəaliyyətini həyata keçirmək; 



 

441 


 

-  hüquqi  təbliğat,  daxili  işlər  orqanlarının  şəxsi  heyəti  və  əhali  arasında  elmi-nəzəri 

bilikəri yaymaq. 

Akademiyada  kargüzarlıq,  Daxili  şlər  və  Təhsil  Nazirliklərinin  normativ  aktları  ilə 

müəyyən edilmiş qaydada aparılır. 

Akademiyanın strukturu və şəxsi heyətinin sayı Azərbaycan Respublikası daxili işlər 

nazirinin əmri ilə müəyyən edilir. 

 

 



 Kadrların  hazırlanmasına  zəruri  tələbat  nəzərə  alınmaqla  Akademiyanın  strukturu 

aşağıdakılardan ibarət ola bilər:  

- filiallar;  

- fakultələr;  

- kafedralar;  

- şöbələr;  

- elmi-tədqiqat laboratoriyaları;  

- kitabxanalar;  

- təlim-sınaq meydanları;  

- müdavim və dinləyicilər üçün tədris-təlim bölmələri;  

- mətbəə;  

- elm və hesablama mərkəzləri;  

- dəftərxana;  

- tibb xidməti;  

- mədəni-məişət təyinatlı bölmələr və s. 

Filial, Akademiyanın struktur bölməsi olub, daxili işlər orqanlarının tələbatına uyğun 

ixtisaslar üzrə mütəxəssislər hazırlayır. 

Fakultə, Akademiyanın tədris-elmi bölməsi olaraq, bir və ya bir neçə oxşar ixtisas üzrə 

tədrisi, kadrların  ixtisaslarının  artırılmasını və  yeni  ixtisas  hazırlığını  təmin  edir. Fakültədə 

ayrı-ayrı ixtisaslar və tədris formaları üzrə bölmələr yaradıla bilər. 

Tədris-məsləhət  məntəqəsi  Akademiyanın  struktur  bölməsi  kimi  tədris  işində 

dinləyicilərə yardım göstərmək məqsədilə təşkil edilir. 

Kafedra, Akademiyanın tədris-metodik, tərbiyə və elmi struktur bölməsidir. Kafedra, 

azı  beş  elmi-pedaqoci  işçi  olduqda  təşkil  edilir.  Kafedranın  başlıca  vəzifələri  bir  və  ya  bir 

neçə oxşar fənlər üzrə tədris və metodiki işin yüksək elmi səviyyədə təşkil edilməsindən və 

aparılmasından,  müdavim  və  dinləyicilərlə  tərbiyəvi  işin,  həmçinin  kafedranın  profili  üzrə 

elmi-tədqiqat işlərinin aparılmasından ibarətdir. 

Tədris-metodiki  şöbə,  kafedraların  və  şöbələrin  fəaliyyətini  əlaqələndirir,  tədris 

prosesini  planlaşdırır  və  ona  nəzarət  edir,  tədris-təlim  prosesinin  təkmilləşdirilməsi  üçün 

tədbirlər görür. 

Elmi  şöbə,  Akademiyanın  struktur  bölmələrinin  elmi-tədqiqat  işini  planlaşdırır, 

ə

laqələndirir, ona nəzarəti həyata keçirir və redaksiya-nəşriyyat fəaliyyətini təmin edir. 



Akademiyanın elmi bölmələri (elmi-tədqiqat laboratoriyaları, şöbələri, qrupları) daxili 

işlər  orqanlarının  fəaliyyətində  aktual  problemlərin  tədqiq  edilməsi  və  mütəxəssislərin 

hazırlığının təkmilləşdirilməsi məqsədilə yaradılır. 

 Akademiyada onun işini təmin edən başqa strukturlar: kadr, təsərrüfat, maliyyə-plan, 

maddi-texniki təchizat və s. bölmələr fəaliyyət göstərir. 


 

442 


 

Fakultə,  kurs,  müdavim  və  dinləyicilərin  tədris  qrupu  Akademiyanın  tədris-sıra 

bölmələridir. 

Filiallar,  fakultələr, şöbələr, tədris-məsləhət  məntəqələri,  kafedralar öz  fəaliyyətlərini 

Polis Akademiyasının Nizamnaməsinə uyğun təşkil edirlər. 

Akademiyanın kitabxanaları öz işini kitabxanaçılıq işi haqqında Əsasnaməyə müvafiq 

təşkil  edir.  Yayılması  məhdudlaşdırılmış  ədəbiyyatdan  istifadə  qaydaları  D N-in  normativ 

aktları ilə müəyyən edilir. 

 Akademiyanın daimi heyətinə aşağıdakılar aiddir: 

-  rəhbər  heyət,  professor-müəllim  və  elmi  heyət,  kadr  şöbəsinin  işçiləri,  yardımçı-

təlim, inzibati-təsərrüfat və ştatla təsdiq edilmiş digər heyət. 

 Akademiyada  professor-müəllim  heyəti,  elmi  heyət  və  yardımçı  təlim  heyətinin  ştat 

vəzifələrinə kafedra rəisi, professor, baş müəllim, müəllim, baş elmi əməkdaş, fənn kabineti 

rəisi və digər vəzifələr aiddir. 

Akademiya  əməkdaşlarının  funksional  vəzifələri  D N-in  normativ  aktlarına,  Polis 

Akademiyasının  Nizamnaməsinə  uyğun  olaraq  müəyyənləşdirilir  və  Akademiyanın  rəisi 

tərəfindən təsdiq edilir. 

 Şəxsi heyətin təlim-tərbiyə prosesi ilə bağlı olmayan tədbirlərə cəlb edilməsinə ancaq 

Azərbaycan Respublikası Daxili  şlər Nazirinin razılığı ilə yol verilir. 

Kurs  rəisləri  və  onların  müavinləri  müdavimlərin  bilavasitə  rəisləridir.  Onlar 

müdavimlərin  tərbiyəsi,  intizamının  və  tədris  işinin  vəziyyəti,  nizamnamələrin  tələblərini 

bilmələri  və  bunlara  ciddi  əməl  etmələri,  bölmələrdə  daxili  qaydanın  saxlanması,  daxili 

intizam qaydalarına dəqiq əməl edilməsi, bölmənin istifadəsində olan əmlakın qorunması və 

vəziyyəti üçün cavabdehdirlər. 

Kurs  rəisləri  və  onların  müavinləri  vəzifələri  ştatları  daxili  işlər  orqanlarında  xidmət 

təcrübəsinə  malik  və  Akademiyada  işləməyə  meyli  olan  ali  təhsilli  əməkdaşlarla 

komplektləşdirilir. 

Kurs  rəislərinin  hüquqları  daxili  işlər  orqanlarının  intizam  nizamnaməsi  ilə 

tənzimlənir. 

 Akademiyanın dəyişkən heyətinə Akademiyada təhsil alan şəxslər aiddir. 

Akademiyaya  daxili  işlər  orqanlarının  əməkdaşları,  həqiqi  hərbi  xidmət  keçməmiş 

gənclər, müqavilə əsasında başqa nazirlik, təşkilat, eləcə də dövlətlərin nümayəndələri qəbul 

edilirlər.  Namizədlərin  Polis  Akademiyasına  seçilib  göndərilməsi  Daxili  şlər  Nazirliyi 

tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. 

 Polis  Akademiyasına  qəbul  planı  Daxili  şlər  Nazirliyi  tərəfindən  müəyyən  edilir. 

Polis  Akademiyasının  rəisinə  qəbul  planının  10-15  %-i  həcmində  əlavə  müdavim  və 

dinləyici qəbul etmək səlahiyyəti verilir. 

 Akademiyanın  əyani  şöbəsinə  qəbul  edilənlərə  “müdavim”,  qiyabi  şöbəsinə  daxil 

olanlara, eləcə də hər hansı bir formada kurs keçənlərə “dinləyici” adı verilir. 

Müdavimlərin  təhsil  müddəti  daxili  işlər  orqanlarında  xidmət  müddətinə  daxil 

edilməklə  D N-in  normativ  aktları  və  Akademiyanın  Nizamnaməsinin  tələbləri  ilə 

tənzimlənir. 

Qiyabi  təhsil  alan  dinləyicilər  üçün  laborator-imtahan  sessiyalarının  sayı  Akademiya 

rəhbərliyi tərəfindən müəyyən edilir və dinləyicilər üçün məcburi təhsil mərhələsidir. Qiyabi 

təhsil, laborator-imtahan sessiyaları arasındakı müddətdə dinləyicilərin sərbəst hazırlaşması 

yolu ilə həyata keçirilir. 



 

443 


 

Müdavimlər  qüvvədə  olan  normativ aktlara  müvafiq  olaraq pul  vəsaiti və  ya  təqaüd, 

geyim  forması,  xidməti  vəsiqə,  yemək  və  yataqxana  ilə  təmin  edilirlər.  Qiyabi  təhsil  alan 

dinləyicilər  laborator-imtahan  sessiyası  zamanı  ödənişli  şərtlərlə  yataqxanadan  istifadə  edə 

bilərlər.  Müdavimlərin  yataqxanadan  kənarda  yaşamasına  hər  bir  konkret  halda, 

Akademiyanın rəisi tərəfindən yaşayış yerinin sosial-məişət şəraiti öyrənildikdən sonra icazə 

verilə bilər. 

Daxili  intizam  qaydalarına  riayət  olunmasını  təmin  etmək  məqsədilə  Akademiya 

rəisinin  əmri  ilə  müdavimlər  sırasından  tədris  tağımlarının  qrup  və  bölmələrinin 

komandirləri təyin edilir. 

Polis  Akademiyasına  daxil  olmuş  kiçik  rəis  heyətinə  mənsub  müdavimlərin  mövcud 

rütbələri saxlanılır. Müdavimlərə hər il iki həftə müddətində qış tətili məzuniyyəti və 30 gün 

müddətində  növbəti  məzuniyyət  verilir.  Tədris  borcu  olan  müdavimlərə  məzuniyyət,  onun 

müəyyən edilmiş müddəti hüdudunda, borc ləğv edildikdən sonra verilir. 

 Dövlət  buraxılış  imtahanlarını  müvəffəqiyyətlə  vermiş  məzunlara  dövlət  imtahan 

komissiyasının qərarı ilə müvafiq ixtisas dərəcəsi verilir, diplom və müəyyən nümunəli döş 

nişanı təqdim olunur. Əyani təhsil almış məzunlara “polis leytenantı” rütbəsi verilir. 

 Tədris  planındakı  bütün  fənlərin  azı  75  faizindən  “əla”,  qalan  fənlərdən  isə  “yaxşı” 

qiymət  almış,  dövlət  buraxılış  imtahanlarını  “əla”  qiymətlərlə  vermiş,  həmçinin  ictimai 

işlərdə fəal iştirak etmiş müdavim və dinləyicilərə fərqlənmə diplomu verilir. Əyani təhsilini 

fərqlənmə  diplomu  ilə  bitirmiş  məzunlar  müstəsna  hal  kimi  “polis  baş  leytenantı”  xüsusi 

rütbəsinin verilməsinə təqdim oluna bilərlər. 

 Müdavim və dinləyicilər Akademiyadan aşağıdakı hallarda xaric oluna bilərlər: 

- öz xahişi ilə; 

- başqa təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar; 

- tədris intizamını, Akademiyanın daxili qaydalarını ciddi şəkildə pozduğuna görə; 

- üzürsüz səbəbdən semestr müddətində 120 saatdan çox dərs buraxdığına görə; 

- səhhətinə görə (hərbi-həkim komissiyasının rəyinə əsasən); 

- tədris planını yerinə yetirmədikdə (akademik uğursuzluq-müəyyən edilmiş qaydada 

imtahan  və  məqbulları  vermədikdə,  təcrübə  proqramını  icra  etmədikdə,  dövlət  buraxılış 

imtahanından qeyri-kafi qiymət aldıqda və s.); 

 - tördilmiş cinayətə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda; 

- daxili işlər orqanlarından mənfi əsaslarla xaric olunması ilə əlaqədar. 

 Müdavim  və  dinləyicilərin  Akademiyadan  xaric  olunması  Akademiya  rəisinin 

təqdimatı əsasında daxili işlər nazirinin müavini, o da kadrlar idarəsi rəisinin əmri ilə həyata 

keçirilir. 

Müdavim  məhkum  olunması  ilə  əlaqədar  Akademiyadan  xaric  olunduqda,  o,  eyni 

zamanda D N rəhbərliyinin əmri ilə daxili işlər orqanlarından xaric edilir və onun şəxsi işi 

ə

vvəlki xidmət yerinə qaytarılır. 



Bir  semestr  müddətində  üzürlü  səbəbdən  (xəstəlik,  ailə  vəziyyəti,  ezamiyyət,  dövlət 

sərəncamı  və  tapşırığının  yerinə  yetirilməsi  və  s.)  120  saatdan  çox  dərs  buraxmış 

müdavimlər Akademiya rəisinin əmri ilə təkrarən eyni kursda saxlanıla bilər. 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin