Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə56/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

tatdankənar konsullar. 

 

Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyi  konsulluğun  yerləşdiyi  dövlətin 

razılığına  əsasən  ayrı-ayrı  konsul  funksiyalarının  yerinə  yetirilməsini  ştadankənar 

konsullara 

tapşıra 

bilər. 


Ş

tatdankənar 

konsulların 

funksiyalarını 

Azərbaycan 

Respublikasının Xarici  şlər Nazirliyi müəyyənləşdirir. Ştatdankənar konsullar Azərbaycan 

Respublikasının dövlət qulluğunda olmurlar. 

Xarici  şlər Nazirliyi xarici işlər sahəsində idarəetməni bilavasitə həyata keçirir və 

öz orqanlarının fəaliyyəti ilə Azərbaycanı beynəlxalq aləmdə tanıtdırır. 

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri aşağıdakılardır: 

 1. BMT yanında daimi nümayəndəlik  Nyu-York şəhəri 

 2. BMT yanında daimi nümayəndəlik və 

 başqa beynəlxalq təşkilatda  

 nümayəndəlik.      Cenevrə şəhəri 

 3. ABŞ-da  Vaşinqton şəhəri 

 4. Türkiyədə  Ankara şəhəri 

 5. Almaniyada  Bonn şəhəri 

 6.  randa  Tehran şəhəri  

 7. Çində  Pekin şəhəri 

 8. Misir Qairə şəhəri 

 9. Böyük Britaniyada London şəhəri  

10. Saudiyyə Ərəbistanda Ər-riyad şəhəri 



 

395 


 

11. Fransada  Paris şəhəri 

12. Belçikada  Brüssel şəhəri 

13. Avstriyada  Vena şəhəri 

14. Pakistanda   slamabal şəhəri 

15. Özbəkistanda  Daşkənd şəhəri  

16. Ukraynada  Kiyev şəhəri 

17. Rusiya Federasiyasında Moskva şəhəri 

18. Gürcüstanda  Tbilisi şəhəri 

19. Sankt-Peterburqda  Fəxri Konsulluq  

20.  stambulda  Baş Konsulluq 

21. Avropa şurası yanında büro Strasburq şəhəri 

22. Yaponiya (01.X.2002) Tokio şəhəri 

23. Polşa ( 01.X.2002)  Varşava şəhəri 

24. Küveyt (01.X.2002)    Küveyt şəhəri. 

 

 



   

 

Xarici dövlətlərin Azərbaycan Respublikasındakı 



 

Ə F   R L   K L Ə R   

1.

  Çin 



2.

  Fransa 

3.

  Gürcüstan 



4.

  Almaniya 

5.

  Yunanıstan 



6.

  raq 


7.

  ran 


8.

  srail 


9.

  taliya 

10.

 Qazaxıstan 



11.

 Liviya 


12.

 Norveç 


13.

  Pakistan 

14.

 Polşa 


15.

 Rusiya  

16.

 Sudan 


17.

 Türkiyə 

18.

 Ukrayna 



19.

 ngiltərə 

20.

 ABŞ 


21.

 Özbəkistan 

  

Beləliklə, suala yekun olaraq göstərmək olar ki, Azərbaycan Respublikasının qonşu 



və  xarici  ölkələrlə  siyasi,  iqtisadi,  mədəni  və  s.  əlaqələrinin  yaranmasına  və  inkişaf 

etdirilməsinə  yönəlmiş  səlahiyyətli  dövlət  orqanlarının  fəaliyyəti  xarici  işlər  sahəsində 



 

396 


 

idarəetmə  ilə  bağlıdır.  Dövlətin  xarici  siyasətinin  əsas  istiqamətlərini  də  Azərbaycan 

Respublikasının Prezidenti müəyyən edir. 

 

 



 

SUAL  2.  Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyi-xarici  işlə

sahəsində idarəetməni bilavasitə həyata keçirən orqan kimi. 

 

Azərbaycan Respublikasının Xarici  şlər Nazirliyi (bundan sonra X N) Azərbaycan 

Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri sahəsində dövlət 

idarəetməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 

Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyi  Azərbaycan  Respublikası 

Prezidentinə tabedir. 

Azərbaycan  Respublikasının  X N-i  öz  fəaliyyətində  aşağıdakı  normativ-hüquqi 

aktları rəhbər tutur: 

  Azərbaycan Respublikasının Konstitusiyasını; 



  Azərbaycan Respublikasının Qanunlarını; 

  Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarını; 



  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını; 

  Azərbaycan Respublikası X N haqqında Əsasnaməni; 



  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və s. 



Xarici  şlər  Nazirliyi-  xarici  işlər  sahəsində  idarə-etmədə  beynəlxalq  sülh  və 

təhlükəsizliyin  qorunmasını,  beynəlxalq  hüququn  effektivliyini  və  beynəlxalq 

münasibətlərin  müxtəlif  sahələrində  əməkdaşlığı  təmin  edir.  Bu  Azərbaycanın  dünya 

birliyində  layiqli  yer  tutmasını,  onun  müxtəlif  iqtisadi,  siyasi  birliklərə  inteqrasiyasını 

sürətləndirir. Belə ki, Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra aşağıda göstərilən 

beynəlxalq təşkilatlara üzv olmuşdur: 

1.  Birləşmiş  Millətlər  Təşkilatına  (187  dövlətin  üzv  olduğu  bu  təşkilata 

Azərbaycan Respublikası 1992-ci ilin martında üzv olmuşdur). 

2. Avropaya Təhlükəsizlik və əməkdaşlıq üzrə təşkilata, yanvar, 1992. 

3.  Müstəqil  Dövlətlər  Birliyinə,  (12  dövlət  üzv  olduğu  bu  təşkilata  Azərbaycaq 

Respublikası sentyabr 1993-cü ildə üzv olmuşdur). 

4.  slam Konfransı Təşkilatına -1992-ci il. 

5. Avropa  ttifaqına, 1996-cı il. 

6.  qtisadi Əməkdaşlıq Təşkilatına-1992-ci il. 

7. Beynəlxalq Valyuta Fonduna-1992-ci il. 

8. Ümumdünya Bankına-1992-ci il. 

9. Təhsil, elm və mədəniyyət üzrə BMT-nin Təşkilatına (YUNESKO). 

10. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Ümumdünya Federasiyasına. 

11. Birləşmiş Millətlər Təşkilatının uşaqlar fonduna (YUN SEF), 1993-cü il. 

12. Beynəlxalq Kriminal Polisi Təşkilatına ( NTERPOL). 

13. Beynəlxalq Olimpiya Komitəsi. 

14. Türk xalqları arasında mədəniyyət təşkilatı. 

15.  Birləşmiş  Millətlər  Təşkilatının  qtisadi  və  Sosial  Şurasına  1992-ci  il 

müşahidəedici statuslu. 



 

397 


 

16. Avropa Şurasına yanvar 2001-ci il. 

Ümumiyyətlə,  Azərbaycan  Respublikası  xarici  dövlətlərlə  500  çox  müqavilə 

bağlayıb, 120-dən çox beynəlxalq konvensiyalara qoşulmuşdur. 

Azərbaycan Respublikası X N-i sisteminə xarici işlər sahəsində fəaliyyət göstərən 

aşağıdakı kimi orqan, təşkilat, idarə və müəssisələr daxildirlər: 

  Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları; 



  Azərbaycan  Respublikasının  beynəlxalq  (dövlətlərarası,  hökumətlərarası) 

təşkilatlar yanında nümayəndələri; 

  Azərbaycan  Respublikası  ərazisində  X N-in  fəaliyyətinin  təmin  edilməsi  üçün 



yaradılmış və onun tabeçiliyində olan müəssisələr, idarələr və təşkilatlar. 

Xarici  işlər  sahəsində  dövlət  idarəetməsini  bilavasitə  həyata  keçirən  icra 

hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası X N-in əsas vəzifələri aşağıdakılardır: 

  Azərbaycan  Respublikasının  xarici  siyasətinin  ümumi  strategiyasının 



hazırlanması və Azərbaycan Respublikası Prezidentinə müvafiq təkliflərin verilməsi; 

  Azərbaycan Respublikasının xarici siyasət xəttinin həyata keçirilməsi; 



  Azərbaycan  Respublikası  Prezidentinə  Azərbaycan  Respublikasının  xarici 

siyasətinin  əsaslarının  müəyyən  edilməsi  haqqında  və  Azərbaycan  Respublikası 

Prezidentinin səlahiyətlərinə uyğun olaraq, onun üzərində rəhbərliyin həyata keçirilməsinə 

dair təklif və tövsiyyələrin hazırlanması və təqdim edilməsi; 

  Azərbaycan  Respublikası  Prezidentinə  xarici  siyasət  sahəsində  dövlət 



orqanlarının  razılaşdırılmış  qarşılıqlı  fəaliyyətinin  təmin  edilməsi  üzrə  təkliflərin 

hazırlanması və təqdim edilməsi; 

  Azərbaycan  Respublikası  Prezidentinə  dövlət  hakimiyyət  orqanlarının  xarici 



siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə məlumat verilməsi; 

  diplomatik 



vasitələrlə 

Azərbaycan 

Respublikasının 

suverenliyinin, 

təhlükəsizliyinin,  ərazi  bütövlüyünün  müdafiəsi  və  beynəlxalq  aləmdə  digər  maraqlarının 

təmin edilməsi; 

  Azərbaycan  Respublikasının  vətəndaşlarının  və  hüquqi  şəxslərinin  xaricdə 



hüquq və mənafelərinin təmin edilməsi; 

  xarici  dövlətlərdə  Azərbaycan  Respublikasının  diplomatik  və  konsulluq 



münasibətlərinin, beynəlxalq təşkilatlarla əlaqələrinin təmin edilməsi; 

  xarici  dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla  münasibətdə  Azərbaycan 



Respublikasının vahid xarici siyasi xətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə 

digər  icra  hakimiyyəti  orqanlarının  fəaliyyətinin  əlaqələndirilməsi  və  onların  işi  üzərində 

nəzarət; 

  Azərbaycan  Respublikasının  dövlət  orqanlarının  siyasi,  iqtisadi,  elmi-texniki, 



mədəni, humanitar münasibətlərinin əlaqələndirilməsi və diplomatik təmini və s. 

Azərbaycan Respublikası X N-in üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün 

X N aşağıdakı hüquqlara malikdir: 

  dövlət  orqanlarıdan,  bələdiyyələrdən,  habelə  təşkilati-;  hüquqi  formasından  və 



idarəçilik  tabeçiliyindən  asılı  olmayaraq  müəssisələrdən,  idarələrdən  və  təşkilatlardan 

Nazirliyin səlahiyyətinə aid məsələlərin həll edilməsi üçün zəruri olan sənədləri, arayış və 

digər  materialları  müəyyən  edilmiş  qaydada  ala  bilər;  məlumatları  müəyyən  edilmiş 

qaydada göstərilən orqanlara, müəssisələrə, idarələrə və təşkilatlara verə bilər; 



 

398 


 

  Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrinin  layihələrinin 



Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və  beynəlxalq  hüquqi  normalara 

uyğunluğuna nəzarəti həyata keçirir; 

  xarici  siyasət  və  diplomatik  xidmət  məsələlərinə  dair  qanunvericilik  aktlarının 



hazırlanması  barəsində  təklifləri  Azərbaycan  Respublikası  Prezidentinə  müəyyən  edilmiş 

qaydada baxılmaq üçün təqdim edir; 

  beynəlxalq  əlaqələrini  həyata  keçirərkən  icra  hakimiyyətinin  digər  orqanları, 



yerli  idarəçilik  orqanları,  (habelə  təşkilati-hüquqi  formasından  və  idarəçilik  tabeliyindən 

asılı  olmayaraq  müəssisələr,  idarə  və  təşkilatlar)  üçün  öz  səlahiyyətləri  daxilində  icrası 

zəruri olan normativ xarakterli qərarlar qəbul etmək; 

  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tabeli 



müəssisələrin  yaradılması,  yenidən  təşkil  edilməsi  və  ləğv  edilməsi,  onların  rəhbərlərinin 

vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi; maliyyə təsərrüfat fəaliyyətinin təftişi 

və yoxlanılması; 

  konsulluq  və  digər  xidmət  növlərindən  alınan  büdcədən  kənar  vəsaitlərdən 



Nazirliyin  maddi-texniki  bazasının  inkişafının  maliyyələşdirilməsi,  onun  işçilərinin  sosial 

ehtiyacları və maddi həvəsləndirilməsi üçün müəyyən edilmiş qaydada istifadə və s.  

Azərbaycan Respublikası xarici işlər nazirinin Azərbaycan Respublikası Prezidenti 

tərəfindən  vəzifəyə  təyin  edilən  və  vəzifədən  azad  edilən  müavinləri  vardır.  Nazir  öz 

müavinləri arasında vəzifə bölgüsü aparır. 

Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  nazirliyin  üzərinə  qoyulmuş 

vəzifələrin yerinə yetirilməsi və onun tərəfindən öz funksiyalarının həyata keçirilməsi üçün 

şə

xsi  məsuliyyət  daşıyır.  Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  nazirliyin 



fəaliyyətinə  rəhbərlik  edir,  onun  struktur  bölmələrinin  Əsasnaməsini,  (habelə  tabeli 

təşkilatların  Əsasnamələrini)  Nizamnamələrini  təsdiq  edir,  kadr,  maliyyə,  istehsalat, 

təsərrüfat  və  digər  məsələlərin  həll  olunmasında  Nazirlik  sisteminin  vəzifəli  şəxslərinin 

səlahiyyətini müəyyən edir. 

  Xarici işlər naziri Nazirliyin mərkəzi aparatının, xaricdəki nümayəndəliklərin, 



tabeli təşkilatların fəaliyyəti məsələləri üzrə əmrlər, təlimatlar və göstərişlər verir; 

  Azərbaycan  Respublikasının  xarici  dövlətlərdəki  səfirlərinin  və  Azərbaycan 



Respublikasının 

beynəlxalq 

təşkilatlardakı 

(dövlətlərarası, 

hökumətlərarası) 

nümayəndələrinin təyin edilməsi və geri çağırılması, dövlət və hökumət nümayəndə heyəti 

rəhbərlərinin  təyin  edilməsi  və  geri  çağırılması  barədə  müəyyən  edilmiş  qaydada 

Azərbaycan Respublikası Prezidentinə təkliflər verir; 

  ikitərəfli  və  çoxtərəfli  danışıqlarda  Azərbaycan  Respublikasını  təmsil  edir, 



Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  Azərbaycan  Respublikasının 

beynəlxalq müqavilələrini imzalayır; 

  Azərbaycan  Respublikasının  dövlət  orqanları  ilə  xarici  dövlətlərin  dövlət 



hakimiyyəti  orqanları,  habelə  beynəlxalq  təşkilatlarla  qarşılıqlı  münasibətlərdə  Nazirliyi 

təmsil edir; 

  Nazirliyin mərkəzi aparatının və xaricdəki nümayəndəliklərin rəhbər işçilərini, 



habelə Nazirlik sisteminin digər işçilərini öz səlahiyyəti çərçivəsində vəzifəyə təyin edir və 

vəzifədən azad edir; 



 

399 


 

  xüsusi  olaraq  fərqlənən  işçilərin  müəyyən  edilmiş  qaydada  Azərbaycan 



Respublikasının  dövlət  mükafatları  ilə  mükafatlandırılmasına  və  Azərbaycan 

Respublikasının fəxri rütbələrinin təltif edilməsinə təqdim edir; 

  fövqəladə və səlahiyyətli səfir, 1-ci və 2-ci dərəcəli fövqəladə və səlahiyyətli 



nümayəndə  diplomatik  dərəcələrinin  təqdim  edilməsi  barədə  Azərbaycan  Respublikası 

Prezidenti  qarşısında  vəsadət  qaldırır  və  Attaşedən  başlayaraq  1-ci  dərəcəsi  müşavir  də 

daxil olmaqla diplomatik dərəcələri verir; 

  Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  olaraq  digər  hüquqları  da 



həyata keçirir. 

Azərbaycan  Respublikası  Xarici  şlər  Nazirliyinə  Azərbaycan  Respublikasının 

Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən nazir rəhbərlik edir. 

Azərbaycan Respublikası Xarici  şlər Nazirliyində nazirdən (kollegiyanın sədri) və 

onun  müavinləri  (vəzifə  üzrə),  habelə  Nazirlik  sisteminin  digər  rəhbər  işçilərindən  ibarət 

kollegiya yaradılır. 

Kollegiyanın üzvləri Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunur. 

Kollegiya Nazirliyinin fəaliyyəti ilə bağlı daha mühüm məsələlərə baxır və onlar haqqında 

müvafiq  qərarlar  qəbul  edir.  Kollegiya  qərarları  səs  çoxluğu  ilə  qəbul  edir  və  nazirin 

ə

mrləri ilə həyata  keçirir.  Nazir ilə  kollegiya  arasında  fikir  ayrılığı olarsa, nazir  müəyyən 



edilmiş qaydada fikir ayrılığı barədə Azərbaycan Respublikası Prezidentinə məruzə edərək 

öz  qərarını  həyata  keçirir,  qəbul  olunmuş  qərar  üzrə  xüsusi  rəy  olan  kollegiya  üzvləri  bu 

barədə müvafiq qaydada Azərbaycan Respublikası prezidentinə məruzə edə bilərlər. 

Azərbaycan  Respublikası  Xarici  şlər  Nazirliyində  Attestasiya  komissiyası 

yaradılır. Attestasiya komissiyasının tərkibi Kollegiya tərəfindən təsdiq olunur. Attestasiya 

komissiyası  öz  səlahiyyətləri  çərçivəsində  mərkəzi  apparat,  xaricdəki  səfirlik  və 

nümayəndəliklərdə  kadrların  peşə  hazırlığına  nəzarət  edir  və  təkliflər  verir.  Attestasiya 

komissiyası qərarını səs çoxluğu ilə qəbul edir və qəbul edilmiş qərarlar nazirin əmrləri ilə 

həyata keçirilir. 

Nazirliyin  Mərkəzi  aparatının  və  xaricdəki  nümayəndəliklərinin  strukturu  və  ştat 

cədvəli  xarici  işlər  nazirinin  təklifi  ilə  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 

təsdiq edilir. 

Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyi  xarici  siyasət  məsələləri  üzrə 

elmi  əsaslandırılmış  təkliflərin  hazırlanması  üçün  elmi  məsləhət,  metodiki  və  ekspert 

ş

uraları yarada bilər. 



Ş

uraların tərkibi və onların Əsasnamələri xarici işlər naziri tərəfindən təsdiq edilir. 

Ş

uraların fəaliyyətinin təşkilati-texniki təminatını Azərbaycan Respublikasının Xarici  şlər 



Nazirliyinin Mərkəzi Aparatı həyata keçirir. 

Azərbaycan  Respublikası  Xarici  şlər  Nazirliyi  onun  fəaliyyətinə  aid  məsələlər 

üzrə müəyyən edilmiş qaydada curnallar, bülletenlər və digər nəşrlər dərc edir. 

Azərbaycan 

Respublikası 

Xarici 


ş

lər 


Nazirliyinin 

fəaliyyətinin 

maliyyələşdirilməsi icra orqanlarının saxlan-masına yönəldilən dövlət büdcəsinin hesabına 

həyata keçirilir. 

Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyi  hüquqi  şəxsdir.  Azərbaycan 

Respublikasının  dövlət  gerbi  təsdiq  edilmiş  və  öz  adı  olan  möhürə,  müvafiq  möhür  və 

ş

tamplara,  Azərbaycan  Respublikası  Banklarının  müəssisələrində  hesablaşma  hesabına,  o 



cümlədən Milli və xarici valyutada hesablaşma hesabına malikdir. 

 

400 


 

Beləliklə, suala nəticə olaraq göstərmək olar ki, Azərbaycan Respublikasının xarici 

dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla  münasibəti  sahəsində  dövlət  idarəetməsini  həyata 

keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanı  olan  Xarici  şlər  Nazirliyi  Azərbaycan 

Respublikası Prezidentinə tabedir.  

 

 



 

SUAL  3.  Azərbaycan  Respublikasına  gəlmək  və  Azərbaycan  Respublikasından 

getməyin inzibati-hüquqi nizamlanması. 

 

nsan hüquqlarının ümumi bəyannaməsinə və Azərbaycan Respublikasının müvafiq 



beynəlxalq  müqavilələrinə  uyğun  olaraq  “Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  Azərbaycan  Respublikası 

vətəndaşlarının  Azərbaycan  Respublikasına  gəlmək  (bundan  sonra  ölkədən  getmək  və 

ölkəyə gəlmək) hüququna təminat verilir və bu hüquqdan azad şəkildə istifadə etmək üçün 

hər bir müstəqil dövlətin rəmzi olan xüsusi sənədin-Azərbaycan Respublikası vətəndaşının 

pasportunun  tətbiqi  nəzərdə  tutulur,  vətəndaşlara  pasportun  verilməsi  qaydaları,  xaricdə 

daimi  yaşayış  üçün  gedən  vətəndaşların  hüquqi  vəziyyəti,  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan  şəxslərin  Azərbaycan  Respublikasına  gəlməsi  və  Azərbaycan  Respublikasından 

getməsi qaydaları təsbit olunur. 

“Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar  haqqında”  Azərbaycan 

Respublikasının Qanunu 14 iyun 1994-cü ildə qəbul edilmiş, sonralar isə bu Qanuna əlavə 

dəyişikliklər edilmişdir. 

Azərbaycan  Respublikasının  hər  bir  vətəndaşı  (bundan  sonra  vətəndaş)  Qanunda 

nəzərdə  tutulmuş  qaydada  xüsusi  ayrılmış  nəzarət  məntəqələrindən  keçib  sərbəst  surətdə 

ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququndan  məhrum  edilə  bilməz.  Bu  hüquq  yalnız 

aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 

1) vətəndaşın dövlət sirri və ya hərbi sirr olan məlumatlar üzrə öhdəliyi qüvvədirsə, 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada həmin öhdəlik 

qüvvədən düşənədək; 

2)  vətəndaş  haqqında  cinayət  işi  qaldırılıbsa  və  ya  o,  məhkum  edilibsə-müvafiq 

olaraq  iş  üzrə  icraat  qurtaranadək  və  ya  cəza  çəkilib  qurtaranadək,  yaxud  cəzadan  azad 

edilənədək; 

3)  vətəndaş  müəyyənləşdirilmiş  qaydada  müddətli  həqiqi  hərbi  xidmətə 

çağırıldıqda-müddətli  həqiqi  hərbi  xidmət  keçənədək  və  ya  qanuna  uyğun  olaraq  ondan 

azad edilənədək; 

4)  beynəlxalq  tibbi  sanitariya  qaydalarına  və  ya  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələrə  uyğun  olaraq  profilaktik  peyvəndlər  tələb 

olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin aparılmasınadək. 

Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı 

üçün  təhlükə  yaranarsa,  Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyi  Azərbaycan 

Respublikasının  əhalisini  dərhal  xəbərdar  etməklə,  vətəndaşlara  həmin  ölkəyə  getməkdən 

müvəqqəti çəkinməyi tövsiyə edə bilər. 

Vətəndaşın  ölkədən  getmək  və  ya  ölkəyə  gəlmək  hüququ  qanunla 

müəyyənləşdirilmiş  qaydada  yalnız  Azərbaycan  Respublikası  vətəndaşının  pasportu  və 



 

401 


 

beynəlxalq  müqavilələrə  uyğun  olaraq  xarici  ölkəyə  daxil  olmaq  üçün  rəsmiləşdirilmiş 

“icazə-viza” əsasında həyata keçirilir. 

Azərbaycan  Respublikasında  qeydiyyatda  olan  və  dənizçilik  məqsədilə  istifadə 

edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işlənən vətəndaşın ölkədən getmək və ölkəyə 

gəlmək hüququ Azərbaycan Respublikası Milli Məclisinin təsdiq etdiyi “Dənizçi kitabçası 

haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir. 

18  yaşına  çatmamış  vətəndaş  ölkədən  öz  valideynlərinin  və  ya  qanuni 

nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq 

edilmiş razılığı ilə gedə bilər. 

Valideynlərdən  birinin  razılığı  olmadıqda  yetkinlik  yaşına  çatmamış  vətəndaşın 

ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. 

Müddətli  həqiqi  hərbi  xidmət  keçən  hərbi  qulluqçular  istisna  olmaqla  Azərbaycan 

Respublikası  Silahlı  Qüvvələrində  və  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  qoşun 

birləşmələrində  qulluq  edən  hərbi  qulluqçular  komandanlığın  müəyyən  olunmuş  qaydada 

rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. 

18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun 

valideynlərinin  hər  birinin  və  ya  qanuni  nümayəndəsinin  yazılı  şəkildə  ifadə  edilmiş  və 

notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı 

olduqda yol verilir. 

Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş vətəndaş ölkədən öz 

qanuni nümayəndəsinin notarius tərəfindən təsdiq edilmiş vəsatəti və ya məhkəmənin qərarı 

ə

sasında qanuni nümayəndəsinin müşayiəti ilə gedə bilər. 



Azərbaycan Respublikası vətəndaşının pasportu(bundan sonra-pasport) Azərbaycan 

Respublikasının  ərazisindən  kənarda  vətəndaşın  şəxsiyyətini  təsdiq  edən,  habelə  ona 

ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququnun  həyata  keçirilməsi  üçün  verilən  rəsmi 

sənəddir. 



Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin