SUAL 2.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsinin
istiqamətlərindən biri kimi.
Respublikamızda şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi
üçün bir çox fəaliyyət sahələrindən istifadə olunur. Bu fəaliyyət sahələri arasında kəşfiyyat
və əks-kəşfiyyat fəaliyyəti xüsusi yer tutur.
Kəşfiyyat fəaliyyəti dedikdə, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının
ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının
müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin
təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. Bu fəaliyyət mahiyyətcə,
ölkəmizdə milli maraqların təmin edilməsinə və milli təhlükəsizlik siyasətini uğurla
reallaşdırmaq üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Azərbaycan Respublikasında
siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və s. sahələrdə milli maraqların təmin edilməsi
üçün kəşfiyyat fəaliyyəti ilə yanaşı əks-kəşfiyyat fəaliyyəti də həyata keçirilir.
Ə
ks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasını müvafiq dövlət orqanları
tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı Azərbaycan
Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna,
iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək
kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və
qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir.
Ə
ks-kəşfiyyat
fəaliyyətinin
həyata
keçirilməsində
məqsəd
Azərbaycan
Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara
təhlükə yaradan şərait, proses və amilləri aradan qaldırmaqdır.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində rəhbər müddəalar
vardır. Bunlar aşağıdakılardır:
- qanunçuluq;
- insan və vətəndaş hüquqları və azadıqlarına riayət edilməsi;
- humanistlik;
- konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitələrin uzlaşdırılması və s.
Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat” fəaliyyəti haqqında
Qanununun VII maddəsinə əsasən, barəsində danışılan fəaliyyətlərin vəzifələri
aşağıdakılardır:
a) xarici dövlətlərin, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının
milli maraqlarına təhdid edən real və potensial imkanları, hərəkətləri, planları və niyyətləri
barədə məlumatların əldə edilməsi, təhlili və təhdidlərin proqnozlaşdırılması;
b) Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində
dövlət siyasətinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılması;
381
c) Azərbaycan Respublikasının Prezidentinin və digər dövlət orqanlarının siyasi,
iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhlükəsizliyin təminatı ilə bağlı digər sahələr
üzrə qərarlar qəbul etməsi üçün zəruri kəşfiyyat məlumatları ilə təmin olunması;
ç) Azərbaycan Respublikasının iqtisadi inkişafına, elmi-texniki tərəqqisinə və
təhlükəsizliyinin hərbi təminatına köməklik göstərilməsi;
d) Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən idarə və
təşkilatlarında dövlət sirlərinin, mühafizəsinin təmin edilməsi;
e) kəşfiyyat tədbirlərinin tətbiqi zamanı əks-kəşfiyyat təminatının həyata keçirilməsi;
ə
) texniki kəşfiyyatın həyata keçirilməsi;
f) əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat məlumatları ilə təmin edilməsi;
g) Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər
nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyinin zəruri
hallarda təmin edilməsi və s.
Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2002-ci il tarixli Fərmanı ilə
Azərbaycan Respublikasının Hərbi Əks-Kəşfiyyat Xidməti Azərbaycan Respublikası Milli
Təhükəsizlik Naziriyinin tərkibinə daxil edilmişdir.
Mərkəzi icra hakimiyyəti orqanı olan Hərbi Əks-Kəşfiyyat Xidməti vahid əks-
kəşfiyyat sisteminə başçılıq edir. Həmin sistemə: Azərbaycan Respublikası ərazisində öz
fəaliyyətini yerli dövlət hakimiyyəti orqanlarından asılı olmayaraq həyata keçirən əks-
kəşfiyyat orqanları: Silahlı Qüvvələrdə, Sərhəd Qoşunlarında, Daxili Qoşunlarda və
Azərbaycan Respublikasının digər qoşunlarında və hərbi birləşmələrindəki hərbi əks-
kəşfiyyat orqanları daxildir.
Hərbi Əks-Kəşfiyyat Xidməti fəaliyyətinin mühüm istiqaməti siyasi, iqtisadi, müdafiə
və s. sahələrdə Azərbaycan Respublikasının təhlükəsizliyinə qorxu törədən hallar haqqında
məlumat əldə edib işləməkdən, onu təhlil edərək materialları operativ olaraq Azərbaycan
Respublikasının Prezidentinə təqdim etməkdən ibarətdir.
Hərbi Əks-Kəşfiyyat Xidməti öz fəaliyyəti prosesində nazirliklərdə, dövlət
komitələrində və təşkilatlarında dövlət sirrinin qorunmasının təmin olunmasına nəzarəti
həyata keçirir, onlara bu işdə yardım və köməklik göstərir və s.
Hərbi Əks-Kəşfiyyat Xidməti öz fəaliyyətini dövlət orqanları və təşkilatları ilə, eləcə
də ictimai birliklər və vətəndaşlarla qarşılıqlı əlaqə formasında həyata keçirir.
ndi də digər sahələrdə təhlükəsizliyin əsaslarını özündə əks etdirən Azərbaycan
Respublikasının qanunvericiliyi haqqında qeyd edək. Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin 20-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli
Məclisi təhlükəsizliyin əsasları məsələlərinə dair ümumi qaydalar müəyyən edir. Belə ki, bu
baxımdan ölkədə təhlükəsizliyin təmin edilməsi sahəsində Milli Məclis tərəfindən müvafiq
qanunlar qəbul edilmişdir. Bunlardan öncə 1996-cı il 15 noyabr tarixində qəbul edilmiş
“Dövlət sirri haqqında” Qanunu qeyd etmək olar. Qanunun 1-ci maddəsinə uyğun olaraq,
dövlət sirri – dövlətin hərbi, xarici, siyasi, iqtisdi, elmi, kəşfiyyat, əks-kəşfiyyat və
ə
məliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə olunan və yayılması
Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.
“Yanğın təhlükəsizliyi haqqında” 1997-ci il 10 iyun tarixli Azərbaycan
Respublikasının Qanunu Azərbaycan Respublikasında insan həyatının və sağlamlığının, milli
sərvətin, mülkiyyətin bütün növlərinin yanğından qorunması məqsədilə fəaliyyət göstərən
382
yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsasını və
prinsiplərini müəyyən edir.
“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” 1997-ci il 30 dekabr tarixli Azərbaycan
Respublikasının Qanunu radioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin
radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsinin hüquqi əsaslarını
müəyyən edir.
“Ekoloji təhlükəsizlik haqqında” 1999-cu il 8 iyun tarixli Azərbaycan Respublikasının
Qanununun 1-ci maddəsinə uyğun olaraq, ekoloji təhlükəsizlik insanın və cəmiyyətin həyati
vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan
təhlükələrdən qorunmasının təmin edilməsidir.
“Texniki təhlükəsizlik haqqında” 1999-cu il 2 noyabr tarixli Azərbaycan
Respublikasının Qanunu təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının hüquqi,
iqtisadi və sosial əsaslarını müəyyənləşdirir, həmin obyektləri istismar edən hüquqi və fiziki
şə
xslərin bu obyektlərdə baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların
nəticələrini aradan qaldırmağa yönələn fəaliyyətini tənzimləyir.
Beləliklə, II suala yekun olaraq göstəririk ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin
daxili və xarici təhlükələrdən müdafiə olunması sizə təhlükəsizlik anlayşının açıqlanmasına
ə
sas verdi.
SUAL 3.
Müdafinə sahə sində dövlə t idarə etmə sinin anlayış ı və
təş kilati-hüquqi formaları
18 oktyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktının 29-cu maddəsində göstərilir: “Azərbaycan
Respublikasını müdafiə etmək Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur.
Qanunla müəyyən edilmiş hüdudlarda və növlərdə hərbi xidmət məcburidir”.
Azərbaycan Respublikasının müdafiəsinin təşkilinin əsaslarını möhkəmləndirən əsas
hüquqi akt 26 noyabr 1993-cü il tarixli “Müdafiə haqqında” Azərbaycan Respublikasının
Qanunudur. Bu Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müdafiəsi
dedikdə, dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin və əhalinin
təcavüzdən qorunmasının təmin olunması məqsədilə dövlət tərəfindən həyata keçirilən
siyasi, iqtisadi, hüquqi, hərbi və sosial tədbirlər sistemi başa düşülür”.
Azərbaycan Respublikasının müdafiəsinin məqsədi, hər hansı bir vaxtda və şəraitdə
Azərbaycan Respublikasına qarşı hərbi basqının qarşısını almaq və mümkün təcavüzü
silahla dəf etmək üçün bütün zəruri şərtlərin yaradılmasıdır.
Azərbaycan Respublikasının müdafiəsi Silahlı Qüvvələrin, iqtisadiyyatın, əhalinin,
ə
razinin müdafiəyə daim hazır olmasına əsaslanır və dövlətin hərbi doktrinasına uyğun
olaraq təşkil edilir. Azərbaycan Respublikasının hərbi doktrinası Silahlı Qüvvələrin
quruculuğunda “müdafiə yetərliyi” prinsipi ilə müəyyənləşdirilir və Azərbaycan
Respublikası heç bir dövlətə qarşı ərazi iddiasının olmamasına və əgər təcavüz obyekti
olmasa beynəlxalq hüquqa əsaslanan öhdəliklərdən başqa heç vaxt heç, bir dövlətə qarşı
birinci hərbi əməliyyatlara başlamayacağına əsaslanır.
Azərbaycan Respublikasının müdafiəsinin təşkili aşağıdakılardan ibarətdir:
♦
dövlətin hərbi siyasətinin və doktrinasının formalaşdırılması;
383
♦
təcavüzün qarşısının alınması üçün beynəlxalq aləmdə müvafiq tədbirlərin
görülməsi;
♦
taktiki hərb elminin inkişafı;
♦
müdafiə və hərbi quruculuq məsələlərinin hüquqi tənzimlənməsi;
♦
silahlı
qüvvələrin
strukturunun
hazırlanması,
formalaşdırılması
və
təkmilləşdirilməsi, zəruri sayının təmin olunması, onların yüksək döyüş qabiliyyətinin,
döyüş və səfərbərlik hazırlığının saxlanması;
♦
dövlətin hərbi-texniki siyasətinin hazırlanması və həyata keçirilməsi, Silahlı
Qüvvələrin silah, hərbi texnika, ərzaq, geyim və digər material ehtiyatları ilə təmin
edilməsi;
♦
dövlət orqanlarının, iqtisadiyyatın və əhalinin müharibə dövründə fəaliyyət
göstərməsi üçün səfərbərlik hazırlığı;
♦
dövlət sirrinin və hərbi sirrin qorunmasının təmin edilməsi.
Müdafiənin əsasını Azərbaycan Respublikasının Silahlı Qüvvələri təşkil edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri 26 noyabr 1993-cü il “Azərbaycan
Respublikası Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən,
Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və
maraqlarının silahlı müdafiəsinə, dövlətə olan silahlı basqının qarşısının alınmasına,
təcavüz zamanı isə onun dəf edilməsinə xidmət edir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Azərbaycan Respublikası Milli
Məclisinin qərarı və Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında öz təyinatına
ə
sasən vəzifələrin icra olunmasına cəlb oluna bilinər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quruculuğunun və fəaliyyətinin
prinsipial əsasını “qanunçuluq”, “nizami ordu”, “qarışıq komplektləşdirmə”, “kadr”,
“mərkəzləşdirilmiş və vahid rəhbərlik”, “yüksək hərbi intizam”, “daimi döyüş və
səfərbərlik hazırlığı”, “hərbi qulluqçuların sosial-hüquqi müdafiəsinin təmin olunması”
prinsipləri təşkil edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava
hücumundan müdafiə və hərbi-dəniz qüvvələrindən ibarətdir.
Təşkilati cəhətdən Azərbaycan Respublikası Silahlı qüvvələrin birliklərdən,
birləşmələrdən, hərbi hissələrdən, hərbi təşkilatlardan və hərbi təhsil müəssisələrindən
ibarətdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrin strukturu, sayı, silahları Azərbaycan
Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən
təsdiq olunur. Azərbaycan Respublikası Silahlı qüvvələrinin təminatı əsasən dövlət
büdcəsindən ayırmalar və Azərbaycan ordusuna xalqın köməkliyi adlı hesab vasitəsilə
həyata keçirilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, hərbi qulluqçularının hərbi-
vətənpərvərlik tərbiyəsi ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri
ruhunda həyata keçirilir. Siyasi məqsədlər güdən hər hansı təşkilatların və həmkarlar
ittifaqlarının Azərbaycan Respublikası Silahlı Qüvvələrində fəaliyyət göstərməsinə icazə
verilmir. Müdafiə sahəsində idarəetmə silahlı qüvvələrdə ciddi mərkəzləşdirilmiş vahid
rəhbərlik və hərbi intizam əsasında qurulur.
384
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə rəhbərliyi Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Azərbaycan Respublikasının Prezidenti və
Azərbaycan Respublikası hökuməti həyata keçirir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş
Komandanı kimi aşağıdakı səlahiyyətlərə malikdir:
♦
Azərbaycan Respublikası Milli Məclisinin təsdiqi üçün hərbi doktrinanın və hərbi
quruculuq konsepsiyasının layihələrinə, silahların və hərbi texnikanın dövlət inkişaf
proqramına, Silahlı Qüvvələrin ümumi strukturu və sayı haqqında təkliflərini təqdim edir;
♦
Müdafiə nazirini vəzifəyə təyin edir və vəzifədən azad edir;
♦
ali zabitlər tərəfindən tutulmalı olan hərbi vəzifələrə hərbi qulluqçuları təyin edir,
habelə vəzifədən azad edir: “ordu generalı” hərbi rütbəsinin verilməsi barədə Azərbaycan
Respublikası Milli Məclisinə təqdimat verir;
♦
qanunla nəzərdə tutulmuş hallarda hərbi rütbələr verir;
♦
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi məktəblərini, ali məktəblərin
hərbi kafedralarını və elmi-tədqiqat təşkilatlarını yaradır və ləğv edir;
♦
Azərbaycan Respublikası Konstitusiyası və qanunları hüdudlarında müvafiq
orqanların müdafiə sahəsində səlahiyyətlərini, təşkilini və fəaliyyət qaydasını
müəyyənləşdirir və onların fəaliyyətinə rəhbərlik edir;
♦
birgə müdafiə və hərbi əməkdaşlıq, kollektiv təhlükəsizlik və tərksilah məsələləri
barəsində danışıqlar aparır və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini
imzalayır;
♦
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişaf, səfərbərlik, yerləşdirilmə və
tətbiq planlarını, iqtisadiyyatın və idarəetmənin səfərbərlik planlarını, Azərbaycan
Respublikasının mülki müdafiə planını və ərazi müdafəisi haqqında Əsasnaməni təsdiq
edir;
♦
Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərdə hərbi vəziyyət
tətbiq edir, Azərbaycan Respublikası hərbi basqına məruz qaldıqda isə müharibə vəziyyəti
elan edir və bu məsələləri dərhal Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə
təqdim edir, ümumi və ya qismən səfərbərlik və səfərbərlik üzrə çağırılanlar barədə
tərxisetmə elan edir;
♦
“Hərbi vəziyyət haqqında” Qanuna müvafiq olaraq hərbi dövrün dövlət idarəçilik
orqanlarını yaradır və ləğv edir;
♦
hərbi əməliyyatlar aparılması barədə Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinə əmr verir;
♦
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan
vəzifələrin icrasına cəlb edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinə təqdimat
verir;
♦
Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və
müddətli hərbi xidmət qulluqçularının ehtiyata buraxılması barədə fərmanlar verir;
♦
hərbi qulluqçuların hərbi geyim formasının geyilməsi və fərqlənmə nişanlarının
sancılması qaydasını təsdiq edir;
385
♦
Azərbaycan Respublikasının Prezidenti müdafiə sahəsində dövlət siyasətinin
formalaşdırılması üçün məşvərətçi orqan yarada bilər. Belə orqanın səlahiyyəti Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən, Azərbaycan
Respublikasının Nazirlər Kabineti aşağıdakı səlahiyyətlərə malikdir:
♦
silahlı qüvvələrin vəziyyətinə görə məsuliyyət daşıyır;
♦
silahlı qüvvələrin silah, hərbi texnika, döyüş sursatı və başqa vasitələrlə təchiz
olunmasını təşkil edir;
♦
müdafiə və silahlı qüvvələrin ehtiyatları üçün maddi-texniki, ərzaq, geyim və digər
ehtiyacların həcmini müəyyənləşdirir;
♦
səfərbərlik ehtiyatlarına maddi sərvətlərin toplanması planını təsdiq edir;
♦
ölkə iqtisadiyyatının səfərbərlik hazırlığına və səfərbərlik üzrə işə başlanmasına,
onun hərbi vəziyyət şəraiti reciminə keçirilməsinə rəhbərlik edir;
♦
mülki və ərazi müdafiəsinin ümumi planlaşdırılmasını təşkil edir və onun yerinə
yetirilməsinə nəzarət edir;
♦
hərbi komissarlıqların fəaliyyət və maddi texniki təchizat qaydasını müəyyən edir;
♦
silahların və strateci materialların ixracı üzərində nəzarəti təşkil edir;
♦
vətəndaşların hərbi uçot, ixtisasları üzrə və zabit kadrlarının hazırlanması
qaydasını, sənaye və başqa müəssisə və təşkilatlarla hərbi nümayəndəliklərin yaradılması
və fəaliyyət qaydasını müəyyənləşdirir;
♦
hərbi qulluqçuların hərbi qulluqdan ehtiyata və ya istefaya buraxılmış şəxslərin,
onların ailələrinin sosial və hüquqi təminatlarına dair qanunvericiliyin icrasını təmin edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi həyata keçirir. Müdafiə Nazirliyi Azərbaycan
Respublikası Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət
orqanı olub, onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə,
hazırlığına görə məsuliyyət daşıyır və öz fəaliyyətində Azərbaycan Respublikası
Prezidentinə tabedir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi aşağıdakı səlahiyyətlərə malikdir:
♦
hərbi siyasi vəziyyəti qiymətləndirir və hərbi təhlükənin dərəcəsini
müəyyənləşdirir;
♦
silahlı qüvvələrin quruculuq və inkişafı üzrə dövlət proqramının layihələrini
hazırlayır və Azərbaycan Respublikası Prezidentinə təqdim edir;
♦
qoşunların döyüş, əməliyyat-taktiki və mənəvi-psixoloci hazırılığına rəhbərlik edir;
♦
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi vətənpərvərlik
ruhunda tərbiyəsini təşkil edir;
♦
hərbi elminin inkişafına rəhbərlik edir, tədqiqatları təşkil edir və həyata keçirir;
♦
hərbi texnikanın və digər hərbi əmlakın yaradılması, istehsalı və təmiri barədə
dövlət sifarişlərini verir;
♦
vətəndaşların hərbi xidmətə hazırlanması məsələlərinə dair qüvvədə olan
qanunvericiliyin icrasında iştirak edir;
♦
hərbi vəzifələrin hazırlanmasını və təkmilləşdirilməsini, vətəndaşların həqiqi
müddətli hərbi xidmətə çağırılmasını, hərbi qulluqçuların ehtiyata buraxılmasını, toplanışa
çağırılmasını, səfərbərliyi və səfərbərlikdən təxris etməni planlaşdırır və təşkil edir;
386
♦
başqa dövlətlərin silahlı qüvvələri ilə əməkdaşlıq edir;
♦
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda müdafiə
məsələlərinə aid normativ aktlar qəbul edir və onların icrasına nəzarət edir;
♦
qüvvədə olan qanunvericiliyə müvafiq surətdə hərbi xidmətin keçilməsini təşkil
edir, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial və hüquqi təminatlarını təmin edir;
♦
hərbi qulluqçuların və təşkilatların fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi
haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin edir.
Müdafiənin idarəetmə orqanları sisteminə hərbi komissarların rəhbərlik etdikləri
şə
hər, rayon, şəhərdə rayon hərbi komissarlıqları da daxildir. Hərbi komissarlıqlar hərbi
mükəlləfiyyətlilərin qeydiyyatını aparır, hərbi xidmətə çağırışları təşkil edir. Onlar
həmçinin gənclərin hərbi xidmətə hazırlığı məsələləri ilə məşğul olur, kütləvi müdafiə,
hərbi vətənpərvərlik tədbirləri keçirirlər.
Qüvvədə olan qanunvericiliyə əsasən, yerli dövlət orqanlarının müdafiənin
idarəolunması ilə bağlı müəyyən səlahiyyətləri vardır. Bu səlahiyyətlər onlar tərəfindən
tabeçilikdə olan ərazi çərçivəsində və hərbi idarəetmə orqanları ilə sıx qarşılıqlı əlaqədə
həyata keçirilir.
Yerli dövlət orqanlarının və bu istiqamətdəki fəaliyyəti, onlar tərəfindən öz
ə
razilərində müdafiə sahəsində qanunvericilik və digər hüquqi aktlara riayət və icra
olunmasını təmin etməyi nəzərdə tutur.
26 noyabr 1993-cü il tarixli “Müdafiə haqqında” Qanuna əsasən, yerli komissarlıqlar
vətəndaşların hərbi xidmətə, hərbi toplanışa çağırışını təşkil edir; səfərbərlik hazırlığının
müdafiə tələblərinin təmin edilməsi ilə əlaqədar məsələləri həll edir; yaşayış və xidməti
binalar ayırır, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinə,
müəssisələrinə, təhsil müəssisələrinə məişət-kommunal və digər xidmətlər göstərir; çağırışa
qədər olanların hərbi hazırlığında və əhalinin hərbi-vətənpərvərlik ruhunda tərbiyə
olunmasında
köməklik
göstərir;
hərbi
qulluqçuların,
çağırışçıların,
hərbi
mükəlləfiyyətlilərin, hərbi xidmətdən təxris olunmuş şəxslərin və onların ailə üzvlərinin
sosial-hüquqi müdafiəsi haqqında qanunvericiliyin icrasını təmin edirlər. Qeyd etmək
lazımdır ki, müdafiə məsələləri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin
pozulmasında təqsiri olan dövlət orqanları, idarə, müəssisə və təşkilatların vəzifəli şəxsləri
və vətəndaşlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunurlar.
Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında
qanunvericiliyin vəzifələri hərbi vəzifənin əsaslarını, gənclərin hərbi xidmətə hazırlıq
qaydalarını, hərbi xidmətə çağırışın və qəbulun şərtlərini və qaydalarını, hərbi vəzifəlilərin
və çağırışçıların hərbi uçot qaydalarını, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən
tərxisetmə üzrə buraxılmanın əsaslarını müəyyənləşdirmək, eləcə də Silahlı Qüvvələr üçün
kadrlar hazırlamaq onların daimi döyüş və səfərbərlik hazırlığını saxlamaqdır.
Vətənin müdafiəsində iştirak etmək və hərbi xidmət hər bir vətəndaşın Konstitusiya
vəzifəsi olmaqla bərabər, həm də onun müqəddəsi borcudur.
Dostları ilə paylaş: |