Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə52/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

kollegiya  yaradılır.  Kollegiyanın  tərkibini  Azərbaycan  Respublikasının  Prezidenti 

təsdiq edir. Kollegiyanın sədri tutduğu vəzifəyə görə daxili işlər naziri, üzvləri isə D N-

in digər rəhbər vəzifələri üzrə müəyyən edilir. 

 D N-in  kollegiya  iclasında  daxili  işlər  orqanlarının  fəaliyyətinin  əsas 

istiqamətləri, ictimai təhlükəsizliyin və ictimai qaydanın təmin edilməsi, cinayətkarlığa 

qarşı  mübarizənin  və  icra  intizamının  vəziyyəti,  kadr  məsələləri,  əmrlərin  və  digər 

aktların  layihələri  müzakirə  edilir,  daxili  işlər  orqanlarının  vəzifəli  şəxslərinin 

hesabatları  dinlənilir,  D N-in  fəaliyyəti  ilə  bağlı  digər  mühüm  məsələlərə  baxılır  və 

müvafiq qərarlar çıxarılır. 

Kollegiya  üzvləri  müzakirə  edilən  məsələlərə  dair  qərar  qəbul  edərkən 

səsverməyə bərabər hüquqlara malikdirlər. Kollegiyanın qərarları onun üzvlərinin sadə 

və  səs  çoxluğu  ilə  qəbul  edilir,  nazirin  əmri  ilə  elan  olunur  və  həyata  keçirilir. 

Kollegiyanın sədri və kollegiya üzvləri arasında fikir ayrılığı olduqda kollegiyanın sədri 

öz  əsaslandırılmış  qərarını  həyata  keçirir  və  bu  haqda  Azərbaycan  Respublikasının 

Prezidentinə məlumat verir. 

Beləliklə,  birinci  suala  yekun  olaraq  qeyd  etmək  olar  ki,  idarəetmənin  xüsusi 

subyekti  olan  daxili  işlər  orqanlarıdır.  Daxili  işlər  orqanlarının  fəaliyyəti  digər  dövlət 

orqanlarından özünün daha yüksək səviyyəli intizamı və mərkəzləşməsi ilə fərqlənir. 

 

SUAL 2. “DAXILI  IŞLƏR  ORQANLARINDA  XIDMƏT KEÇMƏNIN  

ANLAYIŞI,  HÜQUQI  ƏSASLARI  

VƏ  ŞƏRTLƏRI”. 

 

 

Polisdə və D N sisteminə daxil olan digər orqan və hissələrdə xidmət keçmənin 

qaydaları  və  şərtləri,  bu  orqanların  vəzifəli  şəxslərinin  hüquqi  vəziyyətinin  əsasları 

qanunla təsdiq edilmiş “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə 

tənzimlənir. 


 

356 


 

 Daxili işlər orqanlarında xidmət keçmə-daxili işlər orqanlarının funksiya, vəzifə 

və  hüquqlarını  öz  peşə  fəaliyyətləri  ilə  həyata  keçirən  Azərbaycan  Respublikası 

vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 

 Daxili  işlər  orqanında  xidmət  keçmə  haqqında  qanunvericilik  Azərbaycan 

Respublikasının Konstitusiyasına əsaslanır və “Polis haqqında”  Azərbaycan Respublikasının 

Qanunundan,  Daxili  şlər  orqanlarında  xidmət  keçmə  haqqında  Əsasnamədən,  Azərbaycan 

Respublikasının digər normativ-hüquqi aktlarından ibarətdir. 

 Daxili  işlər  orqanlarında  işləyən  şəxslər  arasında  xidməti  münasibətlərin 

tənzimlənməsi,  onların  xidmət  müddətinin  və  ixtisas  keyfiyyətlərinin  müəyyən  olunması 

məqsədi  ilə  bu  orqanlarda  sıravi  heyət,  kiçik,  orta,  böyük  və  ali  rəis  heyəti  vəzifələri  və 

xüsusi rütbələr müəyyən olunur. 

 Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  səlahiyyətləri 

həyata  keçirən,  xüsusi  rütbələr  verilmiş,  sıravi  və  kiçik,  orta,  böyük,  ali  rəis  heyəti 

vəzifələrində  işləyən  və  ya  daxili  işlər  orqanlarının  kadrlarında  olan  Azərbaycan 

Respublikasının  vətəndaşları,  habelə  D N-in  təhsil  müəssisəsinin  müdavimləri  daxili  işlər 

orqanlarının əməkdaşları hesab olunurlar. 

Daxili işlər orqanlarının əməkdaşları dövlət hesabına geyim forması və fərqlənmə 

nişanları  ilə  təmin  olunurlar.  Geyim  formasının  və  fərqlənmə  nişanlarının  təsviri 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. 

Daxili işlər orqanlarının  əməkdaşlarına nümunələri  Azərbaycan  Respublikasının 

D N tərəfindən müəyyən edilmiş xidməti vəsiqələr verilir. 

Daxili  işlər  orqanlarının  əməkdaşları  xüsusi  hazırlıq  keçdikdən  sonra 

qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvəni, xüsusi vasitələri 

və  odlu  silahı  tətbiq  etmək  hüququna  malikdirlər.  Xüsusi  vasitələrin  və  odlu  silahın 

verilməsi, saxlanılması və gəzdirilməsi qaydaları D N tərəfindən müəyyən edilir. 

 Daxili işlər orqanlarında xidmət keçmə hər bir əməkdaşın şəxsi işində öz əksini tapır. 

Şə

xsi iş daxili işlər orqanlarının kadr xidmətləri tərəfindən hazırlanır, aparılır və saxlanılır. 



Daxili  işlər  orqanlarında  sıravi  və  rəis  heyəti  vəzifələrinə  təyin  olunan  şəxslərə 

xüsusi rütbələr verilir. 

Daxili  işlər  orqanları  rəis  heyətinin  əməkdaşları  xidmətdən  xaric  edildikdə 

mövcud rütbəyə “istefadə olan” sözləri əlavə edilir. 

 Daxili  işlər  orqanlarında  xidmətə  könüllülük  əsasında,  şəxsi  keyfiyyətlərinə, 

fiziki  və  peşə  hazırlığına,  sağlamlıq  vəziyyətinə  və  təhsil  səviyyəsinə  görə  bu 

orqanlarda  xidmətə  yararlı  olan,  habelə  hərbi  xidmət  keçmiş  və  hərbi  mükəlləfiyyətli 

(qadınlar istisna olmaqla), Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən 

aşağı  və  bir  qayda  olaraq  yaşı  30-dan  yuxarı  olmayan  Azərbaycan  Respublikasının 

vətəndaşları qəbul olunurlar. 

 D N-in tədris müəssisəsinə yaşı 18-ə çatmamış orta təhsilli şəxslər də qəbul edilə 

bilərlər. 

Daxili  işlər  orqanlarında  xidmətə  qəbul  müsabiqə  (test  imtahanlarının  və 

söhbətlərin)  və  şəffaflıq  əsasında  həyata  keçirilir.  Müsabiqənin  elan  edilməsi, 

keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası D N tərəfindən 

müəyyən edilir. 

  kili  vətəndaşlığı,  digər  dövlətlər  qarşısında  öhdəlikləri  olan  şəxslər,  din  xadimləri, 

məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud 



 

357 


 

fəaliyyət qabiliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə 

barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə 

yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə 

məşğul olmasına, xidmətə tam yararsız olmasına, ləyaqətsiz hərəkətlərə görə daxili işlər və 

digər hüquq-mühafizə  orqanlarından  xaric  edilmiş  şəxslər daxili işlər  orqanlarında xidmətə 

qəbul oluna bilməzlər. 

Daxili  işlər  orqanlarının  sıravi  və  kiçik  rəis  heyəti  vəzifələrinə  xidmətə  yalnız 

orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər. 

Orta  və  böyük  rəis  heyəti  vəzifələrində  xidmətə  bir  qayda  olaraq  xüsusi,  orta 

ixtisas ali hüquq təhsilli şəxslər qəbul edilirlər. 

Digər ixtisasları olan şəxslərin xidmətə qəbulu D N tərəfindən müəyyən edilmiş 

qaydalara uyğun həyata keçirilir. 

Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslər “Polis haqqında” Qanunun 

29-cu maddəsində göstərilmiş məzmunda və D N tərəfindən müəyyən edilmiş qaydada 

and içirlər. 

Sıravi  və  kiçik,  orta  və  böyuk  rəis  heyəti  vəzifələrinə  təyin  olunma  və  bu 

vəzifələrdən azad edilmə D N tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 

Daxili  işlər  orqanları  əməkdaşlarının  təminat  xərclərinə  tutduğu  vəzifəyə  və 

xüsusi  rütbəyə  görə  maaşları,  fasiləsiz  xidməti  illərinə  görə  haqq,  məharət  dərəcəsinə 

görə verilən əlavə ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər 

müavinət və ödənişlər daxildir. 

Daxili  işlər  orqanları  əməkdaşlarının  həyat  və  sağlamlığı  dövlət  büdcəsi  vəsaiti 

hesabına sığortalanır. 

 Daxili  işlər  orqanlarında  xidməti  intizam  -  əməkdaşlar  tərəfindən  onlara  həvalə 

olunmuş  vəzifələrin  icrasından  və  öz  səlahiyyətlərini  həyata  keçirən  zaman  Azərbaycan 

Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə D N-in və bilavasitə rəislərin 

ə

mr və göstərişlərinə əməl etməkdən ibarətdir. 



 Xidməti  vəzifələrin  nümunəvi  yerinə  yetirilməsinə  və  xidmətdə  əldə  edilən 

yüksək  nəticələrə  görə  daxili  işlər  orqanlarının  əməkdaşları  üçün  aşağıdakı 

həvəsləndirmə növləri tətbiq oluna bilər: 

1) təşəkkür; 

2) pul mükafatı; 

3) qiymətli hədiyyə ilə mükafatlandırılma; 

4) fəxri fərman ilə təltif edilmə; 

5) fəxri döş nişanı ilə təltif edilmə; 

6) vaxtından əvvəl növbəti xüsusi rütbənin verilməsi; 

7)  xüsusi  rütbənin  vəzifə  ştatında  nəzərdə  tutulduğundan  bir  pillə  yuxarı 

verilməsi; 

8) təltif silahının verilməsi. 

Həvəsləndirmə  növlərinin  tətbiqi  qaydaları  D N  tərəfindən  müəyyən  edilir. 

Həvəsləndirmə  tədbiri  kimi  əvvəllər  verilmiş  intizam  tənbehinin  vaxtından  əvvəl  geri 

götürülməsi tətbiq oluna bilər. 

 Xidməti  intizam  qaydalarını  pozmağa  görə  daxili  işlər  orqanlarının 

ə

məkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər. 



1) məzəmmət; 

 

358 


 

2) töhmət; 

3) şiddətli töhmət; 

4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 

5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 

6) xüsusi rütbənin bir pillə aşağı salınması; 

7) xidmətdən xaric edilmə. 

Həvəsləndirmə  tədbirləri  və  intizam  tənbehləri,  daxili  işlər  orqanlarının  vəzifəli 

şə

xsləri tərəfindən onlara verilən səlahiyyətlər hüququnda tətbiq edilir. 



Xidməti intizam qaydalarının pozulmasına görə yalnız bir intizam tənbehi verilir. 

Həvəsləndirmə  tədbiri  kimi  intizam  tənbehinin  vaxtından  əvvəl  götürülməsi,  tənbehi 

vermiş  rəis,  yaxud  ona  bərabər  vəzifəli  və  ya  vəzifəcə  böyük  birbaşa  rəis  tərəfindən 

həyata keçirilir. 

Həvəsləndirmə  tədbirlərinin  və  intizam  tənbehinin  tətbiqində  verilən  hüquqların 

həddini aşan vəzifəli şəxs məsuliyyət daşıyır. 

 Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 

1) öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə 

verildikdə; 

2) and içməkdən imtina etdikdə; 

3)  cinayət  törətdiyinə  görə  barəsində  qanuni  qüvvəyə  minmiş  məhkəmənin 

ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 

4)  daxili  işlər  orqanlarında  xidmətlə  bir  araya  sığmayan  fəaliyyətlə  məşğul 

olduqda; 

5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 

6)  səhhətinə  görə,  o  cümlədən  4  aydan  artıq  müddətli  xəstəliklə  əlaqədar 

vəzifəsini  yerinə  yetirməsinin  qeyri-mümkünlüyü  barədə  tibbi-həkim  komissiyasının 

rəyi olduqda; 

7)  daxili  işlər  orqanlarında  xidmətə  tam  yararsız  olması  barəsində  attestasiya 

komissiyasının rəyi olduqda; 

8)  başqa  dövlətin  vətəndaşlığını  qəbul  etdikdə,  Azərbaycan  Respublikasının 

vətəndaşlığından çıxdıqda və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 

9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 

10)  intizam  məsuliyyətinə  cəlb  edildikdən  sonra  xidmət  və  icra  intizamını  il 

ə

rzində yenidən kobudcasına pozduqda; 



11) ştatlar ixtisar edildikdə; 

12)  fəaliyyət  qabiliyyətsizliyi  və  ya  məhdud  fəaliyyət  qabiliyyəti  məhkəmə 

qaydasında müəyyənləşdirildikdə; 

13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. 

Xidmətdən  xaric  edilən  daxili  işlər  orqanları  əməkdaşlarına  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müavinət verilir. 

Beləliklə,  suala  nəticə  olaraq  göstərmək  olar  ki,  D N  sistemində  ntizam 

Nizamnaməsi qüvvədədir, D N-in sıravi və rəis heyəti vətənə sadiq olmaları barədə and 

içirlər. Onların xidmətə qəbulu və xidmət keçməsi qanunla təsdiq edilmiş əsasnamə ilə 

tənzimlənir. 

 

 


 

359 


 

SUAL 3. “Ədliyyə sahəsində dövlət idarəetməsinin 



ANAYIŞI VƏ TƏŞKILATI – HÜQUQI FORMALARI

 

 Ədliyyə - sosial-siyasi xarakter daşıyan idarəetmə sahələrindən biridir. Bu sahə 

qanunsuluğun  möhkəmləndirilməsi,  vətəndaşların,  idarə,  müəssisə,  təşkilat  və  ictimai 

birliklərin hüquq və qanuni maraqlarının təmin edilməsi kimi əsas vəzifə və funksiyaları 

yerinə  yetirir.  Göstərilən  vəzifə  və  funksiyaların  yerinə  yetirilməsində  ədliyyə, 

məhkəmə, notariat orqanları və digər müəssisə və təşkilatlar iştirak edirlər. 

Sadalanan orqan, müəssisə və təşkilatlar dövlət idarəetməsinin müstəqil sahələri 

olaraq, onlara rəhbərliyi ədliyyə idarəçiliyi həyata keçirir. 

Ə

dliyyə  idarəetməsi  Azərbaycan  Respublikası  Prezidenti  və  Hökumətinin 



qanunyaratma  fəaliyyətinin  hüquqi  təminatı  sahəsində  normativ-hüquqi  aktların 

layihələrinin  işlənib  hazırlanması;  məhkəmə  islahatının  təşkilati-hüquqi  təminatının 

həyata  keçirilməsi;  idarə,  təşkilat  və  ictimai  birliklərin  dövlət  qeydiyyatından 

keçirilməsi;  məhkəmə-ekspert  idarələrinə,  dövlət  notariat  kontorlarına  rəhbərlik  və 

digər məsələləri həyata keçirir. 

Ə

dliyyə 



sahəsində 

idarəetmənin 

ə

sas 


vacib 

suallarını 

Azərbaycan 

Respublikasının  Prezidenti,  Müdafiə  Şurası  və  hökuməti  həll  edir.  Bu  sahədə  xüsusi 

idarəetmə  orqanı  Ədliyyə  Nazirliyi  və  ədliyyə  idarəetmə  orqanları,  eləcə  də  onun 

sisteminə daxil olan orqanlar sayılır. 

 Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  təşkilati  fəaliyyəti  Azərbaycan 

Respublikası Nazirlər Sovetinin 1972-ci il 28 iyul tarixdə qəbul edilmiş Fərmanla təsdiq 

edilmiş Əsasnamə ilə nizamlanır. Onun əsas vəzifələri aşağıdakılardır: 

1)  qanunçuluğu  hərtərəfli  möhkəmləndirmək,  dövlət  qeyri-dövlət  və  ictimai 

təşkilatların  vətəndaşların  hüquqlarını  və  qanuni  mənafelərini  qorumaq;  digər  dövlət 

orqanları  ilə  birlikdə  cinayətkarlığa  qarşı  mübarizə,  cinayətlərin  və  digər 

hüquqpozmaların  törədilməsinə  kömək  edən  səbəb  və  şəraitin  aradan  qaldırılması 

sahəsində fəaliyyəti təkmilləşdirmək; 

2)  məhkəmələrə  təşkilati  rəhbərliyin  təmin  edilməsi  və  bu  işin  səviyyəsini 

yüksəltmək,  hakimlərin  müstəqilliyi  və  yalnız  Konstitusiyaya  və  qanunlara  tabeçiliyi 

prinsiplərinə  ciddi  əməl  olunmaqla  ədalət  mühakiməsinin  məqsədlərinin  və 

məhkəmənin vəzifələrinin həyata keçirilməsinə hər vasitə ilə gömək etmək; 

3) qanunların məcəllələşdirilməsinə dair təklifləri sistemləşdirmək və hazırlamaq, 

Azərbaycan  Respublikası  nazirlikləri  və  baş  idarələri  tərəfindən  həyata  keçirilən 

məcəlləşdirmə  işinin  səviyyəsinin  yüksəldilməsinə,  dövlət  quruculuğu  vəzifələrinə 

uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsinə hər vasitə ilə kömək etmək; 

4)  notariat,  vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatı  (VVAQ)  orqanlarının, 

məhkəmə-ekspert  orqanlarının  digər  tabe  ədliyyə  təşkilatlarının  və  idarələrinin 

fəaliyyətini təkmilləşdirmək; 

5)  ictimai  istehsalatda  iqtisadi  səmərəliliyinin  artırılması,  mülkiyyəti  qorumaq, 

dövlət  və  əmək  intizamını  daha  da  möhkəmləndirmək,  idarə,  müəssisə,  təşkilat  və 

vətəndaşların  hüquqlarına  və  qanuni  mənafelərinə  ciddi  əməl  edilməsi  məqsədi  ilə 

istehsalatda hüquq işini təkmilləşdirmək; 

6) əhali arasında hüquqi biliklərin təbliğini və qanunların izahını təşkil etmək; 



 

360 


 

7)  hüquq  elminin  inkişafına  və  onun  nailiyyətlərindən  dövlət,  təsərrüfat  və 

mədəni quruculuqda istifadə olunmasına kömək etmək; 

8)  Nazirliyin  müəssisə  və  təşkilatlarını,  məhkəmə  orqanlarını  ixtisaslı  kadrlarla 

təmin etmək, kadrların ixtisasını artırmaq və s. 

Ə

dliyyə  Nazirliyi  bu  vəzifələri  yerinə  yetirərkən  Nazirliyin  orqanlarının  və 



idarələrinin,  məhkəmələrin  təşkili  və  fəaliyyətinə  aid  məsələlərə  dair  qanunvericiliyin 

tətbiqi təcrübəsini ümumiləşdirir, bu qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər 

işləyib hazırlayır və onları Nazirlər Kabinetinin müzakirəsinə verir. 

 Ədliyyə  Nazirliyinin  başlıca  vəzifələri  onun  rəhbərlik  etdiyi  müəssisə  və 

orqanların xüsusiyyətindən asılı olaraq Nazirliyin funksiyalarının xarakterini müəyyən 

edir. 


 Ədliyyə Nazirliyinin əsas funksiyaları aşağıdakılardır: 

1.  Məhkəmələrin  fəaliyyətinin  təşkilati  təmin  edilməsi  Ədliyyə  Nazirliyinin 

fəaliyyətinin vacib istiqamətidir. 

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı 

maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi  hakimlərin 

müstəqilliyinə  ciddi  əməl  etməklə  Ali  Məhkəmənin,  qtisad  Məhkəməsinin  və 

Apellyasiya  Məhkəməsinin  hakimləri  istisna  olmaqla,  hakimlərin  peşə  hazırlığının 

artırılması, məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məsələləri ilə məşğul 

olur,  məhkəmələrin  müvafiq  normativ-hüquqi  aktlarla  təchiz  olunmasını,  maliyyə  və 

digər maddi-texniki xidmətini həyata keçirir, bu məhkəmələrdə kargüzarlığın təşkili və 

məhkəmə  statistikasının  aparılması,  məhkəmə  qərarlarının  icrası,  hakimlərin  əmək  və 

sosial  hüquqlarının  təmin  edilməsi,  məhəkəmələrdə  icra  və  əmək  intizamına  riayət 

edilməsi  üçün  tədbirlər  görür  və  bu  sahələr  üzrə  işin  təşkili  vəziyyətini  yoxlamaq 

hüququna  malikdir  və  hakimlərin  intizam  məsuliyyətinə  cəlb  edilməsi  barədə  icraat 

başlayır. 

Məhkəmələrin  fəaliyyətinin  hüquqi,  təşkilati,  informasiya,  maddi-texniki, 

maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədi ilə məhkəmələrdə məhkəmə 

aparatı. Ali,  qtisad, Apellyasiya və Naxçıvan MR-nın Ali məhkəmələrində isə müvafiq 

struktur bölmələrdən ibarət olan məhkəmə katibliyi fəaliyyət göstərir. 

Məhkəmələrin  fəaliyyətinin  təşkilati  təminatı  məhkəmə  fəaliyyəti  üçün  lazımi 

şə

raitin  və  məhkəmələrdə  işin  təşkil  edilməsinin  yoxlanılması  üçün  zəruridir.  Ədliyyə 



Nazirliyi məhkəmələrin təşkil edilməsi (onların dislokasiyası, quruluşu və ştatı) barədə 

təkliflər  hazırlayır,  hakimliyə  namizədləri  imtahan  yolu  ilə  seçir;  məhkəmələrdə  işin 

təşkil  edilməsini  yoxlayır  və  bu  məsələlər  üzrə  müvafiq  məhkəmə  sədrlərinin 

məruzələrini dinləyir; məhkəmələrin maddi-texniki təminatı və onların fəaliyyəti üçün 

lazımi məsələləri həll edir. 

Ə

dalət  mühakiməsinin  və  məhkəmə  nəzarətinin  keyfiyyətinin  yüksəldilməsi 



məqsədi ilə Ədliyyə Nazirliyi məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir. Bu işi Ali 

Məhkəmə ilə əlaqələndirir və ümumiləşdirmənin nəticələrindən məhkəmə fəaliyyətinin 

təşkilindəki  çatışmamazlıqların  aradan  qaldırılması  üçün  istifadə  edir;  məhkəmə 

statistikası  işinin  aparılmasını  təşkil  edir  və  onun  məlumatlarını  məhkəmələrdə  işlərin 

baxılması  keyfiyyətinin  yüksəldilməsində  və  qanun-vericiliyin  təkmilləşdirilməsi üçün 

təkliflərin hazırlanmasında istifadə edir; məhkəmələrin mülki işlər üzrə qərarlarının və 

cinayət işləri üzrə əmlakın alınmasına dair hökmlərinin icrası işinə nəzarət və rəhbərlik 


 

361 


 

edir;  cinayət  işləri  üzrə  məhkəmə  hökmlərinin  icrasını  (bu  barədə  biz  ayrıca 

danışacağıq) yerinə yetirir. 

Ə

dliyyə  Nazirliyi  cinayətkarlığa  qarşı  mübarizə  tədbirlərinin  hazırlanması  və 



qanunçuluğun  möhkəmləndirilməsi  məqsədi  ilə  sosioloci  tədqiqatlar  təşkil  edir,  bu  işi 

Azərbaycan  Respublikasının  Prokurorluğu,  Ali  Məhkəməsi,  Daxili  şlər  Nazirliyi  və 

digər əlaqədar  təşkilatlarla  əlaqələndirir,  yoldaşlıq  məhkəmələrinə və hüquqpozmalara 

qarşı mübarizə aparan digər ictimai təşkilatlara hüquqi yardım göstərir. 

Ə

dliyyə Nazirliyinin məhkəmələrdə işin təşkili məsələlərinə dair əmr, təlimat və 



sərəncamların icrası bütün məhkəmələr tərəfindən məcburidir. 

Ə

dliyyə  Nazirliyinin  və  onun  orqanları  müvafiq  məhkəmələrlə  öz  işini 



uyğunlaşdırmaqla  yanaşı  məhkəmələrin  təşkilati  işi  ilə  məhkəmə  nəzarəti  işinin 

qarışdırılmasına  qəti  yol  vermir,  məhkəmə  nəzarəti  yalnız  yuxarı  təbəqə  məhkəmələr 

tərəfindən aşağı məhkəmələrə edilir. Ədliyyə Nazirliyi və onun orqanları məhkəmələrin 

təşkilati  təminatını  hakimlərin  müstəqilliyi  və  yalnız  Konstitusiyaya  və  qanunlara 

tabeçiliyi prinsipinə ciddi əməl etməklə həyata keçirir. 

2. Qanunvericiliyin sistemləşdirilməsi, məcəllələşdirilməsi və qanun layihələrinin 

hazırlanması işini Ədliyyə Nazirliyi digər nazirliklər və idarələr ilə sıx əlaqədə həyata 

keçirir.  Bu  iş  hal-hazırda  ölkədə  məhkəmə  və  hüquq  islahatları  dövründə  bütün 

qanunvericiliyin dəyişdiyi üçün daha çox əhəmiyyət kəsb edir. 

Ə

dliyyə Nazirliyi yuxarı orqanların və öz təşəbbüsü ilə qanunvericilik aktlarının 



və  Nazirlər  Kabinetinin  qərarlarının  layihələrini  hazırlayır,  Nazirlər  Kabinetinin 

müzakirəsinə  verilən  mühüm  normativ-hüquqi  aktlara  rəy  verir,  idarə  hüquqi  aktlarıa 

qanunauyğunluğu  nöqteyi-nəzərdən  rəy  verir  və  onların  qeydiyyatını  aparır.  Ədliyyə 

Nazirliyinin  vacib  vəzifələrindən  biri  də  Azərbaycan  Respublikasının  qüvvədə  olan 

Qanunlar Külliyyatını tərtib və nəşr edir. 

Ə

dliyyə Nazirliyi qanun layihələri hazırlayarkən qanunvericliyi sistemləşdirərkən 



bütün  nazirlik  və  idarələrdən,  elmi  müəssisələrdən  və  təhsil  ocaqlarından  hazırlanan 

sənədlər  üzrə  rəy  almaq,  habelə  qanunvericiliyin  təkmilləşdirilməsi  işinə  həmin 

orqanların mütəxəssislərini cəlb etmək hüququna malikdir. 

3.  Xalq  təsərrüfatında  hüquqi  işə  metodik  rəhbərlik  Ədliyyə  Nazirliyi  tərəfindən 

müəssisə və digər təşkilatların, nazirlik və idarələrin hüquqi xidmətlərinin yaxşılaşdırılması 

məqsədi ilə həyata keçirir. 

Ə

dliyyə  Nazirliyi  xalq  təsərrüfatında  hüquq  işinə  metodiki  rəhbərlik  edir, 



nazirliklərdə, müəssisə, idarə və təşkilatlarda, habelə yerli icra hakimiyyəti orqanlarında 

hüquqi  işin  vəziyyəti  ilə  tanış  olur,  həmin  orqanların  nümayəndələrinin  məlumatlarını 

dinləyir;  hüquq  işinin  yaxşılaşdırılmasına  dair  metodiki  göstərişlər  və  tövsiyyələr 

işləyib  hazırlayır  və  verir;  hüquq  şöbələrinin  və  hüquq  məsləhətçilərinin  müsbət  iş 

təcrübəsini öyrənir, ümumiləşdirir və yayır, hüquq məsləhətçilərinin ixtisasını artırmaq 

üçün tədbirlər görür. 

4.  Notariata  və  VVAQ  orqanlarına  rəhbərlik-Ədliyyə  Nazirliyinin  və  onun 

orqanlarının funksiyalarından biridir. 

Respublikamızda notariat əməliyyatlarını yerinə yetirmək üçün Ədliyyə Nazirliyi 

sistemində dövlət notariat kontorları təşkil edilib. 

  Dövlət  notariat  kontorlarına  rəhbərlik  Nazirlər  Kabineti  və  Ədliyyə  Nazirliyi 

tərəfindən  həyata  keçirilir.  Notariat  kontorlarında  baş  dövlət  notariusları,  onların 



 

362 


 

müavinləri  işləyirlər.  Onların  hamısı  Ədliyyə  Nazirliyi  tərəfindən  təyin  və  azad 

edilirlər. Dövlət notariusları vəzifələrinə ali hüquq təhsilli şəxslər təyin edilirlər. 

Ə

dliyyə  Nazirliyi  və  onun  orqanları  müxtəlif  formalarda  notariat  kontorlarına 



rəhbərlik  edirlər.  Notarius  kadrlarının  hazırlanması,  yerləşdirilməsi  və  onların 

ixtisaslarının  artırılması,  notariat  əməliyyatlarının  keyfiyyətinin  və  qanuniliyinin 

yoxlanılması, dövlət notariuslarında şikayətlərə baxılması, notariat kontorlarının maddi-

texniki təminatı və s. 

Ə

dliyyə  Nazirliyi  vətəndaşın  vəziyyəti  aktlarının  qeydiyyatı  orqanlarının 



fəaliyyətini  təkmilləşdirmək  sahəsində  tədbirlər  işləyib  hazırlayır  və  həyata  keçirir, 

onların işini yoxlayır və lazımi göstərişlər verir. 

5.  Hüquqi  biliklərin  və  hüquq  tərbiyəsinin  təbliğatı  üzrə  metodik  rəhbərlik  və 

ə

laqələndirmə  işi  hal-hazırki  dövrdə  xüsusi  əhəmiyyət  kəsb  edir.  Ona  görə  ki,  hüquqi 



dövlət  quruculuğu,  siyasi  sistemin  islahatları  və  təsərrüfatçılığın  yeni  metodlarının 

tətbiqi əhalinin hüquqi tərbiyəsinin yenidən qurulmasının, mərkəzdə və yerlərdə bütün 

kadrları,  əhalinin  bütün  təbəqələrini  əhatə  edən  ümumi  dövlət  proqramı  kimi  ümumi 

hüquqi təhsilin təşkili səmərəli metodların tətbiqini tələb edir. 

Ə

dliyyə Nazirliyi əhali arasında hüquqi biliklərin təbliği və qanunvericiliyin izahı 



sahəsində  dövlət  orqanlarına  və  ictimai  təşkilatlara  metodik  rəhbərlik  edir  və  onların 

işini əlaqələndirir, həmin orqanlarda bu işin vəziyyəti ilə tanış olur, onların iş planlarını 

ə

laqələndirir və lazımi metodiki göstərişlər və tövsiyyələr verir. 



Ali hüquq məktəbləri və elmi müəssisələrlə birlikdə əhali üçün keyfiyyətli hüquq 

ə

dəbiyyatının hazırlanması və müxtəlif nəşriyyatlarda onun kifayət qədər nüsxə ilə nəşr 



etdirilməsi  Ədliyyə  Nazirliyinin  xüsusi  diqqət  mərkəzində  olmalıdır.  Bu  iş  indiki 

dövrdə qanunvericiliyin geniş şəkildə yenilənməsi ilə əlaqədar çox mühüm əhəmiyyət 

kəsb edir. 

Bu  istiqamətdə  aparılan  belə  çox  cəhətli  fəaliyyət  Ədliyyə  Nazirliyində  xüsusi 

olaraq yaradılmış metodik əlaqələndirmə şurasına həvalə edilmişdir. 

6. Məhkəmə-ekspert müəssisələrinin təşkili və onlara rəhbərlik Ədliyyə Nazirliyi 

tərəfindən ona görə həyata keçirilir ki, bu təşkilatların fəaliyyəti bu və ya digər dərəcədə 

hüquqi  məsələlərin  həlli  ilə,  hüquq  mühafizə  orqanlarının  fəaliyyəti  ilə,  hüquq 

pozuntularının  qarşısının  alınması  və  aradan  qaldırılması  üçün  zəruri  şəraitin  təmin 

edilməsi  ilə  əlaqədardır.  Belə  ki,  Ədliyyə  Nazirliyi  məhkəmə-ekspert  müəssisələrinin 

məhkəmə ekspertiza laboratoriyalarını təşkil edir və onların fəaliyyətinə rəhbərlik edir. 

7.  hüquq  məsələləri  üzrə  beynəlxalq  əlaqələr  Ədliyyə  Nazirliyi  Azərbaycan 

Respublikasının  beynəlxalq  müqavilələri  əsasında  digər  ölkələrlə  qarşılıqlı  hüquqi 

yardımın  təşkili  üçün  həyata  keçirilir,  Ədliyyə  Nazirliyi  beynəlxalq  müqavilələrin  və 

razılaşmaların  hazırlanmasında  iştirak  edir,  hüquqi  yardımın  edilməsi  üzrə 

müqavilələrin,  habelə  Ədliyyə  Nazirliyinin  səlahiyyətlərinə  aid  məsələlər  üzrə 

konvensiya və razılaşmaların yerinə yetirilməsini təşkil edir. 

8. Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloci yardım. 

Ə

dliyyə  Nazirliyi  onun  yanında  yaradılmış  Mərkəz  vasitəsi  ilə  yerli  özünüidarə 



orqanlarının  üzvləri  və  həmin  orqanların  icra  aparatlarının  işçiləri  tərəfindən 

bələdiyyələrə  haqqında  qanunvericiliyin  öyrənilməsinə,  onların  fəaliyyətinin  müasir 

tələblərə  və  hamılıqla  qəbul  edilmiş  standartlara  uyğun  təşkil  edilməsinə  kömək 

göstərməsini təmin edir. 



 

363 


 

 Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyinə  Azərbaycan  Respublikası 

Konstitusiyasının  109-cu  maddəsinin  5-ci  bəndinə  əsasən  Azərbaycan  Respublikasının 

Prezidenti  tərəfindən  təyin  edilmiş  nazir  başçılıq  edir.  Ədliyyə  naziri  Ədliyyə  Nazirliyinə 

həvalə  olunmuş  vəzifələrin  yerinə  yetirilməsi  üçün  şəxsi  məsuliyyət  daşıyır,  nazirliyin 

fəaliyyətinin ayrı-ayrı sahələrinə rəhbərlik üçün nazirlik sistemi idarələrinin və təşkilatlarının 

işi  üçün  nazir  müavinlərinin,  idarə,  şöbə  rəislərinin  və  digər  bölmə  rəislərinin  vəzifə 

bölgüsünü və məsuliyyət dərəcəsini müəyyən edir. 

 Ədliyyə  Nazirliyində  nazirdən  (sədr),  nazir  müavinlərindən  və  nazirliyin  digər 

rəhbərlərindən  ibarət  tərkibdə  kollegiya  yaradılır.  Kollegiya  özünün  müntəzəm  iclaslarında 

Nazirliyin  fəaliyyətinin  əsas  məsələlərini  nəzərdən  keçirir,  Nazirliyin  tabeçiliyində  olan 

idarələrin və təşkilatların rəhbərlərinin məruzələrini və hesabatlarını dinləyir, məhəkəmələrin 

işinin  təşkili  məsələlərinə  dair  Naxçıvan  MR-ın  Ali  Məhkəməsinin  və  digər  rayon  (şəhər) 

məhkəmələrin sədrlərinin məruzələrini dinləyir, kadrların seçilməsi və tərbiyəsi məsələlərini 

dinləyir,  mühüm  qanunvericilik  aktlarının  və  normativ  hüquqi  aktların,  nazirliyin  əmr  və 

təlimatlarının layihələrini, eləcə də qanunların sistemləşdirilməsi məsələlərini müzakirə edir. 

Kollegiyanın qərarı nazirin əmri ilə həyata keçirilir. 

Ə

dliyyə Nazirliyinin mərkəzi aparatının quruluşu və işçilərinin sayı Azərbaycan 



Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 

 Ədliyyə  Nazirliyinin  quruluşuna  aşağıdakı  idarələr,  şöbələr  və  sair  qurumlar 

daxildirlər: 

1. Məhkəmə qərarlarının  crasının Baş  darəsi. 

2. Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsi. 

3.  stintaq idarəsi. 

4. Qanunvericilik və hüquqi təbliğat idarəsi. 

5. Normativ-hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsi. 

6. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi. 

7. Notariat və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı idarəsi. 

8. Beynəlxalq hüquq əməkdaşlığı idarəsi. 

9. Həmin idarənin nəzdində insan hüquqları üzrə şöbə. 

10. Maliyyə-təsərrüfat idarəsi. 

11. Ümumi şöbə. 

12. Kadrlar şöbəsi. 

13. 


Azərbaycan 

Respublikası 

Elmi-Tədqiqat 

Məhkəmə 


Ekspertizası. 

Kriminalistika və Kriminologiya Problemləri  nstitutu. 

14. Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodik yardım 

mərkəzi. 

15. Ədliyyə Nazirliyi yanında hüquq-tədris mərkəzi. 

16. Mətbuat xidməti. 

17. “Qanunçuluq” curnalı. 

18. Arxiv  

  Ədliyyə  sahəsində  dövlət  idarəetməsinin  təşkilati  –  hüquqi  formalarına 

aşağıdakıları aid etmək olar: 

 məhkəmələrin fəaliyyəti 



 notariatın fəaliyyəti 

 vətəndaşların vəziyyətinin Dövlət Qeydiyyatı orqanlarının fəaliyyəti 



 

364 


 

 vəkilliyin fəaliyyəti 



Məhkəmələrin  fəaliyyəti:  Azərbaycan  Respublikasının  Konstitusiyasına  görə 

məhkəmə  hakimiyyəti  dövlət  hakimiyyətinin  bir  qoludur.  Azərbaycan  Respublikasında 

məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir. 

Məhkəmə  hakimiyyətini  həyata  keçirən  məhkəmələr  qanunverici  və  icra 

funksiyalarını  həyata  keçirən  orqanlardan  çox  fərqlənir.  Bu  fərq  təkcə  məhkəmələrin 

spesifik  səlahiyyətlərində  deyil,  həm  də  məhkəmələrin  quruluşunda,  ilk  növbədə  isə 

məhkəmə korpusunun formalaşmasında əks olunmuşdur. 

Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. 

 Məhkəmələr  heç  bir  dövlət  orqanından  asılı  deyil  və  öz  funksiyalarının  həyata 

keçirilməsində müstəqildir. 

Məhkəmənin  məhkəmə  hakimiyyətinin  orqanı  kimi  xüsusiyyəti  həm  də  ondan 

ibarətdir ki, onun fəaliyyəti üçün xüsusi qayda (prosedur) müəyyən edilmişdir. Bu qayda 

məhkəmənin  səlahiyyətinə  aid  olan  məsələlərin  baxılmağa  hazırlanmasının  və 

baxılmasının  ciddi  surətdə  dəqiqləşdirilməsindən  ibarətdir.  Qaydaların  əsas  məqsədi 

faktlara  və  qanuna  müvafiq  ədalətli  qərarların  qəbul  edilməsinin  təminatıdır.  Məhkəmə 

fəaliyyətinin  xüsusi  qaydası  məhkəmələrdə  icraatın  açıq,  çəkişmə  prinsipi  əsasında 

aparılmasına,  hər  kəsin  müdafiə  hüququnun  təmin  olunmasına,  vətəndaşların  qanun  və 

məhkəmə qarşısında bərabərliyinə və digər prinsiplərə əsaslanır. 

 Məhkəmənin  qəbul  etdiyi  qərarlar  dövlətin  adından  çıxarılır  və  onların  icrası 

məcburidir.  Yəni  qanun  müəssisələrdən,  təşkilatlardan,  vəzifəli  şəxslərdən  və 

vətəndaşlardan məhkəmə hakimiyyətini həyata keçirən orqanın göstərişlərinə şərtsiz tabe 

olmağı tələb edir. 

Məhkəmə  səlahiyyətlərinin  geniş  dairəsi  əsas  verir  ki,  məhkəmə  hakimiyyəti  çox 

vacib və məsuliyyətli sosial funksiyanı yerinə yetirir. 

Dövlət idarəetməsinin subyektlərindən olan məhkəmələr ədalət mühakiməsini həyata 

keçirərkən  Konstitusiyamızda  təsbit  edilmiş  insan  və  vətəndaş  hüquqlarını  və 

azadlıqlarını,  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  müəssisə,  idarə  və 

təşkilatların,  siyasi  partiyaların,  ictimai  birliklərin,  digər  hüquqi  şəxslərin  hüquqlarını  və 

qanuni  mənafelərini  hər  cür  qəsdlərdən  və  qanun  pozuntularından  müdafiə  edir, 

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir. 

 Notariatın  fəaliyyəti:  Azərbaycan  Respublikasında  notariat  dedikdə  “Notariat 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  (26  noyabr  1999-cu  il)  nəzərdə 

tutulmuş  hüquqi  hərəkətləri-notariat  hərəkətləri  aparmağa  müvəkkil  edilmiş  şəxslər 

birlikdə başa düşülür. 

Azərbaycan  Respublikasında  rəsmi  və  doğru  sənədlərin  tərtibi  üçün  hüquqların, 

hüquqi  əhəmiyyətli  faktların  təsdiqi  və  digər  notariat  hərəkətlərinin  aparılması  notariat 

fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada 

və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər. 

Notariatın  vəzifələri  mülkiyyəti,  fiziki  və  hüquqi  şəxslərin  hüquqlarını  və  qanuni 

mənafeyini  qorumaqdan,  qanunçuluğu  və  hüquq  qaydasını  möhkəmlətməkdən, 

müqavilələri  və  digər  əqdləri  düzgün  və  vaxtında  təsdiq  etmək,  vərəsəlik  hüquqlarını 

rəsmiləşdirmək,  icra  qeydlərini  və  başqa  notariat  hərəkətlərini  aparmaq  yolu  ilə  hüquq 

qaydalarının pozulmasının qarşısını almaqdan ibarətdir. 


 

365 


 

Notariat fəaliyyətinə nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir. Notariat fəaliyyəti ilə 

peşəkarcasına  məşğul  olan  şəxs  notarius  adlanır  ki,  hər  bir  notariusun  notariat  fəaliyyəti 

iki ildə bir dəfədən az olmadan yoxlanılmalıdır. 

Dövlət  vasitəsi  ilə  notariat  fəaliyyətini  dövlət  notariat  kontorlarında  çalışan  dövlət 

notariusları,  notariat  kontorları  olmayan  yaşayış  məntəqələrində  rayon,  şəhər  icra 

hakimiyyəti  orqanları,  Mülki  Məcəlləyə  əsasən  notariusa  bərabər  tutulan  şəxslər, 

Azərbaycan 

Respublikasının 

konsulluqlarının 

səlahiyyətli 

vəzifəli 

şə

xsləri 


qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər. 

Dövlət  notariusu  vəzifəsinə  şəhadətnamə  almış  vətəndaşlar  arasından  Ədliyyə 

Nazirliyi təyin edir. 

Dövlət  notariusunun  həvəsləndirilməsi,  intizam  məsuliyyətinə  cəlb  edilməsi  və 

vəzifədən  azad  edilməsi  məsələlərini  əmək  qanunvericiliyinə  müvafiq  qaydada  Ədliyyə 

Nazirliyi həll edir. 

 Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: 

1) əqdləri və etibarnamələri təsdiq edir; 

2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; 

3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; 

4) ər-arvadın ümumi əmlakındakı paya  mülkiyyət hüququ haqqında şəhadətnamələr 

verir; 


5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr 

verir; 


6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; 

7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; 

8) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; 

9) şəxsin sağ olması faktını təsdiq edir; 

10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir; 

11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; 

12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; 

13) fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir; 

14)  öhdəliyin  icra  predmetini  saxlamağa,  pul  məbləğlərini,  qiymətli  kağızları 

vəsiyyətnamələri depozitə qəbul edir; 

15) icra qeydləri aparır; 

16) veksellər protestlər tərtib edir; 

17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir; 

18) sənədləri saxlanmaq üçün qəbul edir; 

19) dəniz protestləri tərtib edir; 

20) sübutları təmin edir. 

Qanunvericiliklə dövlət notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə 

edilə bilər. 

Dövlət notariat kontorları təşkilati cəhətdən Ədliyyə Nazirliyi sisteminə daxildir. Fərdi 

qaydada  fəaliyyət  göstərən  notariuslar,  onların  kontorları  isə  təşkilati  cəhətdən  Ədliyyə 

Nazirliyi sisteminə daxil olmurlar. 

Fərdi  qaydada  fəaliyyət  göstərən  bütün  notariuslar  notariat  palatasında  birləşirlər. 

Fərdi qaydada fəaliyyət göstərən notariusların həmin palataya üzv olması məcburidir. 


 

366 


 

Beləliklə, notariuslar öz funksiya və səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər 

və  fəaliyyətlərində  yalnız  qanunları,  Ədliyyə  Nazirliyinin  normativ  aktlarını  və  digər 

müvafiq aktları rəhbər tuturlar. 

 Vətəndaşların  vəziyyətinin  Dövlət  Qeydiyyatı  üzrə  fəaliyyət.  Vətəndaşlıq 

vəziyyətinin  qeydiyyatı  orqanları  vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatını  həyata 

keçirir.  Həmin  orqanların  fəaliyyətinin  mahiyyəti  vətəndaşın  hüquqi  vəziyyətinə  təsir 

göstərən hadisələr və faktların qeydə alınmasından ibarətdir. Yalnız o hadisələr və faktlar 

qeydə  alınmalıdır  ki,  onlar  bilavasitə  hüquqi  aktlarda  göstərilmişdir.  Həmin  hadisə  və 

faktlara-vətəndaşın  anadan  olması  və  vəfat  etməsi,  nigah  bağlanması  və  nigahın 

pozulması, övladlığa götürmə, atalığa qəbul etmə, soyadın, adın, ata adının dəyişdirilməsi 

və s. aiddir. 

Vətəndaşlıq  vəziyyətinin  qeydiyyatı  orqanları  yerli  və  mərkəzi  icra  aparatı  yanında 

təşkil  olunur.  Onlar  həmin  orqanların  fəaliyyətinə  bilavasitə  rəhbərlik  edir.  Bununla 

yanaşı,  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyi  və  onun  orqanları  həmin  orqanların 

fəaliyyətinə  metodik  rəhbərliyi  və  bu  fəaliyyətin  hüquqi  tənzimlənməsini  həyata  keçirir. 

Ə

dliyyə  Nazirliyi  vətəndaşlıq  vəziyyətinin  qeydiyyatı  orqanlarının  fəaliyyətini 



təkmilləşdirmək 

sahəsində 

tədbirlər 

görür, 


onların 

fəaliyyətini 

tənzimləyən 

qanunvericiliyin  təkmilləşdirilməsi  barədə  müvafiq  dövlət  hakimiyyəti  orqanlarına 

təkliflər verir, onların iş təcrübəsini öyrənir və ümumiləşdirir, onların işi üçün zəruri olan 

blanklar, hesabat, uçot formaları işləyib hazırlayır və s. 

Azərbaycan  Respublikasının  Prezidenti  31  iyul  2002-ci  il  tarixdə  Azərbaycan 

Respublikasında 

vətəndaşlıq 

vəziyyəti 

aktlarının 

dövlət 


qeydiyyatı 

işinin 


təkmilləşdirilməsi haqqında fərman imzalamışdır. Həmin fərmanın mahiyyəti vətəndaşlıq 

vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  işinin  səmərəliliyinin  artırılması,  bu  sahədə 

vətəndaşların hüquqlarının həyata keçirilməsi üçün daha münasib şəraitin yaradılmasının 

təmin  edilməsi  məqsədini  özündə  əks  etdirir.  Fərmana  görə  vətəndaşlıq  vəziyyəti 

aktlarının dövlət qeydiyyatını həmçinin rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə 

rayon, şəhər, şəhər-rayon icra hakimiyyətlərinin nümayəndəlikləri də həyata keçirə bilər. 

 

 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin