Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə48/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   44   45   46   47   48   49   50   51   ...   64

sahələr üzrə yoxlayır, onların fəaliyyətini əlaqələndirir və nizama salır. 

 

335 


 

Sahələrarası  yoxlamanı  həyata  keçirən  orqanlar  müvafiq  səlahiyyətlərə 

malikdirlər.  Sahələrarası  yoxlamanı  həyata  keçirən  orqanlar  onların  səlahiyyətlərinə 

aid  olan  məsələlər  üzrə  idarə,  müəssisə  və  təşkilatların  işini  yoxlamaq  və  müayinə 

etmək  hüququna  malikdirlər.  Yoxlamanın  nəticələrinə  müvafiq  olaraq,  sahələrarası 

yoxlamanı  həyata  keçirən  orqan  nəzarətaltı  orqanlar  olan  idarə,  müəssisə  və 

təşkilatları  aşkar  edilmiş  pozutuların  aradan  qaldırılması  üçün  yerinə  yetirilməsi 

məcburi  xarakter  daşıyan  göstərişlər  verə  bilərlər.  Sahələrarası  yoxlamanı  həyata 

keçirən  orqanlara  Vergilər  Nazirliyi,  Maliyyə  Nazirliyi,  Dövlət  Statistika  Komitəsi, 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və  s.  müvafiq  icra  hakimiyyəti  orqanları 

aiddirlər. 

Dövlət  idarəetməsində  həyata  keçirilən  yoxlama  növlərindən  biri  də  ″″″″sahəvi 

yoxlama″″″″dır. 

           ″″″″Sahəvi yoxlama″″″″ - bir sistemə daxil olan orqanlar üzərində sahəvi səlahiyyətlərə 

malik olan orqanlar tərəfindən sahəvi səlahiyyətlər çərçivəsində həyata keçirilir. Sahəvi 

yoxlama  sahəvi  yoxlama  səlahiyyətlərinə  malik  olan  dövlət  idarəetmə  orqanına  tabe 

olan  orqanlar  –  idarə,  müəssisə,  təşkilat  və  vəzifəli  şəxslərin  fəaliyyətinin  müxtəlif 

metodlarla,  yəni,  rəhbərlik  tərəfindən  şəxsən  və  xüsusi  aparat  (inspeksiya,  yoxlama-

təftiş xidməti) vasitəsi ilə mütəmadi yoxlamanın həyata keçirilməsindən ibarətdir. 

Sahəvi  yoxlama  –  tabeçilikdə  olan  orqanların,  idarə,  müəssisə  və  təşkilatların 

işlərinə gündəlik sahəvi rəhbərliyini həyata keçirilməsi prosesində aparılır.  darədaxili 

yoxlamanın həyata keçirilməsi prosesində yoxlanılan obyektin fəaliyyətinin bütün əsas 

məsələləri  həll  edilir.  O  cümlədən  də,  idarəetmə  prosesində  istifadə  edilən  forma  və 

metodların məqsədəuyğunluğu qiymətləndirilir. 

darədaxili yoxlama – yoxlamanın məzmunundan asılı olaraq aşağıdakı növlərə 

bölünür: 

-ümumi yoxlama, yəni bu və ya digər orqanın idarə, müəssisə və təşkilatın bütün 

işinin yoxlanılması; 

-xüsusi  yoxlama,  yəni  yoxlama  obyektinin  işinin  ayrı-ayrı  istiqamətlərinin 

yoxlanılması. 

darədaxili  yoxlamanı  aparan  müvafiq  orqanların  və  vəzifəli  şəxslərin  yoxlama 

səlahiyyətləri,  bir  qayda  olaraq,  onların  səlahiyyətlərini  müəyyən  edən  aktla 

nizamlanır.  darədaxili yoxlama - idarəçiliyin ayrılmaz hissəsidir.  darədaxili yoxlama 

–  yoxlamanı  təşkil  edən  və  ya  onu  bilavasitə  həyata  keçirən  şəxsin  dövlət-hakimiyyə

səlahiyyətləri ilə bağlıdır. Ona görə də yoxlanılan orqanın, idarə, müəssisə və təşkilatın 

idarəetmə  aktının  ləğv  edilməsi,  dəyişdirilməsi  və  ya  müvəqqəti  dayandırılması 

məsələsi yoxlama prosesində həll edilir. 

           Yoxlama  subyektindən  və  dövlət  orqanları  səlahiyyətlərinin  həcm  və 

xarakterindən  asılı  olaraq,  həyata  keçirilən  dövlət  yoxlamaları  aşağıdakı  növlərə 

bölünürlər: 

- qanunvericilik hakimiyyəti orqanları tərəfindən həyata keçirilən yoxlama; 

-  icra  hakimiyyəti  orqanları  (ümumi,  sahələrarası  və  sahəvi  səlahiyyətli) 

tərəfindən həyata keçirilən yoxlama. 

 

Qanunvericilik hakimiyyəti orqanları tərəfindən həyata keçirilən yoxlama 



 

 

336 


 

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü bəndinə əsasə

Azərbaycan Respublikasında dövlət hakimiyyəti – hakimiyyətlərin bölünməsi prinsipi 

ə

sasında  həyata  keçirilir  (yəni  –  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətləri 



vasitəsi ilə). 

Azərbaycan  Respublikası  Konstitusiyasının  95-ci  maddəsinə  əsasən  Azərbaycan 

Respublikası Milli Məclisinin həll etdiyi məsələlərin dairəsi müəyyən edilmişdir. 

 

cra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən yoxlama 



 

Ə

sas yoxlama səlahiyyətlərinə Azərbaycan Respublikasının Prezidenti malikdir. 



Azərbaycan  Respublikası  Konstitusiyasının  8-ci  maddəsinə  əsasən  Azərbaycan 

Respublikasının  başçısı  Azərbaycan  Respublikasının  Prezidentidir.  O,  ölkənin 

daxilində  və  xarici  münasibətlərdə  Azərbaycan  dövlətini  təmsil  edir.  Konstitusiyanın 

bu  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  Prezidenti  Azərbaycan  xalqının 

vahidliyini  təcəssüm  etdirir  və  Azərbaycan  dövlətçiliyinin  varisliyini  təmin  edir. 

Azərbaycan  Respublikasının  Prezidenti  Azərbaycan  dövlətinin  müstəqilliyinin,  ərazi 

bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə 

riayət olunmasının təminatçısıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən Azərbaycan 

Respublikası  Prezidentinin  səlahiyyət  dairəsi  müəyyən  edilmişdir.  Azərbaycan 

Respublikasının Prezidenti özünün səlahiyyətlərindən istifadə edərək dövlət idarəetmə 

sahəsində  özünün  yoxlama  funksiyalarını  həyata  keçirir.  Azərbaycan  Respublikası 

Prezidentinin  göstərişi  və  onun  adından  yoxlama  Azərbaycan  Respublikası 

Prezidentinin  cra Aparatı tərəfindən həyata keçirilir. 

Dövlət  idarəetməsində  yoxlamanı  həyata  keçirən  subyektlərdən  biri  də 

Azərbycan  Respublikasının  Nazirlər  Kabinetidir.  Azərbaycan  Respublikası 

Konstitusiyasının 124-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti icra 

səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının 

Nazirlər  Kabinetini  yaradır.  Konstitusiyanın  bu  maddəsinə  əsasən  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra 

hakimiyyəti  orqanıdır.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  Azərbaycan 

Respublikasının  Prezidentinə  tabedir  və  onun  qarşısında  cavabdehdir.  Nazirlə

Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir. 

Dövlət  idarəetməsində  qanunçuluğun  və  intizamın  təmin  edilməsində  Nazirlə

Kabineti  tərəfindən  yoxlamaların  həyata  keçirilməsi  üçün  Nazirlər  Kabinetinə 

əyyən  səlahiyyətlər  verilmişdir.  Nazirlər  Kabineti  də  Konstitusiyanın  119-cu 

maddəsinə  müvafiq  olaraq  ona  verilmiş  səlahiyyətlər  vasitəsi  ilə  mütəmadi  olaraq 

özünün  yoxlama  funksiyalarını  həyata  keçirir.  Məsələn,  Nazirlər  Kabineti  mütəmadi 

olaraq  ona  tabe  olan  orqanların  –  nazirliklərin,  dövlət  komitələrinin,  müfəttişliklərin 

və  s.  fəaliyyətlərini  yoxlayır;  Nazirlər  Kabineti  öz  iclaslarında  nazirliklərin,  dövlə

komitələrinin,  müfəttişliklərin  rəhbərlərinin  iqtisadi  islahatların  yerinə  yetirilməsi, 

kredit-pul  sisteminin  möhkəmləndirilməsi,  dövlət  idarəetmə  sahələrinin  inkişaf 

etdirilməsi barədə hesabatını, çıxışlarını və məlumatlarını dinləyir. 

 

Nəzarət üsulu 



 

337 


 

           Dövlət  idarəetməsində  qanunçuluğun  və  intizamın  təmin  edilməsi  üsulu  kimi 





nəzarət üsulu″″″″nun da əhəmiyyəti böyükdür. 



darəetmə  aparatının  qarşısına  qoyulmuş  məqsədlərə  nail  olmaqla  hüquqi 

normalara  riayət  edilməsinə  nəzarətin  həyata  keçirilməsi  əsas  rol  oynayır.  Nəzarə

fəaliyyəti – dövlət idarəetməsinin əsas hissəsidir. 

nzibati  nəzarət  –  dövlət  idarəetməsinin  bir  sıra  orqanlarının  hüquq-

mühafizəedici fəaliyyətlərinin xüsusi növüdür.  nzibati nəzarət mahiyyətcə yoxlama ilə 

sıx  bağlıdır,  buna  görə  də  inzibati  nəzarətin  həyata  keçirilməsi  zamanı  xüsusi 

məsələləri  nizamlayan  normativ  aktlara  riayət  olunması  üzrə  orqanların  fəaliyyətləri 

yoxlanılır. 

Yoxlama  özündə  fəaliyyətin  qanunçuluğa və  məqsədəuyğunluğuna  müşahidənin 

aparılmasını  və  onun  hüquqi,  elmi,  sosial-siyasi,  təşkilati-texniki  nöqteyi-nəzərdə

qiymətləndirilməsini  əks  etdirir.  Lakin,  bir  çox  hallarda  hakimiyyət  subyektlərinin 

yoxlama  səlahiyyətləri  məhdudlaşdırılır  –  onlara  yalnız  nəzarət  funksiyasının  həyata 

keçirilməsi  imkanları  verilir.  Yoxlayan  və  yoxlanılanlar  arasında  təşkilati  tabeçilik 

olmayan  hallarda  nəzarət  yoxlama  məlumatları  nəticələrinə  görə  məsuliyyət  daşıyan 

hakimiyət subyektlərinin operativ fəaliyyətinə müdaxilə edilməsinin qarşısının alınması 

üçün zəruridir. 

             darəetmə sahəsində nəzarətin iki təşkilati formaları mövcuddur: 

            Birinci  forma  –  orqanların  rəhbərlərinin,  həmçinin  də  onlar  tərəfindən  təşkil 

edilmiş  komissiyaların  nəzarət  fəaliyyətidir.  Nəzarət  fəaliyyəti  bu  orqanlar  tərəfində

ə

sas iş növü kimi və epizodik olaraq (vaxtaşırı) həyata keçirilməyən fəaliyyət növüdür. 



Digər tərəfdən isə nəzarət fəaliyyəti idarəetmə subyektinin təşəbbüsü ilə deyil, nəzarə

fəaliyyətini həyata keçirməyə səlahiyyəti olan orqana daxil olmuş ərizəşikayət, iş və s. 

ə

sasında həyata keçirilən fəaliyyət növüdür. 



            darəetmə  nəzarətinin  ikinci  forması  –  inzibati  nəzarətdir.  nzibati  nəzarə

xüsusi  idarə  və  xidmətlər,  orqanlar  tərəfindən  həyata  keçirilir.  Digər  tərəfdən  isə 

inzibati  nəzarət  bu  orqanlar  üçün  onların  fəaliyyətlərinin  əsas  və  başlıca  funksiyası 

hesab  edilir.  nzibati  nəzarəti  həyata  keçirən  subyektlər  funksional  hakimiyyətə  və 

geniş  idarələrüstü  (idarədənkənar)  səlahiyyətlərə  malikdirlər.  Buna  görə  də  inzibati 

nəzarət  –  bir  qayda  olaraq  idarələrüstü  (idarədənkənar)  xarakter  daşıyır,  o  dövlə

orqanlarına, dini qurumlara və qeyri-hökumət təşkilatlarına, həmçinin də vətəndaşlara 

ş

amil  edilir.  nzibati  nəzarətin  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bir  qayda  olaraq 



onun həyata keçirilməsi inzibati məcburetmənin tətbiq edilməsi ilə bağlıdır. 

Dövlət idarəetməsində ümumi inzibati nəzarəti yerinə yetirən çoxlu sayda dövlə

strukturları  mövcuddur.  Belə  dövlət  strukturları  içərisində  ″″″″xüsusiləşdirilmiş  dövlə

strukturları″″″″  da  az  deyil.  Xüsusiləşdirilmiş  strukturlara  sanitanriya-gigiyena  və 

sanitariya-epidemioloji  nəzarət  orqanları,  sənayedə  işlərin  təhlükəsiz  görülməsinə 

nəzarət orqanları, dağ-mədən nəzarəti orqanları, gömrük orqanları, vergi orqanları və 

s.  aiddirlər.  Bir  çox  idarələr  sistemində  xüsusiləşdirilmiş  nəzarət  xidmətləri 

mövcuddur.  

nzibati  nəzarəti  həyata  keçirən  dövlət  nəzarət  orqanları  öz  funksiyalarını  icra 

edərkən  müxtəlif  idarə,  müəssisə  və  təşkilatların  fəaliyyətində  müəyyən  edilmiş 

qaydaların  pozulması  hallarını  aşkar  edərlərsə  həmin  idarə,  müəssisə  və  təşkilatın 

 

338 


 

fəaliyyətini  müvəqqəti  dayandırmaq  yaxud  məhdudlaşdırmaq  və  təqsirkar  şəxslərə 

qarşı hüquqi tənbeh tədbirlərini tətbiq etmək hüququna malikdirlər. 

nzibati  nəzarət  subyektlərinin  hüquqi  vəziyyəti  –  dövlət  inspeksiyalarının  və 

digər  orqanların  hüquqi  vəziyyəti  onlar  haqqında  müvafiq  Əsasnamələr  və  ya 

Nizamnamələr ilə müəyyən edilir. 

          Dövlət idarəetəsində dövlət nəzarət orqanlarının iki növü mövcuddur: 

- təşkilati-müstəqilliyə malik olan dövlət nəzarət oqanları; 

- orqanların struktur bölmələri hesab edilən dövlət nəzarət orqanları. 

Təşkilati  cəhətdən  müstəqil  fəaliyyət  göstərən  dövlət  nəzarəti  orqanlarına 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sənayedə  şlərin Təhlükəsiz Görülməsinə 

Nəzarət  və  Dağ-Mədən  Nəzarəti  Komitəsi,  Dövlət  Statistika  Komitəsi  və  s.  orqanlar 

aiddirlər. 

Bununla  yanaşı,  inzibati  nəzarəti  və  yoxlamanı  həyata  keçirən  bir  sıra 

inspeksiyalar bu və ya digər nazirliklərin sistemində fəaliyyət göstərir və onun struktur 

bölmələri  hesab  edilirlər.  Məsələn,  Dövlət  yol  polisi  xidməti  D N,  Dövlət  Yanğın 

Təhlükəsizliyi xidməti isə  FHN sisteminə  daxildirlər. 

 

cra hakimiyyətinin həyata keçirilməsində məhkəmə nəzarəti 



 

Dövlət  idarəetməsində  qanunçuluğun  təmin  edilməsində  məhkəmə  nəzarətinin 

böyük rolu vardır. 

          Dövlət  idarəetməsində  qanunçuluğun  təmin  edilməsinə  məhkəmə  nəzarəti 

aşağıdakı məhkəmə orqanları tərəfindən həyata keçirilir: 

- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi; 

- ümumi mühakimə məhkəmələri; 

- xüsusi mühakimə məhkəmələri. 

Dövlə

idarəetməsində 

qanunçuluğun 

təmin 

edilməsində 

Azərbaycan 

Respublikasının 

Konstitusiya 

Məhkəməsinin 

rolu 

böyükdür. 

Konstitusiya 

Məhkəməsinin  təşkilinin  və  fəaliyyətinin  əsasları  ″″″″Konstitusiya  Məhkəməsi  haqqında 

Azərbaycan  Respublikasının  21  sentyabr  1997-ci  il  tarixli  Qanunu  ilə  müəyyə

edilmişdir. 

Bu Qanuna əsasən Konstitusiya Məhkəməsinin əsas vəzifələri aşağıdakılardır: 

-  Azərbaycan  Respublikası  Konstitusiyasının  130-u  maddəsinin  3-cü  hissəsində 

nəzərdə tutulmuş məsələləri həll etmək; 

-  Azərbaycan  Respublikası  Konstitusiyasının 130-cu  maddəsinin 4-cü  hissəsində 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin