Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə49/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

göstərilmiş  orqanların  sorğusu  əsasında  Azərbaycan  Respublikası  Konstitusiyasını  və 

qanunlarını şərh etmək; 

-  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  nəzərdə  tutulmuş  başqa 

səlahiyyətləri həyata keçirmək. 

Dövlət idarəetmə sistemində qanunçuluğun təmin edilməsində ″″″″ümumi və xüsusi 

mühakimə  məhkəmələri″″″″nin  rolu  böyükdür.Yuxarıda  göstərilən  Azərbaycan 

Respublikasının  məhkəmə  sistemi  Azərbaycan  Respublikasının  ″″″″Məhkəmələr  və 

hakimlər haqqında″″″″ 10 iyun 1997-ci il tarixli Qanunu ilə müəyyən edilmişdir. 

Azərbaycan Respublikası məhkəmələrinin vəzifələri aşağıdakılardır: 

 

339 


 

-  Azərbaycan  Respubliksı  Konstitusiyasında  təsbit  edilmiş  (m.24-71)  insan  və 

vətəndaş  hüquqlarını  və  azadlıqlarını  hər  cür  qəsdlərdən  və  qanun  pozuntularından 

müdafiə etmək; 

-  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  müəssisə,  idarə  və  təşkilatların, 

siyasi  partiyaların,  ictimai  birliklərin,  digər  hüquqi  şəxslərin  hüquqlarını  və  qanuni 

mənafelərini hər cür qəsdlərdən və qanun pozutularından müdafiə etmək. 

Dövlət  idarəetmə  sistemində  qanunçuluğun  və  intizamın  təmin  edilməsində 

prokuror  nəzarətinin  də  rolu  böyükdür.  Prokuror  nəzarəti  prokurorluq  orqanları 

tərəfindən həyata keçirilir. 

Azərbaycan  Respublikasının  prokurorluq  orqanlarının  fəaliyyəti  ″″″″Prokurorluq 

haqqında″″″″  Azərbaycan  Respubikasının  7  dekabr  1999-cu  il  tarixli  Qanunu  ilə 

tənzimlənir. 

          Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil 

olmaqla  ərazi  və  ixtisaslaşdırılmış  prokurorluqların  Azərbaycan  Respublikasının  baş 

prokuroru tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. 

          Prokurorluq onqanları qanunla nəzərdə tutulmuş hallarda və qaydada aşığdakı 

istiqamətlərdə öz fəaliyyətlərini həyata keçirir: 

- cinayət işi başlayır və ibtidai istintaq aparır; 

- ibtidai istintaqa prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin 

edir; 

-  təhqiqat  və  əməliyyat-axtarış  orqanlarının  fəaliyyətində  qanunların  icra  və 

tətbiq olunmasına nəzarət edir; 

-  məhkəmədə  iddia  qaldırır  (ərizə  verir),  mülki  və  iqtisadi  mübahisələrə  dair 

işlərə baxılmasında iddiaçı kimi iştirak edir; 

- məhkəmədə cinayət işinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını 

müdafiə edir; 

-  məhkəmə qərarlarından protest verir; 

-  məhkəmələr  tərəfindən  təyin  edilmiş  cəzaların  məqsədinə  nail  olunmasında 

iştirak edir. 

  Dövlət  idarəetməsində  qanunçuluğun  və  intizamın  təmin  edilməsi  prosesində 

prokuror  öz  səlahiyyətlərini  həyata  keçirərkən  qanunla  müəyyən  edilmiş  qaydada  və 

çərçivədə aşağıdakı aktlar çıxara bilər: 

- xəbərdarlıq; 

- təqdimat; 

- qərar; 

- yazılı göstəriş

- iddia ərizəsi (ərizə); 

- məhkəmə qərarlarından protest. 

Dövlət  idarəetməsində  qanunçuluğun  və  intizamın  təmin  edilməsi  məqsədi  ilə 





Prokurorluq  haqqında″″″″  Qanunun  28-ci  maddəsinə  əsasən  –  prokurorluq  işçilərinin 



hərəkətindən  (hərəkətsizlyindən)  və  aktlarından  şikayətin  verilməsi  nəzərdə 

tutulmuşdur.  Qanun  bu  müddəasına  əsasən  prokurorluq  işçilərinin  hərəkətlərində

(hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə 

ş

ikayət verilə bilər. Azərbaycan Respublikasının prosessual qanunvericilyində nəzərdə 



 

340 


 

tutulmuş  hallar  istisna  edilməklə  şikayətin  verilməsi  prokuror  aktlarının  icrasını 

dayandırır. 

 

D O-nun yoxlama və nəzarət funksiyaları 

 

Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq daxili işlər orqanları (polis) ictimai 

qaydanın  qorunması  və  ictimai  təhlükəsizliyin  təmin  edliiəsi  məsələləri  üzrə 

qanunvericilik  və  icra  hakimiyyəti  orqanları  aktlarının  vəzifəli  şəxslər  və  vətəndaşlar 

tərəfindən icra edilməsinə nəzarəti həyata keçirir. 





Polis  haqqında″″″″  Qanunla  müəyyən  edilmiş  polisin  əsas  vəzifələrinin,  polis 



ə

məkdaşının ümumi vəzifələrinin və polisin fəaliyyətinin hər bir istiqamətindəki sahədə 

polis  əməkdaşının  vəzifələrinin  yerinə  yetirilməsinin  təmin  edilməsi  üçün  ″″″″Polis 

haqqında″″″″  Qanunun  17-ci  maddəsinə  müvafiq  olaraq  polis  əməkdaşının  ümumi 

hüquqları,  18-20  maddələrinə  müvafiq  olaraq  isə  polis  əməkdaşının  hüquqları 

əyyən edilmişdir. 

Daxili  işlər  orqanları  (polis)  əcnəbilərin  və  vətəndaşğı  olmayan  şəxslərin 

Azərabycan  Respublikasına  gəlmə,  Azərbaycan  Respublikasından  getmə  və 

Azərbaycan  Respublikasında  olmaları  və  tranzitlə  keçmələri  qaydalarına  riayə

etmələrinə nəzarət edirlər. D O-nun (polisin) bu nəzarət funksiyası  ″″″″Ölkədən getmək, 

ölkəyə gəlmək və pasportlar haqqında″″″″ Azərbaycan Respublikasının 14 iyun 1994-cü il 

tarixli  Qanunu  ilə  müəyyən  edilmiş  qaydalara  riayət  edilməsinin  təmin  edilməsi 

məqsədi ilə həyata keçirilir. 

Dövlət  idarəetməsində  Dövlət  Yol  Polisi  geniş  nəzarət-yoxlama  funksiylarını 

həyata  keçirirlər.  DYP-nin  nəzarət-yoxlama  səlahiyyətləri  ″″″″Polis  haqqında″″″″  Qanunun 

20-ci maddəsinə və ″″″″Dövlət Yol Polisi haqqında″″″″ Əsasnaməyə müvafiq olaraq müəyyə

edilmişdir. 

Azərbaycan Respublikası FHN sisteminə daxil olan Dövlət Yanğın Təhlükəsizliyi 

xidməti  də  dövlət  idarəetməsində  geniş  yoxlama-nəzarət  funksiyalarını  həyata 

keçirirlər. Azərbaycan Respublikası Dövlət Yanğın Təhlükəsizliyi xidmətinin yoxlama-

nəzarət funksiyaları  ″″″″Yanğın təhlükəsizliyi haqqında″″″″ Azərbaycan Respublikasının 10 

iyun 1997-ci il tarixli Qanunu və Nazirlər Kabinetinin 151 saylı 6 iyul 1998-ci il tarixli 

qərarı  ilə  təsdiq  edilmiş  ″″″″Azərbaycan  Respublikası  D N-in  Baş  Yanğın  Təhlükəsizliyi 

haqqında″″″″ Əsasnamə ilə müəyyən edilmişdir. 

 

 

 

Ş

ikayət vermə (şikayət hüququnun realizəsi) 



 

Dövlət  idarəetməsində  qanunçuluğun  və  intizamın  təmin  edilməsi  üsullarından 

biri  də  vətəndaşların  dövlət  orqanlarına  təklif,  ərizə  və  şikayətlərlə  şəxsən  müraciə

etmələridir. 

          Azərbaycan  Respublikası  Konstitusiyasının  57-ci  maddəsinə  əsasən  Azərbaycan 

Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və 

kollektiv  yazılı  müraciətlər  göndərmək  hüququ  vardır.  Hər  bir  müraciətə  qanunla 

müraciət edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. 

 

341 


 

Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli 

şə

xslərinin,  siyasi  partiyaların,  həmkarlar  ittifaqlarının  və  ictimai  birliklərin,  habelə 



ayrı-ayrı  vətəndaşların  fəaliyyətini  və  işini  tənqid  etmək  hüququ  vardır. 

Konstitusiyanın bu müddəasına əsasən tənqidə görə təqib qadağandır. Lakin təhqir və 

böhtan tənqid sayıla bilməz. 

Azərbaycan  Respublikası  vətəndaşlarının  konstitusion  hüququ  olan  ″″″″müraciə

etmək hüquqlarının″″″″ həyata keçirilməsinin təmin edilməsi və ona şəraitin yaradılması 

məqsədi  ilə  Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən  ″″″″Vətəndaşların 

müraciətlərinə  baxılması  haqqında″″″″  Azərbaycan  Respublikasının  Qanunu  qəbul 

edilmiş  və  bu  Qanun  10  iyun  1997-ci  il  tarixində  Azərbaycan  Respublikasının 

Prezidenti tərəfindən təsdiq edilmişdir. 

Vətəndaşların müraciətlərinin növləri aşağıdakılardır: 

-  ″″″″təklif″″″″  -  dövlət  hakimiyyəti  orqanı,  idarə,  təşkilat  və  müəssisəni  fəaliyətinin 

yaxşılaşdırılmasını,  təhsil,  elm,  texniki,  hüquq,  yaradıcılıq  və  başqa  sahələrlə  bağlı 

məsələlərin həllini nəzərdə tutan müraciətdir; 

-  ″″″″ərizə″″″″  -  vətəndaşlara  məxsus  hüquqların  həyata  keçirilməsi  ilə  bağlı  tələbləri 

nəzədə tutan müraciətdir; 

″″″″şikayət″″″″ isə – dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş 

hüququn bərpası tələbi barədə müraciətdir. 

           Qanuna əsasən, müraciətə bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanması 

tələb edilməyən müraciət isə ən geci 15 gün ərzində baxılmalıdır. 

Müraciətə baxmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, 

yaxud  başqa  tədbirlər  görmək  lazım  gəldiyi  hallarda  müvafiq  orqanın,  idarənin, 

təşkilatın  və  müəssisənin  rəhbəri  və  ya  onun  müavini  müraciətə  baxılma  müddətini 

müstəsna hallarda ən çoxu bir ay müddətə kimi uzada bilər. Bu barədə müraciət edə

vətəndaşa,  müraciətin  baxılması  dövlət  hakimiyyəti  orqanı  tərəfindən  nəzarətdə 

saxlandıqda isə dövlət hakimiyyəti orqanına məlumat verilir. 

            Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətinə daxil olduğu gündə

etibarəən geci 15 gün ərzində baxılır. 





Vətəndaşların  müraciətlərinə  baxılması  haqqında″″″″  Qanunun  tələblərinin 



pozulmasına  görə  dövlət  hakimiyyəti  orqanları,  idarə,  müəssisə  və  təşkilatların 

rəhbərlərinin məsuliyyəti və onların məsuliyyət növləri müəyyən edilmişdir. 

Ə

cnəbilərin  və  vətəndaşğı  olmayan  şəxslərin  müraciətlərinə  baxılması 



Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələr  ilə,  başqa 

qayda nəzərdə tuutlmayıbsa isə bu Qanunla tənzimlənir. 

            Vətəndaşların şikayətlərinə baxılmasının və həll edilməsinin aşağıdakı iki qaydası 

mövcuddur: 

- inzibati qaydada; 

- məhkəmə qaydasında. 

Vətəndaşların  müraciətlərinə  inzibati  qaydada  baxılması  və  həll  edilməsi 





Vətədaşların  müraciətlərinə  baxılması  haqqında″″″″  Qanunla  həyata  keçirilir.  Lakin 



vətəndaşların  müraciətlərinə  inzibati  qaydada  baxılması  və  həll  edilməsi  prosesinin 

əyyən çatışmazlıqları da mövcuddur. Vətəndaşların müraciətlərinə inzibati qaydada 

baxılmasının  çatışmazlığı  ondan  ibarətdir  ki,  bir  çox  hallarda  vətəndaşların 

müraciətlərinə  marağı  olan  orqanlar  tərəfindən  baxılır.  Digər  tərəfdən  isə  belə 

 

342 


 

müraciətlərinə çox vaxt qiyabi formada, yəni, şikayətçinin iştirakı olmadan və hüquqi 

hazırlığı  olmayan  şəxs  tərəfindən  baxılır.  Ona  görə  də  vətəndaşların  əsaslandırılmış 

ş

ikayətləri çox vaxt təmin edilmədən və ya həll edilmədən qalır. Bir qayda olaraq, bu 



qayda tam  həcmdə  və günahkar  vəzifəli  şəxslərin,  dövlət  qulluqçularçnın  məsuliyyətə 

cəlb edilməsi üçün effektivli hesab edilə bilməz. 

Buna görə də məhkəmə qaydasında şikayətlərin həll edilməsi zəruriyyəti yaranır. 

Digər  tərəfdən  isə  şikayətlərin  məhkəmə  qaydasında  həll  edilməsi  prosesində  tərəflə

bərabərdirlər  və  bu  prosesdə  şikayətin  –iddianın  obyektiv  baxılması  üçüq  imkan  da 

genişdir.  Lakin,  şikayətin  məhkəmə  qaydasında  həll  edilməsindən  əvvəl  həmin 

ş

ikayətin  orqan  və  ya  vəzifəli  şəxs  tərəfindən  tabeçilik  qaydasında  baxılması  daha 



məqsədəuyundur.  Belə  qayda  işin  məhkəməyə  çatdırılmaması  şərti  ilə  buraxılmış 

səhvin  tezliklə  düzəldilməsinə  imkan  yaradır  və  inzibati  qaydada  işin  baxılmasına 

məsuliyyətlə yanaşmağa köməklik edir. 

Vətəndaşların şikayətlərinə məhkəmə qaydasında baxılması prosesində vətəndaş 

məhkəmədə  xahişçi  qismində  yox,  iddiaçı  kimi,  yəni,  bərabər  tərəf  kimi  birbaş

müraciət edə bilər. 

          Vətəndaşların  hüquq  və  azadlıqlarını  pozan  qərar  və  hərəkətlərdə

(hərəkətsizlikdən)  məhkəməyə  şikayət  etmələrinin  əsası  və  qaydası  ″″″″Vətəndaşların 

hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə 

ş

ikayət  edilməsi  haqqında″″″″  Azərbaycan  Respublikasının  11  iyun  1999-cu  il  tarixli 



Qanunu  ilə  tənzimlənir.  Bu  Qanun  18  iyul  1999-cu  il  tarixindən  qüvvəyə  minmişdir, 

yəni dərc edildyi vaxtdan. 

           Bu  Qanuna  əsasən,  vətəndaşların  hüquq  və  azadlıqlarını  pozan  qərar  və 

hərəkətlərdən (hərəkətsizliklərdən) vətəndaşların məhkəməyə müraciət etmək hüququ 

və qaydası müəyyən edilmişdir. Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar 

və  hərəkətlər  (hərəkətsizliklər)  barəsində  birbaşa  məhkəməyə  və  ya  tabeçilik 

qaydasında  yuxarı  dövlət  orqanlarına  və  yerli  özünüidarəetmə  orqanlarına, 

əssisələrə,  idarələrə  və  təşkilatlara,  ictimai  birliklərə,  vəzifəli  şəxslərə  şikayətlə 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin