Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə50/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

müraciət edə bilərlər. 

Tabeçilik  qaydasında  yuxarı  orqan  şikayətlərə  1  (bir)  aydan  gec  olmayan 

müddətdə  baxmalı,  şikayətə  baxılmasının  nəticəsi  barədə  həmin  orqanın  rəhbərliy 

vətəndaşa yazılı cavab verməlidir. 

           Vətəndaşlar  tərəfindən  məhkəməyə  şikayətlə  müraciət  edilməsi  müddətlə

əyyən edilmişdir. Bunlar aşağıdakılardır: 

-  hüquq  və  azadlıqlarının  pozulmasının  vətəndaşa  məlum  olduğu  gündən  üç  ay 

keçənədək; 

-  Azərbaycan  Respublikasının  qanunvericiliyində  başqa  müddət  nəzərdə 

tutulmamışdırsa,  vətəndaş  şikayətin  verildiyi  gündən  bir  ay  müddətində  ona  cavab 

almadıqda, bu müddətin tamam olduğu gündən bir ay keçənədək; 

-  şikayətin  verilməsi  müddəti  üzürlü  səbəbdən  ötürülübsə,  həmin  müddə

məhkəmə tərəfindən bərpa oluna bilər. 

          Məhkəmə  vətəndaşların  şikayətlərinə  baxılmasının  nəticələri  barədə  qətnamə 

çıxarır.  Şikayətə  baxılmasının  nəticələrindən  asılı  olaraq  məhkəmə  aşağıdakı  iki 

qətnamədə birini çıxara bilər: 

 

343 


 

- məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarı və 

hərəkətləri  qanunsuz  hesab  edir,  vətəndaşlar  barəsində  tətbiq  edilən  məsuliyyə

tədbirlərini  ləğv  edir,  onların  pozulmuş  hüquq  və  azadlıqlarını  bərpa  edir,  habelə 

dövlət orqanlarının  və  yerli  özünüidarə  orqanlarının,  müəssisələrin, vəzifəli  şəxslərin, 

vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə 

bağlı onların məsuliyyətini müəyyənləşdirir; 

-  əgər  məhkəmə  şikayət  edilən  qərarları  və  hərəkətləri  (hərəkətsizliyi)  qanuni 

hesab  edərsə,  yəni  vətəndaşın  hüquq  və  azadlıqlarının  pozulması  kimi 

qiymətləndirməzsəşikayətin təmin edilməməsi barədə

Dövlət  orqanları  və  yerli  özünüidarə  orqanları,  müəssisələri,  idarələr  və 

təşkilatlar  ictimai  birliklər,  vəzifəli  şəxslər  üçün  qüvvəyə  minmiş  məhkəmə  qərarının 

icrası məcburi xarakter daşıyır. 

Məhkəmənin  qərarı  qüvvəyə  mindiyi  gündən  ən  geci  10  (on)  gün  keçənədə

qərarlarından  və  hərəkətlərində  (hərəkətsizliyindən)  şikayət  edilən  orqanlara  və  ya 

vəzifəli şəxslərə, habelə vətəndaşlara göndərilir. Məhkəmə qərarının alındığı gündəə

geci  bir  ay  keçənədək  qərarlarında  və  hərəkətlərindən  şikayət  edilən  orqanlar  və  ya 

vəzifəli  şəxslər  həmin  qərarın  icrası  barədə  məhkəməyə  və  vətəndaşa  məlumat 

verməlidir.  Məhkəmənin  qərarı  icra  edilmədiyi  halda,  məhkəmə  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görür. 

Ş

ikayətə baxılması ilə əlaqədar məhkəmə xərcləri aşağıdakı qaydada ödənilir: 



-  şikayətin  təmin  edilməsindən  imtina  olunması  barədə  qərar  qəbul  edildikdə

ş

ikayətə baxılması ilə əlaqədar məhkəmə xərclərini vətəndaş ödəyir; 



-  məhkəmə,  şikayət  olunan  qərarları  və  hərəkətləri  (hərəkətsizliyi)  qanunsuz 

hesab  etdikdə  isə,  bu  xərclər  müvafiq  dövlət  orqanlarının  və  ya  yerli  özünüidarə 

orqanlarının, müəssisələrin, idarə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin 

vəsaiti hesabına ödənilir; 

-  qərarların  və  hərəkətlərin  qanuni  olduğuna  baxmayaraq,  əgər  vətəndaşın 

tabeçilik  qaydasında  yuxarı  orqana  verdiyi  şikayətə  cavab  verilməmişdirsə,  yaxud 

məhkəməyə  şikayətlə  müraciət  edilməsi  müddətləri  pozmaqla  cavab  vermişsə

məhkəmə  xərclərinin  ödənilməsi  dövlət  tərəfindən  dövlət  orqanlarının  və  ya  yerli 

özünüidarə  orqanlarının,  müssisələrin,  idarələrin  və  təşkilatların,  ictmai  birliklərin, 

vəzifəli şəxslərin öhdəsinə qoyulur; 

-  məhkəmə  vətəndaşın  məhkəmə  xərclərinin  ödənilməsindən  qismən  və  ya  tam 

azad edilməsi barədə qərar qəbul edə bilər. 

Bu  Qanunun  tələblərini  pozan  şəxslər  Azərbaycan  Respublikasının 

Qanunvericiliyi ilə nəzərdə tutulmuş qayda məsuliyyət daşıyırlar. 

kinci sualı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki: 

 

1.  Qanunçuluğun  təmin  edilməsi  –  qanunun  ən  cüzi  pozulmasının  qarısının 

alınmasından,  onların  xəbərdar  edilməsindən,  onların  pozulmasına  şərait  yaradan 

səbəblərin  aradan  qaldırılması  üçün  tədbirlərin  görülməsindən,  vətəndaşların  və 

təşkilatların  pozulmuş  hüquqlarının  və  qanuni  maraqlarının  bərpa  edilməsindən, 

təqsirli  şəxslərin  məsuliyyətə  cəlb  edilməsindən,  məsuliyyətin  labüdlüyün 

yaradılmasından,  idarəetmə  aparatı  işçilərinin  qanunun  hər  tələbinə  və  məqsədinə 

ciddi riayət edilməsi ruhunda tərbiyə edilməsindən ibarətdir. 

 

2. Qanunçuluğun təmin edilməsi təminatına aşağıdakı təminatlar aiddirlər: 

 

344 


 

- iqtisadi; 

- siyasi; 

- hüquqi; 

- təşkilati-hüquqi. 

 

3. Qanunçuluğun təmin edilməsi üsulları əsasən aşağıdakılardan ibarətdir: 

- yoxlama; 

- nəzarət; 

şikayət vermə

 

4.  Dövlət  yoxlaması  öz  məzmununa  və  məqsədinə  görə  aşağıdakı  iki  növə 

bölünür: 

- ümumi yoxlama; 

- xüsusi yoxlama. 

5.  darəetmə sahəsində nəzarətin iki təşkilati formaları mövcuddur: 

 

Birinci  forma  –  orqanların  rəhbərlərinin,  həmçinin  də  onlar  tərəfindən  təşkil 

edilmiş komissiyaların nəzarət fəaliyyətidir.  

darəetmə nəzarətinin ikinci forması – inzibati nəzarətdir. 

 

7. Dövlət idarəetəsində dövlət nəzarət orqanlarının iki növü mövcuddur: 

- təşkilati-müstəqilliyə malik olan dövlət nəzarət oqanları; 

- orqanların struktur bölmələri hesab edilən dövlət nəzarət orqanları. 

 

8.  Dövlət  idarəetməsində  qanunçuluğun  təmin  edilməsinə  məhkəmə  nəzarəti 

aşağıdakı məhkəmə orqanları tərəfindən həyata keçirilir: 

- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi; 

- ümumi mühakimə məhkəmələri; 

- xüsusi mühakimə məhkəmələri. 

 

9.  Azərbaycan  Respublikasının  Prokurorluğu  məhkəmə  hakimiyyəti  sisteminə 

daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının 

baş prokuroru tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. 

 

Dövlət idarəetməsində qanunçuluğun və intizamın təmin edilməsi prosesində 

prokuror  öz  səlahiyyətlərini  həyata  keçirərkən  qanunla  müəyyən  edilmiş  qaydada  və 

çərçivədə aşağıdakı aktlar çıxara bilər: 

- xəbərdarlıq; 

- təqdimat; 

- qərar; 

- yazılı göstəriş

- iddia ərizəsi (ərizə); 

- məhkəmə qərarlarından protest. 

 

10.  Vətəndaşların  hüquq  və  azadlıqlarını  pozan  qərar  və  hərəkətlərdə

(hərəkətsizlikdən)  məhkəməyə  şikayət  etmələrinin  əsası  və  qaydası  ″″″″Vətəndaşların 

hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə 

ş

ikayət  edilməsi  haqqında″″″″  Azərbaycan  Respublikasının  11  iyun  1999-cu  il  tarixli 



Qanunu  ilə  tənzimlənir.  Bu  Qanun  18  iyul  1999-cu  il  tarixindən  qüvvəyə  minmişdir, 

yəni  dərc  edildyi  vaxtdan.  Bu  Qanuna  əsasən,  vətəndaşların  hüquq  və  azadlıqlarını 

pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) vətəndaşların məhkəməyə müraciə

etmək hüququ və qaydası müəyyən edilmişdir. Vətəndaş onun hüquq və azadlıqlarını 

pozan  qərarlar  və  hərəkətlər  (hərəkətsizliklər)  barəsində  birbaşa  məhkəməyə  və  ya 

 

345 


 

tabeçilik  qaydasında  yuxarı  dövlət  orqanlarına  və  yerli  özünüidarəetmə  orqanlarına, 

əssisələrə,  idarələrə  və  təşkilatlara,  ictimai  birliklərə,  vəzifəli  şəxslərə  şikayətlə 

müraciət edə bilərlər. 

 

Sual 3. 


Hüquq mühafizə orqanlarının fəaliyyətində qanunçuluq və intizam,               onun təmin 

edilməsi üsulları 



         Hüquq  mühafizə  orqanlarının  fəaliyyətində  qanunçuluq  və  intizam,  onun  təmin 

edilməsi  üsullarını  çox  oxşar  cəhətlərə  malik  olduqunu  nəzərə  alaraq  bu  sualın 

açıqlanmasını daxili işlər orqanların misalında məqsədə müvafiq hesab edirik. 

          Daxili  işlər  orqanlarının  qarşısında  duran  vəzifələrin  yerinə  yetirilməsində 

qanunçuluğun  və  intizamın  təmin  edilməsi  dövlət  idarəetməsinin  əsas  prinsiplərində

biridir.  Digər  tərəfdən  isə  qanunçuluq  –  daxili  işlər  orqanlarının  fəaliyyətinin  əsas 

prinsipidir. Bu prinsipin daxili işlər orqanlarının fəaliyyətinin özündə neçə bir hüquq-

mühafizəedici  prinsip  kimi  ifadə  olunur,  digər  tərəfdən  isə  daxili  işlər  orqanlarının 

fəaliyyətində qanunların və qanunqüvvəli aktların tələblərinə ciddi və dönmədən riayə

edilməsi əsasında həyata keçirilir. 

Daxili  işlər  orqanlarının  fəaliyyətini  yüksək  təşkilatçılıqsız  və  xidməti 

intizamsızlıq düşünmək olmaz. Bu onunla izah olunur ki, yüksək intizamın köməkliyi 

ilə  və  vasitəsi  ilə  daxili  işlər  orqanlarının  qarşısına  qoyulmuş  vəzifələrin  yernə 

yetirilməsi  üçün  əməkdaşların  güclərini  birləşdirmək  və  onların  fəaliyyətlərində

hərəkətlərində lazımi qayda və razılaşdırma təşkil etmək olar. 

Daxili  işlər  orqanlarının  fəaliyyətində  möhkəm  intizamın  zəruriliyi  onunla  izah 

olunur ki, daxili işlər orqanlırında xidmətin (əməyin) məhsuldarlığının yüksəldilməsinə 

köməklik  etmək  məqsədilə,  D O-da  xidmətin  (əməyin)  ixtisaslaşdırılması  ilə  əlaqədar 

olaraq  orqanların  və  bölmələrin  daxilində  və  onların  arasında  olan  əlaqələ

mürəkkəbləşir və bu da onların qarşısında duran vəzifələri tam, vaxtında və effektivli 

yerinə  yetirilməsinə  çətinlik  törədir.  Daxili  işlər  orqanlarının  qarşısında  qoyulmuş 

ümumi  vəzifələr,  yalnız  D O-nun  bütün  bölmə  və  xidmətlərinin  fəaliyyətində  yüksə

intizamın mövcudluğşəraitində həll edilə bilər. 

Polisin  qarşısında  duran  ümumi  vəzifələrin  yerinə  yetirilməsi,  ictimai  qaydanın 

qorunması  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi,  cinayətlərin  və  digə

hüquqpozmaların  qarşısının  alınması  və  açılması  yol  hərəkəti  təhlükəsizliyinin  təmin 

edilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə daxili işlər orqanları (polis) 

dövlə

idarəetməsində 

qanunçuluğ

möhkəmləndirirlər. 

Bununla 

yanaşı, 

hüquqpozmalarının  xəbərdar  edilməsi  və  qarşısının  alınması  zamanı  daxili  işlə

orqanları  (polis)  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  və  onlara  verilmiş 

səlahiyyətlər  çərçivəsində,  yalnız  Qanun  və  qanunqüvvəli  aktlara  müvafiq  olaraq 

fəaliyyət göstərməlidirlər. 

Daxili  işlər  orqanlarının  (polisin)  fəaliyyətində  qanunçuluğa  riayət  edilməsi 

xüsusi ilə vacibdir, çünki daxili işlər orqanlarının (polisin) qarşısında hüquqpozmalara 

qarşı mübarizənin aparılması vəzifəsi qoyulmuşdur. Daxili işlər orqanlarının, xüsusə

də polisin fəaliyyəti, vətəndaşların hüquq, azadlıq və qanuni maraqlarının müdafiəsi ilə 

sıx bağlıdır. 

 

346 


 

Polis,  hüquqpozan  şəxslərə  qarşı  məcburetmə  tədbirlərinin  tətbiq  edilməsi  üzrə 

geniş  səlahiyyətlərə  malikdir.  Bununla  əlaqədar  olaraq,  dövlət  idarəetməsində 

qanunçuluğun hər hansı bir formada pozulmasına yol verilməsi insan və vətəndaşların 

həşansı bir hüquq, azadlıq və qanuni marağının pozulması deməkdir. 

          Daxili işlər orqanlarının fəaliyyətində qanunçuluğun və intizamın təmin edilməsi 

məqsədi  ilə  daxidi  işlər  orqanlarının  fəaliyyətində  qanunçuluğun  təmin  edilməsi 

aşağıdakı üsullar vasitəsilə həyata keçirilir: 

- yoxlama; 

- nəzarət; 

şikayət vermə (şikayət hüququnun realizəsi). 





Polis haqqında″″″″ Qanunun 12-ci maddəsinə əsasən, bu Qanunun müddəalarının 



icrasına  idarədaxili  və  ″″″″idarədənkənar″″″″  nəzarət  həyata  keçirilir.  Polisin  fəaliyyətinə 

idarədaxili nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş 

səlahiyyətlər  çərçivəsində  Azərbaycan  Respublikasının  Daxili 

ş

lər  Nazirliyi, 



idarədənkənar  nəzarəti  isə  Azərbaycan  Respublikası  Prezidenti  həyata  keçirir.  Polis 

orqanlarında  qanunların  icrasına  nəzarəti  qanunla  müəyyən  edilmiş  səlaiyyətləri 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin