Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə20/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

mrlər bir qayda olaraq, vahid rəhbərlik orqanlarının rəhbəri qəbul edirlər (nazirlər, 

dövlət  komitələrinin,  müəssisələrin,  birliklərin  və  digər  təşkilatların  rəhbərləri).  Əmr 

idarəetmə orqanı rəhbərinin tabeçiliyində olan subyektlərə ünvanlanmış, icrası məcburi olan 

qanunqüvvəli göstərişidir. Əmr normativ və fərdi xarakterli ola bilər. 



 

171 


 

Təlimatlar  da  əmrlər  kimi,  bir  qayda  olaraq  idarəetmə  orqanın  rəhbəri  tərəfindən 

qəbul edilir. Təlimatın əsas xüsusiyyəti ondan ibarətdir ki, o, qanunun və ya yuxarı təbəqəli 

orqanın  aktının  yerinə  yetirilməsi  qaydasını  müəyyən  edir  (məsələn,  Azərbaycan 

Respublikası  D N-in  69  saylı  14.02.1995-ci  il  tarixli  əmri  ilə  təsdiq  edilmiş  ″Azərbaycan 

Respublikasının  vətənaşlarına  xarici  pasportların  verilməsi  haqqında″  Təlimat  Azərbaycan 

Respublikasının 14.06.1994-cü il ″Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında″ 

Qanunun  yerinə  yetirilməsi  məqsədi  ilə  qəbul  edilib.  Buna  görə  əmrlərdən  fərqli  olaraq, 

təlimat  normativ  aktdır.  O,  yuxarı  təbəqəli  orqanların  müxtəlif  normativ  aktlarını  və 

qanunlarını detallaşdıran hüquq normalarından ibarət olur, müəyyən işlərin yerinə yetirilməsi 

və ayrı-ayrı hərəkətlərin edilməsi qaydalarını müəyyən edir. 

            5.  Qüvvədə  olma  ərazisinə  görə:  idarəetmə  aktları  Azərbaycan  Respublikasının 

ə

razisində  qüvvədə  olan,  Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  və  inzibati-ərazi 



vahidlərin  ərazisində  qüvvədə  olan  aktlara  bölünürlər.  Birinci  növ  idarəetmə  aktları 

Azərbaycan  Respublikası  Prezidenti  və  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti 

tərəfindən  qəbul  edilirlər  və  onlar  Azərbaycan  Respublikasının  bütün  ərazisində  qüvvədə 

olurlar. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanı tərəfindən qəbul 

edilən  aktlar  Muxtar  Respublika  ərazisində  qüvvədə  olur.  nzibati-ərazi  vahidləri 

çərçivəsində  qüvvədə  olan  hüquqi  aktlar  yerli  icra  orqanları  tərəfindən  qəbul  edilirlər  və 

müvafiq  olaraq  onlar  rayonun,  şəhər  rayonunun,  qəsəbənin,  kəndin  ərazisində  qüvvədə 

olurlar. 

Qanunçuluğun  tələblərinə  uyğun  olaraq  yerli  idarəetmə  orqanlarının  aktları  mərkəzi 

orqanların aktlarına uyğun olmalıdırlar. 

           6.  Aktları  qəbul  edən  orqanların  səlahiyyətlərinin  xarakterinə  görə  aktlar  –  ümumi, 

sahələrarası və sahəvi idarəetmə aktlarına bölünürlər. 

Ümumidarəetmə  aktları  ümumi  səlahiyyətli  idarəetmə  orqanları  tərəfindən  qəbul 

edilirlər (Azərbaycan Respubikası Nazirlər Kabineti) və onlar sahəvi və sahələrarası aktlara 

nisbətən  daha  yüksək  hüquqi  qüvvəyə  malikdirlər.  Sahələrarası  idarəetmə  aktları  dövlət 

idarəetməsinin  sahələrarası  idarəetməni  aparan  orqanlar  tərəfindən  qəbul  edilirlər 

(Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  və  s.)  həmin  orqanlar  adətən  sahələrarası 

məsələləri  həll  edirlər.  Sahəvi  idarəetmə  aktları  dövlət  idarəetməsinin  müəyyən  sahədə 

idarəetməni nizama salırlar. Belə aktlar nazirliklərin, idarə və orqanların rəhbərləri tərəfindən 

qəbul edilirlər. 

             cra  hakimiyyətinin  fəaliyyətinin  əsas  göstəricisi  –  onun  səmərəliyidir.  cra 

hakimiyyəti  və  onun  aktları  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  edilməsinə, 

cəmiyyətin və dövlətin məqsədlərinə xidmət etməlidirlər. 

             darəetmə  qərarlarının  səmərəliyi  –  onların  keyfiyyətindən  və  icrasının  təşkilindən, 

ictimai  münasibətlərin  stabilliyindən,  kadrların  ixtisas  dərəcəsindən  və  s.  kimi  bir  çox 

amillərdən  asılıdır.  Aktların  keyfiyyəti  onları  qəbul  edənlər  tərəfindən  aktlara  qoyulan 

tələblərə riayət olunmasından asılıdır. 

            Beləliklə, 

idarəetmə 

aktların 

səmərəliliyinin 

ə

sas 



şə

rtləri 


– 

aktların 

məqsədəuyğunluğu, onların qanuniliyi və mədəniliyidir. 

Birinci şərt – aktın məqsədəuyğunluğu, aktın şəxsi və aparat baxımından yox, ictimai 

maraqlar baxımından  faydalı  olmasını  nəzərdə tutur.  Aktın  əsasında  rəhbərin  tərsliyi  və  ya 

nazı  yox,  ictimai  rifah  olmalıdır.  Aktın  məqsədəuyğun  olması  üçün  o  elmi  cəhətdən 

ə

saslandırılmalı,  real  şəraitə  uyğun  olmalı,  vaxtında  qəbul  olunmalıdır.  Aktda  idarə 



 

172 


 

olunanların  şüur  səviyyəsini,  onların  mədəniyyətini  və  maraqlarını,  problemlərinin  həlli 

imkanlarını və başqa nizamlama mexanizmlərinin mövcud olmalarını nəzərə almaq lazımdır. 

Məsələlərin  kompleks  şəkildə  həllini  təmin  etmək  və  əvvəllər  qəbul  olunmuş  aktların 

tələblərinin nəzərə alınması da vacibdir. 

cra  hakimiyyətinin  subyektləri  idarəetmə  aktlarını  qəbul  edərkən  çox  vaxt 

hərəkətlərin  və  ola  biləcək  nəticələrin  bütün  mümkün  variantlarını  hesablamaq,  lazım  olan 

bütün məlumatları vaxtında almaq və onları araşdırmaq imkanına malik olmur. Bəzi hallarda 

qərarlar  məlumat  çatışmamazlığı  şəraitində  qəbul  olunur.  Buna  görə  də,  vəzifəli  şəxslərin 

peşəkarlığı və təcrübəsi, onların ustalığı bu şəraitdə böyük rol oynayır. 

nzibati-hüquqi  nizamasalma  idarəetmə  aktların  məqsədəuyğunluğunu,  onların 

yararlığını  və  əsaslılığını  təmin  etmək  məqsədini  güdür.  Özü-özlüyündə  hüquq  belə 

nəticələrin yaranmasını təmin etmir, o, yalnız bunun üçün şərait yarada bilər. Buna görə də 

hüquq  normaları  əsasında  idarəetmə  aktlarının  qəbul  edilməsi  prosedurası  (layihələrin 

mütləq müzakirəsi layihənin razılaşdırılması, qəbul edilməsi aktın qüvvədə olma müddətinin 

müəyyən  edilməsi,  səsvermə  qaydasına  riayət  edilməsi)  onların  əsaslılığının  artmasına 

köməklik  edir.  Aktın  məqsədəuyğun  olmaması  onun  effektivliyini  heçə  endirir.  Bundan 

başqa, belə qərarın icrası cəmiyyətə böyük ziyan vura bilər və ya müqayisə edilməz xərclərə 

səbəb  ola  bilər.  Buna  misal  olaraq,  1985-1989-cu  illərdə  sərxoşluğa  qarşı  mübarizə  üzrə 

düşünülməmiş tədbirlər nəticəsində Respublikamıza vurulmuş ziyanı göstərmək olar. Bunun 

nəticəsində  respublikamızda  böyük  miqdarda  üzümçülük  sahələri  dağıdılmış  və  məhv 

edilmişdir. 

             darəetmə  aktların  effektivliyinin  növbəti  şərti,  onların  qanuniliyidir.  Bu    aşağıdakı 

şə

rtlərə riayət edilməsi deməkdir: 



- onun müəlliflərində müvafiq səlahiyyətlərin olması; 

- aktın mahiyyəti üzrə qanunauyğun olması; 

- qanunun məqsədinə uyğun olması; 

- onların qanunla müəyyən edilmiş müddətdə qəbul edilməsi; 

- aktların dərc olunmasının prosessual qaydalarına riayət olunması. 

Səlahiyyətləri  müəyyən  edən  normalar  işlərin  aidiyyatlığını  və  hakimiyyət 

subyektlərinin səlahiyyətlərini müəyyən edir. Səlahiyyətlər daimi və ya müvəqqəti ola bilər 

(yuxarı  rəhbərin  müvəqqəti  əvəz  edilməsi,  fövqəladə  vəziyyətin  tətbiq  edilməsi, 

səlahiyyətlərin verilməsi və s.). 

Səlahiyyətlərin  müəyyən  edilməsi  şərti  –  orqan  və  vəzifəli  şəxslər  arasında  işlərin 

baxılması və həllini, qanunvericiliyə müvafiq olaraq həyata keçirilməsini təmin edir. Aktın 

qanuniliyini  qiymətləndirirkən  birinci  növbədə  qərarın  müəllifinin  səlahiyyətli  olması 

müəyyən edilir. 

Mahiyyəti üzrə qanuna müvafiq olması aktın bütövlükdə və onun ayrı-ayrı hissələrin 

qüvvədə  olan  qanunların  tələblərin  çərçivəsindən  kənara  çıxmaması  deməkdir.  O,  nəinki 

qanuna, hətta yuxarı icra hakimiyyəti orqanlarının qərarlarına zidd olmamalıdır. 

cra  hakimiyyətinin  subyekti  hüquqi  aktları  qəbul  edərkən  yuxarı,  icra  hakimiyyəti 

orqanın göstərişləri və ictimai rifahı rəhbər tutmalıdır. Əgər aktın müəllifi öz səlahiyyətlərini 

həyata keçirərkən başqa məqsəd güdürsə bu, qəbul edilmiş aktı qüsurlu edir. Məsələn, kənd 

təsərrüfatı  məhsullarının  rayondan  çıxarılmasına  maneçilik  törətmək  məqsədilə  karantinin 

tətbiq edilməsi. 


 

173 


 

Yuxarıda  qeyd  olunanlara  əsaslanaraq  belə  nəticəyə  gəlmək  olar  ki,  Azərbaycan 

Respublikası  Prezidentinin,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin,  nazirliklərin, 

komitələrin  və  digər  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ-hüquqi  aktları 

Azərbaycan  Respublikasının  Konstitusiyasına,  qanunlarına,  Azərbaycan  Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa 

normativ-hüquqi aktlara uyğun olmalıdır. 

Bəzi hallarda idarəetmə aktlarının qəbul etmə müddətləri (vaxtı) müəyyən edilir. Belə 

ki,  inzibati  tənbeh  etmə  haqqında  qərar  inzibati  xəta  törədildiyi  gündən  ən  geci  iki  ay 

keçənədək verilə bilər.  ki ay keçəndən sonra qəbul edilmiş akt qanunsuz sayılır (AR  XM - 

m. 36). 

Aktın qanuniliyi, həmçinin də onun qəbul edilməsinin zəruri prosessual qaydalarının 

yerinə  yetirilməsi  ilə  bağlıdır.  Onların  sırasına  mütəxəssislərin  rəylərinin  (məs:  məcburi 

müalicəyə  göndərilən  zaman  tibbi  rəyin)  alınması,  müvafiq  tədbirlərin  həyata  keçirilməsi 

üçün  əsasın  (ərizənin,  şikayətin,  protestin,  təqdimatın)  olması  sonradan  təsdiq  etmə,  aktın 

dərc olunması və ya aktın vətəndaşların və təşkilatların nəzərinə çatdırılması kimi tələblərə 

riayət edilməsi daxildir. 

            darəetmənin  hüquqi  aktlarının  səmərəliliyinin  3-cü  şərti  aktın  tərtibatının 

mədəniliyidir.  Bu  hər  şeydən  əvvəl  aktın  ″dilinin″  mədəniyyətinə  və  məna  məzmununa 

qoyulan tələblərdir. O aid olduğu şəxslər üçün aydın, dəqiq, anlaşılan və yığcam olmalıdır. 

Onun  qrammatik  tərtibatı  səhvsiz,  qüsursuz  olmalıdır,  istənilən  səhvlər  onun  mənasını 

dəyişdirə bilər. 

Aktın  mədəniliyi  onun  xarici  tərtibatı  ilə  də  bağlıdır,  yəni  ona  nömrənin  verilməsi, 

mətndə  qəbul  edilmə  tarixinin,  onun  harada  və  kim  tərəfindən  qəbul  olunması,  imzaların 

olması  və  s.  məlumatların  olmasını  nəzərdə  tutur.  Bir  qayda  olaraq  aktın  mətni  çap 

edilməlidir. Yazılı aktlar – xidməti sənədlərin xüsusi növüdür və bəzi hallarda onlar xüsusi 

blanklarda yazılmalı və onlarda möhür və ştamplar dəqiq əksi olmalıdır. 

Mədənilik,  həm  də  lazımi  formada  rəsmiləşdirilmiş  aktların  vaxtında  icraçılara  və 

marağı  olan  subyektlərin  nəzərinə  çatdırılmasını  və  s.  kargüzarlıq  hərəkətlərin  düzgün 

aparılmasını nəzərdə tutur. 

Beləliklə,  idarəetmə  aktlarının  məqsədəuyğunluğunu,  qanuniliyi  və  mədəniliyi  onun 

effektivliyinin  vacib  şərtləridir.  Hüquqi  aktların  effektivliyi  şərtləri  icra  hakimiyyətinin 

istənilən aktlarına aid edilir. 

            darəetmə  aktlarının  qəbul  etmə  prosesi  inzibati  prosesin  bir  hissəsidir  və  aktların 

qəbul edilməsi üzrə ayrı-ayrı hərəkətləri özündə cəmləşdirir. 

Bu  fəaliyyət  müxtəlif  hüquqi  normalar  və  ″təşkilati  adətlərlə″  nizama  salınır. 

darəetmə aktların qəbulunun aşağıdakı mərhələləri mövcuddur: 

- aktın qəbulu haqqında təşəbbüsün qaldırılması; 

- layihənin hazırlanması; 

- layihənin müzakirəsi; 

- aktın qəbul edilməsi və dərc olunması; 

- aktın aidiyyatı olan subyektlərin nəzərinə çatdırılması; 

- aktın qüvvəyə minməsi. 

Bu  prosesin  birinci  mərhələsi  –  aktın  qəbul  olunması  barədə  təşəbbüsün 

qaldırılmasıdır  və  ya  məsələnin  qoyulmasıdır.  Bu  mərhələdə  yaranmış  faktiki  vəziyyətin 


 

174 


 

təhlili zamanı həlli tələb olunan problemin faktiki vəziyyəti və yaranmış problemin həllinin 

mümkün variantları müəyyənləşdirilir. 

Aktın  qəbul  edilməsi  üçün  faktiki  (obyektiv  tələbat)  və  hüquqi  əsaslar  olmalıdır. 

Adətən, idarəetmə aktları qanunların və ya yuxarı təbəqəli orqanların aktlarının yerli şəraiti 

nəzərə alaraq onları konkretləşdirir və ya ərizə, şikayət və s. əsasında qəbul edilirlər. Aktın 

qəbulu  və  ləğv  edilməsinə  əsas  -    icra  hakimiyyətinin  subyektlərinin  təşəbbüsü,  yuxarı 

təbəqəli  orqanın  tapşırığı,  prokurorun  protesti,  deputatın,  təşkilatın  müraciəti,  vətəndaşın 

ə

rizəsi, şikayəti, qəzetdə olan məqalə və s. ola bilər. 



Bu  prosesin  ikinci  mərhələsi  –  aktın  layihəsinin  hazırlanmasıdır.  Bu  mərhələdə 

layihəni  hazırlayan  orqan  bir  qayda  olaraq,  orqanın  əməkdaşlarından,  mütəxəssislərdən  və 

alimlərdən  layihənin  hazırlanması  üçün  komissiya  yaradır.  Layihənin  hazırlanmasına  elmi 

müəssisələrin,  marağı  olan  dövlət  təşkilatlarının  və  qeyri-hökumət  təşkilatlarının 

nümayəndələri cəlb oluna bilərlər. 

Normativ-hüquqi  aktların  layihəsini  hazırlayan  orqan  bu  layihənin  işlənib 

hazırlanması  zərurətini  əsaslandırmaqla  yanaşı,  bu  aktların  qəbul  edilməsinin  məqsədini, 

ə

sas  müddəalarının  və  qüvvədə  olan  qanunvericilik  sistemində  onların  yerinin,  tətbiqindən 



gözlənilən  sosial-iqtisadi  və  başqa  nəticələrin  geniş  xarakteristikasını  əks  etdirən 

konsepsiyada hazırlayır və layihəyə əlavə edir. 

Hər  hansı  normativ-hüquqi  aktın  layihəsi ilə birlikdə  bu layihənin qəbul edilməsi ilə 

qüvvədə  olan  qanunvericilikdə  dəyişikliyi  nəzərdə  tutan  aktın  layihəsi  də  baxılmaq  üçün 

təqdim edilir. 

Normativ-hüquqi aktın layihəsi ilə birlikdə aşağıdakılar da təqdim edilməlidir: 

-  layihənin  hazırlanmasında  iştirak  etmiş  və  layihə  barədə  razılığı  alınmış  şəxslərin 

ortaya çıxan ixtilaflar və onlar barədə əsaslandırılmış rəyləri; 

- həyata keçirilməsi əlavə maddi və başqa məsrəflər tələb edən layihə təqdim edilərkən 

onun maliyyə-iqtisadi əsasları; 

- normativ-hüquqi aktın layihəsinin keyfiyyətinin qiymətləndirilməsi üçün ekspertiza 

keçirildiyi təqdirdə ekspertlərin rəyi. 

nzibati  ərazi  vahidlərinin  səlahiyyəti  və  mənafeyi  ilə  bağlı  layihələr  hazırlanarkən 

onların müvafiq orqanları bu işə cəlb olunmalıdır. 

Layihənin  hazırlanmasında,  həmçinin  onu  tərtib  edən  orqan  və  təşkilatların  hüquq 

ş

öbələrinin əməkdaşlarının da iştirakı vacibdir. 



Layihənin  hazırlanması  zamanı  Azərbaycan  Respublikası,  Naxçıvan  Muxtar 

Respublikası  və  digər  inzibati-ərazi  vahidlərinin  xüsusiyyətləri,  deputatların  və  elmi 

müəssisələrin  təklifləri  kütləvi  informasiya  vasitələrində  irəli  sürülən  təkliflər  və  əhalinin 

müraciəti də nəzərə alına bilər. 

Dövlət  idarəetməsinin  ayrı-ayrı  sahələri  üzrə  qəbul  edilən  aktların  layihələrinin 

hazırlanmasına  müxtəlif  nazirliklər,  dövlət  komitələri  və  başqa  mərkəzi  icra  hakimiyyəti 

orqanları cəlb oluna bilərlər. 

Bu prosesin üçüncü mərhələsi – aktın layihəsinin müzakirəsidir.  darəetmə aktlarının 

layihələri  hazır  olduqdan  sonra  onların  müzakirəsi  prosesi  başlanır.  Adətən  layihənin 

müzakirəsində aidiyyatı olan orqanlar və icraçılar iştirak edirlər.  

Razılıq  alınması  müvafiq  orqanın  rəhbərlərinin  və  ya  onun  müavininin  vizası  ilə, 

yaxud ayrıca məktubu ilə təsdiq edilir. 



 

175 


 

Razılaşdırılmaq  üçün  təqdim  edilən  layihəyə  etiraz  (irad  və  təkliflər)  olduğu  halda, 

məktubda və ya xüsusi rəydə hələ razılaşdırılmamış məsələlər sadalanır, mövcud iradları və 

təklifləri qəbul etməyin məqsədəuyğunluğun olması dəlillərlə əsaslandırılır. 

Normativ-hüquqi  akt  onu  qəbul  edən  dövlət  orqanı  aparatının  struktur  bölmələri 

tərəfindən  hazırlanır  və  onun  layihəsi  mütləq  həmin  aparatın  hüquq  bölmələri  ilə 

razılaşdırılmalıdır. 

Sahələrarası  məsələlərə  aid  layihələr  hazırlanarkən  onlar  həmin  sahələrə  aid  olan 

struktur bölmələri ilə razılaşdırılmalıdır. 

Yuxarı  dövlət  orqanı  tərəfindən  onun  tabeliyində  olan  orqana  normativ-hüquqi  aktın 

layihəsinin  hazırlanması  və  aidiyyatı  orqanlarla  razılaşdırılması  tapşırıla  bilər.  Bu  zaman 

tapşırıqda  layihənin  baxılmağa  təqdim  edilmə  müddəti  və  layihənin  razılaşdırılması  vacib 

olan orqanlar göstərilməlidir. 

Zərurət  olduğu  hallarda  yuxarı  dövlət  orqanının  tapşırığı  əsasında  hazırlanan 

normativ-hüquqi  aktın  layihəsinin  tapşırıqda  göstərilən  baxılma  müddəti  bu  layihəni 

hazırlayan orqanın təqdimatı əsasında həmin tapşırığı verən dövlət orqanı tərəfindən uzadıla 

bilər. 

qtisadiyyatın,  dövlət  idarəçiliyinin  ayrı-ayrı  sahələri  üzrə  hazırlanan  layihələr  bu 



sahələrin inkişafı və vəziyyəti üçün cavabdeh olan orqanlarla razılaşdırılmalıdır. 

Bu müzakirə zamanında müxtəlif çatışmamazlıqlar və nöqsanlar aradan qaldırılır. Ali 

hüquqi qüvvəyə malik olan aktların layihələri əhalinin nəzərinə kütləvi informasiya vasitələri 

və digər üsullarla çatdırıla da bilər. 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  öz  təşəbbüsü  ilə  və  ya  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məclisinin  təşəbbüsü  ilə  qəbul  etdiyi  qərarla Azərbaycan  Respublikasının 

qanun layihələrini qanunla müəyyən edilmiş qaydada ümumxalq müzakirəsinə verilə bilər. 

Bu prosesin dördüncü mərhələsi – aktın qəbul edilməsi və dərc edilməsidir.  

Normatvi-hüquqi  aktlar  qəbul  etmək  səlahiyyəti  olan  dövlət  orqanları  və  bu 

səlahiyyətlərin  hüdudları  Azərbaycan  Respublikasının  Konstitusiyası,  qanunları  və 

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə məyyən edilir. 

Hazırlanmış və qəbul edilmək üçün təqdim edilmiş normativ-hüquqi aktın layihəsinə 

dövlət orqanının rəhbərinin müavini viza qoymalıdır. 

Viza layihənin və onun hər bir əlavəsinin son vərəqəsinin arxa tərəfindən qoyulur və 

sonra dövlət orqanının rəhbəri tərəfindən imzalanır. 

Normativ-hüquqi  akt  onu  qəbul  və  təsdiq  etmək  səlahiyyəti  olan  dövlət  orqanının 

rəhbəri  tərəfindən  şəxsən  və  ya  həmin  dövlət  orqanının  kollegial  qərarı  ilə  qəbul  edilir. 

Normativ-hüquqi  aktın  qəbul  edilməsi  barədə  dövlət  orqanının  kollegial  qərarı  bu  orqanın 

rəhbəri tərəfindən təsdiq edilir. 

Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin  qərarları  istisna  olmaqla,  özündə  dövlət  sirlərini  əks  etdirən  normativ-hüquqi 

aktların yayılması və qüvvəyə minməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyənləşdirilir. 

Rəsmi  qaydada  dərc  olunmuş  normativ-hüquqi  aktlar  qüvvəyə  mindikdən  sonra, 

onların hər hansı orqan tərəfindən yerlərə göndərilmə faktından asılı olmayaraq, bütün dövlət  

orqanları və vəzifəli şəxslər tərəfindən tətbiq və icra olunmalıdır. 



 

176 


 

Azərbaycan  Respublikasının  qanunları,  Azərbaycan  Resublikası  Prezidentinin 

fərmanları  və  sərəncamları  rəsmi  nəşrlər  sayılan  ″Azərbaycan″  qəzetində  və  ″Azərbaycan 

Respublikasının qanunvericilik toplusu″nda dərc olunur. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  qərarları  ″Azərbaycan″  qəzetində  və 

Azərbaycan Respublikası Milli Məclisinin məlumatı″nda dərc olunur. 



Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarları  rəsmi  nəşr  sayılan 

Azərbaycan  Respublikası  qanunvericilik  toplusu″  və  ″Respublika″  qəzetində  dərc  olunur, 



zəruri  hallarda  onların  dərhal  və  geniş  yayımının  təmini  üçün  digər  kütləvi  informasiya 

vasitələrinin köməyindən istifadə olunur. 

Azərbaycan  Respublikası  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ-hüquqi 

aktları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  rəsmi  nəşr  sayılan  ″Azərbaycan 

Respublikası  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ  aktlarının  bülleteni″ndə  dərc 

olunur. 


Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  və  müvafiq  icra  hakimiyyəti  orqanları  qəbul 

etdikləri normativ-hüquqi aktları rəsmi dərc edə bilərlər. 

Normativ-hüquqi  aktlar,  həmçinin  istənilən  kütləvi  informasiya  vasitələri  və 

nəşriyatlar tərəfindən dərc oluna bilər. 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  qərarları  və  dərc  olunmalı 

qərardadları  rəsmi  nəşr  sayılan  ″Azərbaycan″  qəzetində  və  ″Azərbay-can  Respublikasının 

Konstitusiya Məhkəməsinin məlumatı″nda dərc olunur. 

Bu  prosesin  beşinci  mərhələsi  –  aktın  dövlət  idarəetməsinin  səlahiyyətli  və  ya 

mükəlləfiyyətli subyektlərin nəzərinə çatdırılmasıdır. 

darəetmə aktların icrasına görə məsuliyyət daşıyan orqan və vəzifəli şəxslər: 

- icraçıları aktla tanış etməli (zəruri hallarda imza ya iltizamnamə ilə); 

- zəruri hallarda aktların surətləri, onlardan çıxarışlarla icraçıları təmin etməli, aktları 

görünən  yerlərdə  asmalı,  aktın  qüvvəsi  şamil  edilən  təşkilat,  orqan  və  şəxslərin  nəzərinə 

çatdırmaq üçün zəruri tədbirlər görməlidirlər. 

Bu prosesin sonuncu mərhələsi – aktın qüvvəyə minməsidir. 

Azərbaycan  Respublikası  Qanunları,  Azərbaycan  Respublikası  Prezidentinin 

fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, onların özündə başqa 

müddət nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir. 

Müvafiq  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ-hüquqi  aktları,  yerli  icra 

hakimiyyəti  orqanlarının,  yerli  özünüidarə  orqanlarının  və  Azərbaycan  Respublikası  Milli 

Bankının normativ aktları müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra, 

özlərində başqa qayda nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir. 

Normativ-hüquqi  aktın  hissəsinin  (fəslinin,  maddəsinin,  bəndinin)  qüvvəyə  minməsi 

üçün normativ-hüquqi aktın bütövlükdə qüvvəyə minməsinə dair məyyən edilmiş müddətdən 

fərqli müddət təyin edilə bilər. 

Fiziki  və  hüquqi  şəxslərin,  hüquqi  vəziyyətini  yaxşılaşdıran,  hüquq  məsuliyyətini 

aradan  qaldıran  və  ya  yüngülləşdirən  normativ-hüquqi  aktların  qüvvəsi  geriyə  şamil  edilir. 

Başqa normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 

Normativ-hüquqi  akt,  onun  özündə  ayrı  hal  nəzərdə  tutulmamışdırsa,  müddətsiz 

qüvvədə olur. 


 

177 


 

Akt bütövlükdə, yaxud onun bir hissəsi müvəqqəti ola bilər. Bu halda aktda onun və 

ya  onun  müvafiq  hissəsinin  qüvvədə  olma  müddəti  göstərilir.  Göstərilən  müddət  qurtarana 

kimi  akt,  yaxud  onun  müvafiq  hissəsi  əlavə  elan  olmadan  qüvvədən  düşür.  Göstərilən 

müddət qurtaranadək aktı qəbul etmiş orqan aktın qüvvədə olma müddətinin artırılması və ya 

ona müddətsiz xarakter verilməsi haqqında qərar qəbul edilə bilər. 

          Normativ-hüquqi aktı (onun hissəsi) aşağıdakı hallarda öz qüvvəsini itirir: 

- müvəqqəti aktın (aktın hissəsinin) müddəti başa çatdıqda; 

- əvvəllər qəbul edilmiş aktın müddəaları yeni qəbul edilmiş akta zidd olduqda; 

- əvvəllər qəbul edilmiş aktın müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

beynəlxalq müqaviləyə zidd olduqda; 

- Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-3, 6, 

8-ci  bəndlərində  nəzərdə  tutulmuş  hallarla  əlaqədar  Azərbaycan  Respublikası  Konstitusiya 

Məhkəməsinin qərarı qəbul edildikdə; 

-  aktı  qəbul  etmiş  və  ya  qanunla  müəyyən  edilmiş  qaydada  bu  səlahiyyətləri  almış 

orqan  tərəfindən  onun  qüvvədən  düşməsi  və  yaxud  dayandırılması  barədə  qərar  qəbul 

edildikdə. 

Normativ-hüquqi  akt  onu  qəbul  etmiş  orqanın  aktı  ilə  və  ya  bunun  üçün 

qanunvericiliklə müvəkkil edilmiş orqanın aktı ilə qüvvədən düşmüş hesab edilir. 

Beləliklə, sualı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki: 

1.  darəetmə aktları müxtəlif amillərə (meyarlara) əsasən aşağıdakı növlərə bölünürlər: 

- hüquqi xüsusiyyətlərinə görə: normativ, ümumi əhəmiyyətli, fərdi (inzibati); 

- ifadə formasına görə: sözlə (yazılı və şifahi) və konklyudent (işarə ilə); 

-  qüvvədə  olma  müddətinə  görə:  qeyri-müəyyən  müddətə  qüvvədə  olan  aktlar 

(müddətsiz), müddətli və müvəqqəti; 

- aktı qəbul edən orqanlara görə: fərmanlar, qərarlar, sərəncamlar, əmrlər, təlimatlar; 

- qüvvədə olma ərazisinə görə: Azərbaycan Respublikası miqyaslı, Naxçıvan Muxtar 

Respublikası miqyaslı, inziati-ərazi vahidi miqyaslı; 

- səlahiyyət xarakterinə görə: ümumi, sahələrarası və sahəvi. 

2.  darəetmə  aktlarının  effektivliyi  şərtləri  aktlarının  məqsə-dəuyğunluğundan, 

qanuniliyindən və mədəniliyindən ibarətdir. 

3.  darəetmə aktlarının qəbul edilməsi prosesi aşağıdakı mərhələlərdən ibarətdir: 

- aktın qəbul edilməsi məsələsinin qoyulması; 

- layihənin hazırlanması; 

- layihənin müzakirəsi; 

- aktın qəbul edilməsi və dərc olunması; 

- aktın aidiyyatı olan subyektlərin nəzərinə çatdırılması; 

- aktın qüvvəyə minməsi. 

 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin