nsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi.
Dövlətimizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respubikasının
Konstitusiyasında göstərilir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal
şə
xsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Azərbaycan Respublikasının Konstitusiyasının əsasını təşkil edən bu prinsip,
Azərbaycan Respublikasının Prezidentinin 22 fevral 1998-ci il tarixli ″ nsan və vətəndaş
hüquq və azadlıqlarının təmin olunması sahəsində tədbirləri haqqında″ fərmanında
bütünlüklə öz əksini tapmışdır. nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin
edilməsi dövlətimizin ali məqsədi olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. ″ nsan hüquqları haqqında Ümumi
Bəyannamə″nin 1-ci maddəsində göstərilir: ″Bütün insanlar ləyaqət və hüquqlarına görə azad
və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə
qardaşlıq ruhunda da davranmalıdırlar″.
nsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və
azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları (vəzifəli şəxslər) Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
nzibati xətalar haqqında işlər üzrə icraatın təmin edliməsi tədbirləri tətbiq edilərkən
insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkət edilməsinə yol verilmir ( XM-nin
5-ci mad.).
Qanunçuluq prinsipi bütün dövlət və qeyri-dövlət idarə və təşkilatları, onların
qulluqçuları və vəzifəli şəxsləri, habelə vətəndaşlar tərəfindən Azərbaycan Respublikası
Konstitusiyasına, qanunlarına və onlara uyğun tətbiq edilmiş hüquqi aktların göstərişlərinə
riayət edilməsi və icra olunmasıdır. nzibati hüquqda qanunçuluq inzibati hüququn
subyektləri tərəfindən nzibati Xətalar qanunvericiliyinin tələblərinin ciddi və tam yerinə
yetirilməsidir.
nzibati xətalara görə inzibati tənbeh Azərbaycan Respublikasının XM-nə uyğun
olaraq tətbiq edilir.
nzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq
edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin
idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə şikayət etmək hüququ ilə təmin edilir.
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə
tətbiqinə yol verilmir ( XM-nin 6.3-cü mad.).
Qanun qarşısında bərabərlik prinsipi. Göstərilən prinsip öz əksini Azərbaycan
Respublikasının Konstitusiyasında, nsan hüquqları haqqında Ümumi Bəyannamədə
tapmışdır. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 26-cı maddəsində göstərilir:
187
″
Bütün insanlar qanun qarşısında bərabərdir və heç bir ayrı-seçkilik qoyulmadan müdafiə
olunmaq hüququna malikdir″.
nsanların hüquqlarının və azadlıqlarının bərabərliyi dedikdə, həmin hüquqların və
azadlıqların eyni hüquqi qaydalar əsasında həyata keçirilməsi, hüquqi imkanların bərabərliyi
başa düşülür.
nzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən,
mənşəyindən, cinsindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər
hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb
olunurlar.
Hüquqi şəxslər mülkiyyət formasından, olduqları yerdən, təşkilati-hüquqi
formalarından və tabeçiliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb olunurlar ( XM-
nin 7-ci mad.).
Təqsirsizlik prezumpsiyası prinsipi. Təqsirsizlik prezumpsiyası (lat. praesumptio -
″
güman″ sözündən) prinsipi əsasən Azərbaycan Respubikasının Konstitusiyasının 63-cü
maddəsində öz əksini tapmışdır. Orada deyilir: ″Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ
vardır″. Bu prinsip həm də nsan hüquqları haqqında Ümumi Bəyannamənin müddəalarında
qeyd edilmişdir.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan
Respublikasının XM ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta
haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə
minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
nzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
nzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun
xeyrinə həll olunur ( XM-nin 8-ci mad.).
Ə
dalətlilik prinsipi. Ədalət hüquqi və sosial-siyasi şüur anlayışı olaraq, əxlaqi
kateqoriyaya aiddir. O cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) təcrubi rolu ilə
onların ictimai vəziyyəti arasında, hüquq və öhdəlikləri, cinayət və cəza, insanların
xidmətləri və bunların ictimaiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq nisbətini
ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Bu prinsip Konstitusiya,
beynəlxalq hüquq normalarına və inzibati xətalar qanunvericiliyinə uyğun olduqda ədalətli
sayılır.
nzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni
inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz ( XM-
nin 9-cu mad.).
nzibati xətaların qarşısının alınması prinsipi. Dövlət və ya yerli özünüidarəetmə
orqanları, inzibati xətaların qarşısının alınması inzibati xətaların törədilməsinə kömək edən
səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması vətəndaşların hüquq şüurunun və
mədəniyyətin yüksəldilməsinə, Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək
ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayırlar və həyata keçirirlər.
Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri, digər
vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və səlahiyyətləri
daxilində qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmaq, lazımi tədbirlər
görmək və onlara cavab verməklə yanaşı, eləcə də vətəndaşların hüquqa, qanunçuluğa, ədalət
mühakiməsinə münasibətini, onların əməllərinin hüquqi və ya hüquqazidd olması haqqında
188
təsəvvürlərini ifadə edən görüşləri təşkil etməlidirlər. Eləcə də göstərilənlər tarixi inkişaf
gedişində əldə edilmiş və yenidən təkrar olunan hüquq sərvətlərinin prinsiplərin, normaların,
kateqoriyaların, biliklərin, hüquqi-texniki, hüquqi-təşkilati normaların dövlət və ya yerli
özünüidarəetmə orqanları tərəfindən vətəndaşlara kütləvi informasiya vasitələri ilə
çatdırılması inzibati xətaların qarşısının alınmasında mühüm rol oynayır.
nzibati məsuliyyət tədbirləri əsasən bir qayda olaraq, dövlət idarəetmə sahəsində
törədilən inzibati xətalara görə müəyyən edilir. Digər tərəfdən isə dövlət idarəetmə
sistemində baş verən inzibati xətaların xəbərdar edilməsi və onların qarşısının alınması polis
orqanlarının və onun əməkdaşlarının əsas vəzifələrindən biridir. ″Polis haqqında″
Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən, polisin
fəaliyyətinin əsas istiqamətlərindən biri olan ″ictimai qaydanın qorunması və ictimai
təhlükəsizliyin təmin edilməsi″ fəaliyyəti bilavasitə dövlət idarəetmə sistemində baş verən
inzibati xətaların xəbərdar edilməsi və onların qarşısının alınmasına yönəldilmişdir.
Birinci suala yekun olaraq bir daha qeyd etmək istərdim:
1.
nzibati məsuliyyət - hüquqi məsuliyyətin növlərindən biri olaraq, səlahiyyətli
orqan və ya vəzifəli şəxs tərəfindən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbehin tətbiq
olunması ilə ifadə olunur.
2.
nzibati məsuliyyətin əsas xüsusiyyəti: onun əsasını inzibati xəta, tədbirlərini isə
inzibati tənbehlər təşkil edir.
3.
nzibati məsuliyyətin prinsipləri aşağıdakılardır:
-
qanunçuluq prinsipi;
-
qanun qarşısında bərabərlik prinsipi;
-
təqsirsizlik prezumpsiyası prinsipi;
-
ədalətlilik prinsipi;
-
inzibati xətaların qarşısının alınması prinsipi.
Sual 2.
nzibati xətanın anlayışı və onun əlamətləri
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində inzibati
xətanın anlayışı verilmişdir:
″
Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli
sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan
ə
məl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur″.
Hər bir inzibati xətanın əsasını əməl təşkil edir. Əgər inzibati xətada əməl yoxdursa
deməli burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq
edilməsindən danışmaq olmaz.
Əməl-iradəvi davranış aktıdır. Davranış aktının iki halı mövcuddur:
1. Hərəkət - yəni hüququn subyekti tərəfindən üzərinə qoyulmuş vəzifənin aktiv
surətdə yerinə yetirilməməsi və ya müəyyən edilmiş qadağanın pozulması. Məsələn, qadağan
edilmiş üsulla ovun edilməsi ( XM – mad.111.2).
2. Hərəkətsizlik - yəni hüququn subyekti tərəfindən üzərinə qoyulmuş vəzifənin
passiv olaraq yerinə yetirilməsi və yaxud subyekt tərəfindən hərəkət etməli olduğu halda
189
hərəkət etməməsi. Məsələn, polis işçisinin ictimai qaydanın mühafizəsi ilə əlaqədar olan
qanuni tələbinə qəsdən tabe olmama ( XM – mad.310.1).
Bununla yanaşı, əməlin inzibati xəta olub-olmamasından danışmazdan əvvəl əməlin
hüquqi əlamətləri barədə danışmaq daha məqsədəuyğundur. Ona görə ki, əməlin inzibati xəta
kimi sayılması üçün onun hüquqi əlamətləri olmalıdır. Yalnız aşağıdakı əlamətlər bir və ya
bir neçə əməldə (əməllərdə) mövcud olduqda törədilmiş əməli inzibati xəta kimi
qiymətləndirmək olar.
Beləliklə, əməlin hüquqi əlamətləri aşağıdakılardır:
1.
əməl hüquqazidd olmalıdır;
2.
əməl təqsirli sayılmalıdır (yəni qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməlidir);
3.
əməl inzibati məsuliyyətə səbəb olmalıdır.
4.
əməl Azərbaycan Respublikasının XM ilə qorunan ictimai münasibətlərə qəsd
etməlidir.
Ə
məlin hüquqazidd olması. Özünün sosial mahiyyətinə görə əməl vətəndaşların,
cəmiyyətin, dövlətin maraqlarına zidd olmalıdır və bu maraqlara zərər vurmalıdır. Digər
tərəfdən isə əməl müxtəlif hüquq normalarını pozmalıdır.
Ə
məl təqsirli sayılmalıdır. Bu o deməkdir ki, əməl ya aktiv hərəkətlə, ya da
hərəkətsizliklə törədilməlidir. Təqsir şəxsin qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən
hüquqazidd hərəkətə və ya hərəkətsizliyə psixi münasibətidir. Təqsirin olması inzibati
xətanın vacib əlamətlərindən biridir. Əməlin hüquqazidd olmasına baxmayaraq onda təqsirin
olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur ( XM-nin 3-cü mad.).
Məsələn, anlaqsız vətəndaş piyadalar üçün müəyyən olunmuş qaydaları pozur.
Ə
məlin inzibati məsuliyyətə səbəb olması. Konkret əməl o vaxt inzibati xəta sayılır ki,
onun törədilməsi Azərbaycan Respublikasının XM-nin Xüsusi hissəsində inzibati xəta kimi
müəyyən edilsin və onun törədilməsinə görə müxtəlif sanksiyalarının tətbiq edilməsi nəzərdə
tutulsun.
Ə
məl Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai
münasibətlərə qəsd etməlidir. Bu o deməkdir ki, Azərbaycan Respublikasının XM müxtəlif
hüquq normaları (hüquq sahələri) ilə nizamlanan ictimai münasibətləri mühafizə edir. Əgər
ə
məl Azərbaycan Respublikasının XM ilə mühafizə olunan ictimai münasibətlərə qəsd
edərsə, onda həmin əməl inzibati xəta kimi qiymətləndirilə bilər.
nzibati xətanın yuxarıda göstərilən əlamətlərini onun tərkibindən fərqləndirmək
lazımdır. Ona görə ki, bəzən əməldə inzibati xətanın hüquqi əlamətləri mövcud olmasına
baxmayaraq həmin əməl inzibati xəta kimi qiymətləndirilmir. Məsələn, 13 yaşlı şəxs
tərəfindən yol hərəkəti qaydaları pozulmuşdur. Buna baxmayaraq, həmin şəxs inzibati
məsuliyyətə cəlb edilmir. Çünki, Azərbaycan Respublikasının XM-nin 15.1-ci maddəsində
qeyd edilib ki, inzibati xəta törədərkən 16 yaşı tamam olmuş fiziki şəxslər inzibati
məsuliyyətə cəlb olunurlar. Deməli, belə halda törədilmiş əməl inzibati xəta sayılmır.
Qanunvericiliklə ″inzibati xətanın tərkibi″ anlayışı müəyyən edilməyib. Bununla
yanaşı, inzibati hüquq nəzəriyyəçiləri belə hesab edirlər ki:
″ nzibati xətanın tərkibi dedikdə, hüquqla müəyyən edilmiş elementlər məcmusu başa
düşülür ki, onların mövcudluğunda törədilmiş əməl inzibati xəta sayılır″.
nzibati xətanın tərkibi aşağıdakı elementlərdən ibarətdir:
1.
nzibati xətanın obyekti.
2.
nzibati xətanın obyektiv tərəfi.
190
3.
nzibati xətanın subyekti.
4.
nzibati xətanın subyektiv tərəfi.
nzibati xətanın obyekti
nzibati xətanın obyekti müxtəlif hüquq normaları (sahələri) ilə nizamlanan və yalnız
inzibati hüquq normaları ilə mühafizə olunan ictimai münasibətlərdir. Məsələn, Azərbaycan
Respublikası XM-nin 39-cu, 40-cı, 41-ci, 42-ci və s. maddələri ilə konstitusiya hüquq
normaları ilə nizamlanan ictimai münasibətlər mühafizə olunurlar.
nzibati xətaların obyektini təşkil edən ictimai münasibətlərin aşağıdakı xüsusiyyətləri
mövcuddur:
a) onlar hüququn müxtəlif sahələri ilə nizamlanırlar (məsələn, əmək hüququ,
konstitusiya hüququ, ekologiya hüququ və s.);
b) bu ictimai münasibətlər inzibati tənbehlərin vasitəsi ilə mühafizə olunurlar.
nzibati xətanın obyektin 4 (dörd) növü mövcuddur:
1. nzibati xətanın ümumi obyekti - müxtəlif hüquq normaları ilə nizamlanan və
inzibati hüquq normaları ilə mühafizə olunan ictimai münasibətlərdir. Belə münasibətlərə
vətəndaşların siyasi, sosial və əmək hüquqları, əhalinin sağlamlığı, sanitar-epidemioloci
salamatlığı, mülkiyyət, iqtisadi fəaliyyət, ictimai qayda, ictimai təhlükəsizlik və ictimai
mənəviyyat, ətraf mühit və idarəçilik qaydaları ilə əlaqədar yaranan ictimai münasibətlər
aiddirlər. Belə ictimai münasibətlər yalnız inzibati tənbehlərlə qorunduğu halda göstərilən
obyektə aid edilir.
2. nzibati xətanın xüsusi obyekti - ümumi obyektin ayrılmaz və müstəqil hissəsini
təşkil edən ictimai münasibətlərin bir hissəsidir ki, bu münasibətlərin yaranma sahəsi eynidir
(məsələn, nəqliyyatdan istifadə edilməsi ilə əlaqədar yaranan münasibətlər, rabitədən istifadə
ilə əlaqədar yaranan münasibətlər və s.).
Azərbaycan Respublikasının XM-nin Xüsusi hissəsinin 2 (ikinci) bölməsində, yəni 6-
24-cü fəsillərində inzibati xətaların xüsusi obyektləri qeyd edilib.
3. nzibati xətanın növlü obyekti - bu, elə ictimai münasibətlərdir ki, onlar xüsusi
oybektin bir qrupudur. Məsələn: Azərbaycan Respublikası XM-nin 22-ci fəsli ″ ctimai
qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar″ adlanır. Bu
fəsildə inzibati hüquq normaları ilə mühafizə olunan ictimai münasibətlər inzibati xətaların
xüsusi obyektini təşkil edir. Bu fəsildə nəzərdə tutulmuş inzibati xətaların növlü obyektindən
danışarkən qeyd etmək lazımdır ki, burada 3 (üç) növlü obyekt mövcuddur.
a) ictimai qaydanın təmin edilməsi və mühafizəsi ilə əlaqədar yaranan və inzibati
tənbehlərlə mühafizə olunan ictimai münasibətlər. Məsələn, Azərbaycan Respublikası XM-
nin 296-cı, 297-ci, 298-ci və 306-cı maddələri;
b) ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar yaranan və inzibati tənbehlərlə
mühafizə olunan ictimai münasibətlər. Məsələn, Azərbaycan Respublikası XM-nin 299-cu,
301-ci, 302-ci, 303-cü, 304-cü, 305-ci maddələri.
v) ictimai mənəviyyatın təmin edilməsi və mühafizəsi ilə əlaqədar yaranan və inzibati
tənbehlərlə mühafizə olunan ictimai münasibətlər. Məsələn, Azərbaycan Respublikası XM-
nin 300, 307, 307.1, 308 və 309-cu maddələri.
4. nzibati xətanın bilavasitə obyekti - belə ictimai münasibət inzibati xətanın
törədilməsi nəticəsində bilavasitə ziyan çəkir. Məsələn, Azərbaycan Respublikası XM-nin
191
346-cı maddəsi: ″Mülki silahın və döyüş sursatının saxlanılması, daşınması və ya satılması
qaydalarının pozulması″.
Bu növ inzibati xətanın bilavasitə obyekti kimi aşağıda göstərilən ictimai münasibətlər
ola bilər:
a) mülki silahın və döyüş sursatının saxlanılması qaydalarını təşkil edən ictimai
münasibətlər;
b) mülki silahın və döyüş sursatının daşınması qaydalarını təşkil edən ictimai
münasibətlər;
v) mülki silahın və döyüş sursatının satılması qaydalarını təşkil edən ictimai
münasibətlər.
nzibati qanunvericilik bəzi hallarda inzibati xətanın bilavasitə obyekti simasında
konkret ictimai münasibətin elementi kimi qəsd edilən predmeti nəzərdə tutur. Belə ki,
Azərbaycan Respublikası XM-nin 26-cı və 27-ci maddələrində inzibati xətanın bilavasitə
obyekti olmuş predmetin ödənişlə alınması və müsadirəsi müəyyən edilmişdir.
Ümumiyyətlə, inzibati xətanın obyektinə dair yuxarıda göstərilənləri aşağıdakı sxem
şə
klində təsvir etmək olar:
ÜO
XO
NO
BO
nzibati xətanın obyektiv tərəfi
nzibati xətanın obyektiv tərəfi - törədilən (törədilmiş) inzibati xətanın xarici
görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici
görünüşünü xarakterizə edən elementlər sistemidir.
nzibati xətaların obyektiv tərəfinin aşağıdakı elementləri mövcuddur:
1.
ctimai təhlükəli, hüquqazidd əməl (hərəkət və hərəkətsizlik).
2.
Bilavasitə səbəbli əlaqə.
3.
Nəticə.
4.
Yer.
5.
Vaxt.
6.
Üsul.
7.
Vasitə.
8.
Şərait.
nzibati xətanın obyektiv tərəfinin əsas elementini ictimai təhlükəli, hüquqazidd əməl
(hərəkət və ya hərəkətsizlik) təşkil edir. Əgər inzibati xətada qeyd etdiyimiz əlamətlərə malik
olmayan əməl yoxdursa, deməli burada heç bir inzibati xəta yoxdur.
Ümumiyyətlə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün
hüquqpozmaları ictimai təhlükəlilik dərəcəsinə görə cinayətlərə, xətalara və s. ayırmaq olar.
Hüquq ədəbiyyatında bu məsələyə dair müxtəlif fikirlər söylənilir. Lakin hər bir əməli
onun ictimai-təhlükəlilik dərəcəsinə görə fərqləndirmək lazımdır.
Məlum olduğu kimi müxtəlif ictimai münasibətlər cinayət hüququ normaları və
inzibati hüquq normaları vasitəsi ilə mühafizə olunurlar. Qəsd olunan ictimai münasibətlərə
192
görə əməlin ictimai təhlükəliliyi özünü biruzə verir. Digər tərəfdən isə törədilmiş əməlin
cəmiyyətdə verdiyi əks-sədaya (rezonansa) görə də onun ictimai təhlükəliliyindən danışmaq
olar.
Qeyd etdiyimiz, kimi inzibati xətanın obyektiv tərəfinin əsasını ictimai təhlükəli əməl
təşkil edir, digər elementlər isə ″əlavə″ xarakterə malikdirlər.
Ümumiyyətlə, inzibati hüquq və cinayət hüququ məhz elə hüquq-mühafizə sahəsində
toqquşurlar və burada ″birgə″ fəaliyyət göstərirlər. Bu sahəni sxem formasında aşağıdakı
formada təsvir etmək olar:
nzibati
hüquq
Cinayət
hüququ
Cinayət hüququnda cinayətin obyektiv tərəfinin əsas elementləri sırasına ictimai
təhlükəli, hüquqazidd əməl, nəticə və səbəbli əlaqə daxildir. Burada olan normalar əsasən
maddi tərkiblidirlər.
nzibati qanunvericilik isə əsasən formal tərkibli normalardan ibarətdir. Bu nə
deməkdir?
Birincisi, cinayət hüququ ilə inzibati hüquq hüquq-mühafizə sahəsində ″birgə″
fəaliyyət göstərirlər.
kincisi, cinayət hüququ əsasən maddi tərkibli əməlləri cəzalandırır, inzibati hüquq isə
ə
sasən formal tərkibli əməlləri tənbeh edir.
Beləliklə, formal tərkibli inzibati xətada yalnız qanunvericiliklə qadağan edilmiş
ictimai-təhlükəli, hüquqazidd əmələ görə tənbeh (cəza) tətbiq edilir.
Maddi tərkibli inzibati xətada isə aşağıdakı zəruri əlamətlər mütləq olmalıdır:
a) ictimai təhlükəli, hüquqazidd əməl;
b) hüquqazidd, ziyanlı nəticə;
v) bilavasitə səbəbli əlaqə.
Yəni burada əsas fərq məhz elə vurulmuş ziyana görə müəyyən edilə bilər.
Formal tərkibli əməldə vurula biləcək ziyan ehtimal olunur (məsələn, XM-nin 296-cı
maddəsi, ″Xırda xuliqanlıq″ burada vurula biləcək ziyan ehtimal olunur və ictimai qaydanın
pozulmasına səbəb olan əməl tənbeh edilir.
Maddi tərkibli əməldə isə vurulmuş ziyan müxtəlif formada hesablana bilər. Məsələn,
XM-nin 69-cu maddəsi ″Xırda talama″. Bu maddənin qeydində göstərilib ki, ″... Talanmış
ə
mlakın dəyəri şərti maliyyə vahidi məbləğinin otuz mislindən yuxarı olmadıqda bu, xırda
talama hesab edilir″.
Deyilən formal və maddi tərkibli inzibati xətaları sxem şəklində aşağıdakı kimi təsvir
etmək olar:
Dostları ilə paylaş: |