Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə25/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

         Mövzu  12: ″″″″  nzibati tənbehlər və onların tətbiq edilmə qaydası″″″″ 

 

P L A N : 



 

G R Ş 


4.

  nzibati tənbehlərin anlayışı və mahiyyəti. 

5.

  nzibati tənbehlərin sistemi və növləri. 



6.

  nzibati tənbehlərin tətbiq edilməsinin ümumi qaydaları.  

NƏT CƏ 

 

                                                   Ə D Ə B   Y Y A T: 



 

1.

  Azərbaycan Respublikasının Konstitusiyası.  



2.

  Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsi. Bakı, 2000. 

3.

  Azərbaycan Respublikasının Mülki  Prosessual Məcəlləsi. Bakı, 2000. 



4.

  «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan 

Respublikasının Qanunu. 13 mart 1996-cu il.  

5.

  ″ nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər 



haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22.02.1998-ci il.  

6.

  ″Cinayətkarlığa qarşı  mübarizənin  gücləndirilməsi,  qanunçuluğun və  hüquq qaydasının 



möhkəmləndirilməsi  tədbirləri  haqqında″  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanı. 09.08.1994. 

7.

  A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 



 

208 


 

8.

  E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 



9.

  V. Abışov, A.  smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ II hissə. Dərs vəsaiti. Bakı, 

2006.      

10.


 E.Abdullayev. ″Vətəndaşların inzibati məsuliyyəti″. Dərs vəsaiti. B.,1992. 

11.


 ″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti.   AR D N-in Polis Akademiyası. Bakı, 2002.  

12.


 E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000. 

13.


  D.N.Baxrax.  ″Administrativnoe pravo Rossii″. Dərslik.   M., 2000. 

14.


 V.R.Kisin. ″Administrativnoe pravonaruşenie: ponətie, sostav, kvalifikaüiə″. Dərs vəsaiti.  

Moskva, 1991. 

15.

 A.M.Staxov. "Administrativnaə otvetstvennostğ”. Dərs vəsaiti.  Moskva, 2004 



 

 

 



 

G   R   Ş 

 

Mühazirənin birinci sualda inzibati tənbehlərin normati anlayışı, nəzəri şərhi veriləcək 



və onun mahiyyəti açıqlanaçaqdır.  

kinci sualın açıqlanması vasitəsi ilə siz, inzibati tənbehlərin sistemi və növləri barədə 

nəzəri  biliklər  əldə  etmiş  olacaqsınız.  Çünki,  təcrübədə  yaranmış  real  vəziyyətdən  asılı 

olaraq, təqsirkar şəxsə qarşı bu və ya digər tənbeh növü tətbiq edilir. Məhz bu səbəbdən siz, 

hansı inzibati tənbehlərin əsas, hansı inzibati tənbehlərin əlavə olmasını öyrənməlisiniz.  

Mühazirəmizin üçüncü sualın açıqlanması ilə əldə edəcəyiniz nəzəri biliklərin vasitəsi 

ilə  siz,  gələcək  fəaliyyətinizdə  qanunvericiliyə  müvafiq  olaraq  bu  və  ya  digər  tənbeh 

növünün tətbiqini düzgün həyata keçirmiş olacaqsınız. 

Gələcək  xidməti  fəaliyyətinizdə  Azərbaycan  Respublikası  Prezidentinin  09  avqust 

1994-cü  il  ″Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və  hüquq 

qaydasının  möhkəmləndirilməsi  tədbirləri  haqqında″  və  22  fevral  1998-ci  il  ″ nsan  və 

vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər  haqqında″ 

Fərmanlarından irəli gələn tələblərə riayət etmək üçün mühazirəmizin məzmunu ilə Sizlərdə 

hüquqi baza yaranacaqdır. 

 

 

 



 

Sual 1.  

nzibati tənbehlərin anlayışı və mahiyyəti 

 

          Azərbaycan  Respublikasının  XM-nin  22-ci  maddəsinə  əsasən,  inzibati  tənbeh 



məsuliyyət  tədbiridir  və  inzibati  xəta  törədən  şəxsi  qanunlara  əməl  edilməsi  ruhunda 

tərbiyələndirmək,  habelə  həm  inzibati  xəta  törətmiş  şəxs,  həm  də  başqa  şəxslər  tərəfindən 

yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədilə tətbiq olunur. 

nzibati  tənbeh  inzibati  xəta  törədilməsinə  görə  tətbiq  edilən  inzibati  məsuliyyət 

tədbiridir.  Bu  məsuliyyət  tədbirləri  XM-nin  23-cü  maddəsi  ilə  təsbit  olunub.  Bunlardan 

başqa  XM-də başqa təsir tədbirləri də nəzərdə tutulub. Lakin bu o demək deyil ki,  XM-nin 



 

209 


 

30-cu fəslində nəzərdə tutulan ğətirilmə (mad. 397), inzibati qaydada tutma (mad. 398), şəxsi 

axtarış,  fiziki  şəxsdə  olan  şeyləri  yoxlama  (mad.  402),  şeylərin  və  sənədlərin  götürülməsi 

(mad.  404)    və  s.  inzibati  məcburetmə  tətbirləri  inzibati  tənbeh  sayılır.  Çünki  adları  qeyd 

edilən tədbirlər  XM-nin 396-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatını 

təmin etmək üçün müəyyən olunmuş inzibati-prosessual məcburetmə tətbirləridir və onların 

tətbiqi inzibati məsuliyyət demək deyil. 

            nzibati  tənbeh  həm  törədilmiş  inzibati  xətaya,  həm  də  inzibati  xəta  törədən  şəxsə 

qarşı  olan  mənfi  münasibətin  nəticəsidir.  nzibati  xətalara  qarşı  mübarizədə  inzibati 

tənbehlərin tətbiq edilməsi vacib olsa da əsas deyil, köməkçi bir vasitədir.  nzibati tənbehlər 

tətbiq  edilərkən  inandırma  və  məcburetmə  metodları  uzlaşdırılır.  Çünki  inzibati  tənbehlər 

inzibati  məcburetmə  tədbirləri  olmaqla  yanaşı,  eyni  zamanda  tərbiyəedici  xarakterə  də 

malikdir. 

           nzibati tənbehlərin tətbiq edilməsinin aşağıdakı məqsədləri mövcuddur: 

  inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək; 



  inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını  almaq; 

  başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq. 



           nzibati tənbehlərin məzmunu inzibati xəta törətmiş şəxsin subyektiv hüquqlarının və 

maddi mənafelərinin məhdudlaşdırılmasından ibarətdir.  

Belə ki, inzibati həbsin tətbiqi inzibati xəta törətmiş şəxsin azadlığının qısa müddətə 

məhdudlaşdırılmasına  gətirir,  inzibati  cərimə,  «ödənişlə  alınma»  və  «müsadirə»  isə  maddi 

itkilərlə  bağlıdır.  Bu  tədbirlər  dövlət  məcburetmə  xarakterlidir,  çünki  onların  köməyi  ilə 

dövlət təqsirli şəxsin arzusundan asılı olmayaraq, onun şəxsi və əmlak hüquqlarını müəyyən 

dərəcədə məhdudlaşdırır. 

nzibati tənbehlər bir qayda olaraq inzibati xəta törətmiş şəxsə  maddi və ya   mənəvi 

təsirin  göstərilməsi  ilə  ifadə  olunur.  Bəzi  inzibati  tənbehlər  özündə  eyni  zamanda  mənəvi 

məzəmməti,  maddi  təsiri  və  inzibati  xəta  törətmiş  şəxsin  hüquqlarının  müəyyən  müddətə 

məhdudlaşdırılmasını 

uzlaşdırır 

(məsələn, 

inzibati 

həbs, 

«…xüsusi 



hüququn 

məhdudlaşdırılması»,  inzibati  cərimə).  Bu  sanksiyaların  tətbiq  edilməsi  ilə  səlahiyyətli 

dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hakimiyyət səlahiyyətləri həyata keçirilir. 

Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  1.3-cü  maddəsinə  uyğun 

olaraq:  ″ nzibati  məsuliyyət  müəyyən  edən  və  inzibati  xətalar  törətmiş  şəxsin  tənbeh 

edilməsini  nəzərdə  tutan  qanunlar  yalnız  bu  Məcəlləyə  daxil  olduqdan  sonra  tətbiq  edilir″.  

Bu o deməkdir ki,  XM ilə nəzərdə tutulmayan hüquqa zidd əməl inzibati xəta deyil və buna 

ğ

örə inzibati tənbeh tətbiq edilə bilməz. 



            nzibati  tənbehlər  dövlət  orqanlarının  və    vəzifəli  şəxslərin  geniş  dairəsi  tərəfindən 

tətbiq  edilməsində  xarakterizə  olunur.    Bu  orqan  və  vəzifəli  şəxslərin  dairəsi  Azərbaycan 

Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  357-ci  maddəsi  ilə  müəyyən  edilib.  Bunlara 

aiddir:  rayon  (şəhər)  məhkəmələri,  yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının 

müdafiəsi üzrə komissiyalar, seçki komissiyaları, Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanları (vəzifəli şəxslər) və Azərbaycan Respublikasının Milli Bankı.  Bundan 

ə

lavə  «Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə 



minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri  haqqında»  Azərbaycan 

Respublikası  Prezidentinin  29  avqust  2000-ci  il  tarixli  Fərmanın  3-cü  bəndində  inzibati 

xətalar  haqqında  işlərə  baxmaq  səlahiyyəti  olan  orqanların  dəqiq  siyahısı  ğöstərilmişdir. 

nzibati tənbehləri müxtəlif orqan və vəzifəli şəxslər tətbiq etdiyi üçün onlar həm təkbaşına, 



 

210 


 

həm  də  kollegial  qaydada  tətbiq  olunur.  Məsələn,  dövlət  idarəetmə  orqanlarında  və 

məhkəmələrdə bu məsələ bir qayda olaraq təkbaşına, yetkinlik yaşına çatmayanların işləri və 

hüquqlarının müdafiəsi üzrə komissiyalarda isə kollegial formada həyata keçirilir. 

           nzibati  tənbehlərin  tətbiq  edilməsi  müəyyən  hüquqi  nəticələr,  yəni  ″inzibati 

məsuliyyətə  cəlb  olunma  vəziyyətini″  yaradır  və  bu  müddətdə  yeni  inzibati  xətanın 

törədilməsi inzibati məsuliyyəti ağırlaşdıran hal kimi çıxış edir. 

Azərbaycan Respublikası  XM-nin 37-ci maddəsinə əsasən, ″inzibati məsuliyyətə cəlb 

olunma  vəziyyəti″  tənbeh  etmə  haqqında qərarın  icrasının  qurtardığı  gündən  etibarən  bir  il 

ə

rzində davam edir və bu müddət bitdikdə hər hansı dövlət orqanının (vəzifəli şəxsin) xüsusi 



qərarı  olmadan  öz-özünə  ləğv  olunur.  Bu  müddət  bitdikdə  şəxs  inzibati  məsuliyyətə  cəlb 

edilməmiş şəxs kimi sayılır. 

nzibati  tənbehlər  səlahiyyətli  orqanlar  və  ya  vəzifəli  şəxslər  tərəfindən  xüsusi  fərdi 

idarəetmə aktların qəbulu yolu ilə tətbiq edilir. Təqsirkarlar törətdikləri xətaya (əmələ) görə 

tənbeh edilir.  Tətbiq edilən inzibati tənbehlər ədalətli olmalı, əməlin xarakterinə və inzibati 

xəta  törətmiş  şəxsin  şəxsiyyətinə  müvafiq  olmalıdır.  nzibati  tənbehin  ″ağırlığı″    törədilən 

ə

məlin (xətanın) ″ağırlığından″ asılıdır. 



Tənbehlər  hüquq  qaydasını  dolayı  yolla  müdafiə  edir,  yəni  onlar    hüquqi  vəzifələrin 

bilavasitə  icrasını  təmin  edə  bilmir,  lakin  əlavə  vəzifələri  müəyyən  edərək  vətəndaşın 

hüquqlarını məhdudlaşdırır və gələcəkdə şəxs tərəfindən qanunun tələblərini pozmamağa və 

onu nümünəvi davranışa həvəsləndirir. 

Birinci sualı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki, bu sualda biz aşağıdakı 

kimi müddəaları açıqladıq: 

1.

  nzibati  tənbeh  Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyi 



ə

sasında  səlahiyyətli  dövlət  orqanı  və  ya  vəzifəli  şəxslər  tərəfindən  inzibati  xəta  törətmiş 

şə

xsə qarşı tətbiq edilən təsir (tənbeh) tədbiridir. 



2.

  nzibati  tənbehlər  inzibati  xəta  törətmiş  şəxslərin  «tənbehetmə»  funksiyalarını 

yerinə yetirən inzibati məcburetmə tədbirlərin növlərindən biridir. 

3.

  nzibati  tənbehlərin  tətbiq  edilməsinin  məqsədləri  inzibati  xəta  törətmiş  şəxsi 



qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, 

həm  də  başqa  şəxslər  tərəfindən  yeni  inzibati  xəta  törədilməsinin  qarşısının  alınmasından 

ibarətdir. 

4.

  nzibati  tənbehlərin  məzmunu  şəxsin  müəyyən  hüquq  və  maddi  mənafelərinin 



məhdudlaşdırılmasından ibarətdir. 

5.

  nzibati  tənbehlər  inzibati  xətalar  qanunvericiliyi  ilə  səlahiyyət  verilmiş  müvafiq 



dövlət orqanları və ya vəzifəli şəxslərin geniş dairəsi tərəfindən tətbiq olunur. 

6.

  nzibati tənbehlərin tətbiq edilməsi nəticəsində ″inzibati məsuliyyətə cəlb olunma 



vəziyyəti″  yaranır.  Bu  isə  tənbeh  etmə  haqqında  qərarın  icrasının  qurtardığı  gündən  bir  il 

ə

rzində davam edir və bu müddət keçdikdən sonra avtomatik olaraq ləğv olunur. 



 

Sual 2.  

nzibati tənbehlərin sistemi və növləri 

 

Qanunvericikdə nəzərdə tutulmuş inzibati tənbehlər məzmun baxımından fərqlidir. Bu 



isə öz növbəsində inzibati xətaların xarakterini və təqsirli şəxsin şəxsiyyətini nəzərə almaqda 

onlara qarşı ədalətli tənbehin tətbiq edilməsinə imkan verir. 



 

211 


 

          Azərbaycan  Respublikasının  XM-nin  23-cü  maddəsinə  əsasən  inzibati  xətaların 

törədilməsinə görə aşağıdakı inzibati tənbehlər tətbiq oluna bilər:  

1.

  Xəbərdarlıq ( XM-nin 24-cü mad.) 



2.

  nzibati cərimə ( XM-nin 25-ci mad.) 

3.

  nzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 



predmetin ödənişlə alınması ( XM-nin 26-cı mad.) 

4.

  nzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 



predmetin müsadirəsi  ( XM-nin 27-ci mad.) 

5.

  nzibati  xəta  törətmiş  fiziki  şəxsin  ona  verilmiş  xüsusi  hüququnun 



məhdudlaşdırılması (ov etmək hüququ, nəqliyyat vasitəsini idarəetmə hüququ) ( XM-nin 28-

ci mad.) 

6.

  Əcnəbiləri  və  vətəndaşlığı  olmayan  şəxsləri  Azərbaycan  Respublikasının 



hüdudlarından kənara inzibati qaydada çıxartma ( XM-nin   29-cu mad.) 

7.

  nzibati həbs ( XM-nin 30-cu mad.) 



Göstərilən  maddədə  inzibati  tənbehlər  öz  xarakterinə  ğörə  və  tətbiq  olunacaq 

subyektlərin  dairəsindən  asılı  olaraq  sistemləşdirilmişdir.  Burada  qanunverici  inzibati 

tənbehləri  həm  təsir  dərəcəsinə,  həm  də  təsir  nəticəsinə  ğörə  «yünğüldən»    «ağıra»  doğru 

ardıcıllıqla  düzmüşdür.  Bununla da  inzibati tənbehləri  tətbiq edən  orqan  və  vəzifəli şəxsdə 

təqsirli şəxsə qarşı ədalətli və məqsədəuyğun tənbeh növünün seçilməsinə imkan yaranır. Bu 

zaman törədilmiş xətanın xarakteri,  onu törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, 

ə

mlak  vəziyyəti,  həmçinin  məsuliyyəti  ağırlaşdıran  və  yüngülləşdirən  hallar  nəzərə  alınır. 



nzibati xəta törətmiş şəxslərə qarşı tətbiq olunan digər məcburetmə təsir tədbirləri inzibati 

tənbehlərə aid edilmir. 

nzibati xəta haqqında işə baxan orqan inzibati xətaya görə məsuliyyəti müəyyən edən 

normativ  aktın  maddəsinin  sanksiyasında  göstərilən  inzibati  tənbehi  tətbiq  edə  bilər. 

Azərbaycan  Respublikasının  XM-nin  23-cü  maddəsində  göstərilmiş  inzibati  tənbeh 

növlərindən  bəziləri,  qanunda  dəqiq  göstərilmiş  müəyyən  kateqoriya  şəxslərə  tətbiq  oluna 

bilməz (məsələn, inzibati həbs hamilə qadınlara qarşı və s. kateqoriya şəxslərə tətbiq oluna 

bilməz). 

Qüvvədə  olan  inzibati  xətalar  qanunveriçiliyi  inzibati  tənbehləri  mütləq,  nisbi 

müəyyən  və  alternativ  növlərə  bölür.  Birinciyə  misal  olaraq,  Azərbaycan  Respublikasının 

XM-nin 149.1-ci maddəsini göstərmək olar: Trolleybusda, tramvayda, şəhər və şəhərətrafı 

avtobuslarda,  marşrut  taksisində  sərnişinlərin  biletsiz  getməsinə  görə  şərti  maliyyə 

məbləğinin  üç  misli  miqdarında  cərimə  edilir.  kinciyə  misal  olaraq,  Azərbaycan 

Respublikasının  XM-nin  149.2-ci  maddəsini  göstərmək  olar:  Dəmir  yolu  nəqliyyatında 

sərnişinlərin biletsiz getmələrinə görə onlar şərti maliyyə vahidi məbləğinin on beş mislindən 

otuz mislinədək miqdarda cərimə edilir. Üçüncüyə misal olaraq  XM-nin 69-cu maddəsində 

ğ

östərilən  xırda  talamanı  ğöstərmək  olar:  «  …  özğəsinin  əmlakını  talamağa  görə  -  şərti 



maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək cərimə edilir və ya işin hallarına ğörə, 

xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət saylmadıqda isə on 

beş günədək müddətə inzibati həbs tətbiq edilir».    

          Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyində  inzibati  tənbehlərin 

ə

sas və əlavə növləri göstərilmişdir: 



Xəbərdarlıq,  inzibati  cərimə  və  ya  inzibati  həbs  yalnız  əsas  inzibati  tənbeh  növləri 

kimi tətbiq edilir. 



 

212 


 

nzibati  xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 

predmetin  ödənişlə  alınması,  yaxud  müsadirəsi,  inzibati  xəta  törətmiş  fiziki  şəxsin  ona 

verilmiş  xüsusi  hüququnun  məhdudlaşdırılması,  əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan 

şə

xsləri  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada  çıxartma  həm 



ə

sas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. 

Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh təbtiq edilə bilər.  

Sanksiya  alternativ  kimi  göstərilən  hallarda  (məsələn,  XM-nin  346.1-ci  maddəsinin 

sanksiyası  «…  silah  və  döyüş  sursatı  ödənişlə  alınmaqla  və  ya  alınmamaqla  şərti  maliyyə 

vahidinin  iyirmi  beş  mislindən  otuz  beş  mislinədək  miqdarda  cərimə  edilir.)  inzibati  xəta 

haqqında  işə  baxan  orqan  işin  hallarına  görə  əlavə  tənbeh  növünü  tətbiq  edə  və  ya  tətbiq 

etməyə  bilər.  Əgər  xüsusi  hissənin  maddəsi  əsas  tənbehlə  birlikdə  əlavə  tənbehi  də  tətbiq 

etməyə  məcbur  edirsə,  belə  hallarda  həmin  orqan  əlavə  tənbehi  tətbiq  etməkdən  yayına 

bilməz  (məsələn,  XM-nin  346.2-ci  maddəsinin  sanksiyası  «…  silah  və  döyüş  sursatı 

ödənişlə  alınmaqla  və  ya  müsadirə  edilməklə  şərti  maliyyə  vahidinin  otuz  mislindən  qırx 

mislinədək miqdarda cərimə edilir.). 

nzibati  xətanın  törədilməsinə  görə  əsas  tənbeh  növlərindən  yalnız  biri  tətbiq  edilə 

bilər.  ki əsas tənbeh növünün eyni zamanda tətbiq olunması yolverilməzdir. 

nzibati tənbehlərin sistemi ilə yanaşı onun növlərinə diqqət yetirək. 

Azərbaycan Respublikasının  XM-nin 24-cü maddəsinə əsasən: 

Xəbərdarlıq inzibati tənbeh növü olmaqla hüquqazidd əməlin yolveril-məzliyi barədə 

şə

xslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. 



Xəbərdarlıq  tərbiyəvi  xarakterli  inzibati  tənbeh  növlərindən  biridir.  Xə-bərdarlıq 

ə

sasən  cüzi  inzibati  xətalar  törədildikdə  təqsirli  şəxslərə  qarşı  tətbiq  olunur.  Xəbərdarlıq 



nzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində göstərilən sanksiya ilə 

nəzərdə tutulan hallarda tətbiq oluna bilər. 

Ə

ksər hallarda xəbərdarlıq sanksiyalarda inzibati cərimə ilə alternativ olaraq nəzərdə 



tutulur.  Bununla  belə,  qanunvericilik səlahiyyətli  subyektlərə  törədilmiş  inzibati  xətanın  az 

ə

həmiyyətli  olmasından  irələi  gələrək  sanksiyada  nəzərdə  tutulmayan  xəbərdarlıq  tənbeh 



növünün təqsirli şəxslərə tətbiqinə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad etməyə yol 

verir ( XM-nin 21-ci mad.).   

Xəbərdarlığın  tətbiq  edilməsi  digər  inzibati  tənbehin  tətbiq  edilməsinə  bərabərdir  və 

təqsirli şəxs üçün müvafiq hüquqi nəticələr yaradır. Bu tənbehə cəlb olunmuş şəxs tənbehin 

icrasının  qurtardığı  gündən  bir  il  ərzində  inzibati  məsuliyyətə  cəlb  edilməmiş  şəxs    sayılır 

( XM-nin 37-ci mad.). 

Qüvvədə  olan  qanunvericilik  xəbərdarlıq  kimi  inzibati  tənbehin  tətbiqinin  yazılı 

formasını nəzərdə tutur.  nzibati xəta haqqında işə baxan orqan (vəzifəli şəxs) tərəfindən bu 

tənbehin tətbiqi haqqında qərar çıxarılır. 

Azərbaycan Respublikasının  XM-nin 25-ci maddəsinə əsasən: 

nzibati  cərimə    bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  hakim,  səlahiyyətli  orqan 

(vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan 

pul məbləğidir. 

nzibati cərimənin aşağıdakı meyarları vardır: 

-

  inzibati  xətanın  başa  çatdığı  və  ya  qarşısının  alındığı  vaxt  Azərbaycan 



Respublikasının qanunvericiliyi ilə müəyyən edilən şərti maliyyə vahidinin miqdarı; 

 

213 


 

-

  inzibati  xətanın  başa  çatdığı  və  ya  qarşısının  alındığı  vaxt  inzibati  xətanın 



bilavasitə obyekti olmuş predmetin dəyəri; 

-

  inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, 



lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği. 

             nzibati  xətalara  görə,  alınan  cərimənin  miqdarı  şərti  maliyyə  vahidinin  3  (üç) 

mislindən az ola bilməz. 

            Şərti maliyyə vahidi ilə hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan 

inzibati cərimənin miqdarı şərti maliyyə vahidinin qırx mislindən, vəzifəli şəxslərdən alınan 

inzibati  cərimələrin  miqdarı  şərti  maliyyə  vahidinin  doxsan  mislindən,  hüquqi  şəxslərdən 

alınan inzibati cərimələrin miqdarı şərti maliyyə vahidinin üç yüz mislindən artıq ola bilməz. 

             nzibati  xətanın  bilavasitə  obyekti  olmuş  predmetin  dəyəri  ilə  ölçülən  cərimənin 

miqdarı  həmin  predmetin  dəyərinin  yüz  faizindən,  ödənilməmiş  ödənişlərin,  vergilərin 

məbləği  ilə  ölçülən  cərimənin  miqdarı  isə  həmin  ödənişlərin,  vergilərin  yüz  əlli  faizindən 

artıq ola bilməz. 

Qanunla  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  inzibati  cərimə  Azərbaycan 

Respublikasının dövlət büdcəsinə keçirilir. 

Hüquqi  məsuliyyət  tədbiri  kimi  cərimə  yalnız  inzibati  hüquqda  yox,  həm  də  digər 

hüquq  sahələrində  (cinayət  hüqüqü,  mülki  hüquq  və  s.)  geniş  tətbiq  olunur.  Məhz  bu 

səbəbdən də aydınlıq üçün ona ″inzibati″ sözü əlavə edilmişdir. 

nzibati  cərimə  əmlak  xarakterli  inzibati  tənbeh  növüdür.  O  təqsirli  şəxsin  əmək 

haqqının,  əmlakının  və  ya  başqa  gəlirinin  bir  hissəsinə  müvafiq  ölçüdə  olan  və  dövlətin 

xeyrinə  məcburi  tutulan  pul  məbləğidir.  nzibati  cərimə  qanunvericilik  tərəfindən  inzibati 

tənbeh  növü  kimi  əksər  inzibati  xətalara  görə  nəzərdə  tutulub.  Cərimə  növündə  inzibati 

tənbeh  təqsirli  şəxsin  şüuruna  təsir  edərək,  hər  şeydən  əvvəl  onun  əmlak  maraqlarını 

məhdudlaşdırır. Cərimənin «ağırlığının» əsas göstəricisi onun miqdarıdır. 

Qanunvericilik bu tənbehin «yuxarı» və «aşağı» həddini müəyyən etmişdir.  XM-nin 

Xüsusi  hissəsində nəzərdə tutulmuş  konkret  növ  inzibati  xətalara  görə  məsuliyyəti  nəzərdə 

tutan müvafiq normaların sanksiyalarında inzibati cərimənin miqdarı inzibati xətanın ictimai 

təhlükəlilik dərəcəsindən irəli gələrək müəyyən edilir. Bu zaman cərimənin miqdarı normada 

nəzərdə  tutulmuş  inzibati  xəta  üçün  müəyyən  edilmiş  «yuxarı»  həddən  artıq  ola  bilməz. 

Məcəllənin  Xüsusi  hissəsinin  normaları  əsasən  nisbi  müəyyən  edilmiş  sanksiyalardan 

ibarətdir.  Həmin  sanksiyalarda  inzibati  cərimənin  həm  «yuxarı»,  həm  də  «aşağı»  miqdarı 

göstərilmişdir. Qanunun bu müddəası səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati cərimənin 

miqdarını müəyyən edərkən törədilmiş inzibati xətanı və təqsirkarın şəxsiyyətini xarakterizə 

edən bütün halları nəzərə almaga imkan verir. 

nzibati  cərimə  əsas  inzibati  tənbeh  növüdür.  O  digər  tənbehlərin  əvəzedicisi  kimi 

tətbiq  edilə  bilməz.    Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  cərimə  əlavə  inzibati 

tənbehlərlə birlikdə tətbiq edilə bilər. Məsələn,  XM-nin 343-cü maddəsinin sanksiyası  «… 

inzibati xətanın törədilməsində bilavasitə obyekt olmuş predmetlər müsadirə edilməklə və ya 

edilməməklə  şərti  maliyyə  vahidinin  otuz  beş  mislindən  qırx  mislinədək  miqdarda  cərimə 

edilir.» 

nzibati  cərimənin  tətbiq  edilməsi  zamanı  işə  baxan  orqan  (vəzifəli  şəxs)  tərəfindən 

qərar çıxarılır.  nzibati Xətalar Məcəlləsinin 412-ci maddəsində göstərilmiş hallarda inzibati 

cərimə  inzibati  xətanın  törədildiyi  yerdə  protokol  tərtib  edilmədən  tətbiq  edilir  və  alınır. 

Bunu ücün aşağıdakı şərtlər vacibdir: 



 

214 


 

  törədilmiş  inzibati  xətaya  ğörə  inzibati  tənbeh  növü  kimi  xəbərdarlıq  və  ya  inzibati 



cərimənin miqdarı şərti maliyyə vahidinin səkkiz mislindən (44 000 manat) artıq olmasın; 

   təqsirkar ona qarşı tətbiq edilən inzibati cərimə ilə razılaşsın; 



  inzibati cəriməni yerində ödəməyə imkanı olsun.  

Ğ

östərilən  hallardan  biri  olmadıqda  inzibati  xəta  haqqında  protokol  tərtib  edilir.  



nzibati  xəta  törədildiyi  yerdə  inzibati  cərimə  tutulduqda  fiziki  şəxsə    müəyyən  edilmiş 

nümunədə qəbz verilir. Qəbzdə  nzibati Xətalar Məcəlləsinin 452-ci maddəsində ğöstərilən  

məlumatlar öz əksini tapmalıdır. 

Azərbaycan Respublikasının  XM-nin 26-cı maddəsinə əsasən: 

nzibati  xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 

predmet  ödənişlə,  məcburi  qaydada  alınır,  sonra  satılır  və  əldə  edilən  məbləğ  həmin 

predmetin satılması ilə əlaqədar xərclər çıxıldıqdan sonra onun keçmiş sahibinə verilir. 

nzibati  xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 

predmetin ödənişlə alınması hakim tərəfindən tətbiq edilir. 

Ə

sas  dolanacaq  mənbəyi  ov  olan  şəxslər  barəsində  odlu  silahın,  döyüş  sursatının  və 



digər ov alətinin ödənişlə alınması tətbiq edilə bilməz. 

Predmetin ödənişlə alınması qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər 

qanunvericiliyi ilə müəyyən edilir. 

«Ödənişlə  alınma»  əmlak  xarakterli  inzibati  tənbehdir  və  yalnız  xətanın 

törədilməsində  alət  kimi  istifadə  edilən  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olan 

predmetlərin  sahibləri  barəsində  tətbiq  edilə  bilər.  Azərbaycan  Respublikasının  XM-nin 

404-cü  maddəsinə  əsasən  təqsirkar  şəxsə  məxsus  olan  predmetlərin  məcburi  qaydada 

ğ

ötürülməsi inzibati tənbeh sayılmır. 



            Məzmununa  görə  «predmetin  ödənişlə  alınması»  üç  qarşılıqlı  əlaqəli  hərəkətlərdən 

ibarətdir: 

1.

  hüquqpozan şəxsdən predmetin məcburi alınması; 



2.

  bu predmetin satılması; 

3.

  alınmış  predmetin  satılması  ilə  əlaqədar xərclər  çıxıldıqdan  sonra  əldə  edilən  məbləğin 



keçmiş sahibinə qaytarılması. 

«Ödənişlilik»  əlamətinə  görə  bu  alınma  digər  inzibati  tənbehdən,  inzibati  xətanın 

törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsindən 

fərqlənir. Müsadirə olunmuş predmetlər ödənişsiz olaraq dövlətin mülkiyyətinə keçirilir. 

Predmetin ödənişlə alınması həm əsas, həm də əlavə inzibati tənbeh növü kimi tətbiq 

edilə bilər. 

Bununla  yanaşı,  qanunverici  bu  inzibati  tənbehin  tətbiq  edilməsində  məhdudiyyətlər 

də  qoyur.  Odlu  silahın  və  döyüş  sursatının  ödənişlə  alınması,  əsas  dolanacaq  mənbəyi  ov 

olan şəxslər barəsində tətbiq edilə bilməz. 

Bu növ inzibati tənbehin tətbiq edilməsi yalnız hakim tərəfindən tətbiq edilə bilər. 

Azərbaycan Respublikasının  XM-nin  27-ci maddəsinə əsasən: 

nzibati  xəta  törətmiş  şəxsin  xüsusi  mülkiyyətində  olan,  habelə  inzibati  xətanın 

törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu 

Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada 

və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən  ibarətdir. 

nzibati  xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 

predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. 


 

215 


 

Ə

sas  dolanacaq  mənbəyi  ov  olan  şəxslərin  odlu  silahı,  döyüş  sursatı  və  digər  ov 



alətləri müsadirə edilə bilməz. 

Müsadirənin  tətbiqi  qaydası  bu  Məcəllə  və  Azərbaycan  Respublikasının  digər 

qanunvericiliyi ilə müəyyən edilir. 

nzibati  tənbeh  növü  kimi  tətbiq  olunan  «müsadirə»  inzibati  xətanın  törədilməsində 

alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişsiz və məcburi qaydada 

dövlətin  mülkiyyətinə  keçməsindən  ibarətdir.  Təqsirkar  şəxsin yalnız xüsusi  mülkiyyətində 

olan  predmet  müsadirə  oluna  bilər.  Müsadirənin  tətbiq  edilməsinin  bu  qaydasından  başqa 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  digər  qaydalar  da 

mövcuddur. Məsələn, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 237-ci maddəsinin 

4-cü hissəsinə  əsasən,  «bilavasitə  gömrük qaydalarının pozulması  obyekti  olan  malların  və 

nəqliyyat vasitələrinin… müsadirəsi». 

nzibati  qaydada  müsadirəni  cinayət  hüququnda  cəza kimi  tətbiq  edilən  müsadirədən 

fərqləndirən əlamətlər aşagıdakılardır: 

-  xüsusi  mülkiyyətdə  olan  predmetin  müsadirəsi  cinayətə  görə  yox,  yalnız  inzibati 

xətaya görə tətbiq edilir;  

- inzibati qaydada tətbiq edilən müsadirədə yalnız inzibati xətanın törədilməsində alət 

və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet dövlətin mülkiyyətinə keçirilir (odlu 

ov  silahı,  ev  şəraitində  istehsal  edilmiş  alkoqollu  içkilər  və  s.),  cinayət  qaydasında  isə 

təqsirləndirilən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələri, habelə cinayət yolu 

ilə əldə etdiyi mülkiyyəti müsadirə olunur; 

- cinayət hüququnda tətbiq edilən müsadirədən fərqli olaraq inzibati tənbeh kimi tətbiq 

edilən  müsadirə  həm  əsas,  həm  də  əlavə  tənbeh  növü  kimi  tətbiq  oluna  bilər.  Cinayət 

qaydasında  tətbiq  edilən  müsadirə  yalnız  əlavə  cəza  tədbiri  kimi  tətbiq  edilir  (Azərbaycan 

Respublikasının Cinayət Məcəlləsinin 43.3-cü maddəsi). 

Müsadirəni  «ödənişlə  almadan»  və  digər  inzibati  təsir  tədbirindən  fərqləndirmək 

lazımdır.  Belə  ki,  predmetin  «ödənişlə  alınması»  onun  dəyərinin  keçmiş  sahibinə 

qaytarılmasında, müsadirədə isə ödənişsiz dövlətin mülkiyyətinə keçməsində ifadə olunur. 

nzibati  xətaya  görə  tətbiq  olunan  müsadirə  Azərbaycan  Respublikasının  XM-nin 

404-cü maddəsində göstərilən əşya və sənədlərin ğötürülməsi kimi inzibati-prosessual təmin 

etmə tədbirindən fərqlənir. Prosessual məqsədlə ğötürülən əşya  və sənədlər (inzibati xətanın 

qarşısının  alınması,  işə  vaxtında  və  düzgün  baxılmasının  təmin  olunması,  işlər  üzrə 

qərarların icrası məqsədilə) işə baxılana qədər saxlanılır və işin nəticələrindən asılı olaraq ya 

müsadirə olunur, ya sahibinə qaytarılır, yaxud da məhv edilir. 

Müsadirə əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər 

ov alətləri barədə tətbiq edilə bilməz. 

nzibati  xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 

predmetin müsadirəsi hakim  tərəfindən tətbiq edilir. 

Müsadirə  haqqında  qərarın  icrası  daxili  işlər  orqanları,  Ekoloğiya  və  Təbii  Sərvətlər 

Nazirliyi,  gömrük  orqanları,  «Azərbayan  Hava  Yolları»  Dövlət  Konserni  və  səlahiyyət 

verilmiş digər orqanlar (vəzifəli şəxslər) tərəfindən həyata keçirilir. 

Müsadirə dövlət mülkiyyətinə keçməli olan predmetin dəyərini ödəməklə əvəz oluna 

bilməz. 


Azərbaycan Respublikasının  XM-nin 28-ci maddəsinə əsasən: 

 

216 


 

Verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozmağa 

görə fiziki şəxsin həmin hüququ iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 

Nəqliyyat  vasitələrini  sərxoş  halda  idarəetmə  halları  istisna  olmaqla,  nəqliyyat 

vasitələrindən  əlilliyi  ilə  əlaqədar  istifadə  edən  şəxslərin  nəqliyyat  vasitələrini  idarəetmə 

hüququ məhdudlaşdırıla bilməz. 

Məcəllənin  151.2-ci,  151.3-cü,  151.4-cü,  155.3-cü  və  156-cı  maddələrində  müəyyən 

edilmiş  balla  qiymətləndirilən  xətaların  yol  verilməsinə  görə  sürücülər  bir  il  ərzində  10  və 

daha çox bal topladıqda, inzibati cərimə təbtiq edilmədən onların nəqliyyat vasitələrini idarə 

etmək hüququ məhdudlaşdırılır. 

Ə

sas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz. 



Bu inzibati tənbeh mahiyyəticə təqsirkar şəxsin müəyyən fəaliyyətlə məşğul olma və 

ya təbiətdən istifadə etmə kimi hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Qanunverici 

bu  tənbehin  tətbiq  edilməsi  ilə  təqsirkar  şəxsdə  yalnız  nəqliyyat  vasitələrinin  idarəetmə 

hüququnu və ov etmək hüququnu məhdudlaşdırır. 

Belə  xüsusi  hüququn  verilməsi  bir  sıra  məcburi  şərtlərin  olmasını  ön  plana  çəkir. 

Ə

sasən  bu  nəqliyyat  vasitəsinin  idarəetməsi  ilə  bağlıdır.  Yüksək  təhlükə  mənbəyi  olan 



nəqliyyat  vasitəsinin  idarəedilməsi  şəxsdə  müəyyən  sürüçülük  vərdişlərinin  olmasını,  yol 

hərəkəti  qaydalarının  bilməsini,  müvafiq  sağlamlıq  vəziyyətinin  olmasını  tələb  edir. 

Qanunvericilik xüsusi biliklərin məcburi yoxlanılmasını (nəzərəi imtahan, texniki vərdişləri) 

nəzərdə  tutur.  Bu  xüsusi  hüquqların  verilməsi  müvafiq  sənədlə  təsdiq  edilir  (sürücülük 

vəsiqəsi, ovçu bileti).  

Xüsusi  hüququn  məhdudlaşdırılması  əsasən  yol  hərəkəti  qaydalarını  və  nəqliyyatdan 

istifadə  qaydalarını  kobud  şəkildə  və  ya  müntəzəm  pozmağa  görə  nəqliyyat  vasitələrinin 

sürücüləri barəsində tətbiq edilir. Hərəkət təhlükəsizliyinin təmin edilməsinin təsirli vasitəsi 

olaraq  nəqliyyat  vasitəsini  idarə  etmə  hüququnun  məhdudlaşdırılması  hüquqi 

məhdudiyyətlərlə  əlaqəli  olan  tənbeh  növüdür.  Bu  inzibati  tənbehin  tətbiq  edilməsi  sürücü 

üçün  müəyyən  olunmuş  müddət  ərzində    nəqliyyat  vasitələrinin  idarə  edilməsini  qadağan 

edir. Nəzərə almaq lazımdır ki, bu tənbehin qüvvəsi avtomobil, traktor və digər özüyeriyən 

maşın, tramvay və trolleybusları, motosiklləri və digər mexaniki nəqliyyat vasitələrini idarə 

edən  sürücülər  tərəfindən  müəyyən  edilmiş  qaydaların  kobud  və  ya  müntəzəm  şəkildə 

pozmalarına aid edilir. 

Bu  inzibati  tənbehin  tətbiqi  zaman  törədilmiş  inzibati  xətanın  xarakteri  və  inzibati 

xətanın xüsusi subyektinin (sürüçünün) şəxsiyyəti, onun əmlak vəziyyəti, təqsirinin dərəcəsi 

habelə  məsuliyyəti  yünğülləşdirən  və  agırlaşdıran  hallar  nəzərə  alınır.  Qanunverici  bu 

tənbehin tətbiqini rayon (şəhər) məhkəmələrinə, Daxili  şlər Orqanlarına, Ekoloğiya və Təbii 

Sərvətlər  Nazirliyinə  və  Azərbaycan  Respublikasının  Nəqliyyat  Nazirliyi  yanında  olan 

Azərbaycan Respublikasının    Dövlət Dəniz Administrasiyasına həvalə edib.  

Araşdırdığımız  tənbehin  digər  forması  ov  etmək  hüququndan  məhrum  etmədir.  Bu 

yalnız  müəyyən  ov  qaydalarının  pozulmasına  görə  nəzərdə  tutulur.  Məsələn,  Azərbaycan 

Respublikasının  XM-nin  111.2-ci  maddəsi  «Ov  qaydalarının  kobut  şəkildə  pozulmasına 

(lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş müddətlərdə, 

qadağan  edilmiş  alətlərlə  və  ya  üsullarla  ov  edilməsinə),  habelə  diğər  ov  qaydalarının 

müntəzəm pozulmasına ğörə … ».  Göstərilən maddəyə əsasən əsas dolanacaq mənbəyi ov 

olan şəxslərə qarşı ov etmə hüququnun məhdudlaşdırılması kimi tənbeh tətbiq edilə bilməz. 

Bu inzibati tənbehi tətbiq etmək hüququ yalnız rayon (şəhər) məhkəmələrindədir. 


 

217 


 

           Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsinin 29-cu maddəsinə deyilir: 

«Bu  Məcəllənin  xüsusi  hissəsində  nəzərdə  tutulmuş  hallarda  əcnəbilər  və  ya 

vətəndaşlığı  olmayan  şəxslər  barəsində  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara 

inzibati qaydada çıxartma tətbiq edilir». 

           Azərbaycan  Respublikası  hüdudlarından  kənara  inzibati  qaydada  çıxartma  milli 

təhlükəsizliyin  təmin  olunması,  ictimai  qaydanın  qorunması,  əhalinin  səhhəti,  hüquqları  və 

mənafelərinin qorunması zərurəti yarandıqda,  həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan 

şə

xslərin  hüquqi  vəziyyəti  haqqında  qanunvericiliyin  tələbləri  kobud  surətdə  pozulduqda 



ə

cnəbilər  və  vətənlaşlığı  olmayan  şəxslərə  bir  gündən  yeddi  günədək  müddətdə  müvafiq 

dövlət orqanlarının qərarlarına əsasən tətbiq edilir. 

Araşdırdıqımız  inzibati  tənbeh  həm  də  13.03.1996-cı  il  tarixli  ″Əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  vəziyyəti  haqqında″  Azərbaycan  Respublikasının 

qanunu ilə də nəzərdə tutulmuşdur. 

Belə  ki,  bu  qanunun  27-ci  maddəsində  deyilir  ki,  əcnəbilər  və  vətəndaşlığı  olmayan 

şə

xslərin  Azərbaycan  Respublikası  hüdudlarından  çıxartma  Azərbaycan  Respublikasının 



nzibati Xətalar Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. 

           Əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 

hüdudlarından  kənara  inzibati  qaydada  çıxartma  haqqında  qərarda  müəyyən  olunmuş 

müddətdə ölkəni tərk etməlidirlər. 

Ə

ks  halda  boyun  qaçıran  əcnəbi  və  vətəndaşlıgı  olmayan  şəxslər  barəsində 



Azərbaycan  Respublikasının  Baş  Prokurorunun  və  Naxçıvan  Muxtar  Respublikasının 

Prokurorunun  təqdimatı  əsasında  müvafiq  məhkəmə  sanksiyası  ilə  tutulur  və  məcburi 

qaydada ölkənin hüdudlarından kənara çıxarılır. 

           Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada  çıxartma 

haqqında  səlahiyyətli  orqanların  (vəzifəli  şəxslərin)  qərarı  daxili  işlər  orqanları  tərəfindən 

icra edilir. 

Azərbaycan  Respublikasının  ərazisindən  inzibati  qaydada  çıxarılan  əcnəbilərin və  ya 

vətəndaşlığı  olmayan  şəxslərin  çıxarılmasına  görə  xərclər  onların  öz  üzərinə  düşür.  Bu 

şə

xslərin çıxarılması üçün onların vəsaitləri olmadıqda belə xərclərin ödənilməsi onları qəbul 



edən idarə, müəssisə və təşkilatların, Azərbaycan Respublikasında yaşayan və ya şəxsi işlə 

bağlı  olaraq  Azərbaycan  Respublikasına  gələn  əcnəbilərlə  və  ya  vətəndaşlığı  olmayan 

şə

xslərlə  əlaqədar  isə  bu  xərclərin  ödənilməsi  Azərbaycan  Respublikasının  D N-in  üzərinə 



düşür. 

Ə

cnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikası  hüdudlarından 



kənara  çıxarılma  haqqında  qərardan  məhkəməyə  şikayət  vermək  hüququna  malikdirlər. 

Ş

ikayətin verilməsi qərarın icrasını dayandırmır. 



 

Azərbaycan Respublikası  XM-nin 30-cu maddəsinə əsasən: 

« nzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə on 

beş gün müddətinədək müəyyən olunur və tətbiq edilir. 

Hamilə  qadınlar  və  ya  himayəsində  azyaşlı  uşağı  olan  qadınlar,  on  səkkiz  yaşına 

çatmayan  şəxslər,  birinci  və  ya  ikinci  qrup  əlillər,  habelə  altmış  yaşına  çatmış  qadınlar  və 

altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. 

nzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilir». 

           nzibati həbs rayon (şəhər) məhkəməsi (hakimi) tərəfindən təyin olunur. 


 

218 


 

nzibati  həbs  ən  «ağır»  inzibati  tənbeh  növüdür.  O  inzibati  xəta  haqqında  iş  üzrə 

çıxarılmış  qərar  əsasında  müəyyən  olunmuş  müddətə  təqsirkarın  azadlığını  müvəqqəti 

məhdudlaşdırır  və  onu  cəmiyyətdən  təcrid  edir.  Bu  tənbehin  icrası  çox  ciddi  olur,  çünki 

inzibati  həbs  ictimai  təhlükəlilik  dərəcəsinə  görə  cinayətə  yaxın  olan  inzibati  xətalarla 

ə

laqədar tətbiq edilir. Məsələn: xırda xuliqanlıq ( XM-nin 296-cı mad.); Polis işçisinin və ya 



hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq ( XM-nin 310-cu mad.). 

           nzibati  həbsin  tətbiq  edilməsi  meyarları  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq 

sanksiyalarında verilmişdir.  nzibati həbsin tətbiq edilməsi işin halları və pozuntu törədənin 

şə

xsiyyəti  nəzərə  alınmaqla  sanksiyada  göstərilən  digər  tədbirlərin  tətbiq  edilməsi  kifayət 



etmədikdə həyata keçirilir. 

Ə

gər maddənin sanksiyasında yalnız inzibati həbsin yuxarı həddi göstərilmişdirsə, bu 



halda inzibati həbs bir ğündən ğöstərilən yuxarı həddə qədər (müddətədək) tətbiq edilə bilər. 

Azərbaycan  Respublikasının  XM-nin  30.2-ci  maddəsinə  əsasən  inzibati  həbs 

aşağıdakı şəxslər  barəsində tətbiq olunmur: 

  hamilə qadınlar; 



  himayəsində azyaşlı uşağı olan qadınlar; 

  on səkkiz yaşına çatmayan şəxslər; 



  birinci və ikinci qrup əlillər; 

  altmış yaşına çatmış qadınlar; 



  altmış beş yaşına çatmış kişilər. 

nzibati  həbsin  tətbiqi  zaman  bu  halların  müəyyən  edilməsi  müvafiq  sənədlə  təstiq 

olunmalıdır.  nzibati  həbsin  tətbiq  edilməsi  məhkumluq  yaratmır  və  işdən  çıxarmaq  üçün 

ə

sas sayıla bilməz. 



 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin