Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə21/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

Sual 3.  

darəetmə aktlarına qoyulan tələblər və onlara riayət edilməməsinin nəticələri. Daxili 

işlər orqanlarının aktları 

 

             darəetmə  aktları  icra  hakimiyyətinin  həyata  keçirilməsinin  hüquqi  forması  olduğu 



üçün  idarəetmə  aktların  qəbul  edilməsinə  müəyyən  tələblərin  qoyulması  nəzərdə 

tutulmuşdur.  Onlardan  əsası  ondan  ibarətdir  ki,  idarəetmə  aktı  qanunçuluq  prinsipinin 



 

178 


 

tələblərinə  ciddi  uyğun  olmaqla,  qanunlar  əsasında  və  onların  icrası  üçün  qəbul  edilir. 

Qanuna  uyğun olmayan  idarəetmə  aktları    ləğv edilməlidirlər.  Bununla  yanaşı onlar  dövlət 

hakimiyyəti orqanların və yuxarı təbəqəli orqanlarının aktlarına da zidd ola bilməz. 

            darəetmə aktlarının qəbul edilməsinə qoyulan tələblər aşağıdakılardır: 

1.  darəetmə  aktları  səlahiyyətli  orqan  tərəfindən,  onun  səlahiyyətləri  çərçivəsində 

qəbul edilməlidirlər. 

Ə

gər orqan və ya vəzifəli şəxs tərəfindən qəbul edilmiş akt yuxarı orqan və ya vəzifəli 



şə

xsin  səlahiyyətlərinə  aid  olan  məsələlər  üzrə  qəbul  edilibsə,  onda  həmin  idarəetmə  aktı 

ləğv edilməlidir, çünki həmin akt orqanın səlahiyyətlərinə aid olmayan məsələlər üzrə qəbul 

edilmişdir. 

darəetmə aktlarının qəbul edilməsinə qoyulan bu tələbə riayət olunması bütün dövlət 

idarəetmə  orqanlarının  fəaliyyətinin  uyğunlaşdırılmasının  əsas  şərtidir.  darəetmə  aktı 

vətəndaşların hüquqlarını pozmamalı və digər dövlət orqanlarının aktlarına zidd olmamalıdır. 

Ə

gər  qəbul  edilmiş  aktın  nəticəsində  dövlət  orqanlarının  səlahiyyətlərində  və  ya 



orqanın  səlahiyyətləri  və  vətəndaşların  hüquqları  (vəzifələri)  arasında  ziddiyyət  yaranıbsa 

onda  ya  yuxarı  orqanın  aktı  tətbiq  edilir  və  ya  bu  aktlar  bir  orqanın  aktlarıdırsa  o  zaman 

axırıncı qəbul edilən akt tətbiq edilir. 

2.  darəetmə aktı vətəndaşların, qeyri-hökumət təşkilatların, aşağı təbəqəli orqanların 

və tabeçilikdə olan orqan və müəssisələrin hüquq və qanuni maraqlarını pozmamalıdır. 

3.  darəetmə aktının hüquqi cəhətdən əsaslandırılması tələb olunur. Bu o deməkdir ki, 

qəbul  edilmiş  akt  qanuna  və  ya  yuxarı  təbəqəli  orqanın  normativ  aktına  istinad  etməlidir, 

yəni  aktın  hüquqi  cəhətdən  əsaslandırılması  mütləqdir.  Akt  qanunda  və  yuxarı  orqanın 

aktında nəzərdə tutulan məqsədlərə uyğun olmalıdır, ona görə ki, qəbul edilən idarəetmə aktı 

məhz elə onların icrası üçün  də qəbul edilir.  qtisadi məsələlər həll edilərkən akt həmçinin 

də iqtisadi cəhətdən əsaslandırılmalıdır. 

4.  darəetmə  aktı  müəyyən  olunmuş  qaydada  qəbul  edilməlidir.  Məsələn,  kollegial 

orqan  tərəfindən  qəbul  edilən  aktlar,  bu  orqanların  iclasında  kvorum  olduqda  müzakirə 

olunmalıdır,  yəni  adi  və  ya  ixtisaslaşdırılmış  (üçdə  ikisindən  az  olmamaqla)  səs  çoxluğu 

olduqda qəbul edilir. 

Vahid  rəhbərlik  əsasında  idarə  olunan  orqanlarda  müzakirəsi  tələb  olunmayan 

məsələlər üzrə aktlar orqanların rəhbərləri tərəfindən bir tərəfli qaydada qəbul edilirlər, lakin 

onların da qəbul edilməsi zəruriyyətini yaradan bütün hallar dəqiq öyrənilməlidir. 

Lazım  olan  hallarda  onlar  mütəxəssislərlə  razılaşdırıldıqdan  sonra  və  ya  layihə 

məsləhətçi  (məşvərətçi)  orqanın  iclasında  müzakirə  edildikdən  sonra  qəbul  eidlməlidir 

(məsələn, nazirliklərin kollegiya iclaslarında və s.). 

5.  darəetmə  aktı  müəyyən  edilmiş  formada  dərc  edilməli  və  zəruri  hallarda 

imzalanmalıdır.  Aktın  forması  (strukturu,  ″dili″  və  ifadə  olunma  üsulu)  onun  məzmununa 

aktiv surətdə təsir göstərir. O, idarəetmə subyektini işin həllinə xüsusi diqqətlə yanaşmasına 

vadar edir. Belə ki, iş üzrə qəbul edilən qərarın əsaslandırılması tələbi, idarəetmə subyektini 

aktın  qəbul  edilməsinin  səbəblərini  əsaslı  surətdə  öyrənməyə  məcbur  edir.  Qəbul  edilmiş 

aktın qanuna istinad etməsi tələbi, idarəetmə subyektini ″aktın qanuniliyi″ nöqteyi-nəzərdən 

akta dəqiqliklə yanaşmağa vadar edir. Aktın imzalanması tələbi, idarəetmə subyektinin onun 

məzmununa görə məsuliyyətini, cavabdehliyini müəyyən edir. 

Deməli, aktın formasına riayət etmə məsələsi, texniki məsələ deyil, o idarəetmə işinin 

düzgün həll edilməsinin əhəmiyyətli amilidir. 


 

179 


 

6.  darəetmə  aktı  müəyyən  olunmuş  qaydada  qüvvəyə  minir.  darəetmə  aktları  bir 

qayda  olaraq,  dərc  olunduğu  andan  qüvvəyə  minir.  Bəzi  hallarda  idarəetmə  aktı  özündə 

qüvvəyə  minmə  müddəti göstərir. Bəzən aktlarda onların qüvvədə olma  müddəti göstərilir, 

onun başa çatması ilə onların təsiri dayandırılır və ya rəsmi surətdə uzadılır. 

7.  Bəzi  hallarda  idarəetmə  aktlarının  müəyyən  müddətlərdə  qəbul  edilməsi  müəyyən 

edilə  bilər.  Məsələn,  Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  36-cı 

maddəsində  göstərilmişdir  ki,  ″36.1.  nzibati  tənbeh  inzibati  xətanın  törədildiyi  gündən  ən 

geci  iki  ay  keçənədək  verilə  bilər…″  nzibati  tənbehin  tətbiq  edilməsi  də  müvafiq  qərarın 

qəbulu ilə həyata keçirilir. 

8.  Bəzi  idarəetmə  aktları,  yalnız  yuxarı  orqanın  xüsusi  icazəsi  olduqda  qəbul  edilə 

bilər. 


9.  Müəyyən  edilmiş  hallarda  ayrı-ayrı  idarəetmə  aktlarının  sonradan  yuxarı  təbəqəli 

orqan tərəfindən təsdiq edilməsi tələb olunur.  

10.  darəetmə aktları səlahiyyətlərin bölüşdürülməsi və operativ rəhbərliyin tələblərinə 

müvafiq olmalıdır. 

11. Xüsusi hallarda aktın təyinatından və məzmunundan asılı olaraq o, əlavə tələblərə 

müvafiq olmalıdır. 

12.  darəetmə  aktı  dəqiq,  ümumi  formada  başa  düşülən  dildə  ifadə  olunmalıdır.  O, 

icraçılar qarşısında duran vəzifələri müəyyən etməlidir. 

Dövlət  idarəetmə  sahəsində  idarəetmə  aktlarının  ″düzgünlüyü  prezumpsiyası″ 

mövcuddur.  Bu  o  deməkdir  ki,  idarəetmə  aktı  qanunla  müəyyən  edilmiş  tələblərə  riayət 

olunmaqla qəbul edilir və deməli, o ləğv edilənə qədər hamı üçün məcburidir. 

           Yuxarıda göstərilən tələblərin pozulduğu halda, idarəetmə aktları qeyri-qanuni sayıla 

bilər və pozuntunun xarakterindən asılı olaraq onlar əhəmiyyətsiz və mübahisəli sayıla bilər. 

darəetmənin  əhəmiyyətsiz  aktları  –  qanunsuz  aktlar  olub,  hüquqi  yararsızlığı  o 

dərəcədə  aydındır  ki,  onlar  icra  edilə  bilməzlər.  Onlar  hüquqi  nəticələr  yaratmır,  dövlət 

qulluqçuları  onları  icra  etmək  hüququna  malik  deyillər  və  bundan  başqa,  onların  icrasına 

görə məsuliyyət daşıyırlar. 

Ə

həmiyyətsiz akt – idarəetmə aktı kimi o, dərc edildiyi andan hüquqi qüvvəyə malik 



olmur. 

Aktlar aşağıdakı hallarda əhəmiyyətsiz hesab edilirlər: 

a) qanunun pozulmasına birbaşa göstəriş olduqda; 

b)  inzibati  xətalar  haqqında  işlərin  aidiyyatlılığı  ciddi  surətdə  pozulduqda  (bu  halda 

inzibati  özbaşınalıqdan  danışmaq  olar,  məsələn,  D O-nın  rəisi,  Azərbaycan  Respublikası 

XM-nin 310-cu maddəsi, ″Polis işçisi və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe 

olmama″ əlamətləri ilə inzibati xəta haqqında işə baxaraq, 35 gün müddətində inzibati həbs 

tətbiq etmişdir. Burada Azərbaycan Respublikasının  XM-nin 301, 310 və 360 maddələrinin 

tələblərinin pozulması aşkar görünür); 

c) aktın qəbul olunması üçün qanuni əsas olmadıqda (ərizə, təqdimat       və s.); 

ç) aktın qəbul olunma müddəti pozulduqda; 

d) aktda cinayətin törədilməsinə birbaşa göstəriş olduqda. 

Ə

həmiyyətsiz  aktlarla  yanaşı,  idarəetmənin  mübahisəli  aktları  da  ola  bilər.  Bu  elə 



aktlardır  ki,  onlar  mütləq  icra  edilməlidirlər,  lakin  qanunla  müəyyən  edilmiş  qaydada 

onlardan  şikayət  və  ya  protest  verilə  bilər.  Belə  aktın  müqəddəratı  haqqında  məsələ  onu 

qəbul edən orqan tərəfindən həll oluna bilər, əgər bu orqan göstərilən qanun pozuntularının 


 

180 


 

yol verilməsini qəbul edirsə və onları bilavasitə özü aradan götürürsə, bəzi hallarda bu aktın 

müqəddəratı haqqında məsələ yuxarı orqan və ya məhkəmə tərəfindən həll edilir. Belə aktın 

qiymətləndirilməsi  nəticəsində  onda  aşkar  olunan  səhvlər  aradan  qaldırıldıqdan  sonra  o, 

qanuni və ya etibarlı sayıla bilər. 

darəetmə aktlarına qoyulan tələblər pozulduqda hansı nəticələr yarana bilər? 

           darəetmənin  hüquqi  aktı  –  qanunvericiliyin  pozulması  ilə  qəbul  edildiyi  hallarda, 

aktın  özü  üçün  müəyyən  hüquqi  nəticələr  yaranır.  Belə  nəticələr  aşağıdakılar  ola  bilər: 

idarəetmənin hüquqi aktlarının təsirinin dayandırılması, dəyişdirilməsi və xitam olunmasıdır. 

Deməli,  idarəetmə  aktının  qəbul  edilməsi  zamanı  qanunçuluğun  pozul-ması  aktın 

dayandırılması (dəyişdirilməsi və ləğvi) kimi nəticələrin yaranması-na səbəb olur.  darəetmə 

aktının  dayandırılması  (dəyişdirilməsi  və  ləğvi)  üçün  əsas  kimi  aktdan  prokuror  tərəfindən 

protestin  verilməsi,  aktdan  şikayətin  verilməsi,  icranın  yoxlanmasının  nəticələri,  mətbuat 

məlumatları     və s. çıxış edə bilər. Bir sözlə, bu və ya digər hərəkətlər idarəetmə aktının 

qeyri-qanuni olması haqqında məntiqi nəticəyə gəlməyə imkan verir. 

darəetmə  aktının  bütövlükdə,  həm  də  onun  ayrı-ayrı  hissələrinin  (maddələrinin, 

bəndlərinin) təsirini dəyişmək, dayandırmaq və ləğv etmək olar. Dəyişikliklər etmək üçün bir 

qayda olaraq aktı qəbul etmiş orqan və ya vəzifəli şəxs tərəfindən yeni qərarın qəbul edilməsi 

tələb olunur. 

Aktın  təsirinin  dayandırılması  həm  xüsusi  qərarın  qəbul  edilməsi  yolu    ilə,  həm  də 

hüquqi avtomatizm″ əsasında mümkündür. Aktın müəllifi aktın təsirini qanuna uyğunluq və 



məqsədəuyğunluq  baxımından  dayandıra  bilər.  Aktın  təsiri,  həmçinin  də  müəyyən  ərazidə 

dayandırılması mümkündür. 

Aktın təsirinin qurtarması faktiki və hüquqi ola bilər. 

Ə

gər  qüvvədə  olma  müddəti  başa  çatdısa  və  hüquqi  nizamasalma  vacibliyi  aradan 



qaldırılıbsa yeni akt qəbul eidlmədən aktın təsir qüvvəsi faktiki olaraq qurtarır. 

Aktın təsir qüvvəsinin hüquqi cəhətdən qurtarması birbaşa və dolayı ola bilər. Birinci 

halda, akt birbaşa ləğv edilir, ikinci halda isə yenisi qəbul olunur, onun qüvvəyə minməsi ilə 

köhnə akt öz hüquqi qüvvəsini itirir. 

Ümumi  qaydaya  görə  idarəetmə  aktını  qəbul  edən  orqan  və  yuxarı  orqan  (vəzifəli 

şə

xs) ləğv edə bilər. Bundan başqa, bir çox aktları məhkəmələr də qanunsuz hesab edə bilər. 



Beləliklə,  səlahiyyətli  orqanların  (vəzifəli  şəxslərin)  məsuliyyətinin  artırılması 

məqsədi  ilə  ümumi  qayda  müəyyən  olunub  ki,  onların  aktlarını  yuxarı  orqanlar,  yalız 

qanunçuluq  nöqteyi-nəzərinə  görə  ləğv  edə  bilərlər.  Xüsusi  səlahiyyətli  orqanlara  gəldikdə 

isə,  onların  qərarlarını  yuxarı  orqanlar  nəinki  qanunçuluq  baxımından,  həm  də 

məqsədəuyğunluq baxımından ləğv etmək hüququna malikdirlər. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti tabeçilik qaydasında aidiyyatında olan 

orqanların aktlarını ləğv etmək hüququna, yerli icra hakimiyyətinin başçıları isə tabeliyində 

olan struktur bölmələrinin və orqanlarının aktlarını ləğv etmək hüququna malikdirlər. 

 

Daxili işlər orqanlarının aktları 



 

Daxili işlər orqanları onların üzərinə qoyulmuş funksiyaları həyata keçirərkən, hüquqi 

aktlar  qəbul  edirlər.  Bu  aktlar  inzibati  (idarəetmə)  fəaliyyətin,  həmçinin  də  təhqiqatın  və 

istintaqın  həyata  keçirilməsi  ilə  əlaqədar  qəbul  edilir.  Təhqiqat  və  istintaqın  həyata 

keçirilməsi  zamanı  daxili  işlər  orqanları  cinayət-prosessual  xarakterli  hüquqi  aktlar  qəbul 


 

181 


 

edirlər.  Onların  qəbul  edilməsi  qaydası  cinayət-prosessual  qanunvericiliyi  ilə  nizamlanır. 

D O  tərəfindən  qəbul  edilən  aktların  əksəriyyəti  dövlət  idarəetmə  aktlarına  aiddir.  Bu 

aktların  xüsusiyyəti  ondan  ibarətdir  ki,  onlar  daxili  işlər  sahəsində,  ictimai  qaydanın 

mühafizəsi  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi  sahəsində  yaranan  məsələlərin  həllinə 

və nizamlanmasına yönəlmişdir. 

Daxili  işlər  orqanları  normativ  və  fərdi  idarəetmə  aktları  qəbul  etməyə  də 

səlahiyyətlidirlər.  D O  tərəfindən  normativ  aktların  qəbul  edilməsi  daxili  işlər  sahəsində 

yaranan  ictimai  münasibətlərin  nizamlanmasının  vacibliyi  ilə  şərtləndirilir.  D O-nun 

səlahiyyətli rəhbərləri əmrlər, təlimatlar, əsasnamələr, nizamnamələr və digər normativ aktlar 

qəbul  edirlər.  D O-nun  normativ  yara-dıcılıq  səlahiyyətləri  eyni  deyil,  onun  həcmi  bu 

orqanın  D O-nın  ierarxiya  sis-temində  tutduğu  yerdən,  onun  funksiyasından  asılı  olaraq 

müəyyən  edilir.  Belə  ki,  mərkəzi  orqanlar  (Azərbaycan  Respublikası  D N,  Naxçıvan  MR 

D N)  yerli  daxili  işlər  orqanlarına  nisbətdə,  normativ  aktların  qəbul  edilməsində  daha  çox 

hüquqlara malikdirlər. Azərbaycan Respublikası Daxili  şlər Nazirli-yi  normativ akt qəbul 

edərkən, Daxili  şlər Nazirliyinin struktur bölmələrinin (baş idarələrin, idarə və bölmələrin) 

səlahiyyətlərini, ayrı-ayrı vəzifəli şəxslərin (D O növbətçilərinin, polis sahə inspektorlarının 

və s.) səlahiyyətlərini müəyyən edir. 

Azərbaycan  Respublikası  D N-in  normativ  aktları  ilə  ayrı-ayrı  iş  istiqamətləri  və 

məsələləri  üzrə  D O-nun işinin təşkili və fəaliyyəti  qaydası nizamlanır  (pasport  sisteminin, 

icazə  sisteminin  və  s.).  Naxçıvan  Muxtar  Respublikasının  Daxili  şlər  Nazirliyi  öz 

səlahiyyətləri  çərçivəsində  dövlət  hakimiyyəti  orqanlarının  aktlarını  və  Azərbaycan 

Respublikası Daxili  şlər Nazirliyinin aktlarını rəhbər tutaraq, normativ aktlar qəbul edir. 

Fərdi  idarəetmə  aktları  isə  D O  tərəfindən  daxili  işlər  sahəsində  yaranan  konkret 

hüquqi mübahisəli məsələlərin həlli ilə bağlı olaraq, qəbul edilir. 

stənilən  daxili  işlər  orqanı  bu  və  ya  digər  həcmdə  fərdi  idarəetmə  aktlarını  qəbul 

etmək hüququna malikdir. D O-nun fərdi aktları – nizamlayıcı və hüquqmühafizəedici aktlar 

qəbul  edirlər.  Hüquqi  norma  əsasında  qəbul  edilən  nizamlayıcı  aktlar  konkret  ictimai 

münasibətləri nizamlayır, hüquqi münasibəti iştirakçılarının subyektiv hüquq və vəzifələrini 

müəyyən edirlər. Məsələn, vətəndaşa odlu silah əldə etməyi icazə verən idarəetmə aktı, bu 

vətəndaşla  silah  satan  mağaza  arasında  yaranan  münasibətləri  nizama  salır.  D O  fərdi 

idarəetmə aktları qəbul etmək yolu ilə daxili işlər sahəsində, ictimai qaydanın mühafizəsi və 

ictimai  təhlükəsizliyin  təmin  olunması  sahəsində  ictimai  münasibətlərin  inkişafı  prosesinə 

aktiv surətdə təsir göstərirlər. 

D O-nun  hüquq-mühafizə  xarakterli  fərdi  aktları  hüquq  normaları  ilə  nizamlanan 

ictimai münasibətlərin mühafizəsinə yönəlib və onların toxunul-mazlığının təmin edilməsinə 

xidmət  edir.  Bu  aktlar  vasitəsilə  vətəndaşların,  or-qan,müəssisə  və  təşkilatların  hüquq  və 

qanuni  maraqları  mühafizə  olunur. 

da-rəetmənin  hüquq  mühafizəetmə  aktları 

hüquqpozmanın  dayandırılması  haq-qında  tələb  (göstəriş)  kimi,  hüquqpozmanın  qarşısının 

alınması,  inzibati  məs-uliyyətə  cəlb  edilməsi,  inzibati  tənbehin  tətbiq  edilməsi  kimi  qəbul 

edilə bilər. 

D O-nun  idarəetmə  aktları  yazılı,  şifahi  və  konklyudent  formada  ola  bilər.  Onlar 

müddətli və müddətsiz, mərkəzi və yerli daxili işlər orqanlarının aktı kimi ola bilərlər. 

D O-nun  bütün  aktları,  dövlət  idarəetmə  aktlarına  qoyulan  tələblərə  müvafiq 

olmalıdırlar. 

 


 

182 


 

Ə T   C Ə 

 

Nəticə  etibarı  ilə  qeyd  etmək  istərdim  ki,  idarəetmənin  hüquqi  aktı  –  bu,  dövlət 



idarəetmə  fəaliyyətinin  vəzifə  və  funksiyalarını  həyata  keçirmək  məqsədilə  inzibati-hüquq 

münasibətlərinin  yaranmasına,  dəyişməsinə  və  xitam  olunmasına  və  ya  inzibati  hüquq 

normalarının  müəyyən  olunmasına  yönəlmiş,  icra  hakimiyyətinin  səlahiyyətli  subyektinin 

qanuna Əsaslanan, bir tərəfli hüquqi hakimiyyətli iradəsini ifadə edən rəsmi sənəddir. 

darəetmə  aktlarının  təsnifatı  hüquqi  nizamasalma  mexanizmindəki  təyinatına  görə, 

hüquqi  xüsusiyyətlərinə  görə,  ifadə  formasına,  qüvvədə  olma  müddətinə,  onları  dərc  edən 

orqanlara,  qüvvədə  olma  ərazisinə  və  səlahiyyətlərinin  xarakterinə  görə  müxtəlif  növlərə 

bölünürlər. 

Bundan əlavə, idarəetmə aktlarının effektivliyi şərtləri: onların məqsədəuyğunluğunu, 

qanuniliyi və mədəniliyidir. 

darəetmə  aktlarına  qoyulan  tələblərin  və  onlara  riayət  olunması  böyük  əhəmiyyət 

kəsb edir, ona görə ki, əks halda bu növ aktlar heç bir hüquqi qüvvəyə malik olmurlar. 

Qeyd  etmək  istərdim  ki,  bu  mövzu  hüquqşünasların  fəaliyyətində  həm  nəzəri,  hə  də 

təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edir. Çünki gündəlik fəaliyyətlərində onlar bilavasitə 

vəzifə və funksiyalarını qanunlara və qanun qüvvəli aktlara əsaslandıraraq, həyata keçirirlər. 

Bundan  əlavə, qanun  və qanunqüvvəli  aktlardan  başqa, onlar digər  xidməti  sənədlərdən  də 

geniş  istifadə  edirlər.  Buna  görə  də,  bunları  bir-birindən  fərləndirməyin  böyük  əhəmiyyəti 

vardır. 


 

Mövzu  11: ″″″″ nzibati məsuliyyət və inzibati xəta″″″″ 

 

P L A N : 

 

G R Ş 


1.

  nzibati məsuliyyətin anlayışı və əsas xüsusiyyətləri. 

2.

  nzibati xətanın anlayışı və onun əlamətləri. 



3.

  nzibati məsuliyyətdən azad etmə. 

NƏT CƏ 

Ə

 D Ə B   Y Y A T: 



1.

  Azərbaycan Respublikasının Konstitusiyası.  

2.

  Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsi.  



3.

  Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. 

4.

  Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. 



5.

  ″ nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər 

haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 22 fevral 1998-ci il. 

6.

  ″Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və  hüquq  qaydasının 



möhkəmləndirilməsi  tədbirləri  haqqında″  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanı, 09 avqust 1994-cü il. 

7.

  ″Azərbaycan 



Respublikasının 

Cinayət 


Məcəlləsinin 

Kommentariyası″. 

F.Y.Səməndərovun redaksiyası ilə. Bakı, ″Digesta″, 2001. 

8.

  A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 



9.

  E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 



 

183 


 

10.


 V. Abışov, A.  smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ II hissə. Dərs vəsaiti. Bakı, 

2006.      

11.

 E.Abdullayev. ″Vətəndaşların inzibati məsuliyyəti″. Dərs vəsaiti. B.,1992. 



12.

 ″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti.   AR D N-in Polis Akademiyası. Bakı, 2002.  

13.

 E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000. 



14.

  D.N.Baxrax.  ″Administrativnoe pravo Rossii″. Dərslik.   M., 2000. 

15.

 V.R.Kisin.  ″Administrativnoe  pravonaruşenie:  ponətie,  sostav,  kvalifikaüiə″.  Dərs 



vəsaiti.  Moskva, 1991. 

16.


 A.M.Staxov. "Administrativnaə otvetstvennostğ”. Dərs vəsaiti.  Moskva, 2004 

  

 



 

 

 



G   R   Ş  

 

Hüquq  məsuliyyəti  şəxsiyyətin,  cəmiyyətin  və  dövlətin  mənafelərinin  müdafiəsinin 



mühüm  vasitələrindən  biridir.  O  hüquq  normalarının  tələbləri  pozulduqda,  hüququn 

tələblərini pozana qarşı dövlət məcburiyyəti tədbirlərinin tətbiqində ifadə olunur. 

Hüquq  məsuliyyətinin  əsas  əlaməti  onun dövlət tərəfindən  müəyyən  olunmasında  və 

səlahiyyətli  orqanlar  tərəfindən  tətbiq  edilməsindədir.    Törədilmiş  hüquq  pozuntusunun 

xarakterindən  asılı  olaraq  hüquq  məsuliyyəti  intizam,  inzibati,  maddi,  mülki  və  cinayət 

məsuliyyət  növlərinə  ayrılırlar.  Hüquq  məsuliyyətinin  hər  bir  növü  özünəməxsus  dövlət 

məcburiyyət tədbirlərinə və onların tətbiqinin xüsusi qaydasına malikdir. 

Bu mühazirənin mahiyyəti ondan ibarətdir ki, onun vasitəsi ilə hüquq məsuliyyətinin 

növlərindən  biri  olan  inzibati  məsuliyyət,  onun  əsas  əlamətləri  və  tətbiq  edilməsi  qaydası 

haqqında nəzəri biliklər açıqlanacaq.  nzibati məsuliyyət hüquq məsuliyyətinin növlərindən 

biri olduğu üçün o, həm də hüquq məsuliyyətinə  xas olan əlamətlərə də malikdir.  

Hüquq məsuliyyəti hüquqpozma törətmiş şəxsə qarşı hüquq normaları sanksiyalarının, 

onlarda  əks  olunmuş  müəyyən  məsuliyyət  tədbirlərinin  tətbiqindən  ibarətdir.    Müasir 

cəmiyyətdə  hüquq  məsuliyyəti  ictimai  qaydanın  qorunmasına  və  ictimai  təhlükəsizliyin 

təmin  edilməsinə,  vətəndaşların  qanuna  hörmət,  hüquqauyğun  davranışın  zəruriliyi  və 

faydalılığının dərk edilməsi ruhunda tərbiyə olunmasına yönəlmişdir.  

Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  22-ci  və  23-cü  maddələri 

ilə inzibati məsuliyyətin tətbiq edilməsinin məqsədləri və onun tətbiqini ifadə edən inzibati 

tənbehlərin növləri müəyyən edilmişdir. Digər tərəfdən isə inzibati xətalar qanunvericiliyi ilə 

inzibati məsuliyyəti tətbiq etməyə səlahiyyəti olan səlahiyyətli orqanların (vəzifəli şəxslərin) 

dairəsi və onun tətbiq edilməsi qaydası müəyyən edilmişdir. 

nzibati məsuliyyətin əsasını inzibati xəta təşkil etdiyi üçün bu günkü mühazirəmizin 

mövzusunun  vasitəsi  ilə  inzibati  xəta,  onun  tərkibi  və  əsas  əlamətləri  barədə  də  nəzəri 

biliklər əldə etmiş olacağıq. 

Mühazirəmizin  mövzusu  vasitəsi  ilə  əldə  edəcəyiniz  biliklərin  sizin  gələcək 

fəaliyyətinizdə  həm  nəzəri,  həm  də  təcrübi  əhəmiyyət  kəsb  edəcək.  Çünki  bu  biliklərə 

yiyələnməklə  siz,  gələcəkdə  öz  xidməti  vəzifələrinizi  yerinə  yetirərkən  XM-nin  4-cü 


 

184 


 

maddəsində müəyyən edilmiş inzibati xətalar qanunvericiliyinin prinsiplərinə riayət etmiş və 

XM-nin 21-ci maddəsinin tələblərini yerinə yetirmiş olarsınız. 

Sual 1.  

nzibati məsuliyyətin anlayışı və əsas xüsusiyyətləri 

 

            nzibati məsuliyyət hüquqi məsuliyyətin növlərindən biri olaraq səlahiyyətli orqan və 



ya  vəzifəli  şəxslər  tərəfindən  inzibati  xəta  törətmiş  şəxsə  qarşı  inzibati  tənbehin  tətbiq 

olunması ilə ifadə olunur. 

  nzibati məsuliyyət  hüquqi məsuliyyətin növlərindən biri olaraq sonuncuya xas olan 

bütün əlamətlərə malikdir: 

 

- dövlət hakimiyyətinin həyata keçirilməsini və hüquq qaydalarının qorunmasını təmin 



edən vasitədir; 

 

-  hüquq normalarının sanksiyalarının  tətbiqindən ibarətdir; 



 

-  hüquqa  zidd olan təqsirli əməlin nəticəsidir; 

 

-  hüquqpozan  şəxsin  və  onun  törətdiyi  əməlin  ictimaiyyət  tərəfindən  pislənməsi  ilə 



müşayiət edilməsidir; 

 

-  hüquq  pozan  şəxs  üçün  mənfi  nəticə  yaradan  mənəvi  və  maddi  xarakterli 



məcburetmə tədbirləri ilə bağlıdır; 

 

- müvafiq prosessual formalarda həyata keçirilir. 



          Bununla  yanaşı  inzibati  məsuliyyətin  özünə  məxsus  xüsusiyyətləri də  mövcuddur ki, 

bu  da  inzibati  məsuliyyəti  digər  məsuliyyət  növlərindən  fərqləndirməyə  kifayət  qədər  əsas 

verir. Bunlar aşağıdakılardır: 

          1.  nzibati  məsuliyyət  Azərbaycan  Respublikasının  XM-nin  1-ci  maddəsinə  əsasən 

Azərbaycan  Respublikasının  nzibati  Xətalar  qanunvericiliyi  ilə  müəyyən  edilir.  Deməli  o 

özünün normativ hüquqi əsasına malikdir. 

nzibati  məsuliyyətin  normativ-hüquqi  əsası  dedikdə,  inzibati  tənbehlərin  tətbiqini 

nizamasalan hüquq normalarının sistemi başa düşülür. 

Məzmununa görə onları: 

-

  maddi-hüquqi; 



-

  inzibati-prosessual; 

-

  təşkilati normalara bölmək olar. 



Onlar aşağıdakılardır: 

a)  inzibati  məsuliyyətin  ümumi  məsələlərini  nizamlayan  normalar  (inzibati  xətalar 

qanunvericiliyinin  sistemini,  inzibati  məsuliyyətin  əsaslarını  və  subyektlərini,    inzibati 

tənbehlərin sistemini və s. müəyyən edən normalar ); 

b) inzibati xətaların tərkibini müəyyən edən normalar; 

v) inzibati xətalar haqqında işlərin icraatını müəyyən edən normalar; 

q)  müvafiq  icra  hakimiyyəti  orqanlarının,  yetknlik  yaşına  çatmayanların  işləri  və 

hüquqlarının müdafiəsi üzrə komissiyaların və inzibati yurisdiksiyanın digər subyektlərinin 

yaranma qaydasını, onların hüquqi vəziyyətini müəyyən edən normalar. 

nzibati  məsuliyyətlə  əlaqədar  olan  normalar  inzibati  hüququn  müstəqil  institutunu 

təşkil edir. Bundan fərqli olaraq, cinayət məsuliyyəti yalnız qanunla müəyyən edilir, intizam 

məsuliyyəti əmək qanunvericiliyi ilə, həmçinin də ayrı-ayrı kateqoriya fəhlə və qulluqçuların 

vəziyyətini müəyyən edən müxtəlif qanun və qanunqüvvəli aktlarla, maddi məsuliyyət əmək 


 

185 


 

qanunvericiliyi, mülki qanunvericiliklə və ayrı-ayrı hallarda isə inzibati hüquq normaları ilə 

müəyyən edilir. 

            2.  nzibati  məsuliyyətin  əsasını  inzibati  xəta  təşkil  edir.  Cinayət  məsuliyyətində 

cinayətin,  intizam  məsuliyyətinin  yaranmasında  intizam  xətasının,  maddi  məsuliyyətdə  isə 

maddi ziyanın vurulması və ya mülki-hüquqi deliktin (hüquqpozmanın) olması vacibdir. 

            3.  nzibati  məsuliyyətin  subyektləri  fiziki  və  hüquqi  şəxslər  ola  bilər.  Cinayət    və 

intizam məsuliyyətinin subyekti fiziki şəxslərdir. Orqan və təşkilatların intizam məsuliyyəti 

haqqında  məsələ  isə  hələ  də  müzakirəlidir.  Lakin  onun  qaldırılması  əsaslıdır,  çünki  icra 

hakimiyyəti orqanlarının istefası, ictimai birliklərin qanunsuz fəaliyyətlərinin dayandırılması 

və s. nəzərdə tutulur.  nzibati məsuliyyətin subyekti kimi fiziki şəxslər qismində vətəndaşlar, 

vəzifəli şəxslər, yetkinlik yaşına çatmayanlar və s. şəxslər ola bilərlər. 

           4.  nzibati  xətaya  görə inzibati tənbehlərin  tətbiqi   nəzərdə tutulmuşdur.  Cinayətlərə 

görə  cinayət  cəzaları,  intizam    xətalarına  görə  intizam  tənbehləri  tətbiq  edilir,  maddi 

məsuliyyət isə əmlak sanksiyalarının tətbiqi ilə ifadə olunurlar. 

            5.  nzibati tənbehlər müxtəlif orqan və vəzifəli şəxslər tərəfindən tətbiq edilirlər.  Bu 

orqan  və  vəzifəli  şəxslər  Azərbaycan  Respublikasının    XM-nin  357-ci  maddəsinə  əsasən 

aşaqıdakılardı: 

 

- rayon (şəhər) məhkəmələri; 



-

  yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar; 

-

  seçki komissiyaları; 



-

  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları; 

-

  Azərbaycan Respublikasının Milli Bankı. 



Hüquq  məsuliyyətinin  digər  növlərinin  tətbiqi  isə  qanunvericiliklə  aşaqıdakı  kimi 

müəyyən  edilib.  Məsələn:  cinayət  cəzaları  yalnız  məhkəmə  tərəfindən,  intizam  tənbehləri 

intizam  hakimiyyətinə  malik  olan  orqan  və  vəzifəli  şəxslərin  səlahiyyətləri  çərçivəsində, 

maddi məsuliyyət tədbirləri məhkəmələr tərəfindən tətbiq edilir. 

          6.  nzibati tənbehlər orqan və vəzifəli şəxslərə tabe olmayan və inzibati xəta törədən 

şə

xslərə  qarşı  tətbiq  edilir.  Bu  əlamətə  görə  inzibati  məsuliyyət  intizam  məsuliyyətindən 



fərqlənir.  Burada  işçilərə  qarşı  tətbiq  edilən  tədbirlər  hakimiyyət  –  tabeçilik  qaydasında 

yuxarı orqan (vəzifəli şəxs) tərəfindən tətbiq edilir. 

          7.  nzibati  tənbehin  tətbiq  edilməsi  məhkumluğa  və  işdən  çıxarılmağa  səbəb  olmur. 

nzibati  xətalar  qanunvericiliyinə    əsasən  barəsində  inzibati  tənbeh  tətbiq  olunmuş  şəxs 

tənbehin icrasının qurtardığı gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişsə, o, 

inzibati məsuliyyətə cəlb edilməmiş sayılır. 

          8.  nzibati  tənbehlər  Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyinə 

müvafiq  olaraq  tətbiq  edilir.  Cinayət  işlərinə  cinayət-prosessual  qanunvericiliyi  əsasında, 

maddi məsuliyyət haqqında işlərə mülki mühakimə icraatı qaydasında baxılır. 

          9.      nzibati  tənbehlərin  tətbiq  edilməsi  haqqında  çıxarılmış  qərardan  Azərbaycan 

Respublikasının    XM-nin  430-cu  maddəsinə  əsasən  inzibati  və  ya  məhkəmə  qaydasında 

ş

ikayət, o çümlədən protest verilə bilər.  



          Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyinin  prinsipləri  inzibati 

məsuliyyətin  müəyyən  edilməsi  zamanı  rəhbər  tutulur.  Bu  prinsiplər  Azərbaycan 

Respublikası  XM-nin 4-cü maddəsində göstərilmişdir. 

Bunlar aşağıdakılardır: 



 

186 


 

-

  insan  və  vətəndaş  hüquqlarına  və  azadlıqlarına  hörmət  edilməsi  prinsipi 



(Azərbaycan Respublikası  XM-nin 5-ci maddəsi); 

-

  qanunçuluq prinsipi (Azərbaycan Respublikası  XM-nin 6-cı maddəsi); 



-

  qanun  qarşısında  bərabərlik  prinsipi  (Azərbaycan  Respublikası  XM-nin  7-ci 

maddəsi); 

-

  təqsirsizlik  prezumpsiyası  prinsipi  (Azərbaycan  Respublikası  XM-nin  8-ci 



maddəsi); 

-

  ədalətlilik prinsipi (Azərbaycan Respublikası  XM-nin 9-cu maddəsi); 



-

  inzibati  xətaların qarşısının  alınması prinsipi  (Azərbaycan  Respublikası  XM-nin 

10-cu maddəsi). 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin