Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

Daxili işlər orqanlarının fəaliyyətində inzibati məcburetmə 

 

Daxili  işlər  orqanlarının  fəaliyyətində,  xüsusən  də  ictimai  qaydanın  mühafizəsi 



prosesində  inzibati  məcburetmə  tədbirləri  geniş  tətbiq  olunur.  Məcburetmə  tədbirlərinin 

tətbiqi  daxili  işlər  orqanları  əməkdaşlarının  səlahiyyətlərinin  dövlət  hakimiyyət  xarakterli 

olmasını  əks  etdirir.  Daxili  işlər  orqanlarının  və  onların  əməkdaşlarının  məcburetmə 


 

149 


 

tədbirlərini  tətbiq  etmək  üzrə  səlahiyyətləri  qanunlarla  və  digər  normativ-hüquqi  aktlarla 

müəyyən edilir. 

nzibati məcburetmə tədbirləri ictimai münasibətləri hüquqazidd qəsdlərdən qorumaq 

və hüquq qaydalarını  kobudcasına pozan şəxsləri hüquq normalarına riayət etməyə məcbur 

etmək və onları məcburi olaraq hüquq qaydasına tabe etmək hüququna malikdirlər. 

  ctimai  qaydanın  mühafizəsi  polis  əməkdaşlarının  hüquqpozmaya  müstəqil  və 

operativ  reaksiya  vermək  və  icazə  verilən  tədbirləri  operativ  istifadə  etmək  tələbini  irəli 

sürür.  ctimai  qaydanın  pozulması  müəyyən  edildikdə  və  ya  öz  qanuni  tələblərinə  qarşı 

müqavimətə  rast  gəldikdə  polis  əməkdaşları  müstəqil  surətdə  və  gecikmədən  hüquqazidd 

hərəkətləri  dayandırmaq  və  qarşısını  almaq,  inzibati  xəta  törətmiş  şəxslərə  qarşı  inzibati 

məcburetmə tədbirlərini tətbiq etmək hüququna malikdirlər. 

             ctimai qaydanın mühafizəsinin xüsusiyyətlərini nəzərə alaraq, daxili işlər orqanların 

ə

məkdaşlarına  inzibati  məcburetmə  tədbirlərini  operativ  tətbiq  etmə  üzrə  səlahiyyətlər 



verilir. Qanunçuluğa riayət olunması, hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların 

hüquq  və  azadlıqlarının  müdafiə  edilməsi  məqsədi  ilə  qanun  və  qanunqüvvəli  aktlarda 

konkret inzibati məcburetmə tədbirlərinin tətbiq edilməsinin əsasları və qaydaları müəyyən 

edilib. 


nzibati  məcburetmə  tədbirlərinin  məzmunu  şəxsə  hər  hansı  mənəvi,  maddi  və  ya 

fiziki  ziyanın  vurulmasından,  onun  şəxsi  və  əmlak  hüquqlarının  mədudlaşdırılmasından 

ibarətdir. Məcburetmənin bu xüsusiyyəti bir sıra məqsədlərə nail olmaq üçün istifadə edilir. 

Hər  şeydən  əvvəl,  D O-nun  əməkdaşları  ola  biləcək  hüquqpozmaların  və  cəmiyyət  üçün 

təhlükəli  nəticələrinin  yaranmasını  xəbərdar  etmək  üçün  vətəndaşlara  qarşı  inzibati 

məcburetməni tətbiq edirlər. Belə ki, hüquqpozmanı həmişə xəbərdar etmək mümkün olmasa 

da  polis  əməkdaşları  baş  vermiş  hüquqazidd  hərəkətlərin  qarşısını  almaq  üçün  inzibati 

məcburetmə tədbirlərini tətbiq edirlər. 

           Polis  əməkdaşları  ictimai  qaylanı  qoruyarkən  aşağıdakı  inzibati  məcburetmə 

tədbirlərindən istifadə edirlər: 

-

  sənədlərin yoxlanması; 



-

  vətəndaşların yaşayış yerlərinə daxil olmaq; 

-

  nəqliyyatın və piyadaların hərəkətinin dayandırılması və məhdudlaşdırılması; 



-

  nəqliyyat vasitələrindən xidməti məqsədlər üçün istifadə etmək; 

-

  yoxlama. 



Polis  əməkdaşları  tərəfindən  tətbiq  edilən  inzibati  qarşısınıalma  tədbirləri  qrupunda 

adi və xüsusi tədbirləri ayırmaq olar. 

a) adi tədbirlərə aiddir: 

-

  vətəndaşların inzibati qaydada tutulması; 



-

  texniki  vəziyyəti  hərəkət  təhlükəsizliyinə  təhlükə  yaradan  və  ətraf  mühitə  ziyan 

vuran avtonəqliyyatın istismarının qadağan edilməsi; 

-

  icazə vermə sistemi obyektlərinin işini dayandırmaq; 



-

  daxili işlər orqanlarına gətirmə və s. 

b)  xüsusi  tədbirlərə  aiddir:  silahın,  fiziki  qüvvənin,  əl  qandallarının  tətbiq  edilməsi. 

Onlar qanunvericiliklə xüsusi ilə nəzərdə tutulmuş hallarda və xüsusilə təhlükəli hərəkətlərin 

qarşısını almaq üçün tətbiq edilir. 

Hüquqpozanları  məsuliyyətə  cəlb  edərkən,  polis  əməkdaşları  inzibati-prosessual 

təminetmə  tədbirlərini  tətbiq  edirlər.  Məsələn:  gətirilmə,  inzibati  qaydada  tutma,  fiziki 


 

150 


 

şə

xsdə  olan  şeyləri  yoxlama,  nəqliyyat  vasitəsinə  baxış,  şeyləri  və  sənədləri  götürmə, 



nəqliyyat  vasitəsini  idarə  olunmasından  kənar  etmə,  sərxoşluq  vəziyyətini  müayinə  etmə, 

nəqliyyat vasitələrini saxlama və onların istismarını qadağan etmə. 

nzibati  tənbeh  kimi  daxili  işlər  orqanları  xəbərdarlıq,  nəqliyyat  vasitələrinin  idarə 

edilməsi  hüququnun  məhdudlaşdırılması,  inzibati  cərimələri  və  əcnəbiləri  və  vətəndaşlığı 

olmayan  şəxsləri  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada 

çıxartma tətbiq edə bilərlər. 

Bununla  belə,  daxili  işlər  orqanları  digər  dövlət  orqanları  tərəfindən  tətbiq  edilən 

inzibati tənbehlərin tətbiq edlməsi haqqında qərarları icra edirlər (məsələn: inzibati həbs və 

s.). 

kinci suala yekun olaraq bir daha qeyd etmək istərdim ki: 



1.  nzibati  məcburetmə  dövlət  məcburetməsinin  xüsusi  növü  olaraq,  funksional 

hakimiyyətin  subyektləri  tərəfindən  inzibati  xətalarla  əlaqədar,  inzibati  hüquq  normaları 

ə

sasında tətbiq olunan məcburetmə tədbirlərinin tətbiqindən ibarətdir. 



2.  nzibati  məcburetmə  tədbirləri  çoxsaylı  və  müxtəlifdir.  Onlar  tətbiq  edilməsinin 

məqsədlərinə, əsaslarına və qaydasına görə fərqlənirlər. Bu da onların təsnifləşdirilməsi üçün 

ə

sas yaradır. 



3.  nzibati məcburetmə tədbirləri aşağıdakı növlərə bölünürlər: 

-

  inzibati xəbərdaretmə tədbirləri; 



-

  inzibati qarşısınıalma tədbirləri; 

-

  inzibati-prosessual təminetmə tədbirləri; 



-

  inzibati tənbehlər; 

-

  inzibati bərpaetmə tədbirləri. 



4. Polis əməkdaşları tərəfindən tətbiq edilən inzibati qarşısınıalma tədbirləri qrupunda 

adi və xüsusi tədbirləri ayırmaq olar. 

a) adi tədbirlərə aiddir: 

-

  vətəndaşların inzibati qaydada tutulması; 



-

  texniki  vəziyyəti  hərəkət  təhlükəsizliyinə  təhlükə  yaradan  və  ətraf  mühitə  ziyan 

vuran avtonəqliyyatın istismarının qadağan edilməsi; 

-

  icazə vermə sistemi obyektlərinin işini dayandırmaq; 



-

  daxili işlər orqanlarına gətirmə və s. 

b)  xüsusi  tədbirlərə  aiddir:  silahın,  fiziki  qüvvənin,  əl  qandallarının  tətbiq  edilməsi. 

Onlar qanunvericiliklə xüsusi ilə nəzərdə tutulmuş hallarda və xüsusilə təhlükəli hərəkətlərin 

qarşısını almaq üçün tətbiq edilir. 

 

 



Sual 3.  

Xüsusi inzibati-hüquqi rejimlərin anlayışı, mahiyyəti və növləri 

 

Həyatda  icra  hakimiyyəti  orqanların  fəaliyyəti  sahəsində  yaranan  və  inzibati-hüquqi 



normalar  ilə  nizamasalınan  ictimai  münasibətlərin  dəyişməsi  hallarından  qaçmaq  olmaz. 

Belə dəyişikliklər icra hakimiyyəti orqanları üçün gözlənilən və gözlənilməz, az əhəmiyyətli 

və əhəmiyyətli, mənfi və müsbət ola bilərlər. 


 

151 


 

Ə

gər  baş  verən  dəyişikliklər  cəmiyyət  üçün  müsbət  və  əhəmiyyətli  xarakter 



daşıyırlarsa,  onda  icra  hakimiyyəti  orqanların  bu  şəraitdə  fəaliyyəti  belə  dəyişikliklərin 

dəstəklənməsinə və inkişafına yönəlməlidir. 

Və əksinə, baş verən (vermiş) dəyişikliklər cəmiyyət üçün mənfi və qeyri-adi xarakter 

daşıyırlarsa,  onda  icra  hakimiyyəti  orqanların  fəaliyyəti  bu  cür  dəyişikliklərin  qarşısının 

alınmasına yönəlməlidir və yaranmış vəziyyətin tezliklə normallaşdırılması vəzifəsi yaranır. 

Ə

gər bu dəyişikliklər nəzarət edilməz xarakter alırlarsa və adi tədbirlərlə onların qarşısının 



alınması  mümkün  deyilsə,  belə  hallarda  icra  hakimiyyəti  orqanları  tərəfindən  adi  dövlət 

idarəetmə təsir tədbirlərindən əsaslı surətdə fərqlənən xüsusi dövlət idarəetmə tədbirlərindən 

istifadə edirlər. 

           Cəmiyyətin  inkişafı  özü-özlüyündə  mürəkkəb  və  ziddiyyətli  prosesdir.  Bizim 

cəmiyyətin  həyat  fəaliyyətinin  müəyyən  mərhələlərində  təbiət  və  cəmiyyət  arasındakı 

ziddiyyətlərin artması və kəskinləşməsi baş verir. Öz növbəsində bu da etnik və sosial, siyasi 

və hərbi toqquşmaların, ekoloji fəlakətlərin, iri miqyaslı sənaye qəzaların və s. yaranmasına 

gətirir.  Fövqəladə  vəziyyət  insanların  həyat  və  sağlamlığı  üçün  təhlükə  yaradır,  külli 

miqdarda maddi və mənəvi dəyərlərin məhv edilməsi üçün şərait yaradır. 

          Fövqəladə  vəziyyət  dedikdə  şəxsiyyətin,  cəmiyyətin  və  dövlətin  əsas  həyati 

maraqlarına, təhlükəsizliyinə təhlükə yaradan və özünün nizama salınması üçün adi şəraitdə 

tətbiq edilənlərdən fərqli olaraq, başqa normativ təsiri, başqa idarəetmə sistemini tələb edən, 

cəmiyyət üçün təhlükəli  olan amillərin məcmusudur. 

Yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması durmadan müxtəlif tədbirlərin, ən 

ə

vvəl isə hüquqi, təşkilati, iqtisadi, maddi texniki tədbirlərin görülməsini tələb edir. 



Bu  tədbirlərin  məcmusu  xüsusi  inzibati-hüquqi  rejimlərin  anlayışını  aşağıdakı  kimi 

xarakterizə edirlər. 

          Beləliklə,  xüsusi  inzibati-hüquqi  rejim  dedikdə,  dövlət  idarəetməsinin  müvafiq 

sahələrində  mənfi  halların  (hadisələrin)  aradan  qaldırılmasına  yönəlmiş  və  inzibati-hüquqi 

normaların əsasında icra hakimiyyəti orqanların xüsusi qaydada fəaliyyət göstərmələri başa 

düşülür. 

Xüsusi inzibati-hüquqi  rejimlərin tətbiq  edilməsinin  zəruriliyi –  məcburi tədbirdir və 

icra hakimiyyəti orqanlarının fəaliyyətinin xüsusi hallarına aid edilir. 

Hüquq normaların yenidən qurulmasına səbəb olan hüquqi rejimləri fövqəladə rejimlər 

adlandırmaq olar. Onlar inzibati-hüquqi rejimin əsasında fərdi nizamlama qurğunu qurarkən 

inzibati  hüquqda  qadağanlara  və  hakimiyyət-məcburetmə  tədbirlərinə  aid  olan  nə  varsa 

hamısını ″sıxıb çıxarır″. Şəraitin stabilləşməsi üçün göstərişlərə sözsüz əməl edilməsi, bütün 

subyektlərin maksimal dərəcədə bir-birinə tabe olunması tələb edilir. 

Fövqəladə rejimlər – fövqəladə vəziyyət yaranan ərazidə əhalinin həyatı, sahibkarlığın 

və  hakimiyyət  orqanlarının  fəaliyyətinin  həyata  keçirilməsinin  xüsusi  hüquqi  rejimləridir. 

Onların  əsas  məzmunu  ərazidə  fəaliyyət  göstərən  subyektlərin  hüquqi  statusunu 

dəyişdirməkdən, vəziyyətin nizama salınması üçün müxtəlif tədbirlərin tətbiq edilməsindən 

ibarətdir. 

         Bu  və  ya  digər  fövqəladə  rejimin  seçilməsi  yaranmış  vəziyyətin  gərginliyindən  və 

kəskinliyindən asılıdır. Bu zaman aşağıdakı amilləri nəzərə almaq lazımdır: 

-

  təhlükəsizliyə doğru yönəlmiş təhlükənin gərginlik dərəcəsi; 



-

  fövqəladə proseslərin vaxt amili; 

-

  əhatə miqyası; 



 

152 


 

-

  ictimai həyatın müxtəlif sahələrinə təhlükənin göstərdiyi təsir; 



-

  nəticələrin müxtəlifliyi, onların zəncirvari xüsusiyyəti. 

Səlahiyyətli  orqan  fövqəladə  vəziyyəti  qiymətləndirərkən  vəziyyətin  stabilliyini, 

təhlükənin aradan qaldırılmasını və  normal  həyat  fəaliyyətinin  bərpa  olunmasını  təmin  edə 

bilən hüquqi alətlər seçməlidir. 

nzibati-hüquqi rejim – hüquqi təsir etmənin imperativ metodu vasitəsilə ifadə olunan 

inzibati-hüquqi  nizamlama  vasitələrinin  məcmusudur.  Bu  zaman  hüquq  münasibətlərinin 

subyektləri  müxtəlif  hüquqi  statusa  malikdirlər.  Hüquqi  təsir  isə  ″hakimiyyət  –  tabeçilik″ 

ə

sasında həyata keçirilir. Bu  zaman hüquqi göstərişlər hakimiyyət səlahiyyətinə malik olan 



subyekt tərəfindən verilir və bununla da subordinasiya və tabeçilik münasibətləri yaranır. 

Müxtəlif  inzibati-hüquqi  rejimlərin  fəaliyyətinə  gəldikdə  isə,  onlar  bir-birindən 

fərqlənə  bilər.  Bu  isə  müxtəlif  sayda  qadağanların,  öhdəliklərin  və  ya  imtiyaz  və  icazələr 

sisteminin  mövcudluğunda  ifadə  olunur.  Onlar  vətəndaşların  və  təşkilatların  subyektiv 

hüquqlarının  realizəsi  imkanlarının  istifadə  olunması  azadlığın  həcmi  ilə,  vətəndaşların  və 

təşkilatların  konstitusion  statusundakı  dəyişikliklərin  dərinliyi  ilə,  dövlət  idarəetmə 

orqanların funksional vəzifələrin sayı ilə, tətbiqinin vaxtı, ərazisi və sair ilə fərqlənirlər. 

             nzibati-hüquqi  rejim  –  vətəndaşların  və  hüquqi  şəxslərin  qanunvericilik  qaydasında 

müəyyən edilmiş fəaliyyətləri, hərəkət və ya davranışları qaydalarının məcmusu, həmçinin də 

müəyyən şəraitdə (vəziyyətdə) onlar tərəfindən öz hüquqlarının həyata keçirilməsi qaydası və 

dövlətin  müdafiəsi  və  suverenliyinin,  təhlükəsizlik  maraqlarının  və  ictimai  qaydanın 

qorunmasının  təmin  edilməsi  və  mühafizə  edilməsi  məqsədi  ilə  xüsusi  yaradılmış  dövlət 

idarəetmə orqanlarının fəaliyyətidir. 

            nzibati-hüquqi rejimlərin aşağıdakı növləri mövcuddur: 

1.

  Dövlət əhəmiyyətli rejimlər: 



-

  ölkənin müdafiə rejimi; 

-

  ölkənin səfərbərlik sisteminin təmin edilməsi rejimi; 



-

  hərbi vəziyyət recimi; 

-

  dövlət sərhəddinin mühafizəsi rejmi; 



-

  fövqəladə vəziyyət rejimi; 

-

  gömrük rejimi; 



-

  məxfiçilik rejimi. 

2.

  Ərazi meyarlarına görə: 



-

  ümumdövlət miqyasında; 

-

  inzibati ərazi vahidi miqyasında; 



-

  ekoloji fəlakət zonası. 

3.

  Nizamlama predmetinə görə: 



-

  fəaliyyət növünün rejimi; 

-

  ayrı-ayrı obyektlərin rejimi; 



-

  müxtəlif sənədlərin rejimi. 

4.

  Zamanda təsirinə görə: 



-

  daimi; 

-

  müvəqqəti (vəziyyətlə əlaqədar olaraq); 



-

  ekstremal şərait ilə əlaqədar tətbiq edilən recimlər; 

           nzibati-hüquqi rejimlərin yaradılmasında və həyata keçirilməsində aşağıdakılar böyük 

rol oynayır: 



 

153 


 

-

  normativ-hüquqi əsaslar; 



-

  təşkilati tədbirlər; 

-

  maddi-texniki tədbirlər. 



Normativ-hüquqi  əsaslar  dedikdə  müxtəlif  qanun  və  qanunqüvvəli  aktlar  nəzərdə 

tutulur ki, onlara əsaslanaraq icra hakimiyyəti orqanları inzibati-hüquqi rejimlərin tətbiqinə 

dair  qərar  qəbul  edirlər.  Məsələn:  Azərbaycan  Respublikası  Prezidenti  qanuna  əsaslanaraq 

fövqəladə  vəziyyətin  tətbiq  edilməsi  barədə  Fərman  verir.  Öz  növbəsində  yaradılmış 

müvəqqəti idarəetmə orqanı qanun və fərmanı rəhbər tutaraq komendant saatını tətbiq edir. 

Təşkilati  tədbirlərə  isə  yeni  strukturların  yaradılmasını,  oybektlərin  fəaliyyəti  barədə 

məlumatların  toplanmasını  və  onların  emalını,  rejimin  fəaliyyətini  təmin  edən  subyektlərin 

qarşılıqlı fəaliyyətlərinin kompleks proqramlarının hazırlanmasını və s. aid etmək olar. 

Maddi-texniki tədbirlərə isə müxtəlif iqtisadi və maddi-texniki məsələlərin həllini aid 

etmək  olar.  Məsələn,  xilas  və  təmir  işlərinin  aparılması,  zərərçəkənlərə  yardımın 

göstərilməsi,  xüsusi  yardım  və  maliyyə  fondların  yaradılması,  rejimin  fəaliyyətini  təmin 

edən qüvvə və vasitələrin hazırlanması və s. 

         Azərbaycan  Respublikasının  Konstitusiyasında  iki  xüsusi  inzibati-hüquqi  rejim 

barədə xüsusi maddələr mövcuddur: 

  hərbi vəziyyət rejimi; 

  fövqəladə vəziyyət rejimi. 

Bu rejimlərin hər birini ayrı-ayrılıqda açıqlamaq istərdim: 

 

Hərbi vəziyyət rejimi 

 

Hərbi  vəziyyət  rejiminin  hüquqi  əsaslarına  Azərbaycan  Respublikasının  111-ci 



maddəsini və ″Hərbi vəziyyət haqqında″ Azərbaycan Respublikasının 06 yanvar 1994-cü il 

tarixli Qanununu aid etmək olar. 



Bu  Qanun  Azərbaycan  Respublikasının  Konstitusiyasına,  Azərbaycan 

Respublikasının  digər  qanunlarına  və  beynəlxalq  öhdəliklərinə  uyğun  olaraq 

Azərbaycan  Respublikasının  ərazisində  hərbi  vəziyyətin  tətbiq  edilməsinin  əsaslarını, 

qaydasını və hüquqi nəticələrini müəyyənləşdirir. 

          Azərbaycan  Respublikasının  bütün  ərazisində  və  ya  ayrı-ayrı  yerlərində  hərbi 

vəziyyətin tətbiq edilməsi üçün aşağıdakılar əsas ola bilər: 

1)

  Azərbaycan  Respublikasının  Konstitusiyasına  uyğun  olaraq  Azərbaycan 



Respublikasında müharibə vəziyyətinin elan olunması; 

2)

  Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsinin olması; 



3)

  Azərbaycan Respublikası ərazisinin, yaxud onun ayrı-ayrı yerlərinin xarici dövlət 

və ya dövlətlər tərəfindən qurudan, sudan və havadan blokadası, havadan belə blokada üçün 

real təhlükənin olması; 

4)

  xarici dövlətin və ya dövlətlərin Azərbaycan Respublikasına müharibə elan etməsi; 



5)

  Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsinin faktiki işğalı. 

          Hərbi vəziyyət Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə tətbiq edilir. 

Azərbaycan 

Respublikasının 

Milli 


Məclisi 

işlədiyi 

dövrdə 

Azərbaycan 



Respublikasının  Prezidenti  hərbi  vəziyyətin  tətbiq  edilməsi  haqqında  fərmanı  dərhal 

Azərbaycan Respublikasının  Milli Məclisinə təqdim edir. Azərbaycan Respublikasının Milli 

Məclisi 24 saat ərzində bu məsələyə dair qərar qəbul edir. 


 

154 


 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  iclasları  arasındakı  dövrdə  hərbi  vəziyyət 

tətbiq  edilərsə,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  sədri  dərhal  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  iclasını  çağırır.  clasda  bu  məsələyə  dair  qərar  Azərbaycan 

Respublikası  Prezidentinin  müvafiq  fərmanının  Azərbaycan  Respublikası  Milli  Məclisinə 

təqdim edildiyi andan ən çoxu 72 saat keçənədək qəbul edilir. 

Hərbi  vəziyyətin  tətbiq  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 

fərmanı  barədə  qərar  Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının  tərkibinin  azı 

üçdə ikisindən ibarət səs çoxluğu ilə qəbul edilir. 

Azərbaycan  Respublikası  Prezidentinin  hərbi  vəziyyət  tətbiq  edilməsi  haqqında 

fərmanı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən  təsdiq edilməzsə, həmin fərman 

dərhal qüvvədən düşür. 

Hərbi vəziyyətin tətbiqi halları aradan qaldırıldıqda və yaxud müharibə aparan dövlət 

və ya dövlətlərlə sülh müqaviləsi bağlandıqda Azərbaycan Respublikasının Milli Məclisi öz 

təşəbbüsü və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə hərbi vəziyyəti dərhal ləğv 

edir. 


Hərbi  vəziyyətin  tətbiq  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 

fərmanı qüvvəyə minməsinə azı 6 saat qalmış kütləvi informasiya vasitələri ilə, bu mümkün 

deyilsə başqa üsullarla yayılır. 

Ə

halinin  həyatının  və  təhlükəsizliyinin  qorunması  üçün  təxirəsalınmaz  tədbirlər 



görülməsi  tələb  olunduğu  hallarda  hərbi  vəziyyətin  tətbiq  edilməsi  haqqında  Azərbaycan 

Respublikası  Prezidentinin  fərmanının  yayılması  vaxtı  Azərbaycan  Respublikası  Prezidenti 

tərəfindən dəyişdirilə bilər. 

Azərbaycan  Respublikasının  bütün  ərazisində  hərbi  vəziyyət  tətbiq  edilən  dövrdə 

Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan  Respublikası  Milli  Məclisinin,  başqa 

seçkili  dövlət  orqanlarının,  habelə  ayrı-ayrı  yerlərdə  hərbi  vəziyyət  tətbiq  edilən  dövrdə 

həmin  ərazinin  seçkili  dövlət  orqanlarının  səlahiyyət  müddətləri  başa  çatdıqda  onlar  öz 

səlahiyyətlərini  hərbi  vəziyyət  ləğv  edildikdən  sonra  Azərbaycan  Respublikasının  müvafiq 

qanunlarında nəzərdə tutulmuş qaydada seçkilər keçirilənədək davam etdirirlər. 

Hərbi  vəziyyət  elan  olunan  gündən  və  ya  hərbi  vəziyyət  qurtardıqdan  sonra  üç  ay 

ə

rzində referendum təyin edilə və keçirilə bilməz. 



Hərbi  vəziyyət  elan  olunduqda  referenduma  çıxarılmış  məsələnin  müzakirəsi 

dayandırılır və təyin edilmiş referendum başqa vaxta keçirilir. 

           Hərbi  vəziyyətin  tətbiq  olunması  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 

fərmanında aşağıdakılar göstərilməlidir: 

a) hərbi vəziyyətin tətbiq edilməsinin əsasları; 

b) hərbi vəziyyət tədbirlərinin siyahısı və hədləri; 

c) hüquq və azadlıqların müvəqqəti məhdudiyyətlərinin tam siyahısı; 

ç) hərbi vəziyyət tədbirlərinin həyata keçirilməsi üçün cavabdeh olan dövlət orqanları 

və onların səlahiyyətləri; 

d) hərbi vəziyyət tətbiq olunan ərazinin sərhədləri; 

e) fərmanın qüvvəyə minməsi vaxtı. 

Hərbi  vəziyyətin  tətbiqi  ilə  bağlı  nəzərdə  tutulan  tədbirlər  yaranmış  vəziyyətin 

kəskinliyindən  irəli  gələn  hüdudlar  daxilində  həyata  keçirilməli  və  Azərbaycan 

Respublikasının  qüvvədə  olan  beynəlxalq  müqavilələrdən  irəli  gələn  öhdəliklərinə  zidd 

olmamalıdır. 


 

155 


 

Hərbi vəziyyətin tətbiqi ilə bağlı həyata keçirilən  tədbirlər beynəlxalq hüquqda qəbul 

edilmiş  yaşamaq  hüququnu,  fikir,  vicdan  və  din    azadlıqlarını,  hüquq  subyektliyini 

məhdudlaşdıra bilməz və işgəncələrin tətbiq edilməsinin, köləliyin və qul alverinin yalnız hər 

hansı  müqavilə  öhdəliyinin  yerinə  yetirilməsinə  görə  azadlıqdan  məhrum  edilmənin,  ayrı-

ayrı  şəxslərə  və  ya  əhali  qruplarına  qarşı  yalnız  irqinə,  milliyətinə,  cinsinə,  dilinə,  siyasi 

ə

qidəsinə və ya sosial mənşəyinə görə hər hansı ayrı-seçkiliyin qadağan olunmasını və əmələ 



görə  cəza  müəyyən  edən  və  ya  cəzanı  ağırlaşdıran  qanunun  geriyə  qüvvəsinin  tətbiqinin 

yolverilməzliyini aradan qaldıra bilməz. 

Hərbi vəziyyət tətbiq edilmiş yerlərdə müdafiə, ictimai asayiş və dövlət  təhlükəsizliyi 

ilə  əlaqədar  yerli  icra  və  nümayəndəli  dövlət  orqanlarının  səlahiyyətləri  Azərbaycan 

Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında hərbi komandanlıq tərəfindən həyata 

keçirilir. 

Daxili  işlər  və  milli  təhlükəsizlik  orqanlarının  hərbi  vəziyyət  elan  edilmiş  ərazilərdə 

yerləşən qüvvələri həmin ərazinin hərbi komandanlığının tabeliyinə keçir. 

Hərbi  vəziyyət  elan  olunduqdan  sonra  səfərbərlik  planlarına  müvafiq  olaraq  silahlı 

qüvvələrin  hazırlıq  vəziyyətinə  gətirilməsi  və  ölkə  iqtisadiyyatının  və  ya  onun  müəyyən 

hissələrinin hərbi vəziyyətə keçirilməsi üçün ümumi və ya qismən səfərbərlik elan olunur. 

Səfərbərlik  keçirilməsi  qaydası  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyənləşdirilir. 

           Hərbi  vəziyyət  dövründə  dövlət  müstəqilliyini,  ərazi  bütövlüyünü  və  əhalinin 

təcavüzdən  qorunmasını  təmin  etmək  məqsədilə  konkret  şəraitin  kəskinliyi  nəzərə  alınaraq 

Azərbaycan Respublikası Prezidentinin Fərmanında aşağıdakı tədbirlər nəzərdə tutula bilər: 

1)

  hərəkət sərbəstliyinin məhdudlaşdırılması: 



a)  günün  müəyyən  edilmiş  vaxtlarında  xüsusi  icazə  vərəqələri  və  şəxsiyyəti  təsdiq 

edən sənədlər olmadan küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsi; 

b) xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadıqda hərbi vəziyyət 

elan edilən yerlərdə olmağın qadağan edilməsi; 

c)  hərbi  vəziyyət  tətbiq  edilən  əraziyə,  habelə  hərbi  əməliyyatlar  bölgəsinə  gediş-

gəlişin xüsusi qaydaları; 

ç) əhalinin və hüquqi şəxslərin hərbi əməliyyat bölgəsindən evakuasiyası; 

d)  Azərbaycan  Respublikasına  gəlmə  və  Azərbaycan  Respublikasından  getmənin 

xüsusi qaydalarının müəyyən edilməsi; 

2)

  kütləvi informasiya azadlığının məhdudlaşdırılması: 



a) senzuranın tətbiq edilməsi; 

b)  kütləvi  informasiya  vasitələrinin  fəaliyyətinin  dayandırılması  haqqında  müvafiq 

orqanlara təqdimatlar verilməsi; 

c)  hərbi  vəziyyət  tətbiq  edilmiş  ərazidə,  hərbi  əməliyyatlar  bölgəsində,  cəbhə  boyu 

zolaqda kütləvi informasiya vasitəsi məhsullarının yoxlanılması; 

ç)  hərbi  komandanlığın  və  müvafiq  dövlət  orqanlarının  nümayəndələrinə  hərbi 

vəziyyətin  ehtiyacları  üçün  kütləvi  informasiya  vasitələrindən  istifadə  etməkdə  üstünlük 

hüququnun verilməsi; 

3)

  əmək hüquqlarının məhdudlaşdırılması: 



a)  qüvvədə  olan  qanunvericiliyə  uyğun  olaraq  əhalinin  müdafiə  işlərinə,  yolların  və 

vacib  obyektlərin  mühafizəsinin  həyata  keçirilməsinə,  yanğın,  epidemiya  və  başqa 

fəlakətlərlə mübarizə işində iştirak etməyə cəlb edilməsi; 


 

156 


 

b)  müdafiə  ehtiyaclarının  yerinə  yetirilməsini  təmin  etmək  məqsədilə  mülkiyyət 

formasından  asılı  olmayaraq  istənilən  müəssisələrdə  işçilərin  iş  vaxtından  artıq  işə  cəlb 

olunması,  növbəti  məzuniyyətlərin  pul  ilə  əvəz  etməklə  başqa  vaxta  keçirilməsi,  əmək 

müqaviləsinin bağlanması və xitam edilməsi; 

c) tətillərin qadağan olunması; 

4)

  mülkiyyət toxunulmazlığı hüququnun məhdudlaşdırılması: 



a)  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  müəssisələrin,  idarələrin  və 

təşkilatların ehtiyatlarının hərbi vəziyyətin ehtiyacları üçün səfərbərliyə alınması. Onların iş 

reciminin dəyişdirilməsi, fəaliyyətinin zəruri məhsulların istehsalına yönəldilməsi; 

b)  xüsusi  və  kollektiv  mülkiyyətdə  olan  nəqliyyat  və  qoşqu  vasitələrinin  müəyyən 

edilmiş  qaydada  əvəzi  ödənilməklə,  dövlət  mülkiyyətində  olan  nəqliyyat  və  qoşqu 

vasitələrinin əvəzsiz olaraq hərbi vəziyyətin ehtiyacları üçün alınması; 

5)  mülkiyyət  formasından  asılı  olmayaraq  ticarət,  ictimai  iaşə  və  kommunal  xidməti 

müəssisələrinin,  kinoteatrların,  teatrların,  mədəniyyət  evlərinin  və  başqa  xidmət 

təşkilatlarının iş reciminin dəyişdirilməsi; 

6)  ərzaq  və  sənaye  məhsullarının  norma  ilə  buraxılması  yaxud  ticarətin  xüsusi 

qaydalarının müəyyən edilməsi; 

7) əhalinin mülki müdafiə hazırlığı ilə əlaqədar məcburi tədbirlərin həyata keçirilməsi; 

8)  təhsil  müəssisələrinin  fəaliyyətinin  yeni  reciminin  müəyyən  edilməsi,  yaxud 

dayandırılması; 

9)  dövlət  orqanlarına,  siyasi  partiyalara,  həmkarlar  ittifaqlarına  və  ictimai  birliklərə 

məxsus  bina  və  otaqların,  nəqliyyat  vasitələrinin  yoxlanılması,  təhlükəsizlik  baxımından 

zərərli hesab edilən əşyaların müvəqqəti alınması; 

10)  yığıncaqlar,  mitinqlər,  küçə  yürüşləri  və  nümayişləri,  habelə  başqa  kütləvi 

tədbirlərin keçirilməsinin qadağan edilməsi; 

11) hərbi  vəziyyət  şəraitində  müəyyən  edilmiş  tədbirlərin həyata  keçirilməsinə  mane 

olan  siyasi  partiyaların,  həmkarlar  ittifaqlarının  və  ictimai  birliklərin  fəaliyyətinin 

dayandırılması haqqında müvafiq orqanlara təqdimatlar verilməsi. 

Hərbi  vəziyyət  dövründə  Azərbaycan  Respublikası  Milli  Məclisi  öz  reqlamentinə 

uyğun olaraq iclaslarını davam etdirir. 

          Hərbi  vəziyyət  rejiminin  pozulması  Azərbaycan  Respublikasının  qanunvericiliyində 

nəzərdə tutulmuş cinayət, inzibati, intizam və maddi məsuliyyətə səbəb olur. 

          Hərbi  vəziyyət  ləğv  olunduqda  hərbi  vəziyyəti  təmin  edən  aktlar  hərbi  vəziyyətin 

qurtarması ilə bir vaxtda əlavə məlumat verilmədən qüvvədən düşür. 

         Hərbi vəziyyət ləğv edildikdə hərbi vəziyyət qaydasının pozulmasına dair işlərin icraatı 

xitam  olunur və hərbi  vəziyyət  qaydasının  pozulması  üstündə inzibati  qaydada həbs  edilən 

şə

xslər dərhal azad edilir. 



Hərbi vəziyyət  təbtiq  edilən dövrdə  Azərbaycan  Respublikası Konstitusiyasının 163-

cü maddəsinə uyğun olaraq təsis edilən bütün məhkəmələr fəaliyyətlərini davam etdirirlər. 

Bütün  məhkəmələrdə  mühakimə  icraatı  Azərbaycan  Respublikasının  hərbi  vəziyyət 

tətbiq edilən vaxt qüvvədə olan qanunlarına uyğun aparılır. 

Hər  hansı  fövqəladə  məhkəmə  formalarının  və  növlərinin  təsis    edilməsi,  mühakimə 

icraatının  sürətləndirilmiş  və  ya  fövqəladə  növlərindən  və  formalarından  istifadə  olunması 

qadağandır. 


 

157 


 

Hərbi  vəziyyətin  tətbiq  edildiyi  dövrdə  Azərbaycan  Respublikasının  prokurorluq 

orqanları Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş qaydada fəaliyyət 

göstərir. 

Azərbaycan Respublikasının Prezidenti hərbi vəziyyət dövründə vətəndaşların hüquq 

və azadlıqlarının vətəndaş hüquqları və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda nəzərdə 

tutulan  öhdəliklərdən  kənara  çıxan  məhdudiyyətləri,  bu  məhdudiyyətlərin  həcmi  və  belə 

qərarın səbəbləri haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibinə üç gün müddətində 

məlumat verilməsi üçün tədbirlər görür. 

 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin