Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə18/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

Fövqəladə vəziyyət rejimi 

 

Fövqəladə  vəziyyət  rejiminin  hüquqi  əsaslarına  Azərbaycan  Respublikasının 



Konstitusiyasının  112-ci  maddəsini  və  ″Fövqəladə  vəziyyət  haqqında″  Azərbaycan 

Respublikasının 04 fevral 1992-ci il tarixli Qanununu aid etmək olar. 

          Azərbaycan 

Respublikasının 

Konstitusiyasına 

uyğun 


olaraq 

Azərbaycan 

Respublikasının  müdafiəsi  və  onun  vətəndaşlarının  təhlükəsizliyi  üçün  Azərbaycan 

Respublikasının  bütün  ərazisində  və  ayrı-ayrı  yerlərində  müvəqqəti  olaraq  fövqəladə 

vəziyyət tətbiq edilə bilər.  

          Fövqəladə  vəziyyət  dövlət  hakimiyyəti  və  idarəetmə  orqanlarının,  vətəndaşların 

ictimai  birliklərinin,  müəssisələrin,  idarələrin  və  təşkilatların  fəaliyyətinin  elə  bir  xüsusi 

hüquqi recimidir ki, bu, vətəndaşların hüquq və azadlıqlarının, hüquqi şəxslərin hüquqlarının 

qanun  ilə  müəyyən  edilən  məhdudiyyətlərinə,  habelə  onlara  əlavə  vəzifələr  tapşırılmasına 

yol verir. 

          Fövqəladə  vəziyyət  tətbiq  edilməsinin  məqsədi  şəraiti  tezliklə  normallaşdırmaq, 

vətəndaşların  hüquq  və  azadlıqlarını,  qanunçuluğu  və  hüquq  qaydasını  bərpa  etmək,  təbii 

fəlakətlərin, ekoloci və bəşqa qəzaların nəticələrini aradan qaldırmaqdır. 

          Fövqəladə vəziyyətin tətbiq edilməsi üçün aşağıdakılar əsas ola bilər: 

a) təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloci və başqa qəzalar; 

b)  Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünün  pozulmasına,  onun  Konstitusiya 

quruluşunun  zorla  dəyişdirilməsinə  yönəldilən  hərəkətlər,  zorakılıqla  müşayiət  olunan 

kütləvi  iğtişaşlar,  vətəndaşların  həyatı  və  təhlükəsizliyi,  yaxud  dövlət  təsisatlarının  normal 

fəaliyyəti üçün qorxu törədən millətlərarası münaqişələr. 

Fövqəladə 

vəziyyət 

yalnız 


Fövqəladə 

vəziyyət 

haqqında″ 

Azərbaycan 

Respublikasının  Qanununda  göstərilən  hallar  respublikanın  vətəndaşlarının  və  ya 

Konstitusiya quruluşunun təhlükəsizliyi üçün real, fövqəladə, labüd təhlükə doğurduqda bu 

təhlükəni fövqəladə tədbirlər görmədən aradan qaldırmaq mümkün olmadıqda tətbiq edilir. 

          Azərbaycan  Respublikasnın  bütün  ərazisində  və  ya  ayrı-ayrı  yerlərində  fövqəladə 

vəziyyət  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanı  ilə  tətbiq  edilir.  Azərbaycan 

Respublikası Milli Məclisi sessiyasının işlədiyi dövrdə Azərbaycan Respublikası Prezidenti 

fövqəladə  vəziyyətin  tətbiq  edilməsi  haqqında  fərmanı  imzalayan  kimi  dərhal  Azərbaycan 

Respublikası Milli Məclisinin təsdiqinə verir. Azərbaycan Respublikası Milli Məclisi 24 saat 

ə

rzində bu məsələyə dair qərar qəbul edir. 



Azərbaycan  Respublikası  Milli  Məclisinin  sessiyaları  arasındakı  dövrdə  fövqəladə 

vəziyyət tətbiq edildikdə Azərbaycan Respublikası Milli Məclisinin sədri dərhal Azərbaycan 

Respublikası Milli Məclisinin növbədənkənar sessiyasını çağırır. Sessiyada bu məsələyə dair 


 

158 


 

qərar  Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq  fərmanını  imzaladığı  andan  72  saat 

keçənədək qəbul edilir. 

Fövqəladə vəziyyətin  tətbiq edilməsi  məsələsinə dair  qərar  Azərbaycan  Respublikası 

Milli Məclisinin tərkibinin azı üçdə ikisindən ibarət çoxluqda qəbul edilir. 

Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünün  pozulmasına,  onun  Konstitusiya 

quruluşunun  zorla  dəyişdirilməsinə  yönəldilən  hərəkətlər,  zorakılıqla  müşayiət  olunan 

kütləvi  iğtişaşlar,  vətəndaşların  həyatı  və  təhlükəsizliyi,  yaxud  dövlət  təsisatlarının  normal 

fəaliyyəti  üçün  qorxu  törədən  millətlərarası  münaqişələrə  görə  fövqəladə  vəziyyət  tətbiq 

edilməzdən  əvvəl  Azərbaycan  Respublikası  Prezidenti  fövqəladə  vəziyyətin  tətbiqinə  əsas 

verən  hərəkətlərin  təşəbbüsçü  və  ya  iştirakçısı  olan  şəxslərə,  təşkilatlara,  idarələrə 

xəbərdarlıqla  müraciət  etməli,  müraciətdə  müəyyən  olunan  müddətdə  hüquqa  zidd 

hərəkətləri dayandırmağı onlardan tələb etməlidir. 

Həmin şəxslər, təşkilatlar və idarələr müraciətə tabe olmayıb, hüquqa zidd hərəkətləri 

davam etdirdikdə, göstərilən müddət başa çatan kimi fövqəladə vəziyyət tətbiq edilir. 

Ə

halinin  həyatının  və  təhlükəsizliyinin  qorunması  üçün  təxirəsalınmaz  tədbirlər 



görülməsi  tələb  olunduğu  hallarda  fövqəladə  vəziyyət  xəbərdarlıq  edilmədən  dərhal  tətbiq 

edilə  bilər.  Azərbaycan  Respublikası  Prezidentinin  bu  barədə  olan  fərmanı  Azərbaycan 

Respublikası Milli Məclisinin təsdiqinə verilir. 

          Fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərmanda aşağıkılar göstərilməlidir: 

a) fövqəladə vəziyyətin tətbiq edilməsinin səbəbləri; 

b)  fövqəladə  tədbirlərin  siyahısı  və  hədləri,  vətəndaşların  hüquq  və  azadlıqlarının 

müvəqqəti məhdudiyyətlərinin tam siyahısı; 

c)  fövqəladə  vəziyyət  tədbirlərinin  həyata  keçirilməsi  üçün  cavabdeh  olan  dövlət 

orqanları və onların fövqəladə səlahiyyətlərinin dəqiq hədləri; 

ç) fövqəladə vəziyyətin qüvvədə olduğu ərazinin sərhədləri; 

d)  fərmanın  qüvvəyə  minməsi  vaxtı,  habelə  fövqəladə  vəziyyətin  tətbiq  olunduğu 

müddət. 


Ə

halinin  həyatının  və  təhlükəsizliyinin  qorunması  üçün  təxsirəsalınmaz  tədbirlər 

görülməsi  tələb  olunduğu  hallar  istisna  olmaqla,  fövqəladə  vəziyyətin  tətbiq  edilməsi 

haqqında fərman qüvvəyə minməsinə azı 6 saat qalmış kütləvi informasiya vasitələri ilə elan 

olunur. 

Fövqəladə  vəziyyətin  tətbiq  edlməsi  haqqında  fərman  qanunla  müəyyən  edilən 

qaydada  və  müddətdə  Azərbaycan  Respublikası  Milli  Məclisinin  qərarı  ilə  təsdiq 

edilmədikdə qüvvədən düşür və kütləvi  informasiya vasitələrində müvafiq ərazinin əhalisinə 

bu barədə dərhal məlumat verilir. 

           Fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərmanla fövqəladə vəziyyətin müddəti 

60 gündən çox ola bilməz. 

Bu  müddət  başa  çatdıqda  fövqəladə  vəziyyət  Azərbaycan  Respublikası  Milli 

Məclisinin  qərarı  ilə  ləğv  edilir,  yaxud  Milli  Məclis  müəyyən  etdiyi  müddətə  Azərbaycan 

Respublikası Milli Məclisinin tərkibinin ümumi sayının səs çoxluğu ilə uzadılır. 

Fövqəladə  vəziyyət  tətbiq  edilərkən  Azərbaycan  Respublikası  Milli  Məclisinin 

sessiyası  fövqəladə  vəziyyətin  qüvvədə  olduğu  bütün  müddət  ərzində  öz  iclaslarını  davam 

etdirir. 


 

159 


 

Fövqəladə  vəziyyətin  tətbiq  edildiyi  ərazidə  Azərbaycan  Respublikasının  Qanununa 

uyğun  olaraq  fövqəladə  vəziyyətin  tətbiq  edilməsi  haqqında  Fərmanla,  yaxud  ayrıca 

fərmanla müvəqqəti prezident idarə üsulu tətbiq edilə bilər. 

Azərbaycan  Respublikasının  ali dövlət hakimiyyəti  və  idarəetmə  orqanları fövqəladə 

vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən aşağı orqanların hər hansı qərarını ləğv 

edə bilərlər. 

          Vəziyyəti  tezliklə  normallaşdırmaq,  hüquq  qaydasını  və  qanunçuluğu  bərpa  etmək, 

vətəndaşların  təhlükəsizliyini  təmin  etmək  üçün  zəruri  olan  tədbirlərin  görülməsindən  ötrü 

fövqəladə  vəziyyət  şəraitində  idarəetməni  həyata  keçirən  dövlət  orqanlarına  fövqəladə 

səlahiyyətlər verilə bilər. Göstərilən fövqəladə tədbirlər siyasi hüquqlar haqqında Beynəlxalq 

Müahidədə və Azərbaycan Respublikasının ona zidd olmayan qanunlarında sadalanan hüquq 

və  azadlıqlar  istisna  olmaqla  vətəndaşların  hüquq  və  azadlıqlarının  müvəqqəti 

məhdudlaşdırılmasını nəzərdə tuta bilər. 

Fövqəladə  vəziyyətin  tətbiq  olunduğu  ərazinin  icra  hakimiyyəti  orqanları  bilavasitə 

Azərbaycan Respublikası Prezidentinə, yaxud onun təyin etdiyi orqana tabe etdirilə bilər. 

Fövqəladə  vəziyyətin  tətbiq  edilməsinə  səbəb  olan  halların  aradan  qaldırılması  üçün 

işləri  əlaqələndirdməkdən  ötrü,  habelə  fövqəladə  vəziyyətin  tətbiq  edildiyi  ərazinin  dövlət 

idarəetmə  oqanları  öz  funksiyalarını  lazımınca  yerinə  yetirmədikdə  Azərbaycan 

Respublikasının Prezidenti xüsusi müvəqqəti orqanlar yarada bilər. 

Fövqəladə  vəziyyətin  tətbiq  edildiyi  ərazilərdə  dövlət  hakimiyyəti  və  idarəetmə 

orqanlarının səlahiyyətləri (ali dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri istisna olmaqla) 

bütünlüklə və ya qismən bu müvəqqəti orqanlara verilə bilər. 

ctimai  qaydanı  təmin  etmək,  vətəndaşların  həyatını,  sağlamlığını,  təhlükəsizliyini, 

hüquqlarını,  azadlıqlarını  və  qanuni  mənafelərini  qorumaq  üçün  fövqəladə  vəziyyətin  elan 

oldunduğu  ərazinin  daxili  işlər  və  milli  təhlükəsizlik  orqanlarının  qüvvələrindən  və 

vasitələrindən istifadə edilir. 

Azərbaycan  Respublikası  daxili  işlər  nazirinin  və  ya  milli  təhlükəsizlik  nazirinin 

təklifi  ilə  Azərbaycan  Respublikasının  Prezidenti  Daxili  şlər  Nazirliyinin  və  Milli 

Təhlükəsizlik  Nazirliyinin  əlavə  qüvvələrindən  və  vasitələrindən  istifadə  olunmasına  dair 

qərar qəbul edir. 

Fövqəladə  vəziyyət  tətbiq  olunarkən  müstəsna  hallarda  Azərbaycan  Respublikası 

Prezidenti  Azərbaycan  Respublikası  Milli  Məclisinin  razılığı  ilə  Azərbaycan  Respublikası 

Müdafiə Nazirliyinin qüvvələrini və vasitələrini cəlb edir. 

Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünün  pozulmasına,  onun  Konstitusiya 

quruluşunun  zorla  dəyişdirilməsinə  yönəldilən  hərəkətlər,  zorakılıqla  müşayiət  olunan 

kütləvi  iğtişaşlar,  vətəndaşların  həyatı  və  təhlükəsizliyi,  yaxud  dövlət  təsisatlarının  normal 

fəaliyyəti  üçün  qorxu  törədən  millətlərarası  münaqişələrə  görə  fövqəladə  vəziyyət  tətbiq 

edilərkən  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanı  ilə  Azərbaycan  Respublikasının 

daxili işlər nazirinə, Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinə və Azərbaycan 

Respublikasının müdafiə nazirinə birgə əməliyyat qərərgahı yaratmaq və fövqəladə vəziyyət 

tətbiq olunan ərazinin komendantını təyin etmək tapşırıla bilər. 

Dövlət idarəetmə orqanları fövqəladə vəziyyət rejiminin təmin olunması məsələlərinə 

dair müvafiq ərazidə hökmən icra edilməli olan əmrlər və sərəncamlar verə bilərlər. 

Fövqəladə vəziyyət zamanı idarəetmə orqanları yaradıldıqda Azərbaycan Respublikası 

Konstitusiyasının  1214  maddəsinin  3-cü  bəndinə  uyğun  olaraq  yerli  icra  hakimiyyətlərinin 



 

160 


 

səlahiyyətləri Azərbaycan Respublikası  Prezidenti tərəfindən müvəqqəti məhdudlaşdırıla və 

ya dayandırıla bilər. 

Fövqəladə  vəziyyət  tətbiq  edildiyi  ərazidə  olan  bütün  dövlət  orqanları,  müəssisələri, 

idarələri,  ictimai  təşkilatlar    və  vətəndaşlar  müvafiq  ərazidə  xüsusi  idarəetməni  həyata 

keçirən Azərbaycan Respublikasının dövlət orqanlarına hərtərəfli kömək göstərməli, onların 

məcburi olan sərəncamlarını və əmrlərini yerinə yetirməlidirlər. 

          Fövqəladə  vəziyyət  dövründə  konkret  şəraitdən  asılı  olaraq  aşağıdakı  tədbirlər 

müəyyən edilə bilər: 

1)

  fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə gediş-gəlişlin xüsusi recimi, habelə bu 



ə

razidə hərəkət sərbəstliyinin məhdudlaşdırılması; 

2)

  ictimai  qaydanın  və  əhalinin,    xalq  təsərrüfatının  həyat  fəaliyyətini  təmin  edən 



obyektlərin mühafizəsinin gücləndirilməsi; 

3)

  yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişlər, habelə digər kütləvi tədbirlər 



keçirilməsinin qadağan edilməsi; 

4)

  tətillərin qadağan edilməsi; 



5)

  nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanılması; 

6)

  qadağan  saatı  qoyulması  –  xüsusi  verilmiş  icazə  vərəqələri  və  şəxsiyyəti  təsdiq 



edən  sənədlər  olmadan  günün  müəyyən  vaxtında  küçələrdə  və  başqa  ictimai  yerlərdə 

olmağın qadağan edilməsi; 

7)

  qabaqcadan  senzura  qoymaq  yolu  ilə  mətbuatın  və  digər  kütləvi  informasiya 



vasitələrinin azadlığının məhdudlaşdırılması; səs ucaldan texniki vasitələrin və surətçıxarma 

aparatlarının müvəqqəti alınması; 

8)

  vəziyyətin  normallaşdırılmasına  ciddi  mane  olan  siyasi  partiyaların,  ictimai 



təşkilatların  və  kütləvi  hərəkatların  fəaliyyətinin  müvafiq  xəbərdarlıqdan  sonra 

dayandırılması; 

9)

  vətəndaşların  toplaşdığı  yerlərdə  sənədlərin  yoxlanması,  müstəsna  hallarda  isə 



vətəndaşlarda silah olması barədə məlumat olduqda şəxsi yoxlama aparılması, əşyaların və 

nəqliyyat vasitələrinin yoxlanması; 

10)

 silah,  zəhərli  və  ya  partlayıcı  maddələr,  döyüş  sursatı,  spirtli  içkilər 



gəzdirilməsinin,  əldə  edilməsinin  və  satılmasının  məhdudlaşdırılması  və  ya  qadağan 

edilməsi; müstəsna hallarda vətəndaşlardan odlu və soyuq silahın, döyüş sursatının, zəhərli 

və  partlayıcı  maddələrin,  müəssisələrdən,  idarələrdən  və  təşkilatlardan  isə  həmçinin  təlim 

hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti alınması; 

11)

 fövqəladə vəziyyət rayonunun sakini olmayan və ictimai qaydanı pozan şəxslərin 



fövqəladə vəziyyət elan olunan ərazinin hüdudlarından çıxarılması; 

12)


 yaşayış  üçün  təhlükəli  olan  rayonlardan  stasionar  və  ya  müvəqqəti  mənzillər 

verməklə vətəndaşların müvəqqəti köçürülməsi; 

13)

 ərzaq  məhsullarının  və  birinci  tələbat  mallarının  bölüşdürülməsində  xüsusi 



qaydanın tətbiq edilməsi; 

14)


 karantin qoyulması və digər sanitariya tədbirləri, epidemiya və epizootiya əlehinə 

tədbirlər görülməsi; 

15)

 dövlət və başqa müəssisələrin, idarələrin və təşkilatların ehtiyatlarının səfərbərliyə 



alınması,  onların  iş  reciminin  dəyişdirilməsi,  fəaliyyətlərinin  fövqəladə  vəziyyət  şəraitində 

zəruri olan məhsullar istehsalına yönəldilməsi, istehsal fəaliyyətində qəza-xilasetmə və bərpa 

işləri üçün zəruri olan gigər dəyişikliklər edilməsi; 


 

161 


 

16)


 dövlət  idarələrinin,  müəssisələrinin  və  təşkilatların  rəhbərləri  öz  vəzifələrini 

lazımınca  icra  etmədikdə  onların  fövqəladə  vəziyyət  dövründə  işdən  kənar  edilməsi  və 

vəzifələrinin müvəqqəti icrası üçün başqa şəxslərin təyin olunması; 

17)


 müstəsna  hallarda  təxirə  salınmaz  qəza-xilasetmə  işləri  aparmaq  üçün  əmək 

təhlükəsizliyini  hökmən  təmin  etmək  şərtilə  əmək  qabiliyyətli  əhalinin  və  vətəndaşların 

nəqliyyat vasitələrinin səfərbərliyə alınması; 

18)


 rabitədən istifadə üçün xüsusi qaydalar qoyulması. 

Fövqəladə vəziyyət şəraitində görülən və dövlət hakimiyyəti və idarəetmə orqanlarının 

qanunla  müəyyən  edilən  səlahiyyətlərinin,  ictimai  birliklərin  hüquqlarının,  həmçinin 

vətəndaşların hüquq, azadlıq və vəzifələrinin dəyişdirilməsinə səbəb olan tədbirlər yaranmış 

vəziyyətin  kəskinliyindən  irəli  gələn  hüdudlar  daxilində  həyata  keçirilməlidir.  Respublika 

ə

razisinin  bir  hissəsində  belə  tədbirlərin  görülməsi  başqa  yerlərdə  və  bütövlükdə 



respublikada  dövlət  hakimiyyəti  və  idarəetmə  orqanlarının  səlahiyyətlərinin,  ictimai 

təşkilatların  hüquqlarının,  habelə  vətəndaşların  hüquq  və  vəzifələrinin  dəyişdirilməsinə 

səbəb ola bilməz. 

Bu  tədbirlər  insan  hüquqları  sahəsində  Azərbaycan  Respublikasının  qüvvədə  olan 

beynəlxalq  müqavilələrindən  irəli  gələn  öhdəliklərinə  uyğun  olmalı,  habelə  ayrı-ayrı 

şə

xslərin və ya əhali qruplarının irqinə, milliyətinə, cinsinə, dilinə, dininə, siyasi əqidəsinə və 



ya sosial mənşəyinə görə hər hansı ayrı-seçkiliyinə səbəb olmamalıdır. 

Fövqəladə vəziyyətin tətbiq edilməsi vətəndaş hüquqları və Siyasi hüquqlar haqqında 

Beynəlxalq Müahidədə və Azərbaycan Respublikasının ona zidd olmayan qanunlarında başa 

düşülən mənada həyat hüququnun, fikir, vicdan və din azadlığı hüququnun hər hansı şəkildə 

məhdudlaşdırılmasına, işgəncələr tətbiq olunmasına, qəddar, amansız, yaxud insan ləyaqətini 

alçaldan rəftar edilməsinə və ya cəza verilməsinə əsas ola bilməz. Eləcə də əmələ görə  cəza 

müəyyən edən və ya cəzanı ağırlaşdıran qanunun geriyə qüvvəsinin tətbiqinə yol verilmir. 

Fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloci şəraitin əlverişsiz 

olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz 

tibbi  yardım,  sanatoriya,  kurort,  bərpa  müalicəsi  almaq,  dərman  vasitələri,  immunbioloci 

preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli 

amillərin aradan qaldırılması məqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək 

hüquqları vardır. 

Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak 

edərkən ziyan çəkmiş vətəndaşların pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi 

və  reabilitasiyanın  bütün  növləri  ilə  təmin  olunma,  qanunvericilikdə  müəyyən  edilmiş 

qaydada müavinət almaq hüquqları vardır. 

          Güc  işlədilməsinin,  daxili  işlər  və  milli  təhlükəsizlik  orqanlarının  sərəncamında  olan 

xüsusi  vasitələrin  və  odlu  silahların  tətbiq  olunmasının  qaydası  və  şərtləri  Azərbaycan 

Respublikasının  qanunları  ilə  tənzim  edilir  və  fövqəladə  vəziyyət  şəraitində  dəyişidirilə 

bilməz. 

Fövqəladə  vəziyyət  elan  olunduqda  referenduma  çıxarlımış  məsələnin  müzakirəsi 

dayandırılır və təyin edilmiş referendum başqa vaxta keçirilir. 

Qadağan  saatı  qaydalarını  pozan  vətəndaşlar  hüquq  mühafizə  qüvvələri  tərəfindən 

tutulub  qadağan  saatı  qurtaranadək,  üstündə  sənədləri  olmayan  şəxslər  isə  şəxsiyyətləri 

müəyyən  edilənədək,  ən  çoxu  üç  gün  müddətinə  saxlanırlar;  tutulan  şəxslər  və  onların 

yanlarında olan əşyalar yoxlanıla bilər. 


 

162 


 

Qadağan saatı qaydaları istisna olmaqla, fövqəladə vəziyyət reciminin müəyyən edilən 

tələblərinin  vətəndaşlar  tərəfindən  pozulması,  bu  pozuntular  Azərbaycan  Respublikasının 

qüvvədə  olan  qanunvericiliyinə  müvafiq  surətdə  cinayət  məsuliyyətinə  səbəb  olmadıqda, 

Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsində müəyyən edilən qaydada inzibati 

tənbehə səbəb olur. 

Fövqəladə  vəziyyətin  elan  edildiyi  yerlərdə  fitnəkar  şaiyələrin  yayılmasına,  hüquq 

qaydalarının pozulmasına  səbəb olan və ya  milli ədavəti qızışdıran,  habelə  ictimai qaydanı 

pozan hərəkətlər, vətəndaşların və vəzifəli şəxslərin öz qanuni hüquq və vəzifələrini həyata 

keçirməsinə  fəal  surətdə  mane  olmaq,  eləcə  də  ictimai  qaydanın  qorunması  sahəsində 

xidməti  vəzifələrini  yerinə  yetirərkən  daxili  işlər  və  ya  milli  təhlükəsizlik  orqanlarının 

ə

məkdaşının, habelə hərbi qulluqçunun qanuni sərəncamına və ya tələbinə mane olmamaq, 



Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyinə  müvafiq  surətdə  cinayət 

məsuliyyətinə səbəb olmadıqda, Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsində 

müəyyən edilən qaydada tənbehə səbəb olur. 

            Fövqəladə  vəziyyət  rejiminin  təmin  edilməsi  üçün  qəbul  olunan  aktlar  fövqəladə 

vəziyyətin qurtarması ilə bir vaxtda, xüsusi məlumat verilmədən qüvvədən düşür. 

          Fövqəladə  vəziyyətin  ləğv  edilməsi  fövqəladə  vəziyyət  rejiminin  pozulmasına  dair 

işlərin  icraatının  xitam  olunmasına  və  inzibati  qaydada  həbs  edilən  şəxslərin  dərhal  azad 

edilməsinə səbəb olur. 

Daxili  işlər,  milli  təhlükəsizlik  orqanları  əməkdaşlarının  və  hərbi  qulluqçuların 

qanunsuz  güc  işlətməsi,  vəzifəli  şəxslərin  xidmət  səlahiyyətlərindən  kənara  çıxması,  o 

cümlədən  vətəndaşların  hüquqlarının  müəyyən  edilmiş  təminatlarını  pozması  Azərbaycan 

Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur. 

Fövqəladə  vəziyyətin  tətbiq  edildiyi  ərazidə  ədalət  mühakiməsini  yalnız  məhkəmə 

həyata  keçirir.  Bu  ərazidə  Azərbaycan  Respublikası  Konstitusiyasına  uyğun  olaraq  təsis 

edilən bütün məhkəmələr fəaliyyət göstərir. Hər hansı fövqəladə məhkəmə formalarının və 

ya növlərinin təsis edilməsi qadağandır. 

Bütün  məhkəmələrdə  mühakimə  icraatı  Azərbaycan  Respublikasının  fövqəladə 

vəziyyət tətbiq edilən vaxt qüvvədə olan qanunlarına uyğun surətdə aparılır. Sürətləndirilmiş 

və  ya  fövqəladə  mühakimə  icraatının  hər  hansı  növlərindən  və  formalarından  istifadə 

olunması qadağandır. 

Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə fövqəladə vəziyyət tətbiq edilən 

ə

razidə cinayət işlərinin və mülki işlərin ərazi məhkəmə aidiyyəti dəyişidirilə bilər. 



Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının prokurorluq 

orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada fəaliyyət 

göstərir. 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  bütün  fövqəladə  vəziyyət  müddətində 

qanunlara  riayət  olunmasına  nəzarət  edir  və  müvafiq  ərazilərdə  yoxlama  aparır.  Bütün 

vəzifəli şəxslər Azərbaycan Respublikası Milli Məclisinin göstərilən funksiyalarının həyata 

keçirilməsinə kömək etməyə və tələb olunan məlumatı dərhal verməyə borcludurlar. 

Fövqəladə  vəziyyətin  tətbiq  edilməsinə  gətirib  çıxaran  halların  səbəb  və  nəticələrini 

aradan  qaldırmaq  üçün  lazım  olan  işlərin  maliyyələşdirilməsi  qaydasını  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti müəyyən edir. 

Fövqəladə  vəziyyət  elan  edildikdə  Azçərbaycan  Respublikasının  vətəndaş  hüquqları 

və  Siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Müahidədən  irəli  gələn  beynəlxalq-hüquq 



 

163 


 

öhdəliklərinə  uyğun  olaraq  Azərbaycan  Respublikasının  Prezidenti,  yaxud  Azərbaycan 

Respublikasının  Milli  Məclisi  vətəndaşların  hüquq  və  azadlıqlarının  göstərilən  beynəlxalq 

Müahidədə  nəzərdə  tutulan  öhdəliklərdən  kənara  çıxan  məhdudiyyətləri,  bu 

məhdudiyyətlərin  həcmi  və  belə  qərarın  səbəbləri  haqqında  BMT-nin  Baş  katibinə  üç  gün 

müddətində məlumat verilməsi üçün tədbirlər görürlər. 

 

 

Ə T   C Ə 



 

Mühazirəmizi  yekunlaşdıraraq  qeyd  etmək  istərdim  ki,  mühazirəmizin  gedişatında 

qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən 

nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi″ dövlətin ali məqsədi kimi 



müəyyən  edilmişdir.  Dövlətin  bu  ali  məqsədinin  təmin  edilməsində  iştirak  edən  dövlət 

hakimiyyəti  orqanları  içərsində  icra  hakimiyyəti  orqanları  xüsusi  yer  tuturlar.  Hüquq 

mühafizə  orqanları  qarşılarında  duran  vəzifələrin  yerinə  yetirilməsində  idarəetmə 

metodlarından daha geniş istifadə edirlər. 

Ona  görə  də  real  vəziyyətdən  asılı  olaraq,  bu  vəzifələri  yerinə  yetirərkən  konkret 

metodların  seçilməsi  və  onlardan  istifadə  edilməsi  peşəkarlıq  və  dərin  hüquqi  biliyə  malik 

olmanı  tələb  edir.  Ona  görə  də  bu  günkü  mühazirəmizin  mövzusu  da  öz  mahiyyətinə  və 

ə

həmiyyətinə görə həm nəzəri, həm də təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edir. 



Beləliklə,  biz  idarəetmənin  inziati-hüquqi  metodlarının  əsas  növlərini  nəzərdən 

keçirdik. Bu metodlar icra hakimiyyəti və hüquq mühafizə orqanları tərəfindən geniş istifadə 

olunurlar.  Bunu  da  qeyd  etmək  istərdim  ki,  idarəetmənin  metodlarından  istifadə  edərkən, 

Azərbaycan  Respublikası  Konstitusyiası,  Azərbaycan  Respublikasının  qanunları  və 

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli ″ nsan və vətəndaş hüquq 

və azadlıqlarının təmin edilməsi üzrə tədbirlər haqqında″ fərmanı əsas götürülür. 

Siz,  gələcəkdə  öz  xidməti  fəaliyyətlərinizi  bir  hüquqşünas  kimi  qüvvədə  olan 

qanunvericiliyə  ciddi  riayət  etməklə  həyata  keçirməlisiniz.  Qeyd  etmək  lazımdır  ki, 

Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  inzibati  məcburetmə  tədbiri  tətbiq  etmək 

səlahiyyəti olan orqanların siyahısı məhdudlaşdırılıb və onları tətbiq etməyə səlahiyyəti olan 

orqanların (vəzifəli şəxslərin) səlahiyyət hədləri müəyyən edilmişdir. 

 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin