Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə26/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

NZ BAT  TƏNBEHLƏR N MÜDDƏTLƏR  

nzibati  tənbehlərin  tətbiqinin  effektivliyinin  artırılması  baxımından  inzibati 

tənbehlərin  müddətlərinin  düzğün  hesablanması  mühüm  əhəmiyyət  kəsb  edir.  Bunun  üçün 

aşağıdakı meyarların əsas ğötürülməsi məqsədəuyğundur:  

  müddətin qanunveriçiliklə müəyyən edilmiş ölçüsü; 



  müddətin hesablama anı (yəni müddət hansı andan başlanır); 

  müddətin son bitmə anı (yəni müddət hansı vaxt bitir); 



  müddətdən çıxarışlar (yəni müddətin hesablanması üçün hər hansı istisnalar varmı). 

nzibati  həbs  müddəti  günlərlə,  xüsusi  hüquqdan  məhrum  etmə  aylarla  və  illərlə 

hesablanır. 

nzibati həbs məhkəmə tərəfindən on beş gün müddətinə qədər təyin edilə bilər ( XM-

nin  30-cu  mad.).  nzibati  həbsin  müddəti  ğünün  hissələri  ilə  hesablana  bilməz.  Məsələn, 

səlahiyyətli  subyekt  (hakim)  inzibati  həbs  -  tənbeh  növünü  təyin  edərkən,  müddəti  günün 

tam  hissəsi  ilə  göstərməlidir.  nzibati  həbsin  müddəti  inzibati  tənbeh  etmə  haqqında  qərar 

elan  edildiyi  andan  hesablanmalıdır.  Əgər  icraaat  inzibati  qaydada  tutma  ilə  həyata 

keçirilirsə,  XM-in  458.3  maddəsinə  əsasən  inzibati  qaydada  tutma  müddəti  inzibati  həbs 

müddətindən çıxılır. 

Müəyyən olunmuş inzibati tənbehin müddətinin axımı inzibati xəta haqqında işə baxan 

orqanın  (vəzifəli  şəxsin)  inzibati  tənbeh  etmə  haqqında  qərarı  qəbul  etdiyi  saatdan  (əgər 

müddət  ğünlərlə  hesablanırsa)  və  ya  gündən  (əgər  müddət  aylar  və  ya  illərlə  hesablanırsa) 

başlanır. 


 

219 


 

Ay  və  il  dedikdə,  həmin  ayda  və  ildə  olan  faktiki  günlərin  sayından  asılı  olmayaraq 

təqvim  ayı  və  ya  təqvim  ili  başa  düşülür.  Müddət  aylarla  və  ya  illərlə  hesablandıqda,  bu 

müddət  inzibati  tənbehin  hesablandığı  ayın  müvafiq  tarixində  bitir.  Əgər  həmin  ayda 

müvafiq gün yoxdursa, müddət həmin ayın axırıncı günündə bitmiş hesab olunur. 

Müddətlər ğünlərlə hesablandıqda, müddət axırıncı gündə gecə saat 12-də bitir. 

kinci suala yekun olaraq qeyd etmək istərdim: 

1.

  nzibati  tənbehlərin  növləri  Azərbaycan  Respublikası  XM-nin  23-cü 



maddəsində göstərilib. Onlara aşağıdakılar aiddir: 

  Xəbərdarlıq  ( XM-nin 24-cü mad.) 



  nzibati cərimə ( XM-nin 25-ci mad.) 

  nzibati  xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti 



olmuş predmetin ödənişlə alınması ( XM-nin 26-cı mad.). 

  nzibati  xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti 



olmuş predmetin müsadirəsi ( XM-nin27-ci mad). 

  Fiziki  şəxsin  ona  verilmiş  xüsusi  hüququnun  məhdudlaşdırılması  (ov  etmək 



hüququ, nəqliyyat vastəsini idarəetmə hüququ). ( XM-nin 28-ci mad.) 

  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respubli-kasının 



hüdudlarından kənara inzibati qaydada çıxartma ( XM-nin 29-cu mad.). 

  nzibati həbs ( XM-nin 30-cu mad.). 



2.

 Bundan başqa Azərbaycan Respublikası  XM-nin 31-ci maddəsinə əsasən əsas 

və əlavə inzibati tənbeh növləri göstərilmişdir. Bir inzibati xətaya görə əsas və yaxud da əsas 

və əlavə tənbeh növləri tətbiq edilə bilər. 



 

Sual 3.   

nzibati tənbehlərin tətbiq edilməsinin ümumi qaydaları. 

 

            nzibati tənbeh tətbiq etmənin ümumi qaydaları Azərbaycan Respublikasının  nzibati 



Xətalar Məcəlləsinin 32-ci maddəsində göstərilmişdir: 

32.1.  nzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 

32.2.  Fiziki  və  ya  vəzifəli  şəxslər  barəsində  inzibati  tənbeh  tətbiq  edilərkən  xətanın 

xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, 

habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 

32.3.  Hüquqi  şəxslər  barəsində  inzibat  tənbeh  tətbiq  edilərkən  inzibati  xətanın 

xarakteri, hüquqi  şəxsin  maliyyə  və  əmlak  vəziyyəti,  habelə məsuliyyəti  yüngülləşdirən  və 

ağırlaşdıran hallar nəzərə alınır. 

32.4.  nzibati  tənbehin  tətbiq  edilməsi  həmin  inzibati  tənbehə  səbəb  olmuş 

öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. 

           nzibati  tənbehin  tətbiq  edilməsinin  ümumi  qaydaları  içərisində  qanunçuluq  və 

tənbehin fərdiliyi prinsiplərinə riayət edilməsi xüsusi yer tutur.  

 

Qanunçuluq  prinsipi  hüququn  ümumi  prinsipi  kimi  inzibati  tənbehin  tətbiq 



edilməsində özünü aşağıdakı kimi göstərir: 

1.  nzibati    xəta    haqqında    işə  baxan  orqan  (vəzifəli  şəxs)  təqsirkar  şəxsə 

qanunvericiliklə  müəyyən  edilmiş  inzibati  xətanın  törədilməsinə  görə  tənbehi  normanın 

sanksiyasında göstərilmiş çərçivədə tətbiq edə bilər. Bu  tələb öz əksini aşaqıdakılarda tapır: 

-  inzibati tənbehlərin sistemi və növləri qanunvericiliklə müəyyən edilib; 


 

220 


 

- hər bir tənbeh növünün qanunla müəyyən edilmiş ölçü hədləri  mövcuddur.  Bu ölçü 

hədləri  hər  bir  inzibati  tənbeh  növü  üçün onun «aşağı» və «yuxarı» hədlərinin (inzibati 

cərimədə) və ya yalnız «yuxarı» həddinin (inzibati həbsdə) göstərilməsi ilə müəyyən edilir. 

-  ayrı-ayrı  inzibati  xətalara  görə  məsuliyyət  nəzərdə  tutan  normanın  sanksiyasında 

tənbehin konkret növü və ölçüsü göstərilir. 

2.  Qanunçulugun  tələbinə  əsasən  yalnız  XM-nin  Xüsusi  hissəsində  nəzərdə  tutulan 

hüquqa zidd əməl inzibatit məsuliyyətə səbəb olur. Bu isə istənilən əməlin inzibati xəta kimi 

tövsif edilməsini və həmin əmələ görə inzibati  tənbehin tətbiq edilməsini istisna edir. 

3.  Qanuna  uyğun  olaraq  orqan  (vəzifəli  şəxs)  inzibati  xətaya  görə  müəyyən  edilmiş 

inzibati  tənbehin  hədlərindən  kənara  çıxa  bilməz.  Normalarda  bir  qayda  olaraq  bir  neçə 

tənbehin tətbiq edilməsi öz əksini tapır. Bu halda işə baxan orqan (vəzifəli şəxs) işin bütün 

hallarını vaxtında, hərtərəfli, tam və obyektiv araşdırmalıdır. 

Tənbehin  fərdiliyi  prinsipinin  mahiyyəti  tənbehin  tətbiq  edilməsi  zamanı  aşağıdakı 

halların nəzərə alınmasından ibarətdir: 

  inzibati xətanın xarakteri; 



  inzibati xəta törədən şəxsin şəxsiyyəti; 

  onun təqsirinin dərəcəsi; 



  əmlak vəziyyəti; 

  məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar. 



 Bu  prinsipə  riayət  edilməklə  törədilən  əməlin  və  təqsirkarın  şəxsiyyətinin  hərtərəfli 

qiymətləndirilməsi  əsasında  tərbiyə  və  profilaktika  məqsədlərinə  uyğun  ən  təsirli  tənbehin 

seçilməsinə  və  tətbiqinə  imkan  yaranmış  olur.  Bir  çox  hallarda  orqan  (vəzifəli  şəxs) 

sanksiyada göstərilən ən aşağı həddə tənbehi tətbiq etməyə bilər. Qanunla müəyyən olunmuş 

şə

rtlərə  müvafiq  olaraq  orqan  (vəzifəli  şəxs)  təqsirkar  şəxsi  inzibati  məsuliyyətdən  azad 



etmək  və  ya  inzibati  tənbehi  daha  yüngül  inzibati  tənbeh  növü  ilə  əvəz  etmək  hüququna 

malikdir ( XM-in 21-ci maddəsi). 

nzibati xətanın xarakteri əməlin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq qanunla 

mühafizə  olunan  maraqlara  vurulmuş  ziyandan  irəli  gələn  xətanın  ümumiləşdirilməsi  və 

qiymətləndirilməsidir. Daha təhlükəli inzibati xətalar daha ciddi tənbehlərə məruz qalmalıdır 

(məs; xırda talama, fövqəladə vəziyyət rejimi tələblərinin pozulması).     

nzibati  xəta  törədən  şəxsin  şəxsiyyətinə    aid  olan  hallar  təqsirkarın  şəxsi  kefiyyətləri  ilə 

baglıdır.  Şəxsi  kefiyyətlər  dedikdə,  təqsirkarın  ailədə,  işdə  və  s.  yerlərdə  xarakterizə 

olunması  və  birgə  yaşayış  qaydalarına  riayət  etməsi  başa  düşülür.  Bir  çox  hallarda 

qanunverici inzibati həbsin tətbiqini təqsirkarın şəxsiyyəti ilə əlaqələndirir. Məsələn,  XM-in 

296-ci  maddəsinə  əsasən,  inzibati  həbs  «…pozuntu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla 

…» tətbiq edilir. 

Təqsirinin  dərəcəsini  bütün  hallarda  nəzərə  alanmalıdır  çünki  qəsdən  törədilən 

inzibati  xəta  bütün  digər  şərtlərdən  asılı  olmayaraq  ehtiyatsızlıqdan  törədilənə  qarşı  daha 

ciddi tənbehə səbəb olmalıdır.  

Təqsirkarın  əmlak  vəziyyətinin nəzərə  alınmasını  imkan  yaradır  ki,  inzibati  tənbehi 

tətbiq  edən  orqan  (vəzifəli  şəxs)    təqsirli  şəxsə  qarşı  təsirli,  məqsədə  uyğun,  effektivli  və 

ə

dalətli inzibati tənbeh növünü tətbiq etsin. 



Normanın  sanksiyası  çərçivəsində  inzibati  tənbeh  verildikdə  məsuliyyəti  

yüngülləşdirən  və  ağırlaşdıran  halları nəzərə almaq lazımdır: 



 

221 


 

           XM-nin  33-cü  maddəsinə  əsasən,  inzibati  tənbeh  tətbiq  edilərkən  məsuliyyəti 

yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: 

-

  inzibati xəta törətmiş şəxsin səmimi peşimançılığı; 



-

  törədilmiş  inzibati  xətanın  zərərli  nəticələrinin  inzibati  xəta  törətmiş  şəxs 

tərəfindən aradan qaldırılması və ya vurulmuş ziyanın əvəzinin könüllü surətdə ödənilməsi; 

-

  inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi; 



-

  inzibati  xətanın  hamilə  qadın  və  ya  himayəsində  azyaşlı  uşağı  olan  qadın 

tərəfindən törədilməsi. 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  inzibati  xətaya  görə  məsuliyyəti 

yüngülləşdirən  başqa  hallar  da  nəzərdə  tutula  bilər.  nzibati  xətalar  haqqında  işə  baxan 

hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  qanunvericiliklə  nəzərdə  tutulmayan  halları  da 

məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər. 

Qanun  inzibati  xəta  haqqında  işə  baxan  orqandan  (vəzifəli  şəxsdən)  inzibati 

məsuliyyəti  nəzərdə  tutan  normanın  sanksiyası  çərçivəsində  tənbehin  yüngülləşdirilməsi 

üçün  əsas  verən  halları  da  nəzərə  almağı  tələb  edir.  nzibati  Xətalar  Məcəlləsinin  33-cü 

maddəsinə əsasən, inzibati xətanın tərkibinə daxil edilməyən hallar yüngülləşdirici hal kimi 

hesab  edilə  bilər.  Bu  hallar  inzibati  xətanın  tərkibində  tövsifedici  əlamət  kimi  çıxış  edirsə 

məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilə bilməz. 

nzibati  xəta  törətmiş  şəxsin  səmimi  peşimançılığı  dedikdə,  təqsirkar  tərəfindən 

törədilmiş  əməlin  hüquqazidd  olmasının  dərk  edilməsini,  törədtiyi  xətaya  olan  mənfi 

münasibətini,  işə  baxan  orqana  könüllü  xəbər  verməsini,  inzibati  xətanın  törədilməsində 

səbəb  və  şəraitinin  izah  edilməsini  və  baş  vermiş  nəticələrin  könüllü  olaraq  aradan 

qaldırılmasını nəzərdə tutulur. Zərərli nəticələrin qarşısının alınması bir qayda olaraq inzibati 

xətanın törədilməsindən dərhal sonra baş verir. Belə ki, təqsirkar inzibati xəta törədildikdən 

dərhal  sonra,  yəni  işə  baxan orqan  (vəzifəli  şəxs) tərəfindən  heç  bir təklif  irəli sürülmədən 

zədələnmiş əmlakın dəyərini zərərçəkmişə ödəyir və ya ona eyni dəyərli əmlak verir. Nəzərə 

almaq lazımdır ki, ziyanın könüllü ödənilməsi və vurulmuş zərərin aradan qaldırılması tam 

və ya qismən ola bilər. Bütün bunlar tənbehin tətbiqi zamanı nəzərə alınmalıdır. 

nzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi yüngülləşdirici hal 

kimi  çıxış  edir.  Burada  qanunvericilik  təqsirli  şəxsin  həm  fiziki,  həm  də  intellektual 

inkişafını nəzərdə tutur. Təcrübi cəhətdən  16 yaşdan 18 yaşa qədər olan şəxslərin həyatda 

böyüklərin təsiri altında inzibati xəta törədilməsinə rast gəlinir.  

nzibati  xətanın  hamilə  qadın  tərəfindən  törədilməsi  məsuliyyəti  yüngülləqşdirən 

hallardan  biridir.  Belə  ki,  hamiləlik  yüksək  streslə  və  əsəb  ğərğinliyi  ilə  müşayiət  olunur, 

bəzən inzibati xətanın törədilməsinə səbəb olur. 

Qanun  həmçinin  azyaşlı  uşağı  olan  qadın  tərəfindən  inzibati  xətanın    törədilməsini 

yüngülləşdirici  hal  kimi  müəyyən  etmişdir.  Adətən  təcrübədə  azyaşlı  uşaq  dedikdə,  14 

yaşınadək  olan  şəxslər  başa  düşülür.  Qanunvericilikdə  bu  cür  humanistliyin  nəzərdə 

tutulması azyaşlılara böyüklər tərəfindən (valideyinlər və ya onları əvəz edən şəxslər) daima 

qaygının və himayənin göstərilməsinin vacibliyi ilə izah olunur. Nəzarətsizlik şəraitində bu  

kateqoriya  şəxslərin  mənfi  təsirə  məruz  qalma  ehtimalları  daha  böyükdür.  Bu  isə  həmin 

şə

xslər  tərəfindən  inzibati  xəta  törədilməsinə  səbab  və  şərait  yaratmış  olur.  Məhz,  bütün 



bunları  qanunverici  arzu  etmədiyinə  ğörə,  yetkinlik  yaşına  çatmayanları  nəzarətsiz 

buraxmamaq  üçün  himayəsində  azyaşlı  uşağı  olan  qadın  tərəfindən  inzibati  xətanın 

törədilməsi halını məsuliyyəti yünğülləşdirən hal kimi təsbit etmişdir.    


 

222 


 

Qanunverici  inzibati  məsuliyyəti  yüngülləşdirən  halların  qəti  siyahısını  müəyyən 

etməmişdir.  O  inzibati  xəta  haqqında  işə  baxan  orqana  (vəzifəli  şəxsə)  qanunvericilikdə 

göstərilməyən digər halları da yüngülləşdirici hal kimi qəbul etməyə səlahiyyət verir. Bu cür 

səlahiyyət  inzibati  məsuliyyətə  cəlb  etmə  prosesində  humanizmin  aşkar  təzahürüdür. 

Təcrübədə  qanunda  nəzərdə  tutulmayan  belə  hallara  yaş,  səhhət,  əlillik,  məişətdə  müsbət 

davranış və s. aid edilir. 

XM-nin  34-cü  maddəsinə  əsasən  inzibati  tənbeh  tətbiq  edilərkən  məsuliyyəti 

ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: 

-

  səlahiyyətli  şəxslərin  hüquqazidd  hərəkəti  dayandırmağı  tələb  etdiklərinə 



baxmayaraq, bu hərəkətin davam etdirilməsi; 

-

  inzibati  xətaya  görə  inzibati  tənbeh  almış  şəxsin  eyni  xətanı  il  ərzində  təkrar 



törətməsi; 

-

  yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi; 



-

  inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi; 

-

  inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsi; 



-

  inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. 

nzibati  tənbeh  tətbiq  edən  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  inzibati  xətanın 

xarakterindən  asılı  olaraq  XM-nin  34.1.6-cı  maddəsində  göstərilən  halı  (inzibati  xətanın 

sərxoş halda olan şəxs tərəfindən törədilməsi) məsuliyyəti ağırlaşdıran hal hesab etməyə də 

bilər. 


nzibati Xətalar Məcəlləsinin 34-cü maddəsində göstərilən hallar inzibati xətaya görə 

məsuliyyəti  ağırlaşdıran  əsas  kimi  çıxış  edirlər.  Əgər  onlar  inzibati  xətanın  tərkibinin 

tövsifedici  əlaməti  kimi  çıxış  edirsə  bu  halda,  onlar    məsuliyyəti  ağırlaşdıran  hal    hesab 

olunmurlar.  Məsələn,  XM-nin  152.2-mad.  ″sərxoş  vəziyyətdə  nəqliyyat  vasitəsinin  idarə 

edilməsinə görə...″. 

nzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardan fərqli olaraq işə baxan orqan 

(vəzifəli  şəxs)  XM-nin  34-cü  maddəsində  göstərilməyən  hər  hansı  bir  başqa  halı 

ağırlaşdırıcı hal kimi hesab edə bilməz. Buna qanunvericilik yol vermir. 

Səlahiyyətli  şəxslərin  hüquqazidd  hərəkəti  dayandırmağı  tələb  etdiklərinə 

baxmayaraq,  bu  hərəkətin  davam  etdirilməsi  təqsirkar  tərəfndən  xətanın  qəsdən 

törədilməsini,  bu  davranışından  çəkinmək  istəməməsini  və  səlahiyyətli  şəxsin  tələblərinə 

tabe olmamasını sübut edir. Nəzərə almaq lazımdır ki, səlahiyyətli şəxsin qanuni tələblərinə 

qəsdən  tabe  olmama  bir  sıra  hallarda  müstəqil  inzibati  xətanın  tərkibini  yaradır.  Belə  ki, 

XM-nin 310-cu  maddəsi polis işçisi və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe 

olmamağa görə məsuliyyət nəzərdə tutur. 

nzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı il ərzində təkrar törətməsi 

də  ağırlaşdırıcı  hal  sayılır.  Bü  təqsirkarın  birinci  inzibati  xətaya  görə  ona  tətbiq  edilən 

inzibati  tənbehin  tərbiyəedici,  xəbərdaredici  təsir  göstərmədiyini  sübut  edir.  Aşağıdakı 

hallarda inzibati xəta təkrarən törədilmiş hesab olunur: 

  eyni xətaya ğörə şəxs əvvəllər inzibati tənbehə məruz qalmışdırsa; 



  inzibati tənbeh olunmuş şəxs tənbehin icrasının qurtardığı ğündən etibarən  bir il müddət 

ə

rzində eyni inzibati xəta törətdikdə. 



Yetkinlik  yaşına  çatmayanların  inzibati  xəta  törtəməyə  cəlb  edilməsi  nə  formada 

həyata keçirilməsindən asılı olmayaraq (aldatma, dilə tutma, asılı vəziyyətindən istifadə etmə 

və  s.)  ağırlaşdırıcı  hal  sayılır.  Bu  zaman  yetkinlik  yaşına  çatmyanın  yalnız  inzibati  xəta 


 

223 


 

törətməyə  cəlb  edilməsi  nəzərdə  tutulur.  Əks  halda  bu  şəxslərin  cinayətkar  fəaliyyətə  cəlb 

edilməsi CM-nin 170-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Qanunverici 

yetkinlik yaşına çatmayanların sərxoşluq vəziyyətinə gətirilməsinin arzuolunmaz nəticələrini 

nəzərə  alaraq,  onların  sərxoşluq  vəziyyətinə  gətirilməsinə  görə  inzibati  məsuliyyət  nəzərdə 

tutub ( XM-nin  307-ci mad.) 

nzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi yüksək təhlükə yaradır. Bu zaman 

onların  səylərinin  eyni  bir  inzibati  xətanın  (ların)  törədilməsi  üçün  birləşdirilməsi  nəzərdə 

tutulur.  Bir  neçə  şəxs  tərəfindən  müstəqil  surətdə  eyni  növ  inzibati  xətaların  törədilməsi 

məsuliyyəti ağırlaşdıran hal sayılır. 

nzibati  xətanın  təbii  fəlakət  şəraitində  və  ya  başqa  fövqəladə  şəraitdə  törədilməsi 

məsuliyyəti  ağırlaşdıran  hal  sayılır.  Təbii  fəlakət  şəraiti  altında    zəlzələ,  uçqunlar,  sellər, 

yanğınlar, daşqınlar və s. təbii fəlakətlər başa düşülür. Digər fövqəladə hallara hərbi vəziyyət 

və  şəraiti  qəflətən  mürəkkəbləşdirən  və  əhali  üçün  yüksək  təhlükə  yaradan  digər  şəraitlər 

aiddir.  

nzibati xəta törətmək üçün belə şəraitdən istifadə edən şəxs normanın sanksiyasının 

çərçivəsində yüksək inzibati məsuliyyət daşımalıdır. 

nzibati  xətanın  sərxoş  halda  törədilməsi  ağırlaşdırıcı  hal  sayılır.  Belə  hal  işin 

materialları ilə (tibbi müayinə aktı, şahidlərin izahatları ilə və s.) müəyyən edilməlidir. Bəzi 

növ inzibati xətalar üçün «sərxoşluq vəziyyəti» tərkibin tövsif edici əlaməti kimi çıxış edir 

(məsələn,  XM-nin  152.2  mad.  ″...  sərxoş  vəziyyətdə  nəqliyyat  vasitəsinin  idarəedilməsinə 

görə...″).  Bu  hallarda  sərxoşluq  əlavə  olaraq  məsuliyyəti  agırlaşdıran  hal  kimi  qəbul 

edilməməlidir.  Qanun  inzibati  tənbeh  tətbiq  edən  orqana  (vəzifəli  şəxsə)  inzibati  xətanın 

xarakterindən  asılı  olaraq  sərxoşluq  vəziyyətini  ağırlaşdırıcı  hal  kimi  hesab  etməməyə 

səlahiyyət verir. 

           Azərbaycan  Respublikası  XM-nin  35-ci  maddəsində  bir  neçə  inzibati  xəta 

törədildikdə inzibati tənbehetmə qaydası göstərilmişdir. 

35.1  Bir  şəxs  iki  və  ya  daha  çox  inzibati  xəta  törətdikdə,  onun  barəsində  hər  bir 

inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 

35.2  Bir  şəxsin  törətdiyi  bir  neçə  inzibati  xətaya  dair  işlərə  eyni  vaxtda  eyni  orqan 

tərəfindən  baxıldıqda,  həmin  şəxs  daha  ciddi  xətaya  görə  müəyyən  edilmiş  sanksiya 

çərçivəsində  tənbeh  edilir.  Bu  halda  törədilmiş  xətalardan  hər  hansı  birinə  görə  nəzərdə 

tutulmuş əlavə tənbehlərindən biri əsas tənbehə əlavə edilə bilər. 

Bir neçə inzibati xəta törədilən zaman inzibati tənbehin tətbiq edilməsi  nzibati Xətalar 

Məcəlləsinin 35-ci maddəsinə müvafiq olaraq, aşağıdakı halların nəzərə alınması ilə həyata 

keçirilir: 

a) şəxs tərəfindən iki və daha çox inzibati xəta törədilməsi; 

b) inzibati xətaların hər biri müstəqil sanksiyası olan xüsusi hissəsinin ayrıca maddəsi 

ilə tövsif edilir; 

v)  hər  bir  inzibati  xətaya  görə  inzibati  məsuliyyətə  cəlb  etmə  müddətlərinin 

keçməməsi; 

q) bunlardan heç birinə görə şəxsin inzibati tənbehə cəlb olunmaması. 

nzibati  xətaların  məcmusu  üzrə  tənbehlərin  tətbiq  edilməsində  törədilən  əməlin  bir 

inzibati  xəta  olub-olmamasını  və  ya  törədilən  əməlin  tərkibində  bir  neçə  müstəqil  inzibati 

xətanın olub-olmamasını müəyyənləşdirmək lazımdır. Bu zaman bir sıra ardıcıl əməllərdən 

ayrı-ayrı müstəqil inzibati xətaların tərkibinin yaranmasının, yaxud onların uzanan və davam 



 

224 


 

edən  inzibati  xəta  olması  və  ya  təkrarən  törədilməsi  faktının  müəyyən  edilməsi  vacibdir. 

Tövsif  zamanı  inzibati  xətaların  təkrar,  uzanan  və  davam  edən  növlərini  fərqləndirmək 

lazımdır. 

             nzibati xətaların təkrar törədilməsi dedikdə, iki və ya daha çox eyni tərkibli inzibati 

xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən törədilməsi başa düşülür. Məsələn: 

Azərbaycan Respubliksının  XM-nin 151.5-ci maddəsi: ″… Bu Məcəllənin 151.2-ci, 151.3-

cü,  151.4-cü,  155.3-cü  və  156-cı  maddələrində  nəzərdə  tutulmuş  xətalar  il  ərzində  inzibati 

tənbeh  almış  şəxs  tərəfindən  təkrarən  törədilməsinə,  yəni  10  və  daha  çox  cərimə  balı 

toplanmasına görə- ...″ 

             Davam  edən  inzibati  xəta  törədilməsi  baxımından  bir  sıra  eyni  əməllərin 

məcmusundan  ibarət  olan  vahid  inzibati  xətadır.  Məsələn,  XM-nin  224-cü  maddəsində 

nəzərdə  tutulan  inzibati  xəta:  ″Buraxılması  və  ya  satılması  qadagan  olunmuş  malların 

satılması,  yaxud  qadagan  olunmuş  işlərin  (xidmətlərin)  yerinə  yetirilməsi  (göstərilməsi)″. 

Burada  inzibati  xətanın  vahid  niyyət  və  məqsədlə  (varlanma,  malların  tezliklə  realizəsi) 

törədilməsi onun davam edən inzibati xəta kimi tövsifinə əsas verir. 

            Uzanan  inzibati  xəta  -  şəxsin  hərəkəti,  yaxud  hərəkətsizliyi  ilə  başlayan  və  az-çox 

müəyyən  müddətə  fasiləsiz  olaraq  davam  edən  xətadır.  Məsələn,  XM-nin  329-cu 

maddəsində  nəzərdə  tutulan  inzibati  xəta:  «Şəxsiyyət  vəsiqəsi  olmadan  və  ya  yaşayış  yeri 

üzrə qeydiyyatdan keçmədən yaşama». 

           Azərbaycan  Respublikasının  XM-nin  36-cı  maddəsi  inzibati  məsuliyyətə  cəlb  etmə 

müddətlərini nəzərdə tutur. 

36.1  nzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə 

bilər. Gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, eləcə də maliyyə, vergilərin və 

rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati 

xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 

36.2 Davam edən inzibati xətalara görə inzibati tənbeh onun aşkara çıxarıldığı gündən 

ə

n geci iki ay keçənədək verilə bilər. 



36.3  Cinayət  işinin  başlanması  rədd  edildikdə  və  ya  cinayət  işinə  xitam  verildikdə, 

lakin  şəxsin  əməllərində  inzibati  xəta  tərkibinin  bütün  əlamətləri  olduqda,  inzibati  tənbeh 

cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul 

edildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. 

36.4 On altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi 

inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə 

komissiya  tərəfindən  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müvafiq  dövlət  orqanına 

qaytarıldıqda,  inzibati  tənbeh  həmin  qaytarıldığı  ğündən  ən  ğeci  iki  ay  keçənədək  verilə 

bilər. 

Qanunverici  tərəfindən  bu  maddədə  müəyyən  edilmiş  müddətlər    keçdikdən  sonra 



tənbehetmə mümkün deyil, çünki tənbehetmə müddəti bitmiş sayılır. 

Yuxarıda göstərildiyi kimi, inzibati məsuliyyətə cəlb etmə müddəti bir qayda olaraq 2 

aydan, bəzi inzibati xətalar üçün isə bir ildən artıq ola bilməz. Lakin bu müddətin axımı ayrı-

ayrı  inzibati  xətalar  üçün  müxtəlifdir.  Bir  çox  inzibati  xətalar  üçün  tənbehetmə  müddətin 

hesablanması anı xətanın törədildiyi gündən başlayır.  

Uzanan  və  davam  edən  inzibati  xətalara  görə  tənbehetmə  müddəti  başqa  cür 

hesablanır.  Uzanan  inzibati  xəta  fasiləsiz  olaraq  uzun  və  ya  qısa  müddətdə  törədilir.  Buna 

misal olaraq, odlu silahın saxlanılması qaydalarının, yanğın təhlükəsizliyi qaydalarının, hərbi 



 

225 


 

qeydiyyat qaydalarının pozulmasını və qeydiyyatsız yaşamanı göstərmək olar. Bu hərəkətlər 

müəyyən əməlin vahid tərkibinin fasiləsiz həyata keçirilməsi ilə xarakterizə olunur. Uzanan 

inzibati xətalar üzrə tənbehetmə müddətinin başlanğıc anı xəta törədilən andan deyil, xətanın 

aşkar edildiyi andan hesablanır. Məsələn: hərbi qeydiyyat qaydalarının pozulması hallarında 

müddət, hərbi mükəlləfiyyətli şəxsin təyin olunmuş gün müvafiq orqana gəlmədiyi gündən 

başlayır.  Bu  xəta  hərbi    mükəlləfiyyətli  şəxsin  qeydiyyata  düşmək  üçün  gəldiyi  vaxtadək 

uzanır. Burada inzibati xəta faktının səlahiyyətli orqan tərəfindən aşkar edilməsi anı (günü) 

məsuliyyətə cəlb olunma müddətinin hesablanmasında əsas götürülə bilər.  

Cinayət  işinin  başlanması  rədd  edildikdə  və  ya  cinayət  işinə  xitam  verildikdə  

tənbehetmə  müddəti  cinayət  işinin  başlanmasının  rədd  edilməsi  və  ya  ona  xitam  verilməsi 

haqqında  əsaslı  qərar  çıxarıldığı  ğündən  hesablanır.  Belə  hallarda  inzibati  tənbeh  cinayət 

işinin başlanılmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərar qəbul 

edildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. 

Gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, eləcə də maliyyə, vergilərin və 

rüsumların  ödənilməsi  qaydaları  əleyhinə  inzibati  xətalara  görə  inzibati  tənbeh  inzibati 

xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 

Müddətlər  hesablanan  zaman  onun  axımı  məsuliyyətə  cəlbetmə  ğünündən  hesaba 

alınır.  Cəlbetmə  müddəti  təyin  olunmuş  müddətin  başa  çatması  ilə  məsuliyyətə  cəlbetmə 

prosesinin axırıncı ğünündə gecə saat 24

00

- də bitmiş hesab edilir.  



nzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən, barəsində inzibati tənbeh tətbiq 

olunmuş şəxs tənbehin icrasının qurtardığı gündən etibarən bir il ərzində yeni inzibati xəta 

törətməmişsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş sayılır.  

 Yuxarıda  göstərilən    müddəanın  məzmunundan  aydın  olur  ki,  şəxs  onun  barəsində 

inzibati tənbeh tətbiq edilməsi haqqında qərar çıxarıldığı və ona elan edildiyi andan inzibati 

məsuliyyətə cəlb edilmiş hesab edilir. 

nzibati  məsuliyyətə  cəlb  olunma  vəziyyətində  olan  şəxs  tənbehin  icra    müddəti 

bitdikdən  sonra  bir  il  müddətində  inzibati  məsuliyyətə  cəlb  olunmuş  şəxs  hesab  edilir.  Bu 

müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi 

nəticələr yarada bilər.  nzibati məsuliyyətə cəlb olunma vəziyyətində olan şəxs yeni inzibati 

xəta törətdikdə onun vəziyyəti aşağıdakı kimi qiymətləndirilə bilər: 

-    inzibati məsuliyyəti ağırlaşdıran hal kimi; 

-

  daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət kimi; 



-

  nəzərdə tutulmuş sanksiyanın «yuxarı» həddinin tətbiqini nəzərdə tutan hal kimi. 

nzibati  məsuliyyətin  ödənilməsinin  bir  illik  müddəti  inzibati  xətaların  və  inzibati 

tənbehlərin  növlərindən  asılı  olmayaraq  eyni  qaydada  müəyyən  edilmişdir.  nzibati 

məsuliyyətin  ödənilməsi  üçün  bir  illik  müddətin  hesablanmasının  başlanğıc  anı  tətbiq 

edilmiş tənbehin icrasının faktiki bitməsi günündən sayılır.  

 Xəbərdarlıq  növündə  inzibati  tənbehin  verildiyi  halda,  bir  illik  müddətin 

hesablanması anı tənbehin verildiyi gün ilə üst-üstə düşür. Əgər şəxs əsas və əlavə tənbehə 

məruz qalmışdırsa (məsələn: ov qaydalarının pozulmasına görə eyni zamanda inzibati cərimə 

və ov silahının müsadirəsi tətbiq olunduqda) bir illik müddətin hesablanması anı axırıncı icra 

olunan tənbehin icrasının bitdiyi gündən hesablanır. 

nzibati  həbs  və  ya  fiziki  şəxsin  ona  verilmiş  xüsusi  hüququnun  məhudlaşdırılması 

tətbiq  edilən  zaman  tənbehlərin  icrasının  bitməsi  müddəti  faktiki  olaraq  inzibati  həbsin 


 

226 


 

ödənilməsi  və  ya  fiziki  şəxsin  ona  verilmiş  xüsusi  hüquququnun  məhdudlaşlırılması 

müddətinin başa çatması ilə üst-üstə düşür. 

Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsinin 455.5-ci maddəsinə əsasən, 

nəqliyyat  vasitələrini  idarə  etmə  hüququnun  və  ya  ov  hüququnun  müəyyən  müddətə 

məhdudlaşdırılması  barədə  qərar  qəbul  etmiş  səlahiyyətli  vəzifəli  şəxs  göstərilən  hüququn 

məhdudlaşdırılması müddətini, təyin edilmiş müddətin azı yarısı keçdikdən sonra nəqliyyat 

vasitələrini  idarə  etmə  hüququ  və  ya  ov  hüququ  məhdudlaşdırılmış  şəxsin  işlədiyi  və  ya  

oxuduğu  müəssisənin,  idarənin,  təşkilatın  vəsatəti  ilə    azalda  bilər.  Burada  xüsusi  hüququ 

məhdudlaşdırılmış şəxs yeni müddətin  hesablandığı gündən bir il keçdikdən sonra inzibati 

məsuliyyətə cəlb olunmamış sayılır. 

nzibati tənbehin ödənilməsi halı heç bir sənədin tərtib edilməsi ilə həyata keçirilmir. 

O avtomatik olaraq qanunla müəyyən olunmuş müddətin (bir il) keçməsi ilə bitir. 

Yeni  inzibati  xətanın  törədilməsi  faktı  tənbehin  ödənilməsi  üçün  tənbehetmə 

müddətinin  axınımını  kəsir.  Bu  zaman  göstərilən  müddətin  axımı  təqsirkara  qarşı  yeni 

inzibati tənbehin tətbiq olunması  şərti ilə  kəsilir.  Belə hallarda  faktiki tənbehetmə  müddəti 

yeni inzibati xətanın törədilməsinə qədər ləğv edilir. Müddətin axımı yeni törədilmiş inzibati 

xətaya görə təyin olunmuş tənbehin icrası anından başlanır. 

           Azərbaycan  Respublikasının  XM-nmn  38-ci  maddəsinə  uyğun  olaraq  vurulmuş 

ə

mlak  zərərinin  əvəzinin  ödənilməsinin  əsası  və  qaydası  müəyyən  edilmişdir.  XM-nin  bu 



maddəsinə əsasən: 

38.1  Hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  inzibati  xəta  haqqında  işə  baxarkən 

vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh 

tətbiq  etməklə  eyni  vaxtda vurulmuş  zərərin  əvəzinin  ödənilməsi  barədə  məsələyə  də  baxa 

bilər. 

38.2  Vurulmuş  əmlak  zərərinin  və  ya  mənəvi  zərərin  əvəzinin  ödənilməsi  barədə 



mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin 

ə

vəzinin  ödənilməsi  məsələsi  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 



həll edilir. 

Bu maddədə nəzərdə tutulan mübahisəli hallarda, vurulmuş əmlak zərərinin və mənəvi 

zərərin  əvəzinin  ödənilməsi  Azərbaycan  Respublikası  Mülkü  Prosessual  Məcəlləsinə 

müvafiq  olaraq  irəli  sürülən  iddia  əsasında  mülkü  mühakimə  icraatı  formasında  həyata 

keçirilir.     

 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin