Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə34/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

tərəfdən  yiyələnmək  mütləq  xarakter  daşıyır.  Daha  dəqiq  desək,  bu  biliklərə 

yiyələnmədən  inzibati  yurisdiksiya  fəaliyyətini  qanunvericiliyin  tələblərinə  müvafiq 

olaraq həyata keçirməyiniz mümkün olmayacaq. 

 

278 


 

Mühazirənin  vasitəsi  ilə  siz  gələcək  xidməti  fəaliyyətinizdə  insan  və  vətəndaş 

hüquq və azadlıqlarının, eləcədə inzibati xətalar qanunvericiliyinin prinsplərindən irəli 

gələn digər tələblərin təmin edilməsinə nail olmuş olarsınız. 

Bu  mühazirədə  birinci  növbədə  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın 

anlayışı, vəzifələri və prinsipləri, ikinci növbədə icraatın iştirakçıları və onların hüquq 

və  azadlıqları,  üçüncü  növbədə  icraatda  sübutlar  və  onların  qiymətləndirilməsi, 

yekununda  isə  icraatın  təmin  edilməsi  tədbirlərinin  növləri,  onların  tətbiq  edilməsi 

ə

sasları və qaydaları ilə tanış olacaqsınız. 



Mühazirədə aparılıcaq təhlil əsasında əldə edəcəyiniz məlumatlar əsasında Sizlə

gələcək  xidmətlərinizdə  inzibati  yurisdiksiya  fəaliyyətinizi  inzibati  xətalar 

qanunvericiliyinə müvafiq olaraq həyata keçirmiş olacaqsınız. 

 

 

 

Sual 1. 


nzibati  prosesin  anlayışı  və  təyinatı.  nzibati-prosessual  fəaliyyət  və  inzibati 

yurisdiksiya. 

 

279 


 

 

              Proses  müəyyən  nəticənin  əldə  olunmasına  yönəlmiş  müəyyən  ardıcıl 

hərəkətlər,  hansısa  fəaliyyətin  həyata  keçirilməsi  qaydasıdır.  Bu  mənada,  məsələn, 

qanunvericilik, büdcə və s. prosesləri barədə danışmaq olar. 

darəçilik  fəaliyyəti  müəyyən  ardıcıllıqla  həyata  keçirilir. 

darəçilik 

hərəkətlərinin  ardıcıllığı  idarəetmə  prosesini  təşkil  edir.  Başqa  sözlə  desək,  idarəçilik 

prosesi  bu  hərəkətdir,  hərəkətlərin  və  hərəkətlərlə  bağlı  münasibətlərin  inkişaf 

mərhələləridir.  darəçilik hərəkətlərinin həyata keçirilməsi qaydaları hüquq normaları 

ilə  tənzimlənir  və  bununla  əlaqədar  olaraq,  onlar  hüquqi  xarakter  alırlar.  darəçilik-

prosessual hərəkətlər isə inzibati-prosessual normalarla tənzimlənirlər. Deməli, inzibati 

proses  icra  hakimiyyəti  sahəsində  qanunçuluğun  təmin  olunması  və  ictimai  qaydanın 

möhkəmləndirilməsi  məqsədilə  qanunla  tənzim  olunan  müəyyən  fərdi  işlərin  həll 

edilməsi qaydasıdır. 

nzibati  proses  maddi  inzibati-hüquqi  və  digər  hüquq  normalarının  düzgün 

həyata keçirilməsinə yönəlmişdir. 

               nzibati  prosesin  obyektini  müxtəlif  hüquq  sahələri  ilə  tənzimlənən  (inzibati, 

ə

mək, maliyyə. mülki hüququ, cinayət hüququndan başqa) idarəçilik xarakterli ictimai 



münasibətlər təşkil edir. 

nzibati  prosesin  bu  xüsusiyyəti,  onu  müəyyən  fərdi  işlərin  həlli  üzrə  inzibati 

icraatların məcmusu kimi təsvir etməyə imkan verir. 

Fərdi işlərin aşağıdakı növləri ola bilər:  

- vətəndaşların hüquq, azadlıq və qanuni mənafelərinin pozulması ilə əlaqədar 

müraciətləri;  

- intizam xətaları haqqında işlər;  

- vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar olan işlər;  

- inzibati xətalar haqqında işlər;  

- inzibati nəzarətlə əlaqədar olan işlər və s.  

 Deyilənlərdən  göründüyü  kimi,  inzibati-hüquqi  normalar  dövlət  və  ictimai 

idarəetməyə  aid  müxtəlif  məsələləri  tənzimləyirlər  və  hüquq  subyektlərinin  əksə

hissəsinə  aiddirlər.  Buna  görə  də  inzibati  proses  idarəetmədə  qanunçuluğun  təmin 

edilməsi  üçün  əhəmiyyəti  çox  böyükdür.  darəetmədə  qanunçuluğu  yalnız  inzibati 

hüququn  maddi  normalarının  realizəsi  zamanı  tələb  olunan  hərəkətlərin  həyata 

keçirilməsində  ardıcıllığını  və  onlarda  olan  hüquqi  göstərişlərə  riayət  edilməsi  şərtilə 

təmin etmək olar. 

Qüvvədə  olan  inzibati-prosessual  normalar  qanunlarda  və  qanunqüvvəli 

aktlarda  göstərilmişdirlər.  Bu  normalar  hüquq  tətbiqetmə  aktlarının  qəbul  edilməsi 

qaydalarını,  inzibati  prosesin  iştirakçılarının  hüquqlarının  və  vəzifələrinin  həyata 

keçirilməsi qaydasını və s. müəyyənləşdirirlər. 

nzibati  prosesi  digər  proseslərdən  (cinayət,  mülki)  fərqləndirən  spesifik 

xüsusiyyət onun idarəçilik fəaliyyətinin həyata keçirilməsi zaman görülən hərəkətlərin 

ardıcıllığıdır.  O,  inzibati  hüququn  maddi  və  başqa  hüquq  sahələrinin  normalarının 

realizə və idarəçilik fəaliyyətinin xüsusi hüquqi formasıdır. 

               nzibati  prosesin  məzmununu  idarəçilik  sahəsində  öz  səlahiyyətlərini  və 

vəzifələrini  yerinə  yetirən  inzibati  hüquqi  subyektlərin  müəyyən  ardıcıllıqla  həyata 

keçirilən zaman yaranan idarəçilik xarakterli prosessual münasibətlər təşkil edir. 

 

280 


 

nzibati  prosesi  başqa  proseslərdən  (cinayət  və  mülki  proseslərindən) 

fərqləndirən cəhətlərdən biri də odur ki, o, daha geniş ictimai münasibətləri əhatə edir, 

daha  mürəkkəb  struktura  malikdir  və  müxtəlif  inzibati-prosessual  normalarla 

tənzimlənir. 

nzibati  prosesin  xüsusiyyəti  həm  də  ondan  ibarətdir  ki,  onun  tətbiq  etmə 

sahəsi  inzibati  hüquq  normalarının  realizəsi  və  inzibati-hüquqi  münasibətlərinin 

müdafiəsi ilə bitmir. Dövlət idarəetmə orqanlarının, vəzifəli şəxslərin və idarəetmənin 

digər  subyektlərinin  hüquq  tətbiqetmə  fəaliyyəti  çox  vaxt  elə  həyati  faktlarla  üz-üzə 

gəlir  ki,  bunların  həll  edilməsi  nəinki  inzibati  hüquq  normalarının,  habelə  maliyyə

torpaq və s.  hüquq sahələrinin  normalarının  tətbiqi  ilə  mümkün  ola  bilər.  Göstərilə

hüquq  sahələrinin  normaları  inzibati-prosessual  normalarla  müəyyən  edilmiş 

qaydalara müvafiq tətbiq edilirlər. 

cra hakimiyyəti sahəsində işlərin həll edilməsi inzibati prosesin prinsiplərini, 

habelə proses iştirakçılarının prosessual hüquq və vəzifələrini əhatə edir. 

darəçilik  fəaliyyətinin  tərkib  hissəsi  olaraq,  inzibati  proses  dövlə

idarəetməsinin ümumi prinsiplərinə əsaslanır. 

Bununla  yanaşı,  ümumi  prinsiplər  inzibati  prosesdə  özünəməxsus  ifadəyə 

malikdirlər. 

nzibati  prosesin  xüsusiyyətlərini  əks  etdirən  və  onun  mahiyyətini  açıqlayan 

ə

sas prinsiplərə aşağıdakılar aiddir:  



- qanunçuluq;  

- maddi həqiqət;  

- aşkarlıq;  

- tərəflərin bərabərliyi;  

- prosesin yerli əhalinin dilində aparılması;  

- qənaətliyi və effektivliyi;  

- orqanların və vəzifəli şəxslərin prosesin lazımi qaydada aparılmasına və işin 

düzgün həll olunmasına ğörə məsuliyyəti və s. 

Onların hər birisi aşağıdakı kimi müvafiq məzmunlara malikdirlər: 



1. Qanunçuluq prinsipi. Onun mahiyyəti ondan ibarətdir ki, inzibati hüququn 

maddi  hüquqi  normalarının  tətbiqi  bütün  hallarda  qanuna  müvafiq  olmalıdırlar. 

Normalar  inzibati  hüququn  prosessual  normalarında  göstərilmiş  qaydaya  uyğun 

olaraq həyata keçirilirlər. Yəni inzibati prosesdə qanunçuluq inzibati hüququn və digə

hüquq sahələrinin normalarının həyata keçirilməsi qaydaya ciddi surətdə əməl etmə

tələbi kimi çıxış edir. Qanunçuluq habelə inzibati prosesin iştirakçılarının hüquqlarının 

və  mənafelərinin  qorunmasını  da  nəzərdə  tutur. 

nzibati  prosesin  istənilə

iştirakçısının  hüquq  və  mənafelərinin  pozulması  halları  baş  verdikdə  iştirakçı 

qanunsuz  hərəkətlər  barədə  şikayət  verə  bilər.  Qanunçuluq  prinsipinə  uyğun  olaraq, 

inzibati-prosessual qanunvericiliyində vətəndaşların hüquqlarının qorunmasına xüsusi 

diqqət  yetirilir.  Bu  məqsədlə  vətəndaşların  hüquqlarının  qorunması  üzrə  məhkəmə 

müdafiəsi  təşkil  edilib,  yəni  qanunsuz  qərarlar  və  s.  barədə  vətəndaşlar  məhkəməyə 

ş

ikayəərizəsi verə bilərlər. 



2.  Maddi  həqiqət  prinsipi.  Bu  o  deməkdir  ki,  işin  bütün  halları  hərtərəfli  və 

obyektiv  surətdə  tədqiq  edilməlidir.  Bu  prinsip  hüquq  tətbiqedən  şəxsi  işə  baxarkə

bütün  sübutları  diqqətlə  nəzərdən  keçirməyi,  onları  düzgün  qiymətləndirməyi  tələ

 

281 


 

edir. Zəruri hallarda əlavə sənədləri tələb etmək, yoxlama və ekspertiza aparmaq, işin 

obyektiv  surətdə  həll  olunması  üçün  başqa  tədbirləri  də  həyata  keçirmək  lazımdır. 

Qanunvericilik işin mahiyyətini diqqətlə araşdırılmasını, birtərəfliyi və habelə qərəzliyi 

tamamilə istisna etməyi tələb edir. 

Maddi  həqiqət  prinsipi  həm  də  ona  görə  əhəmiyyətlidir  ki,  idarəetmə 

subyektləri  tərəfindən  hüququn  tətbiq  edilməsi  nəinki  faktların  və  şəraitin 

əyyənləşdirilməsi,  həm  də  onun  bu  faktlara  və  şəraitə  hüquq  normalarının  tətbiqi 

prosesində  təsiri  ilə  əlaqədardır.  Belə  ki,  polis  əməkdaşı,  qanun  pozan  şəxsi  yerində 

cərimə  edərkən,  nəinki  müvafiq  inzibati-hüquq  normasını  tətbiq  edir,  habelə 

təqsirkara bilavasitə təsir edir. 

3.  Tərəflərin  qanun  qarşısında  bərabərlik  prinsipi.  Bu  prinsipin  mahiyyəti 

ondan ibarətdir ki, proses iştirakçısının inzibati-prosessual statusu müəyyən edilir. Bu 

statusa  görə  hər  bir  vətəndaş,  sosial  və  xidməti  vəziyyətindən,  o  cümlədən  digə

hallardan asılı olmayaraq idarəçilik məsələsini həll edərkən qanun və orqan qarşısında 

bərabərdir.  Bundan  başqa,  bu  prinsip  inzibati  prosesin  iştirakçısına  ehtiyac  olduqda 

müvafiq  hüquqi  yardımın  göstərilməsini,  həm  də  inzibati  prosesin  iştirakçıları 

tərəfindən lazımi qaydada öz hüquqlarından istifadə etmələrinə və üzərlərinə qoyulmuş 

vəzifələrə  riayət  etmələrinə  işə  baxan  orqanın  istifadə  etmələrinə  nəzarət  etməsini 

nəzərdə tutur. 

4.  Aşkarlıq  prinsipi  ondan  ibarətdir  ki,  proses  açıq  şəkildə  keçirilməli  və 

vətəndaşlara  bu  barədə  lazımi  məlumat  verilməlidir.  Proses,  bir  qayda  olaraq,  açıq 

keçirilir.  Proses  iştirakçılarına  prosessual  hüquqlardan  maneəsiz  istifadə  edilməsinə

işin materialları ilə, sənədlərlə və s. ilə tanış olmağa imkan yaradılır.  nzibati prosesdə 

iştirak  etmək  üçün  ictimaiyyətin  nümayəndələri  cəlb  olunur.  şə  maraq  göstərə

orqanlar,  təşkilatlar  işin  materialları  və  iş  üzrə  qəbul  olunmuş  qərarlarla  tanış  ola 

bilərlər. Bir çox qərarlar açıq surətdə elan olunur. 

5.  nzibati  prosesin  yerli  əhalinin  dilində  aparılması.  Bu  prinsipin  mahiyyəti 

ondan  ibarətdir  ki,  proses  aparılan  dili  bilməyən  şəxslər  öz  ana  dilində  izahatı  verə 

bilərlər və tərcüməçinin köməyindən istifadə edə bilərlər. 

6.  Prosesin  qənaətliyi  və  effektivliyi  prosesin  tezliklə  keçirilməsinin  və  eyni 

zamanda onun aparılmasına böyük maliyyə xərcləri sərf etmədən təşkilinə yönəlmişdir. 

Prosesin  qənaətiliyinə  və  effektivliyinə  işinin  baxılma  vaxtının  qanunvericilik 

tərəfindən müəyyən edilməsi də şərait yaradır. 

7. Orqanların və vəzifəli şəxslərin prosesin lazımi qaydada aparılmasına və işin 

düzgün  həll  olunmasına  görə  məsuliyyət.  Bu  prinsipə  görə,  proses  qaydalarının 

pozulmasında, yaxud qanunsuz qərar çıxarmaqda təqsirli hesab ediləşəxslər inzibati 

və cinayət məsuliyyəti daşıyırlar. 

 


 

282 


 

nzibati prosesin subyektləri 



nzibati  prosesdə  subyekt  kimi  (iştirakçı  kimi)  Azərbaycan  Respublikasının 

vətəndaşları;  əcnəbilər  və  vətəndaşğı  olmayan  şəxslər;  dövlət  orqanları,  idarə

əssisə və təşkilatlar; qeyri-hökumət təşkilatları; dövlət qulluqçuları; qeyri-hökumə

təşkilatları və onların nümayəndələri çıxış edirlər. 

nzibati  prosesin  subyektlərinin  hüquqi  vəziyyəti  aşağıdakılarla  müəyyə

edilir:  

Birincisi, bu subyekt prosesdə öz qanuni mənafelərini və hüquqlarını müdafiə 

edən tərəfdir. 

kincisi, inzibati prosesdə onun iştirakçıları şahid, ekspert, tərcüməçi və s. kimi 

çıxış  edə  bilərlər.  nzibati  xəta  haqqında  iş  üzrə  icraatda  isə  zərər  çəkən  şəxs  də 

prosesin  iştirakçısı  hesab  olunur.  nzibati  prosesin  iştirakçıları  kimi  habelə  prosesin 

tərəflərinin  hüquqlarının  müdafiəçisi  kimi  çıxış  edən  şəxslər,  o  cümlədən,  vəkillər  və 

nümayəndələr hesab edilirlər. 

Azərbaycan  Respublikasının  vətəndaşları,  əcnəbilər  və  vətəndaşğı  olmayan 

şə

xslər  inzibati  prosesin  subyektlərinin  ən  çoxsaylı  qrupunu  təşkil  edirlər.  Onlar 



inzibati prosesdə aşağıdakı qismdə çıxış edirlər: 

-  öz  hüquqlarının  realizəsi,  yaxud  vəzifələrinin  yerinə  yetirilməsi  ilə  əlaqədar 

işin həll edilməsi üzrə səlahiyyəti olan orqan qarışısında iş qaldıran şəxslər; 

- inzibati işlərin həll edilməsi səlahiyyəti olan orqanda hüququnun pozulması, 

yaxud tanınmaması ilə əlaqədar hüququnun müdafiəsini tələb edən tərəf kimi, yaxud 

orqanda  şikayətçinin  (ərizəçinin)  hüquqlarının  pozulması  və  ya  tanınmaması  ilə 

ə

laqədar ona qarşı tələb irəli sürülən tərəf kimi; 



- üçüncü şəxs kimi, yəni mübahisə predmeti barədə müstəqil (özünün) tələbləri 

ilə müraciət edən, yaxud müraciət etməyən, lakin tərəflərin biri ilə birləşəşəxs kimi; 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin