Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə36/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

həyata  keçirilməsinin  prosessual  vasitəsi  kimi  istifadə  olunurlar,  o  cümlədən  hüquqi 

məsuliyyət  xarakteri  daşımayan  inzibati-məcburetmə  vasitələrinin  tətbiqi  daxil 

olmaqla (xəbərdaretmə və qarşısınıalma). 

Beşincisi,  inzibati-prosedur  fəaliyyəti,  bir  qayda  olaraq,  öz  mürəkkəbliyi  ilə 

fərqlənmir (məsələn, ictimai birliyi qeydiyyatdan keçirmək üçün ərizənin və digər təsis 

sənədlərinin  təqdim  edilməsi  kifayətdir),  buna  görə  dəqiq  araşdırma  tələb  edilmir, 

hansı ki, inzibati-hüquqi mübahisənin həlli zamanı bütün bu hallarda mütləqdir. 

             Yuxarıda   deyilənləri   nəzərə   alaraq,   inzibati-prosessual  fəaliyyəti  xüsusi 

səlahiyyətli  dövlət  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin  dövlət  idarəetmə 

prosesində həyata keçirilən və inzibati-prosedur və ya inzibati-yurisdiksiya formasında 

ifadə  olunan  hüquqyaratma,  hüquq  tətbiqetmə  və  hüquq  mühafizə  fəaliyyəti  kimi 

əyyənləşdirmək olar. 

nzibati-prosessual  fəaliyyət  müəyyən  prinsiplərə  əsaslanır,  bunlar,  birincisi, 

dövlət-idarəçilik  fəaliyyətinə  ümumilikdə  səciyyəvidir,  ikincisi,  öz  xarakterinə  görə 

ə

dalət  mühakiməsi  prinsiplərinə  yaxındılar  və  üçüncüsü,  inzibati-yurisdiksiyanın 



xüsusiyyətlərini əks etdirirlər. 

Bu  prinsiplərə  aiddir:  qanunçuluq,  səlahiyyətlilik,  tərəflərin  prosessual 

bərabərliyi,  dövlətin  və  şəxsiyyətin  mənafelərinin  qorunması,  maddi  (obyektiv) 

həqiqətin əldə edilməsi, mümkünlüyü, aşkarlıq, qənaətlik, çəkişmə

Ə

lbəttə,  onların  hər  biri  mülki  və  cinayət  işlər  üzrə  məhkəmə  prosesi 



çərçivəsində ifadə olunmur. Bu onunla izah olunur ki, inzibati-hüquqi mübahisələr, bir 

qayda  olaraq,  öz  məzmununa  görə  daha  sadədirlər,  buna  görə  tərəflərin  qarşılıqlı 

 

287 


 

davranışının,  mübahisənin  hüquqi  qiymətləndirilməsi  ədalət  mühakiməsinə  səciyyəvi 

olan dəqiqliyi tələb etmir. 

Hətta belə mübahisələrin məhkəmələr (hakimlər) tərəfindən baxılması zamanı 

bütün  zəruri  prosessual  qaydaların  gözlənilməsi  həmişə  tələb  olunmur  (məsələn, 

inzibati  tənbeh  edərkən).  Fərdi  inzibati  işlərin  çevikli  də  həll  edilməsi  inzibati 

yurisdiksiyanın əsas xüsusiyyətlərindən biridir, bu isə bəzi fərdi işlərin dəqiq təhlilini 

istisna  etmir  (məsələn,  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsində 

mübahisələrin baxılması zamanı). 

  

nzibati yurisdiksiya. 



Yurisdiksiya (lat. jurisdictio – məhkəmə icraatı deməkdir; juc – hüquq, dico – 

deyirəm).  Dövlət  hakimiyyətli  fəaliyyəti  kimi  hüquqi  mübahisələrə  qanunun  tətbiq 

edilməsindən  və  mübahisə  barəsində  hüquqi  aktların  qəbul  edilməsindən  ibarətdir, 

yəni  hüququn  realizəsi  baxımından  hüquq  tətbiqetmə  fəaliyyətidir.  Bu  zaman, 

ümumiyyətlə,  hüquq  tətbiqetmə  kimi,  yurisdiksiya  elə  bir  fəaliyyətdir  ki,  onun 

məzmununu  informasiyanın  yığılması,  tətqiq  edilməsi,  qiymətləndirilməsi  və  qərarın 

qəbulu təşkil edir. 

Bir  qayda  olaraq,  hüquq  tətbiqetmə  fəaliyyəti  səlahiyyətli  orqanların 

hakimiyyət  xarakterli  hərəkətlər  ictimai  münasibətlərin  təşkilinə,  vətəndaşların 

subyektiv hüquqlarının realizəsinə (işə qəbul etmə, təqaüdlərin təyin edilməsi, müəyyə

fəaliyyətin həyata keçirilməsinə icazənin verilməsi və s.) yönəlmişdir. 

Lakin real həyatda çox vaxt elə yaranır  ki, hüquqi norma ilə faktiki vəziyyə

arasında ziddiyyət yaranır, yəni elə bir konkret münasibət yaranır ki, bu münasibət:  

a) mübahisəlidir;  

b)  normada  müəyyən  edilmiş  qaydadan  yaranır,  yaxud  bilavasitə  (birbaşa) 

normanı  pozur.  Bütün  bu  hallarda  səlahiyyətli  dövlət  orqanların  müdaxiləsi  tələ

olunur.  Burada  hüquq  mühafizəetmə  fəaliyyətinə  obyektiv  tələbat  yaranır  və  bunun 

tərkib hissələri bunlardır: 

a) yoxlama-nəzarət fəaliyyəti; 

b) hüquq normalarının təmin edilməsi üzrə fəaliyyət (hüquq təminatı); 

v) hüquqi mübahisələrin və hüquq pozuntuları haqqında işlərin araşdırılması; 

q) dövlət məcburetmə tədbirlərinin tətbiqi üzrə fəaliyyət. 

Beləliklə,  yurisdiksiya  hüquq  mühafizə  fəaliyyətinin  tərkib  hissəsidir,  onun 

müstəqil və əsas növüdür. 

Öz  sosial  təyinatına,  mahiyyətinə  və  funksiyalarına  görə,  ümumi  hüquqi 

prinsiplərə  əsaslanan  yurisdiksiya  dövlət  fəaliyyətinin  müstəqil  növü  kimi  aşağıdakı 

növlərə bölünür: cinayət-hüquqi, mülki-hüquqi, inzibati, intizam və iqtisadi.  

nzibati  yurisdiksiya  dövlət  idarəetmə  orqanının  və  vəzifəli  şəxslərin  fərdi 

inzibati  işlərin  həll  edilməsi  və  müvafiq  hüquqi  sanksiyaların  inzibati  qaydada 

(məhkəməyə müraciət etmədən) tətbiq edilməsi üzrə qanunvericilik aktları ilə müəyyə

edilmiş fəaliyyətdir. 

nzibati yurisdiksiyanın dövlət hakimiyyətli fəaliyyət kimi mahiyyəti qanunun 

hüquqi mübahisələrə tətbiq edilməsi və onlara dair hüquqi aktların qəbul edilməsində

ibarətdir,  yəni  həyata  keçirmə  formasına  görə  hüquq  tətbiqetmə  fəaliyyətdir. 

Həqiqətən, bütün bu fəaliyyət mübahisənin həll edilməsinə yönəlmişdir. Onu həll etmə

 

288 


 

üçün  işdə  mövcud  olan  bütün  sübutları  və  işin  bütün  hallarını  təhlil  etmək  lazımdır. 

Mübahisə  məhz  ona  görə  hüquqi  adlanır  ki,  tərəflər  qanunla  nəzərdə  tutulmuş 

hüquqlarını və vəzifələrini yerinə yetirmirlər, yaxud lazımi qaydada yerinə yetirmirlər. 

Qanun  məhz  bu  növ  mübahisələrin  həll  edilməsi  üzrə  səlahiyyəti  dövlət  orqanlarının 

xüsusi fəaliyyətini şərtləndirir. Bu fəaliyyət qanunla tənzimlənir və qanuna əsaslanır. 

Beləliklə,  bu  fəaliyyətin  xarakteri  və  onun  məqsədi  göstərir  ki,  inzibati-

yurisdiksiya fəaliyyəti hüquq tətbiqetmə fəaliyyətidir. 

nzibati  yurisdiksiya  fəaliyyətin  mahiyyəti  yeni  hüquqi  normaların 

yaradılmasında yox, mövcud olan normaların hüquqi mübahisələrə tətbiq edilməsidir. 

Hüquqi mübahisənin mahiyyətini təhlil edəndən sonra onu həll etmək olar, o 

cümlədən,  inzibati  xəta  haqqında  işi  də.  Deməli,  inzibati-yurisdiksiya  fəaliyyətinin 

məqsədi  hüquqi  mübahisənin  həll  edilməsidirsə,  onda  bu  fəaliyyətin  əsas  məqsədi 

inzibat xəta haqqında işi mahiyyət etibarı ilə təhlili və baxılmasıdır. Elə bu məqsədlə də 

inzibati-yurisdiksiya  fəaliyyətini  həyata  keçirən  orqanların  fəaliyyəti  də  hərtərəfli  və 

dəqiqliklə qanunvericiliklə tənzimlənir. 

Beləliklə,  inzibati  yurisdiksiya  –  dövlət  fəaliyyətinin  müstəqil  növü  kimi 

qanunqüvvəli, hüquq tətbiqeetmə və hüquq-mühafizəetmə fəaliyyətidir. 

nzibati yurisdiksiyanın xüsusiyyətlərinə aşağıdakılar aiddir: 

1)  nzibati  yurisdiksiyanın  əsası  dövlət  idarəetmə  sahəsində  inzibati-hüquqi 

normalarla  nizamlanan  idarəçilik  xarakterli  ictimai  münasibətlərin  işirakçıları 

arasında  yaranan  spesifik  mübahisələrdir.  Bunlar  inzibati  hüquqlar  barəsində 

mübahisələr,  yaxud  inzibati-hüquqi  mübahisələrdir.  nzibati-hüquqi  mübahisələ

aşağıdakı hallarda baş verə bilərlər:  

- idarə edən tərəfin təşəbbüsü ilə (vətəndaşın inzibati məsuliyyətə cəlb olunması 

barədə məsələ qaldırıldıqda;  

-  icra  hakimiyyəti  subyektinin  təsirinə  məruz  qalan  idarəedilən  tərəfin 

təşəbbüsü ilə;  

-  müxtəlif  idarəetmə  subyetkləri  arasında  (eyni  və  ya  müxtəlif  səviyyəli  icra 

orqanları arasında);  

-  xüsusi  hüquq  mühafizə  orqanlarının  təşəbbüsü  ilə  (prokurorların  protesti 

ə

sasında). 



2)  nzibati-hüquqi  mübahisələrin  əsasını  (bu  mübahisələrin  həll  edilməsi 

prosesində  mübahisə  edən  tərəflərin  davranışı  (hərəkətləri)  hüquqi  cəhətdə

qiymətləndirilir)  fərdi  inzibati  işlər  təşkil  edir.  nzibati  yurisdiksiyanın  məzmununu 

hər  bir  işin  baxılması  yox,  yalnız  mübahisəli  işlərin  baxılması  təşkil  edir  (məsələn, 

inzibati xəta haqqında işə baxılması, vətəndaşların şikayətlərinə baxılması). 

3)  nzibati-hüquqi  mübahisələrin  həlli  müəyyən  qaydanın  mövcudluğunu 

nəzərdə tutur, yəni fərdi işlərə baxılmasında rəhbər tutulan qaydalar. 

4)  nzibati  yurisdiksiyanın  hüquqi  təzimlənməsi  yurisdiksiyaya  hüquqi 

xarakter verir və onun çərçivəsində xüsusi növ hüquqi münasibətlərin yaranması üçün 

ə

sas yaradır. Bunlar inzibati-prosessual münasibətlərdir və bu münasibətlərdə praktiki 



olaraq inzibati hüququn maddi normaları həyata keçirilir. 

5)  nzibati  yurisdiksiya  prosessual  kateqoriya  kimi,  son  nəticədə  dövlə

idarəetmə sahəsində sabit hüquq qaydasının təmin edilməsi məqsədlərinə xidmət edir. 

 

289 


 

6)  Ədalət  mühakiməsindən  fərqli  olaraq,  inzibati  yurisdiksiya  subyektlərin 

çoxluğu  ilə  xarakterizə  edilir,  bu  isə  dövlət  idarəetməsinin  müxtəlif  sahələrində  olan 

ictimai  münasibətlərin  çevik  olaraq  hüquqi  müdafiəsini  təmin  edir.  Lakin  bir  çox 

hallarda o, məhkəmə yolu ilə həyata keçirilə bilər. 

7)  nzibati  yurisdiksiyanın  hüquqi  nəticəsi  müvafiq  birtərəfli  və  hakimiyyə

xarakterli təsirdən ibarətdir, bu təsirin son nəticəsi ya mübahisənin obyekti olan fərdi 

inzibati-hüquqi  aktın  taleyi,  yaxud  müxtəlif  şəxslərin,  (təşkilatların)  davranışlarının 

qanunsuzluğu  və  ya  qanuniliyi,  ya  da  dövlət  idarəetmə  sahəsində  hüquq  qaydasının 

bərpası  və  müdafiəsi  naminə  müvafiq  məcburetmə  tədbirlərin  tətbiq  edilməsinin 

zəruriyyəti barədə məsələnin həllidir. 

8)  nzibati  yurisdiksiya  dövlət  idarəetmə  sahəsində  hüquq  mühafizə  və  sabit 

hüquq qaydasının təmin edilməsi məqsədlərinə xidmət edir. 

nzibati yurisdiksiya fərdi inzibati işlərin xarakterindən asılı olaraq müəyyə

ifadə  formalarına  malik  olmalıdır.  Bu  işlərin  hər  birinin  özünəməxsus  xüsusiyyətləri 

vardır,  onlar  konkret  təyinatına  görə,  təşkilati-hüquqi  formalarına  və  subyektlərinə 

görə fərqlənirlər. 

Bunun  əsasında  inzibati  icraatın  anlayışı  formalaşır,  bu  isə  səlahiyyətli 

subyektlərin fərdi inzibati işlərin baxılması və həll edilməsi üzrə hüquq normaları ilə 

tənzimlənmiş fəaliyyət deməkdir. 

nzibati icraatların məcmusu inzibati yurisdiksiyanın əsaslı xarakteristikasıdır. 

craatların  işlərinin  fərqləndirilməsi,  həm  subyektlərin  hüquqi  səlahiyyətlərinə  görə

həm  də  predmet  (obyekt)  üzrə  aparılır.  Azərbaycan  Respublikasının  inzibati 

qanunvericiliyinin  və  mövcud  olan  inzibati-prosessual  normaların  təhlili  inzibati 

icratların aşağıdakı növlərini göstərmək olar: 

- inzibati xəta haqqında iş üzrə icraat; 

- intizam icraatı; 

şikayətlərin baxılması üzrə icraat. 

Bu  mənada  inzibati  yurisdiksiyanı  yalnız  yuxarıda  göstərilən  xüsusiyyətlə

xarakterizə  etmir.  nzibati  yurisdiksiyanın  xarakteristikasında  onun  yerinə  yetirdiyi 

funksiyalar və habelə onun həyata keçirilməsinin əsasını təşkil edən prinsiplər mühüm 

rol oynayırlar. 

nzibati  yurisdiksiyanın  funksiyaları  onun  hüquq  tətbiqetmə  fəaliyyətinə 

məxsusluğu ilə əlaqədardır. 

Mühafizəetmə  funksiyası  hüquq  pozuntuları  haqqında  işlərin  baxılması 

zamanı  həyata  keçirilir.  Bu  icraatın  yurisdiksiya  normaları  və  onların  maddi 

məzmunu,  inzibati  məsuliyyət  haqqında  inzibati-hüquqi  normalardır,  onlar: 

Azərbaycan  Respublikasında  insan  və  vətəndaş  hüquqlarını  və  azadlıqlarını,  onların 

sağlamlığını,  əhalinin  sanitariya-epidemioloji  salamatlığını,  ictimai  mənəviyyatı, 

mülkiyyəti,  şəxslərin  iqtisadi  maraqlarını,  ictimai  qaydanı  və  ictimai  təhlükəsizliyi, 

ə

traf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən, 



inzibati  xətaların  qarşısını  almaqdan  ibarətdir.  Eyni  zamanda  onlar  inzibati  xəta 

törədəşəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə inzibati xəta 

törətmiş  şəxs,  həm  də  başqa  şəxslər  tərəfindən  yeni  inzibati  xəta  törədilməsinin 

qarşısını almaq məqsədini daşıyrlar.  

 

290 


 

Mühafizə  etmə  funksiyası  həmçinin  inzibati  tənbehlərin  tətbiqini  və  inzibati 

yurisdiksiya  orqanlarının  inzibati  xətaların  törədilməsinə  kömək  edən  səbəblərin  və 

şə

raitin aradan qaldırılması üzrə fəaliyyətlərində də özünü biruzə verir. 



Tərbiyə  etmə  funksiyası  hüququn  və  əxlaqın  qarşılıqlı  əlaqəsindən  irəli  gəlir. 

Proses  mənəvi  idealların  formalaşması  vəzifəsinə  tabedir.  Bu  barədə  Azərbaycan 

Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  22-ci  maddəsində  göstərilib:  ″″″″ nzibati 

tənbeh  məsuliyyət  tədbiridir  və  inzibati  xəta  törədən,  şəxsi  qanunlara  əməl  edilməsi 

ruhunda  tərbiyələndirmək,  habelə  həm  inzibati  xəta  törətmiş,  həm  də  başqa  şəxslə

tərəfindən yeni inzibati  xəta  törədilməsinin  qarşıını almaq məqsədi  daşıyır″″″″  və  elə  bu 

da  tərbiyəçi  funksiyasının  tərkib  hissəsidir.  Bu  funksiya  insanları  qanunlara  əmə

etmələri ruhunda tərbiyə edir. 

Tədqiq olunan sahədə təsiretmənin əsas vasitəsi iş üzrə qəbul edilmiş qərarın 

özüdür. Ona görə qəbul edilmiş qərarın həm hüquq normalarına tam uyğunluğu, hə

də onun ədalətliliyi əhəmiyyətli şərtdir.  nzibati - yurisdiksiya prosesinin mədəniyyəti, 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin