Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə35/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

- qanunvericiliklə nəzərdə tutulmamış hallarda səlahiyyətli nümayəndə kimi; 

- inzibati məsuliyyətə cəlb olunan şəxs kimi; 

- zərər çəkəşəxs kimi, yəni inzibati xəta nəticəsində mənəvi, fiziki və maddi 

zərər vurulmuş şəxs kimi; 

- başqa şəxslərin hüquqlarını və mənafelərini qoruyan şəxs kimi; 

şahid kimi. 

Bütün sadalanmış hallarda vətəndaşın inzibati prosesin iştirakçısı kimi hüquqi 

statusunun öz xüsusiyyəti vardır və bu vətəndaşın prosesdə iştirak etdiyi qismdən irəli 

gəlir. Lakin qanunvericilik ümumi prosessual hüquqları və vəzifələri müəyyən edir və 

bununla  o,  vətəndaşların  inzibati-prosessual  hüquq  fəaliyyətini  və  inzibati-prosessual 

fəaliyyət qabiliyyətini təsdiq edir. 

Dövlət orqanları. Dövlət hakimiyyəti orqanları müxtəlif idarəçilik işlərinin həll 

edilməsi üzrə müxtəlif səlahiyyətlərə malikdirlər. Dövlət orqanları, ilk növbədə isə icra 

hakimiyyəti orqanları, inzibati prosesdə aşağıdakı qismdə çıxış edə bilərlər: 

- inzibati işləri həll edən orqan kimi; 

-  öz  funksiyalarının  həyata  keçirilməsi  ilə  əlaqədar  inzibati  işləri  həll  etmə

hüququ olan orqan qarşısında inzibati iş qaldıran orqan kimi; 

- inzibati mübahisənin tərəfi kimi; 

- üçüncü şəxs kimi; 

- başqa şəxslərin hüquq və mənafelərini müdafiə edən orqan kimi. 

 

283 


 

darə,  müəssisə  və  təşkilatlar.  Təsərrüfat,  sosial-mədəni  və  inzibati-siyasi 

fəaliyyətin  həyata  keçirilməsində  idarə,  müəssisə  və  təşkilatlar  hüquqi  şəxs  kimi 

mühüm  rol  oynayırlar.  Onlar,  habelə  onların  qurumları  (sexləri, sahələri,  şöbələri  və 

s.) inzibati prosesdə aşağıdakı qismdə çıxış edə bilərlər: 

- öz funksiylarının yerinə yetirilməsilə əlaqədar inzibati işi həll etmək hüququ 

olan orqan qarşısında inzibati iş qaldıran şəxs kimi; 

- inzibati mübahisənin tərəfi kimi; 

- üçüncü şəxs kimi; 

- başqa şəxslərin hüquqlarını və mənafelərini müdafiə edəşəxs kimi. 

Qeyri-hökumət  təşkilatları.  Əmək  kollektivləri,  ictimai  birliklər,  fondlar, 

həmkarlar  ittifaqları,  könüllü  birliklər  inzibati  prosesin  subyektləri  kimi  aşağıdakı 

qismdə çıxış edə bilərlər:  

- öz funksiyalarının yerinə yetirilməsilə əlaqədar inzibati işi həll etmək hüququ 

olan orqan qarşısında inzibati iş qaldıran şəxs kimi; 

- inzibati mübahisənin tərəfi kimi; 

- üçüncü şəxs kimi; 

- başqa şəxslərin hüquqlarını və mənafelərini müdafiə edəşəxs kimi;  

- qanunvericiliklə müəyyən edilmiş hallarda və çərçivədə inzibati işi həll edə

təşkilat kimi. 

Dövlət qulluqçuları inzibati prosesin subyektləri kimi çıxış edə bilərlər: 

- inzibati işi həll edən hakimiyyət nümayəndəsi və ya vəzifəli şəxs kimi,; 

- öz funksiyalarının yerinə yetirilməsilə əlaqədar inzibati işi həll etmək hüququ 

olan orqan qarşısında inzibati iş qaldıran şəxs kimi; 

- inzibati mübahisənin tərəfi kimi; 

- dövlət orqanının nümayəndəsi kimi; 

- üçüncü tərəf kimi; 

- inzibati məsuliyyətə cəlb olunan şəxs kimi. 

Qeyri-hökumət təşkilatlarının işçiləri (qulluqçuları) və onların nümayəndələri 

inzibati hüquqlara və vəzifələrə malikdirlər və inzibati prosesdə aşağıdakı qismdə çıxış 

edə bilərlər: 

- öz vəzifə funksiyalarının yerinə yetirilməsilə əlaqədar inzibati işi həll etmə

hüququ olan orqan qarşısında inzibati iş qaldıran şəxs kimi; 

- inzibati mübahisənin tərəfi kimi; 

- qeyri-hökumət təşkilatlarının nümayəndəsi kimi; 

- üçüncü şəxs kimi;  

- qanunvericiliklə nəzərdə tutulmuş hallarda inzibati işi həll edəşəxs kimi; 

- inzibati məsuliyyətə cəlb olunan şəxs kimi. 

nzibati  prosessual  hüquq  qabiliyyəti,  yəni  inzibati  prosessual  hüquqlara  və 

vəzifələrə  malik  olmaq  qabiliyyəti,  proses  iştirakçıları  olan  və  yuxarıda  adı  çəkilmiş 

bütün subyektlərə xasdır. 

nzibati prosesdə şəxsin öz hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə 

yetirmək,  habelə  işin  aparılmasını  öz  nümayəndəsinə  tapşırmaq  qabiliyyəti  inzibati-

prosessual fəaliyyət qabiliyyəti adlanır. 

Vətəndaşlarda  inzibati-prosessual  fəaliyyət  qabiliyyəti  bir  qayda  olaraq  16 

yaşa çatdıqda yaranır, lakin qanunvercilikdə başqa hal nəzərdə tutula bilər. Natamam 

 

284 


 

fəaliyyət  qabiliyyəti  vətəndaşlarda  göstərilən  yaşdan  tez  əmələ  gələ  bilər.  Dövlə

orqanlarında,  idarə,  müəssisə və  təşkilatlarda,  qeyri-hökumət  təşkilatlarında inzibati-

prosessual  fəaliyyət  qabiliyyəti  onların  yarandığı  vaxtdan  əmələ  gəlir.    nzibati-

prosessual  vəzifələri  və  hüquqları  olan  dövlət  qulluqçuların  da  inzibati-prosesual 

fəaliyyət  qabiliyyəti  onların  müəyyən  edilmiş  qaydada  vəzifəyə  təyin  edilməsi,  yaxud 

seçilməsi vaxtından yaranır. 

Qeyri-hökumət  təşktlatların  nümayədələrində  inzibati-prosesual  fəaliyyə

qabiliyyəti  onların  inzibati  prosesdə  nümayəndə  kimi  çıxış  etmək  səlahiyyəti  verilə

vaxtdan başlanır.  nzibati prosesin subyektlərinin konkret işinin aparılmasında hüquqi 

vəziyyəti onların hansı qismdə çıxış etmələrindən asılıdır. 

Daxili  işlər  orqanları  inzibati  prosesin  subyektləri  kimi  bu  prosesdə  başqa 

dövlət  orqanları  kimi  çıxış  edirlər.  D O  üçün  inzibati  prosesin  subyektləri  kimi 

xarakterik  cəhət  ondan  ibarətdir  ki,  onlar  çox  vaxt  inzibati  prosesin  tərəfi  və  ya 

məsələni  həll  edən  orqan  kimi  çıxış  edirlər.  ctimai  qaydanın  qorunması  və  ictimai 

təhlükəsizliyin təmin edilməsi sahəsində bir çox məsələlər D O tərəfindən baxılır və həll 

edilir.  D O  habelə  geniş  yurisdiksiya  səlahiyyətlərinə  malikdirlər,  onlar  təqsirkar 

şə

xslər  barədə  inzibati  tənbeh  tətbiqetmə  haqqında  qərar  çıxarırlar,  yaxud  başqa 



inzibati məcburetmə tədbirləri tətbiq edirlər. 

D O  işin  həll  edilməsinə  səlahiyyəti  olmadığı  halda  onlar  öz  funksiyalarının 

yerinə  yetirilməsilə  əlaqədar  inzibati  işi  həll  etmək  hüququ  olan  orqan  qarşısında 

inzibati iş qaldıran orqan kimi çıxış edir. 

D O-nun fəaliyyəti barədə şikayət verilmişdisə, o, inzibati prosesin tərəfi kimi 

çıxış  edir  və  müəyyən  prosessual  vəzifələrə  malikdirlər.  D O-nun  səlahiyyətinə  aid 

olmayan inzibati işlər üzrə onlar inzibati xəta haqqında protokol tərtib etmiş tərəf kimi 

çıxış edirlər. 

 

nzibati prosessual fəaliyyət. 



Proses  müəyyən  nəticənin  əldə  edilməsi  üçün  ardıcıl  görülən  hərəkətlərdir; 

hansısa fəaliyyətin həyata keçirilməsi qaydasıdır. Bu mənada, məsələn, qanunvericilik, 

büdcə, yer quruluşu və s. proseslərdən danışmaq olar. 

Necə  ki,  icra  hakimiyyəti  müxtəlif  xarakterli  hərəkətlərdə  reallaşır  və  bunlar 

da  öz  növbəsində  dövlət  idarəçilik  fəaliyyətini  xarakterizə  edirlər,  onu  prosessual 

baxımdan  təhlil  etməyə  kifayət  qədər  əsaslar  vardır.  Bu  o  deməkdir  ki,  dövlə

fəaliyyətinin bu növü prosessual formaya malikdir. 

Hüquqi  baxımdan  prosesin  təyinatı  maddi  hüquq  normalarının  realizəsində

ibarətdir.  Buna  əsaslanaraq,  inzibati  hüququn  maddi  normalarının  reallaşdırılması 

üzrə fəaliyyəti inzibati proses kimi qəbul etmək olar. Bu mənada onun təyinatı hüquqi 

nəticələrin əldə edilməsi məqsədi ilə, yəni normanın dispozisiyası ilə nəzərdə tutulmuş 

davranış  qaydalarının  əldə  edilməsi  üçün  dövlət  idarəetmə  sahəsində  qeyd  edilə

normalarının  tətbiq  edilməsinmn  təmin  edilməsidir.  Prosessual  formada  həyata 

keçirilən  bu  funksiya  icra  fəaliyyətinin  subyektlərinin  müstəsna  hüququdur.  cra 

hakimiyyətinin vəzifə və funksiyalarının hüquqi hakimiyyət realizəsi məhz bu formada 

baş  verir.  Lakin  hüquq  tətbiqetmə  prosesi  yalnız  müvafiq  davranış  qaydalarının 

(dispozisiyanın)  riayət  edilməsinin  təmin  edilməsi  ilə  bitmir.  Eyni  dərəcədə  icra 

 

285 


 

hakimiyyəti  subyektlərinin  üzərinə  həm  də  maddi  inzibati-hüquqi  normalarının 

sanksiyalarının realizəsi də düşür. 

Müvafiq olaraq inzibati-prosessual fəaliyyətin mahiyyətinin və təyinatının dərk 

edilməsində iki münasibət mümkündür, yəni hüquqtətbiqedici və hüquqmühafizəedici. 

nzibati prosesi xarakterizə edərkən ilk növbədə dövlət idarəetmə fəaliyyətində 

bu iki istiqamətə xas olan ümumi keyfiyyətləri nəzərə almaq lazımdır. Bu keyfiyyətlər, 

birincisi,  prosesin  hüquqi  mənada  əsas  əlamətindən  birbaşa  asılıdır,  ikincisi  isə,  icra 

hakimyyətinin  praktiki  realizəsi  üzrə  fəaliyyətinin  xüsusiyyətləri  ilə  üzvü  surətdə 

bağlıdır.  Bu  keyfiyyətlər  icra  hakimiyyətinin  müvafiq  subyektlərinin  birtərəfli  və 

hüquqi hakimiyyət iradəsinin ifadəsində öz əksini tapır.  nzibati-prosessual fəaliyyət bu 

keyfiyyətlərin  təsiri  olmadan  həyata  keçirilə  bilməz,  çünki  o,  faktiki  olaraq  icra 

hakimiyyətini  dinamikada  (onun  fomaları  və  metodları  və  s.  ilə  yanaşı)  xarakterizə 

edən elementlərdən biri kimi özünü göstərir. 

Daha  bir  mühüm  cəhət  vardır  ki,  onu  nəzərə  almadan  inzibati-prosessual 

fəaliyyətin mahiyyətini dərk etmək olmaz. Onun mahiyyəti ondan ibarətdir ki, inzibati-

hüquqi münasibətlər yalnız prosessual münasibətlər kimi qəbul edilir. Bu o deməkdir 

ki, hüquqi münasibətlərin bu növünün xüsusiyyətləri ilk növbədə prosessual formada 

ifadə olunurlar. 

nzibati  prosesin  əsasını  təşkil  edən  və  onun  anlayışının  formalaşması  üçün 

həm  geniş  (hüquqyaratma  və  hüquqtətbiqetmə),  həm  də  məhdud  (hüquq 

mühafizəetmə)  mənada  əsas  yaratmağa  imkan  verən  inzibati-prosessual  fəaliyyət  iki 

variantda ifadə oluna bilər: 

a) inzibati prosedura; 

b) inzibati yurisdiksiya. 

Ə

lbəttə, onların hər ikisinin oxşar cəhətləri vardır: işlərin əsasən məhkəmədə



kənar qaydada aparılması; işlərin, bir qayda olaraq, fərdi xarakteri; onların çox vaxt 

bir normativ aktla tənzim olunması (məsələn, vətəndaşların ərizələrinin, təkliflərinin və 

ş

ikayətlərinin  baxılması  bir  qayda  üzrə  edilir,  baxmayaraq  ki,  inzibati-hüquqi 



mübahisə yalnız şikayətlə əlaqədar yaranır) və s. 

Lakin  hər  iki  variantın  fərqləndirici  xüsusiyyətləri  də  vardır,  bunlar  da 

aşağıdakılardır: 

Birincisi,  icra  orqanı  (vəzifəli  şəxs)  ya  inzibati-hüquqi  mübahisənin 

araşdırılması  və  həll  edilməsi  ilə  əlaqədar  olmayan  hərəkətlər  görür,  yaxud  onun 

gördüyü  tədbirlər  dövlət  idarəetmə  sahəsində  yaranan  mübahisə  ilə  mütlə

ə

laqələndirilir. 



Yurisdiksiya  xarakterli  inzibati-prosessual  fəaliyyət  sahəsinə  icra  orqanların 

(vəzifəli  şəxslərin)  hər  hüquqmühafizə  hərəkətlərini  aid  etmək  olmaz  (əgər  onların 

predmetini konkret inzibati-hüquqi mübahisə təşkil etmirsə

Məsələn,  yoxlama-nəzarət  səlahiyyətlərini  həyata  keçirərkən,  prosessual 

hərəkətlər  göz  qabağındadır  (yoxlamanın  bu,  ya  digər  variantının  seçilməsi,  yoxlama 

qaydası),  lakin  bu  zaman  inzibati-hüquqi  mübahisə  mövcud  deyil.  Bu  mübahisə 

yoxlamanın  nəticələrinə  görə  yarana  bilər  (məsələn,  sanksiyaların  tətbiqinə  qarşı 

ş

ikayət  verildikdə).  Deməli,  göstərilmiş  misal  qeyri-yurisdiksiyalı  inzibati-prosessual 



fəaliyyətə  aiddir.  Burada  inzibati-prosedura  daha  çox  nəzərə  çarpır  və  göz 

qabağındadır.  Eləcə  də  icazəverici,  həvəsləndirici  və  digər  idarəçilik  tədbirləri 

 

286 


 

(hərəkətləri)  zamanı  inzibati-prosedura  göz  qabağındadır.  Analoji  olaraq, 

vətəndaşların  ərizələrinə  baxılmasını  və  şikayətlərin  baxılmasını  da  müqayisə  etmə

olar, çünki ərizələr, bir qayda olaraq, vətəndaşların subyektiv hüquqlarının realizəsi ilə 

ə

laqədardır, şikayətlərin baxılmasında isə həmişə konkret inzibati-hüquqi mübahisənin 



həlli tələb olunur. 

kincisi,  idarəçilik  münasibətlərin  iştirakçılarının  davranışının  hüquqi 

qiymətləndirilməsi  inzibati-prosessual  fəaliyyətinin  hər  iki  variantın  çərçivəsində 

həyata keçirilir. Lakin inzibati-yurisdiksiya fəaliyyəti həyata keçirilərkən o, mütləq bu 

qiymətləndirməni hər iki tərəfə aid edilməsini tələb edir, inzibati-prosessual fəaliyyəti 

zamanı isə  hüquqi qiymət  yalnız  müvafiq vəsatətlərin təmin  olunması şərti  kimi  çıxış 

edir  (məsələn,  lisenziyanın  verilməsi  və  s.).  Müvafiq  prosedurlar  tələb  etmədikdə 

hüquqi  qiymət  verilməyə  də  bilər  (məsələn,  idarəçilik  qərarının  hazırlanmasında). 

Yurisdiksiya üçün isə o, mütləqdir. 

Üçüncüsü,  hər  iki  variantda  xarakterinə  görə  fərqlənən  fərdi  inzibati  işlə

mövcuddur.  Bu  növ  işlər  inzibati  proseduralarda  mübahisəli  xarakter  daşımırlar. 

Bundan  başqa,  bu  prosedurlarda  çox  vaxt  fərdi  işlər  ümumiyyətlə  mövcud  olmur 

(məsələn, inzibati kargüzarlıqda, yəni xidməti sənədlərlə işin aparılmasında). 

Dördüncüsü, inzibati-yurisdiksiyanı həyata keçirərkən – məcburetmə inzibati-

hüquqi mübahisənin həllinin mümkün olan nəticəsidir. Öz ifadəsini o təqsirkar tərəfə 

qarşı müvafiq hüquqi və ya inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsində tapır. 

nzibati  prosedurlar  bu  xüsusiyyətdən  məhrumdurlar,  çünki  onlar  məsuliyyə

mexanizminin işə salınması kimi yox, dövlət idarəçilik fəaliyyətinin digər məqsədlərinin 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin