olaraq onlarda aşağıdakı məlumatlar göstərilir:
- vəsiqənin seriyası və nömrəsi;
- vətəndaşın soyadı, adı və atasının adı;
- vətəndaşın doğulduğu yer və tarix;
- cinsi;
- qan qrupu;
- boyu;
- gözlərinin rəngi;
- yaşayış yeri;
- vətəndaşın ailə vəziyyəti;
253
- hə rbi və zifə si;
- şə xsiyyə t və siqə si sahibinin şə xsi imzası;
- fotoşə kli;
- şə xsiyyə t və siqə sini verə n orqanın adı və verilmə tarixi.
Bu mə lumatları şə xsiyyə t və siqə sinə daxil edə n müvafiq dövlə t orqanının mə sul
ə
məkdaşı bunları öz imzası və gerbli möhürlə təsdiqləyir və məlumatların
düzgünlüyünə görə Azə rbaycan Respublikasının qanunvericiliyində nə zə rdə tutulmuş
qaydada mə suliyyə t daş ıyır.
Şə
xsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşı və ya onun
qanuni nümayə ndə sinin ə rizə si, doğ um şə hadə tnamə si, 16 yaş ına catmış və tə ndaş ın
fotoşə kli, dövlə t rüsumunun ödə nilmə si barə də qə bz və zə ruri hallarda Azə rbaycan
Respublikasının və tə ndaş lığ ını tə sdiq edə n sə nə dlə r ə sasında, yaş adığ ı yerin müvafiq
dövlə t orqanları tə rə fində n və tə ndaş ın və ya onun qanuni nümayə ndə sinin
müraciə tində n sonra ə n geci 10 gün keçə nə də k verilir.
25,35,50 yaş ına çatdıqda və ya və tə ndaş ın soyadı, adı, atasının adı, yaş ayış yeri,
ailə və ziyyə ti, hə rbi və zifə si də yiş ildikdə və ya onun şə xsiyyə t və siqə sində olan yazılar
tə hrif edildikdə , şə xsiyyə t və siqə si yararsız hala düş dükdə və ya itdikdə və tə ndaş
şə
xsiyyət vəsiqəsini dəyişdirməlidir.
«Yaş ayış yeri və oldugu yer üzrə qeydiyyat haqqında» Azə rbaycan Respublikası
Qanununun 5-ci maddə sinə ə sasə n, və tə ndaş a ilk də fə Azə rbaycan Respublikası
və tə ndaş ının şə xsiyyə t və siqə si verilə rkə n o, yaş ayış yeri üzrə qeydiyyata alınır. Ə gə r
və tə ndaş yaş ayış yerini də yiş irsə , o, yeni yaş ayış yerinə gə lə rkə n 10 gün ə rzində
qeydiyyata alınmaq üçün müvafiq polis orqanına müraciə t etmə lidir. Müraciə tdə n
sonra 10 gün ə rzində «Azə rbaycan Respublikası və tə ndaş ının şə xsiyyə t və siqə si
haqqında» Azə rbaycan Respublikasının Qanununa müvafiq olaraq hə min və tə ndaş
yeni yaş ayış yeri üzrə qeydiyyata alınır və ona müvafiq şə xsiyyə t və siqə si verilir.
Bu inzibati xə tanın subyekti 16 yaş ı tamam olmuş anlaqlı, Azə rbaycan
Respublikasının və tə ndaş ları ola bilə r.
Tə hlil olunan inzibati xə ta subyektiv tə rə fdə n tə qsirin qə sd və ya ehtiyatsızlaq
formasında xarakterizə edilə bilə r.
Bu növ inzibati xətaların baxılması Azərbaycan Respublikası Prezidentinin 29 avqust
2000-ci il tarixli ″Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında″ Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə″ Fərmanının 3-cü bəndinə əsasən,
Azərbaycan Respubikasının Daxili şlər Nazirliyinə həvalə edilib.
Bu növ inzibati xə taların törə dilmə sinə görə xə bə rdarlıq edilir və ya şə rti maliyə
vahidinin üç mislində n beş mislinə də k miqdarda cə rimə edilir.
Azə rbaycan Respublikası nzibati Xə talar Mə cə llə sinin 331-ci maddə si «Şə xsiyyə t
və siqə sinin və ya pasportun itirilmə si və ya qə sdə n korlanması» adlanır. Bu maddə də
deyilir:
«Şə xsiyyə t və siqə sinin və ya pasportun itirilmə si və ya qə sdə n korlanmasına görə
-
şə
rti maliyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə
edilir».
254
Qüvvə də olan «Ölkə də n getmə k, ölkə yə gə lmə k və pasportlar haqqında»
Azə rbaycan Respublikası Qanununun 3-cü maddə sinə və «Azə rbaycan Respublikası
və tə ndaş ının şə xsiyyə t və siqə si haqqında» Azə rbaycan Respublikası Qanununun 1-ci
maddə sinə ə sasə n, hə r bir və tə ndaş və ya onun qanuni nümayə ndə si şə xsiyyə t və siqə sini
və pasportu möhkə m (etibarlı) saxlamaga borcludur. Ə gə r və tə ndaş adları çə kilə n
sə nə dlə ri itirə rsə , də rhal bu barə də hə min sə nə dlə ri verə n muvafiq orqanlara mə lumat
vermə lidir.
Tə hlil olunan inzibati xə tanın obyekti qanunvericiliklə müə yyə n edilmiş
idarə çilik qaydaları və və tə ndaş ın hüquq və və zifə lə ridir.
nzibati xə tanın obyektiv tə rə fi və tə ndaş tə rə fində n şə xsiyyə t və siqə sinin və ya
pasportun itirilmə sində və ya qə sdə n korlanmasında ifadə olunur.
Adları çəkilən qanunlara əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan
sonra-pasport) isə Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini
təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi
üçün verilən rəsmi sənəddir.
Pasport 18 yaşına çatmış, müstəsna hallarda isə təhsil almaq, beynəlxalq tədbirlərdə
iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış
Azərbaycan Respublikası vətəndaşlarına qanunla müəyyənləşdirilmiş qaydada verilir və
bütün ölkələrə getmək üçün etibarlıdır.
Pasportun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən
ümumvətəndaş, xidməti və diplomatik tipləri vardır.
Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya
girov götürülməsi qanunvericilikdə nəzərdə tutulan hallar istisna olunmaqla qadağandır
( XM, maddə 332).
Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş
pasportu verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir.
Vətəndaş öldükdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasport müvafiq
dövlət orqanına təhvil verilir.
Şə
xsiyyət vəsiqəsi və pasportun itirilməsi dedikdə, vətəndaş tərəfindən qeyd
olunan sə nə dlə rin ehtiyatsız davranış ı nə ticə sində (diqqə tsiz saxlama, üzə rində
daş ıyarkə n yerə salma və s.) onların yoxa çıxması baş a düş ülür.
Şə
xsiyyət vəsiqəsinin və ya pasportun qəsdən korlanması dedikdə, vətəndaşın
fiziki müdaxilə si nə ticə sində hə min sə nə dlə rin mə zmununun yararsız hala düş mə si,
onun tə tbiqinin qeyri-mümkünlüyü və ya fiziki cə hə tdə n mə hvi baş a düş ülür. Qeyd
olunanlarla yanaş ı və tə ndaş ın fiziki müdaxilə si nə ticə sində adları çə kilə n sə nə dlə rin
mə zmunundakı mə lumatların çə tin oxunulması (aydın olmayan və ya baş a
düş ülmə yə n), üzə rində olan orijinal holoqramların zə də lə nmə si və ya möhürün
silinmə si tə hlil olunan inzibati xə taya görə mə suliyyə t yaradır.
Bu inzibati xə tanın subyekti şə xsiyyə t və siqə sinin və ya pasportun sahibi olan
və tə ndaş dır.
Və tə ndaş ın şə xsiyyə t və siqə sini və ya pasportunu oğ urlamaya görə mə suliyyə t
Azə rbaycan Respublikası Cinayə t Mə cə llə sinin 326.2-ci maddə sinə ə sasə n yaranır.
255
Tə hlil olunan inzibati xə tanın subyektiv tə rə fi qə sdin qarış ıq forması ilə
xarakterizə olunur. Belə ki, şə xsiyyə t və siqə sinin və ya pasportun itirilmə si
ehtiyatsızlıqla, onların qə sdə n korlanması isə tə qsirin qə sd növü ilə xarakterizə olunur.
Bu növ inzibati xətaların baxılması Azərbaycan Respublikası Prezidentinin 29 avqust
2000-ci il tarixli ″Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında″ Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə″ Fərmanının 3-cü bəndinə əsasən,
Azərbaycan Respubikasının Daxili şlər Nazirliyinə həvalə edilib.
Bu növ inzibati xə taların törə dilmə sinə görə şə rti maliyə vahidinin on beş
mislində n iyirmi beş mislinə də k miqdarda cə rimə edilir.
Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin 346-cı maddəsi ilə mülki
silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının
pozulması inzibati xəta kimi müəyyən olunmuşdur. Adı çəkilən maddə ilə aşağıdakılar
müəyyən olunmuşdur:
″
346.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından icazə almış
şə
xslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınılması və
ya satılması qaydalarının pozulmasına görə –
silah və döyüş sursatı ödənişlə alınmaqla və ya alınmamaqla şərti maliyyə vahidinin
iyirmi beş mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.
346.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından icazə almamış
şə
xslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması,
daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə –
silah və döyüş sursatı ödənişlə alınmaqla və ya müsadirə edilməklə şərti maliyyə
vahidinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir. ″
Bu inzibati xətanın obyekti mülki silahın və onun üçün döyüş sursatının dövriyyəsini
müəyyən edən qaydalar və ictimai təhlükəsizlikdir.
Texniki hüquqi cəhətdən bu maddə iki ayrı-ayrı inzibati xətadan ibarətdir.
Azərbaycan Respublikası XM-in 346.1-ci maddəsində obyektiv tərəf aşağıdakı
ə
məllərlə ifadə olunur:
•
mülki silahın saxlanılması;
•
daşınması;
•
satılması qaydalarının pozulması.
XM-in 346.2-ci maddəsində obyektiv tərəf ″icazə almamış şəxslər″ tərəfindən mülki
silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə
verilməsi və ya satılmasında ifadə olunur.
Hər iki halda inzibati xətanın tərkibi formal xarakterlidir. Nəticələrin baş verməsi
avtomatik olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət məsuliyyətinə səbəb olur.
XM-in 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xətaların predmeti mülki
silah və onun üçün olan döyüş sursatıdır. Digər silah və döyüş sursatların ″qanunsuz
dövriyyəsi″ Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif edilməlidir.
Qanunvericilik yivsiz ov silahının əldə olunması, saxlanması və satışı barədə icazə
vermə qaydasını nəzərdə tutur. Odlu silahın əldə olunması, saxlanması və istifadə edilməsi
qaydaları Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il ″Xidməti və mülki silah
256
haqqında″ Qanunu ilə müəyyən edilir. Bu qanuna müvafiq olaraq yivsiz odlu silahın əldə
olunması, saxlanması, verilməsi və satılması üçün vətəndaş D O-dan icazə almalıdır. Əldə
etmə dedikdə, satın alma, hədiyyə kimi, dəyişmə və s. başa düşülür. Hər bir yivsiz odlu silah
D O-da qeydiyyatda olur və onların sahibinin dəyişməsi bu orqanların icazəsi ilə olmalıdır.
Maddədəki mənada ″əldə etmək″ üçün bu silahın icazəsiz kimdən alınması (vətəndaşdan və
ya satan təşkilatdan) əhəmiyyət kəsb etmir.
D O-nun icazəsi olmadan yivsiz odlu silahın saxlanması XM-in 346-cı maddəsində
göstərilən inzibati xətanın tərkibi həm icazə ilə alınan halları, həm də icazəsiz əldə edilən
halları əhatə edir. Vətəndaş tərəfindən yivsiz ov silahının digər şəxslərə verilməsi də inzibati
xətanın tərkibi ilə əhatə olunur. Qüvvədə olan normativ aktlar D O-nun icazəsi olmadan
silahın başqa şəxslərə verilməsini qadağan edir.
Bu maddədə göstərilən inzibati xəta subyektiv tərəfdən təqsirin qəsd formasında edilir.
Şə
xs başa düşür ki, müvafiq dövlət orqanının icazəsi olmadan silahı əldə etmək, saxlamaq,
başqa şəxslərə vermək, satmaq qadağandır, lakin bu hüquqazidd hərəkətləri etməyi arzulayır.
Burada müvafiq dövlət orqanı dedikdə, D O nəzərdə tutulmuşdur
Bu inzibati xətanın subyekti 16 yaşına çatmış fiziki, anlaqlı şəxsdir. 16-dan 18 yaşa
qədər olan şəxslər ümumi əsaslarla məsuliyyət daşıyırlar.
Bu növ inzibati xətaların baxılması Azərbaycan Respublikasının nzibati Xətalar
Məcəlləsinin 360-cı maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinə və Azərbaycan
Respublikası Prezidentinin 29 avqust 2000-ci il tarixli ″Azərbaycan Respublikası nzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında″ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə″
Fərmanının 3.3-cü bəndinə əsasən, Azərbaycan Respubikasının Daxili şlər Nazirliyinə
həvalə edilib.
Sual 4. nzibati xə talar haqqında iş lə rə baxmaq sə lahiyyə ti olan orqanlar (və zifə li
şə
xslər)
Ə
dalət mühakiməsindən fərqli olaraq, inzibati-yurisdiksiya fəaliyyətini həyata keçirən
orqanların sistemi bu fəaliyyəti həyata keçirən subyektlərin çoxluğu ilə xarakterizə olunur.
Bu da dövlət idarəetmə sistemində baş verən inzibati xətaların müxtəlifliyi və geniş
yayılmaları ilə izah olunur. Məsələn: XM-in Xüsusi hissəsinin « nzibati xətalar» adlı II-ci
bölməsinə (6-24 fəsillər, 39-356-cı maddələr) daxil olmuş inzibati xətalar dövlət idarəetmə
sisteminin müxtəlif sahələrində baş verir və bu sahələrdə baş verən inzibati xətalar öz
xüsusiyyətlərinə və qəsd etdikləri obyektlərə görə bir-birindən fərqlənir.
Dövlət idarəetmə sisteminin bütün sahələrində baş verən inzibati xətalar haqqında
işlərə bir orqanda baxılması fəaliyyətini təcrübi cəhətdən həyata keçirmək mümkün deyil.
kinci tərəfdən isə, dövlət idarəetmə sisteminin bütün sahələrində baş verən inzibati xətalar
haqqında işlər bir orqanda baxılarsa inzibati prosesin (icraatın) əsas prinsiplərindən biri olan
inzibati xətalar haqqında işlərin aparılmasının tezliyi, operativliyi və sadəliyi prinsiplərinin
müddəalarını təmini mümkün deyildir.
nzibati xətalar haqqında işlərə baxan orqanların sistemi, törədilən inzibati xətaların
eyni tipli (müxtəlif tərkibli) olmaması izah olunur. Bu məqsədlə də Azərbaycan Respublikası
257
nzibati Xətalar qanunvericiliyi ilə səlahiyyət verilmiş müxtəlif orqanlar (vəzifəli şəxslər)
tərəfindən inzibati xətalar haqqında işlərə baxılır.
nzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanları üç qrupa bölmək
olar:
Birinci qrupa yalnız rayon (şəhər) məhkəmələri daxildir. XM-in 23-cü maddəsində
nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti
olmuş predmetin ödənişlə alınması, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin müsadirəsi və inzibati həbs yalnız rayon (şəhər)
məhkəmələri tərəfindən tətbiq olunur. XM-in Xüsusi hissəsində inzibati xətaların
sanksiyalarında göstərilən üç inzibati tənbeh növü nəzərdə tutulursa və onların tətbiq
edilməsi məqsədəuyğun hesab edilirsə, belə hallarda həmin inzibati xətalar haqqında işlərə
rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.
Bu sistemə daxil olan ikinci qrup orqanlar yalnız inzibati xətalar haqqında işləri həll
etmək üçün təşkil edilmiş orqanlardır. Məsələn: Azərbaycan Respublikasının yerli icra
hakimiyyəti orqanları yanında yaradılan ″Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar″ ( XM, maddə 357.0.2).
nzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların sisteminə daxil
olan üçüncü qrup orqanlar bir qayda olaraq, özlərinin yoxlama-nəzarət funksiyaları ilə yanaşı
inzibati yurisdiksiya funksiyalarını həyata keçirən orqanlardır. Məsələn, Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanları (vəzifəli şəxsləri) ( XM, maddə
357.0.3). Bu orqanların dairəsi və adları ″Azərbaycan Respublikası nzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında″ Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə″
Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2000-ci il tarixli Fərmanının 3-cü
bəndində göstərilmişdir.
nzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların sistemi ərazi-
sahəvi prinsip əsasında təşkil edilir.
nzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların sisteminin bu
prinsip əsasında təşkil edilməsinin mahiyyəti inzibati xətalara qarşı mübarizənin həm ərazi
xüsusiyyətlərinə, həm də inzibati xətaların dövlət idarəetmə sisteminin ayrı-ayrı sahələrində
baş vermə xüsusiyyətlərinə görə aparılmasından ibarətdir.
Ə
razi prinsipinə görə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan
orqanlara əsasən, bu və ya digər inzibati-ərazi vahidi miqyasında fəaliyyət göstərən orqanlar
aiddir. Birinci növbədə bu orqanlara konkret inzibati-ərazi vahidi miqyasında fəaliyyət
göstərən və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilmiş orqanlar aiddirlər.
Bu orqanlar Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin 357-ci maddəsində
göstərilmişdir. Məsələn: rayon (şəhər) məhkəmələri; yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar; daxili işlər orqanları və s.
nzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan sahəvi orqanlar dövlət
idarəetməsinin ayrı-ayrı sahələrində fəaliyyət göstərən orqanlardır. Sahəvi orqanlar
ixtisaslaşma əsasında fəaliyyət göstərirlər. Bu orqanlar fəaliyyət göstərdiyi sahələrdə
törədilmiş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlar sisteminə
daxildir. Bu orqanların həm konkret inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti, həm
də yurisdiksiya aidiyyətinin dəqiq ierarxiyası müəyyən edilməsidir. Məsələn: ov
qaydalarının pozulmasına görə müvafiq işlərə baxmağa və inzibati tənbehlərin tətbiq
258
edilməsinə, ov qaydalarına əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şəhər və rayon orqanlarının
səlahiyyəti vardır.
Beləliklə, Azərbaycan Respublikası nzibati Xətalar qanunvericiliyi inzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) 3 (üç) növünü
müəyyən etmişdir. Bu orqanlar (vəzifələri şəxsləri) XM-in 357-ci maddəsində
göstərilmişdir:
1. rayon (şəhər) məhkəmələri;
2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar,
seçki komissiyaları (kollegial orqan);
3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Milli Bankı
(vəzifəli şəxsləri). Bu orqanların dəqiq dairəsi və adları ″Azərbaycan Respublikası nzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında″ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2000-ci il tarixli Fərmanının 3-cü
bəndində göstərilmişdir.
Bu orqanlar dövlət idarəetmə sisteminin ayrı-ayrı sahələrində baş verən inzibati xətalar
haqqında işlərə baxmaq və işin həllini düzgün həyata keçirmək üçün sahəvi prinsip əsasında
təşkil edilmiş ixtisaslaşdırılmış orqanlardır.
Qeyd etdiyimiz kimi inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan
orqanların dairəsi Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin 357-ci maddəsinə
ə
sasən müəyyən edilmişdir. Lakin inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan
subyektlərin dairəsi və onların səlahiyyət hədləri onların fəaliyyətini tənzimləyən konkret
normativ-hüquqi aktlarla müəyyən edilir. Məsələn: Azərbaycan Respublikası Prezidentinin
31 may 2002-ci tarixli Fərmanı ilə təsdiq edilmiş ″Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə″.
Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin 359-cu maddəsi ilə inzibati
xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin səlahiyyətləri müəyyən
edilmişdir.
«359.1. nzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu
Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri onlara verilmiş səlahiyyət
çərçivəsində və yalnız xidmət vəzifəsinin icra zamanı tətbiq edə bilərlər.
359.2. nzibati xətalar haqqında işlərə bu Məcəllənin 357.0.3-cü maddəsində
göstərilmiş orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslər Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti)
tərəfindən müəyyən edilir.»
Yuxarıda qeyd edilənlərlə yanaşı XM-in XXVI fəslində ″ nzibati xətalar haqqında
işlərin aidiyyəti″, rayon (şəhər) məhkəmələrinin və Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanlarının aidiyyəti qeyd edilir. Burada «müvafiq icra hakimiyyəti
orqanları» XM-in tətbiq edilməsi barədə Fərmanın 3-cü bəndində göstərilmiş inzibati
xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan Azərbaycan Respublikasının nazirlikləri,
dövlət komitələri və digər mərkəzi icra hakimiyyəti orqanları, habelə yerli icra hakimiyyəti
orqanları nəzərdə tutulur.
259
nzibati xətalar haqqında işlərin aidiyyəti dedikdə inzibati xətalar qanunvericiliyinə
ə
sasən, inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqan və vəzifəli şəxslər
arasında bu işlərin baxılması üzrə səlahiyyətlərin bölüşdürülməsi başa düşülür.
Aidiyyətliyin dörd növü mövcuddur:
- predmet (sahəvi) aidiyyətliyi;
- ərazi aidiyyətliyi;
- vəzifə aidiyyətliyi;
- ikili aidiyyətlik.
Predmet aidiyyətliyi müvafiq kateqoriya işlərin baxılmasının hansı növ orqana həvalə
edilməsi haqqında məsələnin normativ qaydada həllidir. Məsələn: Azərbaycan Respublikası
Prezidentinin 29 avqust 2000-ci il tarixli ″Azərbaycan Respublikası nzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında″ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə″
Fərmanının 3-cü bəndinə əsasən: ″Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan
istifadə qaydalrının pozulması ilə olan inzibati xətalara Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi baxır″.
Ərazi aidiyyətliyi konkret işin harada baxılması haqqında məsələnin normativ həllidir.
Məsələn: Azərbaycan Respublikası XM-in 421-ci maddəsi:
421.1. nzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun
yaşadığı yer üzrə baxıla bilər.
421.2. Yetkinlik yaşına çatmayanların barəsində inzibati xətalar haqqında işlərə şəxsin
yaşadığı yer üzrə baxılır.
421.3. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb ola
bilən inzibati xətalar haqqında işlərə nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yer üzrə
baxılır.
Vəzifə aidiyyətliyi dövlət orqanlarında işin hansı vəzifəli şəxs tərəfindən baxılması
məsələsinin normativ həllidir. Bu məsələni hal-hazırda nizamlayan vahid normativ akt
yoxdur. Müxtəlif dövlət orqanlarında bu məsələ daxili əmrlərlə nizamlanır. Lakin
Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanın 1-ci bəndində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə tapşırıq verilib ki, inzibati xətalar haqqında işlərə
Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin 357.0.3-cü maddəsində nəzərdə
tutulmuş orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
kili aidiyyətlik bir inzibati xətanın iki orqanda baxılması mümkünlüyünü nəzərdə
tutur. Məsələn: Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin 296-cı maddəsində
(Xırda xuliqanlıq) nəzərdə tutulmuş inzibati xətanın baxılması Məcəllənin 360-cı maddəsinə
ə
sasən rayon (şəhər) məhkəməsi və Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2000-
ci il tarixli ″Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə″ Fərmanının 3-cü bəndinə əsasən Azərbaycan
Respublikasının Daxili şlər Nazirliyi baxa bilər. şin hansı orqanda baxılması məsələsini
həll edərkən nzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsində nəzərdə tutulmuş hallar
nəzərə alınmalıdır. Törədilən inzibati xətaya görə tənbeh növü kimi inzibati həbsin seçilməsi
260
məqsədəmüvafiq sayıldığı hallarda materiallar məhkəmə, digər tənbeh növü olan cərimə
tətbiq edildikdə işin materialları daxili işlər orqanlarında baxılır.
nzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlardan biri də ″Yetkinlk
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya″lardır.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların
ə
sas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını
və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərin
qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının,
mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini
ə
laqələndirməkdən ibarətdir.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar
sisteminə aşağıdakılar daxildir:
- rayon (şəhər) komissiyaları – yerli komissiyalar;
- Bakı şəhər icra hakimiyyəti yanındakı komissiya;
- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanındakı komissiya;
- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındakı komissiya.
Komissiyalar Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti, Bakı şəhər icra hakimiyyəti və rayon (şəhər) icra
hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən sədr, məsul katib (katib) və
uşaqlarla iş üzrə məsləhətçi-psixoloq da daxil olmaqla 9-11 üzvdən ibarət tərkibdə yaradılır.
Komissiyanın sədri işləri görmək və qərarların icrasına nəzarəti həyata keçirmək üçün
yerli komissiyalarda məsul katib və uşaqlarla iş üzrə məsələhətçi-psixoloq, Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanları yanındakı, o cümlədən, müvafiq icra
hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib və katib vəzifələri müəyyən
edir. Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla, maaşlı vəzifədir. Komissiyanın
digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
Komissiya üzvlərinin sayı, işin həcmindən asılı olaraq komissiyanın təşkil olunduğu
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti, Bakı şəhər icra hakimiyyəti və rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən
müəyyən edilir.
Komissiyanın tərkibinə təhsil, səhiyyə, daxili işlər orqanlarının, mədəniyyət
təsisatlarının və digər müəssisələrin rəhbərləri daxil edilirlər. Komissiyanın tərkibinə qeyri-
hökumət təşkilatlarının (ictimai biriliklərin və fondların) nümayəndələri də daxil edilə
bilinər.
On səkkiz yaşınadək yetkinlik yaşına çatmayanlar barəsində müvafiq dövlət orqanları
tərəfindən daxil olan inzibati xətalar haqqında işlərə və ya materiallara komissiyalar baxır və
adı çəkilən Əsasnamənin 9-cu maddəsinin birinci hissəsində nəzərə tutulmuş intizam təsir
tədbirlərindən birini tətbiq edirlər.
Müvafiq dövlət orqanları yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar
haqqında işləri və ya materialları üç günədək müddətində yerli komissiyalara göndərir.
Komissiya Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsinə uyğun olaraq
XM-in 51-ci, 297-ci və 307-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə baxır və inzibati xəta törətmiş şəxslər barəsində inzibati tənbeh tətbiq edir.
Komissiyalar qanunazidd əməllərin xarakterini və səbəblərini, yaşını, həyat şəraitini,
qanunazidd əməlin törədilməsində iştirak dərəcəsini, habelə məişətdə, məktəbdə və ya işdə
261
davranışını nəzərə almaqla yetkinlik yaşına çatmayanlar barəsində aşağıdakı intizam təsir
tədbirləri növlərindən birini tətbiq edir:
1.
üzr istəmək;
2.
xəbərdarlıq etmək;
3.
yetkinlik yaşına çatmayan şəxs müstəqil əmək haqqına malikdirsə və zərərin
məbləği şərti maliyyə vahidinin otuz mislindən artıq deyilsə, yetkinlik yaşına çatmayan
şə
xsin öhdəsinə onun vurduğu zərəri ödəmək, yaxud şərti maliyyə vahidinin otuz mislindən
artıq olmayan məbləğdə maddi zərərin nəticələrini öz əməyi ilə aradan qaldırmaq vəzifəsini
qoymaq;
4.
yetkinlik yaşına çatmayanları valideynlərinin və ya digər qanuni nümayəndələrinin
nəzarətinə vermək;
5.
on beş yaşından on səkkiz yaşadək olan yetkinlik yaşına çatmayanların öz
qazancını və ya təqaüdünü müstəqil xərcləmək hüququndan məhrum edilməsi haqqında
qəyyumluq və himayə orqanına təkliflər vermək;
6.
böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş cinayət
məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə
nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanları açıq tipli xüsusi təlim-
tərbiyə müəssisəsinə göndərmək;
7.
çətin tərbiyə olunan yetkinlik yaşına çatmayanları onların valideynlərinin və ya
digər qanuni nümayəndələrinin razılığı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə
göndərmək;
8.
ağır və ya xüsusilə ağır cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması
üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə
çatmamış yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisinə
göndərilməsi barədə məhkəmə qarşısında vəsatət vermək.
Xəbərdarlıq etmək barəsində komissiyanın çıxardığı qərar bir il müddətində qüvvədə
qalır. Barəsində xəbərdarlıq intizam təsir tədbirinin tətbiq olunduğu yetkinlik yaşına
çatmayan nümunəvi davranışı ilə işə və təhsilə vicdanlı münasibəti ilə islah olunduğunu
sübut edərsə, komissiya, birillik müddət başa çatmamış həmin təsir tədbirini öz qərarı ilə
ləğv edə bilər.
Yetkinlik yaşına çatmyanların təlim-tərbiyəsi və saxlanması sahəsində öz vəzifələrini
icra etməyən, yaxud onların davranışına mənfi təsir göstərən valideynlər və ya digər qanuni
nümayəndələr barəsində komissiya aşağıdakı intizam təsir tədbirlərini tətbiq edir:
1. xəbərdarlıq etmək;
2. yetkinlik yaşına çatmayanlar tərəfindən vurulan və şərti maliyyə vahidinin 30
mislindən artıq olmayan məbləğdə maddi ziyanın ödənilməsini tələb etmək;
3. valideynlik hüququnun məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum
edilməsi, yaxud övladlığa götürmənin ləğv edilməsi barədə məhkəməyə müraciət etmək;
4. hərəkətləri və ya davranışları ilə yetkinlik yaşına çatmayanın həyatını və ya
səhhətini real təhlükə altında qoyduqda, qanuni nümayəndələrindən yetkinlik yaşına
çatmayanın dərhal alınması üçün qəyyumluq və himayə orqanına müraciət etmək.
Xəbərdarlıq etmək barəsində komissiyanın çıxardığı qərar bir il müddətində qüvvədə
qalır. Komissiya lazım gəldikdə, birillik müddət başa çatmamış, intizam təsir tədbirini öz
qərarı ilə ləğv edə bilər.
262
Komissiya yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni
nümayəndələri barəsində işlərə və ya materiallara aşağıdakı hallarda baxır:
1. yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni
nümayəndələrinin ərizələri olduqda;
2. müvafiq dövlət orqanlarından komissiyaya işlər və ya materiallar daxil olduqda;
3. cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan
Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik
yaşına çatmayanlar barəsində materialların komissiyada baxılması üçün Daxili şlər
Nazirliyinin və ya prokurorluğun müraciəti olduqda;
4. mülkiyyət formasından asılı olmayaraq müəssisələrdən, idarələrdən və ya
təşkilatlardan müraciətlər daxil olduqda;
5. komissiyanın öz təşəbbüsü olduqda.
Komissiyanın iclası bir qayda olaraq açıq aparılır.
Baxılan işlərin və ya materialların xarakterindən asılı olaraq yetkinlik yaşına
çatmayan, onun valideynləri və ya digər qanuni nümayəndələri barəsində məlumatların
məxfiliyinin təmin olunması məqsədilə komissiya iclasın qapalı aparılması haqqında
ə
saslandırılmış qərar qəbul edə bilər.
Komissiyanın iclasında üzvlərin yarısından çoxu iştirak etdikdə o səlahiyyətli sayılır.
Komissiyanın sədri və ya onun tapşırığı ilə komissiyanın üzvü komissiyanın iclasına
sədrlik edir.
Komissiya cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün
Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə
çatmamış, yaxud inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq yaş həddinə çatmamış
yetkinlik yaşına çatmayanın, onun valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakı ilə
baxır.
ş
lərə və ya materiallara baxılmasının başqa vaxta keçirilməsi haqqında komissiyaya
vəsatət daxil olmadıqda, yetkinlik yaşına çatmayan, onun validyenləri və ya digər qanuni
nümayəndələri barəsində bütün digər işlərə və ya materiallara həmin şəxslərin iştirakı
olmadan komissiyanın iclasında baxıla bilər.
Komissiyanın iclasında şlərin və ya materialların hazırlandığı vaxtdan yetkinlik
yaşına çatmayan şəxsin vəkili komissiyanın işində iştirak etməyə buraxılır.
clasın əvvəlində komissiyaya sədrlik edən şəxs hansı işin və ya materialın baxılmasını
elan edir və komissiyanın iclasında iştirak edənləri təqdim edir. Bundan sonra sənədlər elan
olunur, əsaslandırılmış qərarın qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən bütün
hallar, işlər və ya materiallar tədqiq edilir, habelə vəsatətlərə baxılır, iclasda iştirak edənlərin
çıxışları dinlənilir.
Komissiyada baxılan işlərin və ya materialların mahiyyəti üzrə vəsatətlər yetkinlik
yaşına çatmayan, yetkinlik yaşına çatmayanın valideynləri və ya digər qanuni
nümayəndələri, vəkil və işlərin və ya materialların baxılmasında iştirak edən mütəxəssislər
tərəfindən verilə bilər. Verilən vəsatətlərin baxılmasının nəticələri haqqında qeydlər
komissiyanın iclas protokoluna yazılır.
Yetkinlik yaşına çatmayana mənfi təsir edən hallar komissiyanın iclasında tədqiq
edildiyi zaman komissiya yetkinlik yaşına çatmayanı iclas zalından çıxara bilər. Bu barədə
komissiyanın iclas protokolunda müvafiq qeyd aparılır.
Komissiya işə və ya materiallara dair aşağıdakı qərarlardan birini qəbul edir:
263
1. Əsasnamədə (9, 10 və 13-cü maddələrində) nəzərdə tutulmuş təsir tədbirlərini tətbiq
etmək;
2. işlərin və ya materialların baxılmasına xitam vermək;
3. işlərin və ya materialların baxılmasını təxirə salmaq və onların əlavə yoxlanılmasını
təmin etək;
4. işlərin və ya materialların baxılmasını dayandırmaq;
5. işlərin və ya materialların baxılması üçün müvafiq dövlət orqanlarına və ya
prokurorluğa göndərmək.
Qərarda aşağıdakılar göstərilir:
•
komissiyanın adı və tərkibi.
•
komissiya iclasının baxılması tarixi və yeri;
•
işinə və ya materialına baxılan şəxs barəsində məlumat;
•
işə və ya materiala baxılarkən müəyyən edilmiş hallar;
•
qərarın qəbul edilməsinə əsas olmuş sübutlar;
•
hüquqpozmaya görə məsuliyyət nəzərdə tutan və ya yetkinlik yaşına çatmayanın
hüquqlarına təminat verən normativ-hüquqi akt;
•
qərardan şikayət verilməsi qaydası və müddəti haqqında məlumat.
Qərar komissiyanın iclasında sədrlik edən şəxs və ya məsul katib tərəfindən imzalanır.
Komissiya onların səlahiyyətinə aid edilən məsələlərə öz üzvlərinin azı yarısından
çoxunun iştirakı ilə baxır və bu barədə sadə səs çoxluğu ilə qərar qəbul edilir. Qərarın icrası
bütün dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr,
təşkilatlar, habelə, vəzifəli şəxslər və vətəndaşlar üçün məcburidir.
Dövlət orqanları, müəssisələr, idarələr və təşkilatlar, habelə vəzifəli şəxslər
komissiyanın qərarını yerinə yetirmək üçün görülən tədbirlər haqqında komissiyaya 15 gün
müddətində məlumat verir.
şə
və ya materiala dair qərar onun baxılmasından dərhal sonra elan olunur və qüvvəyə
minir.
Qərarın surəti 3 günədək müddətində barəsində qərar qəbul edilmiş yetkinlik yaşına
çatmayana, habelə bu haqda müraciəti olduqda zərərçəkmiş şəxsə təqdim edilir və ya
göndərilir.
Barəsində qərar qəbul edilmiş şəxs, onun qanuni nümayəndələri, vəkil, zərərçəkmiş
şə
xs qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində komissiyanın
olduğu yerin məhkəməsinə şikayət, prokuror isə protest verə bilər. Komissiya 3 gün
müddətində şikayəti (protesti) işə və ya materiala dair bütün sənədlərlə birlikdə komissiyanın
olduğu yerin məhkəməsinə göndərir.
Göstərilən müddət ərzində şikayətin (protestin) verilməsi komissiyanın qərarının
icrasını dayandırır.
Mövzu № 14. ″″″″ nzibati hüquqda intizam və maddi məsuliyyət″″″″
Dostları ilə paylaş: |