Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar


Sual 3.   ″ ″ ″ ″ nzibati hüquqda maddi m



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə33/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

Sual 3.  





nzibati hüquqda maddi məsuliyyət″″″″ 

 

nzibati  və  intizam  məsuliyyətləri  hüquqpozuntularının  ümumi  və  fərdi  profilaktika 



məqsədi ilə tənbehlərin tətbiq edilməsindən ibarətdir.  

          Maddi  məsuliyyət  isə  vurulmuş  zərərin  ödənilməsi  məqsədi  ilə  bərpaedici 

sanksiyaların tətbiq edilməsindən ibarətdir. 

          Dövlətə vurulmuş zərər aşağıdakı hallarda maddi məsuliyyət yaradır: 

1.

  birbaşa vurulmuş real zərərdir; 



2.

  xidməti vəzifənin icrası zamanı vurulub; 

3.

  hüquqa zidd əməllə vurulub; 



 

272 


 

4.

  təqsir sayılan əməllə vurulub; 



5.

  hüquqazidd əməl və dəymiş zərər arasında səbəbli əlaqə vardır. 

Dövlət  xidmətçiləri  onların  təqsirləri  üzündən  vurduqları  ziyanı  görə  maddi 

məsuliyyət daşıyırlar. 

Maddi məsuliyyət, biz qeyd etdiyimiz kimi xidməti xəta nəticəsində idarə, müəssisə və 

təşkilata vurulmuş maddi zərər nəticəsində əmələ gəlir. 

Məsuliyyət  dövlət  xidmətçisinin  vurduğu  maddi  zərərin  ödənilməsi  ilə  təzahür  edir. 

Bu zərərin ödənilməsi intizam tənbehi kimi baxıla və onunla birlikdə tətbiq edilə bilər. 

Maddi məsuliyyət ya inzibati qaydada, ya da məhkəmənin qərarı ilə tətbiq edilir. 

nzibati  hüquq  normaları  ilə  yalnız  hərbi  qulluqçuların  və  polis  əməkdaşlarının,  o 

cümlədən daxili qoşun xidmətçilərinin maddi məsuliyyəti nizamlanır. 

Dövlət  xidmətçilərinə  aid  olmayan  şəxslərin  maddi  məsuliyyətləri  əmək  hüququ 

normaları ilə müəyyən edilir. 

Belə bir fikir düzgündür ki, vurulmuş zərərə görə mülki-hüquq məsuliyyəti ilə maddi 

məsuliyyəti  bir-birinə  qarşı  qoymaq  olmaz:  hər  iki  məsuliyyət  növü  hüquq  bərpaedici 

sanksiyaların həyata keçirilməsi deməkdir. 

Digər  tərəfdən  isə  maddi  məsuiyyət  müəyyən  kollektiv  dairəsində,  nizami  rəhbərin 

intizam  hakimiyyətinin  bir  hissəsi  kimi  müvafiq  səlahiyyətlə  həyata  keçirilir  və  zərər  sabit 

kollektiv  üzvündən  bərpa  edilir.  Ona  görə  də  mülki  məsuliyyətdən  fərqli  olaraq  tutulan 

zərərin  ölçüsü  vəzifə  məvacibi  (əmək  haqqı)  ilə  əlaqələndirilir,  təqsirin  ölçüsü  və  işin 

həcmindən asılı olaraq dəyişir. 

Onu  da  qeyd  etmək  çox  vacibdir  ki,  maddi  məsuliyyət  vurulmuş  zərər  xidməti 

fəaliyyətlə  əlaqədar  olaraq  tətbiq  edilir.  ntizam  məsuliyyətindən  maddi  məsuliyyət  onunla 

fərqlənir ki, tətbiq edilən sanksiyaların ölçüləri çox zaman təqsirin dərəcəsindən yox, təqsirli, 

hüquqa  zidd  əməl  nəticəsində  vurulmuş  zərərin  ölçüsündən  asılı  olur.  Təqsirkar  könüllü 

olaraq dəymiş zərəri tam və ya qismən ödəyə bilər, tətbiq edilən sanksiya ictimai məzəmmət 

tədbiri ilə əvəz edilə bilməz. 

Tənbeh və hüquqbərpaedici sanksiyalar bir-birini tamamlayırlar və eyni zamanda bir 

şə

xsə  tətbiq  edilə  bilərlər.  ″Hərbi  qulluqçuların  dövlətə  vurduqları  ziyana  görə  maddi 



məsuliyyət  haqqında  Əsasnamə″yə  görə  hərbi  qulluqçular  və  toplanışa  çağırılmış  hərbi 

vəzifəlilər tərəfindən dövlətə vurulmuş zərər onların həmin zərərə səbəb olmuş hərəkətlərinə 

(hərəkətsizliklərinə)  görə  intizam  və  yaxud  cinayət  məsuliyyətinə  cəlb  olunub-

olunmamasından asılı olmayaraq ödənilir. Hərbi qulluqçulardan və daxili işlər orqanlarının 

ə

məkdaşlarından vurulmuş zərərin tutulması intizam məsuliyyətinin başqa bir formasıdır. 



nzibati  hüquqla  yalnız  hərbi  qulluqçuların  maddi  məsuliyyətə  cəlb  edilməsi 

nizamlanır  və  əmək  hüququ  ilə  nizamlanan  fəhlə  və  qulluqçuların  belə  məsuliyyətə  cəlb 

edilmə qaydalarından xeyli fərqlənir. 

nzibati  hüquq  normaları  ilə  müəyyən  edilən  maddi  məsuliyyət  tədbirləri  inzibati 

prosesdə tətbiq edilirlər. 

Hərbi  qulluqçuların  dövlətə  vurduqları  ziyana  görə  maddi  məsuliyyət  haqqında 



Ə

sasnamə″yə  görə  vurulmuş  zərər  hər  bir  hərbi  qulluqçudan,  toplanışa  çağırılmış  hərbi 

vəzifəlilərdən,  hərbi tədris  müəssisələrinin  müdavimlərindən, habelə  D O-nın  sıravi  və  rəis 

heyətindən,  əgər  zərər  onlar  tərəfindən  xidməti  vəzifələrini  yerinə  yetirərəkən  vurulmuşsa, 

tutula bilər. 

          Əsasnamə maddi məsuliyyətin 3 növünü nəzərdə tutur: 



 

273 


 

1.

  vurulmuş ziyanın tam ödənilməsi; 



2.

  vurulmuş ziyanın qismən ödənilməsi; 

3.

  vurulmuş ziyanın bir neçə misli həddində ödənilməsi. 



          Aşağıdakı  hallarda  hərbi  qulluqçular  vurduqları  zərərin  tam  miqdarında  maddi 

məsuliyyət daşıyırlar: 

1.

  hərbi  əmlakın  qəsdən  məhv  edilməsi,  zədələnməsi,  korlanması,  oğurlanması, 



qanunsuz  sərf  edilməsi  və  ya  qəsdən  edilən  başqa  hərəkətlərlə  zərər  vurulması,  bu 

hərəkətlərin cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq; 

2.

  naryad  və  başqa  sənədlərdə  faktiki  görülməmiş  işlərin  artırılması,  hesabat 



rəqəmlərinin təhrif edilməsi və dövlətin başqa şəkildə aldadılması; 

3.

  hesabatla  verilmiş  hərbi  əmlakın  əskik  gəməsi,  eləcə  də  məhv  edilməsi  və  ya 



korlanması; 

4.

  zərərin sərxoş vəziyyətdə olan şəxs tərəfindən vurulması; 



5.

  zərərin cinayət məsuliyyətinə səbəb olan hərəkətlərlə vurulması. 

         Yuxarıda  göstərilmiş  hallardan  başqa  digər  hallarda  maddi  məsuliyyət  qismən 

aşağıdakı ölçüdə tətbiq edilir: 

1.

  müddətli hərbi xidmətdə olan hərbi qulluqçulara və müdavimlərə pul təminatının 



2 aylıq məbləğindən; 

2.

  toplanışa çağırılmış hərbi vəzifəlilər gündəlik xərcin aylıq məbləğindən; 



3.

  qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən artıq olmayaraq. 

Hərbi  qulluqçular  və  toplanışa  çağırılmış  hərbi  vəzifəlilərin  siyahısı    Azərbaycan 

Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilmiş  hərbi  əmlakın  ayrı-ayrı 

növlərinin  oğurluğu,  israfçılığı  və  ya  çatışmamazlığı  nəticəsində  dəymiş  ziyana  görə  bu 

ə

mlakın dəyərinin bir neçə misli həddində maddi məsuliyyət daşıyırlar. 



         D N-in əməkdaşları üçün Azərbaycan Respublikası D N-in 23 fevral 1998-ci il tarixli 

52  saylı  əmrində  bir  neçə  misli  həddində  ödənilməsi  nəzərdə  tutulmuş  həcmi  əmlakın 

siyahısı göstərilmişdir. 

1.

  3 misli həddində: 



a)  bütün  növ  odlu  və  soyuq  silahlar,  partlayıcı  maddələr  və  xüsusi  təyinatlı  döyüş 

sursatları (göz qamaşdırıcı, boğucu, huş aparan, bioloci silah növləri, qandal, dəyənək və s. 

texniki vasitələr); 

b) silah-sursat, zirehli texnikanın ehtiyat hissələri. 

2.

  2 misli həddində: 



a) optik cihazlar; 

b) xəz məmulatları; 

v) geyim və yataq inventar əmlakları; 

q) xaricdə istehsal olunmuş kompyüterlər, televizorlar, surətçıxarma aparatları, video 

və səsyazı texniki vasitələr, soyuducular, kondisionerlər, onlara aid ehtiyat hissələri, yumşaq 

mebel, dəmir şkaflar; 

d) kiçik həcmli texniki rabitə vasitələri və onlara aid ehtiyat hissələri; 

e) ölçü cihazları. 

3.

  1,5 misli həddində: 



a) ərzaq məhsulları. 

Vurulmuş zərərin ödənilməsi aşağıdakı şəkildə aparılır: 



 

274 


 

Zərər  aşkar  edildikdə  hərbi  hissə  komandiri,  idarə  və  müəssisə  rəisləri  zərərin 

başvermə səbəblərinin, onun miqdarının və təqsirli şəxslərin müəyyən edliməsi üçün dərhal 

inzibati təhqiqat təyin edirlər. Təhqiqat 1 ay müddətində başa çatdırılmalıdır. Lazımi hallarda 

yuxarı komandir (rəis) bu müddəti 1 aydan artıq olmayaraq uzada bilər. 

           Zərərin  başvermə  səbəbləri,  miqdarı  və  təqsirli  şəxslər  təftiş,  yoxlama,  təhqiqat, 

istintaq  və  ya  məhkəmə  tərəfindən  müəyyən  edildikdə  inzibati  təhqiqat  aparılmaya  bilər, 

inzibati  təhqiqat  qurtardıqdan  və  ya  yuxarıda  göstərilən  oqanlardan  materiallar  daxil 

olmasından 1 ay müddətində təqsirli hərbi qulluqçudan müvafiq məbləğin tutulması barədə 

komandir  (rəis) əmr  verir.  Bu  əmr  təqsirli  şəxsə imza  ilə  elan edilir.  Həmin  şəxs  müəyyən 

edilmiş  qaydada  yuxarı  komandirə  (rəisə)  şikayət  verə  bilər.  Yuxarı  komandir  (rəis) 

vurulmuş  zərərə  görə  məsuliyyətin  və  tutulacaq  məbləğin  miqdarının  düzgün  təyin  edilib-

edilmədiyini  yoxlayır.  Əmrdən  şikayət  verilərkən  pul  tutulma  dayandırılmır.  Əmr  ləğv 

olunduqda tutulmuş məbləğ qaytarılır. 

          Vəzifə borclarını yerinə yetirmədikləri zaman vurduqları ziyana görə hərbi qulluqçular 

ümum mülki qaydada maddi məsuliyyət daşıyırlar. 

Hərbi  qulluqçular  və  toplanışa  çağırılmış  hərbi  vəzifəlilər komandirin  (rəisin) əmrini 

vicdanla  yerinə  yetirmələri  və  ya  konkret  şəraitdə  xidməti  risk  nəticəsində  bəraət  almış, 

yaxud  hüquqi  hərəkətlər  nəticəsində  dövlətə  vurduqları  zərərə  görə  maddi  məsuliyyət 

daşımırlar. 

Ə

gər maddi məsuliyyətə cəlb edilmiş hərbi qulluqçu və ya toplanışa çağırılmış hərbi 



vəzifəli dövlətə vurduğu zərəri ehtiyata və ya istefaya buraxıldığı və ya toplanışın qurtardığı 

günədək ödəməyibsə, onun borcu yaşadığı yerin məhkəmə icraçıları tərəfindən mübahisəsiz 

qaydada,  onun  yaşayış  (iş)  yerinə  komandirin  (rəisin)  göndərdiyi  notariat  işlərini  yerinə 

yetirən orqanların icra qeydi əsasında tutulur. 

Azərbaycan Respublikası D N-in 31 oktyabr 1995-ci il tarixli 568 saylı əmri ilə təsdiq 

edilmiş ″Rəis və sıravi heyət tərəfindən dövlətə dəymiş maddi ziyanın ödənilməsi qaydaları 

haqqında  Təlimat″a  əsasən  D O-nun  əməkdaşları  tərəfindən  dövlətə  vurduqları  ziyanın 

ödənilməsi qaydası müəyyən edilib. 

Azərbaycan  Respublikasının 20  yanvar 1995-ci  il tarixli 947 saylı  Qanunu ilə  təsdiq 

olunmuş  ″Hərbi  qulluqçuların  dövlətə  vurduqları  ziyana  görə  maddi  məsuliyyəti  haqqında 

Ə

sasnamə″yə  uyğun  olaraq,  aparılmış  inzibati  təhqiqat  materiallarının  nəticələrinə 



ə

saslanaraq  hərbi  hissənin,  tədris  ocağının,  hərbi  tədris  müəssisələrinin  və  D N-in  digər 

orqanlarının  rəis  və  komandirləri  tərəfindən  dövlətə  vurulmuş  ziyanın  həmin  təqsirkar 

şə

xslərin hesabına ödənilməsi üçün əmr verilir. 



           Dövlətə  dəymiş  ziyana  görə  ödəniləcək  məbləğ  müəyyən  edilərkən  general,  zabit, 

kizir, miçman, orta, baş və ali zabit heyətinin aylıq maaşı kimi onun tutduğu vəzifə maaşı, 

hərbi  rütbə,  yaxud  xüsusi  rütbə  maaşı  və  xidmət  müddətinə  görə  maaşı  birlikdə  nəzərdə 

tutulur. Müddətdən artıq xidmət edənlərin, sıravi və kiçik rəis heyətinin aylıq maaşı kimi isə 

onun  fasiləsiz  xidmət  müddətinə  görə  tutduğu  vəzifə  maaşı  və  xüsusi  rütbə  maaşı  nəzərdə 

tutulur. 

Ə

rzaq payı əvəzi verilən əlavə bu hallarla hesaba alınmır. 



Maddi  məsuliyyətə  cəlb olunmuş  hərbi qulluqçuların  aylıq  maaşını  məsuliyyətə  cəlb 

olunma barədə əmrə imza edilən günədək rəis və sıravi heyətin tutduğu vəzifə maaşı, hərbi 

rütbə və xüsusi rütbə maaşı, həmçinin xidmət müddətinə görə aldıqları maaş təşkil edir. 


 

275 


 

           Həqiqi  hərbi  xidmətə  çağırılmış  hərbi  qulluqçulardan  və  müdavimlərdən  aylıq 

tutulacaq məbləğ, onlara müəyyən edilmiş vəzifə maaşına və aldığı təqaüdün məbləğinə görə 

müəyyən edilir. 

Tutulacaq  məbləğ  müəyyən  edilərkən  tütün  məmulatları  əvəzi  verilən  pul  ödənişi 

nəzərə alınmır. 

Hərbi  toplanışa  çağırılmış  hərbi  vəzifəlilərdən  dəymiş  maddi  ziyana  görə  ödəmələr 

toplanış  dövrü  ərzində  hesablanan  aylıq  maaşından,  hərbi  inşaatçılardan  isə  aylıq  əmək 

haqqından tutulur. 

           D N-in Polis Akademiyasında və ya digər elm ocaqlarında təhsil zamanı təqaüd alan 

müdavimlərin  maddi  məsuliyyətə  cəlb  olunması,  onlar  üçün  müəyyən  olunmuş  aylıq 

təqaüddən hesablanaraq müəyyən edilir. 

Hərbi  əmlakın  mənimsənilməsi,  dağıdılmsı,  israf  edilməsi,  itirilməsi,  qəsdən  məhv 

edilməsi  və  ya  zədələnməsi,  maddi  və  pul  vəsaitlərinin  qeyri-qanuni  istifadəsi  və  uçotdan 

silinməsi faktı aşkar olunduqda dəqiq inzibati tədqiqat aparılmalı, dəymiş ziyanın məbləği, 

onun başvermə səbəbləri və təqsirkar şəxslər müəyyən edilməlidir. 

nzibati təhqiqatın nəticələri yazılı surətdə rəsmiləşdirilir. Təqsirkar şəxslər və dəymiş 

ziyanın məbləği təftiş, yoxlama, istintaq və məhkəmə tərəfindən müəyyən edilkdikdə inzibati 

təhqiqatın aparılması lazımsız sayılır. 

nzibati təhqiqat tərəfindən aşağıdakılar müəyyən olunur: 

          Dəymiş  maddi  ziyanın  mahiyyəti  və  onun  pulla  müəyyən  olunmuş  məbləği,  ziyan 

vurularkən yol verilmiş qeyri-qanuni hərəkətlər, pozulmuş qanun, əmr, nizamnamə, təlimat 

və  digər  qaydalar;  hərbi  qulluqçunun,  hərbi  inşaatçının,  hərbi  toplanışa  çağırılmış  hərbi 

vəzifəlilərin,  rəis  və  sıravi  heyətin  ziyanın  vurulmasına  səbəb  olan  hərəkətləri 

(hərəkətsizlikləri).  nzibati  təhqiqat  materiallarına  bütün  təqsirkar  şəxslərin  yazılı  izahatları 

ə

lavə olunur. 



Təhqiqatın  nəticələri  hərtərəfli  təhlil  olunmalı,  maddi  ziyanı  törədən  amillərin 

müəyyən edilib aradan qaldırılması üçün tədbirlər görülməlidir. 

Təqsirkar  şəxs,  məsuliyyətə  cəlb  edilməsi  barədə  qərar  qəbul  edilənədək  başqa  işə 

keçdiyi təqdirdə inzibati təhqiqatın materialları və ya təftiş aktının çıxarış təhqiqat, təftiş və 

yoxlama qşurtardıqdan sonra 5 gün müddətində təqsirkarın yeni xidmət yerinə göndərilərək 

onun maddi məsuliyyətə cəlb edilməsi tələb edilir. 

Yeni xidmət yerinin rəisi  (komandiri) daxil olmuş inzibati təhqiqat materiallarına və 

ya  təftiş  aktından  çıxarışa  əsasən  bir  ay  müddətində  təqsirkarın  maddi  məsuliyyətə  cəlb 

edilməsi barədə əmr verir. 

          Hərbi xidmətdən azad edilmiş hərbi qulluqçular, hərbi inşaatçılar, rəis və sıravi heyətə 

mənsub  şəxslər  və  hərbi  toplanışı  başa  vurmuş  hərbi  vəzifəlilər  tərxis  olunduqları  gün 

dövlətə  vurmuş  olduqları  ziyana  görə  maddi  məsuliyyətə  cəlb  edilib  ziyanı  tam  məbləğdə 

ödəmədikdə  10  gün  müddətində  yaşadıqları  yerin  xalq  məhkəməsinə  icra  yazıları  notarial 

qaydada həll edilib göndərilir.  cra yazısının alınması üçün hissənin rəisi (komandiri) notarial 

hərəkətləri həyata keçirən orqana ödənilməli olan məbləğ haqqında arayış təqdim edir. 

Bundan başqa  haqq-hesab kitabçasına,  pul  atestatında,  sərəncamda  dövlətə vurulmuş 

ziyanın ödənilməmiş məbləğinin qalığı göstərilir. 

Həqiqi  hərbi  xidmətdə  olan  hərbi  qulluqçular  tərəfindən  öz  vəzifə  borcunu  laqeyd 

yerinə  yetirmə  nəticəsində  dəymiş  ziyanın  məbləği  minimum  əmək  haqqının  3  mislindən 


 

276 


 

artıq  və  tərxis  vaxtı  tutulması  qeyri-mümkün  olduğu  təqdirdə  bu  halı  təsdiqləyən  sənədlər 

ə

sasında müvafiq qaydalarla silinə bilər. 



Dəymiş  ziyanın  məbləği  müəyyənləşdirilərkən  əmlakın  yalnız  istifadə  olan 

müddətinin işlənmə faizi çıxılır. 

Ə

t,  süd  məhsullarının  və  onlara  aid  məmulatların  məhsullarının  mənimsənilməsi, 



çatışmamazlığı  və  itirilməsi  nəticəsində  dövlətə  dəymiş  ziyanın  məbləği  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  19  may  1992-ci  il  tarixli  271  saylı  Qərarı  əsasında 

müəyyən  edilmiş  qiymətlərə  müvafiq  olaraq  ödənilir.  Məhsulun  alış  qiyməti  müəyyən 

edilmiş qiymətdən aşağı olduğu təqdirdə ödəniş alış qiyməti əsasında aparılır. 

 

Ə T   C Ə 

 

Mühazirəmizi  yekunlaşdıraraq  qeyd  etmək  istərdim  ki,  bu  günkü  mühazirəmizin 



mövzusunun  açıqlanması  vasitəsi  ilə  əldə  etdiyimiz  biliklərin  həm  nəzəri,  həm  də  təcrübi 

cəhətdən böyük əhəmiyyəti vardır. 

Mühazirəmizin  birinci  sualının  açıqlanması  vasitəsi  ilə  siz,  birinci  növbədə  dövlət 

idarəetmə sahəsində intizam məcburetməsi və onun xüsusiyyətləri barədə nəzəri biliklər əldə 

etmiş  oldunuz.  Çünki  dövlət  idarəetmə  sahəsində  geniş  tətbiq  edilən  məcburetmə 

növlərindən biri də intizam məcburetməsidir. Onun da tətbiq edilməsinin əsas və qaydasını 

bilmək hər bir hüquqşünasın vəzifə borcudur. 

Mühazirəmizin  ikinci  sualının  açıqlanması  vasitəsi  ilə  əldə  etdiyiniz  biliklərin 

mahiyyəti ondan ibarətdir ki, hər bir dövlət qulluqçusu bilməlidir ki, onun hansı qanunazidd 

hərəkətləri  intizam  xətası  kimi  qəbul  edilir  və  həmin  xətaya  görə  o,  hansı  intizam 

tənbehlərinə məruz qala bilər. Digər tərəfdən isə o, bilməlidir ki, initizam təndehinin tətbiq 

edliməsinin əsasları və qaydası nədən ibarətdir. 

Ə

n  nəhayət  mühazirəmizin  üçüncü  sualının  açıqlanması  vasitəsi  ilə  siz,  maddi 



məsuliyyətin tətbiq edliməsinin əsasları və qaydası barədə nəzəri biliklər əldə etmiş oldunuz. 

Bu biliklərin əldə edilməsinin mahiyyət ondan ibarətdir ki, hər bir dövlət qulluqçusu 

tərəfindən dövlət idarəetməsində qanunçuluğun və intizamın təmin edilməsi düzgün və tam 

həyata keçirilməsi təmin olunsun. 

Mühazirəmizin  mövzusu  vasitəsi  ilə  mənimsənilməsi  zəruri  olan  hüquqi  biliklərin 

ə

həmiyyəti bir də ondan ibarətdir ki, onlara yiyələnməklə siz, gələcək xidməti fəaliyyətinizi 



qüvvədə  olan  qanunvericiliyə  müvafiq  olaraq  həyata  keçirmiş  olarsınız.  Digər  tərəfdən  isə 

mühazirəmizin  mövzusu  vasitəsi  ilə  əldə  etdiyiniz  hüquqi  bilikləri  gələcək  xidməti 

fəaliyyətinizdə rəhbər tutmaqla Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə 

ə

sasən  dövlətin  ali  məqsədi  olan  insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin 



edliməsində  sizin  üzərinizə  düşəcək  gələcək  xidməti  vəzifələrinizi  düzgün  və  dönmədən 

yerinə yetirmiş olarsınız. 

                       Mövzu    15.  ″″″″ nzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  ümumi 

xarakteristikası″″″″ 

 

P L A N : 



G   R   Ş 

1.

  nzibati prosesin anlayışı və təyinatı.  nzibati-prosessual fəaliyyət və inzibati yurisdiksiya. 



2.

  nzibati xətalar haqqında işlər üzrə icraatın anlayışı, vəzifələri və prinsipləri. 



 

277 


 

3.

  nzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları, onların hüquqları və vəzifələri.  



4.

  nzibati xətalar haqqında işlər üzrə icraatda sübutlar və onların qiymətləndirilməsi. 

5.

  nzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  təmin  edilməsi  tədbirlərin  növləri,  onların 



tətbiq edilməsinin əsasları və qaydası. 

N Ə T   C Ə 

 

                                                Ə D Ə B   Y Y A T: 



 

1.

  Azərbaycan Respublikasının Konstitusiyası. 



2.

  Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsi. Bakı, 2000. 



3.

  ″″″″Vətəndaşların  müraciətlərinə  baxılması  qaydası  haqqında″″″″  Azərbaycan 

Respublikasının Qanunu. 10 iyun 1997-ci il. 

4.

   ″″″″Dövlət  Məhkəmə  Ekspertizası  fəaliyyəti  haqqında″″″″  Azərbaycan  Respublikasının 

Qanunu. 18 noyabr1999-cu il. 

5.

  ″ nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər 



haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22 fevral 1998-ci il. 

6.

  ″Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və  hüquq  qaydasının 



möhkəmləndirilməsi  tədbirləri  haqqında″  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanı. 09 avqust 1994-cü il. 

 7.  A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 

 8. E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 

 9. V. Abışov, A.  smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ II hissə. Dərs vəsaiti. Bakı, 

2006.      

10. E.Abdullayev. ″Vətəndaşların inzibati məsuliyyəti″. Dərs vəsaiti. B.,1992. 

11.″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti.   AR D N-in Polis Akademiyası. Bakı, 2002.  

12.

 E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000. 



13.

  D.N.Baxrax.  ″Administrativnoe pravo Rossii″. Dərslik.   M., 2000. 



G   R   Ş 

 

Hüquqi dövlətin formalaşması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin 



edilməsi,  qanunçuluğun  və  hüquq  qaydalarının  möhkəmləndirilməsi  bütün  hüquq-

mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsini tələb edir. 

Ölkədəki  hüquq  qaydasının  vəziyyəti  hüquq  mühafizə  orqanlarının  inzibati 

xətalara  qarşı  mübarizənin  təşkili  və  həyata  keçirməsindən  çox  asılıdır.  nzibati 

xətalara  qarşı  mübarizə  hüquq  mühafizə  orqanlarının  inzibati  fəaliyyətinin  əsas 

istiqamətlərindən  biri  olan  inzibati  yurisdiksiya  fəaliyyəti  ilə  aparıldığı  üçün 

mühazirəmizin vasitəsi ilə əldə edəcəyiniz biliklər həm nəzəri, həm də təcrübəi cəhətdə

böyük  əhəmiyyət  kəsb  edir.  Çünki  gələcək  fəaliyyətinizdə  inzibati  xətalara  qarşı 

mübarizəni  həyata  keçirərkən  istifadə  edəcəyiniz  inzibati  yurisdiksiya  fəaliyyətinin 

inzibati  xətalar  qanunvericiliyinə  müvafiq  olaraq  həyata  keçirməlisiniz.  Bunu  təmin 

etmək üçün bu günkü mühazirənin vasitəsi ilə mənimsənilməsi zəruri olan biliklərə siz 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin