Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə37/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

onun  düzğün  və  dəqiq  təşkili  əsaslı  olaraq  dövlətimizdə  qanunçuluğu  bərqərar  edə

amil kimi qiymətləndirilir. 

Tənzimləyici  funksiya.  nzibati  yurisdiksiya  vasitəsilə  normativ  (fərdi) 

tənzimləmə həyata keçirilir. Tənzimləyici funksiyaları o normativ göstərişlər vasitəsi ilə 

hüquq  subyektlərinin  real  hərəkətlərinə  aid  etməklə  yerinə  yetirir.  Buna  görə 

tənzimləyici funksiya inzibati yurisdiksiyanın idarəçilik aspektini əks etdirir. 

nzibati yurisdiksiya idarə edilən obyektin davranışını maddi hüquq normalar 

vasitəsilə  müəyyən  edilmiş  davranışa  uyğunluğunu  əldə  etmək  üçün  obyektin 

davranışını tənzimləməlidir. 

nzibati  yurisdiksiyanın  və  inzibati-prosessual  fəaliyyətin  inzibati  prosesin 

tərkib  hissəsi  olduğuna  əsaslanaraq,  hesab  etmək  olar  ki,  bu  fəaliyyət  növlərinin 

prinsipləri ümumi və hissə kimi qarşılıqlı əlaqədədirlər. 

Bunun əsasında qeyd etmək olar ki, inzibati yurisdiksiyanın prinsipləri inzibati 

prosesin  prinsiplərinə  oxşar  olurlar.  Beləliklə,  inzibati  yurisdiksiyanın  prinsiplərinə 

aşağıdakılar aiddir. 

1) Qanunçuluğun təmin edilməsi prinsipi. 

nzibati  yurisdiksiyaya  aid  edildikdə,  o  nəinki  qanunların  və  qanunqüvvəli 

aktların səlahiyyətli orqan (vəzifəli şəxslər) tərəfindən, həmçinin vətəndaşlar tərəfində

dəqiq  və  ciddi  surətdə  yerinə  yetirilməsində,  habelə  bu  aktların  lazımi  surətdə  tətbiq 

edilməsindən  ibarətdir,  çünki  yurisdiksiya  fəaliyyəti  hüquq  tətbiqetmə  fəaliyyətidir. 

Göstərilmiş  prinsip  qanunvericiliklə  müəyyən  edilmiş  orqanların  və  vəzifəli  şəxslərin 

dairəsinin  müəyyənləşdirilməsində  və  onlara  inzibati  yurisdiksiya  səlahiyyətlərini 

həyata  keçirmək  hüququnun  verilməsində  öz  əksini  tapır.  Bununla  yanaşı, 

qanunvericiliklə  hər  bir  orqanın  baxmağa  səlahiyyəti  olan  işlərin  dairəsi  də 

əyyənləşdirilir. 

Müvafiq  olaraq  hər  bir  orqan  (vəzifəli  şəxs)  nəzarəti  ona  törədilmiş 

qaydalarının  pozulmasına  görə  inzibati-yurisdiksiya  fəaliyyətini  öz  səlahiyyətləri 

çərçivəsində və xidməti vəzifələrin icrası zaman həyata keçirə bilər. 

nzibati  yurisdiksiyanın  həyata  keçirilməsi  qaydası  da  qanunvericiliklə 

tənzimlənir. 

2) Maddi həqiqət prinsipi; 

 

291 


 

3) aşkarlıq prinsipi; 

4) prosesin qənaətliliyi prinsipi; 

5) inzibati xəta haqqında işlərin baxılması zamanı müstəqillik prinsipi.  nzibati 

xətalar haqqında işlərin baxılması müstəqilliyi nəzərdə tutur, yəni işin baxılması üzrə 

öz vəzifələrini bu və ya digər dövlət orqanına verilməsini və habelə yuxarı orqanların 

aşağı orqanların qərarın qəbul edilməsi prosesinə müdaxilə etməməsini nəzərdə tutur. 

6)  inzibati  yurisdiksiyanın  dövlət  dilində,  yaxud  yerli  əhalinin  dilində  həyata 

keçirilməsi prinsipi. 

Birinci sualı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki:  

1.

  nzibati  proses  icra  hakimiyyəti  sahəsində  qanunçuluğun  təmin  olunması 

və  hüquqi  qaydaların  möhkəmləndirilməsi  məqsədilə  müəyyən  fərdi  işlərin  həll 

edilməsinin qanunvericiliklə tənzimlənmiş qaydadır. 

2.

    nzibati prosesin əsas prinsiplərinə aiddir: 

 

292 


 

- qanunçuluq prinsipi; 

- maddi həqiqət prinsipi; 

- aşkarlıq prinsipi; 

- tərəflərin bərabərliyi prinisipi; 

- prosesin yerli əhalinin dilində aparılması prinsipi; 

- qənaətlik və effektivlik prinsipi; 

-  prosesin  lazımi  qaydada  aparılması  və  işin  düzgün  həll  olunmasına  görə 

məsuliyyət prinsipi. 

3.  nzibati prosesin subyektlərinə aiddir: 

- Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşğı olmayan 

şə

xslər; 



- dövlət orqanları; 

- idarə, müəssisə və təşkilatlar; 

- qeyri-hökumət təşkilatları; 

- dövlət qulluqçuları; 

- qeyri-hökumət təşkilatlarının qulluqçuları və onların nümayəndələri. 

4.  nzibati-prosessual  fəaliyyət  dedikdə,  inzibati-prosessual  fəaliyyəti  xüsusi 

səlahiyyətli  dövlət  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin  dövlət  idarəetmə 

prosesində həyata keçirilən və inzibati-prosedur və ya inzibati-yurisdiksiya formasında 

ifadə  olunan  hüquqyaratma,  hüquq  tətbiqetmə  və  hüquq  mühafizə  fəaliyyəti  kimi 

əyyənləşdirmək olar. 

5.  nzibati  prosesin  əsasını  təşkil  edən  inzibati-prosessual  fəaliyyətin  iki  əsas 

ifadə forması var: 

- inzibati prosedura; 

- inzibati yurisdiksiya. 

6.  nzibati-prosessual fəaliyyətin aşağıdakı prinsipləri mövcuddur: 

- qanunçuluq;  

- səlahiyyətlilik;  

- tərəflərin prosessual bərabərliyi;  

- dövlətin və şəxsiyyətin mənafelərinin qorunması;  

- maddi (obyektiv) həqiqətin əldə edilməsi;  

- mümkünlüyü;  

- aşkarlıq;  

- qənaətlik;  

- çəkişmə

 

 

Sual 2. 


nzibati xətalar haqqında işlər üzrə icraatın anlayışı, vəzifələri  

və prinsipləri 



 

Qeyd etdiyimiz kimi, inzibati icraatın aşağıdakı dörd növü mövcuddur: 

1)

  vətəndaşların təklif, ərizə və şikayətləri üzrə icraat; 

2)

  təltif (mükafatlandırma) işləri üzrə icraat; 

3)

  intizam xətaları haqqında işlər üzrə icraat; 

 

293 


 

4)

  inzibati xətalar haqqında işlər üzrə icraat. 

 

Adları  çəkilən  inzibati  icraat  növləri  içərisində  daha  geniş  istifadə  olunan 





nzibati  xətalar  haqqında  işlər  üzrə  icraatdır″″″″.  craatın  bu  növü  digərləri  ilə 



müqayisədə  inzibati  hüququn  maddi  və  prosessual  normaları  ilə  daha  geniş  formada 

nizamlanır. 





nzibati xətalar haqqında işlər üzrə icraatın″″″″ hüquqi əsasları 01 sentyabr 2000-ci 



ildən  qüvvəyə  minmiş  Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsi  ilə 

əyyən edilmişdir. 

Mövzunun  açıqlanması  üçün  öncə  ″″″″icraatın″″″″  özü  barədə  anlayışın  əldə  edilməsi 

məqsədəuyğundur. 

          ″″″″ craat″″″″  müəyyən  qrup  işlərin  həll  edilməsi  qaydasının  qanunla  nizamlanan  və 

prosessual fəaliyyətlə həyata keçirilən xüsusi növüdür. 

           nzibati  xətalar  haqqında  işlər  üzrə  icraat  inzibati  xətalar  haqqında  işlərin 

baxılması və zəruri hallarda inzibati tənbehlərin tətbiq edilməsinə yönəldilmiş, dövlə

orqanlarının və onların vəzifəli şəxslərinin inzibati-prosessual normalarla nizamlanan 

fəaliyyətidir. 

            nzibati  xətalar  haqqında  işlər  üzrə  icraatda  həyata  keçirilən  prosessual 

hərəkətlərin  həcmindən  və  onların  həyata  keçirilmə  vaxtından  asılı  olaraq  icraatın 

aşağıdakı üç növünü göstərmək olar: 

1.  Sürətləndirilmiş  icraat.  Bu  icraat  növündə  inzibati  cərimə  inzibati  xətanın 

törədildiyi yerdə tətbiq edilir və alınır. 

Məsələn:  Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  412-ci 

maddəsinə əsasən törədilmiş inzibati xətaya görə inzibati tənbeh növü kimi xəbərdarlıq 

tətbiq  edildikdə  və  ya  inzibati  cərimənin  miqdarı  şərti  maliyyə  vahidinin  məbləğinin 

səkkiz  mislindən  (8.8  manat)  artıq  olmadıqda,  inzibati  xəta  haqqında  protokol  tərtib 

edilmədən  səlahiyyətli  vəzifəli  şəxs  tərəfindən  inzibati  xəta  törədilən  yerdə  inzibati 

cərimə alınır və ya xəbərdarlıq rəsmiləşdirilir. 

craatın  belə  forması  sürətləndirilmiş  icraat  adlandırılır.  Yəni  burada  inzibati 

xətanın  aşkar  edilməsi,  törədilmiş  xəta  ilə  əlaqədar  aparılan  araşdırma  və  inzibati 

tənbehin  tətbiqi,  edəcədə  tətbiq  edilmiş  tənbehin  icrası  inzibati  xəta  törədilən  yerdə 

həyata  keçirilir.  Lakin  bu  hal  ümumi  xarakter  daşımır.  Çünki,  bəzən  törədilmiş 

inzibati  xətaya  görə  inzibati  cərimənin  miqdarı  şərti  maliyyə  vahidinin  məbləğinin 

səkkiz  mislindən  artıq  olur  və  ya  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat 

aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə və ya tətbiq edilən tənbeh növü 

ilə  razılaşmadıqda,  yaxud  inzibati  xəta  törədilən  yerdə  inzibati  cəriməni  ödəməkdə

imtina  etdikdə  inzibati  xəta  haqqında  protokol  tərtib  edilir.  Belə  hallarda  isə  icraat 

ümumi (adi) formada, yəni icraatın ikinci formasında həyata keçirilir. 

           2.  Adi  icraat  növündə  icraatın  bütün  mərhələləri  mövcud  olur.  Onlar 

aşagıdakılardı: 

- birinci mərhələ, iş üzrə icraata başlama mərhələsi; 

- ikinci mərhələ, işin baxılması mərhələsi; 

- üçüncü mərhələ, iş üzrə qərarların yenidən baxılması mərhələsi; 

- dördüncü mərhələ, iş üzrə qərarların icrası. 

 

294 


 

          3. Xüsusi icraat digər icraat növlərindən bir sıra prosessual hərəkətlərin inzibati 

xətalar qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə və qaydada yerinə yetirilməsinə 

görə fərqlənir. 

Bu fərqlərə aşağıdakıları aid etmək olar: 

- inzibati xətaya görə inzibati həbsin tətbiqinin mümkünlüyü; 

- inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokolun tərtib edildikdə

sonra dərhal baxılması üçün göndərilməsi ( XM-nin 414.2-ci maddəsi); 

- inzibati xəta haqqında işin xüsusi müddətdə (1 gün) baxılması ( XM-nin 422.3-

cü mad.); 

- inzibati qaydad tutulan şəxslər barəsində və onların tutuldugu vaxtdan ən geci 

48 saat keçənədək baxılır ( XM-nin 422.3ci maddəsi); 

- inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında qərardan şikayətin verilmə 

müddəti ( XM-nin 431.3 mad.). 

Bu  növ  icraat adətən  XM-nin 69, 296,  310  və  s.  maddələrdə  göstərilən inzibati 

xətalar haqqında aparılır. 

 

craatın hüquqi nizamlanması 



 

Hüquq  nəzəriyyəsində  hüquq  normaların  maddi  və  prosessual  normalara 

bölünməsi qəbul edilmişdir. Maddi hüquq normaları subyektlərin hüquqi vəziyyətini, 

hüquq  və  vəzifələrini  möhkəmləndirir.  Prosessual  normalar  isə  fəaliyyəti  nizamlayır, 

yəni necə hərəkət etməni, hüquq və vəzifələri hansı qaydada həyata keçirməni müəyyə

edir. 

nzibati  məsuliyyət  institutu  müxtəlif  növ  dövlət-məcburetmə  təsir  tədbirlərinin 

əyyən  edilməsi  və  tətbiq  edliməsi  ilə  bağlı  olan  kompleks  məsələləri  nizamlayan 

böyük sayda hüquqi normaların məcmusundan ibarətdir. 

nzibati  məsuliyyət  institutunun  böyük  hissəsini  maddi  normalar  təşkil  edir. 

Maddi  normalar  inzibati  xətaların  sistemini,  inzibati  tənbehlərin  növlərini,  inzibati 

məsuliyyətin prinsiplərini müəyyən edir və digər məsələləri nizamlayır. 

nzibati-prosessual  normalar  müvafiq  maddi  normaların  reallaşdırılması 

qaydasını,  onların  tətbiq  edilməsi  prosedurasını,  inzibati  tənbehlərin  köməkliyi  ilə 

təqsirkar  şəxslərə  qarşı  məcburetmə  təsir  tədbirlərinin  həyata  keçirilməsi  prosesini 

əyyən  edir.  Başqa  sözlə  desək,  inzibati-prosessual  normalar  inzibati  xətalar 

haqqında  işlər  üzrə  icraatı  tənzimləyir.  nzibati-prosessual  normaların  vasitəsi  ilə 

inzibati  xətalar  haqqında  işlər  üzrə  icraat  dövlət  idarəetmə  prinsiplərinə  və  inzibati 

xətalar qanunvericiliyinin prinsiplərinə müvafiq olaraq həyata keçirilir. 

Məlum  olduğu  kimi  hüquq  sisteminə  daxil  olan  sahələr  arasında  cinayət  və 

cinayət  prosessual  sahələri  xüsusi  yer  tutur  və  müvafiq  olaraq  Cinayət  Məcəlləsi  və 

Cinayət Prosessual Məcəlləsi ilə tənzim olunurlar. Bunlarla yanaşı dövlətimizin hüquq 

sistemində digər sahələrdə öz əksini tapmışdır. Bu sahələr arasında mülki münasibətlə

də  xüsusi  yer  tutur  və  müvafiq  olaraq  maddi  normalar  əsasında  Mülki  Məcəllə  ilə 

nizama  salınır.  Mülki  Məcəllə  ilə  müəyyən  olunmuş  təzahürlərin  həyatda 

reallaşdırması  üçün  qanunvericilik  tərəfindən  müvafiq  şəkildə  prosessual  normalar 

Mülki Prosessual Məcəllədə də yaradılmışdır. 

 

295 


 

Lakin  inzibati  hüquq  normaları  ilə  mühafizə  olunan  ictimai  münasibətlərin 

pozulması ilə başlanmalı olan icraatın həyata keçirilməsi üçün müstəqil qanunvericilik 

aktı  qəbul  olunmamışdır.  Bütün  bunlar  inzibati  hüquqda  həm  maddi,  həm  də 

prosessual  normaların  olmasından  irəli  gəlir.  Söylənən  fikirlər  öz  əksini  01  sentyabr 

2000-ci  ildən  qüvvəyə  minmiş  Azərbaycan  Respublikasının 

nzibati  Xətalar 

Məcəlləsində tapmışdır. Bu Məcəllə 6 bölmədən, 35 fəsildən və 458 maddədən ibarətdir. 

Məcəllənin  I-III  bölmələrində,  yəni  1-361  maddələri  ilə  adı  çəkilən  qanuvericiliyin 

sistemi, vəzifələri və prinsipləri, inzibati xəta və inzibati məsuliyyət, inzibati məsuliyyəti 

istisna  edən  hallar,  inzibati  tənbehlər  və  onların  tətbiqi  qaydaları  müəyyən  olunmuş 

(maddiləşmiş),  IV-VI  bölmələrində,  yəni  362-458-ci  maddələrində  isə  inzibati  xətalar 

haqqında işlər üzrə icraatı nizamlayan prosessual normalar öz əksini tapmışdırlar. 

Qeyd olunandan aydın olur ki, inzibati xətalar haqqında işlər üzrə icraat, yalnız 

inzibati xətalar haqqında qanunvericiliyin normaları ilə həyata keçirilir. 

Azərbaycan Respublikasının  XM-nin 1-ci maddəsinə əsasən:   ″″″″1.1. Azərbaycan 

Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. 

1.2.  Bu  Məcəllə  Azərbaycan  Respublikasının  Konstitusiyasına,  hamılıqla  qəbul 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin