Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə42/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

8.3.  nzibati  məsuliyyətə  cəlb  olunmuş  şəxsin  təqsirli  olması  barəsində  olan 

ş

übhələr onun xeyrinə həll olunur″″″″



Göstərilən  maddədən  göründüyü  kimi  şəxsin  təqsiri  müəyyən  edilmiş  qaydada 

sübut  edilməlidir.  Sübutetmə  vəzifəsi  işə  baxan  orqanın  (vəzifəli  şəxsin)  üzərinə 

qoyulub.  Bu  barədə  həmçinin  Azərbaycan  Respublikası  XM-nin  362-ci  maddəsində 

inzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  vəzifəsi  kimi  müəyyən  edilmişdir,  yəni 





…inzibati  xəta  haqqında  hər  bir  işin  hallarını  vaxtında,  hərtərəfli,  tam  və  obyektiv 



surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati 

məsuliyyətə cəlb etməkdən… ibarətdir″″″″

            Sübut  etmə  prosesi  özündə  sübutların  aşkar  edilməsini,  onların  tədqiq 

edilməsini və sənədləşdirilməsini cəmləşdirir. 

           Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  385-ci  maddəsinə 

ə

sasən, inzibati xətalar haqqında işlər üzrə icraatda aşağıdakı hallar müəyyən edilməli 



və sübuta yetirilməlidir: 

- inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 

- inzibati xəta törətmiş şəxs; 

- inzibati xəta törətməkdə şəxsin təqsiri; 

 

312 


 

- inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 

- inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 

- inzibati xətalar haqqında işlər üzə icraatı rədd edən hallar; 

-  işin  düzgün  həlli  üçün  əhəmiyyətli  olan  digər  hallar,  habelə  inzibati  xətanın 

törədilməsinə kömək edən səbəblər və şərait. 

Yuxarıda göstərilən hər bir hal sübutla təsdiq olunmalıdır. 

          Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  385-ci  maddəsinə 

ə

sasən, sübutlar dedikdə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədəşəxsin 



təqsirini  və  işin  düzgün  həlli  üçün  əhəmiyyətli  olan  digər  halları  müəyyən  etməkdə

ötrü  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  əsaslana  bildiyi  hər  cür  faktik 

məlamutlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 

          Göstərilən  məlumatlar  XM-nin  386.2-ci  maddəsinə  əsasən  maddi  sübutlarla, 

barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, 

ş

ahidlərin  izahatları  ilə,  digər  sənədlərlə,  xüsusi  texniki  vasitələrin  göstəriciləri  ilə



ekspertin  rəyi  ilə,  inzibati  xəta  haqqında  protokolla,  nzibati  Xətalar  Məcəlləsi  ilə 

əyyən edilmiş digər protokollarla müəyyən edilir. 

Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  386.3-cü  maddəsinə 

ə

sasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilməzdir. 



          Maddi  sübutlar  dedikdə,  inzibati  xətanın  törədilməsində  alət  və  ya  inzibati 

xətanın  bilavasitə  obyekti  olan,  yaxud  üzərində  inzibati  xətanın  izlərini  saxladığına 

görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə 

kömək edən predmetlər başa düşülür ( XM-nin 387.1-ci maddəsi). 

            craatla  baglı  zəruriyyət  yaranduqda  maddi  sübutların  fotoşəkilləri  çəkilir  və 

onlar  inzibati  xəta  haqqında  işə  əlavə  edilir.  Maddi  sübutlar  inzibati  xəta  haqqında 

protokolda qeyd edilir. ( XM-nin 387.2-ci maddəsi). 

 

             craatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) 

iş qurtaranadək maddi sübutların saxlanılmasının təmin edilməsi üçün zəruri tədbirlə

görməli,  habelə  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  başa  çatdıqdan  sonra  maddi 

sübutlar haqqında qərar qəbul etməlidir. ( XM-nin 387.3-cü maddəsi). 

            Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin  izahatı  iş  üzrə 

ona  məlum  olan  hallar  və  işdə  olan  sübutlar  üzrə  şifahi  və  ya  yazılı  formada  verilə

məlumatlardan ibarətdir ( XM-nin 388-ci maddəsi). 

Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin  izahatı  inzibati 

xəta haqqında protokolda, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi 

tədbirlərinin  tətbiq  edilməsi  haqqında  protokolda,  inzibati  xəta  haqqında  işə  baxma 

protokolunda göstərilir. Zəruri hallarda bu izahat yazılı formada qeyd edilir və inzibati 

xəta haqqında işə əlavə edilir. 

          Zərər  çəkmiş  şəxsin  və  şahidlərin  izahatları  şifahi  və  yazılı  formada  olan  və 

inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan hallar haqqında məlumatlardan 

ibarətdir ( XM-nin 389-cu maddəsi).. 

Zərər  çəkmiş  şəxsin  və  şahidin  izahatları  inzibati  xətalar  haqqında  işlər  üzrə 

icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta 

haqqında  işə  baxma  protokolunda  göstərilir.  Zəruri  hallarda  bu  izahatlar  yazılı 

formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir. 

 

313 


 

          Zərər  çəkmiş  şəxsin  və  şahidlərin  izahatları  şifahi  və  ya  yazılı  formada  olan  və 

inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan hallar haqqında məlumatlardan 

ibarətdir. 

Zərər  çəkmiş  şəxsin  və  şahidin  izahatları  inzibati  xətalar  haqqında  işlər  üzrə 

icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta 

haqqında  işə  baxma  protokolunda  göstərilir.  Zəruri  hallarda  bu  izahatlar  yazılı 

formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir. 

Mənbəyi  məlum  olmayan  məlumatlara  əsaslanan  şahid  izahatları  sübut  kimi 

qəbul edilmir. 

           nzibati  xətalar  haqqında  işlər  üzrə  icraatda  sübut  etmə  mənbələrindən  biri  də 

sənədlərdir.  Azərbaycan  Respublikasının 

nzibati  Xətalar  Məcəlləsinin  390-cı 

maddəsinə  əsasən,  sənədlərdə  müəssisələrin,  idarələrin,  təşkilatların,  vəzifəli  şəxslərin 

və  fiziki  şəxslərin  təsdiq  etdikləri  və  ya  şərh  etdikləri  məlumatların  inzibati  xəta 

haqqında  iş  üzrə  icraat  üçün  əhəmiyyəti vardırsa,  bu sənədlər iş  üzrə  sübutlar  hesab 

edilir.  Sənədlər  yazılı  və  ya  digər  formada  müəyyən  edilmiş  məlumatları  özündə  əks 

etdirə  bilər.  Fotoşəkillər,  səsyazma  və  ya  videoyazı  materialları,  məlumat  bazası  və 

məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 

nzibati xəta haqqında iş icraatında olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) 

inzibati  xəta  haqqında  işin  mahiyyəti  üzrə  baxılmasına  qədər  sənədlərin  qorunub 

saxlanılması  üçün  zəruri  tədbirlər  görməli,  eləcə  də  işə  baxıldıqdan  sonra  onlar 

haqqında qərar qəbul etməlidir. 

           nzibati xətalar haqqında işlər üzrə icraatda sübut kimi xüsusi texniki vasitələrin 

göstəriciləri  də  istifadə  edilə  bilərlər.  Azərbaycan  Respublikasının  nzibati  Xətalar 

Məcəlləsinin 391-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

əyyən  edilmiş  qaydada  ölçü  cihazı  kimi  təsdiq  edilən,  müvafiq  sertifikatı  olan  və 

metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. 

Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda 

qeyd edilir. 

           nzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  aparılması  zaman  bəzən  xüsusi 

biliklərə  də  ehtiyat  olur.  Buna  görə  də  XM-nin  392.1-ci  maddəsinə  əsasən,  inzibati 

xətalar  haqqında  işlər  üzrə  icraat  zamanı  əhəmiyyət  kəsb  edən  hər  hansı  məsələnin 

həlli  üçün  elm,  incəsənət,  texnika  və  ya  sənət  sahəsində  xüsusi  bilik  tələb  edə

məsələlərin  aydınlaşdırılması  məqsədilə  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin) 

qərardadı ilə ekspertiza təyin edilə bilər. 

Ekspertizanın təyin edilməsi barədə qərardadda aşağıdakılar göstərilir: 

- ekspertizanın təyin olunması üçün əsaslar; 

- ekspertin soyadı, adı və atasının adı və ya ekspertiza aparılacaq idarənin adı; 

- ekspertin rəy verməli olduğu məsələlər; 

- ekspertin sərəncamına verilən materiallar; 

-  ekspertə  onun  hüquq  və  vəzifələrinin  izah  edilməsi  və  bilə-bilə  yalan  rə

verilməsinə görə inzibati məsuliyyət barədə xəbərdarlıq haqqında qeyd. 

Ekspertiza  təyin  edilərkən  ekspertin  qarşısında  qoyulan  suallar  onun  xüsusi 

biliyindən kənara çıxmamalıdır. 

craatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) 

icraya  göndərməmişdən  əvvəl  ekspertizanın  təyin  olunması  haqqında  qəbul  edilmiş 

 

314 


 

qərardadla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş 

şə

xsi tanış etməli, onların huquqlarını izah etməlidir. 



            Ekspert öz adından yazılı formada rəy verir və onu imzalayır. Ekspertin rəyində 

ekspertizanın  aparıldığı  tarix  və  yer,  ekspertizanın  aparılmasının  əsasları,  onun 

məzmunu,  habelə  ekspertin  qarşısında  qoyulmuş  suallar  üzrə  əsaslandırılmış  cavablar 

və yekun nəticələr göstərilir. 

nzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  vəzifələrinin  yerinə  yetirilməsində 

ə

lavə  məlumatlar  da  tələb  edilə  bilər.  XM-nin  393-cü  maddəsinə  əsasən  icraatında 



inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi 

üçün  zəruri  olan  əlavə  məlumatların  tələb  edilməsi  barədə  qərardad  qəbul  edə  bilər. 

Məlumatlar  tələb  edildiyi  gündən  üç  gün  müddətində,  inzibati  həbs  nəzərdə  tutulan 

inzibati  xəta  törədildikdə  isə  dərhal  müvafiq  orqanlara,  təşkilatlara,  idarələrə  və 

əssisələrə göndərilməlidir. 

Müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilə

məlumatların təqdim edilməsi qeyri-mümkün olduqda, onlar üç günədək müddətində 

qərardad  qəbul  etmiş  hakimə,  səlahiyyətli  orqana  (vəzifəli  şəxsə)  bu  barədə  yazılı 

formada xəbər verməyə borcludurlar. 

nzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  vəzifələrinin  vaxtında,  hərtərəfli, 

tam  və  obyektiv  yerinə  yetirilməsi  nəticəsində  aşkar  edilmiş  və  toplanmış  sübutların 

qiymətləndirilməsinin əhəmiyyəti böyükdür. 

            nzibati  xətalar  haqqında  işlərə  baxan  hakim,  kollegial  orqanın  üzvü,  vəzifəli 

şə

xs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına 

ə

saslanan öz daxili inamı ilə subutları qiymətləndirir.(AR  XM-nin 394-cü maddəsi) 

Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 

           nzibati  xətalar  haqqında  işlər  üzrə  icraat  həyata  keçirilən  zaman  hakim, 

səlahiyyətli  orqan  və  ya  vəzifəli  şəxs  fiziki  şəxs  tərəfindən  törədilmiş  inzibati  xətada 

cinayəəlamətlərini aşkar etdikdə  XM-nin 395-ci maddəsinə əsasən həmin materialları 

prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 

Dördüncü sualı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki: 

 

1.  Sübut  etmə  prosesi  özündə  sübutların  aşkar  edilməsini,  onların  tədqiq 

edilməsini və sənədləşdirilməsini cəmləşdirir. 

 

2.  nzibati xətalar haqqında işlər üzrə icraatda aşağıdakı hallar müəyyən edilməli 

və sübuta yetirilməlidir: 

- inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 

- inzibati xəta törətmiş şəxs; 

- inzibati xəta törətməkdə şəxsin təqsiri; 

- inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 

- inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 

- inzibati xətalar haqqında işlər üzə icraatı rədd edən hallar; 

-  işin  düzgün  həlli  üçün  əhəmiyyətli  olan  digər  hallar,  habelə  inzibati  xətanın 

törədilməsinə kömək edən səbəblər və şərait. 

 

3.  Sübutlar  dedikdə  inzibati  xətanın  olub-olmamasını,  inzibati  xəta  törədə

şə

xsin  təqsirini  və  işin  düzgün  həlli  üçün  əhəmiyyətli  olan  digər  halları  müəyyə



etməkdən  ötrü  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  əsaslana  bildiyi  hər  cür 

faktiki məlumatlar başa düşülür. 

 

315 


 

 

4.  Göstərilən  məlumatlar  maddi  sübutlarla,  barəsində  inzibati  xəta  haqqında  iş 

üzrə  icraat  aparılan  şəxsin,  zərər  çəkmiş  şəxslərin,  şahidlərin  izahatları  ilə,  digə

sənədlərlə,  xüsusi  texniki  vasitələrin  göstəriciləri  ilə,  ekspertin  rəyi  ilə,  inzibati  xəta 

haqqında protokolla,  nzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla 

əyyən edilir. 

 

5.  nzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli 

şə

xs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına 

ə

saslanan öz daxili inamı ilə subutları qiymətləndirir. 

6. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 

7.  nzibati  xətalar  haqqında  işlər  üzrə  icraat  həyata  keçirilən  zaman  hakim, 

səlahiyyətli  orqan  və  ya  vəzifəli  şəxs  fiziki  şəxs  tərəfindən  törədilmiş  inzibati  xətada 

cinayəəlamətlərini aşkar etdikdə  XM-nin 395-ci maddəsinə əsasən həmin materialları 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin