Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

cra hakimiyyətinin realizəsinin inzibati-hüquqi metodlarının növləri 

 

             cra  hakimiyyətinin  həyata  keçirilməsi  metodları  çox  müxtəlifdir.  Onlar  müxtəlif 



ə

saslar  üzrə  təsnifləşdirilir,  əsasən  də,  idarəetmə  subyektlərinin  funksiyaları  üzrə.  Onları 

ümumi,  yəni  idarəetmə  prosesinin  bütün  mərhələlərində  istifadə  edilən  və  xüsusi,  yəni 

idarəetmə  prosesinin  ayrı-ayrı  mərhələlərində  və  ya  ayrı-ayrı  funksiyaların  həyata 

keçirilməsi zamanı tətbiq edilən metodlara bölmək olar. 

            darəetmənin  ümumi  metodları  kimi  inandırma  və  məcburetmə  metodları  seçilir. 

Bunlar lazımi davranışın, hüquq qaydalarının təminetmə mexanizminin vahid iki qarşılıqlı və 

ə

laqəli tərəfləridir. Onlar bir-birini tamamlayırlar. 



cra hakimiyyəti orqanları öz fəaliyyətlərinin əsas metodu kimi inandırma metodundan 

istifadə edirlər.  nandırma müxtəlif izahedici, tərbiyəvi, təşkilati tədbirlərin istifadəsi zamanı 

özünü  göstərir.  nandırmanın  köməyi  ilə  qanunverici  müxtəlif  subyektlərin  vahid  iradəsinə 

və davranışına nail olur. Bu da hərəkətlərin birliyinin əhəmiyyətli şərtidir. 

            nandırmanın  mahiyyəti  ondan  ibarətdir  ki,  o,  ictimai  münasibətlərə  təsiretmə 

metodudur.  Onun  məzmunu  isə  insanların  şüuruna  və  davranışına  təsir  edən  konkret  olan 

müxtəlif tədbirlər kompleksindən ibarətdir. 


 

139 


 

            nandırma  –  ardıcıl  surətdə  həyata  keçirilən  hərəkətlər  prosesi  olub,  diqqətin 

yetirilməsi,  marağın oyadılması,  istəyin  yaradılması və  hərəkətlərin  stimullaşdırılması kimi 

elementləri özündə cəmləşdirir. 

Bununla  yanaşı  inandırma  əsasən,  mənəvi  xarakterli  vasitələrlə  insanın  şüur  və 

iradəsinə  təsiri  nəzərdə  tutur.  Belə  təsir  nəticəsində  özgə  iradə  könüllü  və  şüurlu  surətdə 

şə

xsin  öz  iradəsinə  çevrilir,  onda  onu  inandıran  şəxsin  baxışlarına  uyğun  olan  baxışlar 



formalaşır. Bu baxışlar mənəvi motivlər formasını alır və insan öz fəaliyyətində onları rəhbər 

tutur.  Lakin,  inandırma  təsirin  əsasən  ideoloci,  mənəvi  xarakter  daşıması  heç  də  o  demək 

deyil  ki,  inandırma  yalnız  sözlə  ifadə  olunan  hüquqi  təbliğatdır  və  s.  Buna  görə  də, 

inandırma  tədbirlərin  sisteminə  tam  əsaslı  olaraq  müxtəlif  təşkilati  və  təşəbbüs  xarakterli 

tədbirlər də daxil edilir. 

           Beləliklə,  dövlət  idarəetməsində  inandırma  –  vətəndaşların  hüquq  şüurunun 

yüksəldilməsi və onların Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, insan və 

vətəndaş hüquq və azadlıqlarına riayət edilməsi ruhunda tərbiyə etmək məqsədilə tərbiyəvi, 

izahedici  təşəbbüs  yaradan  kompleks  tədbirlərindən  ibarət  olan,  insanların  şüuruna  və 

davranışına təsir etmək üsuludur. 

 

Daxili işlər orqanlarında inandırma metodu 

 

Daxili işlər orqanları ictimai qaydanın mühafizəsində və ictimai təhlükəsizliyin təmin 



edilməsində,  hüquqpozmalarla  mübarizədə  demokratik  və  humanist  metodlardan  istifadə 

edirlər. 

Daxili  işlər  orqanlarının  fəaliyyəti  sahəsində  nizama  salınan  və  mühafizə  olunan 

ictimai  münasibətlərin  həcminə  görə  ən  çox  yer  tutan  D O-nun  inzibati  fəaliyyətidir. 

Ə

məliyyat-axtarış  və  cinayət-prosessual  fəaliyyətindən  fərqli  olaraq  inzibati-hüquqi 



mühafizə,  ictimai  qaydanın  mühafizəsi  və  hüquqpozanlara  qarşı  mübarizədə  inandırmanın 

istifadə edilməsi imkanları daha çoxdur. 

Buna görə də, daxili işlər orqanlarının inzibati fəaliyyətində olan inandırma – inzibati 

xətaların  xəbərdar  edilməsi  və  qarşısının  alınması,  həmçinin  də  hüquq  pozanların 

tərbiyələndirilməsi üçün işlək vasitədir. 

Daxili işlər orqanlarının inzibati fəaliyyətində inandırma metodu aşağıdakı məqsədlərə 

nail olmağa xidmət edir: 

a)  vətəndaşlarda  hüquqi  davranış  adətlərinə  daxili  tələbat  və  dözümlüyünün  tərbiyə 

edilməsi; 

b) hüquqazidd hərəkətlərin xəbərdar edilməsi; 

v) hüquqpozanlara təsir etmək. 

Daxili işlər orqanlarının inzibati təcrübəsində inandırmanın aşağıdakı əsas formalarını 

ayırmaq olar: 

-

  əhali  arasında  tərbiyəvi  işin  və  hüquqpozmaların  törədilməsinə  meyilli  olan 



vətəndaşlarla fərdi işin aparılması; 

-

  təbliğat-təşviqat fəaliyyətinin aparılması; 



-

  xidmət  göstərilən  ərazidə  ictimai  qaydanın  mühafizəsinin  vəziyyəti  haqqında 

dövlət orqanlarına və əhaliyə məlumat vermə; 

-

  ictimai qaydanın mühafizəsində iştirak edən vətəndaşların təltif edilməsi və s. 



 

140 


 

          Dövlət idarəetmə sistemində inandırma vasitələri təsir etmədiyi hallarda məcburetmə 

təsiri  lazım  olur.  Bu  hallarda,  lazımi  davranışı  təmin  etmək  üçün  məcburetmədən  istifadə 

etmək lazım olur. 

Məcburetmə dövlət idarəetməsinin əsas olmasa da, lakin köməkçi metodudur. Belə ki, 

məcburetmə hüquq qaydalarının, mülkiyyətin, vətəndaşların və ictimai təşkilatların hüquq və 

maraqlarının  mühafizəsi,  hakimiyyət  aparatının  fəaliyyəti  üçün  normal  şəraitin  yaradılması 

üçün vacibdir. 

           Cəmiyyətdə  məcburetmənin  müxtəlif  növləri  vardır.  Üsuluna  görə  fiziki,  psixi  və 

təşkilati təsirlər vardır. 

Fiziki təsir şəxsə, onun əmlakına yönələ bilər. Fiziki məcburetmənin bilavasitə obyekti 

rolunda  şəxsiyyət  və  onun  maddi  vəziyyəti  çıxış  edir.  Fiziki  məcburetmə  şəxsiyyətə,  onun 

ə

mlakına  və  pul  vəsaitinə  təsir  göstərən  konkret  tədbirlərdə  ifadə  oluna  bilər,  yəni  o, 



subyektin  sərəncamında  olan  bəzi  nemətlərin  müəyyən  miqdarda  məhrum  edilməsi  və  ya 

məhdudlaşdırılması yolu ilə həyata keçirilir. 

Psixi  məcburetmənin  bilavasitə  obyekti  insanın  psixikası  –  onun  ağlı,  emosiyaları, 

iradəsidir.  Onlara  təsir  etməklə  insanın  iradəsini  ″daxilən″  formalaşdırmaq  və  onu  lazımi 

ictimai davranışa sövq etmək olar. Bu metod qanunçuluğun və dövlət intizamının tələblərinə 

riayət  etməkdən  yayınan  və  ya  inzibati-hüquqi  normalarla  müəyyən  edilmiş  davranış 

qaydalarını pozan şəxslərə tətbiq olunur. 

Təşkilati tədbirlərə misal kimi hüquqların məhdudlaşdırılmasını və məhrum etməsini 

(işdən çıxarılma, təşkilatın ləğv edilməsini) göstərmək olar. 

Belə  bölgü  əsasən  şərti  xarakter  daşıyır,  belə  ki,  vətəndaşlara  və  təşkilatlara  tətbiq 

edilən bu təsir vasitələri bir-biri ilə uzlaşırlar. 

Məcburetmə tədbirləri hüququn həm fərdi, həm də kollektiv subyektlərinə tətbiq edilə 

bilərlər. 

          Hüquqi amillərə görə leqal (hüquqi) və qeyri-leqal, yəni qanuna əsaslanan və qanuna 

ə

saslanmayan  məcburetməni  ayırmaq  lazımdır.  Qeyri-leqal  məcburetmənin  növləri  kimi, 



başqa  dövlətlərin  təcavüzünü,  zəbt  etməni,  zor  tətbiq  etməni  misal  çəkmək  olar.  ″Dövlətin 

daxilində  törədilən  zorun  mənbəyi  –  cinayətkarlıq,  oxlokratiya  (kütlənin  hakimiyyəti), 

bandokratiya  (yarımleqal  birləşmələrin,  mafiyanın  və  s.  hakimiyyəti),  həmçinin  də  bəzən 

hakimiyyət  strukturlarının  sui-istifadələrə  yol  vermələri,  vəzifəli  şəxslərin  səlahiyyətsizliyi, 

səhlənkarlığı və inzibati özbaşınalığı ola bilər. 

Hüquq  elmi  dövlət  hakimiyyət  göstərişlərinə  riayət  edilməsinin  məcbur  edilməsi  ilə 

məşğul olur, yəni hüquq normaları əsasında və onların pozulmasına görə tətbiq edilən hüquqi 

məcburetmələri öyrənir. 

           Hüquqi (leqal) məcburetmə tədbirlərinə aiddir: 

-

  intizam məcburetməsi; 



-

  inzibati məcburetmə; 

-

  mülki-hüquqi məcburetmə; 



-

  cinayət-hüquqi məcburetmə. 

Dövlət idarəetmə metodu kimi, məcburetmə üçün aşağıdakılar xasdır: 

-

  o, cəmiyyət üçün zərərli, qanunazidd əməllərlə əlaqədar olaraq həyata keçirilir; 



-

  onun  istifadə  olunması,  normada  ifadə  olunan  dövlət  iradəsi  ilə  onu  pozan  fərdi 

şə

xsin iradəsi arasındakı münaqişədən irəli gəlir. 



 

141 


 

Hüquqi  məcburetmə  hüquq  normalarını  pozan  şəxsə,  hüququn  subyektlərinə  tətbiq 

edilir.  Məcburetmə  fərdiləşdirilib,  bu  hüquqi  göstərişləri  yerinə  yetirmək,  yeni 

hüquqpozmalara  yol  verməmək,  təqsirkarı  və  ətrafdakıları  tərbiyə  etmək  üçün  subyektə 

xaricdən  göstərilən  təsirdir.  Konkret  subyektin  fiziki,  təşkilati,  əmlak  və  mənəvi  sahələrə 

təsir etməklə məcburetmə fəaliyyətinin nəticələrinə çatmaq olar. 

Hüquqi məcburetmə hüquq tətbiqetmə aktlarının vasitəsilə həyata keçirilir. Normalar 

özü  özlüyündə  yalnız  məcburetmənin  mümkünlüyünü  nəzərdə  tuturlar,  onu  da  reallığa 

çevirmək üçün hüquq tətbiqetmə aktları qəbul edilməlidir. 

Məcburetmə ciddi olaraq yalnız qanun əsasında tətbiq edilir. 

Hüquq normaları – hansı tədbirlərin, hansı şəraitdə, hansı qaydada və hansı orqanlar 

tərəfindən  tətbiq  edilə  biləcəyini  nizamlayırlar.  Məcburetmə  tədbirlərinin  dəqiqliklə 

nizamlanması  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  elan  edilən,  vətəndaşın 

şə

xsiyyətinin  və  şəxsi  əmlakın  toxunulmazlığı  prinsiplərinin  konkretləşdirici  və  hüquqi 



təminatçısıdır. 

Səlahiyyətli  orqanlar  tərəfindən  məcburetmə  tədbirlərinin  tətbiq  edilməsinin  əsasları 

məcburetmə tədbirlərinin tətbiq edilməsi üçün vacib olan əlamətlər (hüquqpozmanın tərkibi) 

qanunvericiliklə  müəyyən  edilir.  Qanuni  əsaslar  olduqda,  hansı  məcburetmə  tədbirlərin 

tətbiq  edilməsi  normativ  qaydada  müəyyən  edilir.  Məcburedici  vasitələrin  tətbiq  edilməsi 

qaydasının  dəqiq  nizamlanması,  məcburetmə  subyektlərinin  dairəsinin  və  onların 

səlahiyyətlərinin  müəyyən  edilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Məcburetmə  tədbirlərin 

tətbiqi  qaydası  qanunla  müəyyən  edilir.  Bu  zaman  vətəndaşların  və  təşkilatların  hüquq  və 

maraqlarının mühafizəsi üçün lazımi təminatlar verilir. 

Yalnız, dövlət hüquq normalarını qəbul etmək və orada olan sanksiyaları tətbiq etmək 

hüququna malikdir. Məcburetmə aparatına malik olan dövlət vətəndaşlara qarşı məcburetmə 

tədbirlərini  tətbiq  etmək  hüququna  malikdir.  ctimai  və  digər  qeyri-dövlət  təşkilatlarına 

gəldikdə  isə,  onlar  yalnız  öz  əməkdaşlarına  məcburetmə  ilə  bağlı  olan  tədbirləri  tətbiq  edə 

bilərlər.  ctimai  orqanlar  isə  vətəndaşlara  qarşı  məcburetməni  yalnız  dövlətin  tapşırığı  ilə, 

qanunla müəyyən olunmuş hallarda və bir qayda olaraq, dövlət nəzarəti altında həyata keçirə 

bilərlər. 

            Beləliklə,  məcburetmə  xüsusi  səlahiyyətli  dövlət  orqanları  tərəfindən  hüquq 

tətbiqetmə  aktlarının  tətbiq  edilməsi  vasitəsi  ilə,  hüququn  yalnız  konkret  subyektlərinin 

qanunazidd hərəkətləri ilə əlaqədar olaraq onlara qarşı,  hüquq əsasında tətbiq edilən, hüquq 

qaydasının təmin edilməsi üsuludur.  

            Dövlət idarəetməsində inandırma və məcburetmə öz əksini inzibati, iqtisadi və sosial-

psixoloji metodlarda tapırlar və həyata keçirilirlər. 

 

nzibati metodlar 

 

nzibati  metodlar  müvafiq  idarəetmə  orqanlarının  hüquqi  hakimiyyət  iradəsinin 



birtərəfli  ifadəsini  əks  etdirirlər.  Onların  məzmununda  daimi  belə  orqanların  hüquqi 

göstərişləri olur. 

nzibati metodlar imperativ xarakterə malikdirlər.  darəetmə orqanları tabeçilikdə olan 

müəssisələr,  təşkilatlar  və  vətəndaşlar  üçün  icrası  hüquqi  cəhətdən  məcburi  olan  idarəetmə 

qərarlarını qəbul edirlər. Onların yerinə yetirilməsi izahetmə, təşkiletmə, tərbiyələndirmə və 

stimullaşdırma, həm də məcburetmə ilə təmin edilir (məsələn, hüquqi məsuliyyətə cəlbetmə). 



 

142 


 

             nzibati  metodlara  (hüquqi  ədəbiyyatda  onları  ″birbaşa  təsir  metodları″  da 

adlandırırlar) aşağıdakı əlamətlər xasdır: 

a) iradəyə birbaşa təsir etmək; 

b) əmredici xarakter; 

c)  komandaların  bir  mənalı  olması,  yəni  tabeçiliyində  olanlara  əmr  edildiyi  kimi 

yerinə yetirməyi məcbur edir; 

ç) idarəetmə müxtəlif, əmrlər isə eyni mənalı olduğuna görə onları çoxlu sayda qəbul 

etmək lazım olur, bu da tabeçilikdə olanların fəaliyyətini tam nizamlamaq üçün çoxlu norma 

və sərəncamların olmasına gətirir; 

d) nəzarət edən aparatın olması; 

e) həvəsləndirmə tədbirlərinin tətbiqi və s.; 

ə

) qeyri-iqtisadi məcburetmənin geniş istifadə olunması. 



nzibati metodlar aşağıdakı növlərə bölünürlər: 

  ifadə formasına görə: 

-

  inzibati-hüquqi; 



-

  inzibati-təşkilati; 

  hüquqi xüsusiyyətlərinə görə: 

-

  normativ; 



-

  fərdi 


  təsir üsuluna görə: 

-

  həvəsləndirici; 



-

  səlahiyyətverici; 

-

  təltifedici 



  göstərişlərin formasına görə: 

-

  qəti; 



-

  həvaləedici; 

-

  tövsiyəedici. 



nzibati  metodlar  birtərəfli  idarəetmə  təsirinin  bu  və  ya  digər  variantını  daima  ifadə 

edən çoxlu sayda konkret olan müxtəlif təzahürlərə malikdirlər. Bunlar aşağıdakılar ola bilər: 

-

  idarəetmə  sahəsində davranış qaydalarının  təyin edliməsi (məs:  ictimai  qaydanın 



mühafzəsi sahəsində); 

-

  tabeçilikdə olanlar üçün məcburi olan tapşırıqların verilməsi; 



-

  müəyyən  hərəkətlərin  edilməsi  haqqında  göstəriş  (məsələn,  tabeçilikdə  olan 

təşkilatda təftiş aparmaq üçün Nazirin əmri); 

-

  vəzifəyə təyin etmə; 



-

  vətəndaşların qanuni tələblərinin təmin edilməsi; 

-

  nəzarətin həyata keçirilməsi. 



nzibati  metodların  istifadəsinin  bütün  hallarında  idarəetmə  orqanının  birtərəfli  iradə 

ifadəsi  və  onun  hüquqi  hakimiyyətinin  təzahür  etməsinin  bu  və  ya  digər  variantı  aydın 

surətdə üzə çarpır. 

 

darəetmənin iqtisadi metodları 

 

Öz  mahiyyətinə  görə  idarə  edilənlərin  davranışına  birbaşa  təsir  vasitəsi  olan 



idarəetmənin  inzibati  metodları  ilə  birgə  dövlət  idarəetmə  təcrübəsində,  həmçinin 

 

143 


 

idarəetmənin  iqtisadi  metodlarından  da  istifadə  olunur  (hüquqi  ədəbiyyatda  onlar  ″dolayı 

təsir metodları″ adlanırlar). 

           Onların  köməyi  ilə  icra  hakimiyyəti  orqanı  (vəzifəli  şəxs)  idarə  olunan  obyektin 

maddi maraqlarına təsir etməklə istənilən davranışa nail olur. 

darəetmənin iqtisadi metodlarına aşağıdakı xüsusiyyətlər xasdır: 

a)  idarəedici  təsir  dolayı  yolla,  icraçıların  tələbatlarını  və  maraqlarını  nəzərə  alaraq, 

lazımi davranışı təmin etmək üçün şərait yaratmaqla həyata keçirilir; 

b) idarəetmə aktları müəyyən hərəkətləri etməyə hüquq verir; 

v)  tabeçilikdə  olanlarda  bir  neçə  variant  davranışdan  birini  və  ya  əksər  davranış 

variantlarını seçməyə imkan var; 

q)  stimullaşdırmanın  avtomatik  fəaliyyət  göstərən  mexanizmi  hüquqi  normalar  və 

adətlərlə möhkəmləndirilib (gəlirin, güzəştlərin əldə edilməsi); 

d)  inkişaf  etmiş  ədalət  mühakiməsi  mexanizminin  olması,  mübahisələrin  həlli, 

vətəndaşların və onların kollektivlərinin qanuni maraqlarının təmin edilməsi. 

           darəetmənin iqtisadi metodlarına aşağıdakıları aid etmək olar: 

-

  mükafatın verilməsi; 



-

  kreditin verilməsi; 

-

  vergilərdən azad etmə; 



-

  güzəştlərin verilməsi; 

-

  qiymətlərin buraxılması; 



-

  iqtisadi sanksiyaların tətbiq edlməsi. 

qtisadi  metodlardan  istifadə  edilməsi  dərhal  arzu  edilən  nəticəni  vermir,  lakin, 

icraçıların aktivliyini aşkar etdirir, buna görə də, alınan nəticələr möhkəm olur. Yuxarıların 

və  aşağıların  yaxşı  qarşılıqlı  fəaliyyət  sistemi  sabitliyi  və  inkişafı  təmin  edir,  strateci 

nailiyyətlərin  əldə  olunmasını  təmin  edir.  qtisadi  metodların  və  stimulların  idarəetmənin 

inzibati metodları ilə qarşı-qarşıya qoyulması yolverilməzdir. Bu, öz mahiyyətinə görə vahid 

idarəetmə  təsirinin  iki  istiqamətidir.  nzibati  göstərişlər  kimi,  iqtisadi  təsir  vasitələri  də, 

hüquqi  cəhətdən  tərtib  olunmasını  tələb  edir  və  bu  da  onları  yaxınlaşdırır.  Belə  ki,  maddi 

təltif sistemləri, qiymətlər, gəlirdən çıxma normativləri və s. idarəetmənin hüquqi aktları ilə 

təsdiq edilir, yəni, inzibati vasitələrin köməyi ilə özlərinin həyat maraqlarını əldə edirlər. Bu, 

o deməkdir ki, iqtisadi metodlar inzibati-metodların vasitəsilə hərəkətə gətirilir. 

            cra  hakimiyyəti  orqanları  tərəfindən  iqtisadi  və  inzibati  metodlardan  başqa  sosial-

psixoloji metodlar da tətbiq edilə bilər. 

Bu metodlara aiddir: 

1.

  Sosioloji metodlar: 



-

  sosial-kütləvi proseslərin idarəetmə metodları; 

-

  kollektivlərdə idarəetmə metodları; 



-

  şəxsiyyətin fərdi davranışının idarəetmə metodları. 

2.

  Psixoloji metodlar: 



-

  əməyin humanistləşdirilməsi metodu; 

-

  psixoloji həvəsləndirmə metodu; 



-

  psixoloji  əsaslar  əsasında  işçilərin  xırda  qrupların  və  kollektivlərin 

komplektləşdirilməsi metodu; 

-

  işçilərin psixoloji xarakterinə görə peşəkar seçilməsi və yerləşdirilməsi. 



 

144 


 

Subyektin  obyektə  olan  müxtəlif  təsir  fəndləri  idarəetmənin  qarşılıqlı  əlaqəli 

vasitələrin  vahid  istifadə  edilməsi  prosesi  şəklində  olmalıdır.  Vəziyyəti,  fəaliyyət  sahəsini, 

kadr  və  texniki  potensialı  nəzərə  almaqla  vətəndaşlara  və  təşkilatlara  edilən  müxtəlif  təsir 

metodlarından  səmərəli  istifadə  etməli  və  onları  bir-biri  ilə  əlaqələndirmək  lazımdır. 

darəetmə metodları, düzgün idarəetmə zamanı vahid təsir vasitələri sistemini yaradır və bir-

biri ilə bağlı olur. 

Lakin,  bu və  ya  digər  metodlar və  ya  obyektiv  şəraitin  əksinə,  ya  da  əsassız  surətdə 

geniş  tətbiq  olunduqda,  ziddiyyətlər  də  yaranır.  Təcrübəli  rəhbər  idarəetmənin  bütün 

metodlarından bacarıqla istifadə etməli və daha çox effektivliyə nail olmalıdır. 

Birinci suala yekun olaraq, bir daha qeyd etmək istərdim ki: 

1.

  darəetmə  metodu  dövlət  fəaliyyətinin  funksiyalarının  praktiki  surətdə  həyata 



keçirilməsi və məqsədlərinə çatmaq vasitəsidir. 

2.

  Hüquqi nizamasalma metodu – bu, inzibati hüququn subyektlərinin funksiyasıdır: 



idarəetmə  metodu  –  inzibati  hüququn  subyektinin  funksiyası,  bununla  belə  bütün 

subyektlərin yox, yalnız icra hakimiyyətinin subyektlərinin funksiyasıdır. 

3.

  Aşağıdakı metodları ayırmaq lazımdır: 



-

  idarəetmə təsirinin metodları; 

-

  idarəetmə aparatının işinin təşkili metodları; 



-

  ayrı-ayrı idarəetmə təsirlərinin həyata keçirilməsi metodları. 

4.  darəetmənin iki  əsas metodu var: 

-

  inandırma; 



-

  məcburetmə. 

Onlar da inzibati, iqtisadi və sosial-psixoloji metodların köməyi ilə həyata keçirilir. 

 

 



Sual 2.   nzibati məcburetmə 

 

cra hakimiyyətinin realizəsinin metodları arasında məcburetmə xarakterli tədbirlərin 



də adı çəkilmişdir ki, onlardan istifadə etməklə icra hakimiyyəti orqanları (vəzifəli şəxslər) 

nizama  salınan  ictimai  münasibətlərə  lazımi  təsir  göstərilməsini  təmin  edirlər.  darə 

olunanların lazımi davranışını məcburi təmin etmə tədbirlərinin məcmusu inzibati hüququn 

institutunu təşkil edir. 

nzibati məcburetmə dövlət məcburetmə növlərindən biri olaraq, dövlətin adından və 

onun nümayəndələri tərəfindən tətbiq edilir. 

Ə

n  geniş  mənada  inzibati  məcburetmə  inzibati-hüquqi  normalarda  əks  olunmuş 



davranış qaydalarının yerinə yetirilməsinin təmin edilməsinə yönəlmişdir. 

Məcburetmə  tədbirlərinin  belə  adlandırılması  (inzibati  məcburetmə  tədbirləri)  sübut 

edir  ki,  onların  tətbiq  edilməsi  üçün  məhkəmədən  kənar  qayda  xasdır,  yəni  onların  tətbiqi 

məhkəməyə  müraciət  etmədən  müvafiq  icra  hakimiyyəti  orqanlarının  (vəzifəli  şəxslərin) 

səlahiyyətlərinə  aid  edilib.  Lakin,  qüvvədə  olan  qanunvericiliklə  nəzərdə  tutulmuş  hallarda 

ayrı-ayrı  inzibati  məcburetmə  tədbirləri  məhkəmələr  tərəfindən  tətbiq  edilir.  Bu,  əsasən, 

inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiq edilməsinə aid edilir. 

          Beləliklə, inzibati məcburetmə dövlət məcburetməsinin xüsusi növü olaraq, funksional 

hakimiyyətin  subyektləri  tərəfindən  inzibati  xətalarla  əlaqədar,  inzibati  hüquq  normaları 

ə

sasında tətbiq olunan məcburetmə tədbirlərinin tətbiqindən ibarətdir. 



 

145 


 

nzibati məcburetmə üçün aşağıdakılar xasdır: 

1.  nzibati  məcburetmə  dövlət  idarəetmə  sahəsində  yaranan  ictimai  münasibətlərin 

mühafizəsinə  yönəlmiş  dövlət  məcburetməsinin  xüsusi  növüdür.  nzibati  məcburetmə 

tədbirlərin  tətbiq  edilməsinin  məqsədi,  əsası  və  tətbiq  edilmə  qaydaları  dövlət  tərəfindən 

müəyyən  edilir.  Onlar,  müvafiq  dövlət  orqanların  və  vəzifəli  şəxslərin  icraedici-

sərəncamverici  fəaliyyətləri  prosesində  istifadə  edilir.  Bu  da  onların  dövlət  hakimiyyət 

səlahiyyətlərinin  təzahür  etməsinin  nəticəsidir.  Bütün  inzibati  məcburetmə  tədbirlərinə 

dövlət hakimiyyət xarakteri xasdır. 

2.  nzibati məcburetmənin tətbiq edilməsi üçün əsas bir qayda olaraq, inzibati xətanın 

törədilməsi  və  ya  hüquqi  normada  nəzərdə  tutulan  xüsusi  şəraitin  yaranmasıdır.  nzibati 

məcburetmə tədbirləri bu və ya digər təhlükəli nəticələrin yaranmasını xəbərdar etmək üçün 

istifadə edilir (məsələn: epidemiya, epizootiya, təbii fəlakət və digər fövqəladə hallar). 

3.  nzibati məcburetmə tədbirlərini tətbiq etməyə səlahiyyəti olan   orqanların (vəzifəli 

şə

xslərin)  dairəsi  normativ-hüquqi  aktlarla  müəyyən  edilir.  Onlara  aiddir:  yerli  icra 



hakimiyyəti,  icra  hakimiyyəti  orqanları  və  digər  dövlət  idarəetmə  orqanları  və  vəzifəli 

şə

xslər və s. Beləliklə, inzibati məcburetmə onu tətbiq etməyə səlahiyyəti olan subyektlərin 



çoxluğu ilə xarakterizə edilir. 

4.  nzibati  məcburetmənin tətbiqi  xidməti  tabeçilik  münasibətləri  ilə  bağlı deyil.  Bu, 

sübut edir ki, inhzibati məcburetmə hüquq subyektlərinin geniş dairəsinə tətbiq edilə bilər. 

5.  nzibati  məcburetmə  tədbirləri  cinayət  cəzalarından  fərqli  olaraq  daha  az  həcmdə 

hüquqi  məhdudiyyətləri  nəzərdə  tutur.  Dövlət  idarəetmə  sahələrində  tətbiq  edildiyinə  görə, 

onların tətbiqinin prosessual qaydası öz operativliyi, sadəliyi və qənaətliyi ilə fərqlənir. 

6.  Bəzi  hallarda  inzibati  yurisdiksiyanın  həyata  keçirilməsi  hüququ  ilə  hakimlər  də 

təmin  edilirlər.  nzibati  tənbehlərin  tətbiqi  sahəsində  onların  fəaliyyəti  əsl  mənada  ədalət 

mühakiməsi  yox,  inzibati  prosesin  bir  hissəsidir,  yəni  onlar  dövlət  idarəetməsini  həyata 

keçirirlər. 

7.  nzibati  məcburetmə  bütün  icra  hakimiyyəti  orqanları  (vəzifəli  şəxslər)  tərəfindən 

yox, yalnız inzibati hakimiyyəti həyata keçirməyə səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) 

tərəfindən  tətbiq  edilir.  Bu  xüsusiyyət  onunla  bağlıdır  ki,  inzibati  məcburetmə  tədbirləri 

səlahiyyətli  icra  hakimiyyəti  orqanlarının  (vəzifəli  şəxslərin)  bilavasitə  tabeçiliyində 

olmayan şəxslərə qarşı tətbiq edilir. 

8.  nzibati  məcburetmə  tədbirləri  dövlət  idarəetmə  sahəsində ümumməcburi davranış 

qaydalarını  formalaşdırır  (məsələn,  yol  hərəkətinin  təhlükəsizlik  qaydaları,  sanitar 

təhlükəsizliyinin təmin edliməsi və s.). 

9.  Bir  qayda  olaraq,  inzibati  məcburetmə  tədbirləri  dövlət  idarəetmə  sahəsində 

mühafizə  funksiyalarını  həyata  keçirməyə  səlahiyyəti  olan  orqanlar  (vəzifəli  şəxslər) 

tərəfindən tətbiq edilir. 

10. Hüquq qaydasının pozulmasını müəyyən edərkən və ya öz qanuni tələblərinə qarşı 

müqavimətə rast gəldikdə, dövlət idarəetmə orqanlarının vəzifəli şəxsləri müstəqil surətdə və 

gecikməyə  yol  vermədən  qanunazidd  hərəkətlərin  xəbərdar  edilməsi  və  ya  qarşısının 

alınması  və  inzibati  xəta  törədən  şəxslərin  cəzalandırılması  üçün  lazımi  tədbirlər 

görməlidirlər.  Deməli,  inzibati  məcburetmənin  xüsusiyyəti  törədilmiş  hüquq  pozuntusuna 

qarşı dərhal tətbiq edilməsindədir. 

nzibati  məcburetmə  hüquq  qaydasının  mühafizəsində  əsas  rol  oynayır. 

Hüquqpozmalarla  mübarizədə onun  profilaktik  əhəmiyyətini  xüsusilə qeyd  etmək  lazımdır. 


 

146 


 

Bu,  onunla  izah  edilir  ki,  daxili  işlər  orqanları,  dövlət  müfəttişlikləri  və  icraedici-

sərəncamverici  fəaliyyətinin  digər  subyektləri  müvafiq  qaydalara  riayət  olunmasına 

sistematik olaraq nəzarət edir və vaxtında hüquqpozmalara reaksiya verə bilərlər. 

nzibati  məcburetməyə  çoxlu  sayda  qarşısınıalma  vasitələri  daxildir  (vətəndaşların 

inzibati  qaydada  tutulması,  mexanizmlərin  istismarının  qadağan  edilməsi  və  s.)  ki,  onların 

tətbiqi  ictimai  zərərli  nəticələrin  baş  verməsinin  qarşısını  alır.  Bir  çox  hallarda  inzibati 

məcburetmə  tədbirləri  şüurunda  cəmiyyətə  zidd davranış  möhkəmlənməyən  və birinci dəfə 

təsadüfən  hüquqpozma  törədən  şəxslərə  qarşı  tətbiq  edilir.  Buna  görə  bu  tədbirlər 

tərbiyəedici təsir göstərməklə cinayətlərin profilaktikasında böyük yer tutur. Həyat inandırıcı 

şə

kildə  sübut  edir  ki,  xırda  pozuntuların  cəzasızlığı,  təqsirkarlara  qarşı  inzibati-hüquqi 



məcburetmə  tədbirlərinin  tətbiq  edilməməsi  yeni  xətaların  və  cinayətlərin  törədilməsi 

ehtimalını artırır. 

            nzibati  məcburetmə  tədbirləri  çoxsaylı  və  müxtəlifdir.  Onlar  tətbiq  edilməsinin 

məqsədlərinə, əsaslarına və qaydasına görə fərqlənirlər. Bu da onların təsnifləşdirilməsi üçün 

ə

sas yaradır. 



Bütün inzibati məcburetmə tədbirlərini aşağıdakı növlərə bölmək olar: 

          1.  nzibati xəbərdaretmə tədbirləri. 

Onlar bir qayda olaraq xətaların yaranmadığı vaxtda təbtiq edilirlər, ola biləcək zərərli, 

arzuedilməz  nəticələrin  və  ya  hüquqpozmaların  xəbərdar  edilməsi  vasitəsi  kimi  ictimai  və 

dövlət maraqlarının, vətəndaşların təhlükəsizliyinin mühafizəsi məqsədilə  həyata keçirilirlər. 

Bu  tədbirlərin  tətbiq  edilməsi  heç  bir  hüquqpozmaların  törədilməsi  ilə  bağlı  deyil.  Onlar 

inzibati məhdudiyyətlər rolunda və ya müxtəlif inzibati qadağalar rolunda çıxış edirlər. 

Bunlara aiddir: 

-

  epidemiya və epizootiya zamanı karantinin tətbiq edilməsi; 



-

  sərhəd sahələrinin bağlanması (məsələn: epidemiya yarandıqda); 

-

  hərəkət təhlükəsizliyinə təhlükə yarandıqda, nəqliyyatın hərəkət etməsi üçün yolun 



və ya küçənin müəyyən hissələrinin bağlanması (məsələn: evlərin uçması, torpaq sürüşməsi 

və s.); 


-

  mülki hava gəmilərinin sərnişinlərinin və onların əşyalarının yoxlanılması; 

-

  şəxsiyyəti təsdiq edən sənədlərin yoxlanılması; 



-

  nəqliyyat vasitələrinin texniki baxışı; 

-

  ictimai  yeyinti  müəssisələrinin  sanitar  vəziyyətinin  və  orada  işləyən  şəxslərin 



məcburi tibbi müayinəsi; 

            2.  nzibati  qarşısınıalma  tədbirləri.  Bu  tədbirlərin  tətbiq  edilməsinin  məqsədi  baş 

vermiş və zamanda davam edən xətaların qarşısını almaqdır. 

Bu tədbirlərin sırasına aiddir: 

-

  gətirilmə; 



-

  inzibati xəta törədən şəxsin inzibati qaydada tutulması; 

-

  təhlükəli olan xəstələrin məcburi müayinəsi və müalicəsi; 



-

  hüquqazidd  hərəkətlərin  dayandırılması  tələbinə  tabe  olmadıqda  bilavasitə  fiziki 

qüvvənin tətbiqi; 

-

  asayişi pozan kütləvi ixtişaşların və qrup halında olan zorakı hərəkətlərin qarşısını 



almaq məqsədi ilə xüsusi vasitələrin tətbiq edilməsi (rezin dəyənəklər, göz yaşardıcı qaz və 

s.); 


-

  xüsusi hallarda odlu silahın təbtiq edilməsi; 



 

147 


 

-

  yoluxucu xəstəliyə yoluxmuş xəstələrin müvəqqəti olaraq işdən kənarlaşdırılması; 



-

  texniki  vəziyyəti  müəyən  olunmuş  tələblərə  cavab  verməyən  nəqliyyat 

vasitələrinin istismarının qadağan edilməsi; 

-

  odlu ov silahlarının və döyüş sursatlarının götürülməsi (məsələn, şəxs sistematik 



ictimai qayda pozduqda, spirtli içkilərdən sui-istifadə etdikdə və ya onlar psixi xəstəliklərə 

tutulduqda); 

          3. Normal prosessual fəaliyyət üçün şərait yaratmaq məqsədilə tətbiq edilən inzibati-

prosessual təminetmə tədbirləri. Onlara aiddir: 

-

  gətirilmə; 



-

  inzibati qaydada tutma; 

-

  şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama; 



-

  nəqliyyat vasitəsinə baxış; 

-

  şeyləri və sənədləri götürmə; 



-

  nəqliyyat vasitəsini idarə olunmasından kənar etmə; 

-

  sərxoşluq vəziyyətini müəyyən etmə; 



-

  nəqliyyat vasitələrini saxlama və onların istismarını qadağan etmə. 

          4.  nzibati  tənbehlər: 

-

  xəbərdarlıq; 



-

  inzibati cərimə; 

-

  inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 



predmetin ödənişlə alınması; 

-

  inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 



predmetin müsadirəsi; 

-

  inzibati  xəta  törətmiş  fiziki  şəxsin  ona  verilmiş  xüsusi  hüququnun 



məhdudlaşdırılması; 

-

  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxsləri  Azərbaycan  Respublikasının 



hüdudlarından kənara inzibati qaydada çıxartma; 

-

  inzibati həbs. 



          5.  Bərpaetmə  tədbirləri  ziyanın  ödənilməsi  və  əşyaların  əvvəlki  vəziyyətinin  bərpa 

edilməsi üçün tətbiq edilir. Onlara aiddir: 

-

  maddi məsuliyyət tədbirləri (ziyanın ödənilməsi); 



-

  özbaşına tikilmiş tikililərin sökülməsi; 

-

  özbaşına tutulmuş yaşayış yerlərindən inzibati çıxartma; 



-

  qanunsuz əldə olunmuş gəlirin təşkilatlardan alınması. 

Müxtəlif  dövlət  məcburetmə  tədbirləri  tətbiq  edildiyi  şəxslərin  azadlığını 

məhdudlaşdıran və onların hüquq və maraqlarına toxunan çox təsiredici vasitədir. 

Onları  düzgün  istifadə  olunmamasını  istisna  etmək  üçün  dövlət  onların  tətbiq 

edilməsini  dəqiqliklə  hüquqla  nizamlayır  və  onları  tətbiq  etməyə  səlahiyyəti  olan  şəxslərə 

lazımi  təminatlar  verir.  Müxtəlif  inzibati  məcburetmə  tədbirləri  çoxlu  sayda  vətəndaş  və 

təşkilatlara qarşı tətbiq edilir. 

Məcburetmə  tədbirlərinin  tətbiqi  qanunvericiliklə  ciddi  nizamlanır,  xüsusən  də  odlu 

silahın tətbiqi, məcburi qaydada müalicə, inzibati qaydada tutma və s.  nzibati məcburetmə 

tədbirlərinin tətbiqi dövlətin nəzarəti altındadır. 

Qeyd  edildiyi  kimi,  inzibati  məcburetmə  tədbirlərini  tətbiq  etmək  hüququ  yalnız 

xüsusi  səlahiyyətlər  verilmiş  dövlət  idarəetmə  orqanları  (vəzifəli  şəxslər)  malikdir.  Başqa 


 

148 


 

sözlə  desək,  bu  orqanların  dairəsi  məhduddur.  Bu  isə  məcburetmə  tədbirlərinin  tətbiqinə 

nəzarəti asanlaşdırır. 

nzibati  xəbərdaretmə  tədbirləri  və  inzibati  qarşısınıalma  tədbirləri  əsasən,  ictimai 

qaydanın  və  bütövlükdə,  hüquq  qaydalarının  mühafizəsi  ilə  bağlıdır.  Buna  görə  də  onları 

ə

sasən daxili işlər orqanları və digər nəzarət – təftiş orqanları tətbiq edirlər. Onların həyata 



keçirilməsində böyük rol səhiyyə orqanlarına məxsusdur. Lakin, onlar da bu tədbirləri əsasən 

öz  yoxlama-nəzarət  funksiyalarının  icrası  zamanı  tətbiq  edirlər  (sanitar  nəzarəti  və  s.). 

nzibati  qaydada  tutma  kimi  inzibati  qarşısınıalma  tədbirinin  tətbiq  edilməsi  hüququ 

Azərbaycan Respublikasının  XM-nin 398-ci maddəsinə əsasən yalnız Daxili  şlər Orqanları, 

Dövlət sərhəddi xidməti, mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə 

dəstəsinin  yuxarı  vəzifəli  şəxsinə,  Azərbaycan  Respublikasının  Müdafiə  Nazirliyinə  və 

fövqəladə  vəziyyət  elan  olunmuş  yerin  komendantlığının  və  xüsusi  idarəetmə  orqanlarının 

vəzifəli şəxslərinə məxsusdur. 

nzibati  tənbehləri  tətbiq  edən  orqanların  siyahısı  Azərbaycan  Respublikasının  XM-

nin  357-ci  maddəsində  göstərilib.  Bunlara  aiddir:  rayon  (şəhər)  məhkəmələri,  yetkinlik 

yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, seçki komissiyaları, 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanları  (vəzifəli  şəxslər)  və 

Azərbaycan  Respublikasının  Milli  Bankı.  Bu  orqanların  siyahısı  ″Azərbaycan 

Respublikasının  nzibati Xətalar Məcəlləsinin təsbiq edilməsi, qüvvəyə minməsi və bununla 

bağlı  hüquqi  tənzimləmə  məsələləri  haqqında  Azərbaycan  Respublikasının  Qanununun 

təsdiq  edilməsi  barədə″  Azərbaycan  Respublikası  Prezidentinin  29  avqust  2000-ci  il  tarixli 

Fərmanında göstərilib. 

Bu fakt da əhəmiyyətlidir ki, qanun inzibati qaydada tətbiq edilə biləcək məcburetmə 

tədbirlərinin  növlərini  məhdudlaşdırır.  Azərbaycan  Respublikasının  Konstitusiyasında  əks 

edilmiş qanunçuluq prinsipinə uyğun olaraq dövlət idarəetmə orqanları yalnız qanuna əsasən 

və  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  inzibati  məcburetmə  tədbirlərini  tətbiq  edə 

bilərlər.  nzibati məcburetmə tədbirlərinin başqa formada tətbiqi qanunazidd sayılır. Qanunla 

müəyyən  olunmuş  qayda  inzibati  məcburetmə  tədbirlərin  tətbiq  edliməsi  zamanı 

qanunçuluğun təmin edilməsi böyük rol oynayır. 

Barələrində  inzibati  məcburetmə  tədbirləri  tətbiq  edilən  vətəndaşlar  və  təşkilatlar 

ş

ikayət  vermək  hüququna  malikdirlər.  Bəzi  hallarda  belə  tədbirlərə  görə  şikayətlər  birbaşa 



məhkəmələrə  verilə  bilər.  Əksər  hallarda  inzibati  məcburetmə  tədbirlərinin  tətbiq  edilməsi 

barədə idarəetmə orqanının (vəzifəli şəxsin) hərəkətindən şikayət yalnız yuxarı orqana və ya 

vəzifəli  şəxsə  verilə  bilər.  Bu  sahədə  qanunçuluğun  təmin  olunmasının  vacib  vasitəsi  – 

prokuror  nəzarətidir.  Prokurorluq  məcburetmə  tədbirlərin  düzgün  tətbiq  edilməsinə,  bütün 

orqanların fəaliyyətinə nəzarət edirlər. 

Qanunçuluğun  pozulması  aşkar  edildikdə,  prokuror  protest  verə  bilər,  təqdimat  yaza 

bilər və ya cinayət işinin başlanması barədə qərar qəbul edə bilər. 

 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin