105
Mövzu № 7: ″″″″ Dövlə t qulluğ u və dövlə t qulluqçuları″″″″
P L A N :
G R Ş
1.
Dövlət qulluğu anlayışı, əsas vəzifələri və prinsipləri.
2.
Dövlət qulluqçusu anlayışı, onun növləri və hüquqi statusu.
3.
Dövlət qulluğu keçmə anlayışı və onun mərhələləri. Dövlət qulluğunun şərtləri.
NƏ T CƏ
Ə
D Ə B Y Y A T :
1.
Azərbaycan Respublikasının Konstitusiyası.
2.
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsi. Bakı, 2001.
3.
Azərbaycan Respublikasnını Əmək Məcəlləsi.
4.
″Dövlət qulluğu haqqında″ Azərbaycan Respublikasının Qanunu. 21 iyul 2000-ci il
(sonrakı əlavə və dəyişikliklərlə)
5.
″Azərbaycan Respublikasının Dövlət Qulluğunu darəetmə Şurası haqqında Əsasnamə″.
Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli Qanunu ilə təsdiq edilmişdir.
6.
″Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə barədə
Ə
sasnamə″nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 18 iyul 2001-ci il.
7.
″Hərbi quluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında
Ə
sasnamənin təsdiqi haqqında″ Azərbaycan Respublikasının 10 yanvar 1995-ci il tarixli
Qanunu.
8.
A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
9.
E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
10.
V. Abışov, A. smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ 1 hissə. Dərs vəsaiti. Bakı,
2007.
11.
″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti. AR D N-in Polis Akademiyası. Bakı, 2002.
12.
E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000.
13.
D.N.Baxrax. ″Administrativnoe pravo Rossii″. Dərslik. M., 2000.
G R Ş
12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi - referendum olu ilə qəbul
olunmuş Azərbaycan Respublikasının Konstitusiyası əsas verir ki, Azərbaycan
Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malik olsunlar.
Konstitusiyanın 55-ci maddəsinin 1-ci bəndinə əsasən müəyyən edilmişdir ki,
Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarə olunmasında iştirak etmək hüququ
vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələrin vasitəsi ilə həyata keçirə bilər.
Konstitusiyanın 55-ci maddəsinin 2-ci bəndinə əsasən isə Azərbaycan Respublikasının
vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının
vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasında təyin edilirlər. Əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul
106
edilə bilərlər. Konstitusiyamızın bu müddəalarının həyata keçirilməsinin təmin edilməsi
məqsədi ilə ″Dövlət qulluğu haqqında″ Azərbaycan Respublikasının 21 iyul 2000-ci il tarixli
Qanunu qəbul edilmişdir.
Mühazirənin mövzusunun ″Dövlət qulluğu və dövlət qulluqçualrı″ köməkliyi ilə
birinci növbədə dövlət qulluğu haqqıqnda anlayış, onun əsas vəzifələri və prinsipləri, dövlət
quluqçularının növləri, əsas vəzifələri, hüquqları və təminatları haqqında anlayışlar
acığlanacaq.
Mühazirınin ücüncü sualında dövlət qulluğunu keçmə mərhələləri, inzibati vəzifənin
tutulması qaydası və dövlət qulluğunun şərtləri barədə məlamat veriləcək.
Yuxarıda göstərilənlərin hər bir tələbə tərəfindən və gələcəkdə ali hüquq təhsilli və
peşəkar hüquqşünas kimi fəaliyyət göstərən əməkdaş kimi dərindən öyrənilməsi böyük
ə
həmiyyət kəsb edir. Siz, hüquq mühafizə orqanlarında qulluq edərkən dövlət qulluqçusu
kimi öz hüquq və vəzifələrinizi, fəaliyyətinizin əsas prinsiplərini, forma və metodlarını
düzgün və dürüst həyata keçirməklə qanunçuluğun tələblərinə riayət etmiş olarsınız.
Sual 1.
Dövlə t qulluqçusu anlayış ı, ə sas və zifə lə ri və prinsiplə ri
Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsinin 2-ci bəndinə əsasən,
Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək hüququna
malikdirlər. Konstitusiyanın bu maddəsinə əsasən, dövlət orqanlarının vəzifəli şəxsləri
Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər isə dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə
bilərlər.
Azərbaycan
Respublikasında
dövlət
qulluğu
Azərbaycan
Respublikası
Konstitusiyasının 55-ci maddəsinə və 21 iyul 2000-ci il tarixli ″Dövlət qulluğu haqqında″
Qanuna müvafiq olaraq təşkil edilir və həyata keçirilir.
″
Dövlət qulluğu haqqında″ Azərbaycan Respublikasının Qanununun - dövlət
qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə aid müddəaları
prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici işlər orqanlarında,
Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğu keçən şəxslərə də şamil edilir.
″
Dövlət qulluğu haqqında″ Qanun hərbi qulluqçulara və müvafiq icra hakimiyyəti
orqanlarının tabeçiliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Müvafiq icra
hakimiyyəti orqanlarının tabeçiliyində olan müəsissələrin işçilərinin qulluğu ilə bağlı
məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik
aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi
sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
Dövlət qulluğu hüquq vasitəsi ilə ifadə olunur. Dövlət qulluğu sahəsində dövlətlə
dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi
vəziyyətini nizamlayan normalar dövlət qulluğu institutunu yaradır. Dövlət qulluğu
institutuna konstitusiya, əmək, mülki, maliyyə və digər hüquq sahələrinin normaları da
daxildir. Dövlət qulluğu məsələlərini nizamlayan inzibati-hüquqi normalar inzibati hüququn
müstəqil institutunu təşkil edir.
107
Dövlət
qulluğu
haqqında
qanunvericilik
Azərbaycan
Respublikasının
Konstitusiyasından, ″Dövlət qulluğu haqqında″ Qanundan, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının dövlət qulluğunu
hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini
müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.
Dövlət qulluğunun növlərə bölünməsi, Azərbaycan Respublikasının dövlət
quruluşundan,
hakimiyyətlərin
bölgüsü
prinsipindən
və
dövlət
fəaliyyətinin
istiqamətlərindən irəli gəlir.
Dövlə t qulluğ unun aş ağ ıdakı növlə ri mövcuddur:
icra hakimiyyəti orqanlarında keçirilən dövlət qulluğu;
qanunvericilik hakimiyyəti orqanlarının aparatında keçirilən dövlət qulluğu;
məhkəmə hakimiyyəti orqanlarının aparatlarında keçirilən dövlət qulluğu.
Dövlə t qulluğ unun ə sas və zifə lə ri aş ağ ıdakılardır:
Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında
vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;
dövlət orqanlarının səlahiyyət hüdudlarında qərarların hazırlanması, qəbul
edilməsi, icrası və icraya nəzarət edilməsi;
dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə
salahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi.
Azərbaycan Respublikasında dövlət qulluğu aşağıdakı prinsiplər əsasında həyata
keçirilir:
1.
qanunçuluq;
2.
Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi;
3.
dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;
4.
yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul
etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə
yetirilməsi;
5.
bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini
icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması;
6.
dövlət qulluğuna girmənin şəffaflığı;
7.
vətəndaşların dövlət qulluğuna müsabiqə əsasında girməsi;
8.
vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun
olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;
9.
irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və
qulluq vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai birliklərə
mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa
səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;
10.
dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələləri üçün
ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi;
11.
qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik
daşıması, eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanlarının cavabdehlik
daşıması.
Azərbaycan Respublikasında ″Dövlət qulluğu haqqında″ Qanunun tətbiqinə nəzarəti,
dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan Respublikasında dövlət
108
qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan
Respublikasının Dövlət Qulluğunu darəetmə Şurası həyata keçirir. Dövlət Qulluğunu
darəetmə Şurası 18 nəfər üzvdən ibarətdir. Həmin Şuranın 6 nəfər üzvü Azərbaycan
Respublikasının Prezidenti tərəfindən, 6 nəfər üzvü Azərbaycan Respublikası Milli
Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri tərəfindən təyin edilir. Adı çəkilən Şuranın səlahiyyətləri Azərbaycan Respublikasının
2002-ci il 29 mart tarixli Qanunu ilə təsdiq edilmiş ″Azərbaycan Respublikası Dövlət
Qulluğunu darəetmə Şurası haqqında Əsasnamə″ ilə müəyyən edilir.
Qeyd olunan Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai
ə
saslarla həyata keçirirlər. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət
qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Pezidenti, Azərbaycan
Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri tərəfindən təmin edilir.
Birinci sualın açıqlanmasını yekunlaşdıraraq, qeyd etmək istərdim ki:
1.
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər
qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata
keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərinin yerinə yetirilməsidir.
2.
Dövlət qulluğunun növləri hakimiyyətlərin bölgüsü prinsipindən irəli gəlir:
icra hakimiyyəti orqanlarında keçirilən dövlət qulluğu;
qanunvericilik hakimiyyəti orqanlarında keçirilən dövlət qulluğu;
məhkəmə hakimiyyəti orqanlarında keçirilən dövlət qulluğu.
3.
Dövlət qulluğununun özünəməxsus tələbləri və prinsipləri mövcuddur.
4.
Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları
arasında yaranan münasibətləri və dövlət quluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri
tənzimləyən ″Dövlət qulluğu haqqında″ 21 iyul 2000-ci il tarixdə Qanun qəbul edilmişdir.
Sual 2.
Dövlət qulluqçusu anlayışı, onun növləri və hüquqi statusu
″
Xidmət″ sözü bir çox mənada istifadə olunur. O, həm insanların fəaliyyət növü, həm
də müvafiq idarə, bölmə və s. kimi (vergi, gömrük və əkskəşfiyyat xidməti, D N-in
sistemində cinayət-axtarış xidməti və s.) başa düşülür.
Xidmət - ödənişli, ictimai faydalı fəaliyyətin növlərindən biridir. O, özündə
idarəetməni və idarəetmə ilə bağlı zəruri xidmətləri (kargüzarlıq, texniki-təminat və s.), eləcə
də insanlara sosial-mədəni xidmət göstərilməsini nəzərdə tutur.
Xidmətçilər – istənilən təşkilatda vəzifə tutan və idarəçilik fəaliyyətini və ya sosial-
mədəni xidməti (həkim, müəllim, telefonçu, inspektor, sex rəisi və s.) ödənişli yerinə yetirən
vətəndaşlardır. Qeyd olunmalıdır ki, xidmətçilərin tərkibi müxtəlifdir. Onlar müxtəlif dövlət
və ya qeyri-dövlət təşkilatlarında xidmət edir, dövlət xarakterli olan fərdi təcrübə ilə
(notariuslar) məşğul olurlar.
Dövlət qulluqçuları xidmətçilərin bir növü olub, bütün xidmətçilər arasında inzibati
hüququn fərdi subyektlərinin əsas qrupunu təşkil edirlər.
Azərbaycan Respublikasının ″Dövlət qulluğu haqqında″ 21 iyul 2000-ci il tarixli
Qanununun 14-cü maddəsində dövlət qulluqçusunun anlayışı aşağıdakı məzmunda
verilmişdir:
109
Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət
büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan
Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
Qanunun məzmunundan aydın olur ki, deputatlar və hakimlər dövlət qulluqçuları
hesab olunmur.
nzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan dövlət qulluqçusu dövlət
vəzifəli şəxs sayılır.
Göründüyü kimi, hər bir dövlət qulluqçusu dövlət aparatında müəyyən bir vəzifə tutur.
″
Dövlət qulluğu haqqında″ Qanunun 9-cu maddəsində ″Dövlət qulluğu vəzifəsi″nin anlayışı
verilmişdir. Həmin maddəyə əsasən, dövlət qulluğu vəzifəsinin anlayışı müvafiq inzibati
təcrübə əsasında formalaşmışdır.
Dövlət qulluğu vəzifəsi - dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur
quruluşu və ştat cədvəlinə uyğun olan struktur vahididir.
Dövlət qulluğu vəzifəsini tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin
orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir.
Vəzifə dövlət qulluqçusunun xidməti vəzifələrini, hüquqların dairəsini və məsuliyyətin
həddini, onun peşə hazırlığına aid olan tələbləri müəyyən edir. O, qulluqçu tərəfindən
görülən işin məzmununu əks etdirir, onun hüquqi vəziyyətini müəyyən edir. Hər bir vəzifə
sərəncam vermə qaydasında yaranır. Səlahiyyətli orqanların hüquqi aktları ilə bu vəzifənin
adı, xidməti ierarxiyada onun yeri, onun tutulma qaydası və s. halları müəyyən edilir.
Dövlət orqanının ştat cədvəlində vəzifələrin adları həmin orqanın fəaliyyətinin
profilini əks etdirməlidir.
Dövlət orqanlarında vəzifələr normativ məzmun baxımından, bu vəzifələrin
məzmunundan, səlahiyyətlərin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və
yardımçı vəzifələrə bölünür.
Siyasi vəzifələr - Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən
Azərbaycan Respublikasının ali dövlət orqanları rəhbərlərinin, rəhbərlərin birinci
müavinlərinin, müavinlərinin və əsas səlahiyyəti Azərbaycan Respublikası Prezidenti
tərəfindən müəyyən edilən dövlət orqanlarının rəhbərlərinin vəzifələridir.
Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu digər qanunvericilik aktları ilə
müəyyən olunur və təhlil olunan qanunun qüvvəsi onlara şamil edilmi
nzibati vəzifələr I-VII kateqoriya dövlət orqanları aparatları və bölmələri
rəhbərlərinin, onların müavinlərinin və dövlət qulluğunda çalışan mütəxəssislərin
vəzifələridir. nzibati vəzifə tutan şəxsin hüquqi statusu aidiyyəti orqanın səlahiyyətlərini
müəyyən edən qanunvericilik aktları ilə və vəzifə təlimatları ilə müəyyən edilir.
Yardımçı vəzifələr I-VII kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən
mütəxəssislərin (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, sürücü, liftçi və s.)
vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüququ statusu müvafiq orqanın səlahiyyətini
müəyyən edən qanunvericilik aktları, eləcə də vəzifə təlimatları ilə müəyyən edilir.
nzibati vəzifələrin aşağıdakı təsnifatı vardır:
birinci təsnifat - I kateqoriya dövlət orqanlarının aparat rəhbərlərinin və işlər
müdirlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata
keçirilməsini bilavasitə təmin edən aidiyyəti orqanların rəhbərlərinin vəzifələri;
110
ikinci təsnifat – Azərbaycan Respublikası Prezidentinin müşaviri (köməkçisi)
vəzifəsi, I kateqoriya dövlət orqanları bölmələri rəhbərlərinin vəzifələri, II kateqoriya dövlət
orqanları aparat rəhbərlərinin vəzifələri;
üçüncü təsnifat - I kateqoriya dövlət orqanları bölmələri rəhbərləri müavinlərinin
vəzifələri, I kateqoriya dövlət orqanları işlər müdirləri müavinlərinin vəzifələri, II kateqoriya
dövlət orqanları rəhbərləri müavinlərinin vəzifələri, II kateqoriya dövlət orqanları bölmə
rəhbərlərinin vəzifələri, III kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;
dördüncü təsnifat – I kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, II
kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, III kateqoriya dövlət
orqanları bölmə rəhbərlərinin vəzifələri, IV kateqoriya dövlət orqanları aparat rəhbərlərinin
və onların müavinlərinin vəzifələri, VII kateqoriya dövlət orqanı- Bakı Şəhər cra
Hakimiyyəti başçısının müavinlərinin vəzifələri;
beşinci təsnifat - III kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, III
kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, IV kateqoriya dövlət
orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, V kateqoriya dövlət
orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, VI kateqoriya dövlət
orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri, VII kateqoriya yerli icra
hakimiyyəti orqanları başçıları müavinlərinin vəzifələri;
altıncı təsnifat – III-V kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, VI
kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, VII
kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri;
yeddinci təsnifat – VI kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, VII
kateqoriya dövlət orqanlarının mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabeliyində olan
yerli bölmələri rəhbərlərinin, yerli icra hakimiyyəti orqanlarının bölmə rəhbərlərinin
vəzifələri; QALIB.
səkkizinci təsnifat - 2-ci dərəcə böyük inspektorların vəzifələri;
doqquzuncu təsnifat - 3-cü dərəcə böyük inspektorların vəzifələri;
onuncu təsnifat - 1-ci dərəcə inspektorların vəzifələri;
on birinci təsnifat - 2-ci dərəcə inspektorların vəzifələri;
on ikinci təsnifat - 3-cü dərəcə inspektorların vəzifələri;
on dördüncü təsnifat - 2-ci dərəcə kiçik inspektorların vəzifələri.
Rəhbərin və onun birinci müavininin vəzifələri eyni təsnifata aid edilir. Rəhbərin
müavininin vəzifə təsnifatı rəhbərin vəzifə təsnifatından bir pillə aşağı olur.
nzibati vəzifələrin təsnifat toplusuna vəzifələrin ixtisas dərəcələri, adları, dərəcələr
üzrə bölgü və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxildir.
nzibati vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəlinin yaradılması və
dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. nzibati vəzifələrin
təsnifat toplusunu Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.
nzibati vəzifələr sahəsində ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin səriştəsinin
müəyyən edilmiş funksiyalara uyğunluğunu təmin edir.
Vəzifə iddiasında olan şəxs üçün aşağıdakılar vacibdir:
1)
birinci-doqquzuncu təsnifat inzibati vəzifələr üçün:
profilli ali təhsilin olması, başqa ali təhsil olduqda isə hazırlığı dəyişdirib inzibati
vəzifənin profilinin öyrənilməsi;
2)
onuncu-on dördüncü təsnifat inzibati vəzifələr üçün:
111
profilli orta təhsilin olması, başqa orta təhsil və ümumi orta təhsil olduqda isə hazırlığı
dəyişdirib inzibati vəzifənin profilinin öyrənilməsi.
nzibati vəzifələr sahəsində başqa tələblər qanunvericilik aktlarında və vəzifə
təlimatında müəyyən edilir.
Yardımçı vəzifələr sahəsində tələblər vəzifə təlimatında və əmək müqaviləsində
(kontraktda) müəyyən edilir.
Qeyd etdiyimiz kimi, dövlət qulluqçusu ″Dövlət qulluğu haqqında″ Qanunla müəyyən
edilmiş qaydada, maaşlı, dövlət qulluğu vəzifələrini tutan və Azərbaycan Respublikasına
sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
Dövlət qulluqçularının vasitəsi ilə cəmiyyətin və dövlətin müxtəlif sahələrində dövlət
orqanlarının səlahiyyətləri həyata keçirilir.
Dövlət qulluqçularının tərkibi eyni tipli deyil, ona görə də onlar eyni şəraitdə
işləmirlər və dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsi üzrə onların funksional
təyinatı eyni deyil. Bu meyarlar üzrə dövlət qulluqçularının aşağıdakı növlərini müəyyən
etmək olar:
1. Dövlət hakimiyyəti orqanlarının fəaliyyəti miqyasına görə:
Azərbaycan Respublikasının miqyasında fəaliyyət göstərən dövlət orqanlarının
dövlət qulluqçuları;
Naxçıvan Muxtar Respublikası miqyasında fəaliyyət göstərən dövlət orqanlarının
dövlət qulluqçuları.
2. Hakimiyyətlərin bölünməsi prinsipi əsasında:
icra hakimiyyəti orqanlarının dövlət qulluqçuları;
qanunvericilik hakimiyyəti orqanının dövlət qulluqçuları;
məhkəmə hakimiyyəti orqanlarının dövlət qulluqçuları.
3. Dövlət orqanlarında dövlət qulluğunun xüsusiyyətlərinə görə:
mülki dövlət qulluqçuları;
hərbiləşdirilmiş dövlət qulluqçuları.
4. Səlahiyyətlərin xarakterinə görə:
vəzifəli şəxslər sayılan dövlət qulluqçuları;
yardımçı heyətə aid edilən dövlət qulluqçuları.
Vəzifəli şəxslər sayılan dövlət qulluqçuları - dövlət qulluqçularının elə növüdür ki,
onlar öz səlahiyyətləri çərçivəsində hakimiyyət xarakterli, hüquq əhəmiyyətli hərəkətləri,
yəni hüquqi nəticələr yaradan hərəkətlər etmək hüququna malikdirlər.
Bunların da iki növü mövcuddur:
rəhbərlər, onlara həvalə edilmiş orqanların idarə olunması üzrə geniş səlahiyyətlərə
malikdirlər;
hakimiyyət nümayəndələri - bu elə dövlət qulluqçularıdır ki, onlar təşkilati və
xidməti tabeçiliyində olmayan fiziki və hüquqi şəxslər barəsində icrası mütləq olan
qərarların qəbul edilməsi və hüquqi-hakimiyyət tələblərinin tətbiq edilməsi hüququna
malikdirlər (polis əməkdaşları, məhkəmə icraçıları və s.);
funksional işçilər (mütəxəssislər) - bu növ dövlət qulluqçuları bu və ya digər
idarəçilik qərarlarının hazırlanması ilə bağlı olan funksiyaların həyata keçirilməsi üzrə
səlahiyyətlərə malik olan və xüsusi bilik və ya peşə fəaliyyətinin yerinə yetirilməsini tələb
edən mütəxəssislər qismində çıxış edirlər.
112
Birinci qrup mütəxəssislərə müxtəlif sahələr üzrə biliklərə malik olan məsləhətçilər və
müşavirlər aiddirlər. Onlar təşkilati-sərəncam verici funksiyaları bilavasitə həyata
keçirmirlər, lakin onların məsləhətləri, rəyləri, tövsiyələri və s. sözsüz ki, hüquqi əhəmiyyətə
malikdirlər və hüquqi nəticələr yaradırlar.
kinci qrup mütəxəssislərə - xüsusi biliklərə malik olan və bilavasitə hüquqi nəticələr
yarada bilən hərəkətlər törətmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslər aiddirlər. Bu
vəzifəli şəxslərə müəllimlər (tələbəyə imtahan qiymətləri verir), həkimlər (xəstəlik vərəqəsi
verə bilir) və s. vəzifəli şəxslər aiddirlər.
Yardımçı heyətə (tərkibə) – fəaliyyətləri, bir qayda olaraq, hüquqi nəticə yaratmayan
dövlət qulluqçuları aiddirlər. Onlar maddi-texniki əməliyyatlar törədirlər, yəni rəhbərlərin,
inzibati hakimiyyət nümayəndələrinin, mütəxəssislərin və digər vəzifəli şəxslərin xidməti
fəaliyyətlərini təmin edirlər, onlar tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsi üçün
lazımi şərait yaradılır. Yardımçı heyətə aid edilən qulluqçular sənədləri tərtib edir və
saxlayır, statistik və hesabat əməliyyatlarını və s. yerinə yetirirlər. Lakin onların vəzifələrinə
hüquqi əhəmiyyətə malik olan texniki əməliyyatların törədilməsi də daxil edilə bilər.
Məsələn: orqana daxil olan təklif, ərizə və şikayətlərin dəftərxana işçisi tərəfindən
qeydiyyata alınması hüquqi əhəmiyyət kəsb edir, çünki onların qeydiyyata alındığı gündən
qanunvericiliklə müəyyən edilmiş baxılma müddətləri hesablanır. Yardımçı heyətə (tərkibə)
texniki icraçılar, kargüzarlar və s. aiddirlər.
5. Dövlət qulluqçularını qulluğun müddətinə görə aşağıdakı növlərə bölmək olar:
müəyyən olunmamış müddətə vəzifəyə təyin edilən qulluqçular (məsələn, inzibati
vəzifələri tutan dövlət qulluqçuları);
müəyyən olunmuş müddətə vəzifəyə seçilən və təyin edilən dövlət qulluqçuları
(məsələn, siyasi vəzifələr tutan qulluqçular - Nazirlər Kabineti);
sınaq müddətinə vəzifəyə təyin edilmiş dövlət qulluqçuları.
6. xtisas tələbinə görə dövlət qulluqçuları iki qrupa bölünürlər:
profilli ali təhsilin olmasını tələb edən vəzifələri tutan dövlət qulluqçuları;
profilli orta təhsilin olmasını tələb edən vəzifələri tutan dövlət qulluqçuları.
7. xtisas dərəcələrinə görə dövlət qulluqçularının növləri:
həqiqi dövlət müşaviri;
1-ci, 2-ci və 3-cü dərəcə dövlət müşavirləri;
dövlət qulluğunun baş müşaviri;
dövlət qulluğunun kiçik müşaviri;
dövlət qulluğunun 1-ci dərəcə referenti;
dövlət qulluğunun 2-ci və 3-cü dərəcə referenti;
dövlət qulluğunun kiçik referenti.
Bundan əlavə, dövlət qulluqçularının qanunvericilikdə başqa təsnifat meyarları və
növləri də nəzərdə tutulub. Məsələn, D O-nun əməkdaşları sıravi və rəhbər heyətə bölünür.
Yuxarıda göstərilən dövlət qulluqçularının təsnifatının təhlili belə bir qanunauyğun
nəticəyə gətirib çıxarır ki, dövlət qulluqçularının hamısı vəzifəli şəxslərə aid edilə bilməz.
Ona görə də inzibati qanunvericilikdə ″vəzifəli şəxs″ anlayışı vəzifə anlayışından irəli
gəlmir. Belə ki, bütün dövlət qulluqçuları dövlət orqanlarında müəyyən vəzifə tuturlar.
Vəzifəli şəxs anlayışı xüsusi vəzifə səlahiyyətlərinin, yəni hüquqi nəticələr yaradan
hərəkətləri həyata keçirmək hüququnun mövcudluğu ilə xarakterizə edilir.
113
Dövlət qulluqçularının hüquqi statusu
Bütün dövlət qulluqçuları hüququn subyektləri sayılırlar və aydın məsələdir ki, onların
müəyyən hüquq və vəzifələri mövcuddur; ilk növbədə Azərbaycan Respublikasının
Konstitusiyası ilə təsis edilmiş insan və vətəndaş hüquq və azadlıqları; başqa normativ-
hüquqi aktlarla müəyyən edilmiş hüquq və vəzifələr. Eyni zamanda, dövlət qulluqçusu
dövlət vəzifəsini tutduğu andan o, xüsusi dövləti-xidməti münasibətlərin subyekti olur; onda
xüsusi hüquq və vəzifələr yaranır və bunların yerinə yetirilməməsinə görə üzərinə
məsuliyyət qoyulur.
Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası
Konstitusiyasını və qanunlarını rəhbər tuturlar və siyasi partiyaların və ictimai birliklərin
qərarlarının onlara dəxli yoxdur.
Bununla da yanaşı, dövlət qulluqçularına verilən hüquq və vəzifələrin iki qrupa
ayrılması zəruridir:
dövlət qulluqçularının ümumi hüquq və vəzifələri;
tutduğu vəzifənin səlahiyyətlərini müəyyən edən hüquq və vəzifələr.
Dövlət qulluqçularının ümumi hüquq və vəzifələri ilk dəfə olaraq ″Dövlət qulluğu
haqqında″ Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu hüquq və
vəzifələr 2-ci və 3-cü kateqoriya dövlət orqanlarının qulluqçularına aid edilirlər. 1-ci
kateqoriya dövlət orqanları qulluqçularının hüquq və vəzifələri Azərbaycan Respublikasının
Konstitusiyası və xüsusi qanunvericilik aktları ilə müəyyən edilir.
Hər bir dövlət qulluqçusu tutduğu vəzifədən asılı olmayaraq aşağıdakı vəzifələrə
malikdir (mad. 18):
qanunvericilik və dövlət orqanlarının qəbul etdikləri başqa normativ-hüquqi aktları
həyata keçirmək;
rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və
göstərişləri yerinə yetirmək;
dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmək;
başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud işlədiyi dövlət orqanının
nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək;
vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmaq və
öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etmək;
lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görmək;
dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə o cümlədən, işdən
çıxdıqdan, istefaya və ya pensiyaya getikdən sonra da saxlamaq;
vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan vətəndaşların şəxsi həyatı,
şə
rəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamaq və qanunla nəzərdə tutulmuş hallar
istisna edilməklə, belə məlumatların verilməsini tələb etməmək;
qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında
maliyyə hesabatı vermək, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərmək;
qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa
yaşayış yerinə keçmək, başqa yerdə işləmək və ya başqa vəzifələri icra etmək;
114
qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli
qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi
üçün tibbi komissiyalarda müayinə keçmək;
qulluq etikası normalarına əməl etmək.
Hər bir dövlət qulluqçusu tutduğu vəzifədən asılı olmayaraq aşağıdakı hüquqlara
malikdir (mad.19):
vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən,
müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və ya
materiallar tələb etmək və almaq;
dövlət qulluqçusunu işə götürmək və işdən azad etmək hüququna malik olan
şə
xsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait
yaradılmasını tələb etmək;
dövlət maaşı almaq;
ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə
alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında
olmaq;
elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, işlədiyi dövlət orqanı rəhbərinin
icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq;
əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir
götürmək;
ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməsi əsas olan rəylər
və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək;
şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti təhqiqat
aparılmasını tələb etmək;
müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarının mənafeyini müdafiə
etmək;
həmkarlar ittifaqlarına birləşmək;
işlədiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstərişin və ya
ə
mrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin
və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək;
qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu
funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və
müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq;
qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial
məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və elmi məzuniyyətlər),
özünün və ya ailə üzvlərinin əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq;
dövlət qulluğunda irəli çəkilmək hüququ.
Tutduğu vəzifənin səlahiyyətlərini müəyyən edən xüsusi hüquq və vəzifələr dövlət
orqanının vəzifə və funksiyalarından törəyir və onun səlahiyyətlərini ifadə edirlər. Xüsusi
hüquq və vəzifələr qanunlarda və qanunqüvvəli aktlarda (nizamnamələrdə, əsasnamələrdə,
vəzifə təlimatlarında və digər normativ-hüquqi aktlarda) əks ediliblər. Belə ki, polis
ə
məkdaşının hüquq və vəzifələri ″Polis haqqında″ Azərbaycan Respublikası Qanununun 13-
27-ci maddələrində təsis edilib, tutduğu vəzifəyə aid edilən hüquq və vəzifələr isə digər
115
normativ-hüquqi aktlarda müəyyən edilir. Məsələn: PPX əməkdaşının hüquq və vəzifələri isə
PPX haqqında Nizamnamə ilə müəyyən edilmişdir.
Dövlət qulluqçularının hüquq və vəzifələrdən əlavə olaraq dövlət qulluqçusu dövlət
qulluğuna qəbul olunarkən könüllü olaraq qanunvericiliklə müəyyən edilmiş qadağaları və
məhdudiyyətləri də öz üzərinə götürür.
Bu qadağalar və məhdudiyyətlər Azərbaycan Respublikasının ″Dövlət qulluğu
haqqında″ Qanununun 20-ci maddəsində qeyd edilmişdir. Qanuna əsasən, dövlət
qulluqçularına:
dövlət orqanlarında əlavə ödənişli vəzifə tutmağa;
elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, işlədiyi dövlət orqanı rəhbərinin
icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa;
dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin
vəkili olmağa;
istefaya getdikdən, işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə
aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə
informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;
işlədiyi dövlət orqanının rəhbərinə bildirmədən xarici ölkənin hesabına oraya
getməyə;
qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak
etməyə;
tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;
dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət
orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter
verməyə qadağa qoyulur.
Dövlət qulluqçusu bu tələblərə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda
nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna,
yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində
qulluq etdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.
Dövlət aparatının effektiv fəaliyyəti üçün dövlət qulluqçularının qanunvericiliklə
müəyyən edilmiş təminatlar sistemi mühüm rol oynayır.
Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir (mad. 21):
dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və
digər ödənişlər;
lazımi qulluq şəraiti;
haqqı ödənilən məzuniyyət;
dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;
təkrar hazırlıq və ixtisasartırma;
dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və
ixtisasa uyğun işə düzəlmə və ya başqa dövlət orqanında tutduğu vəzifəyə uyğun vəzifə
tutmaqda üstünlük;
pensiya təminatı və dövlət sosial sığortası;
qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada
sığorta;
116
icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya
müvafiq kompensasiya almaq;
dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun
ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun
və ailə üzvlərinin müdafiəsi;
dövlət qulluqçusu sosial sığorta və məşğulluq fondlarına ödənişlərdən azaddır;
dövlət qulluqçusu yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə irəli keçirilə bilər:
dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin
dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas deyildir;
yardımçı vəzifələr tutan dövlət qulluqçuları üçün təminatlar Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.
Dövlət qulluqçularının xidməti hüquq və vəzifələrinin həyata keçirilməsi üçün dövlət
tərəfindən normal şərait yaradılır. Məsələn, hakimiyyət nümayəndəsinə müqavimət göstərmə
və ya zor tətbiq etməyə görə (Azərbaycan Respublikasının CM-nin 315-ci mad.), təhqir
etməyə görə (Azərbaycan Respublikasının CM-nin 148-ci mad.) və dövlət qulluqçularının
vəzifələrinin yerinə yetirilməsinə maneçilik törədən və ya onların şəxsiyyətini və ləyaqətini
alçaldan hərəkətlərə görə, cinayət məsuliyyəti nəzərdə tutulur. Bundan əlavə polis işçisinin
və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət
nəzərdə tutulur (Azərbaycan Respublikasının XM-nin 310-cu maddəsi).
ş
çilərin xidməti fəaliyyəti üçün normal şəraitin yaradılması rəhbər şəxslərin əsas
vəzifələrindən biridir. Bu vəzifələrin yerinə yetirilməməsinə görə onlar intizam
məsuliyyətinə cəlb edilə bilərlər.
Dövlət qulluqçularının mükafatlandırılması və məsuliyyəti
Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli
mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları
qanunvericiliklə müəyyənləşdirilir.
Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və
andına sədaqəti dövlət tərəfindən qiymətləndirilməlidir. Onun xidmətlərinin dövlət
tərəfindən qiymətləndirilməsi ″Vətənə xidmətə görə″ ordeninin üç dərəcəsi, ″Dövlət
qulluğunda fərqlənməyə görə″ medalı ilə, digər orden və medallarla təltif olunmasında,
habelə Azərbaycan Respublikasının fəxri adlarını almasından ibarətdir. Dövlət
qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında
ə
saslar və qaydalar qanunvericiliklə müəyyən edilir.
Dövlət qulluqçularına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və yaxud lazımi
şə
kildə yerinə yetirilməməsi, həmçinin müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması,
qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.
Dövlət qulluqçularına aşağıdakı intizam tənbeh tədbirləri tətbiq oluna bilər (mad.25):
töhmət;
bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;
həmin dərəcədən olan, lakin vəzifə maaşı aşağı olan işə keçirilməsi;
daha aşağı dərəcəli işə keçirilməsi;
ixtisas dərəcəsinin aşağı keçirilməsi;
ixtisas dərəcəsindən məhrum edilməsi;
117
dövlət qulluğundan azad edilməsi.
Tətbiq olunmuş intizam tənbeh tədbirinin ləğv edilməsi üçün 7 gün ərzində yuxarı
dövlət qulluğunu idarəetmə orqanına şikayət vermək olar. Bu zaman intizam tənbeh tədbiri
10 gün ərzində həmin orqan tərəfindən ya ləğv olunmalı, ya da qüvvədə saxlanılmalıdır.
Çıxarılmış intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası bu müddəaları nəzərə
almaqla Azərbaycan Respublikasının müvafiq qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Dövlət qulluqçuları qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati
məsuliyyətə və cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Dövlət qulluqçuları onların təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə
müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyırlar. Dövlət qulluqçularının qanunauyğun
hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına
ödənilir.
Siyasi vəzifələr tutan dövlət qulluqçuları qanunvericiliklə nəzərdə tutulan hallarda və
qaydada vəzifədən çıxarıla bilərlər.
Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir.
Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq,
həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi
həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur.
kinci sualın açıqlanmasını yekunlaşdırıraq bir daha qeyd etmək istərdim ki:
1.
Dövlət qulluqçusu ″Dövlət qulluğu haqqında″ Qanunla müəyyən edilmiş qaydada
maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsi tutan və
Azərbycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının
vətəndaşıdır.
2.
Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur
quruluşu və ştat cədvəlinə uyğun olan struktur vahididir.
3.
Dövlət qulluğu vəzifələri həmin vəzifələrin funksiyalarının məzmunundan,
səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq siyasi, inzibati və
yardımçı vəzifələrə bölünürlər.
4.
Azərbaycan Respublikası ″Dövlət qulluğu haqqında″ 21 iyul 2000-ci il tarixli
Qanununda dövlət qulluqçuları; onların əsas vəzifələri və hüquqları müəyyən edilmişdir.
Dostları ilə paylaş: |