Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə11/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

I. Fəaliyyətinin ərazi həcminə görə

  ümumdövlət  fəaliyyətli  (Azərbaycan  Respublikası  Prezidentinin  cra  Aparatı, 

Azərbaycan  Respublikası  Nazirlər  Kabineti,  Səhiyyə,  Müdafiə,  Daxili  şlər  və  s.  kimi 

nazirliklər); 

  müəyyən  inzibati  ərazi  vahidində  (fövqəladə  və  hərbi  vəziyyət  elan  edilən 

ə

razilərdə Azərbaycan Respublikası Prezidentinin nümayəndəliyi). 



II. Səlahiyyətlərinin həcminə görə

   Azərbaycan Respublikasının Konstitusiyası ilə əsas səlahiyyətləri müəyyən edilən  

ali dövlət orqanları (1-ci kateqoriya dövlət orqanları); 

  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  səlahiyyətləri  müəyyən    edilən 

dövlət orqanları (2-ci kateqoriya dövlət orqanları); 

  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  tərəfindən  səlahiyyətləri  müəyyən 

edilən dövlət orqanları (3-cü kateqoriya dövlət orqanları). 

III. Səlahiyyətlərinin xarakterinə görə

  ümumi səlahiyyətli (Azərbaycan Respublikasının Nazirlər Kabineti); 

  sahəvi səlahiyyətli (Səhiyyə Nazirliyi, D N-in və s.); 

  xüsusi səlahiyyətli (Vergilər Nazirliyi, Gömrük Komitəsi). 



IV. Səlahiyyətinə aid  məsələlərin həlli üsuluna görə

  kollegial qaydada (Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti); 

  vahid rəhbərlik qaydasında (şəhər, rayon icra hakimiyyətləri). 

V. Maliyyələşmə mənbəyinə görə

  dövlət büdcəsindən (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi); 

  təsərrüfat hesablı (Azərbaycan Resupblikası D N-in BM   və s.). 

Birinci suala yekun olaraq  aşağıdakıları  qeyd etmək lazımdır: 



 

97 


 

1.

  cra hakimiyyəti orqanı müvafiq səlahiyyətlərə, struktura, fəaliyyət ərazisinə malik 



olan,  qanunla  və  digər  normativ-hüquqi  aktlarla  nəzərdə  tutulmuş  qaydada  təşkil  edilən, 

dövlətin  tapşırığı  ilə  dövlətin  adından  çıxış  etmək  hüququna  malik  və  icraedici-

sərəncamverici fəaliyyət qaydasında gündəlik olaraq iqtisadi, sosial-mədəni və inzibati-siyasi 

quruculuğu həyata keçirən dövlət aparatının bir hissəsidir. 

2.

  cra hakimiyyəti orqanının strukturu aşağıdakı elementlərdən ibarətdir: 



  rəhbərlik; 

  sahəvi bölmələr; 

  funksional bölmələr; 

  yardımçı və xidmətedici bölmələr. 

3.  cra  hakimiyyəti  orqanlarının  fəaliyyətinin  əsas  istiqamətləri  (funksiyaları) 

aşağıdakılardır: 

  proqnozlaşdırma; 

  planlaşdırma; 

  təşkiletmə; 

  nizama salma; 

  ümumi rəhbərlik və operativ sərəncamvermə; 

  koordinasiya (razılaşdırma); 

  yoxlama və nəzarət; 

  qeydiyyat və uçot. 

4.  cra hakimiyyəti orqanının inzibati-hüquqi statusu 3 qrup normalardan ibarətdir: 

a) yaranma məqsədini müəyyən edən qrup normalar; 

b) təşkilati-strukturu müəyyən edən qrup normalar; 

v) səlahiyyətlərini müəyyən edən qrup normala 

 

Sual 2. 

cra hakimiyyəti sahəsində Azərbaycan Respublikası Prezidentinin  

və Nazirlər Kabinetinin səlahiyyətləri 

           Azərbaycan  Respublikası  Konstitusiyasının  100-cu  maddəsinə  əsasən,  yaşı  35-dən 

aşağı  olmayan,  10  ildən  çox  daimi  Azərbaycan  Respublikasının  ərazisində  yaşayan, 

seçkilərdə  iştirak  etmək  hüququna  malik  olan,  o  cümlədən  ağır  cinayətlərə  görə  məhkum 

olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli olan və ikili vətəndaşlığı 

olmayan  Azərbaycan  Respublikasının  vətəndaşı  Azərbaycan  Respublikasının  Prezidenti 

seçilə bilər. 

Azərbaycan  Respublikasının  Prezidentinin  statusu  Azərbaycan  Respublikasının 

Konstitusiyası  ilə  müəyyən  edilmişdir.  Prezident  dövlət  başçısı  kimi  dövlət  hakimiyyətini 

həyata  keçirir.  Dövlətin  ali  vəzifəli  şəxsi  kimi  böyük  səlahiyətlərə  malikdir.  Onun 

səlahiyyətləri Konstitusiyanın 109-cu maddəsi ilə müəyyən edilmişdir. O, dövlətin daxili və 

xarici  siyasətini  müəyyən  edir,  danışıqlar  aparır  və  Azərbaycan  Respublikasının  adından 

beynəlxalq  müqavilələr  imzalayır.  Onun  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndələrini təyin etmək və geri çağırmaq, diplomatik nümayəndələrin etimadnamələri 

və geri çağırma sənədlərini qəbul etmək hüququ vardır. 

           Prezident qanunverici, icra və məhkəmə hakimiyyətinin işgüzar əməkdaşlığını təmin 

etməyə borcludur. 


 

98 


 

O,  Azərbaycan  Respublikasının  vahidliyini,  suverenliyini  və  bütövlüyünü  təcəssüm 

etdirir  və  vətəndaşların  hüquq  və  azadlıqlarının  təminatçısı  olmalıdır.  Prezident 

Respublikanın  ali  vəzifəli  şəxsi  kimi  Azərbaycan  Respublikasının  xalqına  müraciət  edir, 

dövlət  təltifləri  ilə  mükafatlandırır,  xüsusi  və  fəxri  rütbələr  verir,  qanuna  uyğun  olaraq 

vətəndaşlıq  məsələlərini,  siyasi  sığıncaq  vermə  məsələlərini  həll  edir.  O,  Azərbaycan 

Respublikası  məhkəmələri  tərəfindən  məhkum  olunmuş  vətəndaşları  əfv  etmək  hüququna 

malikdir. 

          Azərbaycan  Respublikasında  Prezident, Nazirlər Kabineti, ayrı-ayrı nazirliklər, rayon 

icra  hakimiyyətləri,  Naxçıvan  MR-in  Nazirlər  Kabineti  Azərbaycan  Respublikasında  icra 

hakimiyyətinin vahid sistemini təşkil edirlər. Prezident idarəçilik ierarxiyasının və bütün icra 

hakimiyyəti sisteminin başçısı kimi  böyük səlahiyyətlərə malikdir. 

O,  Nazirlər  Kabinetinin  fəaliyyətinə  rəhbərlik  edir  və  hökumət  tərəfindən  öz 

səlahiyyətlərinin  səmərəli  həyata  keçirilməsi  üçün  tədbirlər  görür.  Azərbaycan 

Respublikasının  Milli  Məclisinin  razılığı  ilə  hökumət  başçısını  təyin  edir  və  hökumət 

başçısının  təqdimatı  ilə  nazirliklərin,  komitələrin  və  Azərbaycan  Respublikasının  digər 

mərkəzi  orqanlarının  rəhbərlərini  işə  təyin  edir  və  işdən  azad  edir.  Prezident  dövlətin 

təhlükəsizliyinin  təmin  edilməsi  üçün  tədbirlər  görməlidir.  O,  Azərbaycan  Respublikasının 

Təhlükəsizlik Şurasına başçılıq edir, qanunla müəyyən edilmiş qaydada hərbi və fövqəladə 

vəziyyət elan edir. Prezident Respublikanın bütün ərazisində icrası məcburi olan fərman və 

sərəncamlar vermək və onların icrasını yoxlamaq hüququna malikdir.  

O, təşkilati cəhətdən  heç kəsə tabe deyil və digər dövlət orqanlarından fərqli olaraq 

yüksək  dərəcəli  müstəqilliyə  malikdir.  Lakin  onun  hüquqi  statusunu  nizamlayan  normativ-

hüquqi aktlarda ″Prezident hakimiyyəti″nin ikinci dərəcəli, qanunqüvvəli olması qeyd edilir. 

Prezidentin  fərmanları  Azərbaycan  Respublikasının  qanunları  əsasında  və  onların  icrası 

məqsədi ilə qəbul edilir və qanuna zidd ola bilməz. 

Qanunverici orqan olan Milli Məclis  dövlət büdcəsinin miqdarını, onun mədaxilini və 

məxaricini,  idarəçilik  aparatının  fəaliyyətinin  təmin  edilməsi  üçün  vəsaitlərin  miqdarını 

müəyyən etməklə icra hakimiyyətinin fəaliyyətinin qurulmasında  iştirak edir. 

           Prezident öz fəaliyyətini  cra Aparatı vasitəsi ilə reallaşdırır.  cra Aparatı fərman və 

digər  aktların  layihələrini  hazırlayır,  müxtəlif  iclasları  təşkil  edir,  təsərrüfat  xidməti  və 

kargüzarlıqla məşğul olur, qeyri-hökumət təşkilatları və K V-lə  əlaqələr yaradır.  

Azərbaycan  Respublikasının  Konstitusiyasının  113-cü  maddəsinə  əsasən  ümumi 

qaydalar  müəyyən  etdikdə  Azərbaycan  Respublikasının  Prezidenti  Fərmanlar  qəbul  edir, 

digər  məsələlərə  görə  isə  sərəncamlar  qəbul  edir.  Əgər  Azərbaycan  Respublikasının 

Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onda bu fərman 

və sərəncamlar dərc olunduğu gündən qüvvəyə minir. 

           Azərbaycan  Respublikasının  Konstitusiyasına  əsasən  Azərbaycan  Respublikası 

Prezidenti  səlahiyyətlərinin  həyata  keçirməsini  təşkili  məqsədi  ilə  Azərbaycan 

Respublikasının  Nazirlər  Kabinetini  yaradır.  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti 

Azərbaycan Respublikası Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin iş qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən 

müəyyən edilir.  

           Nazirlər  Kabineti  Prezidentin  səlahiyyət  müddəti  çərçivəsində  fəaliyyət  göstərir  və 

yeni  seçilmiş  Prezident  vəzifəsini  tutduğu,  səlahiyyətə  başladığı  gün  istefa  verir.  (ARK  

maddə 116) 



 

99 


 

           Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının 

Baş  naziri,  onun  müavinləri,  nazirlər  və  digər  mərkəzi  icra  hakimiyyəti  orqanlarının 

rəhbərləri daxildir. 

Nazirlər Kabineti Azərbaycan Respublikasının hökuməti və icra hakimiyyətinin yuxarı 

orqanıdır.  O  dövlət  idarəetmə  orqanları  sisteminə  rəhbərlik  edir,  onların  razılaşdırılmış  və 

qarşılıqlı fəaliyyətlərini təmin edir.  Nazirlər  Kabineti  ümumi səlahiyyətli idarəetmə orqanı 

kimi    ölkənin  bütün  həyat  sahələrinə  təsir  göstərə  bilən  geniş  səlahiyyətlərə  malikdir. 

qtisadiyyat sahəsində hökumət əsas iqtisadi inkişaf proqramlarının layihələrini hazırlayır və 

iqtisadi prosesləri tənzimləyir. Azad sahibkarlıq üçün şərait yaradır, pul və kredit sisteminin 

möhkəmləndirilməsini təmin edir, vahid qiymət siyasətini aparır və təbii sərvətlərin səmərəli 

istifadə  olunması  üçün  şərait  yaradır.  Nazirlər  Kabineti  Respublikanın  dövlət  büdcəsini 

hazırlayır  və  onun  icrasını  təmin  edir.  Hökumət  sosial  inkişaf  proqramlarını  hazırlayır, 

Respublikada səhiyyə və təhsil sistemini təşkil edir, mədəniyyətin inkişafına zəmin yaradır. 

Onun fəaliyyətin istiqamətlərindən biri də sosial təminata rəhbərlik etmək və əhalini sosial 

cəhətdən  müdafiəsini  təmin  etməkdir.  Nazirlər  Kabinetinin  fəaliyyətinin  əsas 

istiqamətlərindən biri də  dövlətin mənafelərini, vətəndaşların hüquq və azadlıqlarının təmin 

edilməsi,  ictimai  qaydanın  qorunması  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi,  dövlətin 

müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin olunmasıdır. Azərbaycan Respublikasının  

xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibəti, xarici iqtisadi fəaliyyəti, elmi, texniki 

və mədəni əməkdaşlıq sahəsində  ayrı-ayrı sahələrə rəhbərlik  edilməsi Nazirlər Kabinetinin 

üzərinə  qoyulmuşdur.  Tapşırılan  vəzifələrin  bir  hissəsini  Nazirlər  Kabineti  bilavasitə  özü, 

qalan hissəsini isə  ona tabe olan orqanların vasitəsi ilə yerinə yetirir. O icra hakimiyyətinin 

mərkəzi  orqanlarının  işini  istiqamətləndirməklə  onların  fəaliyyətini  əlaqələndirir  və  

fəaliyyətlərinə  nəzarət  edir.  Nazirlər  Kabineti  öz  səlahiyyətləri  çərçivəsində  Naxçıvan 

Muxtar Respublikası Nazirlər Kabinetinin və yerli icra hakimiyyətlərinin  işini yoxlayır və 

istiqamətləndirir. O  icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçıları tərəfindən 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə,  Prezidentin  və  hökumətin    qəbul  etdikləri 

normativ-hüquqi aktlara zidd olaraq çıxarılan qərarları ləğv etmək hüququna malikdir. 

           Azərbaycan Respublikasının Konstitusiyasının 119-cu maddəsinə əsasən Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinin səlahiyyətləri müəyyən edilmişdir. 

Konstitusiyanın  bu  maddəsinə  əsasən  Nazirlər  Kabineti  aşağıdakı    səlahiyyətləri 

həyata keçirir: 

  Azərbaycanın  dövlət  büdcəsinin  layihəsini  hazırlayır  və  onu  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim edir; 

  Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasını təmin edir; 

  maliyyə-kredit və pul siyasətinin həyta keçirilməsini təmin edir; 

  dövlətin  iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; 

  nazirliklərə  və  digər mərkəzi icra hakimiyyəti  orqanlarına  rəhbərlik  edir,  onların 

aktlarını ləğv edir; 

  Azərbaycan  Respublikasının  Prezidenti  onun  səlahiyyətlərinə  aid  etdiyi  digər 

məsələləri həll edir.  

 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  öz  səlahiyyətləri  çərçivəsində 



müvafiq  normativ-hüquqi  aktları  qəbul  etmək  səlahiyyətinə  malikdir.  Azərbaycan 

Respublikasının  Konstitusiyasının  120-ci  maddəsinə  əsasən,  Nazirlər  Kabineti  ümumi 

qaydalar  müəyyən  etdikdə    qərarlar,  digər  məsələlər  üzrə  isə  sərəncamlar  qəbul  edir.  Əgər 


 

100 


 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarında  başqa  qaydalar 

nəzərdə  tutulmayıbsa,  qərar  və  sərəncamlar  dərc  edildiyi  gündən  qüvvəyə  minir.    Nazirlər 

Kabinetinin iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir.  clasda hökumət üzvlərinin azı 

üçdə  ikisi  iştirak  etdikdə  o  səlahiyyətli  hesab  olunur  və  qərarlar  hökumət  üzvlərinin 

səsçoxluğu ilə qəbul edilir. 

kinci suala yekun vuraraq bir daha qeyd etmək istərdim ki, icra hakimiyyəti sahəsində 

Azərbaycan  Respublikasının  Prezidentinin  və  Nazirlər  Kabinetinin  səlahiyyətlərini 

araşdırdıq. Təhlil nəticəsində məlum oldu ki,  Azərbaycan Respublikasında icra hakimiyyəti  

Prezidentə məxsusdur. O, icra səlahiyyətlərinin həyata keçirilməsini təşkil etmək məqsədi ilə 

Azərbaycan Respublikasının Nazirlər Kabinetini təşkil edir. 

 

Sual 3. 

cra hakimiyyətinin mərkəzi və yerli orqanları.  Yerli icra hakimiyyəti 

 

           Azərbaycan  Respublikasında  icra  hakimiyyəti  mərkəzi  orqanlarının  aşağıdakı  kimi 

təşkilati-hüquqi formaları mövcuddur: 

  Nazirliklər; 



  Dövlət komitələri; 

  Departamentlər, xidmətlər; 



  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında xüsusi idarələr və təşkilatlar; 

  digər orqanlar. 



cra  hakimiyyəti  orqanları  dövlət  idarəetməsinin  aşağıdakı  sahələri  üzrə  fəaliyyət 

göstərirlər: 

a)  iqtisadi  sahədə  fəaliyyət  göstərən  nazirliklər:    qtisadi  nkişaf  nazirliyi,  Kənd 

təsərrüfatı nazirliyi və s.; 

b)  sosial-mədəni  sahədə  fəaliyyət  göstərən  nazirliklər,  komitələr:  Təhsil  Nazirliyi, 

Mədəniyyət Nazirliyi,  və s.; 

v)  inzibati-siyasi  sahədə  fəaliyyət  göstərən  nazirliklər,  xidmətlər:  Müdafiə,  Ədliyyə, 

Daxili işlər, Xarici işlər və s. nazirliklər. 

Mərkəzi  icra  hakimiyyəti  orqanları  Nazirlər  Kabinetinə  tabedirlər.  Onlar  qanun  və 

qanun qüvvəli  aktlar əsasında fəaliyyət göstərirlər. 

Hər  bir  mərkəzi  icra  hakimiyyəti  orqanı  haqqında  Əsasnamə  Azərbaycan 

Respublikasının Prezidenti və ya onun göstərişi ilə hökumət tərəfindən təsdiq edilir. Onların 

fəaliyyətinin hüquqi əsasını xüsusi əsasnamələr təşkil edir. 

Nazirlər  Kabineti  nazirliklərin,  dövlət  komitələrinin  və  digər  mərkəzi  orqanların 

işçilərinin  sayını  müəyyən  edir  və  onların  təmin  edilməsi  üçün  büdcədən  ayrılan  vəsaitin 

miqdarını  müəyyənləşdirir.  Lazımi  hallarda  Nazirlər  Kabineti  ayrı-ayrı  məsələlərin  həllini 

onlara həvalə edə bilər. 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  mərkəzi  icra  hakimiyyəti  orqanları 

rəhbərlərinin  müavinlərini,  onların  kollegiya  və  komitələrinin  üzvlərini  işə  təyin  edir  və 

işdən azad edir, eləcə də onların fəaliyyətinə nəzarət edir. 

Bir qayda olaraq  mərkəzi icra hakimiyyəti orqanı müəyyən bir idarəyə rəhbərlik edir, 

onun mərkəzi funksiyalarını yerinə yetirir, idarə qarşısında duran bütün islahatlar və bununla 

yanaşı iqtisadi-sosial və s. vəzifələrin yerinə yetirilməsini təmin edir. 

Mərkəzi icra hakimiyyəti orqanı adətən bu sxem üzrə qurulur: 



 

101 


 

1.

  Rəhbərlik (rəis (müdir)), onun müavinləri, kollegiya, komitə, elmi, idarə və digər 



ş

uralar. 


2.

  stehsalat  struktur  bölmələri    həmin  idarənin  təşkil  olunmasına  səbəb  olan 

vəzifələri bilavasitə yerinə yetirilməsinə xidmət edir  (D N-in BCA   və s.). 

3.

  darə  çərçivəsində  daxili  təşkilati  fəaliyyətlə  məşğul  olan  qərargah  bölmələri 



(mühasibat, kadrlar və s.) 

Nazirlik″,  ″Komitə″,  ″Müfəttişlik″  sözləri  ikili  məna  bildirir  və  müxtəlif  anlayışları 



ifadə edirlər. 

Birinci  mənada  nazirlik,  dövlət  komitəsi    rəhbərlik  edən  mərkəzi  icra  hakimiyyəti 

orqanı,  baş  idarənin  mərkəzi  aparatı,  onun  qərargahıdır.  kinci  mənada    nazirlik,    dövlət 

komitəsi  srukturun sistemidir, yəni inzibati idarədir (təsisatdır). 

cra  hakimiyyəti  mərkəzi  orqanlarının  bütün  təşkilati-hüquqi  formalarına  aid  olan 

ə

lamətlərlə yanaşı onların arasında müəyyən fərqlər də var: 



           1.  Nazirliklər  mərkəzi  vahid  rəhbərliyi  həyata  keçirən  sahəvi  orqanlardır.  Onlar 

Azərbaycan  Respubikası  Prezidenti  tərəfindən  qanuna  müvafiq  olaraq  təşkil  edilir, 

dəyişdirilir və ləğv edilir. 

Prezident  müstəqil  olaraq  xarici  işlər,  daxili  işlər,  müdafiə,  təhlükəsizlik  nazirlərini 

Milli Məclisin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. 

Nazirliyə  təkbaşına  nazir  rəhbərlik  edir  və  vəzifəsinə  görə  hökumətin  tərkibinə 

daxildir.  O,  fəaliyyət  prosesində  qərarlar  qəbul  edir,  əmrlər  verir  və    müavinləri  arasında 

vəzifələri bölüşdürür. Nazirliklərdə məşvərətçi orqan - kollegiyalar yaradılır. Onların tərkibi 

bir  qayda  olaraq  nazirliyin  rəhbər  işçilərindən  təşkil  edilir.  Kollegiyanın  sədri  bir  qayda 

olaraq nazir olur. Kollegiyanın qərarları nazirin əmri ilə həyata keçirilir. 

          2. Dövlət komitələri  sahələrarası idarəçiliyi həyata keçirən mərkəzi orqanlardır. Onlar 

geniş  funksional  hakimiyyətə  malik  olur,  Milli  Məclisin  razılığı  ilə  Prezident  tərəfindən 

təşkil edilir, dəyişdirilir və ləğv edilir. Dövlət komitəsinə sədr rəhbərlik edir. O, Prezidentin  

fərmanı  ilə təyin edilir və işdən azad  edilir.  Komitənin  sədri öz  vəzifəsinə görə hökumətin 

tərkbinə daxildir. 

darəetmənin mərkəzi orqanı kimi ″Dövlət komitəsi″ iki qrup vəzifələri yerinə yetirir: 

a)    həvalə  olunmuş  sahədə  sahələrarası  (funksional)  idarəçiliyi.  Bu  xarici  təşkilati 

fəaliyyətdir və onun həyata keçirilməsi orqanın əsas vəzifəsidir; 

b) tabe olan təşkilatlara xətti rəhbərlik etmək. 

Sahələrarası  nizama  salma  kollegiallıq  əsasında  həyata  keçirilir.  Belə  məsələlər  üzrə 

ə

həmiyyət kəsb edən qərarlar komitənin üzvləri ilə birgə qərar şəklində qəbul edilir. 



Komitənin üzvləri  Azərbaycan Respublikası hökuməti tərəfindən dövlət komitəsinin 

rəhbər işçilərindən, digər idarələrin nümayəndələrindən və aparıcı alimlərdən təyin edilir. 

Dövlət  komitəsinin  sahələrarası  fəaliyyətinə  və  idarədaxili  idarəetməyə  operativ 

rəhbərliyi  sədr təkbaşına həyata keçirir. 

Sədr  öz  vəzifəsinə  görə  Azərbaycan  Respublikası  hökumətinin  tərkibinə  daxildir.  O, 

fəaliyyət prosesində əmrlər, sərəncamlar vermək, müavinləri arasında vəzifələri bölüşdürmək 

hüququna malikdir. 

           Üçüncü  qrup  mərkəzi  orqanlar  komitələr,  xidmətlər,  nəzarət  orqanları  müfəttişliklər 

adlanır.  Bir  qayda  olaraq  bunlar  funksional  və  ya  qarışıq  səlahiyyətli  orqanlar  olub, 

sahələrarası  hakimiyyət  səlahiyyətlərinə  malikdirlər.  Onlar  sahələrarası  əlaqələndirmə, 

nəzarət və sahələrarası digər funksiyalarla məşğul olurlar. Bu orqanlar Prezident tərəfindən 


 

102 


 

təşkil  edilir,  dəyişdirilir və  ləğv  edilir.  Onlar  vahid  rəhbərlik  əsasında  təşkil  edilir.  Onların 

rəhbərləri  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  işə  təyin  edilir  və  işdən  azad 

edilir. Həmin orqanlar sırasına  qanunlar əsasında fəaliyyət göstərən strukturlar daxildir. Bu 

qanunlar  müvafiq  idarələrin  fəaliyyətini  nizama  salır.  Məsələn:  ″Sanitar-epidemioloji 

salamatlıq  haqqında″  Azərbaycan  Respublikasının  11.11.92-ci  il  tarixli  Qanunu    Səhiyyə 

Nazirliyinin  tərkibində  fəaliyyət  göstərən  Gigiyena  və  Epidemiologiya  Mərkəzlərinin 

fəaliyyətini tənzimləyir. 

4. Azərbaycan Respublikası Nazirlər Kabineti  yanında lazımi hallarda komitələr, baş 

idarələr və digər idarələr yaradıla bilər. Elmi ədəbiyyatda onlar xüsusi orqanlar adlandırılır. 

Onların rəhbərlərini Baş Nazir vəzifəyə  təyin edir, lakin onlar  hökumətin  tərkibinə daxil 

deyillər. 

 

Yerli icra hakimiyyəti  

            Azərbaycan  Respublikası  Konstitusiyasının  124-cü  maddəsinə  uyğun  olaraq 

Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər...″ 



            Yerli  icra  hakimiyyətlərinin  səlahiyyətləri  Azərbaycan  Respublikası  Prezidentinin 

188  nömrəli  16  iyun  1999-cu  il  tarixli  Fərmanı  ilə  təsdiq  edilmiş  ″Yerli  icra  hakimiyyəti 

haqqında Əsasnamə″ ilə müəyyən edilmişdir. 

            Yerli  icra  hakimiyyəti  başçısının  fəaliyyəti  aşağıdakı  prinsiplərə  əsasən  həyata 

keçirilir: 

  vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi; 

  müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın, sosial 

və mədəni sahələrinin inkişafının təmin edilməsi; 

  qanunçuluq; 

  dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılması; 

  aşkarlıq və ictimai rəyin nəzərə alınması. 

cra hakimiyyəti başçılarını Azərbaycan Respublikası Prezidenti vəzifəyə təyin edir və 

vəzifədən azad edir. 

cra  hakimiyyəti  başçıları  öz  işlərinə  görə  Azərbaycan  Respublikasının  Prezidenti 

qarşısında  məsuliyyət  daşıyırlar.  cra  hakimiyyəti  başçısının  ikili  vətəndaşlığına,  başqa 

dövlətlər qarşısında öhdəliyinə yol verilmir. O, din xadimi ola bilməz.  cra hakimiyyətlərinin 

başçıları  eyni  zamanda  heç  bir  başqa  seçkili  və  ya  təyinatlı  vəzifə  tuta  bilməzlər.  O,  elmi, 

pedaqoji  və  yaradıcılıq  fəaliyyətindən  başqa,    heç  bir  sahibkarlıq,  kommersiya  və  digər 

ödənişli  fəaliyyətlə  məşğul  ola  bilməz,  vəzifə  maaşından,  habelə  elmi,  pedaqoji  və 

yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməz. 

Yerli icra hakimiyyəti haqqında Əsasnamə″də icra hakimiyyəti başçılarının vəzifə və 



səlahiyyətləri müəyyən edilmişdir. 

             Yerli  icra  hakimiyyəti  başçılarının  səlahiyyətləri  aşağıdakı  sahələr  üzrə  müəyyən 

edilmişdir: 

  planlaşdırma, büdcə, maliyyə və uçot sahəsində; 

  sərəncamına verilmiş əmlak və ərazisində yerləşən müəssisə, idarə və təşkilatlarla 

münasibətdə səlahiyyətləri; 

  memarlıq  fəaliyyəti,  tarix  və  memarlıq  abidələrinin  qorunması  sahəsində 

səlahiyyətləri; 

  qaçqınlar və məcburi köçkünlərlə münasibətdə səlahiyyətləri; 


 

103 


 

  yaşayış məntəqələrində küçə və meydanlara ad verilməsi sahəsində səlahiyyətləri; 

  tikinti, nəqliyyat və rabitə sahələrində səlahiyyətləri; 

  mənzil-kommunal  təsərrüfatı,  ticarət  və  əhali  üçün  digər  xidmətlərin  təşkil 

edilməsi sahələrində səlahiyyətləri; 

  əhaliyə sosial-mədəni xidmətlərin göstərilməsi sahəsində səlahiyyətləri; 

  əhalinin sosial müdafiəsi sahəsində səlahiyyətləri; 

  qanunçuluğun  təmin  edilməsi,  vətəndaşların  hüquq  və  azadlıqlarının  qorunması 

sahələrində səlahiyyətləri. 

cra  hakimiyyəti  başçısı  öz  yanında  rayonun,  şəhərin  və  şəhər  rayonunun  iqtisadi, 

sosial-mədəni  və  digər  yerli  məsələlərin  baxılması  (müzakirəsi)  və  onların  həllinə  dair 

təkliflərin hazırlanması məqsədi ilə daimi məşvərətçi orqan olan Şura yaradır. Şuranın tərkibi 

15 nəfər ola bilər. 

cra hakimiyyəti başçısı yanında Şuranın tərkibinə aşağıdakılar daxildir: 

  icra  başçısı; 

  icra  başçısının müavinləri; 

  icra  başçısı aparatının şöbə, idarə və digər xidmətlərinin rəhbərləri; 

  rayonun  və  şəhərin  ərazisində  yerləşən  idarələrin,  təşkilatların  və  müəssisələrin 

rəhbərləri. 

cra  hakimiyyəti  başçısının  yanında  Şuranın  iclasları  bir    ayda  iki  dəfədən  az 

olmayaraq keçirilir. 

Ş

uranın  iclaslarında  qəbul  edilmiş  qərarlar  protokollarla  rəsmiləşdirilir  və  tövsiyə 



xarakteri daşıyır. 

cra hakimiyyəti başçısı səlahiyyətləri daxilində sərəncam və əmrlər verir. 

Yerli  icra  hakimiyyəti  orqanlarının  normativ  xarakterli  aktları  başqa  qayda  nəzərdə 

tutulmayıbsa, dərc edildiyi gündən qüvvəyə minir. 

Yerli  icra  hakimiyyəti  orqanının  səlahiyyətləri  çərçivəsində  qəbul  edilmiş  normativ 

xarakterli  aktlar  müvafiq  ərazidə  yerləşən  hüquqi  şəxslər  və  vətəndaşlar  tərəfindən  yerinə 

yetirilməlidir. 

Yerli  icra  hakimiyyəti  başçıları,  onların  aparatlarının,  şöbə,  idarə  və  digər 

xidmətlərinin  vəzifəli  şəxsləri  fəaliyyətlərində  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

məsuliyyət daşıyırlar. Yerlərdə icra hakimiyyəti vəzifəli şəxslərinin qərarları qanunvericiliyə 

zidd  olduqda,  vətəndaşların  hüquqlarını  və  qanuni  mənafelərini  pozduqda  onların 

qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. 

Müvafiq  rayonun,  şəhərin  və  şəhər  rayonunun  ərazisində  yerləşən  rayon  tabeli 

şə

hərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyəti başçısının 



müvafiq yerli icra hakimiyyətinin nümayəndəliyi təşkil edilir və fəaliyyət göstərir. 

Rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti orqanının nümayəndəliyinə rayon, şəhər, 

şə

hər rayonu icra hakimiyyəti başçısı tərəfindən təyin olunmuş nümayəndə rəhbərlik edir. 



Rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəsi: 

  rayon,  şəhər,  şəhər  rayonu  icra  hakimiyyəti  başçısının  səlahiyyətlərini  həyata 

keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir və 

onun tapşırıqlarını həyata keçirir; 

  vətəndaşların qəbulunu  həyata keçirir, onların şikayət, ərizə və təkliflərinə baxır 

və lazımi tədbirlər görür; 



 

104 


 

  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  vətəndaşlıq  vəziyyəti  aktlarının 

qeydiyyatını  aparır,  müəyən  notariat  işlərini  görür,  vətəndaşlara  onların  şəxsiyyətini,  ailə 

vəziyyətini təsdiq edən arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir. 

  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  müəyyən  edilmiş  digər 

səlahiyyətləri həyata keçirir. 

Azərbaycan  Respublikası  Konstitusiyasında  göstərilir  ki,  Azərbaycan  Respublikası 

Nazirlər  Kabinetinin  tərkibinə  Azərbaycan  Respublikasının  Baş  Naziri,  onun  müavinləri, 

nazirlər və icra hakimiyyətinin digər mərkəzi orqanlarının rəhbərləri daxildir. 

 

 



N Ə T   C Ə 

 

Mühazirəmizi  yekunlaşdıraraq  qeyd  etmək  istərdim  ki,  mövzumuzun  köməkliyi  ilə 



ə

ldə etdiyiniz hüquqi biliklərin Sizə gələcək xidməti vəzifələrin yerinə yetirilməsində böyük 

köməkliyi olacaqdır. 

Çünki  bu  gün  biz  icra  hakimiyyəti  orqanları  haqqında,  onların  hüquqi  vəziyyəti, 

səlahiyyətləri  və  qəbul  etdikləri  aktlar  haqqında    hüquqi  bilikləri  əldə  etmiş  olduq.  Qeyd 

olunanlar  gələcək ali təhsilli, peşəkar hüquqşünas kimi Sizin hər birinizin qarşısında duran 

xidməti  vəzifələrinizin  həyata  keçirilməsinə  bilavasitə  hüquqi  yardım  göstərmiş  olacaq  və 

onların yerinə yetirilməsi üçün hüquqi baza yaratmaqla fəaliyyətinizi istiqamətləndiricəkdir. 

kinci tərəfdən  bu biliklərin  peşəkar hüquqşünas kimi Sizin hər biriniz tərəfindən əldə 

edilməsi  hüquq  mühafizə  orqanlarında  müstəqil  dövlət  qulluqçusu  kimi  fəaliyyət  göstərən 

zaman qanunçuluğa düzgün və dürüst riayət edilməsinə köməklik etmiş olacaqdır. 

Konstitusiyamızın  12-ci  maddəsində  göstərilmişdir  ki,  dövlətin  ali  məqsədi  insan  və 

vətəndaşların hüquq və azadlıqlarının tam təmin edilməsidir. Dövlətin ali məqsədinin təmin 

edilməsində  Sizin  də  icra  hakimiyyəti  orqanları  sisteminə  daxil  olan  hüquq  mühafizə 

orqanların    gələcək  əməkdaşları  kimi,  yəni  ictimai  qaydanın  qorunmasını  və  ictimai 

təhlükəsizliyin təmin edilməsini və cinayətkarlığa qarşı mübarizəni bilavasitə həyata keçirən  

ə

məkdaşlar  kimi  üzərinizə  az  vəzifə  düşməyəcək.  Dövlətin  bu  ali  məqsədinin  həyata 



keçirilməsində, Siz bilavasitə iştirak etmiş olacaqsınız. 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin