Daxili işlər orqanlarının fəaliyyətində inzibati məcburetmə
Daxili işlər orqanlarının fəaliyyətində, xüsusən də ictimai qaydanın mühafizəsi
prosesində inzibati məcburetmə tədbirləri geniş tətbiq olunur. Məcburetmə tədbirlərinin
tətbiqi daxili işlər orqanları əməkdaşlarının səlahiyyətlərinin dövlət hakimiyyət xarakterli
olmasını əks etdirir. Daxili işlər orqanlarının və onların əməkdaşlarının məcburetmə
149
tədbirlərini tətbiq etmək üzrə səlahiyyətləri qanunlarla və digər normativ-hüquqi aktlarla
müəyyən edilir.
nzibati məcburetmə tədbirləri ictimai münasibətləri hüquqazidd qəsdlərdən qorumaq
və hüquq qaydalarını kobudcasına pozan şəxsləri hüquq normalarına riayət etməyə məcbur
etmək və onları məcburi olaraq hüquq qaydasına tabe etmək hüququna malikdirlər.
ctimai qaydanın mühafizəsi polis əməkdaşlarının hüquqpozmaya müstəqil və
operativ reaksiya vermək və icazə verilən tədbirləri operativ istifadə etmək tələbini irəli
sürür. ctimai qaydanın pozulması müəyyən edildikdə və ya öz qanuni tələblərinə qarşı
müqavimətə rast gəldikdə polis əməkdaşları müstəqil surətdə və gecikmədən hüquqazidd
hərəkətləri dayandırmaq və qarşısını almaq, inzibati xəta törətmiş şəxslərə qarşı inzibati
məcburetmə tədbirlərini tətbiq etmək hüququna malikdirlər.
ctimai qaydanın mühafizəsinin xüsusiyyətlərini nəzərə alaraq, daxili işlər orqanların
ə
məkdaşlarına inzibati məcburetmə tədbirlərini operativ tətbiq etmə üzrə səlahiyyətlər
verilir. Qanunçuluğa riayət olunması, hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların
hüquq və azadlıqlarının müdafiə edilməsi məqsədi ilə qanun və qanunqüvvəli aktlarda
konkret inzibati məcburetmə tədbirlərinin tətbiq edilməsinin əsasları və qaydaları müəyyən
edilib.
nzibati məcburetmə tədbirlərinin məzmunu şəxsə hər hansı mənəvi, maddi və ya
fiziki ziyanın vurulmasından, onun şəxsi və əmlak hüquqlarının mədudlaşdırılmasından
ibarətdir. Məcburetmənin bu xüsusiyyəti bir sıra məqsədlərə nail olmaq üçün istifadə edilir.
Hər şeydən əvvəl, D O-nun əməkdaşları ola biləcək hüquqpozmaların və cəmiyyət üçün
təhlükəli nəticələrinin yaranmasını xəbərdar etmək üçün vətəndaşlara qarşı inzibati
məcburetməni tətbiq edirlər. Belə ki, hüquqpozmanı həmişə xəbərdar etmək mümkün olmasa
da polis əməkdaşları baş vermiş hüquqazidd hərəkətlərin qarşısını almaq üçün inzibati
məcburetmə tədbirlərini tətbiq edirlər.
Polis əməkdaşları ictimai qaylanı qoruyarkən aşağıdakı inzibati məcburetmə
tədbirlərindən istifadə edirlər:
-
sənədlərin yoxlanması;
-
vətəndaşların yaşayış yerlərinə daxil olmaq;
-
nəqliyyatın və piyadaların hərəkətinin dayandırılması və məhdudlaşdırılması;
-
nəqliyyat vasitələrindən xidməti məqsədlər üçün istifadə etmək;
-
yoxlama.
Polis əməkdaşları tərəfindən tətbiq edilən inzibati qarşısınıalma tədbirləri qrupunda
adi və xüsusi tədbirləri ayırmaq olar.
a) adi tədbirlərə aiddir:
-
vətəndaşların inzibati qaydada tutulması;
-
texniki vəziyyəti hərəkət təhlükəsizliyinə təhlükə yaradan və ətraf mühitə ziyan
vuran avtonəqliyyatın istismarının qadağan edilməsi;
-
icazə vermə sistemi obyektlərinin işini dayandırmaq;
-
daxili işlər orqanlarına gətirmə və s.
b) xüsusi tədbirlərə aiddir: silahın, fiziki qüvvənin, əl qandallarının tətbiq edilməsi.
Onlar qanunvericiliklə xüsusi ilə nəzərdə tutulmuş hallarda və xüsusilə təhlükəli hərəkətlərin
qarşısını almaq üçün tətbiq edilir.
Hüquqpozanları məsuliyyətə cəlb edərkən, polis əməkdaşları inzibati-prosessual
təminetmə tədbirlərini tətbiq edirlər. Məsələn: gətirilmə, inzibati qaydada tutma, fiziki
150
şə
xsdə olan şeyləri yoxlama, nəqliyyat vasitəsinə baxış, şeyləri və sənədləri götürmə,
nəqliyyat vasitəsini idarə olunmasından kənar etmə, sərxoşluq vəziyyətini müayinə etmə,
nəqliyyat vasitələrini saxlama və onların istismarını qadağan etmə.
nzibati tənbeh kimi daxili işlər orqanları xəbərdarlıq, nəqliyyat vasitələrinin idarə
edilməsi hüququnun məhdudlaşdırılması, inzibati cərimələri və əcnəbiləri və vətəndaşlığı
olmayan şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxartma tətbiq edə bilərlər.
Bununla belə, daxili işlər orqanları digər dövlət orqanları tərəfindən tətbiq edilən
inzibati tənbehlərin tətbiq edlməsi haqqında qərarları icra edirlər (məsələn: inzibati həbs və
s.).
kinci suala yekun olaraq bir daha qeyd etmək istərdim ki:
1. nzibati məcburetmə dövlət məcburetməsinin xüsusi növü olaraq, funksional
hakimiyyətin subyektləri tərəfindən inzibati xətalarla əlaqədar, inzibati hüquq normaları
ə
sasında tətbiq olunan məcburetmə tədbirlərinin tətbiqindən ibarətdir.
2. nzibati məcburetmə tədbirləri çoxsaylı və müxtəlifdir. Onlar tətbiq edilməsinin
məqsədlərinə, əsaslarına və qaydasına görə fərqlənirlər. Bu da onların təsnifləşdirilməsi üçün
ə
sas yaradır.
3. nzibati məcburetmə tədbirləri aşağıdakı növlərə bölünürlər:
-
inzibati xəbərdaretmə tədbirləri;
-
inzibati qarşısınıalma tədbirləri;
-
inzibati-prosessual təminetmə tədbirləri;
-
inzibati tənbehlər;
-
inzibati bərpaetmə tədbirləri.
4. Polis əməkdaşları tərəfindən tətbiq edilən inzibati qarşısınıalma tədbirləri qrupunda
adi və xüsusi tədbirləri ayırmaq olar.
a) adi tədbirlərə aiddir:
-
vətəndaşların inzibati qaydada tutulması;
-
texniki vəziyyəti hərəkət təhlükəsizliyinə təhlükə yaradan və ətraf mühitə ziyan
vuran avtonəqliyyatın istismarının qadağan edilməsi;
-
icazə vermə sistemi obyektlərinin işini dayandırmaq;
-
daxili işlər orqanlarına gətirmə və s.
b) xüsusi tədbirlərə aiddir: silahın, fiziki qüvvənin, əl qandallarının tətbiq edilməsi.
Onlar qanunvericiliklə xüsusi ilə nəzərdə tutulmuş hallarda və xüsusilə təhlükəli hərəkətlərin
qarşısını almaq üçün tətbiq edilir.
Sual 3.
Xüsusi inzibati-hüquqi rejimlə rin anlayış ı, mahiyyə ti və növlə ri
Həyatda icra hakimiyyəti orqanların fəaliyyəti sahəsində yaranan və inzibati-hüquqi
normalar ilə nizamasalınan ictimai münasibətlərin dəyişməsi hallarından qaçmaq olmaz.
Belə dəyişikliklər icra hakimiyyəti orqanları üçün gözlənilən və gözlənilməz, az əhəmiyyətli
və əhəmiyyətli, mənfi və müsbət ola bilərlər.
151
Ə
gər baş verən dəyişikliklər cəmiyyət üçün müsbət və əhəmiyyətli xarakter
daşıyırlarsa, onda icra hakimiyyəti orqanların bu şəraitdə fəaliyyəti belə dəyişikliklərin
dəstəklənməsinə və inkişafına yönəlməlidir.
Və əksinə, baş verən (vermiş) dəyişikliklər cəmiyyət üçün mənfi və qeyri-adi xarakter
daşıyırlarsa, onda icra hakimiyyəti orqanların fəaliyyəti bu cür dəyişikliklərin qarşısının
alınmasına yönəlməlidir və yaranmış vəziyyətin tezliklə normallaşdırılması vəzifəsi yaranır.
Ə
gər bu dəyişikliklər nəzarət edilməz xarakter alırlarsa və adi tədbirlərlə onların qarşısının
alınması mümkün deyilsə, belə hallarda icra hakimiyyəti orqanları tərəfindən adi dövlət
idarəetmə təsir tədbirlərindən əsaslı surətdə fərqlənən xüsusi dövlət idarəetmə tədbirlərindən
istifadə edirlər.
Cəmiyyətin inkişafı özü-özlüyündə mürəkkəb və ziddiyyətli prosesdir. Bizim
cəmiyyətin həyat fəaliyyətinin müəyyən mərhələlərində təbiət və cəmiyyət arasındakı
ziddiyyətlərin artması və kəskinləşməsi baş verir. Öz növbəsində bu da etnik və sosial, siyasi
və hərbi toqquşmaların, ekoloji fəlakətlərin, iri miqyaslı sənaye qəzaların və s. yaranmasına
gətirir. Fövqəladə vəziyyət insanların həyat və sağlamlığı üçün təhlükə yaradır, külli
miqdarda maddi və mənəvi dəyərlərin məhv edilməsi üçün şərait yaradır.
Fövqəladə vəziyyət dedikdə şəxsiyyətin, cəmiyyətin və dövlətin əsas həyati
maraqlarına, təhlükəsizliyinə təhlükə yaradan və özünün nizama salınması üçün adi şəraitdə
tətbiq edilənlərdən fərqli olaraq, başqa normativ təsiri, başqa idarəetmə sistemini tələb edən,
cəmiyyət üçün təhlükəli olan amillərin məcmusudur.
Yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması durmadan müxtəlif tədbirlərin, ən
ə
vvəl isə hüquqi, təşkilati, iqtisadi, maddi texniki tədbirlərin görülməsini tələb edir.
Bu tədbirlərin məcmusu xüsusi inzibati-hüquqi rejimlərin anlayışını aşağıdakı kimi
xarakterizə edirlər.
Beləliklə, xüsusi inzibati-hüquqi rejim dedikdə, dövlət idarəetməsinin müvafiq
sahələrində mənfi halların (hadisələrin) aradan qaldırılmasına yönəlmiş və inzibati-hüquqi
normaların əsasında icra hakimiyyəti orqanların xüsusi qaydada fəaliyyət göstərmələri başa
düşülür.
Xüsusi inzibati-hüquqi rejimlərin tətbiq edilməsinin zəruriliyi – məcburi tədbirdir və
icra hakimiyyəti orqanlarının fəaliyyətinin xüsusi hallarına aid edilir.
Hüquq normaların yenidən qurulmasına səbəb olan hüquqi rejimləri fövqəladə rejimlər
adlandırmaq olar. Onlar inzibati-hüquqi rejimin əsasında fərdi nizamlama qurğunu qurarkən
inzibati hüquqda qadağanlara və hakimiyyət-məcburetmə tədbirlərinə aid olan nə varsa
hamısını ″sıxıb çıxarır″. Şəraitin stabilləşməsi üçün göstərişlərə sözsüz əməl edilməsi, bütün
subyektlərin maksimal dərəcədə bir-birinə tabe olunması tələb edilir.
Fövqəladə rejimlər – fövqəladə vəziyyət yaranan ərazidə əhalinin həyatı, sahibkarlığın
və hakimiyyət orqanlarının fəaliyyətinin həyata keçirilməsinin xüsusi hüquqi rejimləridir.
Onların əsas məzmunu ərazidə fəaliyyət göstərən subyektlərin hüquqi statusunu
dəyişdirməkdən, vəziyyətin nizama salınması üçün müxtəlif tədbirlərin tətbiq edilməsindən
ibarətdir.
Bu və ya digər fövqəladə rejimin seçilməsi yaranmış vəziyyətin gərginliyindən və
kəskinliyindən asılıdır. Bu zaman aşağıdakı amilləri nəzərə almaq lazımdır:
-
təhlükəsizliyə doğru yönəlmiş təhlükənin gərginlik dərəcəsi;
-
fövqəladə proseslərin vaxt amili;
-
əhatə miqyası;
152
-
ictimai həyatın müxtəlif sahələrinə təhlükənin göstərdiyi təsir;
-
nəticələrin müxtəlifliyi, onların zəncirvari xüsusiyyəti.
Səlahiyyətli orqan fövqəladə vəziyyəti qiymətləndirərkən vəziyyətin stabilliyini,
təhlükənin aradan qaldırılmasını və normal həyat fəaliyyətinin bərpa olunmasını təmin edə
bilən hüquqi alətlər seçməlidir.
nzibati-hüquqi rejim – hüquqi təsir etmənin imperativ metodu vasitəsilə ifadə olunan
inzibati-hüquqi nizamlama vasitələrinin məcmusudur. Bu zaman hüquq münasibətlərinin
subyektləri müxtəlif hüquqi statusa malikdirlər. Hüquqi təsir isə ″hakimiyyət – tabeçilik″
ə
sasında həyata keçirilir. Bu zaman hüquqi göstərişlər hakimiyyət səlahiyyətinə malik olan
subyekt tərəfindən verilir və bununla da subordinasiya və tabeçilik münasibətləri yaranır.
Müxtəlif inzibati-hüquqi rejimlərin fəaliyyətinə gəldikdə isə, onlar bir-birindən
fərqlənə bilər. Bu isə müxtəlif sayda qadağanların, öhdəliklərin və ya imtiyaz və icazələr
sisteminin mövcudluğunda ifadə olunur. Onlar vətəndaşların və təşkilatların subyektiv
hüquqlarının realizəsi imkanlarının istifadə olunması azadlığın həcmi ilə, vətəndaşların və
təşkilatların konstitusion statusundakı dəyişikliklərin dərinliyi ilə, dövlət idarəetmə
orqanların funksional vəzifələrin sayı ilə, tətbiqinin vaxtı, ərazisi və sair ilə fərqlənirlər.
nzibati-hüquqi rejim – vətəndaşların və hüquqi şəxslərin qanunvericilik qaydasında
müəyyən edilmiş fəaliyyətləri, hərəkət və ya davranışları qaydalarının məcmusu, həmçinin də
müəyyən şəraitdə (vəziyyətdə) onlar tərəfindən öz hüquqlarının həyata keçirilməsi qaydası və
dövlətin müdafiəsi və suverenliyinin, təhlükəsizlik maraqlarının və ictimai qaydanın
qorunmasının təmin edilməsi və mühafizə edilməsi məqsədi ilə xüsusi yaradılmış dövlət
idarəetmə orqanlarının fəaliyyətidir.
nzibati-hüquqi rejimlərin aşağıdakı növləri mövcuddur:
1.
Dövlət əhəmiyyətli rejimlər:
-
ölkənin müdafiə rejimi;
-
ölkənin səfərbərlik sisteminin təmin edilməsi rejimi;
-
hərbi vəziyyət recimi;
-
dövlət sərhəddinin mühafizəsi rejmi;
-
fövqəladə vəziyyət rejimi;
-
gömrük rejimi;
-
məxfiçilik rejimi.
2.
Ərazi meyarlarına görə:
-
ümumdövlət miqyasında;
-
inzibati ərazi vahidi miqyasında;
-
ekoloji fəlakət zonası.
3.
Nizamlama predmetinə görə:
-
fəaliyyət növünün rejimi;
-
ayrı-ayrı obyektlərin rejimi;
-
müxtəlif sənədlərin rejimi.
4.
Zamanda təsirinə görə:
-
daimi;
-
müvəqqəti (vəziyyətlə əlaqədar olaraq);
-
ekstremal şərait ilə əlaqədar tətbiq edilən recimlər;
nzibati-hüquqi rejimlərin yaradılmasında və həyata keçirilməsində aşağıdakılar böyük
rol oynayır:
153
-
normativ-hüquqi əsaslar;
-
təşkilati tədbirlər;
-
maddi-texniki tədbirlər.
Normativ-hüquqi əsaslar dedikdə müxtəlif qanun və qanunqüvvəli aktlar nəzərdə
tutulur ki, onlara əsaslanaraq icra hakimiyyəti orqanları inzibati-hüquqi rejimlərin tətbiqinə
dair qərar qəbul edirlər. Məsələn: Azərbaycan Respublikası Prezidenti qanuna əsaslanaraq
fövqəladə vəziyyətin tətbiq edilməsi barədə Fərman verir. Öz növbəsində yaradılmış
müvəqqəti idarəetmə orqanı qanun və fərmanı rəhbər tutaraq komendant saatını tətbiq edir.
Təşkilati tədbirlərə isə yeni strukturların yaradılmasını, oybektlərin fəaliyyəti barədə
məlumatların toplanmasını və onların emalını, rejimin fəaliyyətini təmin edən subyektlərin
qarşılıqlı fəaliyyətlərinin kompleks proqramlarının hazırlanmasını və s. aid etmək olar.
Maddi-texniki tədbirlərə isə müxtəlif iqtisadi və maddi-texniki məsələlərin həllini aid
etmək olar. Məsələn, xilas və təmir işlərinin aparılması, zərərçəkənlərə yardımın
göstərilməsi, xüsusi yardım və maliyyə fondların yaradılması, rejimin fəaliyyətini təmin
edən qüvvə və vasitələrin hazırlanması və s.
Azərbaycan Respublikasının Konstitusiyasında iki xüsusi inzibati-hüquqi rejim
barədə xüsusi maddələr mövcuddur:
hərbi vəziyyət rejimi;
fövqəladə vəziyyət rejimi.
Bu rejimlərin hər birini ayrı-ayrılıqda açıqlamaq istərdim:
Hərbi vəziyyət rejimi
Hərbi vəziyyət rejiminin hüquqi əsaslarına Azərbaycan Respublikasının 111-ci
maddəsini və ″Hərbi vəziyyət haqqında″ Azərbaycan Respublikasının 06 yanvar 1994-cü il
tarixli Qanununu aid etmək olar.
Bu Qanun Azə rbaycan Respublikasının Konstitusiyasına, Azə rbaycan
Respublikasının digə r qanunlarına və beynə lxalq öhdə liklə rinə uyğ un olaraq
Azə rbaycan Respublikasının ə razisində hə rbi və ziyyə tin tə tbiq edilmə sinin ə saslarını,
qaydasını və hüquqi nə ticə lə rini müə yyə nləş dirir.
Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi
vəziyyətin tətbiq edilməsi üçün aşağıdakılar əsas ola bilər:
1)
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan
Respublikasında müharibə vəziyyətinin elan olunması;
2)
Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsinin olması;
3)
Azərbaycan Respublikası ərazisinin, yaxud onun ayrı-ayrı yerlərinin xarici dövlət
və ya dövlətlər tərəfindən qurudan, sudan və havadan blokadası, havadan belə blokada üçün
real təhlükənin olması;
4)
xarici dövlətin və ya dövlətlərin Azərbaycan Respublikasına müharibə elan etməsi;
5)
Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsinin faktiki işğalı.
Hərbi vəziyyət Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə tətbiq edilir.
Azərbaycan
Respublikasının
Milli
Məclisi
işlədiyi
dövrdə
Azərbaycan
Respublikasının Prezidenti hərbi vəziyyətin tətbiq edilməsi haqqında fərmanı dərhal
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir. Azərbaycan Respublikasının Milli
Məclisi 24 saat ərzində bu məsələyə dair qərar qəbul edir.
154
Azərbaycan Respublikası Milli Məclisinin iclasları arasındakı dövrdə hərbi vəziyyət
tətbiq edilərsə, Azərbaycan Respublikası Milli Məclisinin sədri dərhal Azərbaycan
Respublikası Milli Məclisinin iclasını çağırır. clasda bu məsələyə dair qərar Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanının Azərbaycan Respublikası Milli Məclisinə
təqdim edildiyi andan ən çoxu 72 saat keçənədək qəbul edilir.
Hərbi vəziyyətin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
fərmanı barədə qərar Azərbaycan Respublikası Milli Məclisi deputatlarının tərkibinin azı
üçdə ikisindən ibarət səs çoxluğu ilə qəbul edilir.
Azərbaycan Respublikası Prezidentinin hərbi vəziyyət tətbiq edilməsi haqqında
fərmanı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilməzsə, həmin fərman
dərhal qüvvədən düşür.
Hərbi vəziyyətin tətbiqi halları aradan qaldırıldıqda və yaxud müharibə aparan dövlət
və ya dövlətlərlə sülh müqaviləsi bağlandıqda Azərbaycan Respublikasının Milli Məclisi öz
təşəbbüsü və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə hərbi vəziyyəti dərhal ləğv
edir.
Hərbi vəziyyətin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
fərmanı qüvvəyə minməsinə azı 6 saat qalmış kütləvi informasiya vasitələri ilə, bu mümkün
deyilsə başqa üsullarla yayılır.
Ə
halinin həyatının və təhlükəsizliyinin qorunması üçün təxirəsalınmaz tədbirlər
görülməsi tələb olunduğu hallarda hərbi vəziyyətin tətbiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin fərmanının yayılması vaxtı Azərbaycan Respublikası Prezidenti
tərəfindən dəyişdirilə bilər.
Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət tətbiq edilən dövrdə
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, başqa
seçkili dövlət orqanlarının, habelə ayrı-ayrı yerlərdə hərbi vəziyyət tətbiq edilən dövrdə
həmin ərazinin seçkili dövlət orqanlarının səlahiyyət müddətləri başa çatdıqda onlar öz
səlahiyyətlərini hərbi vəziyyət ləğv edildikdən sonra Azərbaycan Respublikasının müvafiq
qanunlarında nəzərdə tutulmuş qaydada seçkilər keçirilənədək davam etdirirlər.
Hərbi vəziyyət elan olunan gündən və ya hərbi vəziyyət qurtardıqdan sonra üç ay
ə
rzində referendum təyin edilə və keçirilə bilməz.
Hərbi vəziyyət elan olunduqda referenduma çıxarılmış məsələnin müzakirəsi
dayandırılır və təyin edilmiş referendum başqa vaxta keçirilir.
Hərbi vəziyyətin tətbiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin
fərmanında aşağıdakılar göstərilməlidir:
a) hərbi vəziyyətin tətbiq edilməsinin əsasları;
b) hərbi vəziyyət tədbirlərinin siyahısı və hədləri;
c) hüquq və azadlıqların müvəqqəti məhdudiyyətlərinin tam siyahısı;
ç) hərbi vəziyyət tədbirlərinin həyata keçirilməsi üçün cavabdeh olan dövlət orqanları
və onların səlahiyyətləri;
d) hərbi vəziyyət tətbiq olunan ərazinin sərhədləri;
e) fərmanın qüvvəyə minməsi vaxtı.
Hərbi vəziyyətin tətbiqi ilə bağlı nəzərdə tutulan tədbirlər yaranmış vəziyyətin
kəskinliyindən irəli gələn hüdudlar daxilində həyata keçirilməli və Azərbaycan
Respublikasının qüvvədə olan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə zidd
olmamalıdır.
155
Hərbi vəziyyətin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq hüquqda qəbul
edilmiş yaşamaq hüququnu, fikir, vicdan və din azadlıqlarını, hüquq subyektliyini
məhdudlaşdıra bilməz və işgəncələrin tətbiq edilməsinin, köləliyin və qul alverinin yalnız hər
hansı müqavilə öhdəliyinin yerinə yetirilməsinə görə azadlıqdan məhrum edilmənin, ayrı-
ayrı şəxslərə və ya əhali qruplarına qarşı yalnız irqinə, milliyətinə, cinsinə, dilinə, siyasi
ə
qidəsinə və ya sosial mənşəyinə görə hər hansı ayrı-seçkiliyin qadağan olunmasını və əmələ
görə cəza müəyyən edən və ya cəzanı ağırlaşdıran qanunun geriyə qüvvəsinin tətbiqinin
yolverilməzliyini aradan qaldıra bilməz.
Hərbi vəziyyət tətbiq edilmiş yerlərdə müdafiə, ictimai asayiş və dövlət təhlükəsizliyi
ilə əlaqədar yerli icra və nümayəndəli dövlət orqanlarının səlahiyyətləri Azərbaycan
Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında hərbi komandanlıq tərəfindən həyata
keçirilir.
Daxili işlər və milli təhlükəsizlik orqanlarının hərbi vəziyyət elan edilmiş ərazilərdə
yerləşən qüvvələri həmin ərazinin hərbi komandanlığının tabeliyinə keçir.
Hərbi vəziyyət elan olunduqdan sonra səfərbərlik planlarına müvafiq olaraq silahlı
qüvvələrin hazırlıq vəziyyətinə gətirilməsi və ölkə iqtisadiyyatının və ya onun müəyyən
hissələrinin hərbi vəziyyətə keçirilməsi üçün ümumi və ya qismən səfərbərlik elan olunur.
Səfərbərlik keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilir.
Hərbi vəziyyət dövründə dövlət müstəqilliyini, ərazi bütövlüyünü və əhalinin
təcavüzdən qorunmasını təmin etmək məqsədilə konkret şəraitin kəskinliyi nəzərə alınaraq
Azərbaycan Respublikası Prezidentinin Fərmanında aşağıdakı tədbirlər nəzərdə tutula bilər:
1)
hərəkət sərbəstliyinin məhdudlaşdırılması:
a) günün müəyyən edilmiş vaxtlarında xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq
edən sənədlər olmadan küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsi;
b) xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadıqda hərbi vəziyyət
elan edilən yerlərdə olmağın qadağan edilməsi;
c) hərbi vəziyyət tətbiq edilən əraziyə, habelə hərbi əməliyyatlar bölgəsinə gediş-
gəlişin xüsusi qaydaları;
ç) əhalinin və hüquqi şəxslərin hərbi əməliyyat bölgəsindən evakuasiyası;
d) Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmənin
xüsusi qaydalarının müəyyən edilməsi;
2)
kütləvi informasiya azadlığının məhdudlaşdırılması:
a) senzuranın tətbiq edilməsi;
b) kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırılması haqqında müvafiq
orqanlara təqdimatlar verilməsi;
c) hərbi vəziyyət tətbiq edilmiş ərazidə, hərbi əməliyyatlar bölgəsində, cəbhə boyu
zolaqda kütləvi informasiya vasitəsi məhsullarının yoxlanılması;
ç) hərbi komandanlığın və müvafiq dövlət orqanlarının nümayəndələrinə hərbi
vəziyyətin ehtiyacları üçün kütləvi informasiya vasitələrindən istifadə etməkdə üstünlük
hüququnun verilməsi;
3)
əmək hüquqlarının məhdudlaşdırılması:
a) qüvvədə olan qanunvericiliyə uyğun olaraq əhalinin müdafiə işlərinə, yolların və
vacib obyektlərin mühafizəsinin həyata keçirilməsinə, yanğın, epidemiya və başqa
fəlakətlərlə mübarizə işində iştirak etməyə cəlb edilməsi;
156
b) müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədilə mülkiyyət
formasından asılı olmayaraq istənilən müəssisələrdə işçilərin iş vaxtından artıq işə cəlb
olunması, növbəti məzuniyyətlərin pul ilə əvəz etməklə başqa vaxta keçirilməsi, əmək
müqaviləsinin bağlanması və xitam edilməsi;
c) tətillərin qadağan olunması;
4)
mülkiyyət toxunulmazlığı hüququnun məhdudlaşdırılması:
a) mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin, idarələrin və
təşkilatların ehtiyatlarının hərbi vəziyyətin ehtiyacları üçün səfərbərliyə alınması. Onların iş
reciminin dəyişdirilməsi, fəaliyyətinin zəruri məhsulların istehsalına yönəldilməsi;
b) xüsusi və kollektiv mülkiyyətdə olan nəqliyyat və qoşqu vasitələrinin müəyyən
edilmiş qaydada əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan nəqliyyat və qoşqu
vasitələrinin əvəzsiz olaraq hərbi vəziyyətin ehtiyacları üçün alınması;
5) mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə və kommunal xidməti
müəssisələrinin, kinoteatrların, teatrların, mədəniyyət evlərinin və başqa xidmət
təşkilatlarının iş reciminin dəyişdirilməsi;
6) ərzaq və sənaye məhsullarının norma ilə buraxılması yaxud ticarətin xüsusi
qaydalarının müəyyən edilməsi;
7) əhalinin mülki müdafiə hazırlığı ilə əlaqədar məcburi tədbirlərin həyata keçirilməsi;
8) təhsil müəssisələrinin fəaliyyətinin yeni reciminin müəyyən edilməsi, yaxud
dayandırılması;
9) dövlət orqanlarına, siyasi partiyalara, həmkarlar ittifaqlarına və ictimai birliklərə
məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılması, təhlükəsizlik baxımından
zərərli hesab edilən əşyaların müvəqqəti alınması;
10) yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişləri, habelə başqa kütləvi
tədbirlərin keçirilməsinin qadağan edilməsi;
11) hərbi vəziyyət şəraitində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane
olan siyasi partiyaların, həmkarlar ittifaqlarının və ictimai birliklərin fəaliyyətinin
dayandırılması haqqında müvafiq orqanlara təqdimatlar verilməsi.
Hərbi vəziyyət dövründə Azərbaycan Respublikası Milli Məclisi öz reqlamentinə
uyğun olaraq iclaslarını davam etdirir.
Hərbi vəziyyət rejiminin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş cinayət, inzibati, intizam və maddi məsuliyyətə səbəb olur.
Hərbi vəziyyət ləğv olunduqda hərbi vəziyyəti təmin edən aktlar hərbi vəziyyətin
qurtarması ilə bir vaxtda əlavə məlumat verilmədən qüvvədən düşür.
Hərbi vəziyyət ləğv edildikdə hərbi vəziyyət qaydasının pozulmasına dair işlərin icraatı
xitam olunur və hərbi vəziyyət qaydasının pozulması üstündə inzibati qaydada həbs edilən
şə
xslər dərhal azad edilir.
Hərbi vəziyyət təbtiq edilən dövrdə Azərbaycan Respublikası Konstitusiyasının 163-
cü maddəsinə uyğun olaraq təsis edilən bütün məhkəmələr fəaliyyətlərini davam etdirirlər.
Bütün məhkəmələrdə mühakimə icraatı Azərbaycan Respublikasının hərbi vəziyyət
tətbiq edilən vaxt qüvvədə olan qanunlarına uyğun aparılır.
Hər hansı fövqəladə məhkəmə formalarının və növlərinin təsis edilməsi, mühakimə
icraatının sürətləndirilmiş və ya fövqəladə növlərindən və formalarından istifadə olunması
qadağandır.
157
Hərbi vəziyyətin tətbiq edildiyi dövrdə Azərbaycan Respublikasının prokurorluq
orqanları Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş qaydada fəaliyyət
göstərir.
Azərbaycan Respublikasının Prezidenti hərbi vəziyyət dövründə vətəndaşların hüquq
və azadlıqlarının vətəndaş hüquqları və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda nəzərdə
tutulan öhdəliklərdən kənara çıxan məhdudiyyətləri, bu məhdudiyyətlərin həcmi və belə
qərarın səbəbləri haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibinə üç gün müddətində
məlumat verilməsi üçün tədbirlər görür.
Dostları ilə paylaş: |