Mövzu № 12: ″″″″ nzibati tənbehlər və onların tətbiq edilmə qaydası″″″″
P L A N :
G R Ş
4.
nzibati tənbehlərin anlayışı və mahiyyəti.
5.
nzibati tənbehlərin sistemi və növləri.
6.
nzibati tənbehlərin tətbiq edilməsinin ümumi qaydaları.
NƏT CƏ
Ə D Ə B Y Y A T:
1.
Azərbaycan Respublikasının Konstitusiyası.
2.
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsi. Bakı, 2000.
3.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Bakı, 2000.
4.
«Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan
Respublikasının Qanunu. 13 mart 1996-cu il.
5.
″ nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22.02.1998-ci il.
6.
″Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının
möhkəmləndirilməsi tədbirləri haqqında″ Azərbaycan Respublikası Prezidentinin
Fərmanı. 09.08.1994.
7.
A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
208
8.
E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
9.
V. Abışov, A. smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ II hissə. Dərs vəsaiti. Bakı,
2006.
10.
E.Abdullayev. ″Vətəndaşların inzibati məsuliyyəti″. Dərs vəsaiti. B.,1992.
11.
″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti. AR D N-in Polis Akademiyası. Bakı, 2002.
12.
E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000.
13.
D.N.Baxrax. ″Administrativnoe pravo Rossii″. Dərslik. M., 2000.
14.
V.R.Kisin. ″Administrativnoe pravonaruşenie: ponətie, sostav, kvalifikaüiə″. Dərs vəsaiti.
Moskva, 1991.
15.
A.M.Staxov. "Administrativnaə otvetstvennostğ”. Dərs vəsaiti. Moskva, 2004
G R Ş
Mühazirənin birinci sualda inzibati tənbehlərin normati anlayışı, nəzəri şərhi veriləcək
və onun mahiyyəti açıqlanaçaqdır.
kinci sualın açıqlanması vasitəsi ilə siz, inzibati tənbehlərin sistemi və növləri barədə
nəzəri biliklər əldə etmiş olacaqsınız. Çünki, təcrübədə yaranmış real vəziyyətdən asılı
olaraq, təqsirkar şəxsə qarşı bu və ya digər tənbeh növü tətbiq edilir. Məhz bu səbəbdən siz,
hansı inzibati tənbehlərin əsas, hansı inzibati tənbehlərin əlavə olmasını öyrənməlisiniz.
Mühazirəmizin üçüncü sualın açıqlanması ilə əldə edəcəyiniz nəzəri biliklərin vasitəsi
ilə siz, gələcək fəaliyyətinizdə qanunvericiliyə müvafiq olaraq bu və ya digər tənbeh
növünün tətbiqini düzgün həyata keçirmiş olacaqsınız.
Gələcək xidməti fəaliyyətinizdə Azərbaycan Respublikası Prezidentinin 09 avqust
1994-cü il ″Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq
qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında″ və 22 fevral 1998-ci il ″ nsan və
vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında″
Fərmanlarından irəli gələn tələblərə riayət etmək üçün mühazirəmizin məzmunu ilə Sizlərdə
hüquqi baza yaranacaqdır.
Sual 1.
nzibati tənbehlərin anlayışı və mahiyyəti
Azərbaycan Respublikasının XM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh
məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda
tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən
yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədilə tətbiq olunur.
nzibati tənbeh inzibati xəta törədilməsinə görə tətbiq edilən inzibati məsuliyyət
tədbiridir. Bu məsuliyyət tədbirləri XM-nin 23-cü maddəsi ilə təsbit olunub. Bunlardan
başqa XM-də başqa təsir tədbirləri də nəzərdə tutulub. Lakin bu o demək deyil ki, XM-nin
209
30-cu fəslində nəzərdə tutulan ğətirilmə (mad. 397), inzibati qaydada tutma (mad. 398), şəxsi
axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama (mad. 402), şeylərin və sənədlərin götürülməsi
(mad. 404) və s. inzibati məcburetmə tətbirləri inzibati tənbeh sayılır. Çünki adları qeyd
edilən tədbirlər XM-nin 396-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatını
təmin etmək üçün müəyyən olunmuş inzibati-prosessual məcburetmə tətbirləridir və onların
tətbiqi inzibati məsuliyyət demək deyil.
nzibati tənbeh həm törədilmiş inzibati xətaya, həm də inzibati xəta törədən şəxsə
qarşı olan mənfi münasibətin nəticəsidir. nzibati xətalara qarşı mübarizədə inzibati
tənbehlərin tətbiq edilməsi vacib olsa da əsas deyil, köməkçi bir vasitədir. nzibati tənbehlər
tətbiq edilərkən inandırma və məcburetmə metodları uzlaşdırılır. Çünki inzibati tənbehlər
inzibati məcburetmə tədbirləri olmaqla yanaşı, eyni zamanda tərbiyəedici xarakterə də
malikdir.
nzibati tənbehlərin tətbiq edilməsinin aşağıdakı məqsədləri mövcuddur:
•
inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək;
•
inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq;
•
başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq.
nzibati tənbehlərin məzmunu inzibati xəta törətmiş şəxsin subyektiv hüquqlarının və
maddi mənafelərinin məhdudlaşdırılmasından ibarətdir.
Belə ki, inzibati həbsin tətbiqi inzibati xəta törətmiş şəxsin azadlığının qısa müddətə
məhdudlaşdırılmasına gətirir, inzibati cərimə, «ödənişlə alınma» və «müsadirə» isə maddi
itkilərlə bağlıdır. Bu tədbirlər dövlət məcburetmə xarakterlidir, çünki onların köməyi ilə
dövlət təqsirli şəxsin arzusundan asılı olmayaraq, onun şəxsi və əmlak hüquqlarını müəyyən
dərəcədə məhdudlaşdırır.
nzibati tənbehlər bir qayda olaraq inzibati xəta törətmiş şəxsə maddi və ya mənəvi
təsirin göstərilməsi ilə ifadə olunur. Bəzi inzibati tənbehlər özündə eyni zamanda mənəvi
məzəmməti, maddi təsiri və inzibati xəta törətmiş şəxsin hüquqlarının müəyyən müddətə
məhdudlaşdırılmasını
uzlaşdırır
(məsələn,
inzibati
həbs,
«…xüsusi
hüququn
məhdudlaşdırılması», inzibati cərimə). Bu sanksiyaların tətbiq edilməsi ilə səlahiyyətli
dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hakimiyyət səlahiyyətləri həyata keçirilir.
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsinin 1.3-cü maddəsinə uyğun
olaraq: ″ nzibati məsuliyyət müəyyən edən və inzibati xətalar törətmiş şəxsin tənbeh
edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir″.
Bu o deməkdir ki, XM ilə nəzərdə tutulmayan hüquqa zidd əməl inzibati xəta deyil və buna
ğ
örə inzibati tənbeh tətbiq edilə bilməz.
nzibati tənbehlər dövlət orqanlarının və vəzifəli şəxslərin geniş dairəsi tərəfindən
tətbiq edilməsində xarakterizə olunur. Bu orqan və vəzifəli şəxslərin dairəsi Azərbaycan
Respublikasının nzibati Xətalar Məcəlləsinin 357-ci maddəsi ilə müəyyən edilib. Bunlara
aiddir: rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar, seçki komissiyaları, Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanları (vəzifəli şəxslər) və Azərbaycan Respublikasının Milli Bankı. Bundan
ə
lavə «Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan
Respublikası Prezidentinin 29 avqust 2000-ci il tarixli Fərmanın 3-cü bəndində inzibati
xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların dəqiq siyahısı ğöstərilmişdir.
nzibati tənbehləri müxtəlif orqan və vəzifəli şəxslər tətbiq etdiyi üçün onlar həm təkbaşına,
210
həm də kollegial qaydada tətbiq olunur. Məsələn, dövlət idarəetmə orqanlarında və
məhkəmələrdə bu məsələ bir qayda olaraq təkbaşına, yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalarda isə kollegial formada həyata keçirilir.
nzibati tənbehlərin tətbiq edilməsi müəyyən hüquqi nəticələr, yəni ″inzibati
məsuliyyətə cəlb olunma vəziyyətini″ yaradır və bu müddətdə yeni inzibati xətanın
törədilməsi inzibati məsuliyyəti ağırlaşdıran hal kimi çıxış edir.
Azərbaycan Respublikası XM-nin 37-ci maddəsinə əsasən, ″inzibati məsuliyyətə cəlb
olunma vəziyyəti″ tənbeh etmə haqqında qərarın icrasının qurtardığı gündən etibarən bir il
ə
rzində davam edir və bu müddət bitdikdə hər hansı dövlət orqanının (vəzifəli şəxsin) xüsusi
qərarı olmadan öz-özünə ləğv olunur. Bu müddət bitdikdə şəxs inzibati məsuliyyətə cəlb
edilməmiş şəxs kimi sayılır.
nzibati tənbehlər səlahiyyətli orqanlar və ya vəzifəli şəxslər tərəfindən xüsusi fərdi
idarəetmə aktların qəbulu yolu ilə tətbiq edilir. Təqsirkarlar törətdikləri xətaya (əmələ) görə
tənbeh edilir. Tətbiq edilən inzibati tənbehlər ədalətli olmalı, əməlin xarakterinə və inzibati
xəta törətmiş şəxsin şəxsiyyətinə müvafiq olmalıdır. nzibati tənbehin ″ağırlığı″ törədilən
ə
məlin (xətanın) ″ağırlığından″ asılıdır.
Tənbehlər hüquq qaydasını dolayı yolla müdafiə edir, yəni onlar hüquqi vəzifələrin
bilavasitə icrasını təmin edə bilmir, lakin əlavə vəzifələri müəyyən edərək vətəndaşın
hüquqlarını məhdudlaşdırır və gələcəkdə şəxs tərəfindən qanunun tələblərini pozmamağa və
onu nümünəvi davranışa həvəsləndirir.
Birinci sualı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki, bu sualda biz aşağıdakı
kimi müddəaları açıqladıq:
1.
nzibati tənbeh Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi
ə
sasında səlahiyyətli dövlət orqanı və ya vəzifəli şəxslər tərəfindən inzibati xəta törətmiş
şə
xsə qarşı tətbiq edilən təsir (tənbeh) tədbiridir.
2.
nzibati tənbehlər inzibati xəta törətmiş şəxslərin «tənbehetmə» funksiyalarını
yerinə yetirən inzibati məcburetmə tədbirlərin növlərindən biridir.
3.
nzibati tənbehlərin tətbiq edilməsinin məqsədləri inzibati xəta törətmiş şəxsi
qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs,
həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasından
ibarətdir.
4.
nzibati tənbehlərin məzmunu şəxsin müəyyən hüquq və maddi mənafelərinin
məhdudlaşdırılmasından ibarətdir.
5.
nzibati tənbehlər inzibati xətalar qanunvericiliyi ilə səlahiyyət verilmiş müvafiq
dövlət orqanları və ya vəzifəli şəxslərin geniş dairəsi tərəfindən tətbiq olunur.
6.
nzibati tənbehlərin tətbiq edilməsi nəticəsində ″inzibati məsuliyyətə cəlb olunma
vəziyyəti″ yaranır. Bu isə tənbeh etmə haqqında qərarın icrasının qurtardığı gündən bir il
ə
rzində davam edir və bu müddət keçdikdən sonra avtomatik olaraq ləğv olunur.
Sual 2.
nzibati tə nbehlə rin sistemi və növlə ri
Qanunvericikdə nəzərdə tutulmuş inzibati tənbehlər məzmun baxımından fərqlidir. Bu
isə öz növbəsində inzibati xətaların xarakterini və təqsirli şəxsin şəxsiyyətini nəzərə almaqda
onlara qarşı ədalətli tənbehin tətbiq edilməsinə imkan verir.
211
Azərbaycan Respublikasının XM-nin 23-cü maddəsinə əsasən inzibati xətaların
törədilməsinə görə aşağıdakı inzibati tənbehlər tətbiq oluna bilər:
1.
Xəbərdarlıq ( XM-nin 24-cü mad.)
2.
nzibati cərimə ( XM-nin 25-ci mad.)
3.
nzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin ödənişlə alınması ( XM-nin 26-cı mad.)
4.
nzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin müsadirəsi ( XM-nin 27-ci mad.)
5.
nzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun
məhdudlaşdırılması (ov etmək hüququ, nəqliyyat vasitəsini idarəetmə hüququ) ( XM-nin 28-
ci mad.)
6.
Əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxartma ( XM-nin 29-cu mad.)
7.
nzibati həbs ( XM-nin 30-cu mad.)
Göstərilən maddədə inzibati tənbehlər öz xarakterinə ğörə və tətbiq olunacaq
subyektlərin dairəsindən asılı olaraq sistemləşdirilmişdir. Burada qanunverici inzibati
tənbehləri həm təsir dərəcəsinə, həm də təsir nəticəsinə ğörə «yünğüldən» «ağıra» doğru
ardıcıllıqla düzmüşdür. Bununla da inzibati tənbehləri tətbiq edən orqan və vəzifəli şəxsdə
təqsirli şəxsə qarşı ədalətli və məqsədəuyğun tənbeh növünün seçilməsinə imkan yaranır. Bu
zaman törədilmiş xətanın xarakteri, onu törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi,
ə
mlak vəziyyəti, həmçinin məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınır.
nzibati xəta törətmiş şəxslərə qarşı tətbiq olunan digər məcburetmə təsir tədbirləri inzibati
tənbehlərə aid edilmir.
nzibati xəta haqqında işə baxan orqan inzibati xətaya görə məsuliyyəti müəyyən edən
normativ aktın maddəsinin sanksiyasında göstərilən inzibati tənbehi tətbiq edə bilər.
Azərbaycan Respublikasının XM-nin 23-cü maddəsində göstərilmiş inzibati tənbeh
növlərindən bəziləri, qanunda dəqiq göstərilmiş müəyyən kateqoriya şəxslərə tətbiq oluna
bilməz (məsələn, inzibati həbs hamilə qadınlara qarşı və s. kateqoriya şəxslərə tətbiq oluna
bilməz).
Qüvvədə olan inzibati xətalar qanunveriçiliyi inzibati tənbehləri mütləq, nisbi
müəyyən və alternativ növlərə bölür. Birinciyə misal olaraq, Azərbaycan Respublikasının
XM-nin 149.1-ci maddəsini göstərmək olar: Trolleybusda, tramvayda, şəhər və şəhərətrafı
avtobuslarda, marşrut taksisində sərnişinlərin biletsiz getməsinə görə şərti maliyyə
məbləğinin üç misli miqdarında cərimə edilir. kinciyə misal olaraq, Azərbaycan
Respublikasının XM-nin 149.2-ci maddəsini göstərmək olar: Dəmir yolu nəqliyyatında
sərnişinlərin biletsiz getmələrinə görə onlar şərti maliyyə vahidi məbləğinin on beş mislindən
otuz mislinədək miqdarda cərimə edilir. Üçüncüyə misal olaraq XM-nin 69-cu maddəsində
ğ
östərilən xırda talamanı ğöstərmək olar: « … özğəsinin əmlakını talamağa görə - şərti
maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək cərimə edilir və ya işin hallarına ğörə,
xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət saylmadıqda isə on
beş günədək müddətə inzibati həbs tətbiq edilir».
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində inzibati tənbehlərin
ə
sas və əlavə növləri göstərilmişdir:
Xəbərdarlıq, inzibati cərimə və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri
kimi tətbiq edilir.
212
nzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin ödənişlə alınması, yaxud müsadirəsi, inzibati xəta törətmiş fiziki şəxsin ona
verilmiş xüsusi hüququnun məhdudlaşdırılması, əcnəbilərin və ya vətəndaşlığı olmayan
şə
xsləri Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma həm
ə
sas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.
Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh təbtiq edilə bilər.
Sanksiya alternativ kimi göstərilən hallarda (məsələn, XM-nin 346.1-ci maddəsinin
sanksiyası «… silah və döyüş sursatı ödənişlə alınmaqla və ya alınmamaqla şərti maliyyə
vahidinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.) inzibati xəta
haqqında işə baxan orqan işin hallarına görə əlavə tənbeh növünü tətbiq edə və ya tətbiq
etməyə bilər. Əgər xüsusi hissənin maddəsi əsas tənbehlə birlikdə əlavə tənbehi də tətbiq
etməyə məcbur edirsə, belə hallarda həmin orqan əlavə tənbehi tətbiq etməkdən yayına
bilməz (məsələn, XM-nin 346.2-ci maddəsinin sanksiyası «… silah və döyüş sursatı
ödənişlə alınmaqla və ya müsadirə edilməklə şərti maliyyə vahidinin otuz mislindən qırx
mislinədək miqdarda cərimə edilir.).
nzibati xətanın törədilməsinə görə əsas tənbeh növlərindən yalnız biri tətbiq edilə
bilər. ki əsas tənbeh növünün eyni zamanda tətbiq olunması yolverilməzdir.
nzibati tənbehlərin sistemi ilə yanaşı onun növlərinə diqqət yetirək.
Azərbaycan Respublikasının XM-nin 24-cü maddəsinə əsasən:
Xəbərdarlıq inzibati tənbeh növü olmaqla hüquqazidd əməlin yolveril-məzliyi barədə
şə
xslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir.
Xəbərdarlıq tərbiyəvi xarakterli inzibati tənbeh növlərindən biridir. Xə-bərdarlıq
ə
sasən cüzi inzibati xətalar törədildikdə təqsirli şəxslərə qarşı tətbiq olunur. Xəbərdarlıq
nzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində göstərilən sanksiya ilə
nəzərdə tutulan hallarda tətbiq oluna bilər.
Ə
ksər hallarda xəbərdarlıq sanksiyalarda inzibati cərimə ilə alternativ olaraq nəzərdə
tutulur. Bununla belə, qanunvericilik səlahiyyətli subyektlərə törədilmiş inzibati xətanın az
ə
həmiyyətli olmasından irələi gələrək sanksiyada nəzərdə tutulmayan xəbərdarlıq tənbeh
növünün təqsirli şəxslərə tətbiqinə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad etməyə yol
verir ( XM-nin 21-ci mad.).
Xəbərdarlığın tətbiq edilməsi digər inzibati tənbehin tətbiq edilməsinə bərabərdir və
təqsirli şəxs üçün müvafiq hüquqi nəticələr yaradır. Bu tənbehə cəlb olunmuş şəxs tənbehin
icrasının qurtardığı gündən bir il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş şəxs sayılır
( XM-nin 37-ci mad.).
Qüvvədə olan qanunvericilik xəbərdarlıq kimi inzibati tənbehin tətbiqinin yazılı
formasını nəzərdə tutur. nzibati xəta haqqında işə baxan orqan (vəzifəli şəxs) tərəfindən bu
tənbehin tətbiqi haqqında qərar çıxarılır.
Azərbaycan Respublikasının XM-nin 25-ci maddəsinə əsasən:
nzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan
pul məbləğidir.
nzibati cərimənin aşağıdakı meyarları vardır:
-
inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilən şərti maliyyə vahidinin miqdarı;
213
-
inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin dəyəri;
-
inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan,
lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği.
nzibati xətalara görə, alınan cərimənin miqdarı şərti maliyyə vahidinin 3 (üç)
mislindən az ola bilməz.
Şərti maliyyə vahidi ilə hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan
inzibati cərimənin miqdarı şərti maliyyə vahidinin qırx mislindən, vəzifəli şəxslərdən alınan
inzibati cərimələrin miqdarı şərti maliyyə vahidinin doxsan mislindən, hüquqi şəxslərdən
alınan inzibati cərimələrin miqdarı şərti maliyyə vahidinin üç yüz mislindən artıq ola bilməz.
nzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin
miqdarı həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin
məbləği ilə ölçülən cərimənin miqdarı isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən
artıq ola bilməz.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan
Respublikasının dövlət büdcəsinə keçirilir.
Hüquqi məsuliyyət tədbiri kimi cərimə yalnız inzibati hüquqda yox, həm də digər
hüquq sahələrində (cinayət hüqüqü, mülki hüquq və s.) geniş tətbiq olunur. Məhz bu
səbəbdən də aydınlıq üçün ona ″inzibati″ sözü əlavə edilmişdir.
nzibati cərimə əmlak xarakterli inzibati tənbeh növüdür. O təqsirli şəxsin əmək
haqqının, əmlakının və ya başqa gəlirinin bir hissəsinə müvafiq ölçüdə olan və dövlətin
xeyrinə məcburi tutulan pul məbləğidir. nzibati cərimə qanunvericilik tərəfindən inzibati
tənbeh növü kimi əksər inzibati xətalara görə nəzərdə tutulub. Cərimə növündə inzibati
tənbeh təqsirli şəxsin şüuruna təsir edərək, hər şeydən əvvəl onun əmlak maraqlarını
məhdudlaşdırır. Cərimənin «ağırlığının» əsas göstəricisi onun miqdarıdır.
Qanunvericilik bu tənbehin «yuxarı» və «aşağı» həddini müəyyən etmişdir. XM-nin
Xüsusi hissəsində nəzərdə tutulmuş konkret növ inzibati xətalara görə məsuliyyəti nəzərdə
tutan müvafiq normaların sanksiyalarında inzibati cərimənin miqdarı inzibati xətanın ictimai
təhlükəlilik dərəcəsindən irəli gələrək müəyyən edilir. Bu zaman cərimənin miqdarı normada
nəzərdə tutulmuş inzibati xəta üçün müəyyən edilmiş «yuxarı» həddən artıq ola bilməz.
Məcəllənin Xüsusi hissəsinin normaları əsasən nisbi müəyyən edilmiş sanksiyalardan
ibarətdir. Həmin sanksiyalarda inzibati cərimənin həm «yuxarı», həm də «aşağı» miqdarı
göstərilmişdir. Qanunun bu müddəası səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati cərimənin
miqdarını müəyyən edərkən törədilmiş inzibati xətanı və təqsirkarın şəxsiyyətini xarakterizə
edən bütün halları nəzərə almaga imkan verir.
nzibati cərimə əsas inzibati tənbeh növüdür. O digər tənbehlərin əvəzedicisi kimi
tətbiq edilə bilməz. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda cərimə əlavə inzibati
tənbehlərlə birlikdə tətbiq edilə bilər. Məsələn, XM-nin 343-cü maddəsinin sanksiyası «…
inzibati xətanın törədilməsində bilavasitə obyekt olmuş predmetlər müsadirə edilməklə və ya
edilməməklə şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə
edilir.»
nzibati cərimənin tətbiq edilməsi zamanı işə baxan orqan (vəzifəli şəxs) tərəfindən
qərar çıxarılır. nzibati Xətalar Məcəlləsinin 412-ci maddəsində göstərilmiş hallarda inzibati
cərimə inzibati xətanın törədildiyi yerdə protokol tərtib edilmədən tətbiq edilir və alınır.
Bunu ücün aşağıdakı şərtlər vacibdir:
214
•
törədilmiş inzibati xətaya ğörə inzibati tənbeh növü kimi xəbərdarlıq və ya inzibati
cərimənin miqdarı şərti maliyyə vahidinin səkkiz mislindən (44 000 manat) artıq olmasın;
•
təqsirkar ona qarşı tətbiq edilən inzibati cərimə ilə razılaşsın;
•
inzibati cəriməni yerində ödəməyə imkanı olsun.
Ğ
östərilən hallardan biri olmadıqda inzibati xəta haqqında protokol tərtib edilir.
nzibati xəta törədildiyi yerdə inzibati cərimə tutulduqda fiziki şəxsə müəyyən edilmiş
nümunədə qəbz verilir. Qəbzdə nzibati Xətalar Məcəlləsinin 452-ci maddəsində ğöstərilən
məlumatlar öz əksini tapmalıdır.
Azərbaycan Respublikasının XM-nin 26-cı maddəsinə əsasən:
nzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmet ödənişlə, məcburi qaydada alınır, sonra satılır və əldə edilən məbləğ həmin
predmetin satılması ilə əlaqədar xərclər çıxıldıqdan sonra onun keçmiş sahibinə verilir.
nzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin ödənişlə alınması hakim tərəfindən tətbiq edilir.
Ə
sas dolanacaq mənbəyi ov olan şəxslər barəsində odlu silahın, döyüş sursatının və
digər ov alətinin ödənişlə alınması tətbiq edilə bilməz.
Predmetin ödənişlə alınması qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər
qanunvericiliyi ilə müəyyən edilir.
«Ödənişlə alınma» əmlak xarakterli inzibati tənbehdir və yalnız xətanın
törədilməsində alət kimi istifadə edilən və ya inzibati xətanın bilavasitə obyekti olan
predmetlərin sahibləri barəsində tətbiq edilə bilər. Azərbaycan Respublikasının XM-nin
404-cü maddəsinə əsasən təqsirkar şəxsə məxsus olan predmetlərin məcburi qaydada
ğ
ötürülməsi inzibati tənbeh sayılmır.
Məzmununa görə «predmetin ödənişlə alınması» üç qarşılıqlı əlaqəli hərəkətlərdən
ibarətdir:
1.
hüquqpozan şəxsdən predmetin məcburi alınması;
2.
bu predmetin satılması;
3.
alınmış predmetin satılması ilə əlaqədar xərclər çıxıldıqdan sonra əldə edilən məbləğin
keçmiş sahibinə qaytarılması.
«Ödənişlilik» əlamətinə görə bu alınma digər inzibati tənbehdən, inzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsindən
fərqlənir. Müsadirə olunmuş predmetlər ödənişsiz olaraq dövlətin mülkiyyətinə keçirilir.
Predmetin ödənişlə alınması həm əsas, həm də əlavə inzibati tənbeh növü kimi tətbiq
edilə bilər.
Bununla yanaşı, qanunverici bu inzibati tənbehin tətbiq edilməsində məhdudiyyətlər
də qoyur. Odlu silahın və döyüş sursatının ödənişlə alınması, əsas dolanacaq mənbəyi ov
olan şəxslər barəsində tətbiq edilə bilməz.
Bu növ inzibati tənbehin tətbiq edilməsi yalnız hakim tərəfindən tətbiq edilə bilər.
Azərbaycan Respublikasının XM-nin 27-ci maddəsinə əsasən:
nzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu
Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada
və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir.
nzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir.
215
Ə
sas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov
alətləri müsadirə edilə bilməz.
Müsadirənin tətbiqi qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər
qanunvericiliyi ilə müəyyən edilir.
nzibati tənbeh növü kimi tətbiq olunan «müsadirə» inzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişsiz və məcburi qaydada
dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Təqsirkar şəxsin yalnız xüsusi mülkiyyətində
olan predmet müsadirə oluna bilər. Müsadirənin tətbiq edilməsinin bu qaydasından başqa
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər qaydalar da
mövcuddur. Məsələn, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 237-ci maddəsinin
4-cü hissəsinə əsasən, «bilavasitə gömrük qaydalarının pozulması obyekti olan malların və
nəqliyyat vasitələrinin… müsadirəsi».
nzibati qaydada müsadirəni cinayət hüququnda cəza kimi tətbiq edilən müsadirədən
fərqləndirən əlamətlər aşagıdakılardır:
- xüsusi mülkiyyətdə olan predmetin müsadirəsi cinayətə görə yox, yalnız inzibati
xətaya görə tətbiq edilir;
- inzibati qaydada tətbiq edilən müsadirədə yalnız inzibati xətanın törədilməsində alət
və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet dövlətin mülkiyyətinə keçirilir (odlu
ov silahı, ev şəraitində istehsal edilmiş alkoqollu içkilər və s.), cinayət qaydasında isə
təqsirləndirilən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələri, habelə cinayət yolu
ilə əldə etdiyi mülkiyyəti müsadirə olunur;
- cinayət hüququnda tətbiq edilən müsadirədən fərqli olaraq inzibati tənbeh kimi tətbiq
edilən müsadirə həm əsas, həm də əlavə tənbeh növü kimi tətbiq oluna bilər. Cinayət
qaydasında tətbiq edilən müsadirə yalnız əlavə cəza tədbiri kimi tətbiq edilir (Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 43.3-cü maddəsi).
Müsadirəni «ödənişlə almadan» və digər inzibati təsir tədbirindən fərqləndirmək
lazımdır. Belə ki, predmetin «ödənişlə alınması» onun dəyərinin keçmiş sahibinə
qaytarılmasında, müsadirədə isə ödənişsiz dövlətin mülkiyyətinə keçməsində ifadə olunur.
nzibati xətaya görə tətbiq olunan müsadirə Azərbaycan Respublikasının XM-nin
404-cü maddəsində göstərilən əşya və sənədlərin ğötürülməsi kimi inzibati-prosessual təmin
etmə tədbirindən fərqlənir. Prosessual məqsədlə ğötürülən əşya və sənədlər (inzibati xətanın
qarşısının alınması, işə vaxtında və düzgün baxılmasının təmin olunması, işlər üzrə
qərarların icrası məqsədilə) işə baxılana qədər saxlanılır və işin nəticələrindən asılı olaraq ya
müsadirə olunur, ya sahibinə qaytarılır, yaxud da məhv edilir.
Müsadirə əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər
ov alətləri barədə tətbiq edilə bilməz.
nzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir.
Müsadirə haqqında qərarın icrası daxili işlər orqanları, Ekoloğiya və Təbii Sərvətlər
Nazirliyi, gömrük orqanları, «Azərbayan Hava Yolları» Dövlət Konserni və səlahiyyət
verilmiş digər orqanlar (vəzifəli şəxslər) tərəfindən həyata keçirilir.
Müsadirə dövlət mülkiyyətinə keçməli olan predmetin dəyərini ödəməklə əvəz oluna
bilməz.
Azərbaycan Respublikasının XM-nin 28-ci maddəsinə əsasən:
216
Verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozmağa
görə fiziki şəxsin həmin hüququ iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.
Nəqliyyat vasitələrini sərxoş halda idarəetmə halları istisna olmaqla, nəqliyyat
vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitələrini idarəetmə
hüququ məhdudlaşdırıla bilməz.
Məcəllənin 151.2-ci, 151.3-cü, 151.4-cü, 155.3-cü və 156-cı maddələrində müəyyən
edilmiş balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 10 və
daha çox bal topladıqda, inzibati cərimə təbtiq edilmədən onların nəqliyyat vasitələrini idarə
etmək hüququ məhdudlaşdırılır.
Ə
sas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz.
Bu inzibati tənbeh mahiyyəticə təqsirkar şəxsin müəyyən fəaliyyətlə məşğul olma və
ya təbiətdən istifadə etmə kimi hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Qanunverici
bu tənbehin tətbiq edilməsi ilə təqsirkar şəxsdə yalnız nəqliyyat vasitələrinin idarəetmə
hüququnu və ov etmək hüququnu məhdudlaşdırır.
Belə xüsusi hüququn verilməsi bir sıra məcburi şərtlərin olmasını ön plana çəkir.
Ə
sasən bu nəqliyyat vasitəsinin idarəetməsi ilə bağlıdır. Yüksək təhlükə mənbəyi olan
nəqliyyat vasitəsinin idarəedilməsi şəxsdə müəyyən sürüçülük vərdişlərinin olmasını, yol
hərəkəti qaydalarının bilməsini, müvafiq sağlamlıq vəziyyətinin olmasını tələb edir.
Qanunvericilik xüsusi biliklərin məcburi yoxlanılmasını (nəzərəi imtahan, texniki vərdişləri)
nəzərdə tutur. Bu xüsusi hüquqların verilməsi müvafiq sənədlə təsdiq edilir (sürücülük
vəsiqəsi, ovçu bileti).
Xüsusi hüququn məhdudlaşdırılması əsasən yol hərəkəti qaydalarını və nəqliyyatdan
istifadə qaydalarını kobud şəkildə və ya müntəzəm pozmağa görə nəqliyyat vasitələrinin
sürücüləri barəsində tətbiq edilir. Hərəkət təhlükəsizliyinin təmin edilməsinin təsirli vasitəsi
olaraq nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması hüquqi
məhdudiyyətlərlə əlaqəli olan tənbeh növüdür. Bu inzibati tənbehin tətbiq edilməsi sürücü
üçün müəyyən olunmuş müddət ərzində nəqliyyat vasitələrinin idarə edilməsini qadağan
edir. Nəzərə almaq lazımdır ki, bu tənbehin qüvvəsi avtomobil, traktor və digər özüyeriyən
maşın, tramvay və trolleybusları, motosiklləri və digər mexaniki nəqliyyat vasitələrini idarə
edən sürücülər tərəfindən müəyyən edilmiş qaydaların kobud və ya müntəzəm şəkildə
pozmalarına aid edilir.
Bu inzibati tənbehin tətbiqi zaman törədilmiş inzibati xətanın xarakteri və inzibati
xətanın xüsusi subyektinin (sürüçünün) şəxsiyyəti, onun əmlak vəziyyəti, təqsirinin dərəcəsi
habelə məsuliyyəti yünğülləşdirən və agırlaşdıran hallar nəzərə alınır. Qanunverici bu
tənbehin tətbiqini rayon (şəhər) məhkəmələrinə, Daxili şlər Orqanlarına, Ekoloğiya və Təbii
Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi yanında olan
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına həvalə edib.
Araşdırdığımız tənbehin digər forması ov etmək hüququndan məhrum etmədir. Bu
yalnız müəyyən ov qaydalarının pozulmasına görə nəzərdə tutulur. Məsələn, Azərbaycan
Respublikasının XM-nin 111.2-ci maddəsi «Ov qaydalarının kobut şəkildə pozulmasına
(lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş müddətlərdə,
qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə diğər ov qaydalarının
müntəzəm pozulmasına ğörə … ». Göstərilən maddəyə əsasən əsas dolanacaq mənbəyi ov
olan şəxslərə qarşı ov etmə hüququnun məhdudlaşdırılması kimi tənbeh tətbiq edilə bilməz.
Bu inzibati tənbehi tətbiq etmək hüququ yalnız rayon (şəhər) məhkəmələrindədir.
217
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsinin 29-cu maddəsinə deyilir:
«Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxartma tətbiq edilir».
Azərbaycan Respublikası hüdudlarından kənara inzibati qaydada çıxartma milli
təhlükəsizliyin təmin olunması, ictimai qaydanın qorunması, əhalinin səhhəti, hüquqları və
mənafelərinin qorunması zərurəti yarandıqda, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan
şə
xslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyin tələbləri kobud surətdə pozulduqda
ə
cnəbilər və vətənlaşlığı olmayan şəxslərə bir gündən yeddi günədək müddətdə müvafiq
dövlət orqanlarının qərarlarına əsasən tətbiq edilir.
Araşdırdıqımız inzibati tənbeh həm də 13.03.1996-cı il tarixli ″Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında″ Azərbaycan Respublikasının
qanunu ilə də nəzərdə tutulmuşdur.
Belə ki, bu qanunun 27-ci maddəsində deyilir ki, əcnəbilər və vətəndaşlığı olmayan
şə
xslərin Azərbaycan Respublikası hüdudlarından çıxartma Azərbaycan Respublikasının
nzibati Xətalar Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir.
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərarda müəyyən olunmuş
müddətdə ölkəni tərk etməlidirlər.
Ə
ks halda boyun qaçıran əcnəbi və vətəndaşlıgı olmayan şəxslər barəsində
Azərbaycan Respublikasının Baş Prokurorunun və Naxçıvan Muxtar Respublikasının
Prokurorunun təqdimatı əsasında müvafiq məhkəmə sanksiyası ilə tutulur və məcburi
qaydada ölkənin hüdudlarından kənara çıxarılır.
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma
haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarı daxili işlər orqanları tərəfindən
icra edilir.
Azərbaycan Respublikasının ərazisindən inzibati qaydada çıxarılan əcnəbilərin və ya
vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu
şə
xslərin çıxarılması üçün onların vəsaitləri olmadıqda belə xərclərin ödənilməsi onları qəbul
edən idarə, müəssisə və təşkilatların, Azərbaycan Respublikasında yaşayan və ya şəxsi işlə
bağlı olaraq Azərbaycan Respublikasına gələn əcnəbilərlə və ya vətəndaşlığı olmayan
şə
xslərlə əlaqədar isə bu xərclərin ödənilməsi Azərbaycan Respublikasının D N-in üzərinə
düşür.
Ə
cnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası hüdudlarından
kənara çıxarılma haqqında qərardan məhkəməyə şikayət vermək hüququna malikdirlər.
Ş
ikayətin verilməsi qərarın icrasını dayandırmır.
Azərbaycan Respublikası XM-nin 30-cu maddəsinə əsasən:
« nzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə on
beş gün müddətinədək müəyyən olunur və tətbiq edilir.
Hamilə qadınlar və ya himayəsində azyaşlı uşağı olan qadınlar, on səkkiz yaşına
çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və
altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz.
nzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilir».
nzibati həbs rayon (şəhər) məhkəməsi (hakimi) tərəfindən təyin olunur.
218
nzibati həbs ən «ağır» inzibati tənbeh növüdür. O inzibati xəta haqqında iş üzrə
çıxarılmış qərar əsasında müəyyən olunmuş müddətə təqsirkarın azadlığını müvəqqəti
məhdudlaşdırır və onu cəmiyyətdən təcrid edir. Bu tənbehin icrası çox ciddi olur, çünki
inzibati həbs ictimai təhlükəlilik dərəcəsinə görə cinayətə yaxın olan inzibati xətalarla
ə
laqədar tətbiq edilir. Məsələn: xırda xuliqanlıq ( XM-nin 296-cı mad.); Polis işçisinin və ya
hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq ( XM-nin 310-cu mad.).
nzibati həbsin tətbiq edilməsi meyarları Məcəllənin Xüsusi hissəsinin müvafiq
sanksiyalarında verilmişdir. nzibati həbsin tətbiq edilməsi işin halları və pozuntu törədənin
şə
xsiyyəti nəzərə alınmaqla sanksiyada göstərilən digər tədbirlərin tətbiq edilməsi kifayət
etmədikdə həyata keçirilir.
Ə
gər maddənin sanksiyasında yalnız inzibati həbsin yuxarı həddi göstərilmişdirsə, bu
halda inzibati həbs bir ğündən ğöstərilən yuxarı həddə qədər (müddətədək) tətbiq edilə bilər.
Azərbaycan Respublikasının XM-nin 30.2-ci maddəsinə əsasən inzibati həbs
aşağıdakı şəxslər barəsində tətbiq olunmur:
•
hamilə qadınlar;
•
himayəsində azyaşlı uşağı olan qadınlar;
•
on səkkiz yaşına çatmayan şəxslər;
•
birinci və ikinci qrup əlillər;
•
altmış yaşına çatmış qadınlar;
•
altmış beş yaşına çatmış kişilər.
nzibati həbsin tətbiqi zaman bu halların müəyyən edilməsi müvafiq sənədlə təstiq
olunmalıdır. nzibati həbsin tətbiq edilməsi məhkumluq yaratmır və işdən çıxarmaq üçün
ə
sas sayıla bilməz.
Dostları ilə paylaş: |