Sual 3.
″
″
″
″
nzibati hüquqda maddi məsuliyyət″″″″
nzibati və intizam məsuliyyətləri hüquqpozuntularının ümumi və fərdi profilaktika
məqsədi ilə tənbehlərin tətbiq edilməsindən ibarətdir.
Maddi məsuliyyət isə vurulmuş zərərin ödənilməsi məqsədi ilə bərpaedici
sanksiyaların tətbiq edilməsindən ibarətdir.
Dövlətə vurulmuş zərər aşağıdakı hallarda maddi məsuliyyət yaradır:
1.
birbaşa vurulmuş real zərərdir;
2.
xidməti vəzifənin icrası zamanı vurulub;
3.
hüquqa zidd əməllə vurulub;
272
4.
təqsir sayılan əməllə vurulub;
5.
hüquqazidd əməl və dəymiş zərər arasında səbəbli əlaqə vardır.
Dövlət xidmətçiləri onların təqsirləri üzündən vurduqları ziyanı görə maddi
məsuliyyət daşıyırlar.
Maddi məsuliyyət, biz qeyd etdiyimiz kimi xidməti xəta nəticəsində idarə, müəssisə və
təşkilata vurulmuş maddi zərər nəticəsində əmələ gəlir.
Məsuliyyət dövlət xidmətçisinin vurduğu maddi zərərin ödənilməsi ilə təzahür edir.
Bu zərərin ödənilməsi intizam tənbehi kimi baxıla və onunla birlikdə tətbiq edilə bilər.
Maddi məsuliyyət ya inzibati qaydada, ya da məhkəmənin qərarı ilə tətbiq edilir.
nzibati hüquq normaları ilə yalnız hərbi qulluqçuların və polis əməkdaşlarının, o
cümlədən daxili qoşun xidmətçilərinin maddi məsuliyyəti nizamlanır.
Dövlət xidmətçilərinə aid olmayan şəxslərin maddi məsuliyyətləri əmək hüququ
normaları ilə müəyyən edilir.
Belə bir fikir düzgündür ki, vurulmuş zərərə görə mülki-hüquq məsuliyyəti ilə maddi
məsuliyyəti bir-birinə qarşı qoymaq olmaz: hər iki məsuliyyət növü hüquq bərpaedici
sanksiyaların həyata keçirilməsi deməkdir.
Digər tərəfdən isə maddi məsuiyyət müəyyən kollektiv dairəsində, nizami rəhbərin
intizam hakimiyyətinin bir hissəsi kimi müvafiq səlahiyyətlə həyata keçirilir və zərər sabit
kollektiv üzvündən bərpa edilir. Ona görə də mülki məsuliyyətdən fərqli olaraq tutulan
zərərin ölçüsü vəzifə məvacibi (əmək haqqı) ilə əlaqələndirilir, təqsirin ölçüsü və işin
həcmindən asılı olaraq dəyişir.
Onu da qeyd etmək çox vacibdir ki, maddi məsuliyyət vurulmuş zərər xidməti
fəaliyyətlə əlaqədar olaraq tətbiq edilir. ntizam məsuliyyətindən maddi məsuliyyət onunla
fərqlənir ki, tətbiq edilən sanksiyaların ölçüləri çox zaman təqsirin dərəcəsindən yox, təqsirli,
hüquqa zidd əməl nəticəsində vurulmuş zərərin ölçüsündən asılı olur. Təqsirkar könüllü
olaraq dəymiş zərəri tam və ya qismən ödəyə bilər, tətbiq edilən sanksiya ictimai məzəmmət
tədbiri ilə əvəz edilə bilməz.
Tənbeh və hüquqbərpaedici sanksiyalar bir-birini tamamlayırlar və eyni zamanda bir
şə
xsə tətbiq edilə bilərlər. ″Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi
məsuliyyət haqqında Əsasnamə″yə görə hərbi qulluqçular və toplanışa çağırılmış hərbi
vəzifəlilər tərəfindən dövlətə vurulmuş zərər onların həmin zərərə səbəb olmuş hərəkətlərinə
(hərəkətsizliklərinə) görə intizam və yaxud cinayət məsuliyyətinə cəlb olunub-
olunmamasından asılı olmayaraq ödənilir. Hərbi qulluqçulardan və daxili işlər orqanlarının
ə
məkdaşlarından vurulmuş zərərin tutulması intizam məsuliyyətinin başqa bir formasıdır.
nzibati hüquqla yalnız hərbi qulluqçuların maddi məsuliyyətə cəlb edilməsi
nizamlanır və əmək hüququ ilə nizamlanan fəhlə və qulluqçuların belə məsuliyyətə cəlb
edilmə qaydalarından xeyli fərqlənir.
nzibati hüquq normaları ilə müəyyən edilən maddi məsuliyyət tədbirləri inzibati
prosesdə tətbiq edilirlər.
″
Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında
Ə
sasnamə″yə görə vurulmuş zərər hər bir hərbi qulluqçudan, toplanışa çağırılmış hərbi
vəzifəlilərdən, hərbi tədris müəssisələrinin müdavimlərindən, habelə D O-nın sıravi və rəis
heyətindən, əgər zərər onlar tərəfindən xidməti vəzifələrini yerinə yetirərəkən vurulmuşsa,
tutula bilər.
Əsasnamə maddi məsuliyyətin 3 növünü nəzərdə tutur:
273
1.
vurulmuş ziyanın tam ödənilməsi;
2.
vurulmuş ziyanın qismən ödənilməsi;
3.
vurulmuş ziyanın bir neçə misli həddində ödənilməsi.
Aşağıdakı hallarda hərbi qulluqçular vurduqları zərərin tam miqdarında maddi
məsuliyyət daşıyırlar:
1.
hərbi əmlakın qəsdən məhv edilməsi, zədələnməsi, korlanması, oğurlanması,
qanunsuz sərf edilməsi və ya qəsdən edilən başqa hərəkətlərlə zərər vurulması, bu
hərəkətlərin cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq;
2.
naryad və başqa sənədlərdə faktiki görülməmiş işlərin artırılması, hesabat
rəqəmlərinin təhrif edilməsi və dövlətin başqa şəkildə aldadılması;
3.
hesabatla verilmiş hərbi əmlakın əskik gəməsi, eləcə də məhv edilməsi və ya
korlanması;
4.
zərərin sərxoş vəziyyətdə olan şəxs tərəfindən vurulması;
5.
zərərin cinayət məsuliyyətinə səbəb olan hərəkətlərlə vurulması.
Yuxarıda göstərilmiş hallardan başqa digər hallarda maddi məsuliyyət qismən
aşağıdakı ölçüdə tətbiq edilir:
1.
müddətli hərbi xidmətdə olan hərbi qulluqçulara və müdavimlərə pul təminatının
2 aylıq məbləğindən;
2.
toplanışa çağırılmış hərbi vəzifəlilər gündəlik xərcin aylıq məbləğindən;
3.
qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən artıq olmayaraq.
Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilərin siyahısı Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş hərbi əmlakın ayrı-ayrı
növlərinin oğurluğu, israfçılığı və ya çatışmamazlığı nəticəsində dəymiş ziyana görə bu
ə
mlakın dəyərinin bir neçə misli həddində maddi məsuliyyət daşıyırlar.
D N-in əməkdaşları üçün Azərbaycan Respublikası D N-in 23 fevral 1998-ci il tarixli
52 saylı əmrində bir neçə misli həddində ödənilməsi nəzərdə tutulmuş həcmi əmlakın
siyahısı göstərilmişdir.
1.
3 misli həddində:
a) bütün növ odlu və soyuq silahlar, partlayıcı maddələr və xüsusi təyinatlı döyüş
sursatları (göz qamaşdırıcı, boğucu, huş aparan, bioloci silah növləri, qandal, dəyənək və s.
texniki vasitələr);
b) silah-sursat, zirehli texnikanın ehtiyat hissələri.
2.
2 misli həddində:
a) optik cihazlar;
b) xəz məmulatları;
v) geyim və yataq inventar əmlakları;
q) xaricdə istehsal olunmuş kompyüterlər, televizorlar, surətçıxarma aparatları, video
və səsyazı texniki vasitələr, soyuducular, kondisionerlər, onlara aid ehtiyat hissələri, yumşaq
mebel, dəmir şkaflar;
d) kiçik həcmli texniki rabitə vasitələri və onlara aid ehtiyat hissələri;
e) ölçü cihazları.
3.
1,5 misli həddində:
a) ərzaq məhsulları.
Vurulmuş zərərin ödənilməsi aşağıdakı şəkildə aparılır:
274
Zərər aşkar edildikdə hərbi hissə komandiri, idarə və müəssisə rəisləri zərərin
başvermə səbəblərinin, onun miqdarının və təqsirli şəxslərin müəyyən edliməsi üçün dərhal
inzibati təhqiqat təyin edirlər. Təhqiqat 1 ay müddətində başa çatdırılmalıdır. Lazımi hallarda
yuxarı komandir (rəis) bu müddəti 1 aydan artıq olmayaraq uzada bilər.
Zərərin başvermə səbəbləri, miqdarı və təqsirli şəxslər təftiş, yoxlama, təhqiqat,
istintaq və ya məhkəmə tərəfindən müəyyən edildikdə inzibati təhqiqat aparılmaya bilər,
inzibati təhqiqat qurtardıqdan və ya yuxarıda göstərilən oqanlardan materiallar daxil
olmasından 1 ay müddətində təqsirli hərbi qulluqçudan müvafiq məbləğin tutulması barədə
komandir (rəis) əmr verir. Bu əmr təqsirli şəxsə imza ilə elan edilir. Həmin şəxs müəyyən
edilmiş qaydada yuxarı komandirə (rəisə) şikayət verə bilər. Yuxarı komandir (rəis)
vurulmuş zərərə görə məsuliyyətin və tutulacaq məbləğin miqdarının düzgün təyin edilib-
edilmədiyini yoxlayır. Əmrdən şikayət verilərkən pul tutulma dayandırılmır. Əmr ləğv
olunduqda tutulmuş məbləğ qaytarılır.
Vəzifə borclarını yerinə yetirmədikləri zaman vurduqları ziyana görə hərbi qulluqçular
ümum mülki qaydada maddi məsuliyyət daşıyırlar.
Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər komandirin (rəisin) əmrini
vicdanla yerinə yetirmələri və ya konkret şəraitdə xidməti risk nəticəsində bəraət almış,
yaxud hüquqi hərəkətlər nəticəsində dövlətə vurduqları zərərə görə maddi məsuliyyət
daşımırlar.
Ə
gər maddi məsuliyyətə cəlb edilmiş hərbi qulluqçu və ya toplanışa çağırılmış hərbi
vəzifəli dövlətə vurduğu zərəri ehtiyata və ya istefaya buraxıldığı və ya toplanışın qurtardığı
günədək ödəməyibsə, onun borcu yaşadığı yerin məhkəmə icraçıları tərəfindən mübahisəsiz
qaydada, onun yaşayış (iş) yerinə komandirin (rəisin) göndərdiyi notariat işlərini yerinə
yetirən orqanların icra qeydi əsasında tutulur.
Azərbaycan Respublikası D N-in 31 oktyabr 1995-ci il tarixli 568 saylı əmri ilə təsdiq
edilmiş ″Rəis və sıravi heyət tərəfindən dövlətə dəymiş maddi ziyanın ödənilməsi qaydaları
haqqında Təlimat″a əsasən D O-nun əməkdaşları tərəfindən dövlətə vurduqları ziyanın
ödənilməsi qaydası müəyyən edilib.
Azərbaycan Respublikasının 20 yanvar 1995-ci il tarixli 947 saylı Qanunu ilə təsdiq
olunmuş ″Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında
Ə
sasnamə″yə uyğun olaraq, aparılmış inzibati təhqiqat materiallarının nəticələrinə
ə
saslanaraq hərbi hissənin, tədris ocağının, hərbi tədris müəssisələrinin və D N-in digər
orqanlarının rəis və komandirləri tərəfindən dövlətə vurulmuş ziyanın həmin təqsirkar
şə
xslərin hesabına ödənilməsi üçün əmr verilir.
Dövlətə dəymiş ziyana görə ödəniləcək məbləğ müəyyən edilərkən general, zabit,
kizir, miçman, orta, baş və ali zabit heyətinin aylıq maaşı kimi onun tutduğu vəzifə maaşı,
hərbi rütbə, yaxud xüsusi rütbə maaşı və xidmət müddətinə görə maaşı birlikdə nəzərdə
tutulur. Müddətdən artıq xidmət edənlərin, sıravi və kiçik rəis heyətinin aylıq maaşı kimi isə
onun fasiləsiz xidmət müddətinə görə tutduğu vəzifə maaşı və xüsusi rütbə maaşı nəzərdə
tutulur.
Ə
rzaq payı əvəzi verilən əlavə bu hallarla hesaba alınmır.
Maddi məsuliyyətə cəlb olunmuş hərbi qulluqçuların aylıq maaşını məsuliyyətə cəlb
olunma barədə əmrə imza edilən günədək rəis və sıravi heyətin tutduğu vəzifə maaşı, hərbi
rütbə və xüsusi rütbə maaşı, həmçinin xidmət müddətinə görə aldıqları maaş təşkil edir.
275
Həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçulardan və müdavimlərdən aylıq
tutulacaq məbləğ, onlara müəyyən edilmiş vəzifə maaşına və aldığı təqaüdün məbləğinə görə
müəyyən edilir.
Tutulacaq məbləğ müəyyən edilərkən tütün məmulatları əvəzi verilən pul ödənişi
nəzərə alınmır.
Hərbi toplanışa çağırılmış hərbi vəzifəlilərdən dəymiş maddi ziyana görə ödəmələr
toplanış dövrü ərzində hesablanan aylıq maaşından, hərbi inşaatçılardan isə aylıq əmək
haqqından tutulur.
D N-in Polis Akademiyasında və ya digər elm ocaqlarında təhsil zamanı təqaüd alan
müdavimlərin maddi məsuliyyətə cəlb olunması, onlar üçün müəyyən olunmuş aylıq
təqaüddən hesablanaraq müəyyən edilir.
Hərbi əmlakın mənimsənilməsi, dağıdılmsı, israf edilməsi, itirilməsi, qəsdən məhv
edilməsi və ya zədələnməsi, maddi və pul vəsaitlərinin qeyri-qanuni istifadəsi və uçotdan
silinməsi faktı aşkar olunduqda dəqiq inzibati tədqiqat aparılmalı, dəymiş ziyanın məbləği,
onun başvermə səbəbləri və təqsirkar şəxslər müəyyən edilməlidir.
nzibati təhqiqatın nəticələri yazılı surətdə rəsmiləşdirilir. Təqsirkar şəxslər və dəymiş
ziyanın məbləği təftiş, yoxlama, istintaq və məhkəmə tərəfindən müəyyən edilkdikdə inzibati
təhqiqatın aparılması lazımsız sayılır.
nzibati təhqiqat tərəfindən aşağıdakılar müəyyən olunur:
Dəymiş maddi ziyanın mahiyyəti və onun pulla müəyyən olunmuş məbləği, ziyan
vurularkən yol verilmiş qeyri-qanuni hərəkətlər, pozulmuş qanun, əmr, nizamnamə, təlimat
və digər qaydalar; hərbi qulluqçunun, hərbi inşaatçının, hərbi toplanışa çağırılmış hərbi
vəzifəlilərin, rəis və sıravi heyətin ziyanın vurulmasına səbəb olan hərəkətləri
(hərəkətsizlikləri). nzibati təhqiqat materiallarına bütün təqsirkar şəxslərin yazılı izahatları
ə
lavə olunur.
Təhqiqatın nəticələri hərtərəfli təhlil olunmalı, maddi ziyanı törədən amillərin
müəyyən edilib aradan qaldırılması üçün tədbirlər görülməlidir.
Təqsirkar şəxs, məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilənədək başqa işə
keçdiyi təqdirdə inzibati təhqiqatın materialları və ya təftiş aktının çıxarış təhqiqat, təftiş və
yoxlama qşurtardıqdan sonra 5 gün müddətində təqsirkarın yeni xidmət yerinə göndərilərək
onun maddi məsuliyyətə cəlb edilməsi tələb edilir.
Yeni xidmət yerinin rəisi (komandiri) daxil olmuş inzibati təhqiqat materiallarına və
ya təftiş aktından çıxarışa əsasən bir ay müddətində təqsirkarın maddi məsuliyyətə cəlb
edilməsi barədə əmr verir.
Hərbi xidmətdən azad edilmiş hərbi qulluqçular, hərbi inşaatçılar, rəis və sıravi heyətə
mənsub şəxslər və hərbi toplanışı başa vurmuş hərbi vəzifəlilər tərxis olunduqları gün
dövlətə vurmuş olduqları ziyana görə maddi məsuliyyətə cəlb edilib ziyanı tam məbləğdə
ödəmədikdə 10 gün müddətində yaşadıqları yerin xalq məhkəməsinə icra yazıları notarial
qaydada həll edilib göndərilir. cra yazısının alınması üçün hissənin rəisi (komandiri) notarial
hərəkətləri həyata keçirən orqana ödənilməli olan məbləğ haqqında arayış təqdim edir.
Bundan başqa haqq-hesab kitabçasına, pul atestatında, sərəncamda dövlətə vurulmuş
ziyanın ödənilməmiş məbləğinin qalığı göstərilir.
Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular tərəfindən öz vəzifə borcunu laqeyd
yerinə yetirmə nəticəsində dəymiş ziyanın məbləği minimum əmək haqqının 3 mislindən
276
artıq və tərxis vaxtı tutulması qeyri-mümkün olduğu təqdirdə bu halı təsdiqləyən sənədlər
ə
sasında müvafiq qaydalarla silinə bilər.
Dəymiş ziyanın məbləği müəyyənləşdirilərkən əmlakın yalnız istifadə olan
müddətinin işlənmə faizi çıxılır.
Ə
t, süd məhsullarının və onlara aid məmulatların məhsullarının mənimsənilməsi,
çatışmamazlığı və itirilməsi nəticəsində dövlətə dəymiş ziyanın məbləği Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 19 may 1992-ci il tarixli 271 saylı Qərarı əsasında
müəyyən edilmiş qiymətlərə müvafiq olaraq ödənilir. Məhsulun alış qiyməti müəyyən
edilmiş qiymətdən aşağı olduğu təqdirdə ödəniş alış qiyməti əsasında aparılır.
N Ə T C Ə
Mühazirəmizi yekunlaşdıraraq qeyd etmək istərdim ki, bu günkü mühazirəmizin
mövzusunun açıqlanması vasitəsi ilə əldə etdiyimiz biliklərin həm nəzəri, həm də təcrübi
cəhətdən böyük əhəmiyyəti vardır.
Mühazirəmizin birinci sualının açıqlanması vasitəsi ilə siz, birinci növbədə dövlət
idarəetmə sahəsində intizam məcburetməsi və onun xüsusiyyətləri barədə nəzəri biliklər əldə
etmiş oldunuz. Çünki dövlət idarəetmə sahəsində geniş tətbiq edilən məcburetmə
növlərindən biri də intizam məcburetməsidir. Onun da tətbiq edilməsinin əsas və qaydasını
bilmək hər bir hüquqşünasın vəzifə borcudur.
Mühazirəmizin ikinci sualının açıqlanması vasitəsi ilə əldə etdiyiniz biliklərin
mahiyyəti ondan ibarətdir ki, hər bir dövlət qulluqçusu bilməlidir ki, onun hansı qanunazidd
hərəkətləri intizam xətası kimi qəbul edilir və həmin xətaya görə o, hansı intizam
tənbehlərinə məruz qala bilər. Digər tərəfdən isə o, bilməlidir ki, initizam təndehinin tətbiq
edliməsinin əsasları və qaydası nədən ibarətdir.
Ə
n nəhayət mühazirəmizin üçüncü sualının açıqlanması vasitəsi ilə siz, maddi
məsuliyyətin tətbiq edliməsinin əsasları və qaydası barədə nəzəri biliklər əldə etmiş oldunuz.
Bu biliklərin əldə edilməsinin mahiyyət ondan ibarətdir ki, hər bir dövlət qulluqçusu
tərəfindən dövlət idarəetməsində qanunçuluğun və intizamın təmin edilməsi düzgün və tam
həyata keçirilməsi təmin olunsun.
Mühazirəmizin mövzusu vasitəsi ilə mənimsənilməsi zəruri olan hüquqi biliklərin
ə
həmiyyəti bir də ondan ibarətdir ki, onlara yiyələnməklə siz, gələcək xidməti fəaliyyətinizi
qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirmiş olarsınız. Digər tərəfdən isə
mühazirəmizin mövzusu vasitəsi ilə əldə etdiyiniz hüquqi bilikləri gələcək xidməti
fəaliyyətinizdə rəhbər tutmaqla Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə
ə
sasən dövlətin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin
edliməsində sizin üzərinizə düşəcək gələcək xidməti vəzifələrinizi düzgün və dönmədən
yerinə yetirmiş olarsınız.
Mövzu № 15. ″″″″ nzibati xətalar haqqında işlər üzrə icraatın ümumi
xarakteristikası″″″″
P L A N :
G R Ş
1.
nzibati prosesin anlayışı və təyinatı. nzibati-prosessual fəaliyyət və inzibati yurisdiksiya.
2.
nzibati xətalar haqqında işlər üzrə icraatın anlayışı, vəzifələri və prinsipləri.
277
3.
nzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları, onların hüquqları və vəzifələri.
4.
nzibati xətalar haqqında işlər üzrə icraatda sübutlar və onların qiymətləndirilməsi.
5.
nzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərin növləri, onların
tətbiq edilməsinin əsasları və qaydası.
N Ə T C Ə
Ə D Ə B Y Y A T:
1.
Azərbaycan Respublikasının Konstitusiyası.
2.
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsi. Bakı, 2000.
3.
″″″″ Və tə ndaş ların müraciə tlə rinə baxılması qaydası haqqında″″″″ Azə rbaycan
Respublikasının Qanunu. 10 iyun 1997-ci il.
4.
″″″″ Dövlə t Mə hkə mə Ekspertizası fə aliyyə ti haqqında″″″″ Azə rbaycan Respublikasının
Qanunu. 18 noyabr1999-cu il.
5.
″ nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22 fevral 1998-ci il.
6.
″Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının
möhkəmləndirilməsi tədbirləri haqqında″ Azərbaycan Respublikası Prezidentinin
Fərmanı. 09 avqust 1994-cü il.
7. A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
8. E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
9. V. Abışov, A. smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ II hissə. Dərs vəsaiti. Bakı,
2006.
10. E.Abdullayev. ″Vətəndaşların inzibati məsuliyyəti″. Dərs vəsaiti. B.,1992.
11.″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti. AR D N-in Polis Akademiyası. Bakı, 2002.
12.
E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000.
13.
D.N.Baxrax. ″Administrativnoe pravo Rossii″. Dərslik. M., 2000.
G R Ş
Hüquqi dövlətin formalaşması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin
edilmə si, qanunçuluğ un və hüquq qaydalarının möhkə mlə ndirilmə si bütün hüquq-
mühafizə orqanlarının fə aliyyə tinin sə mə rə liliyinin yüksə ldilmə sini tə lə b edir.
Ölkə də ki hüquq qaydasının və ziyyə ti hüquq mühafizə orqanlarının inzibati
xə talara qarş ı mübarizə nin təş kili və hə yata keçirmə sində n çox asılıdır. nzibati
xə talara qarş ı mübarizə hüquq mühafizə orqanlarının inzibati fə aliyyə tinin ə sas
istiqamə tlə rində n biri olan inzibati yurisdiksiya fə aliyyə ti ilə aparıldığ ı üçün
mühazirə mizin vasitə si ilə ə ldə edə cə yiniz biliklə r hə m nə zə ri, hə m də tə crübə i cə hə tdə n
böyük ə hə miyyə t kə sb edir. Çünki gə lə cə k fə aliyyə tinizdə inzibati xə talara qarş ı
mübarizə ni hə yata keçirə rkə n istifadə edə cə yiniz inzibati yurisdiksiya fə aliyyə tinin
inzibati xə talar qanunvericiliyinə müvafiq olaraq hə yata keçirmə lisiniz. Bunu tə min
etmə k üçün bu günkü mühazirə nin vasitə si ilə mə nimsə nilmə si zə ruri olan biliklə rə siz
Dostları ilə paylaş: |